Məhkəmə qərarları › İş №2-1(107)-108/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-108/2025

09.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-108/2025 09.01.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən, məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X3 ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh Başçısının xx.xx.2015-ci il tarixli, 41 nömrəli və xx.xx.2015-ci il tarixli, 59/359 nömrəli Sərəncamlarının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 17 oktyabr 2024-cü il tarixli 2-1(116)-2329/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikаyətinə dair işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Torpağa Mülkiyyət Hüququna Dair” JN 0714 (Kod ********) nömrəli Dövlət Aktına əsasən mərhum həyat yoldaşı X1 mülkiyyətində olan Qəbələ şəhəri, H.Əliyev (keçmiş İ.B.Qutqaşenli) küçəsində yerləşən, ticarət obyekti tikmək təyinatlı 0,21 ha torpaq sahəsinə dair Cavabdeh Başçısının xx.xx.2015-ci İl tarixli 41 nömrəli və Cavabdeh Başçısının 59/359 nömrəli xx.xx.2015-ci il tarixli Sərəncamlarının ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "Torpağa Mülkiyyət Hüququna Dair" JN 0714 (Kod ********) nömrəli Dövlət Aktına əsasən Qəbələ şəhəri, H.Əliyev (keçmiş İ.B.Qutqaşenli) küçəsində yerləşən, ticarət obyekti tikmək təyinatlı 0,21 ha torpaq sahəsi mərhum həyat yoldaşı X1 mülkiyyətindədir. Həyat yoldaşı Müsabir Gülməmmədov 30 mart 2019-cu il tarixdə vəfat etdiyindən, müraciətlərinə əsasən, onun mirası üzrə Qəbələ Regional "ASAN xidmət" mərkəzində fəaliyyət göstərən notariat ofisində 16.01,2020-ci il tarixdə vərəsəlik işi açılmış və İddiaçı mərhum həyat yoldaşı Müsabir Gülməmmədovun vərəsəsi müəyyən edilmişdir.

3. Mərhum həyat yoldaşı Müsabir Gülməmmədovdan miras qalmış, Qəbələ şəhəri, H.Əliyev (keçmiş İ.B.Qutqaşenli) küçəsində yerləşən 0,21 ha torpaq sahəsi üzərində öz vərəsəlik hüququnu rəsmiləşdirilib, adına "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"-nin verilməsi üçün, sözügedən torpaq sahəsi üzərində məhdudiyyət və yüklülük haqqında dövlət reyestrindən arayışın ona verilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə rəsmi ərizə ilə müraciət etmişdir. Lakin həmin idarənin 8 aprel 2023-cü il tarixli məktubu ilə ona imtina cavabı verilmiş və bildirilmişdir ki, “təqdim etdiyi dövlət aktında qeyd olunan torpaq sahəsi üzərində başqa mülkiyyətçiyə məxsus qeyri-yaşayış binası mövcuddur. Torpaq sahəsi üzərində mübahisə var”. Həmin məsələ ilə bağlı, iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir.

4. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli məhkəmə iclasında ona məlum olmuşdur ki, Torpağa Mülkiyyət Hüququna Dair JN 0714 (Kod ********) nömrəli Dövlət Aktına əsasən mərhum həyat yoldaşı X1 mülkiyyətində olan, Qəbələ şəhəri H.Əliyev (keçmiş İ.B.Qutqaşenli) küçəsində (faktiki 0,4170 hektar torpaq sahəsinin sərhədləri daxilində) yerləşən, 0,21 ha-dan ibarət, ticarət obyekti tikmək təyinatlı torpaq sahəsi Cavabdeh Başçısının xx.xx.2015-ci il tarixli, 41 nömrəli sərəncamı ilə X6 aid torpaq sahəsi kimi, 100 yerlik uşaq bağçasının tikintisinin layihələndirilməsi üçün 0,29 ha torpaq sahəsi Cavabdeh istifadəsinə verilmiş, daha sonra Cavabdeh 59/359 nömrəli xx.xx.2015-ci il tarixli sərəncamı ilə Cavabdeh Başçısının xx.xx.2015-ci il tarixli, 41 nömrəli sərəncamına qismən dəyişiklik edilərək, Qəbələ şəhəri H.Əliyev küçəsində yerləşən 0,4125 ha torpaq sahəsi X6 aid torpaq sahəsi kimi, icarə müqaviləsi əsasında 100 yerlik uşaq bağçasının tikintisinin layihələndirilməsi üçün "xxxx" MMC-nin istifadəsinə verilmişdir.

5. Həmçinin, həmin iş üzrə alınmış sənədlərdən DƏDRX 9 saylı Qəbələ ərazi idarəsinin "xxxx" MMC-yə ünvanladığı imtina məktubundan o da məlum olmuşdur ki, "xxxx" MMC ,Qəbələ şəhəri H.Əliyev küçəsində yerləşən həmin, 0,41 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etmiş, lakin torpaq sahəsinin bir hissəsi (0,21 ha) mərhum həyat yoldaşı X1 adına tərtib edilmiş JN- 714 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə üst-üstə düşdüyünündən "xxxx" MMC-nin müraciəti təmin olunmamışdır.

6. Cavabdeh Başçısının yuxarıda qeyd edilən sərəncamları qüvvədə olması səbəbindən Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli Qərardadı ilə onun DƏDRX 9 saylı Qəbələ ərazi idarəsinə qarşı iddia tələbi mümkün sayılmamışdır ki, həmin sərəncamlarla onun Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələri ilə qorunan hüquq və mənafeləri kəskin pozulduğundan Cavabdeh Başçısının xx.xx.2015ci il tarixli 41 nömrəli və Cavabdeh Başçısının 59/359 nömrəli xx.xx.2015-ci il tarixli Sərəncamlarının ləğv edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixdə poçt vasitəsilə rəsmi ərizə ilə Cavabdehnə müraciət etsə də, hal-hazıra qədər cavabdeh tərəfindən həmin ərizəyə hər hansı bir cavab da verilməmişdir.

7. Hesab edir ki, “Torpağa Mülkiyyət Hüququna Dair” JN 0714 (Kod ********) nömrəli Dövlət Aktına əsasən mərhum həyat yoldaşı Müsabir Gülməmmədovdan miras qalmış, Qəbələ şəhəri, H.Əliyev (keçmiş İ.B.Qutqaşenli) küçəsində yerləşən 0,21 ha torpaq sahəsinə dair onun Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələri ilə qorunan hüquq və mənafeləri Qəblə Rayon İcra Hakimiyyəti Başçısının yuxarıda qeyd edilən sərəncamları ilə kəskin pozulduğundan həmin Sərəncamların ləğv edilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməlidir.

8. Həmin miras əmlak, Qəbələ şəhəri, H.Əliyev (keçmiş İ.B.Qutqaşenli) küçəsində yerləşən 0,21 ha torpaq sahəsinə görə mərhum həyat yoldaşı Müsabir Gülməmmədov tərəfindən "Kapital Bank” vasitəsilə Qəbələ rayon Qəbələ bələdiyyəsinin hesabına 4.200 000 manat məbləğində pul vəsaiti ödənilmiş və onun adına “Torpaqların Alqı-Satqısına dair xx.xx.2005-ci il tarixli AKf, Qəbələ RİH Başçısının 18 mart 2005-ci il tarixli, 34 saylı sərəncamı ilə təyin edilmiş komissiyanın 31.08. 2005-ci il tarixli, “Tikinti altına X4 Barədə AKT”ı, “Ticarət və xidmət obyektinin tikintisi üçün seçilmiş sahənin sxematik planı, Qəbələ Bələdiyyə fonduna aid ərazidən Ticarət obyekti tikmək üçün Alqı-satqı əsasında ayrılmış torpaq sahəsinin planı”, həmçinin, Qəbələ RİH Başçısının “Tikintiyə icazə verilməsi barədə 09 sentyabr 2005-ci il tarixli, 190 saylı Sərəncamından çıxarış da verilmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

9. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 17 oktyabr 2024-cü il tarixli 2- 1(116)-2329/2024 nömrəli qərardadı ilə iddia ərizəsi mümkün sayılmamışdır.

10. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

11. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh Başçısının xx.xx.2015-ci il tarixli, 59/359 nömrəli sərəncamları onlara təqdim edilməməklə, onlar həmin Sərəncamların varlığından belə xəbərsiz olmuşlar və torpaq sahəsində tikinti işləri hələ 2011-2012-ci illərdə aparıldığı halda, məlum Sərəncamların verilmə tarixi də (arxivin olmaması da böyük şübhələr doğurmaqla) 2015-ci ilin aprel-iyul aylarına təsadüf edir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 17 oktyabr 2024-cü il tarixli 2-1(116)-2329/2024 nömrəli qərardadının ləğv edilməsini, inzibati işin yenidən məhkəmə baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 17 oktyabr 2024-cü il tarixli 2-1(116)-2329/2024 nömrəli qərardadının ləğv edilməsini, inzibati işin yenidən məhkəmə baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

13. İnzibati Prosessual Məcəllə: Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibatı aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibatı aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

14. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının: 2.1-ci bəndinə əsasən mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2-ci bəndinə əsasən işin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.5-ci bəndinə əsasən iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 9-cu bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

15. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

16. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

17. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, ilk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır.

18. Bu baxımdan, mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. əlverişsiz inzibati akt olmalı; 3. iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalı; 5. qanunla tələb olunduqda digər əlavə şərtlərə əməl olunmalıdır (İPM2.2.1, 32, 35.1, 38.1). İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi iddiaçının üzərindədir.

19. İPM-in 35.1-ci maddəsinin mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın.

20. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.

21. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş şərtlər habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.

22. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Hazırkı halda iddiaçı tərəfindən iddia müddətinə dair normalara əməl olunmaqla iddianın qaldırılması şərtinə riayət edilməsi müəyyən olunmur.

23. İşin hallarından göründüyü kimi iddiaçı, Cavabdeh Başçısının xx.xx.2015-ci il tarixli, 41 nömrəli və xx.xx.2015-ci il tarixli, 59/359 nömrəli Sərəncamlarını mübahisələndirir və onların ləğv edilməsini xahiş edir.

24. Cavabdehin xx.xx.2015-ci il tarixli, 41 nömrəli Sərəncamı ilə X6 aid torpaq sahəsi kimi, 100 yerlik uşaq bağçasının tikintisinin layihələndirilməsi üçün 0,29 ha torpaq sahəsi Cavabdeh istifadəsinə verilməsi qərara alınmışdır.

25. Cavabdehin xx.xx.2015-ci il tarixli, 59/359 nömrəli Sərəncamı ilə Cavabdeh Başçısının xx.xx.2015-ci il tarixli, 41 nömrəli sərəncamına qismən dəyişiklik edilərək, Qəbələ şəhəri H.Əliyev küçəsində yerləşən 0,4125 ha torpaq sahəsinin X6 aid torpaq sahəsi kimi, icarə müqaviləsi əsasında 100 yerlik uşaq bağçasının tikintisinin layihələndirilməsi üçün "xxxx" MMC-nin istifadəsinə verilməsi qərara alınmışdır.

26. Daha sonra həmin torpaq sahəsində uşaq bağçası məqsədilə istifadə olunan qeyriyaşayış sahəsi inşa edilmişdir.

27. X5 30 mart 2019-cu il tarixdə vəfat edənədək ona məxsus torpaq sahəsində aparılmış inşaat işlərini mübahisələndirməmiş, məhkəmə iclasında iddiaçının nümayəndəsi bunu onunla əsaslandırmışdır ki, mərhum atası rayonda inzibati vəzifə tutduğundan və onun özü də, "xxxx" MMC ilə əlaqəli olan bankda işlədiyindən tikinti işlərinin aparılması ilə bağlı mübahisə yaratmamışlar. Sonradan mərhum atası vəfat etdikdən, özü isə işdən çıxdıqdan sonra hazırkı tələblə məhkəməyə müraciət edilmişdir.

28. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, cavabdehin sərəncamlarının mübahisələndirilməsi ilə bağlı iddia tələbi “mübahisələndirmə haqqında” iddia növünə aiddir.

29. X5 özünə məxsus torpaq sahəsində müvafiq tikinti işləri aparılarkən o, "xxxx" MMC-nin hərəkətlərini mübahisələndirməmişdir. İddiaçı, sözügedən sərəncamlardan məlumatsız olduğunu və məhkəmə proseslərinin gedişatı bildirsə də, X5 özünə məxsus torpaq sahəsinin hüquqi taleyi ilə bağlı tərtib edilmiş sənədlərdən və həmin sənədlərin tərtib edilməsinə əsas olmuş digər sənədlərin məzmunundan mübahisəli daşınmaz əmlakda aktiv tikinti işləri aparıldığına görə məlumatlı olmalı, qanunvericilik aktının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktda müəyyən edilmiş müddətlərdə istifadə etməli idi.

30. Belə ki, yuxarıda qeyd edildiyi kimi, iddiaçının mərhum atası həmin sərəncamı sağlığında mübahisələndirmək imkanını itirdiyindən, iddiaçının həmin sərəncamdan nə vaxt məlumatlı olmasının artıq iş üzrə heç bir əhəmiyyəti yoxdur və iddiaçıya münasibətdə də həmin sərəncamın mübahisələndirilməsi imkanı itirilmiş sayılır.

31. Buna görə də məhkəmə hesab edir ki, İPM-nin 38.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla hazırkı iddianın qaldırılması üçün iddia müddəti ötürülmüşdür.

32. Müddətin buraxılmasının təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olmasına dair sübutların təqdim edilməməsi ilə bərabər, müddətə əməl olunmasına mane olan halların hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəlki 15 gün ərzində aradan qalxması da, əsaslandırılmalı və müvafiq sübutlar təqdim edilməlidir.

33. Həçinin birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya izah olunmuşdur ki, qeyd olunan sübutlar təqdim edilmədiyi halda müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizənin verilməsi İPM-nin 24.4-cü maddəsinin tələblərinə ziddir.

34. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının dinlənilmə hüququnun təmin edilməsi üçün xx.xx.2024-cü il tarixdə məhkəmə mümkünlük iclası təyin edilmiş, iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi izah edilmişdir.

35. Yuxarıda qeyd olunan işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir.

36. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 17 oktyabr 2024-cü il tarixli 2-1(116)- 2329/2024 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 17 oktyabr 2024-cü il tarixli 2-1(116)-2329/2024 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar