Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-109/2024 10.01.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Yevlax rayon Havarlı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 232 nömrəli qərarı əsasında həyatyanı və kənd təsərrüfatına yararlı Yevlax rayonu Havarlı bələdiyyəsinin mülkiyyətinin alqı-satqı predmeti olan Havarlı çevrədə yerləşən 0.12 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli 2-1(116)-289/2023 nömrəli qərarından iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş аpellyаsiyа şikаyəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəyə аçıq məhkəmə iclаsındа baxaraq müəyyən etdi: Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 27 sentyabr 2023-cü il tarixli 2- 1(116)-289/2023 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Yevlax rayon Havarlı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 232 nömrəli qərarı əsasında həyatyanı və kənd təsərrüfatına yararlı Yevlax rayonu Havarlı bələdiyyəsinin mülkiyyətinin alqı-satqı predmeti olan Havarlı çevrədə yerləşən 0.12 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qərardan iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən аpеllyаsiyа şikаyəti və аpellyаsiyа şikаyəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə verilmişdir. İddiaçı ərizəsində qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qərarı onun qeydiyyatda olduğu Yevlax rayonu Havarlı kəndinə göndərilsə də həmin vaxt o, kənddə olmamışdır. Qərar onun 2018-ci ildən rəsmi nikah bağlayaraq köçdüyü və hal-hazırda yaşadığı Oğuz şəhərində ona bir neçə gün əvvəl təqdim olunmuşdur. O da dərhal müvafiq sənədləri toplayaraq vəkilə etibarnamə vermiş və müqavilə bağlamışdır. Ona görə də Şəki İnzibati Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli 2-1(116)-289/2023 nömrəli qərarından apellyasiya şikayəti vermək üçün üzrlü səbəbdən buraxılmış müddətin bərpa edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəfindən аpellyаsiyа şikаyəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəyə baxılması 10 yanvar 2024-cü il tarixə, saat 10:00-a təyin edilmiş, iddiaçıya və vəkilinə bu barədə rəsmi məlumat verilmişdir. İş materiallarından görünür ki, Şəki İnzibati Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli 2-1(116)-289/2023 nömrəli qərarı xx.xx.2023-cü il tarixdə iddiaçının qeydiyyatda olduğu Yevlax rayonu Havarlı kəndinə göndərilmiş, xx.xx.2023-cü il tarixdə təhvil alınmış, lakin apellyasiya şikayəti xx.xx.2023-cü il tarixdə verilərək, apellyasiya şikayəti vermək üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddəti 27 gün ötürmüşdür. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Göründüyü kim, iddiaçı tərəfindən Şəki İnzibati Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli 2-1(116)-289/2023 nömrəli qərarından аpеllyаsiyа şikаyəti vermək üçün qanunla müəyyən edilmiş prosessual müddət ötürülmüş və bu müddətin üzürlü səbəbdən buraxılması barədə müvafiq sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 85.1-ci maddəsinə əsasən, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. - 22.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. - 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. - 24.2-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. - 24.3-cü maddəsinə əsasən, ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. - 24.5-ci maddəsinə əsasən, ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir. - 24.7-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında məhkəmə qərardadından şikayət verilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının Şəki İnzibati Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli 2-1(116)-289/2023 nömrəli qərarından apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85 - 94.-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçının nümayəndəsi və vəkili Vəkil Şəki İnzibati Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli 2-1(116)-289/2023 nömrəli qərarından apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməsin. Qərаrdаddаn rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyаsına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-109/2024
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-109/2024
10.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver