Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-11/2020 21.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Abbasov Gündüz Qasım oğlu və Hüseynov Mübariz Rahil oğlundan ibarət tərkibdə, İslamova Türkay Abdurəhim qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı “Mingəçevir şəhər XDS İK-nin xx.xx.1980-ci il tarixli 179 nömrəli qərarına əsasən Mingəçevir şəhərində yerləşən xxxx Zavodunun “X8” tərəfindən ayrılmış 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması və adına çıxarış verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması” tələbi barədə inzibati iş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019cu il tarixli 2-1(84)-671/2019 nömrəli qərarından cavabdeh DƏDRX-nin 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1980-ci il tarixli 179 nömrəli qərarı ilə Çınqıl-Beton Zavodunda yaradılmış “Kür” X1 Nizamnaməsi təsdiq edilmişdir. İddiaçı xx.xx.1979-cu il tarixdən Mingəçevir Çınqıl-Beton Zavodunda işləmiş, ona Mingəçevir Çınqıl-Beton Zavodunun “Kür” X2 tərəfindən xx.xx.1991-ci il tarixdə 600 m2 bağ torpaq sahəsi verilmiş və adına Bağçılıq Təsərrüfatının pasportu hazırlanmışdır. X5-Beton Zavodunun “Kür” X2 tərəfindən ona ayrılmış 600 m2 bağ torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2017-ci il tarixli **********49 nömrəli məktubla bildirmişdir ki, iddiaçıya ayrılmış 0,06 ha bağ torpaq sahəsi elektron baza xəritəsinə əsasən dövlət mülkiyyətindədir. Bu səbəbdən hüquqların dövlət qeydiyyatından imtina edilmişdir. Bununla razılaşmayan iddiaçı hazırkı iddia tələbi ilə birinci instansiya məhkəməsinə müraciət edərək bildirmişdir ki, 1991-ci ildə onun adına Mingəçevir şəhəri XDS İcraiyyə Komitəsinin xx.xx.1980-ci il tarixli 179 saylı qərarına əsasən, Mingəçevir şəhərində yerləşən xxxx zavodunun “Kür” kollektiv bağçılığından 0,06 hektar torpaq sahəsi verilişdir. Bu barədə Respublika Dövlət X4ndan arayış və həmin torpağın ona verilməsi barədə şəhadətnamə verilmişdir. İddiaçı həmin torpaqdan istifadə etmiş və bu gün də istifadə edir. Bu səbəbdən də həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və adına çıxarış verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı birinci instansiya məhkəməsinin iclasında iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim Rüfət Məcidov) xx xxx 2019-cu il tarixli 2- 1(84)-671/2019 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək, cavabdeh DƏDRX-nin 17 saylı Ərazi İdarəsinin üzərinə Mingəçevir şəhər XDS İK-nin xx.xx.1980-cı il tarixli 179 nömrəli qərarına əsasən Mingəçevir şəhərində yerləşən xxxx Zavodunun “X8” tərəfindən ayrılmış 0,06 ha sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması və adına hüquqların dövlət qeydiyyatından çıxarışın verilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Cavabdeh DƏDRX-nin 17 saylı Ərazi İdarəsi həmin qərardan apelyasiya şikayəti vermişdir. Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi və “xxxx” ASC inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2-1(107)-429/2019 nömrəli qərardadı ilə iş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri tərəfindən mütəxəssis rəyinin verilməsi qərara alınmış, rəy alınanadək işin icraatı dayandırılmışdır. Mütəxəssis rəyi məhkəmə kollegiyasına daxil olmuş, Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlara iddiaçıya məxsus xx.xx.1973-cü il tarixli əmək kitabçasının surəti, Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1980-ci il tarixli 179 nömrəli qərarından çıxarış, Dövlət X4 tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli 150/22 nömrəli arxiv arayışı, Mingəçevir Çınqıl-Beton Zavodu “Kür” X1 pasportunun surəti, cavabdeh inzibati orqanın xx.xx.2017-ci il tarixli **********49 nömrəli imtina məktubu və digər sənədlər daxildir. Apelyаsiyа şikаyətinin dəlilləri Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sözügedən torpaq sahəsində mütəxəssis tərəfindən texniki müayinə baxışı keçirilmiş, ərazidə inventarlaşdırma işləri aparılmış və onun sərhədlərinin döngə nöqtələrinin koordinatları təyin edilmiş və mövcud faktiki ölçüləri müəyyən olunmuşdur. Torpaq sahəsi şərti sərhədlərlə əhatələnmiş “xxxx” ASC-yə məxsus ərazidə yerləşir. Müayinə baxışı zamanı “xxxx” ASC-nin nümayəndəsinin dediyinə görə həmin ərazi onlara məxsusdur və müvafiq emissiya prospekti mövcuddur. Səhmlərin 70%-i ASC-yə, qalan 30%-i dövlətə məxsusdur. Həmçinin, idarənin arxiv materiallarına istinadən, ləğv edilmiş Mingəçevir şəhər Bağlar İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixli Akta əsasən DƏDRX-nin 17 saylı X9 təhvil verilmiş xxxx zavodunun “Kür” kollektiv bağçılığının adlı siyahısında İddiaçı adı qeyd olunmamış, həmçinin torpaq sahəsinə dair ayrıc aktı, onun yerini və ölçülərini əks etdirən yerquruluşu planı mövcud deyildir. Odur ki, inzibati işə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin və “xxxx” ASC-nin üçüncü şəxs qismində cəlb olunmasını və işə onların nümayəndələrinin iştirakı ilə baxılması zəruridir. DƏDRX-nin 17 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Ona görə də Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2- 1(84)-671/2019 nömrəli qərarının ləğv edilməsini və İddiaçı iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdeh DƏDRX-nin 17 saylı Ərazi İdarəsinin nümayəndəsi X3 apelyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati- İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2-1(84)-671/2019 nömrəli qərarının ləğv edilməsini və İddiaçı iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin nümayəndəsi X6 qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2-1(84)- 671/2019 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq üçüncü şəxs “xxxx” ASC məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi Cavabdeh DƏDRX-nin 17 saylı Ərazi İdarəsinin apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apelyasiya şikayəti mümkündür, əsaslıdır, ona görə də apelyasiya şikayəti uğurlu olacaqdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Hazırkı işdə iddianın mümkünlüyünə dair digər şərtlər də mövcuddur. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmazdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş, yazılı formada imtina cavabı aldıqdan sonra vaxtında məhkəməyə iddia vermişdir (İPM-in 38.2-ci maddəsi). Məhkəmə kollegiyası tərəfindən iş materiallarında olan sənədlərin tədqiqi zamanı müəyyən edilmişdir ki, Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1980-ci il tarixli 179 nömrəli qərarı ilə Çınqıl-Beton Zavodunda yaradılmış “Kür” X1 Nizamnaməsi təsdiq edilmişdir. İddiaçı xx.xx.1979-cu il tarixdən Mingəçevir Çınqıl-Beton Zavodunda işləmiş, ona Mingəçevir Çınqıl-Beton Zavodunun “Kür” X2 tərəfindən xx.xx.1991-ci il tarixdə 600 m2 bağ torpaq sahəsi verilmiş və adına Bağçılıq Təsərrüfatının pasportu hazırlanmışdır. X5-Beton Zavodunun “Kür” X2 tərəfindən ona ayrılmış 600 m2 bağ torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2017-ci il tarixli **********49 nömrəli məktubla bildirmişdir ki, iddiaçıya ayrılmış 0,06 ha bağ torpaq sahəsi elektron baza xəritəsinə əsasən dövlət mülkiyyətindədir. Bu səbəbdən hüquqların dövlət qeydiyyatından imtina edilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, qanunvericiliyin tələbi baxımından mübahisə predmeti olan torpaq sahəsi iddiaçıya qanunla müəyyən edilmiş qaydada ayrıldığından və torpaq sahəsinə dair bağçılıq pasportu hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edildiyindən iddiaçının həmin torpaq sahəsi üzərində hüquqları dövlət qeydiyyatına alınmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən gəldiyi nəticə ilə razılaşmır və belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin inzibati iş üzrə qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək iddia tələbi təmin edilməməldir. Məhkəmə kollegiyası ilk öncə olaraq onu qeyd edir ki, iddiaçıya məxsus müvafiq bağçılıq təsərrüfatı tərəfindən ayrılmış torpaq sahəsinin yerləşmə yeri və koordinatları ilə bağlı hər hansı bir sənəd mövcud deyildir. Belə ki, İddiaçı adına Mingəçevir Çınqıl-Beton Zavodunun “Kür” X2 tərəfindən xx.xx.1991-ci il tarixdə 600 m2 bağ torpaq sahəsinə dair verilmiş Bağçılıq Təsərrüfatının pasportunun verildiyi vaxt qüvvədə olan x xxxxxx 1991-ci il tarixli 254-Xİİ nömrəli (xx xxxxxx 2001-ci il tarixli 96-İİQD saylı Qanuna əsasən qüvvədən düşmüşdür) Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 57-ci maddəsinə əsasən yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən vətəndaşların mülkiyyətinə mövcud şərait və torpaq imkanları nəzərə alınmaqla verilir. Həmin Məcəllənin 59-cu maddəsinə əsasən şəhərlərdə, qəsəbələrdə və kənd yaşayış məntəqələrində yaşayan, şəxsi yardımçı təsərrüfatla və kəndli (fermer) təsərrüfatı ilə məşğul olmaq üçün torpaq sahələri olmayan vətəndaşlara rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə kollektiv bağçılıq üçün bağçılıq ortaqlığının təqdimatı üzrə onun üzvlərinin payları bəlli olan kollektiv mülkiyyətinə torpaq sahələri verilir. -Kollektiv bağçılıq üçün torpaq sahəsi müvafiq rayon, şəhər xalq deputatları Sovetlərinin xüsusi torpaq fondundan verilir. -Bağçılıq ortaqlığının torpaqları ictimai istifadəyə və birliyin ayrı-ayrı üzvlərinin mülkiyyət payına verilmiş torpaqlardan ibarətdir. -İctimai istifadə torpaqlarına mühafizə zonalarının, yolların, digər qurğuların və obyektlərin yerləşdiyi torpaqlar aiddir. -Rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə bağçılıq ortaqlığına ümumi torpaq sahəsi üzərində kollektiv mülkiyyət hüququna dair, ortaqlığın ayrı-ayrı üzvlərinə isə onların hər birinin konkret torpaq payına olan mülkiyyət hüququna dair akt verilir. -Kollektiv bağçılıq üçün verilmiş torpaq sahələrindən meyvə, giləmeyvə, tərəvəz becərmək, ev quşları saxlamaq, arıçılıq, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normada bağ evləri və yardımçı tikililərin inşası üçün istifadə edilir. -Kollektiv bağçılıq ortaqlığına verilmiş torpaqlardan istifadə qaydaları və onların hüquqi rejimi rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən təsdiq edilən əsasnamə ilə müəyyən edilir. Bununla bağlı Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2-1(107)- 429/2019 nömrəli qərardadı ilə mübahisə predmeti olan torpaq sahəsinin yerinin və hüquqi statusunun müəyyən edilməsi üçün iş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri tərəfindən mütəxəssis rəyinin verilməsi qərara alınmış, xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx xxxxxx 2019-cu il tarixli məktubu ilə daxil olmuş mütəxəssis rəyinə əsasən “Mingəçevir xxxx” ASC-nin Texniki Pasportunun və İddiaçı aid “Kür” X1 pasportunun surətlərinə əsasən torpaq sahələrinin yerini müəyyən etmək mümkün olmamışdır. Cavabdeh inzibati orqan apelyasiya şikayətində göstərmişdir ki, torpaq sahəsi şərti sərhədlərlə əhatələnmiş “xxxx” ASC-yə məxsus ərazidə yerləşir və “xxxx” ASC-nə məxsusdur və müvafiq emissiya prospekti mövcuddur. Səhmlərin 70%-i ASC-yə, qalan 30%-i dövlətə məxsusdur. İşə əlavə edilmiş mübahisəli torpaq sahəsinin yerləşdiyi ərazinin sxeminə əsasən, həmin mübahisə predmeti olan torpaq sahəsi “xxxx” ASC-yə məxsus ərazidə yerləşir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur. Həmin Qanunun 10-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; dövlət rüsumunun ödənilməsi barədə sənəd. Belə ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun: - 9-cu maddəsində göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. - 10-cu maddəsinin 1-ci abzasında göstərilmişdir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Sadalanan maddi hüquq normalarının tələblərindən də aydın olduğu kimi, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Lakin, burada da qanunvericilik şəxslərin qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüsünü əsas götürür. Yuxarıda qeyd edilən qanunvericilik aktlarında 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlakın dövlət qeydiyyatı üçün əsasdır. Lakin, həmin torpaq sahəsinin qeydə alınması ilə müraciət edərkən mütləq həmin torpaq sahəsinin yerləşmə yerini əks etdirən sənədlərdən biri (plan, cizgi, pasport, texniki pasport və ya təhkim aktı) təqdim etməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, mübahisə predmeti olan torpaq sahəsinin ümumiyyətlə dövlət kadastr xəritəsində və elektron xəritədə kimə məxsusluğu qeyd edilmədiyindən və iddiaçıya məxsus olmasını təsdiq edən sübut (plan, cizgi, təhkim aktı və ya bu xarakterli digər sənəd) təqdim edilmədiyindən həmin torpağın həqiqətən iddiaçıya verilən torpaq sahəsi olması təsdiq edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə əsasən İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. -34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. - 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Belə olan halda məhkəmə kollegiyasının qənaətinə görə, həqiqətən də, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ayrılmış torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, mübahisəli torpaq sahəsinin yerləşmə vəziyyətini əks etdirən torpaq sahəsinin planı və ya cizgisi olmadığından həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasının qeyri-mümkün olması ilə bağlı irəli sürdüyü dəlilləri əsaslıdır və iddiaçının isə hazırkı vəziyyətdə əmlak hüquqlarının pozulması halı müəyyən edilməmişdir. Məhkəmə kollegiyası iddiaçının nəzərinə çatdırır ki, belə olan vəziyyətdə iddiaçının tələbinin təmin edilməsi üçün heç bir hüquqi və faktiki əsas yoxdur, lakin qeyd edilən tələblər üzrə müvafiq torpaq sahələrinin dövlət orqanları tərəfindən elektron uçotu və qeydiyyatı aparıldıqdan, faktiki hüquq sahibləri müəyyənləşdirildikdən və həmin torpaqların hüquqi statusunun müəyyən edilməsindən sonra hazırkı məsələ məhkəmədən kənar qaydada öz həllini tapa bilər. Məhkəmə tərəfindən qanunvericilikdə müəyyən edilən sənədlərin mövcud olmadığı təqdirdə müvafiq torpaq sahəsinin iddiaçının adına rəsmiləşdirilməsinin mümkün olmadığını qeyd edir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, iddia tələbini təmin etməklə maddi və prossesual hüquq normalarının tətbiqində səhvə yol verərək inzibati iş üzrə düzgün nəticəyə gəlməmişdir. Belə olan halda, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, apelyasiya şikayətinin dəlilləri isə əsaslı olduğundan təmin edilməlidir. İPM-in 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi baxılan mübahisə üzrə düzgün nəticəyə gəlməmişdir. Buna görə də apelyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2-1(84)-671/2019 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılaraq İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı “Mingəçevir şəhər XDS İK-nin xx.xx.1980-ci il tarixli 179 nömrəli qərarına əsasən Mingəçevir şəhərində yerləşən xxxx Zavodunun “X8” tərəfindən ayrılmış 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması və adına çıxarış verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-11/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-11/2020
21.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver