Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-11/2021 16.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “xx.xx.1975-xx.xx.1978-ci illərdə X1 əyani təhsil aldığı dövrün sosial sığorta stajına daxil edilməklə xx.xx.2019-cu il tarixindən, yəni pensiya hüququ yaranan vaxtdan ona yaşa görə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020ci il tarixli 2-1(116)-59/2020 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Mingəçevir şəhər filialı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı orta məktəbi bitirdikdən sonra xx xxxxxx 1975-ci ildə X2 «Metalların kəsməklə emalı» ixtisası üzrə əyani şöbənin birinci kursuna qəbul olmuşdur. xx xxxx 1978ci ildə həmin ixtisas üzrə əyani şöbəni bitirib diplom almış və həmin vaxtdan da ixtisası üzrə əmək fəaliyyətinə başlamışdır. Hazırda pensiyaya çıxmaq istəyir, lakin əyani təhsil aldığı müddəti əmək stajına cavabdeh orqan tərəfindən daxil edilmir. Səbəb kimi göstərilir ki, «Əmək pensiyaları haqqında» qanunda əyani təhsil müddətinin sosial sığorta stajına daxil edilməsi nəzərdə tutulmamışdır. Təhsil aldığı dövrdə qüvvədə olan, yəni xx.xx.1956cı ildə qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları” haqqında SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Odur ki, iddiaçı “xx.xx.1975-xx.xx.1978-ci illərdə X1 əyani təhsil aldığı dövrün sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının vəkili X7 xx.xx.2020-ci il tarixində iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsini təqdim etmiş və “iddiaçının xx.xx.1975xx.xx.1978-ci illərdə X1 əyani təhsil aldığı dövrün sosial sığorta stajına daxil edilməklə xx.xx.2019-cu il tarixindən, yəni pensiya hüququ yaranan vaxtdan ona yaşa görə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixli iclasında ərizə icraata qəbul edilmişdir. Cavabdehin etirazının dəlilləri: İddiaçı iş stajı əmək kitabçası üzrə 27 il 8 ay 26 gündür və “xxxx” ASC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 03 saylı (işləmədiyi) öz hesabına məzuniyyətdə olması barədə arayışa əsasən 6 il 8 ay 14 gün 27 il 8 ay 26 gündən çıxılaraq ümumi iş stajı 21 il 12 gün müəyyən edilmişdir. İddiaçı pensiya hüququ 61 yaşında xx.xx.2019-cu il tarixdə yaranmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin 2020-ci il 06 fevral tarixli **********2 nömrəli tapşırığına əsasən bildiririk ki, 2006-cı il 1 yanvar tarixinədək bitmiş əyani təhsil müddəti nəzərə alınmaqla əmək pensiyalarının təyin edilməsini və hesablanması vətəndaşın müraciəti əsasında həyata keçirilir. İddiaçı mübahisələndirilən xx.xx.1975-ci il tarixdən xx.xx.1978-ci il tarixədək X6 Texnikumunda təhsil aldığı 02 il 6 ay 2 gün onun mübahisələndirilməyən ümumi 21 il 12 gün iş stajının üzərinə əlavə edilərək 23 il 6 ay 14 gün mübahisələndirilməyən iş stajı kimi qəbul edilmişdir. İddiaçı 23 il 6 ay 14 gün ümumi iş stajı tələb olunan 25 il sığorta stajından az olduğu üçün onun yaşa görə əmək pensiyası hüququ yaranmır. Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-59/2020 saylı qərarı ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə İddiaçı xx.xx.1975xx.xx.1978-ci illərdə X1 əyani təhsil aldığı dövrün sosial sığorta stajına daxil edilməklə xx.xx.2019-cu il tarixindən, yəni pensiya hüququ yaranan vaxtdan ona yaşa görə pensiya təyin edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Həmin qərardan cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Mingəçevir şəhər filialı tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Bildirmişdir ki, Şəki İnzibat məhkəməsinin sorğusuna xx xxxx 2020-ci il tarixli **********4 saylı məktubla cavab verilmişdir. Qeyd olunan cavab məktubunda bildirilmişdir ki, İddiaçı iş stajı əmək kitabçası üzrə xx.xx.2006-cı il tarixinə 27 il 8 ay 26 gündür və “xxxx” ASC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 03 saylı (işləmədiyi) əmək haqqısı saxlanılmadan öz hesabına məzuniyyətdə olması barədə arayışa əsasən 6 il 8 ay 14 gün 27 il 8 ay 26 gündən çıxılaraq ümumi iş stajı 21 il 12 gün müəyyən edilmişdir. Eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin 2020-ci il 06 fevral tarixli **********2 nömrəli tapşırığına (əyani təhsil illərinin siğorta stajına daxil edilməsi) əsasən 2006-cı il 1 yanvar tarixinədək bitmiş əyani təhsil müddəti nəzərə alınmaqla əmək pensiyalarının təyin edilməsi və hesablanması vətəndaşın müraciəti əsasında həyata keçirilir. Qeyd olunan məktuba əsasən İddiaçı mübahisələndirilən xx.xx.1975-ci il tarixdən xx.xx.1978-ci il tarixədək X6 Texnikumunda təhsil aldığı 02 il 6 ay 2 gün sosial sığorta stajına daxil edilmiş, onun mübahisələndirilməyən ümumi 21 il 12 gün iş stajının üzərinə əlavə edilərək 23 il 6 ay 14 gün mübahisələndirilməyən iş stajı kimi qəbul edilmişdir.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1- dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçı Ağəli qızının pensiya hüququ 61 yaşında, yəni xx xxxx 2019-cu il tarixdə yaranmışdır. Lakin iddiaçının əmək pensiyası təyin edilməsi üçün tələb olunan sosial sığorta stajı olmadığından Ona pensiya təyin olunmasından düzgün olaraq imtina edilmişdir. Bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Eyni zamanda bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 21-ci maddəsində sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətlərini nəzərdə tutur. İşçinin fəliyyəti dayanmış müəssisədə işləməyən, əmək haqqısı saxlanılmadan öz hesabına məzuniyyətdə olan işçinin məzuniyyət müddətinin sığorta stajına daxıi edilməsi yuxarıda qeyd olunan qanunun 21-ci maddəsinin tələblərinə ziddir. Şəki İnzibati Məhkəməsi tərəfindən iddia tələbi təmin edilməklə yuxarıda göstərilən qanunvericiliyin müddəaları nəzərə alınmamış, 'bununlada maddi hüquq normaları pozulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının pozulması 1-ci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Yuxarıda qeyd olunanlara əsasən Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-59/2020 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Məhkəmə Mübahisələri ilə iş üzrə mərkəzi filialının nümayəndəsi X5 apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-59/2020 nömrəli iş üzrə qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara Cavabdeh xx.xx.2020-ci il tarixli **********7 nömrəli imtina məktubu, Azərbaycan Respublikası Dövlət X3 xx.xx.2019-cu il tarixli X-167 nömrəli arxiv arayışı, AZE seriyalı 14242626 nömrəli vətəndaşın Şəxsiyyət Vəsiqəsinin təsdiqlənmiş surəti, xx.xx.1978-ci il tarixli əmək kitabçasının təsdiqlənmiş surəti, BT seriyalı 015422 nömrəli diplomun təsdiqlənmiş surəti, Azərbaycan Respublikası Dövlət X3 xx.xx.2019-cu il tarixli T-70 nömrəli arxiv arayışı, Azərbaycan Respublikası Təhsil Nazirliyi Mingəçevir Dövlət Universitetinin xx.xx.2019-cu il tarixli 208 nömrəli məktubu, Cavabdeh xx.xx.2019-cu il tarixli **********6 nömrəli etirazı və xx.xx.2019-cu il tarixli **********8 nömrəli məktubu, “xxxx” ASC-nin xx.xx.2019-cu il tarixli 03 nömrəli arayışı, Cavabdeh xx.xx.2019-cu il tarixli **********2 nömrəli və xx.xx.2019-cu il tarixli **********3 nömrəli məktubları, Nikahın bağlanması haqqında İİ- ЖГ seriyalı 297781 nömrəli şəhadətnamənin təsdiqlənmiş surəti, Cavabdeh xx.xx.2020-ci il tarixli **********4 nömrəli məktubu aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslıdır və Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-59/2020 nömrəli qərarı ləğv edilməlidir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçılar onların müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onların hüquqlarını pozduğunu iddia edə bilərlər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddiaçının xx.xx.1975-ci il tarixdən xx.xx.1978-ci il tarixinə qədər X1 əyani təhsil alması BT seriyalı 015422 nömrəli diplomun təsdiqlənmiş surəti ilə öz təsdiqini tapır və bu işin mübahisələndirilməyən halıdır. İşdə olan, iddiaçının xx.xx.1978-ci il tarixli əmək kitabçasının təsdiqlənmiş surətindən görünür ki, xx.xx.1978-ci il tarixdən 9.11.2006-cı il tarixədək “xxxx” Açıq Səhmdar Cəmiyyətində işləmişdir.Həmçinin işdə olan xxxx” ASC-nin xx.xx.2019-cu il tarixli 03 nömrəli arayışından görünür ki, iddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.2006-cı il tarixədək “xxxx” Açıq Səhmdar əmiyyətində işləmiş və işlədiyi müddətdə öz hesabına məzuniyyətə 6 il 8 ay 14 gün olmuşdur. Xammal-material çatışmamazlığı ilə əlaqədar olaraq məcburi məzuniyyətdə 2 il 5 ay 14 gün gün olmuşdur və əmək haqqının 2/3 hissəsi ödənilmişdir. Cavabdehin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, iddiaçının iş stajı əmək kitabçası üzrə 27 il 8 ay 26 gündür və “xxxx” ASC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 03 saylı öz hesabına mənzuniyyətdə olması barədə arayışa əsasən 6 il 8 ay 14 gün 27 il 8 ay 26 gündən çıxılaraq ümumi iş stajı 21 il 12 gün müəyyənedilmişdir.Cavabdeh xx.xx.2020ci il tarixli məktubunda qeyd etmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin 2020ci il 06 fevral tarixli **********2 nömrəli tapşırığına əsasən bildiririk ki, 2006-cı il 1 yanvar tarixinədək bitmiş əyani təhsil müddəti nəzərə alınmaqla əmək pensiyalarının təyin edilməsini və hesablanması vətəndaşın müraciəti əsasında həyata keçirilir. İddiaçı mübahisələndirilən xx.xx.1975-ci il tarixdən xx.xx.1978-ci il tarixədək X6 Texnikumunda təhsil aldığı 02 il 6 ay 2 gün onun mübahisələndirilməyən ümumi 21 il 12 gün iş stajının üzərinə əlavə edilərək 23 il 6 ay 14 gün mübahisələndirilməyən iş stajı kimi qəbul edilmişdir. İddiaçı 23 il 6 ay 14 gün ümumi iş stajı tələb olunan 25 il sığorta stajından az olduğu üçün onun yaşa görə əmək pensiyası hüququ yaranmır. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının təhsil aldığı müddətin onun social sığorta stajına daxil edilməsi ilə bağlı cavabdeh məhkəməyə sübut (qərar) təqdim etməmişdir. Həmçinin cavabdeh təhsil müddətinin daxil ediləcəyi təqdirdə belə iddiaçının pensiya hüququnun yaranmadığını qeyd edir və bunu iddiaçının 6 il 8 ay 14 gün öz hesabına məzuniyyətdə olmaqla bağlı işləməməsi ilə əsaslandırır. İPM-in 1.2-ci maddəsindən göndərişlə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsının 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə İddiaçı xx.xx.1975-xx.xx.1978-ci illərdə X1 əyani təhsil aldığı dövrün sosial sığorta stajına daxil edilməklə xx.xx.2019-cu il tarixindən, yəni pensiya hüququ yaranan vaxtdan ona yaşa görə pensiya təyin edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Bununla bağlı birinci instansiya məhkəməsi 1992-ci ildə qəbul edilmiş və xx.xx.2006cı il tarixə kimi qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanunun Qanunun müddəallarına və həmçinin Əmək Məcəlləsinin 111-ci maddəsində, habelə məzuniyyətdə olduğu müddətin işcinin əmək stajına daxil edilməsi ilə baglı “Məzuniyyətlər haqqında” Qanunun 2-ci maddəsinə istinad etmişdir. Sözügedən normaların mübahisəyə tətbiqi ilə bağlı olaraq kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşır və işdə olan sənədlərdən görünür ki, iddiaçının xx.xx.1975-ci il tarixdən xx.xx.1978-ci il tarixinə qədər X1 əyani təhsil alması BT seriyalı 015422 nömrəli diplomun təsdiqlənmiş surəti ilə öz təsdiqini tapır və bu işin mübahisələndirilməyən halıdır. Lakin, iddiaçının xx.xx.1978-ci il tarixdən xx.xx.2006-cı il tarixədək “xxxx” Açıq Səhmdar Cəmiyyətində işləmiş müddətin tam sosial sığorta stajına daxil edilməsi hissəsində razılaşmır. Belə ki, “xxxx” ASC-nin xx.xx.2019-cu il tarixli 03 nömrəli arayışından görünür ki, iddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.2006-cı il tarixədək “xxxx” Açıq Səhmdar Cəmiyyətində işləmiş və işlədiyi müddətdə öz hesabına məzuniyyətə 6 il 8 ay 14 gün olmuşdur. Xammal-material çatışmamazlığı ilə əlaqədar olaraq məcburi məzuniyyətdə 2 il 5 ay 14 gün gün olmuşdur və əmək haqqının 2/3 hissəsi ödənilmişdir. Göründüyü kimi, iddiaçının iş stajı əmək kitabçası üzrə 27 il 8 ay 26 gündür və “xxxx” ASC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 03 saylı öz hesabına mənzuniyyətdə olması barədə arayışa əsasən 6 il 8 ay 14 gün 27 il 8 ay 26 gündən çıxılaraq ümumi iş stajı 21 il 12 gün müəyyən edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə bağlı qeyd edir ki, onun istinad etdiyi normalarda təsbit olunanlar həmin qanunların məqsədlərinə cavab versə də Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyəta keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında’’ Qanunla müəyyən edilir. Belə ki, “Əmək pensiyaları haqqında’’ Qanunun - 1.0.1 -ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 21.1 -ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Normaların məzmunundan göründüyü kimi, qanunverici əmək (iş) dövrlərinin yalnız o hissəsini (hissələrini) sosial sığorta staj kimi nəzərə alır ki, həmin dövrlərdə müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənilmiş olsun. “Əmək pensiyaları haqqında" Qanunun 21.2-ci maddəsində sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, qanunvericinin sosial sığorta stajı kimi nəzərə aldığı digər müddətlər də qeyd edilmişdir. Lakin iddia olunan məzmunda ödənışsız məzuniyyət dövrü sosial sığorta stajı kimi həmin siyahıda təsbit olunmamışdır. Lakin birinci instansiya məhkəməsi iddiaçının xx.xx.1978-ci il tarixdən xx.xx.2006-cı il tarixədək tarixə kimi onun öz hesabına 6 il 8 ay 14 gün məzuniyyətdə olduğu dövrü onun əmək stajına daxil etməklə səhv nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İPM-in 87.6-cı maddəsinə əsasən cavabdehin apellyasiya şikayəti təmin edilməli, Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-59/2020 nömrəli qərarı ləğv edilməli, inzibati iş üzrə yeni qərar çıxarılaraq iddia rədd edilməli, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “xx.xx.1975-xx.xx.1978-ci illərdə X1 əyani təhsil aldığı dövrün sosial sığorta stajına daxil edilməklə xx.xx.2019-cu il tarixindən, yəni pensiya hüququ yaranan vaxtdan ona yaşa görə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməməlidir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və İPM-in 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Mingəçevir şəhər filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-59/2020 nömrəli qərarı ləğv edilsin və inzibati iş üzrə yeni qərar çıxarılsın. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “xx.xx.1975-xx.xx.1978-ci illərdə X1 əyani təhsil aldığı dövrün sosial sığorta stajına daxil edilməklə xx.xx.2019-cu il tarixindən, yəni pensiya hüququ yaranan vaxtdan ona yaşa görə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməsin. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-11/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-11/2021
16.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver