Məhkəmə qərarları › İş №2-1(107)-11/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-11/2022

05.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-11/2022 05.01.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Muradlı Yeganə Rəfail qızının katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı “Mingəçevir şəhəri, Koroğlu küçəsi 21a nömrəli evin 37 nömrəli mənzilinin adlarına özəlləşdirilməsi vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması tələbinə dair” inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 13 mart 2018ci il tarixli, 2-1(84)-188/2018 nömrəli qərarından qəbul edilən qərar qanunla qorunan maraqlarına toxunan üçüncü şəxs X6 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə Mingəçevir şəhəri V.Naqornaya küçəsi 21-a nömrəli evin 37 nömrəli mənzili X8 verilmiş və adına 12.01.1990-cı il tarixli 3616 nömrəli order verilmişdir. Orderdə ailə üzvləri qismində oğlu Nazim Məmmədov, gəlini Solmaz Məmmədova, oğlu Roman Məmmədov, Qənbərəli Məmmədov və nəvəsi Elvira Məmmədovanın adları qeyd edilmişdir. Zeynəb Məmmədova 21 iyul 1994-cü il tarixdə ölmüşdür Mingəçevir Şəhər Məhkəməsinin 16.01.2009-cu il tarixli 2(051)-37/2009 nömrəli qanuni qüvvəsini almış qətnaməsinə əsasən İddiaçı1 Mingəçevir şəhəri Koroğlu küçəsi 21A nömrəli evin 37 nömrəli mənzilindən istifadə hüququ tanınmış və uşaqları Şəbinə Məmmədova və İddiaçı3 ilə birlikdə həmin mənzilə köçürülmüşdlər. Bundan başqa Mingəçevir Şəhər Məhkəməsinin 19.06.2017-ci il tarixli 2(051)- 3120/2017 nömrəli qanuni qüvvəsini almış qətnaməsi ilə Qənbərəli Məmmədov, Nazim Məmmədov, Solmaz Məmmədova, Roman Məmmədov və X10 şəhəri Koroğlu küçəsi 21 nömrəli evin 37 nömrəli mənzilindən istifadə hüquqları itirilmiş hesab edilmişdir. 25.10.2017-ci il tarixli arayışa (2 nömrəli forma) əsasən İddiaçı1, İddiaçı3 və X1 şəhəri Koroğlu küçəsi 21 nömrəli evin 37 nömrəli mənzilində yaşayış hüququ olmaqla qeydiyyatdadırlar. İddiaçı sözügedən mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu 03.11.2017-ci il tarixli məktubla “Azərbaycan Respublikasında Mənzil Fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulan sənədlərin təqdim edilmədiyini bildirərək mənzil üzərində hüquqları dövlət qeydiyyatına almaqdan imtina etmişdir. Bununla razılaşmayan iddiaçılar hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək tələblərini onunla əsaslandırmışlar ki, sözügedən mənzil mərhum Zeynəb Məmmədovaya verilərək adına order yazılmış və sonuncu 21 iyul 1994-cü il tarixdə ölmüşdür. Orderdə adları ailə üzvləri kimi qeyd olunan digər şəxslərin həmin mənzildən istifadə hüquqlarına xitam verilmişdir. İddiaçı1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh DƏDRX-nin 17 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etiraz edərək etirazını imtina dəlilləri ilə əsaslandırmış və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmalarına baxmayaraq iddiaçılar İddiaçı3 və X9 məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Şəki İnzibati Məhkəməsinin 13 mart 2018-ci il tarixli, 2-1(84)-188/2018 nömrəli qərarı ilə (X22) iddia qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinin üzərinə ünvan 1 ünvanında yerləşən 37 nömrəli mənzilin İddiaçı1 adına İddiaçı3 və X3 razılıqları alındıqdan sonra özəlləşdirilməsi öhdəliyinin qoyulması, iddianın qalan hissədə rədd edilməsi, ödənilmiş 10 (on) manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qərara alınmışdır. Qəbul edilən qərar qanunla qorunan maraqlarına toxunan üçüncü şəxs X6 apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 13 mart 2018-ci il tarixli, 2-1(84)- 188/2018 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Qəbul edilən qərar qanunla qorunan maraqlarına toxunan üçüncü şəxs X6 apellyasiya şikayətində qeyd etmişdir ki, Şəki İnzibati-lqtisad Məhkəməsinin İddiaçı1, İddiaçı3 Qəmbərəli qızının, X4 Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı iş üzrə 2-1(84)-188/2018 saylı Qərarı qanunsuzdur və ləğv edilməlidir. Belə ki, onun mərhum qardaşı X2 arvadı X11, orderi mərhum anası X7 adına olan, 1992-ci ildə Ermənistandan ünvan 2 ünvanında yerləşən 3 otaqlı mənzili qardaşından boşandıqdan sonra, qanunsuz yollarla özəlləşdirib satmaq məqsədi ilə Şəki İnzibati-lqtisad Məhkəməsinə onun X7 vərəsəsi olduğunu və ondan başqa hazırda sağ-salamat olan digər vərəsələr: Firuzə Məhərrəmovanın (ünvanı: ünvan 3van: ünvan 4əhəri, Yeni həyat qəsəbəsi 75) və Sevil Həsənovanın (ünvanı: ünvan 6arını bildiyi halda, məlumatları məhkəmədən qəsdən gizlətmişdir. O və digər vərəsələr mərhum anasına və onlara aid olan həmin mənzili qanuni yolla özəlləşdirib satana qədər İddiaçı1 qızları ilə birlikdə mənzildə müvəqqəti yaşamalarına razılıq vermişdilər, amma bu ona onlardan xəbərsiz qanunsuz olaraq mənzili özəlləşdirib satmasına heç bir əsas vermirdi və verə də bilməzdi. Şəki İnzibati-lqtisad Məhkəməsinin Qərarından görünür ki, bu işdə cavabdeh kimi Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Ərazi İdarəsi cəlb edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin məhkəmə işində olan **********03 saylı 19 noyabr 2017-ci il tarixli məktubundan da göründüyü kimi göstərilən mənzil İddiaçı1 adına özəlləşdirilə bilməzdi. Belə ki, sözü gedən mənzil 12.01.1990-cı il tarixli, 3616 nömrəli orderə əsasən X8 və digər ailə üzvlərinə ayrılmışdır. İddiaçı1 məhkəməyə müraciət edərkən də mənzil mərhum Zeynəb Məmmədovanın adına olmuşdur və qeyd etdiyi kimi, onun hal-hazırda həyatda olan vərəsələri vardır. Şəki İnzibati-İqtisad Məhkəməsi qanunun tələblərini pozaraq bu faktları araşdırıb müəyyən edə biləcəyi halda, bunları etməmiş, nəticədə mərhum X7 və onun həyatda olan vərəsələrinin qanuni hüquqlarını kobud şəkildə pozaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Ərazi İdarəsinin üzərinə göstərilən mənzilin, həmin mənzilə heç bir hüququ olmayan İddiaçı1 adına özəlləşdirilməsi öhdəliyinin qoyulması barədə qanunsuz qərar qəbul etmişdir. Odur ki, Şəki İnzibati Məhkəməsinin 13 mart 2018-ci il tarixli, 2-1(84)-188/2018 nömrəli qərarının ləğv edilməsini və 12.01.1990-cı il tarixli, 3616 nömrəli orderə əsasən X8 və digər ailə üzvlərinə ayrılmış Mingəçevir şəhəri, Koroğlu küçəsi 21, mənzil 34 ünvanında yerləşən 3 otaqlı mənzilə onun və digər vərəsələrin pozulmuş qanuni vərəsəlik hüquqlarının bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 13 mart 2018-ci il tarixli, 2-1(84)- 188/2018 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq qəbul edilən qərar qanunla qorunan maraqlarına toxunan üçüncü şəxs X6 və cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdehin hərəkətləri qanuna ziddir. Cavabdehin bu hərəkəti iddiaçının hüquqlarını pozur (İPM-in 34.1-ci maddəsi)”. İddia mümkün iddia olmaqla yanaşı, həm də qismən əsaslıdır. Bu səbəbdən də iddia qismən təmin edilməlidir. Belə ki, baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddia mümkündür. Belə ki, iddiaçı cavabdehin bu hərəkətinin İPM-in 35.1 -ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı sözügedən mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. İddia, mahiyyət etibarı ilə qismən əsaslıdır. Belə ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə “ARMFOH” ARQ) 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. 5-ci maddəsinin 1-ci abzasına əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. 8-ci maddəsinin 1-ci abzasına əsasən mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 JVb-li forma) verir. Həmin maddənin 3-cü abzasına əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsini, mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 N°-li forma) və mənzil sahəsinin orderini əlavə etməlidir. Vətəndaş saxta sənədlər, təqdim etdikdə, yaxud yaşadığı mənzil (ev) mübahisəli olduqda müvafiq icra hakimiyyəti orqanı mənzilin özəlləşdirilməsindən imtina edir (“ARMFÖH” ARQ-nin 9-cu maddəsinin 2-ci abzası). Qeyd olunan maddi hüquq normalarının tələbindən göründüyü kimi, mənzilin özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşma çatmış ailə üzvlərinin razılığı tələb olunur. Habelə qanunverici mənzilin özəlləşdirilməsinin həyata keçirilməsi üçün konkret olaraq müəyyən etmişdir ki, şəxs yaşadığı mənzili özəlləşdirmək barədə ərizəsinə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə hüququ saxlanılan şəxslərin ərizəsini, mənzilə hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 N°-li forma) və mənzil sahəsinin orderini əlavə etməlidir. Bundan sonra DƏDRX-in müvafiq Ərazi İdarəsi mənzilin vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirərək vətəndaşın mənzilə mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirir. Hazırki mübahisədə Azərbaycan SSR Mingəçevir şəhər X21 İcraiyyə Komitəsinin tərəfindən Mingəçevir şəhəri V.Naqorya (hazırki Koroğlu) küçəsi 21 a nömrəli evin 37 nömrəli mənzili X12ma verilmiş və adına 12.01.1990-cı il tarixli 3616 nömrəli order verilmişdir. X15 ailə üzvləri qismində oğlu Nazim Məmmədov, gəlini Solmaz Məmmədova, oğlu Roman Məmmədov, Qənbərəli Məmmədov və nəvəsi Elvira Məmmədovanın adları qeyd edilmişdir. Zeynəb Məmmədova 21 iyul 1994-cü il tarixdə vəfat etmişdir. Habelə, Mingəçevir Şəhər Məhkəməsinin 16.01.2009-cu il tarixli 2(051)-37/2009 nömrəli qətnaməsinə əsasən İddiaçı1 Mingəçevir şəhəri Koroğlu, küçəsi 21A nömrəli evin 37 nömrəli mənzilindən istifadə hüququ tanınmış və uşaqları Şəbinə Məmmədova və İddiaçı3 ilə birlikdə həmin mənzilə köçürülmüş, məhkəmənin 19.06.2017-ci il tarixli 2(051 )- 3120/2017 nömrəli qanııni qüvvəsini almış qətnaməsi ilə Qənbərəli Məmmədov, Nazim Məmmədov, Solmaz Məmmədova, Roman Məmmədov və X10 şəhəri Koroğlu küçəsi 21 saylı evin 37 nömrəli mənzilindən istifadə hüquqları itirilmiş hesab edilmişdir. İddiaçıların sözügedən mənzildə yaşaması işin mübahisələndirilməyən halıdır. Məhkəmə “ARMFÖH” ARQ-nin məqsəd və məramından çıxış edərək hesab edir ki, Zeynəb Məmmədovaya sözügedən mənzilə orderlə verildiyindən, Zeynəb Məmmədova 21.07.1994-cü il tarixdə vəfat etdiyindən və məhkəmə qətnamələri ilə orderdə ailə üzvləri kimi adları qeyd olunmuş şəxslərin həmin mənzildən istifadə hüquqları itirildiyindən, İddiaçı1 həmin mənzildən istifadə hüququ tanındığından o mənzilin özəlləşdirilməsindən ümumi mülkiyyət payı almaq barədə əsaslı və qanuni gözləntiyə malik olmuşdur. İddiaçı qanunla tələb olunan orderi, mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayışı (2 N°-li forma) cavabdehə təqdim etsə də cavabdeh bunları nəzərə almamış, nəticədə hüquqların dövlət qeydiyyatından əsassız imtina etmişdir. Bundan başqa Mingəçevir Şəhər Məhkəməsinin 16.01,2009-cu il tarixli 2(051)- 37/2009 nömrəli qanuni qüvvəsini almış qətnaməsi ilə digər iddiaçılar Şəbinə Məmmədova və İddiaçı3 həmin mənzildən istifadə hüquqları müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək cavabdehin üzərinə mübahisə predmeti olan mənzilin İddiaçı1 adma mənzildə qeydiyyatda olan Şəbinə Məmmədova və İddiaçı3 razılıqları alındıqdan sonra özəlləşdirilməsi öhdəliyi qoyulmalı, iddia Şəbinə Məmmədova və İddiaçı3 münasibətdə rədd edilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin ikinci hissəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğu barədə” 30 oktyabr 2000-ci il tarixli Qərarında ifadə olunan hüquqi mövqeyinə görə, mənzillərin özəlləşdirmə hüququ qanunla təsbit olunan hüquqdur və onun yaranması bilavasitə özəlləşdirilən mənzildə yaşamaq hüququ ilə əlaqəlidir. Mənzillərin əvəzsiz olaraq özəlləşdirilməsinin mümkünlüyünü qanunda təsbit etməklə yanaşı, dövlət vətəndaşlara həmin hüququn həyata keçirilməsi üçün şərait yaratmalı və müəyyən əmlakın onların xüsusi mülkiyyətinə verilməsi zamanı Konstitusiyada nəzərdə tutulmuş prinsiplərin qorunmasını təmin etməlidir. Burada xüsusi önəm həm mülkiyyət hüququnun konstitusion təminatlarına, həm də Qanunda istifadə olunan hüquqi vasitələr və konstitusiya əhəmiyyətli dəyərlər arasında olan mütənasiblik prinsipi əsasında müvafiq münasibətlərin bütün iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin müdafiəsinə verilməlidir. Buna müvafiq olaraq qanunverici “ARMFÖH” ARQ-nin 3-cü maddəsində digər prinsiplərlə yanaşı, həmçinin yaşadıqları mənzillərin Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması və özəlləşdirmənin aşkarlığı, özəlləşdirmə üzərində dövlət nəzarəti və ictimai nəzarət prinsiplərini təsbit etmişdir. Qanunun göstərilən birinci prinsipdən irəli gələn başlıca məqsədi - yaşayış sahəsinə müstəqil şəkildə sahib olmaq, istifadə etmək, sərəncam vermək və daşınmaz əmlak bazarında iştirak etmək imkanının təqdim edilməsi vasitəsilə vətəndaşların mənzil ehtiyaclarının və mənzil fondunun istifadəsinin və qorunmasının daha səmərəli şəkildə təmin edilməsi kimi qəbul edilməlidir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddia qismən təmin edilməli, cavabdehin üzərinə ünvan 7 ünvanında yerləşən 37 nömrəli mənzilin İddiaçı1 adına özəlləşdirilməsi öhdəliyi qoyulmalı, iddia qalan hissədə rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1 -ci maddəsinə əsasən həll olunur. İddiaçı ödədiyi dövlət rüsumunu tələb etmədiyindən ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyatorun apellyasiya şikayətində mübahisəli mənzilin 21 iyul 1994-cü il tarixdə vəfat etmiş Zeynəb Məmmədovadan miras qalmasını göstərsə də, həmin halı təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, qeyd olunan mənzil Zeynəb Məmmədovaya order əsasında məxsus olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qiso,) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərаrа аldı: Qəbul edilən qərar qanunla qorunan maraqlarına toxunan üçüncü şəxs X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 13 mart 2018-ci il tarixli, 2-1(84)-188/2018 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar