Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-11/2023 05.04.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Oğuz rayon Bayan kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinə mərhum əri X5 mülkiyyət hüququnun qeydiyyata alınaraq adına dövlət reyestrindən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 26 aprel 2022-ci il tarixli 2-1(116)- 232/2022 nömrəli qərarından iş üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “Oğuz rayon Bayan kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinə mərhum əri X5 mülkiyyət hüququnun qeydiyyata alınaraq adına dövlət reyestrindən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsi ilə əvəz edilmişdir.
3. Birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(116)-1338/2021 nömrəli qərardadı ilə X10, xx.xx.2022-ci il tarixli 2-1(116)-232/2022 nömrəli qərardadı ilə X11, X17 və X15 iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına adi cəlb edilmiş, məhkəmənin xx.xx.2021-ci il tarixli 2-1(116)-232/2022 qərardadı ilə yuxarıda adları qeyd edilən şəxslərin inzibati məhkəmə icraatında iştirakı adi cəlbetmədən zəruri cəlbetməyə dəyişdirilmişdir.
4. İşin qısa mahiyyəti ondan ibarətdir ki, Vartaşen XDS İK-nin xx.xx.1988-ci il tarixli 12 №-li iclas protokoluna əsasən Bayan kənd sakini X7 5 №-li Tütünçülük sovxozunun xx.xx.1983-cü il tarixli 59 №-li əmri ilə verilmiş 0.12 ha torpaq sahəsi ayrılmış, ayrılmış torpaq sahəsinin coğrafi yerləşmə vəziyyətini müəyyən etməyə imkan verən hər hansı sənəd (sxem, planı, təhkim aktı və s.) əlavə edilməmiş, eyni zamanda qərarın məzmununda da bu barədə hər hansı qeyd aparılmamışdır. X1 1990-cı ildə vəfat etmişdir.
5. Eyni zamanda torpaq islahatı aparılan zaman iddiaçıya (oğlu ilə birlikdə) Oğuz rayon Bayan kəndində 0.12 ha torpaq sahəsi ayrılmışdır. İddiaçı Vartaşen XDS İK-nin xx.xx.1988-ci il tarixli 12 №-li qərarına istinad etməklə 0.12 ha torpaq sahəsi üzərində mərhum ərinin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. İddiaçı ərizəsinə xx.xx.2015-ci il tarixli Oğuz rayon RİHB-nın Bayan İƏD-si üzrə nümayəndəsi tərəfindən təsdiq edilmiş aktı əlavə etmiş, iddia olunan torpaq sahəsinin faktiki istifadəsində olduğunu, lakin indiyədək həmin torpaq sahəsinə sənəd ala bilməməsini qeyd etmişdir.
6. Cavabdeh birinci instansiya məhkəməsinə ünvanladığı iddia tələbinə münasibətində qeyd etmişdir ki, ərazi idarəsinin mütəxəssisləri tərəfindən mübahisəli əraziyə baxış keçirilmiş və əldə olunan məlumatlar ərazi idarəsində mövcud olan elektron kadastr məlumat bazası ilə müqayisə olunduqda məlum olmuşdur ki, qeyd olunan 0.12 ha torpaq sahəsinin 0.081 ha hissəsi JN-43B saylı İddiaçı adına verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, 0.029 ha hissəsi isə JN-164 M saylı X2 adına verilmiş kənd təsərüfatı təyinatlı torpaq sahəsinin üzərinə düşür. Mübahisəli torpaq sahəsi faktiki olaraq 0.12 hektardır. Torpaq sahəsinin təyinatı kənd təsərrüfatı təyinatlı torpaqdır. İddiaçı Oğuz şəhərində yerləşən 0.12 ha Oğuz şəhər XDS İK-nin xx.xx.1988-ci il tarixli 12 saylı qərarına əsasən ayrılmış 0.12 ha torpaq sahəsinə JN-268 A saylı şəhadətnamə hazırlanmışdır. Buna görə də müraciətin icrası mümkün olmamışdır. Göstərilənlər nəzərə alınaraq iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir.
7. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinə münasibətdə qeyd olunanlarla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir.
8. Üçüncü şəxs iddia tələbinə etirazda qeyd etmişdir ki, mərhum əri xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Ərindən qalan miras əmlakı özü qəbul etmişdir. Hazırda JN:0164 (KOD ********) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında qeyd edilən 164 M nömrəli sahəsi 0.11 hektar torpaq sahəsi iddiaçının istifadəsindədir. Buna səbəb isə onların öz aralarında razılaşaraq (torpaq sahələri qonşu olduğu üçün, 0.11 hektar olan torpaq sahəsində bağ saldığı üçün) 15 aprel 2015-ci il tarixdə müvafiq akt tərtib edərək torpaq sahələrinin dəyişdirilməsi olmuşdur. Belə ki, özünə məxsus Dövlət Aktında qonşu sərhədləri kimi 43 В ilə qeyd edilmiş iddiaçının adı vardır. Akt tərtib edilərkən iddiaçının mülkiyyət sənədi ilə maraqlanmamışdır. Hazırda məlum olur ki, onun həmin torpaq sahəsinə dair heç mülkiyyət sənədi belə yoxdur. O və ailə üzvləri, özlərinə məxsus olan JN:0164 (KOD ********) nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında qeyd edilən, 164 M nömrəli, sahəsi 0.11 ha torpaq sahəsi ilə iddiaçıya məxsus sandığı (43 В kimi qeyd edilmiş) 0,083 hektar torpaq sahəsini o halda dəyişdirilməsinə razı olardı ki, faktiki istifadə etdiyi, iddiaçıya məxsus sandığı (43 В kimi qeyd edilmiş) 0,083 hektar torpaq sahəsinə münasibətdə torpağa dair hüquqmüəyyənedici sənədləri eldə etmiş olsun. JN:0164 (KOD ********) nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında qeyd edilən 1,60 hektar torpaq sahəsi onun və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Həmin Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı qanuni sənəddir. Həmin torpaq sahəsinə dair (dövlət aktı ilə bizə məxsus olan) iddiaçının adına mülkiyyət sənədinin hazırlanması onlara məxsus dövlət aktının ləğv olunması ilə nəticələnə bilər. Buna görə də o, üçüncü şəxsin vərəsəsi kimi, iddia tələbini əsassız hesab edir. Ancaq iddiaçıya faktiki özünün istifadə etdiyi 0,08 ha sənəd üzrə istifadə etmədiyi yerə dair torpaq sahəsinə dair mülkiyyət sənədi veriləcəyi təqdirdə etirazı yoxdur. İddiaçı həmin torpaq sahəsinə mülkiyyət sənədi alarsa o və ailə üzvləri, müvafiq notariat kontorunda torpaq sahələrinin dəyişdirilməsi barədə məhkəmədən kənar aralarında razılaşma əldə edə bilərlər. Əks halda o, iddianı qəbul etmədiyini bildirərək məhkəmədən qanuni və ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
9. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 26 aprel 2022-ci il tarixli 2- 1(116)-232/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.
10. İddiaçının nümayəndəsi və vəkili Vəkil həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
11. İddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış və apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 26 aprel 2022-ci il tarixli 2-1(116)-232/2022 nömrəli qərarının ləğv edilməsini və işə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iiddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 26 aprel 2022-ci il tarixli 2-1(116)-232/2022 nömrəli qərarının ləğv edilməsini və işə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etdi.
13. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 26 aprel 2022ci il tarixli 2-1(116)-232/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
14. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən üçüncü şəxs X17 qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi.
15. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı və üçüncü şəxslər X15, X11 və X13 məhkəmə iclasına gəlməmişlər.
16. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
17. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - kod 40501028, JN-268A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 65 saylı qərarı əsasında 0.12 ha torpaq sahəsi Oğuz rayon Bayan kənd sakini İddiaçı mülkiyyətinə verilmişdir. - kod 40501028, JN-0043 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından görünür ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 65 saylı qərarı əsasında 0.80 ha torpaq sahəsi Oğuz rayon Bayan kənd sakini İddiaçı və X6 mülkiyyətinə verilmişdir. - Oğuz rayon Dövlət Arxivinin xx.xx.2013-cü il tarixli 227 №-li məktubundan görünür ki, Vartaşen XDS İK-nin xx.xx.1988-ci il tarixli 12 №-li iclas protokoluna əsasən Bayan kənd sakini X7 5 №-li Tütünçülük sovxozunun xx.xx.1983-cü il tarixli 59 №-li əmri ilə verilmiş 0.12 ha torpaq sahəsi təsdiq edilmişdir. - Oğuz rayon Dövlət Arxivinin xx.xx.2012-ci il tarixli 251 №-li arayışından görünür ki, Vartaşen rayon bayan kolxozunun 1992-ci il tarixli 01 №-li qaytanlanmış torpaq kitabında Ramazanov Rəhmanın 0.10 ha həyətyanı torpaq sahəsi qeyd edilmişdir. - 04.04.2018-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamədən görünür ki, X4 vərəsəsi həyat yoldaşı X8r. - kod 40501028, JN-164 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından görünür ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 65 saylı qərarı əsasında 1.60 ha torpaq sahəsi Oğuz rayon Bayan kənd sakini X2 mülkiyyətinə (3 nəfər ailə üzvü ilə birlikdə) kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə verilmişdir. - cavabdehin xx.xx.2022-ci l tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, JN-268A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə qeyd edilmiş 0,12 ha torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələrinin torpaqları, uqodiyası həyətyanıdır. JN-268A nömrəli şəhadətnamədə göstərilən 0.12 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi ilə birgə, vahid daşınmaz əmlak obyekti kimi xx.xx.2019-cu il tarixli, **********83-10301 reyestr nömrəli çıxarışla iddiaçının adına daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmışdır. - iddia olunan faktiki istifadə edilən 0,1124 ha torpaq sahəsinin 0.0834 ha torpaq sahəsi “Torpağa mülkiyyət hüququna dair JN-0043 (KOD ********* saylı Dövlət Aktı əsasında İddiaçı və X6 xüsusi mülkiyyətində olan kənd təsərrüfat təyinatlı torpaq sahəsidir, yerdə qalan 0,029 ha torpaq sahəsi isə JN 164 saylı Dövlət Aktı ilə başqa vətəndaşın mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. - İddia olunan (faktiki istifadə edilən) torpaq sahəsi müvafiq şəhadətnamədə qey olunan 0,12 ha torpaq sahəsi ilə üst-üstə düşmür. Həmin torpaq sahələri digər torpaq sahəsindən 36 metr məsafə fərqi ilə başqa ərazidə yerləşir, İddia olunan torpaq sahəsinin kateqoriyası kənd təsərrüfatı təyinatlı, uqodiyası çoxillik əkmələr, mülkiyyət növü xüsusidir. - DƏDKR PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, kod 40501028 JN-268A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən, Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 65 saylı qərarı ilə iddiaçının mülkiyyətinə verilmiş 0,12 ha torpaq sahəsi ilə iddiaçının faktiki istifadə etdiyi mübahisəli torpaq sahəsinin koodinatları üst-üstə düşmür. Oğuz rayon Bayan kəndində yerləşən iddiaçının mərhum əri X5 mülkiyyət hüququnun qeydiyyata alınaraq adına dövlət reyestrindən çıxarış verilməsini tələb etdiyi mübahisə predmeti olan faktiki naturada ölçülmüş 0,1516 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlara aiddir, 16M nömrəli Dövlət aktı ilə digər vətəndaşın mülkiyyətinə verilmiş 0,11 ha torpaq sahəsinin 0,0746 ha hissəsi ilə və 382B nömrəli Dövlət aktı ilə digər vətəndaşın mülkiyyətinə verilmiş 0,24 ha torpaq sahəsinin 0,0770 ha hissəsi ilə üst-üstə düşür. - Məhkəmə kollegiyası tərəfindən xx.xx.2023-cü il tarixdə tərəflərin iştirаkı ilə əraziyə baxış keçirilərkən müəyyən edilmişdir ki, Oğuz rayonu Bayan kəndində yerləşən mübahisələndirilən 0.12 ha həyətyanı torpaq sahəsi hər tərəfdən qonşularla əhatə olunmuş boş sahədir. Sağ tərəfdə üçüncü şəxs X17 və qeyrilərinə məxsus yaşayış evi, sol tərəfdə üçüncü şəxs X14 və qeyrilərinə məxsus findıq topalarından ibarət bağ yerləşir. Mütəxəssis həmin torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi üçün GPS aləti vasitəsi ilə ölçmə işləri aparmışdır. - DƏDKR PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyinə əlavədən görünür ki, İddiaçı iddia etdiyi torpaq sahəsinin 0,08 ha hissəsi JN-0043 (kod ********) saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının 43B cizgisinə əsasən özünün mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. TƏTBİQ EDİLƏN HÜQUQ
18. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Maddə 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Madd 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
19. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının: - 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. - 1.2-ci bəndinə əsasən, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. - 1.3-cü bəndinə əsasən, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. - 1.4-cü bəndinə əsasən, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. - 2.1-ci bəndinə əsasən, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. - 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. - 8.5-ci bəndinə əsasən, iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. - 8.6-cı bəndinə əsasən, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
20. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və qismən əsaslıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 26 aprel 2022-ci il tarixli 2-1(116)-232/2022 nömrəli qərarı ləğv edilərək, iddia tələbi mümkün sayılmamalıdır.
22. Məhkəmə kollegiyası aparılan araşdırmanı, keçirilən yerli baxışı, kollegiya tərəfindən alınan mütəxəssis rəyini, apellyasiya şikayətinin dəlillərini və tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlməmişdir.
23. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən mütəxəssis rəyi verilməsi ilə bağlı sorğu verilmiş, cavabdehin xx.xx.2022-ci l tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, JN-268A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə qeyd edilmiş 0,12 ha torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələrinin torpaqları, uqodiyası həyətyanıdır. JN-268A nömrəli şəhadətnamədə göstərilən 0.12 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi ilə birgə, vahid daşınmaz əmlak obyekti kimi xx.xx.2019-cu il tarixli, **********83-10301 reyestr nömrəli çıxarışla iddiaçının adına daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmışdır. İddia olunan faktiki istifadə edilən 0,1124 ha torpaq sahəsinin 0.0834 ha torpaq sahəsi “Torpağa mülkiyyət hüququna dair JN-0043 (KOD ********* saylı Dövlət Aktı əsasında İddiaçı və X6 xüsusi mülkiyyətində olan kənd təsərrüfat təyinatlı torpaq sahəsidir, yerdə qalan 0,029 ha torpaq sahəsi isə JN 164 saylı Dövlət Aktı ilə başqa vətəndaşın mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. İddia olunan (faktiki istifadə edilən) torpaq sahəsi müvafiq şəhadətnamədə qey olunan 0,12 ha torpaq sahəsi ilə üstüstə düşmür. Həmin torpaq sahələri digər torpaq sahəsindən 36 metr məsafə fərqi ilə başqa ərazidə yerləşir. İddia olunan torpaq sahəsinin kateqoriyası kənd təsərrüfatı təyinatlı, uqodiyası çoxillik əkmələr, mülkiyyət növü xüsusidir.
24. Lakin məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən edildi ki, birinci instansiya məhkəməsinə təqdim edilən mütəxəssis rəyində qeyd edilən torpaq sahəsi ilə bağlı verilmiş məlumatlar iddiaçının iddia etdiyi torpaq sahəsi ilə bağlı olmamışdır.
25. Belə ki, məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən mütəxəssis rəyinin verilməsi üçün göndərilmiş sorğu əsasında mütəxəssislər tərəfindən çöl-ölçmə işləri aparılan zaman mübahisə predmeti olan torpaq sahəsində deyil, başqa torpaq sahəsində tədqiqat aparılmışdır. Ona görə də mübahisə predmeti olan torpaq sahəsinə mütəxəssislərin iştirakı ilə yenidən baxış keçirilməsi və tədqiqat aparılması barədə vəsatət vermişdir.
26. Məhkəmə kollegiyası tərəfindən həmin vəsatət təmin edilərək, xx.xx.2023-cü il tarixdə tərəflərin və mütəxəsislərin iştirаkı ilə əraziyə baxış keçirilərkən müəyyən edilmişdir ki, Oğuz rayonu Bayan kəndində yerləşən mübahisələndirilən həyətyanı torpaq sahəsi hər tərəfdən qonşularla əhatə olunmuş boş sahədir. Sağ tərəfdə üçüncü şəxs X17 və qeyrilərinə məxsus yaşayış evi, sol tərəfdə üçüncü şəxs X14 və qeyrilərinə məxsus findıq topalarından ibarət bağ yerləşir. Mütəxəssis həmin torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi üçün GPS aləti vasitəsi ilə ölçmə işləri aparmışdır.
27. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə mütəxəssislər tərəfindən rəy verilməsi qərara alınmış və DƏDKR PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı iddia etdiyi torpaq sahəsinin 0,08 ha hissəsi JN-0043 (kod ********) saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının 43B cizgisinə əsasən özünün mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür.
28. Birinci instansiya məhkəməsi işin faktiki hallarını tam araşdırmamış və nəticə etibarilə İPM-in 12-ci və 48-ci maddələrinin tələblərini pozaraq inzibati iş üzrə kifayət qədər araşdırma aparmadan iddia tələbini mümkün sayaraq işə mahiyyəti üzrə baxmaqda haqlı olmamışdır.
29. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.
30. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyət zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər.
31. Yuxarıda göstərilənlərə əsasən kollegiya qeyd edir ki, Oğuz rayon Bayan kəndində yerləşən mübahisə predmeti olan həyətyanı torpaq sahəsinə dair iddiaçının adına tərtib edilmiş JN-0043 nömrəli Dövlət aktı əsasında onun mülkiyyətinə verildiyindən qeyd edilən tələblə bağlı mübahisə mövcud deyildir.
32. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırkı tələbinə dair mübahisə mövcud olmadığından Şəki İnzibati Məhkəməsinin 26 aprel 2022-ci il tarixli 2-1(116)- 232/2022 nömrəli qərarı ləğv edilməli, iddia tələbi mümkün sayılmamalıdır.
33. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ:
İddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş аpellyаsiyа şikаyəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 26 aprel 2022-ci il tarixli 2-1(116)-232/2022 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Oğuz rayon Bayan kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinə mərhum əri X5 mülkiyyət hüququnun qeydiyyata alınaraq adına dövlət reyestrindən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.