Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-110/2022 10.03.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı (X3) “DT və XK-nın Qax rayon Şöbəsi tərəfindən adına tərtib edilmiş A seriyalı 495291 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədini bütövlükdə, o cümlədən X1 adına tərtib edilmiş A seriyalı 424259 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin ona məxsus 0.07 ha hissəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi və qanuni istifadəsində olan ölçülərdə, yəni Qax rayon Aqrar İslahat Komissiyasının 22 aprel 1998-ci il tarixli, 05 saylı qərarı ilə təsdiq edilmiş xəritədə (elektron xəritə) qeyd olunan ölçülərdə, Qax rayonu, Güllük kəndində yerləşən 0,07 ha torpaq sahəsini sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli, 2-1(116)-138/2022 nömrəli qərardadından İddiaçı tərəfindən vеrilmiş аpеllyаsiyа şikаyətinin mümkünlüyü məsələsinə аçıq məhkəmə iclаsındа baxaraq müəyyən etdi: Şəki İnzibаti Məhkəməsinin (hakim Vüqar Musayev) 14 yanvar 2022-ci il tarixli, 2- 1(116)-138/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “DT və XK-nın Qax rayon Şöbəsi tərəfindən adına tərtib edilmiş A seriyalı 495291 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədini bütövlükdə, o cümlədən X1 adına tərtib edilmiş A seriyalı 424259 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin ona məxsus 0.07 ha hissəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi və qanuni istifadəsində olan ölçülərdə, yəni Qax rayon Aqrar İslahat Komissiyasının 22 aprel 1998-ci il tarixli, 05 saylı qərarı ilə təsdiq edilmiş xəritədə (elektron xəritə) qeyd olunan ölçülərdə, Qax rayonu, Güllük kəndində yerləşən 0,07 ha torpaq sahəsini sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır. İddiaçı həmin qərardadan аpеllyаsiyа şikаyəti vermişdir. Lаkin iş mаteriаllаrı öyrənilərkən müəyyən edildi ki, аpellyаsiyа şikаyəti məhkəmə qərardadından şikayət verilməsi üçün qаnunlа nəzərdə tutulmuş müddət burаxılmаqlа verilmiş, şikayətə apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddətin bərpasına dair ərizə əlavə edilməmişdir. Apellyasiya şikayətinin mümkünlüyü ilə bağlı 10 mart 2022-ci il tarixə məhkəmə iclası təyin edilmiş, iddiaçıya bu barədə rəsmi məlumat verilmiş, məhkəmə iclasında iştirak etməsi, həmçinin həmin vaxta kimi apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin üzrlü səbəbdən buraxılması ilə bağlı sübutların məhkəməyə təqdim edilməsi təklif edilmişdir. İş materiallarından görünür ki, Şəki İnzibati Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli, 2-1(116)-138/2022 nömrəli qərardadı 19.01.2022-ci il tarixdə iddiaçıya göndərilmiş, iddiaçı tərəfindən qərarın surəti 27.01.2022-ci il tarixdə poçt göndərişi barədə xəbərnaməyə imza edilərək qəbul edilmişdir. Göründüyü kimi, Şəki İnzibati Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli, 2-1(116)- 138/2022 nömrəli qərardadından şikayət verilmə müddəti 07.02.2022-ci il tarixdə bitmişdir. İddiaçı mübahisələndirilən qərardadın surətini 27.01.2022-ci il tarixdə rəsmi qaydada qəbul etdiyi halda həmin qərardaddan şikayəti 10 fevral 2022-ci il tarixdə poçta vasitəsi ilə göndərmiş və bununla da qanunla müəyyən edilən 4 gün şikayət vermə müddətini ötürmüşdür. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X4 apellyasiya şikayətinin mümkün hesab edilməsini xahiş etmişdir. Ona görə də müəyyən edilir ki, iddiaçı Şəki İnzibati Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli, 2-1(116)-138/2022 nömrəli qərardadından apellyasiya şikayətinin verilmə müddətini ən azı 4 gün ötürmüş, izah edilməsinə baxmayaraq müddətin ötürülməsinin üzürlü hesab edə biləcək sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 85.1-ci maddəsinə əsasən, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati-iqtisadi məhkəmə vasitəsilə verilir. - 22.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. - 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. - 24.2-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. - 24.3-cü maddəsinə əsasən, ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. - 24.5-ci maddəsinə əsasən, ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir. -24.7-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında məhkəmə qərardadından şikayət verilə bilməz. -87.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. -87.3-cü maddəsinə əsasən, apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. -87.4-cü maddəsinə görə, apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Şəki İnzibati Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli, 2-1(116)-138/2022 nömrəli qərardadından İddiaçı tərəfindən vеrilmiş аpеllyаsiyа şikаyəti vermək üçün qanunla müəyyən edilmiş müddət ötürüldüyündən və bu müddətin üzürlü səbəbdən buraxılması barədə ərizə və ya müvafiq sübutlar təqdim edilmədiyindən həmin apellyasiya şikayəti mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85 - 94.-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı Şəki İnzibati Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli, 2-1(116)-138/2022 nömrəli qərardadından verdiyi apellyasiya şikayəti mümkün sayılmasın və şikayətin icraata qəbulundan imtina edilsin. Qərаrdаddаn rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-110/2022
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-110/2022
10.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver