Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-111/2021 26.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Kərimli İsmayıl Aslan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Hərbi Hava Qüvvələri komandanı X3 08 oktyabr 2019-cu il tarixli, 054 gm saylı əmrinin ləğv edilərək onun əvvəlki vəzifəsinə bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli, 2- 1(116)-930/2020 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə açıq məhkəmə kollegiyasının iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, “08 oktyabr 2019-cu il tarixli, 054 gm saylı əmrin ləğv edilərək əvvəlki vəzifəsinə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 28.01.2020-ci il tarixli, 2-1(120)-413/2020 nömrəli qərardadı ilə inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. Sözügedən inzibati iş 21.04.2020-ci il tarixdə Şəki İnzibati Məhkəməsinin dəftərxanasına daxil olmuş və həmin gündən inzibati icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 16.12.2016-cı ildə Kürdəmir rayonunda AR Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinə məxsus N saylı hərbi hissədə baş mexanik vəzifəsində əmək müqaviləsi əsasında çalışmağa başlamışdır. əmək müqaviləsi 5 il müddətinə bağlanmışdır. Lakin o Hərbi Xidmətkeçmə haqqında Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən Müdafiə nazirinin müavini-Hərbi Hava Qüvvələri komandanı Elmir Məmmədovun 08 oktyabr 2019-cu il tarixli 054gm saylı əmri ilə müqavilə bitmədən öncə işdən azad olunmuşdur. Hərbi Xidmətkeçmə haqqında Əsasnamənin 156-cı maddəsinin “e” bəndində xidməti uyğunsuzluq nəticəsində ehtiyata buraxılma barədə qeyd olunmuşdur. Lakin iddiaçının hərəkətlərində xidməti uyğunsuzluq olmamışdır. 08 oktyabr 2019-cu ildə iddiaçı istirahət otağında olarkən iş yoldaşı Natiq Dəmirov içəri daxil olmuş və ona bıçaqla 3 nahiyədən xəsarət yetirmişdir. Tərtər Hərbi Prokurorluğunun müstəntiqi, ədliyyə baş leytenantı X6 tərəfindən 21 noyabr 2019-cu tarixli qərarına əsasən mən iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışam. Bu məsələdə iddiaçı zərərçəkmiş olmasına baxmayaraq, həmin gün hər ikisi işdən azad edilmişdirlər. "Hərbi Xidmətkeçmə haqqında” qanunun 165-ci maddəsinə əsasən xidməti uyğunsuzluğa, hərbi qulluqçu şərəfini ləkələyən xətalara və ya törətdiyi cinayətə görə azadlıqdan məhrum edilməməklə cəza tədbirlərinə məhkum olunmuş hərbi qulluqçularla hərbi hissəni tərk etməzdən qabaq söhbət aparılır və onlara zəruri izahat və məsləhətlər verilir. Lakin əmr verildiyi zaman iddiaçı xəstəxanada müalicə alırdı və onunla heç bir söhbət aparılmamışdır. İddiaçı 21.10.2020-ci il tarixli məhkəmə iclasında iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “Hərbi Hava Qüvvələri komandanı X3 08 oktyabr 2019-cu il tarixli, 054 gm saylı əmri ləğv edilərək onun əvvəlki vəzifəsinə bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin iclasda məhkəmənin protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Cavabdeh orqan etirazını belə əsaslandırmışdır ki, İddiaçı Xanhüseyin oğlunun iddia tələbləri əsassız və qanunsuz olduğu səbəbindən, aşağıdakı əsaslara görə rədd edilməlidir. İddiaçı Xanhüseyin oğlu “Hərbi xidmətkeçmə haqqında Əsasnamənin 156 “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmasına əsas olan sənədlərə baxılmışdır. O, öz arzusu ilə müddətdən artıq hərbi xidmətə qəbul olunmaq üçün müvafiq hərbi hissəyə müraciət etmiş və 13.12.2016-cı il tarixdən N nömrəli hərbi hissədə xidmət etmişdir. İddiaçı Xanhüseyin oğlu xidmət etdiyi müddət ərzində özünü nizam-intizamsız, xidməti vəzifəsinin öhtəsindən gələ bilməyən bir hərbi qulluqçu kimi göstərmişdir. Təqdimatında İddiaçı Xanhüseyin oğlu xidmətdə özünü nizam intizamsız bir hərbi qulluqçu kimi göstərmişdir. İxtisasına uyğun bilik və hazırlıq səviyyəsi kafidir, işinə tənqidi və yaradıcılıqla yanaşma qabilliyyətinə malik deyil. Xidmət yerinə gecikmə, vəzifə borcunun icrasına səhlənkar yanaşmaq onun xarakterik xüsusiyyətinə çevrilmişdir. Səliqəsizdir, dözümsüzdür, ünsiyyət bacarığına malik deyil. Buna görə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156 “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) müqavilə müddəti bitməmiş ehtiyata buraxılmışdır. 23.09.1994-cü il tarixli 885 nömrəli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı X1 98-ci maddəsinə (intizam cəzalarının icra qaydası) əsasən hərbi qulluqçulara verilən intizam hərbi qulluqçuların Azərbaycan Respublikası Qanunlarında və Hərbi Nizamnamələrində müəyyən olunmuş qaydalara ciddi riayət etməsi deməkdir. Təbiidir ki, Müdafiə Nazirliyi hərbi intizamı pozan və işinə səhlənkar yanaşan, hərbi qulluqçuların şərəfini ləkələyən hərbi qulluqçu Silahlı Qüvvələrin ehtiyaclarına cavab verməyən hərbi kadrların komplekləşdirilməsi yol verilməzdir. Silahlı Qüvvələrdə xidmət, hərbi intizamın, hərbi qulluqçuların yüksək şüurluğuna, vətənpərvərlik borclarını dərindən dərk etmələrinə və Vətənə sonsuz məhəbbət bəsləmələrinə əsaslanır. Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini-Hərbi Hava Qüvvələrinin komandanı intizamsızlıq etmiş müddətdən artıq xidmət etmiş hərbi qulluqçuları xidmət müddəti başa çatmamış ehtiyyata buraxmaq diskrison səlahiyyətə sahibdir. Bütün göstərilənləri nəzərə alaraq Müdafiə Nazirliyini Hərbi X4 əmri ləğv edilərək İddiaçı xidməti bərpası mümkün deyil. Məhkəmə iclasında iddiaçı tələbini müdafiə edib təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edib təmin edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 27.11.2020-ci il tarixli, 2-1(116)-930/2020 saylı qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Hərbi Hava Qüvvələri komandanı X3 08 oktyabr 2019-cu il tarixli, 054 gm saylı əmri ləğv edilərək onun əvvəlki vəzifəsinə bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur 21.11.2019-cu il tarixli Qərarın surətində qeyd olunur ki, ********* nömrəli cinayət işi 10.10.2019-cu il tarixdə Tərtər hərbi prokuroru ədliyyə polkovnik-leytenantı Hümmət Məmmədov tərəfindən Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin hərbi qulluqçusu, gizir X7 onunla tabelik münasibətlərində olmayan həmin hərbi hissənin giziri İddiaçı xəsarət yetirməsi faktı üzrə X9 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə başlanıraq istintaq aparılması ona həvalə edildiyindən həmin tarixdən cinayət işi icraatına qəbul edilərək istintaq aparılmış və qərara alınmışdır ki, ********* nömrəli cinayət işi üzrə İddiaçı zərəçəkmiş şəxs qismində tanınsın. Tərtər Hərbi Məhkəməsinin 15.01.2020-ci il tarixli 1(098)- 47/2020 hökmündə təqsirləndirici şəxs X9 Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək, ifadəsində göstərdi ki, 2016-cı ilin dekabr ayından 24 oktyabr 2019-cu il tarixədək isə 1-ci aviasiya eskadrilyasının 3-cü manqasının baş texniki vəzifəsində gizir hərbi rütbəsində xidmət etmiş, 24 oktyabr 2019-cu il tarixdə xidməti uyğunsuzluqla ordu sıralarından ehtiyata buraxılmışdır. İddiaçı 2016-cı ilin dekabr ayında N nömrəli hərbi hissənin 1-ci aviasiya eskadrilyasının 3-cü manqasının təyyarənin baş mexaniki vəzifəsinə təyin edildiyi vaxtdan tanımış, onunla münasibəti xidməti olmuş, aralarında düşmənçilik və ya ədavət olmamışdır. 07 oktyabr 2019-cu il tarixdə saat 08:20 radələrində hərbi hissənin səhər düzülüşündən iş yerinə getdikdən sonra manqanın texniki istismar hissəsinin rəisi, X14 onları sıraya düzərək qış mövsümünə keçidlə bağlı təlimatlandırmış və xidmət göstərdikləri təyyarələrin yanına göndərmişdir. O, və baş mexanik gizir İddiaçı yaxınlıqda olan 14 nömrəli SU-25 markalı təyyarənin yanına getmişlər. Şəxsi heyət az olduğundan həmin təyyarəyə yalnız ikisi qulluq göstərməli olmuşlar. O, təyyarənin qanadında olan boltları bağlayan zaman gizir İddiaçı təyyarənin arxasında yerdə oturduğunu görüb İddiaçı köməklik göstərməsini bildirmiş, lakin gizir İddiaçı ona köməklik etməkdən imtina etmişdir. O da məcbur olub, X17dən ona köməklik etməsini xahiş etmiş və Fərid Kərimli ona kömək etmişdir. Gizir İddiaçı isə sonradan gəlib onlara köməklik etmişdir. 3-cü manqa 2 zabitdən və gizirdən ibarət olmuş, manqada olan gizirlər nahar yeməyini anqarın sağ tərəfində olan anqara bitişik yerləşən istirahət otağında yemişlər. 07 oktyabr 2019-cu il tarixdə isə manqanın 5 giziri ezamiyyətdə olduğundan o, X17 və gizir İddiaçı ilə həmin gün saat 13 radələrində anqara bitişik olan otağa gəlib hər biri öz evindən gətirdiyi yeməyi yemişlər. 3- cü manqanın gizirləri, həmçinin o, bir müddət əvvəl könüllü olaraq aralarında pul yığıb naharda istifadə etmək üçün özlərinə mətbəx ləvazimatları, yəni, qab-qaşıq, bıçaq və s. əşyalar almış və həmin əşyaları ümumi istifadə üçün otaqda saxlamışlar. Nahar zamanı gizir İddiaçı ilə hər hansı mübahisəsi olmamış, həmin gün saat 15:00-da kapitan H. İsbatovun göstərişinə əsasən keçirilən düzülüşdən sonra o, yenidən 14 nömrəli təyyarənin yanına getmiş, lakin gizir İddiaçı, onunla bərabər təyyarənin yanına getməsi haqda heç bir söz deməmişdir. Gizir İddiaçı isə nahar etdikləri otağa keçmişdir O, təyyarənin üzərinə örtük bağlamaq istəmiş, lakin günortadan sonra külək gücləndiyi üçün tək halda bunu bacarmadığından mobil telefon vasitəsilə gizir İddiaçı zəng vurub təyyarənin üzərinə örtük bağlaması üçün köməyə çağırmış, İddiaçı isə çay içdiyini və örtüyü tək bağlamasını bildirmiş, telefonda bir daha İddiaçı, örtüyü tək bağlaya bilmədiyi üçün ona kömək etməsini demiş, lakin gizir İddiaçı çay içdikdən sonra gələcəyini bildirmiş, o İddiaçı çayı sonra içməsini, gəlib kömək etməsini bildirdikdə gizir İddiaçı “gəlmirəm” deyib telefon əlaqəsini kəsmişdir. O da məcbur qalıb, təxminən 5-6 metr aralıda olan və öz təyyarəsinə qulluq göstərən gizir Allahşükür Paşazadəni köməyə çağıraraq, sonuncu ilə birlikdə 14 nömrəli təyyarənin örtüyünü bağlamışdır. Bundan sonra təxminən 16 radələrində nahar etdikləri otaqdan təxminən 200 metr aralıda öz otağında olan manqanın texniki istismar hissənin rəisi, kapitan H. İsbatovun yanına gedib, təklikdə H. İsbatovun göstərişinə əsasən o, nahar etdikləri otağa gəlib orada olan gizir İddiaçı onun göstərişini icra etmədiyi barədə kapitan H. İsbatova bildirdiyini, buna görə də, H. İsbatovun İddiaçı otağına çağırdığını demişdir. Gizir İddiaçı ona gülə-gülə “yaxşı eləmisən” deyib otaqdan çıxamış və birlikdə kapitan H. İsbatovun otağına getmişlər. Otaqda tək olan kapitan H. İsbatov ona çölə çıxmasını bildirərək gizir İddiaçı ilə təklikdə qalmışlar. O isə otaqdan çıxıb çöldə gözləmişdir. Təxminən 5 dəqiqədən sonra kapitan H. İsbatov onu otağa çağırmış, o, otağa daxil olduqdan sonra gizir İddiaçı ona “bağışla, bundan sonra sənə köməklik edəcəm” deyərək üzr istəmiş, o isə kapitan H. İsbatova əsgər gizir İddiaçı bir daha onun göstərişini icra etməsə bu barədə birbaşa eskadriliya komandirinə məlumat verəcəyini demişdir. O, və gizir İddiaçı kapitan H. İsbatovun otağından çıxıb eskadriliyanın digər gizirləri ilə bərabər N nömrəli hərbi hissənin qərargahının qarşısında keçirilən düzülüşə gəlmiş, düzülüşdən sonra hər kəs öz evinə getmiş və həmin gün gizir İddiaçı ilə aralarında hər hansı mübahisə olmamışdır. 08.10.2019-cu il tarixdə saat 08:30 radələrində 1-ci eskadriliyanın gizirləri kapitan H. İsbatovun göstərişinə əsasən sonuncunun otağının yanında açıq havada düzülmüşdür. Kapitan H. İsbatov göstərişlərini verdikdən sonra düzülüşdə arxasında dayanan gizir İddiaçı, ona kömək edib–etməməsini soruşmuş, lakin İddiaçı ona kömək etməyəcəyini bildirmişdir. O da düzülüşdə kapitan H. İsbatova müraciət edərək gizir İddiaçı ona kömək etmək istəmədiyini, bu səbəbdən ona başqa gizir verməsini bildirmişdir. Kapitan H. İsbatov gizir İddiaçı heç bir söz demədən sırada olan X17yə ona kömək eməsi barədə göstəriş vermişdir. Bundan sonra o, X17 ilə 14 nömrəli SU-25 markalı təyyarənin yanına gedərək öz işləri ilə məşğul olmuş və gizir İddiaçı haraya getdiyini bilməmişdir. Həmin gün saat 13 radələrində H.İsbatovun otağının yanında keçirilən düzülüşdən sonra nahar fasiləsinə çıxmış, gizirlər Fərid Kərimli və İddiaçı ilə birlikdə öz otaqlarına gəlib hər biri öz evindən gətirdiyi yeməyi yemişlər. Yemək yeyən zaman aralarında hər hansı bir söhbət olmamışdır. Saat 15:00-da H.İsbatovun otağının yanında keçirilən düzülüşdə iştirak etmişdir. Nahardan əvvəl təyyarə ilə işini tam qutardığı üçün, düzülüşdən sonra gizir İddiaçı və Fərid Kərimli ilə birlikdə otaqlarına gedərkən Fərid Kərimlidən çay qoymasını xahiş etmiş, X17 isə işinin olduğunu və çayı sonra qoyacağını bildirdikdən sonra harasa getmişdir. Bu vaxt gizir İddiaçı ona “sən normalnı oğlan olsaydın sənə çay qoyardıq” deyə bildirmiş, o gizir İddiaçı ilə birlikdə otağa daxil olduqdan sonra İddiaçı “guya sən normalnı adamsan, o gün sənə üzr istətmədim?” deyə bildirdikdə aralarında yaranmış mübahisə zamanı masanın üzərindəki göy, qırmızı və ağ zolaqlı, bir tərəfi qırıq plastik materialdan dəstəyi olan, kəsici hissəsinin uc tərəfi isə bir qədər əyri olan mətbəx bıçağını sol əli ilə götürüb gizir İddiaçı bədəninin müxtəlif nahiyələrinə 3 dəfə zərbə vurmuşdur. O, İddiaçı bıçaqla zərbə vurarkən çarpayıda uzanıqlı vəziyyətdə olmuş və İddiaçı üçüncü dəfə bıçaqla zərbə vurduqdan sonra X17 otağa daxil olaraq gizir İddiaçı ondan aralamışdır. X17 İddiaçı ondan araladıqdan sonra İddiaçı onun üzərinə gəlməyə cəhd etməmiş, o çarpayıdan ayağa qalxdıqdan sonra heç kimin müdaxiləsi olmadan əlindəki bıçağı yerə atmış, bundan sonra gizir İddiaçı ona «məni bıçaqla vurdun» sözləri dedikdə o, İddiaçı nə olduğunu soruşmuş, İddiaçı isə ona ayağından qan axdığını bildirmişdir. O da İddiaçı şalvarında qan olduğunu görmüşdür. X17 köməyə adam çağırmaq üçün çölə çıxmış, o isə otaqda qalıb İddiaçı ayağına qan axmanı dayandırmaq üçün su vurmuşdur. Bir müddət sonra X17 ilə bərabər eskadriliyanın gizirləri gəlmiş, gizir Səid Gərayev İddiaçı əynindəki şalvarı soyundurmuşdur. Bu vaxt o, İddiaçı şalvarı qana bulaşdığına görə onun xəstəxanaya aparılacağını düşünüb şalvarı təmiz olması üçün otaqda içində su olan vedrədə yumuşdur. Sonra gizirlərdən kimsə baş vermiş hadisə barədə yuxarı komandanlığı məlumat vermişdir. Sonra X14 oraya gəlmiş, daha sonra isə N nömrəli hərbi hissənin tibb məntəqəsinin həkimi gələrək İddiaçı ilkin tibbi yardım göstərmiş və bir müddət sonra İddiaçı xəstəxanaya aparılmış, o isə hərbi hissədə qalmışdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon Şöbəsinin 14.01.2020-ci il tarixli 28 nömrəli məktubdan və ona əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı 08.10.2019-cu il tarixli 054gm əmr ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. N nömrəli hərbi hissə komandirinin 15.10.2019-cu il tarixli 374 nömrəli əmrdən çıxarışında qeyd olunmuşdur ki, təşkilatı-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar Müdafiə nazirinin müavini-Hərbi Hava Qüvvələri komandanın 30.09.2019-cu il tarixli 045gm nömrəli əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 78-ci maddəsinə müvafiq olaraq gizir İddiaçı N nömrəli hərbi hissənin 1-ci aviasiya eskadrilyasının (Su-25) 3-cü aviasiya manqasının texniki istismar hissəsinin baş mexaniki vəzifəsinin qəbuluna və icrasına başlasın. N nömrəli hərbi hissənin komandirinin N nömrəli əmrdən çıxarışında qeyd olunmuşdur ki, gizir İddiaçı 1-ci aviasiya eskadrilyasının (Su- 25) 3-cü aviasiya manqasının texniki istismar hissəsinin baş mexaniki “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə müvafiq olaraq, Müdafiə nazirinin müavini- Hərbi X4 08.10.2019-cu il tarixli 054gm nömrəli əmri ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hesab edilsin, 30.10.2019-cu il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılsın və hərbi qeydiyyata durmaq üçün SHXÇDX-nin Ağsu rayon idarəsinə göndərilsin. Gizir İddiaçı 2019-cu ilin yanvar-oktyabr aylarındakı xidmətinə görə Azərbaycan Respublikası Müdafiə nazirinin 19.10.2017-ci il tarixli 22 nömrəli əmri ilə nəzərdə tutulmuş birdəfəlik pul mükafatını almağa layiq deyil. Gizir İddiaçı 2019-cu il üçün nəzərdə tutulmuş maddi yardım ödənilib, 2019-cu ilin məzuniyyətindən tam istifadə edib, bir aylıq vəzifə maaşı məbləğində əlavə pul təminatı ödənilib. Gizir İddiaçı ehtiyata buraxılması ilə əlaqədar pul təminatının 0.5 misli miqdarında birdəfəlik pul müavinəti ödənilsin. Müdafiə Nazirliyi 950 Hərbi Hissənin 01.04.2020-ci il tarixli 5566 nömrəli məktubunda və ona əlavə olunmuş sənədlərdə qeyd olunur ki, 08.10.2019-cu il tarixdə silah və hərbi texnikaların payız-qış mövsümü istismarı şəraitinə hazırlanması zamanı, N nömrəli hərbi hissənin 1-ci aviasiya eskadrilyasının 3-cü aviasiya manqasının texniki istismar hissəsinin baş mexaniki gizir İddiaçı ilə 1-ci aviasiya eskadrilyasının 3-cü aviasiya manqasının texniki istismar hissəsinin baş texniki gizir X9, “hərbi nəzakət və hərbi qulluqçuların davranışı haqqında qaydalar”a riayət olunması barədə Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsinin 42-ci maddəsinin tələblərini kobud surətdə pozaraq, hərbi qulluqçular bir-birilərinə qarşı həmişə yüksək mədəniyyət, təvazökarlıq və təmkin nümunəsi göstərməli olduqları halda, nalayiq ifadələr işlətməklə aralarında münaqişə törətmişlər. Baş vermiş münaqişə zəminində gizir X9, gizir İddiaçı bıçaqla bədən xəsarəti yetirmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu Rayon Şöbəsinin 21.09.2020-ci il tarixli 894 nömrəli məktubuna əlavə olunmuş xidmət dəftərçəsindən görünür ki, Ağsu rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış Şöbəsi tərəfindən 22.04.2013-cü ildə hərbi xidmətə çağırılmışdır. 12.05.2013-cü ildə N saylı hərbi hissədə hərbi andı qəbul edib. 22.04.2013-cü il tarixdən 01.10.2014-cü il tarixədək N nömrəli hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olub. İddiaçı 2016-cı ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin gizir hazırlı kursunu aviasiya texniki (mexaniki) ixtisası üzrə bitirib və xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilib. 13.13.2016-cı il tarixdən 08.10.2019-cu il tarixədək N nömrəli hərbi hissədə 1-ci aviasiya eskadrilyanın (SU-25) aviasiya manqasının (SU-25) texniki-istismar hissəsinin (SU-25) baxış mexaniki vəzifəsində fəaliyyət göstərmişdir. 08.10.2019-cu il tarixdə 054gm əmr ilə xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmışdır. İddiaçı verilmiş xidməti xasiyyətnamədən görünür ki, iddiaçı N nömrəli hərbi hissədə təhsil aldığı müddət ərzində özünü əsasən nizam-intizamlı, vəzifə borclarını vicdanla yerinə yetirməyə çalışan bir hərbi qulluqçu kimi göstərmişdir. Komandirlərin və rəislərin verdiyi əmr və tapşırıqları vaxtında və dəqiq yerinə yetirilməsinə, günün nizam qaydalarına riayət edir və hərbi intizamın və qayda-qanunun saxlanılmasında onlara yardım etməyə səy göstərir. Ümumqoşun nizamnamələrinin və rəhbəredici sənədlərin tələblərini zəif bilir, lakin hərbi biliklərini təkminləşdirməyə çalışır. Dərslərdə və müstəqil hazırlıq saatlarından səmərəli istifadə edir, tədris edilən fənlər üzrə movzuları tam mənimsəməyə səy göstərir. Kursant yoldaşları arasında hörmətə malikdir. Hərbi geyim qaydalarına riayət edir. Fiziki və mənəvi cəhətdən sağlamdır. İddiaçı xidməti dəfələrlə yuxarı komandanlıq tərəfindən “təşəkkür” və medallarla qiymətləndirilmişdir. İddiaçı tərcümeyi-halından görünür ki, İddiaçı qohumlarından heç kim xarici dövlətin vətəndaşlığını qəbul etməmiş, heç biri xarici dövlətin Silahlı Qüvvələrində xidmət etmir. Özü və yaxın qohumları cinayət məsuliyyətinə cəlb olunmayıblar. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə qəbul haqqında 10.12.2016-cı il tarixdə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin rəisi, polkovnik X5 şəxsində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi kursant İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununu, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”ni və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrini rəhbər tutaraq bağlaşma imzalanmışdır. Daxili İşlər Nazirliyinin 26.08.2016-cı il tarixli M-15814 nömrəli arayışında qeyd olunur ki, İddiaçı məhkumluğu barədə məlumat yoxdur. SX seriyalı ******* nömrəli hərbi biletin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı N saylı hərbi hissədə xidmət keçmişdir. Həmin qərardan İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Bildirmişdir ki, mən Ağsu rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış Şöbəsi tərəfindən 22.04.2013-cü ildə hərbi xidmətə çağırılmışam. 12.05.2013-cü ildə N saylı hərbi hissədə hərbi andı qəbul edib, 22.04.2013cü il tarixdən 01,10,2014-cü il tarixədək N nömrəli hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olmuşam. Öz arzum ilə müddətdən artıq hərbi xidmətə qəbul olunmaq üçün müvafiq hərbi hissəyə müraciət etmiş, 2016-cı ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin gizir hazırlıq kursunu aviasiya texniki (mexaniki) ixtisası üzrə bitirib və xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmişəm. 13.09.2016-cı il tarixdən 08.10.2019-cu il tarixədək N nömrəli hərbi hissədə 1-ci aviasiya eskadrilyanın (SU-25) aviasiya manqasının (SU-25) texniki-istismar hissəsinin (SU-25) baxış mexaniki vəzifəsində fəaliyyət göstərmişəm. Mən gizir X8 2016-cı ilin dekabr ayında N nömrəli xidmət etdiyim müddətdə tanımış, Natiq Dəmirova qarşı münasibətim xidməti olmuş, aramızda hər hansı düşmənçilik və ədavət olmamışdır. 07 oktyabr 2019-cu il tarixdə saat təxminən 16 radələrində xidmət etdiyim manqanın istirahət otağında çay içərkən gizir Natiq Dəmirov məndən təyyarənin üzərinə örtük bağlamağa kömək etməsini istədikdə mən, Natiq Dəmirova “çayımı içim gəlib kömək edərəm” deyə bildirdim. Natiq Dəmirov isə mənə hirsli formada “çay vaxtıdı? Tez gəl kömək elə” deyə bildirdikdə mən, Natiq Dəmirova “gəlmirəm” deyə cavab verdim. Natiq Dəmirov isə başqa qrupdan olan bir nəfərlə həmin işi görüb qurtardıqdan sonra onun işləməməsi barədə mühəndis vəzifəsini icra edən X14a məruzə etmişdir. X14 isə bu barədə mənə bildirdikdə mən, “bir də belə etmərəm” dedim. Bu vaxt X14 məndən Natiq Dəmirovu çağırmağımı istəmiş, mən də Natiq Dəmirovu çağırmış və Həmid İsbatovun yanında Natiq Dəmirovdan üzr istəmişəm. Daha sonra isə işlərimiz ilə məşğul olmuşuq. 08 oktyabr 2019-cu il tarixdə saat 08:30 radələrində 1-ci eskadriliyanın gizirləri X14un göstərişinə əsasən sonuncunun otağının yanında açıq havada düzülmüş, X14 göstərişlərini verdikdən sonra düzülüşdə məndən gizir Natiq Dəmirova kömək edib etməməsini soruşmuş, lakin mən X14a ona təhkim olunmuş 39 nömrəli təyyarəni yuyacağını və Natiq Dəmirova kömək edə bilməyəcəyini bildirmişdir. Buna görə Natiq Dəmirov sıradan X14a müraciət edərək X16 kömək edə bilməyəcəyimi, bu səbəbə görə Natiq Dəmirova köməyə başqa gizir verməsini bildirmişdir. X14 mənə heç bir söz demədən sırada olan gizir X15 Dəmirova kömək etməşi barədə göstəriş vermişdir. Bundan sonra Natiq Dəmirov X17 ilə 14 nömrəli SU-25 markalı təyyarənin yanına, mən isə təyyarəni yumağa getmişəm. Həmin gün saat 13 radələrində Həmid İsbatovun otağının yanında düzülüşdə iştirak etdikdən sonra nahar fasiləsinə çıxmış, Fərid Kərimli və Natiq Dəmirovla birlikdə öz otaqlarımıza gəlib yemək yemişik. Yemək yeyən zaman aramızda hər hansı bir söhbət olmamışdır. 08.10.2019-cu il tarixdə saat 15:00-da xidmət etdiyim eskadriliyanın şəxsi heyətinin düzülüşü olmuş, düzülüşdən sonra gizir Natiq Dəmirov, onunla eyni manqada baş mexanik vəzifəsində xidmət edən X17 və o xidmət etdikləri 3-cü manqaya məxsus istirahət otağına tərəf gedərkən X19 Kərimliyə “get çay qoy” deyə bildirmişdir. Fərid Kərimli isə Natiq Dəmirova “gözlə işim var” deyib aviasiya silahları qrupunun istirahət otağına getmişdin Mən isə istirahət otağının qapısının qarşısında Natiq Dəmirovla zarafatlaşan zaman aramızda mübahisə yaranmış, bu əsnada Natiq Dəmirov mənim hər iki ayağıma, sonra sağ döş nahiyəmə bıçaqla 3 zərbə vurmuşdur. İçəri daxil olan X17 məni kənara çəkmiş, Natiq Dəmirovun əlində bıçaq olduğunu və ayağıma baxdıqda hər iki ayağımdan qan axdığını görmüşdür. Fərid Kərimli və Natiq Dəmirov dərhal çölə qaçmış digər qruplarda xidmət aparan şəxsi heyət də gəlib mənə kömək etməyə başlamış, orada mənə ilkin yardım göstərərək qanaxmanın qarşısını almışlar. Təxminən beş dəqiqə sonra hərbi hissənin həkimi gəlmiş və həkim həmin sarğıları açaraq mənə ilkin tibbi yardım göstərmiş, sonra məni mülki avtomobillə hərbi hissənin tibb məntəqəsinə aparmışlar. Orada mənə ağrıkəsici iynə vurduqdan sonra isə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparmışlar. X10rşı heç bir şikayətim, tələbim və ya iddiam yoxdur, məhkəmədən də Natiq Dəmirova güzəşt edilməsini xahiş etmişəm. Tərtər Hərbi Məhkəməsinin 15.01.2020-ci il tarixli 1(098)-47/2020 saylı hökmündə X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1 -ci maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bildiyi qeyd olunmuş, həmçinin mən - İddiaçı zərərçəkmiş şəxs qismində tanınmışam. Hərbi Xidmətkeçmə haqqında Əsasnamənin 158-ci maddəsinə əsasən Barələrində istintaq işi aparılan, yaxud məhkəmədə cinayət işinə baxılan hərbi qulluqçular bu işlər üzrə qərar çıxarılanadək həqiqi hərbi xidmətdən buraxıla bilməzlər. "Hərbi Xidmətkeçmə haqqında” qanunun 165-ci maddəsinə əsasən xidməti uyğunsuzluğa, hərbi qulluqçu şərəfini ləkələyən xətalara və ya törətdiyi cinayətə görə azadlıqdan məhrum edilməməklə cəza tədbirlərinə məhkum olunmuş hərbi qulluqçularla hərbi hissəni tərk etməzdən qabaq söhbət aparılır və onlara zəruri izahat və məsləhətlər verilir. Lakin əmr verildiyi zaman mən xəstəxanada müalicə alırdım və mənimlə heç bir söhbət aparılmamışdır.Azərbaycan Respublikası Silahlı X2 əsasən hərbi intizam - bütün hərbi qulluqçuların Azərbaycan Respublikasının qanunlarında və hərbi Nizamnamələrində müəyyən olunmuş qaydalara ciddi riayət etməsi deməkdir. Mənim xidməti xasiyyətnaməmdən görünür ki, N nömrəli hərbi hissədə işlədiyim müddət ərzində özümü əsasən nizam-intizamlı, vəzifə borclarını vicdanla yerinə yetirməyə çalışan bir hərbi qulluqçu kimi göstərmişəm. Komandirlərin və rəislərin verdiyi əmr və tapşırılan vaxtında və dəqiq yerinə yetirilməsinə, günün nizam qaydalarına riayət edib və hərbi intizamın və qayda-qanunun saxlanılmasında onlara yardım etməyə səy göstərmişəm. Ümumqoşun nizamnamələrinin və rəhbəredici sənədlərin tələblərini zəif bilirəm, lakin hərbi biliklərimi təkminləşdirməyə çalışıram. Dərslərdə və müstəqil hazırlıq saatlarından səmərəli istifadə edir, tədris edilən fənlər üzrə mövzuları tam mənimsəməyə səy göstərirəm. Kursant yoldaşları arasında hörmətə malikdir. Hərbi geyim qaydalarına riayət edir. Fiziki və mənəvi cəhətdən sağlamdır. Həmçinin xidmət keçdiyim dövrdə mənim barəmdə heç bir intizam tədbiri tətbiq olunmamışdır. Hərbi qulluqçuların statusu haqqında qanunun hərbi qulluqçuların statusunu təmin etmək sahəsində dövlət orqanlarının, müəssisələrinin, idarələrinin, təşkilatlarının və vəzifəli şəxslərin vəzifəsi və məsuliyyətini əks etdirən 26-cı maddəsinə əsasən Hərbi qulluqçulara qarşı qanunsuz hərəkətlər nəticəsində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, hərbi rütbədən məhrum edilmiş və ya hərbi rütbəsi kiçildilmiş zabitlər və müddətindən artıq həqiqi hərbi xidmət qulluqçuları məhkəmənin qərarı ilə əvvəlki rütbəyə, həqiqi hərbi xidmətə, əvvəlki xidmət yerində və ya hərbi təhsil müəssisəsində təhsil aldığı yerdə tutduğu vəzifədən aşağı olmayan vəzifəyə bərpa edilir. Yuxarıda qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 27.11.2020-ci il tarixli, 2-1(116)-930/2020 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli, 2-1(116)-930/2020 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi: Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin 82-ci mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 80-ci mаddəsinə görə, barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Belə ki, baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPMnin 1.1, 2.1 və 2.2.1-ci maddələri) aid olan mübahisələndirmə haqqında iddia – əmrin ləğv edilməsinə dair tələb mümkündür. Cavabdeh orqanın mübahisə predmeti olan əmrinə qarşı yönəlmiş mübahisələndirmə haqqında iddianın mümkünlüyü sual doğurmamalıdır. Çünki, sözügedən əmrlə iddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığından söhbət, şübhəsiz, İPM-in 32.1-ci maddəsində nəzərdə tutulmuş mənada mübahisələndirilə bilən inzibati aktdan gedir. İddiaçı bu aktın İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. Bununla yanaşı iddiaçının tələbi mübahisələndirmə haqqında iddia növünə aid olmaqla inzibati aktın, yəni əmrin ləğv edilməsinə yönəlmişdir. Bu növ iddianın xüsusi mümkünlük şərtlərindən biri də qanunvericiliklə nəzərdə tutulmuş iddia müddətinə riayət olunmasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddiaçı ilk dəfə iddia ərizəsi ilə 05.11.2019-cu il tarixində iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət etmişdir.Hazırki iddianın qaldırılması üçün qanunla müəyyən edilmiş 30 (otuz) günlük iddia müddəti ötürülməmişdir və iddia mümkün iddiadır. İddiaçı apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşə əlavə edilmiş və kollegiyanın iclasında tədqiq edilmiş : - 21.11.2019-cu il tarixli Qərarıri ilə cinayət işi üzrə 10.10.2019-cu il tarixdə Tərtər hərbi prokurorlugu tərəfindən Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin hərbi qulluqçusu, gizir X7 onunla tabelik münasibətlərində olmayan həmin hərbi hissənin giziri İddiaçı xəsarət yetirməsi faktı üzrə X9 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə başlanıraq istintaq aparılmış və qərara alınmışdır ki, ********* nömrəli cinayət işi üzrə İddiaçı zərəçəkmiş şəxs qismində tanınmışdir. - Tərtər Hərbi Məhkəməsinin 15.01.2020-ci il tarixli 1(098)- 47/2020 hökmündə təqsirləndirici şəxs X9 Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilmişdir. - N nömrəli hərbi hissə komandirinin N oktyabr 2019-cu il tarixdə İddiaçı“Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e”(xidməti uyğunsuzluğa görə) bəndinə əsasən ehtiyata buraxılması barədə təqdimat verilmişdir. “ Hərbi Xidmətkeçmə haqqında ” Əsasnamənin 158-ci bəndinə əsasən barələrində istintaq işi aparılan, yaxud məhkəmədə cinayət işinə baxılan hərbi qulluqçular bu işlər üzrə qərar çıxarılanadək həqiqi hərbi xidmətdən buraxıla bilməzlər. Qeyd olunan Əsasnəmənin normasına əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı 054gm saylı, 08 oktyabr.2019-cu il tarixli əmr ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndilə ehtiyata buraxılsada, cinayət işi üzrə Tərtər Hərbi Məhkəməsinin 15 yanvar 2020-ci il tarixli hökm çıxarılanadək Rövşən Məhərəmlinin ehtiyata buraxılması barədə təqdimat və əmr verilə bilməzdi. Həmçinin, qeyd olunan hökmdə zərəcəkmiş şəxs İddiaçı ilə baglı hadisədə təqsirləndirilən şəxsı X9 özünü tam təqsirli bilmişdir. Bundan başqa, işə əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin N oktyabr 2019-cu il tarixli tədqdimatından görünür ki, İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e”(xidməti uyğunsuzluğa görə) bəndinə əsasən ehtiyata buraxılması üçün təqdimatında gizir İddiaçı, 08.10.2019-cu il tarixdə silah və hərbi texnikaların payız-qış mövsümü istismarı şəraitinə hazırlanması zamanı, hərbi nəzakət və hərbi qulluqçuların davranışı haqqında qaydalar”a riayət olunması barədə Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsinin 42-ci maddəsinin tələblərini kobud surətdə pozaraq, hərbi qulluqçular bir-birilərinə qarşı həmişə yüksək mədəniyyət, təvazökarlıq və təmkinlilik nümunəsi göstərməli olduqları halda, nalayiq ifadələr işlətməklə gizir X9 ilə aralarında münaqişə törətmişlər. Baş vermiş münaqişə zəminində gizir X9 ona bıçaqla bədən xəsarəti yetirmişdir. Baş vermiş hadisə hərbi qulluqçular arasında neqativ əhval ruhiyyənin yaranmasına və nizam-intizam səviyyəsinin aşağı düşməsinə səbəb olur. Yuxarıda göstərilənləri nəzərə alaraq gizir İddiaçı xidməti uyğunsuzluğuna görə ehtiyata buraxılmasını məqsədəuyğun hesab etmişdir. Bununla yanaşı cavabdeh orqanın etirazında göstərilmişdir ki, İddiaçı xidmət etdiyi müddət ərzində özünü nizam-intizamsız, xidməti vəzifəsinin öhdəsindən gələ bilməyən bir hərbi qulluqçu kimi göstərmişdir. İxtisasına uyğun bilik və hazırlıq səviyyəsi kafidir, işinə tənqidi və yaradıcılıqla yanaşma qabilliyyətinə malik deyil. Xidmət yerinə gecikmə, vəzifə borcunun icrasına səhlənkar yanaşmaq onun xarakterik xüsusiyyətinə çevrilmişdir. Səliqəsizdir, dözümsüzdür, ünsiyyət bacarığına malik deyil. Buna görə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156 “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) müqavilə müddəti bitməmiş ehtiyata buraxılmışdır. Yuxarıda göstərilənlərlə bağlı kollegiya qeyd edir ki, İddiaçı verilmiş xidməti xasiyyətnamədən görünür ki, iddiaçı N nömrəli hərbi hissədə təhsil aldığı müddət ərzində özünü əsasən nizam-intizamlı, vəzifə borclarını vicdanla yerinə yetirməyə çalışan bir hərbi qulluqçu kimi göstərmişdir. Komandirlərin və rəislərin verdiyi əmr və tapşırıqları vaxtında və dəqiq yerinə yetirilməsinə, günün nizam qaydalarına riayət edir və hərbi intizamın və qayda-qanunun saxlanılmasında onlara yardım etməyə səy göstərir. Ümumqoşun nizamnamələrinin və rəhbəredici sənədlərin tələblərini zəif bilir, lakin hərbi biliklərini təkminləşdirməyə çalışır. Dərslərdə və müstəqil hazırlıq saatlarından səmərəli istifadə edir, tədris edilən fənlər üzrə movzuları tam mənimsəməyə səy göstərir. Kursant yoldaşları arasında hörmətə malikdir. Hərbi geyim qaydalarına riayət edir. Fiziki və mənəvi cəhətdən sağlamdır. Həmçinin İddiaçı xidməti dəfələrlə yuxarı komandanlıq tərəfindən yüksək qiymətləndirilmişdir. Bundan başqa xidmət vərəqəsindən müəyyən olunur ki, İddiaçı müxtəlif vaxtlarda həvəsləndirmə tədbiri qismində “Təşəkkür” elan edilmişdir. Bununla yanaşı, İddiaçı 26 iyun 2018-ci il tarixdə Azərbaycan ordusunun yaranmasının 100 illiyi münasibətilə medalla təltif olunmuşdur. İşə əlavə edilmiş sənədlərdə iddiaçı İddiaçı barəsində hər hansı intizam cəzası tədbiri müəyyən edilməmişdir. Göründüyü kimi, inzibati orqan tərəfindən verilmiş təqdimatda və etirazda İddiaçı oğlunun xidmət etdiyi müddət ərzində davranışı ilə bağlı nöqsanlar göstərilsədə, lakin bu göstərilən nöqsanlarla razılaşmayaraq kollegiya qeyd edir ki, əksinə işdə olan sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı nizam-intizamlı,vəzifə borclarını vicdanla yerinə yetirməyə çalışan bir hərbi qulluqçu kimi göstərməsi, fiziki və mənəvi cəhətdən sağlam olması, kursant yoldaşları arasında hörmətə malikdir, xidməti dəfələrlə yuxarı komandanlıq tərəfindən yüksək qiymətləndirilməsi, müxtəlif vaxtlarda həvəsləndirmə tədbiri qismində “Təşəkkür” elan edilmiş, 26 iyun 2018-ci il tarixdə Azərbaycan ordusunun yaranmasının 100 illiyi münasibətilə medalla təltif olunmuşdur.İddiaçı barəsində hər hansı intizam cəzası tədbiri müəyyən edilməmişdir. “İnzibati icraat haqqında” Qanunun: - 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli,tam və obyektiv araşdırmağa borcludur. - 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. - 61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. - 61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Bundan başqa Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini-Hərbi Hava Qüvvələrinin komandanının 054 gm saylı, 08.10.2019-cu il tarixli əmri ilə gizir İddiaçı, 411-ci Aviasiya bazasının (411 N-li hərbi hissə) 1-ci aviasiya eskadrilyasının (SU-25) aviasiya manqasının texniki-istismar hissəsinin baş mexaniki. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və qeydiyyat üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu Rayon Şöbəsinə göndərilmişdir.. İşə əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin N oktyabr 2019-cu il tarixdə İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e”(xidməti uyğunsuzluğa görə) bəndinə əsasən ehtiyata buraxılması üçün təqdimat verilmişdir. “İnzibati icraat haqqında” Qanunun 59.1.3.-cü maddəsinə əsasən inzibati aktın adı, qəbul olunma tarixi və yeri, qeydiyyat nömrəsi göstərilməlidir. Belə olan halda yuxarıda qeyd olunan əmrin və təqdimatın qəbul olunma tarixlərində olan uyğunsuzluq məhkəmə kollegiyasına hesab etməyə əsas verir ki, gizir İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə 054 gm saylı, 08.10.2019-cu il tarixli əmri N nömrəli hərbi hissə komandirinin N oktyabr 2019-cu il tarixli tədqdimatından bir gün əvvəl qəbul edilmişdir.Buda qanunveriçiliyin tələblərinə əsasən müəyyən edilmiş qaydaların pozulmasının göstəricisidir. Belə ki,“İnzibati icraat haqqında” Qanunun 67.1-67.3-cü maddələrinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, iddia tələbini rədd etməklə maddi və prosesual hüquq normalarının tətbiqində səhvə yol verməklə inzibati iş üzrə düzgün nəticəyə gəlməmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İPM-nin 12 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi” tələbləri pozulmuşdur. Müddəaların tələblərinə görə, hüquqi məsələlər, habelə iş üzrə araşdırma apardıqda, işdə olan sənədlərlə məhdud olmamalı və iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Bu müddəalara əsaslanmaqla məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qərarın qəbul edilməsinə əsas olmuş faktiki hallara dair cavabdehin təqdim etdiyi sübutlara düzgün qiymət verməmişdir.Yuxarıda sadalananlara hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə tam uyğun qəbul edilməmişdir və apellyasiya şikayətində göstərilmiş dəlil qərarın ləğv olunması üçün əsaslıdır. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı apellyasiya şikayətində qanunsuz olaraq işdən azad olunduğu müddət ərzində almalı olduğu məvacibin cavabdehdən tutulmasını xahiş etsədə, birinci instansiya məhkəməsində bu tələblə bağlı iddia qaldırmadığına görə apellyasiya instansiyası məhkəməsi icraatı qaydasında baxıla bilməz. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Yuxarıda qeyd olunanlarla bağlı kollegiya hesab edir ki, cavabdeh tərəfindən işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli tam və obyektiv sübutları tam şəkildə araşdırmamış,iddiaçının xeyrinə olan sübutlara qiymət vermədən bununlada inzibati icraat haqqında qanunvericiliyin tələblərinə əməl edilmədən İddiaçı həqiqi hərbi xidmətə ehtiyata buraxılması barədə 054 gm saylı, 08 oktyabr 2019-cu il tarixdə əmr qəbul edilmişdir. Belə olan halda mübahisələndirilən qərar inzibati icraat qaydalarının tələblərinə zidd olduğundan qanunsuz hesab olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. - 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. - 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. -58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnızməhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmamışdır. Ona görə də apellyasiya şikayəti təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 27.11.2020-ci il tarixli, 2- 1(116)-930/2020 saylı qərarı ləgv edilməli, yeni qərar qəbul edilərək iddia təmin olunmalı,Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin 054 gm saylı, 08 oktyabr 2019-cu tarixli əmri ləğv edilməli,cavabdeh Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin üzərinə İddiaçı 411-ci Aviasiya bazasının (411 N-li hərbi hissə) 1-ci aviasiya eskadrilyasının (SU-25) aviasiya manqasının texniki-istismar hissəsinin baş mexaniki vəzifəsinə bərpa edilməsi öhdəliyi qoyulmalıdır. Nəticəvi hissə: Məhkəmə kollegityası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 27.11.2020-ci il tarixli, 2-1(116)-930/2020 saylı qərarı ləğv edilsin, yeni qərar qəbul edilsin. İddia təmin olunsun. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin 054 gm saylı, 08 oktyabr 2019-cu il tarixli əmri ləğv edilsin. Cavabdeh Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin üzərinə İddiaçı 411-ci Aviasiya bazasının (411 N-li hərbi hissə) 1-ci aviasiya eskadrilyasının (SU-25) aviasiya manqasının texniki-istismar hissəsinin baş mexaniki vəzifəsinə bərpa edilməsi öhdəliyi qoyulur. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-111/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-111/2021
26.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver