Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-112/2021 12.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X4 ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin 9 saylı X5rşı “ünvan 1i ünvanında yerləşən torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınaraq ailə üzvlərinin adlarına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2- 1(116)-1170/2020 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Təsviri hissə: İddiaçı iddia tələbin belə əsaslandırmışdır ki, ünvan 2i ünvanında yerləşən normaya uyğun pay torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq adına Dövlət Reyestrindən Çıxarış verilməsini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi idarəsinin Oğuz rayon şöbəsindən xahiş etmişdir. Lakin araşdırma nəticəsində aydın olmuşdur ki, torpaq islahatı zamanı iddiaçı və ailəsinə verilmiş həmin pay torpaq sahəsi onun və ailə üzvlərinin adlarına JN-190 KOD ******* nömrə ilə yazılsa da, torpaq sahəsinin 0.17 ha hissəsinə başqa ərazidən Dövlət Aktı hazırlanmış, faktiki qanuni istifadələrində olan 1.12 ha torpaq sahəsinə isə Dövlət Aktı hazırlanmamışdır. Ona görə də iddiaçı torpaq islahatı zamanı ünvan 2i üzrə torpaq payı alan subyektlərin siyahısının, Oğuz rayonu X7 X2 qərarının və həmin qərarın təsdiq olunması barədə Oğuz Rayon X2 qərarının təsdiq olunmuş surətlərinin ona göndərilməsini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən xahiş etmişdir. Xidmətdən iddiaçıya göndərilən xx xxxxx 2020-ci il tarixli **********18 nömrəli cavab məktubunda 2 nəfər ailə üvlərinin adlarına 0.12 ha qanuni istifadədə, 1.12 ha faktiki torpaq sahəsinin qeyd edildiyi bildirilmişdir. Bundan sonra iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X10 müraciət edərək faktiki istifadələrində olan torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdir. Lakin İdarədən verilmiş cavab məktubunda iddiaçının torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd təqdim etmədiyi əsas gətirilərək müraciətin icra olunmasından imtina edilmişdir. Cavabdehin etirazının dəlilləri: İddiaçı ünvan 2ində yerləşən 1.12 ha torpaq sahəsinə dair qeydiyyat üçün əsas olan hüquqmüəyyənedici sənədlər təqdim etməmişdir. Belə ki, 0.17 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair X3 və ailə üzvlərinin adına Oğuz rayon AİK-nın qərarı əsasında JN- 190 saylı Dövlət Aktı hazırlanmamışdır. Qeyd olunan səbəbə görə də müraciətinin icrası mümkün olmamışdır. İddia edilən 1.12 ha torpaq sahəsinin faktiki istifadəçisi İddiaçı və ailə üzvləridir. Faktiki istifadədə olan torpaq sahəsi Ərazi İdarəsində mövcud olan elektron baza məlumatlarında yaşayış məntəqələri torpaqlarıdır. JN-745 BB və JN-746 BB kimi Oğuz rayon Xaçmaz Bələdiyyəsinin mülkiyyətinə aiddir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında cavabdehin nümayəndəsi qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan JN-533A kod 40509018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”dən müəyyən edilir ki, Oğuz rayon AİK-nın xx.xx.1998-ci il tarixli 67 saylı Qərarı ilə 0.11 hektar həyətyanı torpaq sahəsi İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. İş materiallarında olan JN-1xx xxx 40509018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın təsdiq edilmiş surətindən müəyyən edilir ki, Oğuz rayon AİKnın xx.xx.1998-ci il tarixli 67 saylı Qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 0.17 ha torpaq sahəsi İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. İş materiallarında olan Oğuz rayon Xaçmaz kənd “Turan” Kooperativi İƏV üzrə pay almaq hüququ olan vətəndaşların “Siyahısı”nın təsdiq edilmiş surətində İddiaçı və X1 adları, faktiki torpaq sahəsi sütununda 1.12 ha qeyd edilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli, **********18 nömrəli məktubuna əlavə edilmiş xx.xx.2010-cu il tarixli, 02 nömrəli arayışın surətində qeyd edilir ki, Xaçmaz təsərrüfatında torpaq islahatı aparılan zaman İddiaçı ailə tərkibi iki nəfər olmaqla istifadələrinə 0.12 ha həyətyanı və 1.12 ha zəbt torpaq sahəsi verilmişdir. İddiaçının tələbinə dair sənədlər birinci instansiya məhkəməsinə təqdim olunmuş, məhkəmə öz təşəbbüsü ilə digər zəruri sübutları toplamışdır. Onlara AZE seriyalı 0******* və AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqələrinin surətləri, cavabdehin xx.xx.2020-ci il tarixli **********59 nömrəli məktubu, JN-533A kod 40509018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”, JN-1xx xxx 40509018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın təsdiq edilmiş surəti, ƏMDK yanında DƏKÜRXnin xx.xx.2020-ci il tarixli **********18 nömrəli məktubu və ona əlavə edilmiş sənədlərin təsdiq edilmiş surətləri, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2020-ci il tarixli, **********52 nömrəli məktubu, cavabdehin xx.xx.2020-ci il tarixli **********98 nömrəli etiraz məktubu aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxxxx 2020-ci il tarixli 2- 1(116)-1170/2020 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin 9 saylı X5rşı “ünvan 1i ünvanında yerləşən torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınaraq ailə üzvlərinin adlarına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2- 1(116)-1170/2020 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayəti verərək qeyd etmişdir ki, Şəki İnzibati Məhkəməsi onun Oğuz rayon Xaçmaz kəndində yerləşən 1.12 ha torpaq sahəsinə mülkiyyət hüququmuzun qeydiyyata alınaraq ailə üzvlərimizin adına Dövlət Reyestrindən Çıxarış verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələiəri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X10 həvalə edilməsinə dair iddia tələbinin təmin edilməməsi barədə xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-1170/2020 nömrəli qanunsuz, əsassız və ədalətsiz qərar qəbul etmişdir. Birinci instansiya Məhkəməsinin qeyd edilən qərarı maddi-hüquq normalarını düzgün tətbiq etməməklə, prosessual-hüquq normalarının tələblərini pozmaqla həmçinin işin faktiki hallarına düzgün qiymət vermədən və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmadan, birtərəfli araşdırma aparılmaqla qəbul edildiyindən həmin qərar qanunsuz və əsassızdır və ona görə də ləğv olunmalıdır. Şəki İnzibati Məhkəməsi isə qeyd olunan maddələrin tələblərini pozmuş, iş üzrə mübahisəli hüquq münasibətlərini tənzimləyən hüquq normalarına dəqiq riayət etməmiş, tətbiq edilməli olan qanun və normativ aktları tətbiq etməmiş, tətbiq etdiyi hüquq normalarını isə düzgün izah etməmişdir. Hazırki işin materiallarından da aydın görünür ki, onun şikayətinin, iş üzrə verdiyi izahatların və irəli sürdüyü dəlillərin, o cümlədən apellyasiya şikayətinin müəyyən edilməsi ilə əlaqədar təqdim etdiyi əlavə sübutların əsasını ailə üzvlərinin adına olan torpaq sahəsinə mülkiyyət sənədi almaq üçün mövcud olan maneələrin aradan qaldırılması təşkil edir. Şəki İnzibati Məhkəməsi nəinki mübahisələndirilən torpaq sahəsinin hüquqi statusunu müəyyənləşdirməmiş, əksinə qərarın qəbul olunması üçün əsas kimi qeyd edilmiş dəlilləri cavabdehin xeyrinə izah etməyə çalışmış, dəqiq araşdırma aparmadan, qanun və normativ aktları səhv təfsir edərək hazırda şikayət etdiyi qanunsuz və əsassız qərarı qəbul etmişdir. Məhkəmə qərarı özünün mülahizəsi və iş üzrə hüquqi əhəmiyyət kəsb etməyən hüquq normaları ilə əsaslandırmağa çalışmışdır. Həmin torpaq sahəsinin guya bələdiyyə mülkiyyəti olduğunu qeyd edən məhkəmə onun təqdim etdiyi sənədləri nəzərə almamışdır. Bundan başqa o, cavabdehin ona verdiyi imtina məktubunu məhkəməyə təqdim etmişdir. Lakin məhkəmə onun ərizəsində qeyd edilənlərə münasibət bildirmək və araşdırma apararaq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən ona kömək etmək əvəzinə imtinanı olduğu kimi qərara köçürərək ona göndərmişdir. Təbii ki, o cavabdeh orqan qanuni istifadəsində olan torpaq sahəsinə mülkiyyət sənədi versəydi məhkəməyə müraciət etməzdi. Məhkəməyə o son ümid yeri kimi müraciət etmişdir. Lakin məhkəmə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən verilmiş sənədləri hüquqmüəyyənedici sənəd kimi qəbul etmir, lakin cavabdehin "elektron baza məlumatlarına" əsasən verdiyi arayışa əsaslanaraq onun qanuni istifadəsində olan 1.12 ha torpaq sahəsinin bələdiyyə mülkiyyətində olduğunu qeyd edir. Əvvəla həmin torpaq sahəsinə müvafiq sənədin hazırlanmaması onun günahı ucbatından olmamışdır. Digər tərəfdən bu yaxınlara qədər bu barədə onun məlumatı da olmamışdır. Bütün bunlardan sonra da məhkəmə Oğuz rayon Xaçmaz Bələdiyyəsini üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb etmək əvəzinə tələm-tələsik hazırda şikayət etdiyi qanunsuz və əsassız qərarı qəbul etmişdir. Qərarın əsaslandırıcı hissəsində məhkəmənin əsasən "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununa istinad etməsi bir daha qərarı cavabdehin mənafeyinə uyğunlaşdırmaq cəhdi kimi qiymətləndirilməlidir. Məhkəmə yalnız cavabdehin imtinasına əsaslanaraq, heç bir araşdırma aparmadan qanunsuz və əsassız qərar qəbul etmişdir. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-1170/2020 nömrəli qərarının ləğv edilməsi və işə yenidən baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş edirəm. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-1170/2020 nömrəli iş üzrə qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin 9 saylı X9 nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia tələbi əsassızdır, ona görə də təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən olunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüquqlar dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2020-ci il tarixli, **********52 nömrəli məktubunda qeyd edilir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X9 mütəxəssisləri ünvan 1ində yerləşən İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinə baxış keçirərək çöl ölçmə işləri aparmış və çöl ölçmə işləri nəticəsində əldə olunan məlumatlar kameral şəraitdə mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılmışdır. Aparılan araşdırmalar zamanı aşağıdakı hallar müəyyən olunmuşdur: Ərazi İdarəsində mövcud olan elektron kadastr məlumat bazasına əsasən İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin təyinatı (kateqoriyası) yaşayış məntəqələrinin torpaqları, məqsədli istifadə növü çoxillik əkmə, faktiki sahəsi 1.12 ha təşkil edir; Ərazi İdarəsində mövcud olan elektron kadastr məlumat bazasına əsasən İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi bələdiyyə mülkiyyətində olan 750BB, 746BB və 747BB nömrəli torpaq sahələri ilə üst-üstə düşür. Yuxarıda qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçının tələbində qeyd etdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər mövcud deyil. Həmçinin iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin elektron kadastr məlumat bazasına əsasən bələdiyyə mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşməsi aşkarlanmışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq qeyd etməyi zəruri hesab edir ki, iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi düzgün olaraq rədd edilmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun: 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə vəvaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Göründüyü kimi, cavabdehin iddiaçının tələbinin təmin olunmasından imtinası əsaslı olmuşdur. Məhkəmə kollegiyası inzibati mübahisə üzrə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. Habelə iddiaçı apellyasiya məhkəməsinin iclasında apellyasiya şikayətində irəli sürdüyü dəlillərini təsdiq edəcək heç bir sübut təqdim edə bilmədi. İPM-in 87.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin 9 saylı X5rşı “ünvan 1i ünvanında yerləşən torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınaraq ailə üzvlərinin adlarına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia tələbini təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-1170/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-112/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-112/2021
12.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver