Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-112/2022 10.03.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İsmayıllı rayon filialına qarşı “cavabdehin 07.09.2020-ci il tarixli qərarının ləğv edilməsi və ona güzəştli şərtlə yaşa görə təyin edilmiş əmək pensiyasının verilməsinin dayandırıldığı tarixdən ödənilməsinin təmin edilməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2-1(116)-347/2021 saylı qərardadından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi tərəfindən tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İsmayıllı rayon filialına qarşı “cavabdehin 07.09.2020-ci il tarixli qərarının ləğv edilməsi və ona güzəştli şərtlə yaşa görə təyin edilmiş əmək pensiyasının verilməsinin dayandırıldığı tarixdən ödənilməsinin təmin edilməsinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim İ.Cabbarov) 19 aprel 2021-ci il tarixli, 2-1(116)- 347/2021 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İsmayıllı rayon filialına qarşı “cavabdehin 07.09.2020-ci il tarixli qərarının ləğv edilməsi və ona güzəştli şərtlə yaşa görə təyin edilmiş əmək pensiyasının verilməsinin dayandırıldığı tarixdən ödənilməsinin təmin edilməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Şəki İnzibati Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2-1(116)-347/2021 saylı qərardadından üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflərindən məhkəmə prosesində cavabdehin əvəz olunmasına dair vəstətin verilməsinə baxmayaraq, cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filial ilə əvəz olunmamış, həmin filialın üçüncü şəxs qismində məhkəmə icraatında cəlb edilməsinə dair qərardad qəbul olunmuşdur. Hesab edir ki, həmin qərardad əsassızdır və ləğv edilməlidir. Belə ki, Fondun 23 iyul 2020-ci il tarixli, **********71 nömrəli qərarı ilə təsdiq edilmiş Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının əsasnaməsinin 3.1.8-ci bəndinə əsasən, Qanunun 9-cu və 20-ci maddələrinə uyğun olaraq güzəştli şərtlərə əmək pensiyası hüququ olan şəxslərin əmək pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, pensiyanın bir növündən digərinə keçirilməsini və ödənilməsini, qanunla nəzərdə tutulmuş hallarda pensiya ödənişinin dayandırılmasını və xitamını həyata keçirmək filialın vəzifələrinə aid edilmişdir. İddia tələbindən aydın olduğu kimi iddiaçının hüquqi marağı güzəştli şərtlərlə pensiya ödənişinin aparılmasından ibarətdir. Hal-hazırda həmin ödənişlərin 14 saylı regional ərazi filialı tərəfindən deyil, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filial tərəfindən aparılması mümkündür. Beləliklə, belə nəticəyə gəlmək mümkündür ki, iddiaya cavab verməli orqan Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialıdır. Şəki İnzibati Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2-1(116)-347/2021 saylı qərardadından üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 18 avqust 2021-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi tərəfindən tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2-1(116)-347/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Şəki Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 18 avqust 2021-ci il tarixli qərardadından şikayət verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 11.01.2022-ci il tarixli, 2-1(102)-2022 saylı Qərarı ilə şikayət qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 18 avqust 2021-ci il tarixli qərardadı ləğv edilərək iş yenidən baxılması üçün Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsi, Şəki İnzibati Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2-1(116)- 347/2021 saylı qərardadının dəyişdirilmədən saxlanması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası hesab edir ki, Şəki İnzibati Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2-1(116)-347/2021 saylı qərardadından Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin verdiyi şikayət mümkün sayılmamalı və icraata qəbulundan imtina edilməlidir. Şəki İnzibati Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2-1(116)-347/2021 saylı qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi məsələsini mübahisələndirmişdir. Qanunvericiliyin tələbinə əsasən, məhkəmə qərardadlarından yalnız o halda müstəqil qaydada, yəni ayrıca şikayət verilə bilər ki, onların müstəqil mübahisələndirilməsi İnzibati Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş olsun. İnzibati Prosessual Məcəlləsi ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan yalnız məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər. (İPM-in 83.1 və 83.4-cü maddələri). İPM-də isə hazırda mübahisələndirilən qərardaddan müstəqil qaydada şikayət verilməsi nəzərdə tutulmamışdır. Cavabdeh hazırki iş üzrə məhkəmə qərarından apellyasiya şikayəti verməsinə baxmayaraq, göstərilən qərardaddan da müstəqil qaydada apellyasiya şikayəti vermişdir. Halbuki, cavabdeh öz apellyasiya şikayətində də qeyd edir ki, İPM-də bu qərardaddan müstəqil qaydada apellyasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlər belə nəticəyə gəlməyə əsas verir ki, apellyasiya instansiyası məhkəməsi öz səlahiyyətləri daxilində mübahisələndirilən qərardaddan verilmiş şikayət üzrə apellyasiyanın mümkünlüyünə düzgün hüquqi qiymət verməmişdir. Beləliklə məhkəmə tərkibi hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual pozuntuya yol verildiyindən qərardad ləğv edilməli, qərardaddan verilmiş şikayət üzrə apellyasiyanın mümkünlüyünə baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Belə ki, İnzibati Prosessual Məcəllənin: 81.1-ci maddəsinə əsasən İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. 83.1-ci maddəsinə əsasən Şikayət inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər. 83.3-cü maddəsinə əsasən məhkəmə prosesinin aparılması qaydaları haqqında məhkəmə qərardadlarının (sərəncamlarının); məhkəmə iclasının vaxtının dəyişdirilməsi, təxirə salınması və ya məhkəmə iclasının vaxtı ilə bağlı müəyyən müddətin təyin olunması haqqında məhkəmə qərardadlarının; sübutlar haqqında və ya sübutların cəlb olunması barədə vəsatətlərin rədd edilməsi haqqında məhkəmə qərardadlarının; müstəqil işlər və ya hüquqi tələblər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması haqqında məhkəmə qərardadlarının; hakimlərə, məhkəmə tərkiblərinə etirazlar ilə bağlı məhkəmə qərardadlarının; bu Məcəllənin 21.5-ci, 24.7-ci, 28.4-cü, 54.3cü, 55.4-cü və 77.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müstəqil qaydada şikayət verilə bilməz. 83.4-ci maddəsinə əsasən Bu Məcəllə ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər. 87.2-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 87.3-cü maddəsinə əsasən Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. 87.4-cü maddəsinə əsasən Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Beləliklə yuxarıda qeyd edilmiş prosessual normaların tələblərindən də göründüyü kimi Şəki İnzibati Məhkəməsinin mübahisələndirilən qərardadından şikayət nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin “İPM-in məcəllənin 83.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər” dəlilinə münasibət bildirərək qeyd edir ki, mübahisələndirilən qərardad müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlara aid deyildir. Ona görə də şikayət mümkün hesab edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 81, 83, 87 və 99-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi tərəfindən verilmiş аpellyаsiyа şikаyəti mümkün hesab edilməsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(107)-112/2022
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-112/2022
10.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver