Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-112/2023 06.04.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsi X3 və üçüncü şəxs X8 nümayəndəsi Nümayəndə, vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Seriya MA, ******* nömrəli çıxarışın fərdi yaşayış evinə aid hissədə ləğv edilməsi” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2-1(116)-1542/2022 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsi və üçüncü şəxs X16 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Qəbələ rayon Aqrar İslahat Komissiyasının verdiyi oktyabr 2002 JN-1059F KOD 40601004 saylı şəhadətnamənin, cavabdehin verdiyi xx.xx.2011-ci il tarixli seriya MA ******* və xx.xx.2011-ci il tarixli Seriya MA ******* nömrəli çıxarışların ləğv edilməsi, satılmış ev və torpaq sahəsinin ¼ hissəsinə kompensasiyanın ödənilməsi, yeni qeydiyyat şəhadətnaməsi çıxarılması, əmlakın satılması haqqında alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və ya həmin miras əmlakdan özünə çatan payın kompensasiya formasında verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-1542/2022 nömrəli qərardadı ilə iş üzrə X15, X9, X6 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmiş. Qəbələ rayon Aqrar İslahat Komissiyasının üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı, tələbini dəqiqləşdirərək təqdim etdiyi ərizəsində “yeni qeydiyyat şəhadətnaməsi çıxarılması” dedikdə tələbdə qeyd olunmuş əmlakla, yəni JN059F nömrəli şəhadətnamədə və onun əsasında verilmiş çıxarışda qeyd olunmuş fərdi yaşayış evi və torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı çıxarışın verilməsini nəzərdə tutduğunu bildirmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-1542/2022 nömrəli qərardadı ilə iddia tələbinin “Qəbələ rayon Aqrar İslahat Komissiyasının verdiyi oktyabr 2002 JN-1059F KOD 40601004 saylı şəhadətnamənin, cavabdehin verdiyi xx.xx.2011-ci il tarixli seriya MA ******* çıxarışın ləğv edilməsi, Seriya MA ******* nömrəli çıxarışın torpaq sahəsinə aid hissədə ləğv edilməsi, satılmış ev və torpaq sahəsinin ¼ hissəsinə kompensasiyanın ödənilməsi, JN-059F nömrəli şəhadətnamədə və onun əsasında verilmiş çıxarışda qeyd olunmuş fərdi yaşayış evi və torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı çıxarışın verilməsi, əmlakın satılması haqqında alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və ya həmin miras əmlakdan özünə çatan payın kompensasiya formasında verilməsi” hissəsində iddia tələbi qeyri-mümkün sayılmışdır. İşin qısa mahiyyəti ondan ibarətdir ki, xx.xx.1998-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamədən görünür ki, xx.xx.1994-cü ildə vəfat etmiş X10 Qəbələ şəhəri Nizami küçəsi 12 ünvanında yerləşən fərdi yaşayış evinin ¼ hissəsinə X17 və digər şəxslərin payları müəyyən edilmiş, həmçinin Qəbələ rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(025)-293/2010 saylı qətnaməsi ilə Qəbələ şəhəri Nizami küçəsi 12 ünvanında yerləşən evin dörddə bir hissəsinə miras əmlak olaraq İddiaçı Məcnun qızının hüquqları tanınmışdır. Buna baxmayaraq, cavabdeh orqan həmin fərdi yaşayış evi üzrə tam mülkiyyət hüququnu X8 adına dövlət qeydiyyatına almışdır. İddiaçı, X8 adına tərtib edilmiş çıxarışın fərdi yaşayış evinə dair hissəsinin ləğv edilməsini cavabdeh orqandan tələb etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. Cavabdeh orqan xx.xx.2021-ci il tarixli iddia tələbinə münasibətdə qeyd etmişdir ki, Qəbələ şəhəri Nizami küçəsi 12 ünvanında yerləşən fərdi yaşayış evi yerləşdiyi torpaq sahəsinə dair Qəbələ rayon AİK-nın qərarı əsasında X8 adına rəsmiləşdirilmişdir. Qeyd edilən fərdi yaşayış evi X16tərəfindən notarial qaydada özgəninkiləşdirildiyindən müraciətin icrası mümkün olmamışdır. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında üçüncü şəxslər izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etmişlər. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - xx.xx.1998-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamədən görünür ki, xx.xx.1994-cü ildə vəfat etmiş X10 əmlakının vərəsələrinin hər biri Bakı şəhərində yaşamış oğlu X18 ölmüş, övladlarına ¼ hissəsi, Bakı şəhərində yaşamış oğlu X20 ölmüş, övladlarına ¼ hissəsi, Bakı şəhərində yaşayan qızı X12 ¼ hissəsi, X17 ¼ hissəsinə bərabər hissələrdə irs almalıdırlar. Həmin şəhadətnamənin verildiyi əmlak aşağıdakılardan ibarətdir: yaşayış evi: Qəbələ şəhəri Nizami küçəsi 12. - Qəbələ rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli XQ(025)-173/2022 nömrəli məktubunda qeyd edilmişdir ki, Qəbələ rayon Məhkəməsinin İddiaçı cavabdeh X13 qarşı olan xx.xx.2010-cu il tarixli, 2(025)-293/2010 saylı qətnaməsi xx.xx.2012-ci il tarixdə qanuni qüvvəsini almışdır. - Qəbələ rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(025)-293/2010 saylı qətnaməsindən görünür ki, Qəbələ şəhəri Nizami küçəsi 12 ünvanında yerləşən evin dörddə bir hissəsinə miras əmlak olaraq İddiaçı Məcnun qızının hüquqları tanınmış və evdən dörddə bir hissədə pay ayrılaraq iddiaçıya verilməsi, həmin paydan istifadə olunmasında cavabdeh X16 tərəfindən törədilən maneələrə son qoyulması qət edilmişdir. - Qəbələ şəhər İƏN-nin xx.xx.2011-ci il tarixli 1897 nömrəli və xx.xx.2011-ci il tarixli 2354 nömrəli arayışlarından görünür ki, X8 oğlu ilə birlikdə yaşadığı 1947-ci ildə tikilmiş 1 mərtəbəli 4 otaqlı fərdi yaşayış evinin ünvanı Qəbələ şəhəri Nizami küçəsi 12 qeyd edilmişdir. - Seriya MA ******* nömrəli DƏDR-dən Çıxarışdan və **********22-10301 reyestr nömrəli fərdi yaşayış evinin texniki pasportundan görünür ki, 1947-ci ildə tikilmiş, 1 mərtəbəli 4 otaqlı fərdi yaşayış evinin ünvanı Qəbələ şəhəri Nizami küçəsi 8 qeyd edilmiş və həmin daşınmaz əmlak üzərində X7 tam xüsusi mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. - cavabdehin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Seriya MA ******* nömrəli, ********** qeydiyyat nömrəli Dövlət reyestrindən çıxarışla xx.xx.2011c il tarixdə X7 adına qeydiyyata alınmış fərdi yaşayış evinin ünvanı Qəbələ şəhəri İƏN-nin xx.xx.2011-ci il tarixli 2354 saylı arayışında Qəbələ şəhəri Nizami küçəsi ev №12 olduğu, seriya MA Seriya MA ******* nömrəli, ********** qeydiyyat nömrəli Dövlət reyestrindən çıxarışda isə Qəbələ şəhəri Nizami küçəsi ev №8 olduğu qeyd olunmuşdur. Hal-hazırda həmin fərdi yaşayış evi sökülmüş və həmin evin yerləşdiyi torpaq sahəsinin yeni ünvanı Ünvan Reyestri İnformasiya Sisteminə (ÜRİS) əsasən ünvan 5 Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 25 oktyabr 2022-ci il tarixli, 2- 1(116)-1542/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə üçüncü şəxs X7 adına verilmiş “Seriya MA, ******* nömrəli çıxarışın fərdi yaşayış evinə aid hissədə ləğv edilməsi” öhdəliyinin qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsi və üçüncü şəxs X16 apellyasiya şikayətləri verərək Şəki İnzibati Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2-1(116)-1542/2022 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişlər. Apellyasiya şikayətlərinin dəlilləri: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsi apellyasiya şikayətində qeyd etmişdir ki, İddiaçı xx.xx.1998-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və Qəbələ Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(025)-293/2010 saylı qətnaməsi ilə hüquqlarının dövlət qeydiyyatı ilə bağlı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi”-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etməmişdir. Eyni zamanda Qəbələ Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(025)- 293/2010 saylı qətnaməsi “Daşınmaz Əmlkaın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi”-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə məhkəmə tərəfindən də göndərilməmişdir. X16 və ailə üzvlərinin adına qeyd olunan 0.07 ha torpaq sahəsi Qəbələ rayon X5 qərarı ilə tərtib edilmiş JN-1059F saylı şəhadətnamə əsasında verilmişdir. Həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi isə Qəbələ şəhər İnzibati Ərazi Dairəsinin arayışı əsasında X8 adına vahid daşınmaz əmlak kimi rəsmiləşdirilmişdir. Qeyd edilən fərdi yaşayış evi X16 tərəfindən notarial qaydada özgəninkiləşdirilmişdir. Hal-hazırda ********** vəl ********* qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli çıxarışla X9 və X2 hər birinin 1/4 hissə pay olmaqla ümumi birgə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Sözü gedən həmin çıxarış artıq qüvvədə deyil və ləğvi ilə bağlı hər hansı qeydiyyatın aparılması pratiki olaraq mümkün deyil. Eyni zamanda onuda qeyd etmək istəyirik ki, hal-hazırda həmin fərdi yaşayış evi yeni mülkiyyətçilər tərəfindən tamamilə sökülmüş və yeni tikinti inşa edilir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini Şəki İnzibati Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2-1(116)-1542/2022 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Üçüncü şəxs X16 apellyasiya şikayətində qeyd etmişdir ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 17-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı. bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. O, Azərbaycan Respublikası Şəki İnzibati Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2-1(116)-1542/2022 saylı qərarı ilə razı deyil, hesab edir ki, məhkəmənin qərarı əsassız və qanunsuzdur. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini Şəki İnzibati Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2- 1(116)-1542/2022 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının 02 mart 2023-cü il tarixli iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2-1(116)-1542/2022 nömrəli iş üzrə qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsi X11 apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2-1(116)-1542/2022 nömrəli iş üzrə qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X8 nümayəndəsi Nümayəndə, vəkili X4 apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2-1(116)-1542/2022 nömrəli iş üzrə qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının hazırkı iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı və üçüncü şəxslər X16, X9, X6 məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. İddiaçı məhkəməyə teleqramla müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası iddiaçının və üçüncü şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında qeyd edilmişdir: “1) Əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. 2) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. Cavabdehin və üçüncü şəxsin apellyasiya şikayətləri uğurlu sayılmır. Belə ki, onlar mahiyyət etibarı ilə əsaslı deyillər. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin üçüncü şəxs X8 adına vermiş “Seriya MA, ******* nömrəli” çıxarışın fərdi yaşayış evinə aid hissədə ləğv edilməsini xahiş etmişdir. İddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında qeyd edilmişdir. Hazırkı işin hallarından göründüyü kimi mübahisələndirilən çıxarışın X7 adına tərtib edilməsi və həmin daşınmaz əmlak üzərində sonuncunun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün hər hansı hüquqi əsas mövcud olmamışdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Suqura Kərimova xx.xx.1998-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamədə ¼ hissə payının olduğu qeyd edilmiş Rauf Kərimovun arvadıdır. İstinad olunan şəhadətnamədən göründüyü kimi Rauf Kərimovun övladlarının ¼ hissəyə vərəsə olması qeyd edilmişdir. Həmçinin işdən müəyyən edilir ki, Qəbələ rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(025)-293/2010 saylı qətnaməsi ilə Qəbələ şəhəri Nizami küçəsi 12 ünvanında yerləşən evin dörddə bir hissəsinə miras əmlak olaraq İddiaçı Məcnun qızının hüquqları tanınmışdır. Belə olan halda cavabdeh orqan, xx.xx.1998-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə və Qəbələ rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(025)-293/2010 saylı qətnaməsinə istinad edərək Qəbələ şəhəri Nizami küçəsi 12 ünvanında yerləşən fərdi yaşayış evi üzərində adları həmin sənədlərdə adları qeyd edilmiş şəxslərin ümumi birgə mülkiyyət hüquqlarını dövlət qeydiyyatına almalı olduğu halda, heç bir hüquqi əsas olmadan fərdi yaşayış evi üzərində Suqura Kərimovanın xüsusi mülkiyyət hüququnu dövlət qeydiyyatına almışdır. Qeyd edilən hal iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olduğundan, iddiaçı MA Seriya MA ******* nömrəli, ********** qeydiyyat nömrəli Dövlət reyestrindən çıxarışın fərdi yaşayış evinə aid hissəsinin ləğv edilməsini cavabdeh orqandan tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə, daşinmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə müvafiq olaraq, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinin tələblərinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin maddənin 2-ci bəndinin tələblərinə görə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra – dövlət reyestri) aparılır. Həmin Qanunun 8.0.3 və 8.0.4-cü maddələrinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş ... vərəsəlik hüququ haqqında... şəhadətnamələr..., qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Həmin Qanunun 11.1-ci maddəsinə görə, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə müvafiq olaraq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Göstərilənlərə əsasən, birinci instansiya məhkəməsi düzgün hesab etmişdir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinasını əsassız olmuşdur, iddianın təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla və iddiaçıların hüquqlarını pozmuşdur. Odur ki, iddia təmin edilməli, cavabdehin üzərinə üzərinə üçüncü şəxs X7 adına verilmiş “Seriya MA, ******* nömrəli çıxarışın fərdi yaşayış evinə aid hissədə ləğv edilməsi” öhdəliyi qoyulmalıdır. Məhkəmə kollegiyası inzibati mübahisə üzrə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. Habelə cavabdehin nümayəndəsi X11 və üçüncü şəxs X8 nümayəndəsi Nümayəndə, vəkili X4 apellyasiya məhkəməsinin iclasında apellyasiya şikayətlərində irəli sürdükləri dəlillərini təsdiq edəcək heç bir sübut təqdim edə bilmədilər. İPM-in 87.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
Nəticəvi hissə
Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı:
Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsi və üçüncü şəxs X15 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2-1(116)-1542/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.