Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-113/2024 31.01.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “Ucar rayonu Qarabörk kəndində mərhum X10 məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində təsərrüfatbaşına kitaba əsasən ümumibirgə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli 2-1(116)-1182/2023 nömrəli qərardadından iş üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “Ucar rayonu Qarabörk kəndində mərhum X10 məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərin təssərrüfatbaşı kitabında adları qeyd olunan digər şəxslərlə birlikdə ümumi birgə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-1182/2023 nömrəli qərardadı ilə iş üzrə X11 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir.
3. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı tələbini dəqiqləşdirərək, “Ucar rayonu Qarabörk kəndində mərhum X10 məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində təsərrüfatbaşına kitaba əsasən ümumibirgə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir.
5. İddia ərizəsinin əsaslarına görə Ucar rayonu Qarabörk kəndində 1960-cı illərdə mərhum X18 tərəfindən özünəməxsus olan torpaq sahəsində 2 otaq və 1 eyvandan ibarət hazırda iddiaçının yaşadığı fərdi yaşayış evi inşa olunmuşdur.
6. Təxminən 5 il öncədən başlayaraq, həmin evə bitişik 3 otaq, hamam, ayaqyolu, həyətdə isə hamam və ayaqyolu inşa olunmuş, həyətyanı sahə isə hər tərəfdən dəmir hasarla bağlanılmışdır.
7. Ölkə ərazisində torpaq islahatı aparılan zaman iddiaçıya məlum olmayan səbəblərdən həmin torpaq sahəsi islahatdan əvvəl xarici ölkə vətəndaşı olan qardaşı X6 adına işlənilmişdir.
8. Həmin torpaq sahəsinin tək qardaşının adına verilməsi mərhum atasının və həmin təsərrüfatda olan iddiaçının və digər şəxslərin mülkiyyət hüququnu pozmaqla yanaşı, mərhum atası tərəfindən inşa olunmuş fərdi yaşayış evinin qardaşının adına qanunsuz olaraq, sənədləşdirilməsinə əsas yaradır. Bu isə özlüyündə qanun pozuntusudur.
9. Belə ki, həmin fərdi yaşayış evi inşa olunarkən, qardaşı azyaşlı uşaq olmuşdur. Məlum məsələdir ki, azyaşlı uşaq fərdi yaşayış evi inşa edə bilməz.
10. Təsərrüfatbaşına kitabdan çıxarış əsasında Ucar rayonu Qarabörk kəndində yerləşən və hazırda yaşadığı fərdi yaşayış evi üzərində mərhum atası X7, həmin evin yerləşdiyi torpaq sahəsi üzərində isə təsərrüfatbaşı kitablardan çıxarışa uyğun olaraq, ümumibirgə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə ərizə ilə cavabdeh orqana müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir.
11. Cavabdeh xx.xx.2023-cü il tarixli etiraz məktubunda qeyd etmişdir ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən Daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir.
12. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı atasının adı ünvanı şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir.
13. İddiaçının mərhum atası X10 məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə Ucar rayon Aqrar İslahat Komissiyasının qərarı əsasında başqa şəxsə JN-212A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə işlənmişdir.
14. Bu səbəbdən də müraciətinizin icrası mümkün olmamışdır.
15. Sözügedən həyətyanı torpaq sahəsi üzərinə Şəki İnzibati Məhkəməsinin 15(116)- 6/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadına əsasən həbs qoyulmuşdur.
16. Üçüncü şəxs iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - cavabdeh orqanın imtinası əsaslı və qanunidir. Belə ki, iddiaçının mülkiyyət hüququnu qeydə aldırmaq istədiyi, Ucar rayonu Qarabörk kəndində yerləşən 1,50 ha həyətyanı təyinatlı torpaq sahəsi 07 avqust 2005-ci il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-212A nömrəli şəhadətnaməyə əsasən üçüncü şəxs X6 mülkiyyətindədir. X6 həmin torpaq sahəsinə mülkiyyət hüququ Ucar rayonu Aqrar İslahat Komissiyasının 28 dekabr 1998-ci il tarixli 17 nömrəli qərarına əsasən verilmişdir. Nə torpağın mülkiyyətə verilməsinə dair JN-212A nömrəli şəhadətnamə, nə də Ucar rayonu Aqrar İslahat Komissiyasının 28 dekabr 1998-ci il tarixli 17 nömrəli qərarı mübahisələndirilməmişdir və qüvvədədir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.3-cü bəndi hazırkı mübahisəyə tətbiq edilə bilməz. Belə ki, hüquqlarını təmsil etdiyim şəxsin, iddiaçının mülkiyyət hüququnu qeydə aldırmaq istədiyi torpaq sahəsinə mülkiyyət hüququ 07 avqust 2005-ci il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-212A nömrəli şəhadətnamə ilə rəsmiləşdirilmişdir. İddiaçı təsərrüfatbaşına kitabdan çıxarışa əsasən özünün və təsərrüfatda qeydiyyatda olan digər şəxslərin ümumi birgə mülkiyyət hüquqlarının qeydiyyata alınmasını xahiş etsə də, məhkəmənin sorğusuna “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin "xxxx" MMC-nin verdiyi cavab məktubundan və ona əlavə olunmuş sənədlərdən həyətyanı torpaq sahəsi almaq hüququ olan subyektlərin siyahısında yalnız Elnur Mirzəyevin adı göstərilmişdir. 16 iyul 1996-cı il tarixdə qüvvəyə minmiş “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 1-ci hissəsinin tələblərinə görə bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlərdir.
17. Birinci instansiya məhkəməsinin sorğusu ilə Ucar rayon Dövlət Arxivindən alınmış 1996-2000-ci illərə dair təsərrüfatbaşına kitabda iddiaçının qeydiyyatı yoxdur. Göründüyü kimi torpaq islahatı aparılarkən iddiaçı mübahisəli torpaq sahəsinin yerləşdiyi ərazidə yaşamamışdır.
18. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, sözügedən torpaq sahəsində yerləşən fərdi yaşayış evində 1996-cı ildən yaşayır, həmin torpaq sahəsi görə qardaşı ilə aralarında şifahi danışıqlar olmuş, qardaşı torpaq sahəsində yaşamayacağını bildirmişdir. Ona görə də ötən müddət ərzində mübahisə açmamışdır. Sənədlərin mövcudluğundan bir neçə ilə əvvəl məlumatı olmuşdur. Belə ki, torpaq sahəsinə dair tərtib edilmiş Şəhadətnamə həmişədən evdə olmuş, sənədlərin içərisindən tapmışdır.
19. İddiaçının vəkili (nümayəndəsi) iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
20. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir.
21. Birinci instansiya məhkəməsinin iclasında üçüncü şəxsin vəkili iddia tələbinə etiraz edərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
22. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 30 noyabr 2023-cü il tarixli 2-1(116)-1182/2023 nömrəli qərarı ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə “Ucar rayonu Qarabörk kəndində 1960-cı illərdə mərhum X18 tərəfindən özünəməxsus olan torpaq sahəsində inşa olunmuş 2 otaq və 1 eyvandan ibarət 99 kv.m fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun mərhum X10 məxsus olması barədə arayışın iddiaçıya verilməsi öhdəliyinin qoyulması barədə iddia tələbi təmin edilmişdir.
23. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 30 noyabr 2023-cü il tarixli 2-1(116)-1182/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “Ucar rayonu Qarabörk kəndində mərhum X10 məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində təsərrüfatbaşına kitaba əsasən ümumibirgə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi mümkün sayılmamışdır.
24. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 həmin qərardaddan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
25. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə 3-cü şəxsin adına JN- 212 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilməsi, iddiaçının hüququnun məhdudlaşdırılmasına və iddia tələbinin mümkün sayılmamasına əsas hesab oluna bilməz. Ona görə ki, JN-212 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə qeyri-mötəbərdir. Belə ki, RAİK-nın qərarı ümumi xarakter daşıyır, yəni hər bir şəxsə münasibətdə ayrı-ayrılıqda verilməyib. Məhkəmənin sorğusu əsasında əldə olunmuş X23 İslahat Komissiyası tərəfindən təsdiq edilmiş siyahıda 3 nəfər şəxsin-X7, X2, X3 adları qeyd olunmuşdur. Həmçinin, təsərrüfatbaşına kitaba əsasən həyətyanı torpaq sahəsi qrafasında 0.25 ha, normadan artıq həyətyanı sahənin 1.25 ha olması qeyd olunub. Həmçinin, Ucar Rayon Aqrar İslahat Komissiyası tərəfindən təsdiq edilmiş 2002-ci il tarixli cədvəldə X3 adının qarşısında torpaq sahəsinin ölçüsü 0.25 ha qeyd olunmuşdır. Belə olan halda məhkəmənin sorğusu əsasında əldə olunmuş hər 2 sənəd bir-biri ilə və iddia ərizəsinə əlavə olunmuş təsərrüfatbaşına kitabdan çıxarışla açıq-aşkar uyğunsuzluq təşkil edir. Bu cür mötəbərliyi şübhə doğuran sənədlər əsasında iddia tələbinin mümkün sayılmaması ilə razı deyildir. İddia tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddia ərizəsinin məzmunundan və iddia ərizəsinə əlavə olunmuş sənədlərdən də göründüyü kimi bu iddia növündə əsas mümkünlük şərti sayılan iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu kifayət qədər əsaslandırılmışdır. Belə ki, iddiaçı tərəfindən cavabdeh inzibati orqana qanunvericiliklə hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunan təsərrüfatbaşına kitabdan çıxarış təqdim edilmiş, buna baxmayaraq cavabdeh tərəfindən hüququn dövlət qeydiyyatından imtina olunmuşdur. Məhkəmə tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli 2-1(116)-1182/2023 nömrəli qərarda həmin ev yerləşən torpaq sahəsinin X10 məxsus olması qeyd olunmuşdur. Azərbaycan Respublikasının Prezidentinin 439 saylı fərmanı məhkəmə tərəfindən iddiaçıya münasibətdə də tətbiq olunmalı olduğu halda tətbiq olunmamış və iddia tələbi mümkün sayılmamışdır. Məhkəmə tərəfindən iddia tələbinin mümkün sayılmaması əsaslarından biri kimi iddiaçı tərəfindən Ucar RAİK-nın xx.xx.1998-ci il tarixli qərarının mübahisələndirilmədiyi qeyd olunub. Bu cür açıq-aşkar qeyri-mümkün olan iddia tələbinin verilməməsi hazırkı iddia tələbinin mümkün sayılmamasına əsas ola bilməz. Çünki, Ucar RAİK-nın xx.xx.1998-ci il tarixli qərarı ilə X5 nəinki 1.50 ha, ümumiyyətlə torpaq ayrılması öz təsdiqini tapmayıb. Ucar Rayon Aqrar İslahat Komissiyası tərəfindən təsdiq edilmiş 2002-ci il tarixli cədvəldə X3 adı qeyd olunmuşdur. 2002-ci il tarixli cədvəl Ucar RAİK-nın xx.xx.1998-ci il tarixli qərarı ilə təsdiq edilə bilməz Həmçinin, Ucar RAİK-nın xx.xx.1998-ci itarixli qərarının mübahisələndirilməsi üçün iddia müddəti ötmüşdür. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli 2-1(116)-1182/2023 nömrəli qərardadının ləğv edilməsini və iddia tələbinin mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
26. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli 2-1(116)-1182/2023 nömrəli qərardadının ləğv edilməsini və iddia tələbinin mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etdilər.
27. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli 2-1(116)-1182/2023 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
28. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, üçüncü şəxs məhkəmə iclasına gəlməmişdir.
29. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
30. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməzdən əvvəl, iddiaçı tərəfindən anoloji tələblə cavabdeh orqana müraciət edilmiş, lakin müraciəti təmin edilməmişdir. - AZ-İİ 307687 nömrəli Ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X18 xx.xx.2000-ci il tarixdə vəfat etmişdir. - Ucar rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 05 nömrəli arxiv arayışından görünür ki, Ucar rayonu İcra Hakimiyyəti Başçısının Qarabörk kənd İnzibati ərazi dairəsinə aid 1991-1995-ci illərə dair 2 №-li Təsərrüfatbaşına kitabda 172 №-li şəxsi hesab üzrə (vərəq № 88) aşağıdakı qaydada qeydlər var:
1. X18- təsərrüfat başçısı, 1923-cü il təvəllüdlü.
2. X1- arvadı, xx.xx.1932- ci il təvəllüdlü, xx.xx.1995-ci ildə vəfat edib.
3. X14- oğlu, xx.xx.1968-ci il təvəllüdlü.
4. X15- oğlu, xx.xx.1965-ci il təvəllüdlü.
5. X19- oğlu, xx.xx.1971-ci il təvəllüdlü.
6. X12- qızı, xx.xx.1973-cü il təvəllüdlü.
7. X8- gəlini, xx.xx.1964-cü il təvəllüdlü. Mülkiyyətdə ümumi sahəsi 99 kv.metr, o cümlədən yaşayış sahəsi 60 kv.metr olan ev, istifadəsində olan torpaq 0,25 hektardır. - JN-212A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Ucar RAİK-nın xx.xx.1998-ci il tarixli 17 nömrəli qərarı ilə X5 1,5 ha torpaq sahəsi ayrılmışdır. - Azərbaycan Respublikası Ucar rayonu İcra Hakimiyyəti Başçısının Qarabörk kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 80 nömrəli arayışından görünür ki, iddiaçı Ucar rayon Qarabörk kəndində mərhum atası X10 məxsus evdə qeydiyatdadır və yaşayır. O, doğulduğu tarixdən 1995-ci il tarixədək atası evində yaşadıqdan sonra Bakı şəhərinə ərə getmiş, 1996-cı il tarixdə yenidən atası evinə qayıdaraq hal-hazırki günədək mərhum atasına məxsus evdə yaşayır. Atasına məxsus evdə yenidənqurma işləri aparmışdır. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli 3-21-3-60/2- 527/2023 nömrəli məktubuna əlavə olunmuş Ucar rayonunun Qarabörk kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəllərdən görünür ki, X3 adının qarşısında “qanuni istifadəsində olan həyətyanı sahə” və “həyətyanı torpaq sahəsi” qrafasında 0,25 ha, zəbt olunan torpaq sahəsi 1.25, mülkiyyətçiyə verilən torpaq sahəsi 1.50 ha qeyd olunmuşdur. - Ucar rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 32 nömrəli məktubuna əlavə olunmuş 172 şəxsi hesab vərəqəsindən görünür ki, təsərrüfat başçısı X18 qeyd edilmişdir. - cavabdehin xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş mütəxəssis rəyindən görünür ki, torpaq sahəsinə idarənin mütəxəssisləri tərəfindən baxış keçirilmiş, iddia olunan torpaq sahəsinin koordinatları əldə edilmiş, aparılan araşdırma zamanı məlum olmuşdur ki, naturada iddiaçı tərəfindən göstərilən, iddia olunan ərazi elektron bazada təqdim olunan kəndin kompleks yerquruluşu islahat layihəsində göstərilən 1,50 ha torpaq sahəsinə verilən JN-212A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ilə eyni ərazidə yerləşir. Lakin JN-212A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ilə iddiaçı tərəfindən naturada göstərilən 1,50 ha torpaq sahəsi arasında konfiqurasiya və bucaq fərqləri mövcuddur. JN-212A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə verilmiş torpaq sahəsi kəndin kompleks yerquruluşu islahat layihəsində yaşayış məntəqələrinin torpaqları kateqoriyalı, həyətyanı sahələr uqodiyalı, xüsusi mülkiyyətə aid torpaq sahəsi kimi göstərilmişdir. Baxış zamanı iddiaçı tərəfindən göstərilən fərdi yaşayış evinin yerdən hündürlüyü 4 metr olmaqla JN-212A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ilə verilmiş 1,50 ha torpaq sahəsinin sərhədləri daxilində yerləşir. - Ucar rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 25 nömrəli arxiv arayışından görünür ki, Ucar rayonu, İcra Hakimiyyəti Başçısının Qarabörk kənd İnzibati ərazi dairəsinə aid 1996-2000-ci illərə dair 3 №-li Təsərrüfatbaşına kitabda 208 №-li şəxsi hesab üzrə (vərəq № 23) aşağıdakı qaydada qeydlər var:
1. X18- təsərrüfat başçısı, 1923-cü il təvəllüdlü. xx.xx.2000-ci ildə vəfat edib.
2. X9- arvadı, xx.xx.1956-cı il təvəllüdlü, xx.xx.2000-ci ildə qeydiyyatdan çıxıb.
3. X14- oğlu, xx.xx.1968-ci il təvəllüdlü. 1998-ci ildə vəfat edib.
4. X15- oğlu, xx.xx.1965-ci il təvəllüdlü.
5. X19- oğlu, xx.xx.1971-ci il təvəllüdlü.
6. X8- gəlini, xx.xx.1964-cü il təvəllüdlü.
7. X4- nəvəsi, xx.xx.1989-cu il təvəllüdlü. Mülkiyyətdə tikintinin ümumi (yararlı) sahəsi 94 kv.metr, o cümlədən yaşayış sahəsi 60 kv.metr xüsusi mülkiyyətində, istifadəsində olan torpaq 0,25 hektardır.
TƏTBİQ EDİLƏN HÜQUQ
31. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Maddə 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
32. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.5-ci maddəsinin tələbinə görə sözügedən Şəhadətnamə 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən sənəddir və daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmçinin istinad olunan Qanunun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır.
33. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında aşağıdakı hüquqi mövqe öz əksini tapmışdır: Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Bənd 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Bənd 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Bənd 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Bənd 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
34. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
36. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.
37. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyət zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər.
38. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir.
39. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.
40. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
41. İPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın.
42. İş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı Ucar rayonu Qarabörk kəndində yerləşən 1.50 ha torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına nail olmaqdır. İddiaçı Ucar Rayon İcra Hakimiyyəti başçısının Qarabörk kənd İnzibati ərazi dairəsinə aid təsərrüfatbaşına kitab məlumatlarına əsasən sözügedən torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun olmasını iddia edir.
43. Birinci instansiya məhkəməsi tərəfindən iddia olunan torpaq sahəsinin xüsusiyyətləri mütəxəssis rəyi alınmaqla öyrənilmiş, müəyyən edilmişdir ki, iddiaçının ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi torpaq sahəsi JN-212A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə qeyd edilmiş 1,50 ha torpaq sahəsi ilə eyni ərazidir. Sözügedən Şəhadətnamə ilə Ucar RAİK-nın xx.xx.1998-ci il tarixli 17 nömrəli qərarı ilə X5 1,50 ha torpaq sahəsi ayrılması müəyyən edilir.
44. Yəni, iddiaçı faktiki olaraq JN-212A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin subyekt tərkibi ilə razılaşmır və həmin torpaq sahəsi üzərində X11 ilə bərabər ümumibirgə mülkiyyət hüququnun olduğunu iddia edir.
45. Nəzərə alınmalıdır ki, iddia olunan torpaq sahəsinin verilməsinin nəzərdə tutulduğu subyektlərin dairəsi Ucar RAİK-nın xx.xx.1998-ci il tarixli 17 nömrəli qərarı ilə müəyyən edilmiş və JN-212A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib edilməklə rəsmiləşdirilmişdir. Sözgedən torpaq sahəsi üzərində X11 ilə bərabər hər hansı digər sübuyektin əmlak hüquqlarının dövlət qeydiyyatına alınması üçün ilk növbədə JN-212A nömrəli Şəhadətnamə və onun verilməsinə əsas olmuş Ucar RAİK-nın xx.xx.1998-ci il tarixli 17 nömrəli qərarı mübahisələndirilməlidir.
46. Odur ki, iddia olunan 1.50 ha torpaq sahəsi üzərində artıq X3 mülkiyyət hüququ mövcud olduğundan, həmin hüquqa müdaxilə edilməsi və iddiaçının da onunla birlikdə ümumirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün JN-212A nömrəli Şəhadətnamənin subyekt tərkibi mübahisələndirilməlidir.
47. İddiaçı, JN-212A nömrəli Şəhadətnaməni və onun verilməsinə əsas olmuş Ucar RAİK-nın xx.xx.1998-ci il tarixli 17 nömrəli qərarını mübahisələndirirək uğurlu nəticə əldə etdikdən sonra, hazırkı tələblə cavabdeh orqana, təmin edilmədikdə isə analoji tələblə məhkəməyə müraciət etməlidir.
48. Hazırkı iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli şifahi məhkəmə baxışı iclasında iddiaçıya izah edilmiş, onunla hüquqi müzakirə aparılaraq dinlənilmə hüququ təmin edilmişdir. Lakin, iddiaçı və onun nümayəndəsi məhkəmənin hüquqi mövqeyi ilə razılaşmamışdır.
49. Beləliklə kollegiya hesab edir ki, hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur.
50. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir.
51. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli 2-1(116)- 1182/2023 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
52. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ:
İddiaçının nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli 2-1(116)-1182/2023 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.