Məhkəmə qərarları › İş №2-1(107)-114/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-114/2021

08.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-114/2021 08.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “İsmayıllı rayonunun Bizlan kəndində yerləşən JN-297 kod 40726028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən mülkiyyətində olan 0.20 ha torpaq sahəsində tikilmiş qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, tikintinin Texniki pasportunun və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 17.11.2021-ci il tarixli, 2-1(116)-1182/2020 saylı qərarından İddiaçı prosessual hüquqi varisi X3 vermiş olduğu apellyasiya şikayətinə məhkəmənin binasında şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı 2005-ci ildə Bizlan bələdiyyəsinə ərizə ilə müraciət edərək Bizlan bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən ona tikinti tikmək üçün 0,20 ha. torpaq sahəsini satılmasını xahiş etmişdir. 02.05.2005-ci il tarixli Bizlan bələdiyyəsinin 12 saylı iclas protokoluna əsasən iddiaçının istədiyi 0,20 ha torpaq sahəsinin ona satılmasına razılıq verilmişdir. Həmin qərara əsasən torpaq sahəsi tikinti məqsədi ilə mülkiyyətinə verilmiş, mülkiyyət hüququ qanunvericiliyin tələblərinə uyğun qeydiyyata alınaraq, müvafiq dövlət qurumu tərəfindən adına JN-297 KOD 40726028 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” hazırlanaraq verilmişdir. Dövlət Aktı qeydiyyat kitabında 18 iyun 2005-ci il tarixdə 308 nömrə ilə qeydiyyata alınmışdır. Həmin mülkiyyət sənədinə əsasən 0,20 ha torpaq sahəsi yerində naturada ölçülərək konturları müəyyən olunaraq iddiaçıya təhvil verilmişdir. İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının 12 oktyabr 2006-cı il tarixli 79 saylı və 26 aprel 2010-cu il tarixli 52 saylı Sərəncamları ilə Bizlan kəndində yerləşən “Torpağa mülkiyyət hüququna dair JN-297 KOD 40726028 nömrə ilə kodlaşdırılmış Dövlət Aktına” uyğun torpaq sahəsində ümumi sahəsi 165,52 km olan iaşə obyektinin tikintisinə icazə verilmişdir. Sərəncamlara uyğun olaraq iaşə obyektinin Eskiz layihəsi “xxxx” MMC tərəfindən hazırlanmış, İsmayıllı rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti Şöbəsində təsdiqlənmişdir. Eskiz Layihəsinə uyğun tikinti aparılmış, Obyektin Qəbulu Komissiyası tərəfindən “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının 20 aprel 2010-cu il tarixli Aktı tərtib edilərək tikinti istismara qəbul edilmişdir. İsmayıllı Rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti Şöbəsi tərəfindən iddiaçının adına X10 Pasportu 17 may 2011-ci il tarixdə hazırlanaraq, qeydiyyat kitabında 06 nömrə ilə qeydə alınaraq ona verilmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq sənədləri hazırlayaraq mülkiyyətində olan İsmayıllı rayonu, Bizlan kəndində yerləşən “Torpağa mülkiyyət hüququna dair JN-297 KOD 40726028 nömrə ilə kodlaşdırılmış Dövlət Aktına” uyğun torpaq sahəsində tikilmiş ümumi sahəsi 165,52 km olan iaşə obyektinin - qeyri-yaşayış sahəsinin adına dövlət qeydiyyatına alınması üçün iddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi 10 iyun 2020-ci il tarixli məktubu ilə əmlakı iddiaçının adına qeydiyyata almaqdan imtina edərək göstərmişdir ki, 2005-ci ildə Bələdiyyə torpaq sahəsi kimi ona satılmış və “Torpağa mülkiyyət hüququna dair JN-297 KOD 40726028 nömrəli Dövlət Aktına” əsasən mülkiyyətinə verilmiş torpaq sahəsi X15 torpaqları kimi qeyd olunmuşdur. Cavabdeh orqan etirazını belə əsaslandırmışdır ki, iddiaçı Məmmədov X4 rayonu Bizlan kəndində yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Təqdim edilmiş sənədlərin ekspertizası zamanı müəyyən edilmişdir ki, inşa etdirdiyi qeyri-yaşayış binasının müvafiq İcra Hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş layihəsi təqdim edilməmişdir. İsmayıllı rayonu Bizlan Bələdiyyəsindən alqı-satqı yolu ilə iddiaçının əldə etdiyi 0.20 ha torpaq sahəsinə dair təqdim edilmiş JN-297 saylı Dövlət Aktında qeyd olunan koordinatlara əsasən torpaq sahəsinin yerləşdiyi ərazi Ərazi İdarəsində mövcud olan elektron baza məlumatlarında X15 torpaqları kimi öz əksini tapmışdır. JN-297 saylı Dövlət Aktının arxiv nüsxəsi Ərazi İdarəsinin arxivində mövcud deyil və JN- 297 saylı Dövlət Aktı Ərazi İdarəsində mövcud olan elektron baza məlumatlarında öz əksini tapmamışdır. Faktiki torpaq sahəsinin sənəd üzrə ölçüsü ilə faktiki ölçüsü 0.20 ha təşkil edir. Torpaq sahəsinin təyinatı X15 torpaqları, statusu sahibkarlıq məqsədli, istifadəçisi və mülkiyyətçisi İddiaçıdur. Qeyd olunan səbəbə görə də müraciətinin icrası mümkün olmamışdır. Birinci instansiya Məhkəməsinin 17.11.2020-ci il tarixli iclasında Mülki Prosessual Məcəllənin 58-ci maddəsinə əsasən 16.06.2020-ci il tarixində ölmüş İddiaçı prosessual hüquq varisi X7 ilə əvəz edilmişdir. Birinci instansiya Məhkəməsinin iclasında iddiaçının hüquqi varisi iddianın təmin edilməsini xahiş etdi. Birinci instansiya Məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şəki İnzibati Məhkəməsinin 17.11.2021-ci il tarixli, 2-1(116)-1182/2020 saylı qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “İsmayıllı rayonunun Bizlan kəndində yerləşən JN-297 kod 40726028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən mülkiyyətində olan 0.20 ha torpaq sahəsində tikilmiş qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, tikintinin Texniki pasportunun və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir. Mütəxəssis rəyinin verilməsinə çəkilən xərc iddiaçının prosessual hüquq varisinə aid edilir. Mütəxəssis rəyinin verilməsinə çəkilən xərcə görə 251 manat 70 qəpik iddiaçının hüquqi varisi X2 tutularaq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastr və Yerquruluşu Layihə-X9 Məsuliyyətli Cəmiyyətinin hesabına (Kapital Bank ASC Xətai filialı, kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzi MMC hesab AZ23AİİB******************** VÖEN: **********) köçürülməsi qərara alınmışdır. Həmin qərardan İddiaçı prosessual hüquqi varisi X7 tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı prosessual hüquqi varisi X3 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qərar qanunsuz və əsassızdır. Belə ki, iddiaçı 2005-ci ildə Bizlan bələdiyyəsinə ilə müraciət edərək Bizlan bələdiyyəsinə mülkiyyətində olan torpaq sahəsindən ona tikinti tikmək üçün 0,20 ha. torpaq sahəsini satılmasını xahiş etmişdir.02.05.2005-ci il tarixli Bizlan bələdiyyəsinin 12saylı iclas protokoluna əsasən iddiaçının istədiyi 0,20 ha torpaq sahəsinin ona satılmasına razılıq vermişdir. Həmin qərara əsasən torpaq sahəsi tikinti məqsəd ilə, mülkiyyətinə verilmiş, mülkiyyət hüququ qanunvericiliyin tələblərinə uyğun qeydiyyata alınaraq müvafiq dövlət qurumu tərəfindən adına JN-297 KOD 40726028 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” hazırlanaraq verilmişdir. Dövlət Aktı qeydiyyat kitabında 18 iyun 2005-ci il tarixdə 308 nömrə ilə qeydiyyata alınmışdır. Həmin mülkiyyət sənədinə əsasən 0,20 ha torpaq sahəsi yerində naturada ölçülərək konturları müəyyən olunaraq iddiaçıya təhvil verilmişdir. İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının 12oktyabr 2006-cı il tarixli 79 saylı və 26 aprel 2010-cu il tarixli 52 saylı Sərəncamları ilə Bizlan kəndində yerləşən “Torpağa mülkiyyət hüququna dair JN-297 KOD 40726028 nömrə ilə kodlaşdırılmış Dövlət Aktına” uyğun torpaq sahəsində ümumi sahəsi 165,52 km olan iaşə obyektinin tikintisinə icazə verilmişdir. Sərəncamlara uyğun olaraq iaşə obyektinin Eskiz layihəsi “xxxx” MMC tərəfindən hazırlanmış,İsmayıllı rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti Şöbəsində təsdiqlənmişdir.Eskiz Layihəsinə uyğun tikinti aparılmış obyektin Qəbulu Komissiyası tərəfindən “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının 20 aprel 2010-cu il tarixli Aktı tərtib edilərək tikinti istismara qəbul edilmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq sənədləri hazırlayaraq mülkiyyətində olan İsmayıllı rayonu Bizlan kəndində yerləşən “Torpağa mülkiyyət hüququna dair JN-297 KOD 40726028 nömrə ilə kodlaşdırılmış Dövlət Aktına” uyğun torpaq sahəsində tikilmiş ümumi sahəsi 165,52 km olan iaşə obyektinin- qeyri-yaşayış sahəsinin adına dövlət qeydiyyatına alınması üçün iddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi 1O iyun 2020-ci il tarixli məktubu ilə əmlakı iddiaçının adına qeydiyyata almaqdan imtina edərək göstərmişdir ki, 2005-ci ildə Bələdiyyə torpaq sahəsi kimi ona satılmış və “Torpağa mülkiyyət hüququna dair JN-297 KOD 40726028 nömrəli Dövlət Aktına”əsasən mülkiyyətinə verilmiş torpaq sahəsi X15 torpaqları kimi qeyd olunmuşdur. Cavabdeh orqan etirazını belə əsaslandırmışdır ki, iddiaçı Məmmədov X4 rayonu Bizlan kəndində yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət etmişdir.Təqdim edilmiş sənədlərin ekspertizası zamanı müəyyən edilmişdir ki, inşa etdirdiyi qeyri-yaşayış binasının müvafiq İcra Hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş layihəsi təqdim edilməmişdir. İsmayıllı rayonu Bizlan Bələdiyyəsindən alqı-satqı yolu ilə iddiaçının əldə etdiyi 0.20ha torpaq sahəsinə dair təqdim edilmiş JN-297 saylı Dövlət Aktında qeyd olunan koordinatlara əsasən torpaq sahəsinin yerləşdiyi ərazi Ərazi İdarəsində mövcud olan elektron baza məlumatlarında X15 torpaqları kimi öz əksini tapmışdır. JN-297 saylı Dövlət Aktının arxiv nüsxəsi Ərazi İdarəsinin arxivində mövcud deyil və JN-297 saylı Dövlət Aktı Ərazi İdarəsində mövcud olan elektron baza məlumatlarında öz əksini tapmamışdır. Faktiki torpaq sahəsinin sənəd üzrə ölçüsü ilə faktiki ölçüsü 0.20 ha təşkil edir.Torpaq sahəsinin təyinatı X15 torpaqları,statusu sahibkarlıq məqsədli,istifadəçisi və mülkiyyətçisi İddiaçıdur. Qeyd olunan səbəbə görə də müraciətinin icrası mümkün olmamışdır. Məhkəmənin 17.11.2020-ci il tarixli iclasında Mülki Prosessual Məcəllənin 58-ci maddəsinə əsasən 16.06.2020-ci il tarixində ölmüş İddiaçı prosessual hüquq varisi X7 ilə əvəz edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən Şəki İnzibati Məhkəməsinin 17.11.2021-ci il tarixli, 2-1(116)-1182/2020 saylı qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı prosessual hüquqi varisi X7 apellyasiya şikayətinin təmin edilməsini, İsmayıllı Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin tərtib etdiyi 17.05.2011-ci il tarixli “İnşaat pasportu”nun təsdiq edilmiş sürətindən görünür ki, obyektin eskiz lahiyəsinin təsdiq edilmiş sürəti, JN-297 kod 40726028 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” nın təsdiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsi X1 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 17.11.2020-ci il tarixli, 2-1(116)-1182/2020 saylı qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Üçüncü şəxs Tircan Bələdiyyəsinin nümayəndəsi X8 məhkəmə kollegiyasının iclasında qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuş, məhkəmə öz təşəbbüsü ilə digər zəruri sübutları toplamışdır. Onlara iddiaçının AZE seriyalı 0******* nömrəli ş/v-nin surəti, cavabdehin 10.06.2020-ci il tarixli **********28 nömrəli imtina məktubu, İsmayıllı Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin tərtib etdiyi 17.05.2011-ci il tarixli “İnşaat pasportu”nun təsdiq edilmiş surəti, obyektin istismara qəbul edilməsi haqda Aktın təsdiq edilmiş surəti, obyektin eskiz layihəsinin təsdiq edilmiş surəti, JN-297 kod 40726028 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın təsdiq edilmiş surəti, İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının 26.04.2010-cu il tarixli 52 nömrəli Sərəncamının təsdiq edilmiş surəti, cavabdehin 04.08.2020-ci il tarixli **********95 nömrəli etiraz məktubu, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 11.09.2020-ci il tarixli **********84 nömrəli məktubu və ona əlavə edilmiş mütəxəssis rəyinin təsdiq edilmiş surəti, 066410 nömrəli, 24.06.2020ci il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surəti, İsmayıllı rayon Notariat ofisinin 07.08.2020-ci il tarixli 941 nömrəli sənədinin surəti aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi İddiaçı apellyasiya şikayətinin vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 85.2- ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.3-cü maddəsi). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İddiaçı sahibliyində olan torpaq sahəsində inşa etdiyi tikiliyə daşınmaz əmlakın dövlət reyestrində hüququn qeydə alınmasını xahiş etmişdir. Hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin 82-ci mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. JN-297 kod 40726028 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın təsdiq edilmiş surətindən müəyyən edilir ki, İsmayıllı rayon Bizlan bələdiyyəsinin 02.05.2005-ci il tarixli 12 saylı Qərarı ilə 0.20 hektar torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının 26.04.2010-cu il tarixli 52 nömrəli Sərəncamının təsdiq edilmiş surətindən müəyyən edilir ki, İddiaçı Bizlan kəndində “Torpağa mülkiyyət hüququna dair JN-297, 40726028 nömrəli ilə kodlaşdırılmış Dövlət Aktı”na uyğun torpaq sahəsində ümumi sahəsi 165.52 kv.m olan iaşə obyektinin tikintisinə icazə verilmişdir. Tikintinin istismara qəbul edilməsi Aktı tərtib edildikdən sonra obyektə dair İsmayıllı Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsi tərəfindən 17.05.2011ci il tarixli “İnşaat pasportu” tərtib edilmişdir(iş materiallarına təsdiq edilmiş surəti əlavə edilmişdir). 066410 nömrəli, 24.06.2020-ci il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, İddiaçı 16.06.2020-ci il tarixdə vəfat etmişdir. İsmayıllı rayon Notariat ofisinin 07.08.2020-ci il tarixli 941 nömrəli sənədinin surətindən müəyyən edilir ki, iddiaçı mərhum İddiaçı vərəsəsi X5r. "Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli, 2 saylı qərarının 3-cü bəndinə əsasən, torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. Torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını (kəndtəsərrüfatı təyinatlı, su fondu, ehtiyat fondu və s.), torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə, icarə), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) nəzərdə tutur. Bir neçə kateqoriyaya aid edilmiş eyni torpaqlarda hər bir kateqoriya üçün müəyyən edilmiş qaydalar və məhdudiyyətlər mövcuddur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 10-cu maddəsinin 3-cü hissəsinə müvafiq olaraq torpaq sahəsinin hüquqi rejimi ilə əlaqədar mübahisələr zamanı daha ciddi hüquqi rejimi olan torpaq kateqoriyasına üstünlük verilir. 4-cü maddəsinin 3-cü hissəsinə əsasən, torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir. 9-cu maddəsinin 3-cü bəndinə əsasən, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 04.08.1999-cu il tarixli, 176 saylı sərəncamına əsasən, Torpaq Məcəlləsinin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikası Nazirlər Kabineti həyata keçirir. Torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir (Torpaq Məcəlləsinin 48-ci maddəsinin 4-cü bəndi). Torpaq qanunvericiliyinin yuxarıda qeyd olunan normalarından da göründüyü kimi, Azərbaycan Respublikasının ərazisində torpaqlar onların kateqoriyasına (məqsədli təyinatına) uyğun istifadə edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 mart 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, məsələ qanunvericilik qaydasında həll edilənədək torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər.Torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilən maraqlı şəxs “İnzibati icraat haqqında” Qanuna müvafiq olaraq məhkəməyə müraciət edə bilər. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 11.09.2020-ci il tarixli **********84 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyinin təsdiq edilmiş surətində qeyd edilir ki, işin araşdırılması üçün Şəki LTİnin mütəxəssisləri 28 iyul 2020-ci il tarixdə sözügedən əraziyə baxış keçirmiş və GPS aləti vasitəsi ilə ölçü işləri aparmışlar. Kameral şəraitdə ortofoto, torpaq sahəsinin yerləşdiyi ərazinin xəritə materialları və Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin elektron məlumat bazasına əsasən araşdırma zamanı məlum olmuşdur ki, İsmayıllı rayonu, Bizlan bələdiyyəsinin 02.05.2005-ci il tarixli 12 saylı qərarı ilə JN-297 kod 40726028 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən İddiaçı mülkiyyətinə verilmiş 0.20 ha torpaq sahəsi X14 aid torpaqlarda yerləşir. 08 may 2021-ci il tarixdə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimlərinin, cavabdeh DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsinin, üçüncü şəxslər İsmayıllı rayonu, Tircan Bələdiyyəsinin nümayəndəsi və X12 Təsərrüfatı Mərkəzinin nümayəndəsinin iştirakı ilə, “İsmayıllı rayonunun Bizlan kəndində yerləşən JN- 297 kod 40726028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən mülkiyyətində olan 0.20 ha torpaq sahəsində tikilmiş qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, tikintinin Texniki pasportunun və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə mübahisə obyekti olan qeyri-yaşayış binasının istifadəsində olan torpaq sahəsinə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, “İsmayıllı rayonunun Bizlan kəndində yerləşən qeyriyaşayış binasının istifadəsində olan torpaq sahəsi bələdiyyənin verdiyi torpaq sahəsində deyil, digər torpaq sahəsində yerləşir. Hazırkı halda isə iddiaçının İsmayıllı rayonunun Bizlan kəndində yerləşən JN-297 kod 40726028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən mülkiyyətində olan 0.20 ha torpaq sahəsi verilmiş mütəxəssis rəyində qeyd edildiyi kimi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin elektron məlumat bazasına əsasən X14 aid torpaqlarda yerləşir. Bu səbəbdən də həmin torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış binası üzərində iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması mümkün deyildir. Torpaq Məcəlləsinin 31-ci maddəsinə əsasən, meşə bitkiləri ilə örtülü olan, habelə bu bitkilərlə örtülü olmayan, lakin meşə təsərrüfatının ehtiyacları üçün nəzərdə tutulan meşə və qeyri-meşə torpaqları meşə fondunun torpaqları hesab edilir. Meşə fondu torpaqları əsasən meşə təsərrüfatının aparılması və genişlənməsi (meşələrin bərpası, meşələr salınması və i.a.) məqsədləri üçün istifadə edilir. Meşə fondu torpaqlarından meşə təsərrüfatını aparmaq üçün meşə təsərrüfatı orqanları, habelə öz nizamnamə fəaliyyətinin həyata keçirilməsini təmin etmək üçün meşə fondu torpaqlarının təhkim olunduğu digər dövlət və qeyri-dövlət müəssisələri, idarələri və təşkilatları istifadə edirlər. Meşə fondu torpaqlarından qanunvericiliklə müəyyən olunmuş qaydada, meşədə oduncaq və digər meşə materialları tədarük edən və ya başqa işlər görən (binalar və digər qurğuların tikilməsi, yolların salınması, elektrik xətlərin çəkilməsi və i.a.) müəssisələrin, idarələrin, təşkilatların istehsal və digər ehtiyaclarının təmin edilməsi üçün istifadə edilir. Meşə fondu torpaqlarının özgəninkiləşdirilməsinə gətirən və gətirə bilən alqısatqısına, girov qoyulmasına (ipotekasına) və digər əqdlərə, habelə başqa məqsədlər üçün istifadəsinə yol verilmir. (1-5-ci bəndlər) Azərbaycan Respublikası Meşə Məcəlləsinin 11-Cİ maddəsinə əsasən Azərbaycan Respublikasında meşə fondu dövlətə mənsubdur və onun mülkiyyətidir. Meşələr və meşə fondunun torpaqları özəlləşdirilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən olunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüquqlar dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.1-ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.5-ci maddəsinə əsasən, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq belə hesab edir ki, iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olduğundan birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalıdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları tam və hərtərəfli araşdırılmış, məhkəməyə təqdim edilmiş sübutlar tam tədqiq edilmişdir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur. Ona görə də iddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməməli, Şəki İnzibati Məhkəməsinin 17.11.2020-ci il tarixli, 2-1(116)-1182/2020 nömrəli qərarı qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı prosessual hüquqi varisi X7 tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 17.11.2020-ci il tarixli, 2-1(116)-1182/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar