Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-114/2024 08.02.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, iddiaçıların nümayəndəsi və vəkili Vəkil və üçüncü şəxsin nümayəndəsi X4 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “mülkiyyətlərində olan İsmayıllı şəhəri, H.Əliyev prospekti 7 ünvanında yerləşən əmlak kompleksinin ipotekadan azad edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 27 noyabr 2023-ci il tarixli, 2-1(116)-1888/2023 nömrəli qərarından iddiaçıların nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətlərində olan İsmayıllı şəhəri, H.Əliyev prospekti 7 ünvanında yerləşən əmlak kompleksinin ipotekadan azad edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişlər.
2. İddia ərizəsinin əsaslarına görə, "xxxx" MMC "xxxx" ASC ilə xx.xx.2015-ci il tarixdə 240/14 saylı kredit müqaviləsi bağlayaraq bir neçə dəfə borc götürmüş və həmin kredit müqavilələrinin təminatı kimi X8 və X15 mülkiyyətlərində olan İsmayıllı şəhəri H.Əliyev prospekti 7 ünvanında yerləşən əmlak kompleksini Banka ipotekaya qoyaraq aralarında xx.xx.2015-ci il tarixli 240/14/1 saylı sonrakı ipoteka müqaviləsi bağlamışlar. Borcu ödəyə bilmədiklərinə və əlavə faizlər yığıldığına görə X2 müraciət edərək, ipotekada olan əmlak kompleksini sataraq əldə olunan vəsaiti kredit müqavilələri üzrə ümumilikdə 1.090.333,34 manat borcun Bankın hesabına köçürülməsinə dair razılıq verilməsini xahiş etmiş və LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu xx.xx.2019-cu il tarixdə X5 razılıq məktubu vermişdir. Bundan sonra X8 bildirmişdir ki, təsisçisi olduğu "xxxx" MMC-nin "xxxx" ASC ilə bağladığı Kredit müqaviləsinə əsasən Bankın tərtib etdiyi kreditin ödənilməsi cədvəli üzrə borcun qaytarılması üçün son müddət xx.xx.2021-ci il müəyyən edilmiş və 500.000 manat Bankın hesabına ödəniləndən sonra cədvəldə göstərilən müddətə borcları bağlanır. Həmin cədvələ uyğun olaraq 2 (iki) il 4 (dörd) ay ərzində, yəni xx.xx.2021-ci il tarixədək qalan 590.333,34 manat borcunu hissə-hissə hər ay özü tərəfindən Fonda ödəyəcəyini, eyni zamanda alıcıya ipotekadan azad çıxarış verməyi üzərinə götürərək, əmlak kompleksini almağı İddiaçı1 və onun qohumu İddiaçı2 təklif etmişdir. Onun təklifi ilə razılaşaraq xx.xx.2019-cu il tarixdə AN-1, ******* saylı alqı-satqı müqaviləsinə əsasən İddiaçı1 və İddiaçı2 əmlak kompleksini almışlar. Əmlak kompleksinə görə 500.000 manat Bankın hesabına ödəmiş, qalan 590.333,34 manat vəsaiti isə X5 vermişlər. Bundan sonra X8 əmlak kompleksinə iddiaçıların mülkiyyət hüquqlarını qeydiyyata aldıraraq onların adına DƏDRX 9 saylı Qəbələ ərazi idarəsindən yeni çıxarış almışlar. X8 iddiaçılar tərəfindən ona ödənilən vəsaitdən VM-nin 220.8- ci maddəsinə əsasən torpaq və qeyri-yaşayış sahəsinin təqdim edilməsinə görə 52380.52 manat sadələşdirilmiş vergiləri tam olaraq ödəmişdir. X1 iddiaçılara ipotekadan azad yeni çıxarış təqdim ediləcəyini üzərinə götürdüyünə görə, alqısatqı müqaviləsində bu nəzərə alınaraq qeyd olunmuşdur ki, Satıcılar Alıcılara üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürür (Alqı-satqı müqaviləsi bənd 8). Odur ki, X1 əmlak kompleksini reyestr xidmətində qeydiyyata aldıraraq iddiaçılara ipotekadan azad çıxarış təqdim edəndən sonra İsmayıllı şəhəri H.Əliyev pr.7 ünvanında yerləşən, mülkiyyətlərində olan əmlak kompleksinə cəmi 2.818.300 manat məbləğində əsaslı təmir-tikinti və sair yaxşılaşdırma işlər aparılmışdır. Sonradan məlum olmuşdur ki, X8 əmlakı satandan sonra Bankın borcunu bağlamamışdır. Bank isə 2 (iki) il, 7 (yeddi) ay ərzində "xxxx" MMC-nin cədvəl üzrə aylıq kredit borcunu ödəmədiyi barəsində iddiaçılara heç bir məlumat verməmişdir. Yalnız qeyd edilən müddətdən sonra Bank Bakı Kommersiya Məhkəməsinə müraciət edərək "xxxx" MMC-nin kredit borcunu iddiaçıların mülkiyyətində olan əmlak kompleksinə yönəldilməsini xahiş edərək, məhkəməyə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilən çıxarış təqdim edib, əmlak kompleksinin ipotekada olduğunu bildirmişdir. Göründüyü kimi cavabdeh iddiaçıların mülkiyyətində olan əmlak kompleksini iddiaçılarla Bank arasında heç bir müqavilə, eyni zamanda Bank qarşısında heç bir öhdəlikləri olmadığı halda ipoteka ilə yüklü etməkdə qanunvericiliyin tələblərini pozmuşdur. 3 İddiaçı2 cavabdeh orqana ərizə ilə hazırkı tələblə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli 3-21- 342/2-Z00xxxx/2023 nömrəli imtina məktubunda qeyd etmişdir ki, X8 və X3 şəhəri H.Əliyev prospekti 7 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisənin xx.xx.2019-cu ildə İddiaçı2 və İddiaçı1 daşınmaz əmlakın alqı-satqısı zamanı qeyd edilən əmlak kompleksi kimi müəssisə ipoteka ilə yüklü olmuş və bankın ipoteka predmentinin üzərində yüklülüyün saxlanılması şərti ilə razılıq məktubu əsasında alqı-satqı olunmuşdur. Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 3-cü maddəsində əmlak kompleksi kimi müəssisənin ipoteka ilə yüklü olduğu qeyd edilmişdir. xx.xx.2019-cu il tarixli 4Ə-873 nömrəli alqı-satqı müqaviləsi elektron olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə daxil olmuş və xx.xx.2019- cu ildə işin icrasına ipoteka ilə yüklü olduğu üçün dayandırılma verilmişdir. Ləğv prosesində olan "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli **********302 nömrəli daşınmaz əmlakın yüklülük saxlanılması şərti ilə qeydiyyata alınmasına etiraz etməməsi barədə məktubu ərazi idarəsinə daxil olduqdan sonra hüquqların dövlət qeydiyyatına alınması əməliyyatı qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdir. Qeyd edilən alqı-satqı müqaviləsinin 8-ci bəndində nəzərdə tutulmuş xüsusatlar həmin müqavilə üzrə tərəflərin öhdəlikləridir. Qeyd olunan öhdəliklərin tam və ya qismən yerinə yetirilməsi və yaxud yerinə yetirilməməsi tərəflərin müqavilə şərtlərinə əməl etməməsi kimi dəyərləndirilmədi. Bu halda yaranmış mübahisə bank və tərəflər arasında məhkəmə qaydasında həll edilə bilər. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. İpotekanın dövlət qeydiyyatı haqqında qanunun 15.1-ci madəsinə uyğun olaraq ipotekanın qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir.
4. Cavabdeh xx.xx.2023-cü il tarixli, 3-21-3-42/2-2800/2023 nömrəli etiraz məktubunda iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənləri qeyd etmiş və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
5. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-1888/2023 nömrəli qərardadı ilə ləğv prosesində olan "xxxx" açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişdir.
6. Üçüncü şəxs ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia tələbinə dair etiraz daxil olmuşdur. Etiraz məktubunda qeyd olunmuşdur ki, ləğv prosesində olan "xxxx" ASC ilə "xxxx" MMC arasında xx.xx.2014-cü il, xx.xx.2014-cü il və xx.xx.2015-ci il tarixli kredit müqavilələri bağlanmış, həmin kredit müqavilələri üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə X8 və X11 məxsus olan İsmayıllı şəhəri, H.Əliyev prospekti 7 ünvanında yerləşən əmlak kompleksi İpoteka müqaviləsinə əsasən ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Lakin "xxxx" MMC kredit müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada, vaxtlı-vaxtında icra edə bilməmiş və bununla da kredit müqaviləsinin şərtləri dəfərlərlə pozulmuşdur. Borcun qaytarılması üçün ipoteka qoyanlar LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət edərək, ipoteka predmetinin satılmasına və satışdan əldə olunacaq vəsaitin borclu "xxxx" MMC-nin kreditor LPO "xxxx" ASC qarşısında icra olunmamış öhdəliklərinə yönəldilməsinə dair razılığın verilməsini xahiş etmişdir. LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən ipoteka qoyanlar X8 və X11 məxsus olan İsmayıllı şəhəri, H.Əliyev prospekti 7 ünvanında yerləşən əmlak kompeksinin ipotekada (girovda)qalmaqla özgəninkiləşdirilməsinə və özgəninkiləşdirilməsindən əldə olunan vəsait hesabına bank, notarial, vergi, dövlət rüsumu və sair məcburi dövlət ödənişləri və xərcləri çıxıldıqdan sonra borclu "xxxx" MMC-nin kreditor LPO "xxxx" ASC qarşısında bütün kredit müqavilələri üzrə xx.xx.2019-cu il tarixinə olan ümumilikdə 1.090.333,34 (bir milyon doxsan min üç yüz otuz üç manat, 34 qəpik) manat borc öhdəliyinin icra edilməsi məqsədilə həmin məbləğin tam olaraq LPO "xxxx" ASC-nin hesablaşma hesabına köçürülməsi şərti ilə etiraz edilməməsi barədə 12 saylı notariat ofisinə xx.xx.2019-cu il tarixli, **********750 saylı razılıq məktubu verilmişdir. Lakin daha sonra müəyyən edilmişdir ki, LPO "xxxx" ASC-nin kommersiya maraqları pozulmaqla, İpoteka qoyanlar X8 və X15 tərəfindən ipoteka predmeti olan İsmayıllı şəhəri, H.Əliyev prospekti 7 ünvanında yerləşən əmlak kompleksi xx.xx.2019-cu il tarixli AN – 1 ******* saylı alqısatqı müqaviləsi əsasında alıcılar İddiaçı2 və İddiaçı1 satılmış və qeyd edilən alqı-satqı müqaviləsi 12 saylı notariat ofisi tərəfindən təsdiqlənmişdir. Belə ki, alıcılar Fond tərəfindən təqdim olunan xx.xx.2019-cu il tarixli razılıq məktubunda qeyd olunan 1.090.333,34 (bir milyon doxsan min üç yüz otuz üç manat, 34 qəpik) manat borcun yalnız 500.000 (beş yüz min) manatını Banka ödəmişlər. Qalan 590.333,34 (beş yüz doxsan min üç yüz otuz üç manat, 34 qəpik) manat borc Banka ödənilməmişdir.
7. xx.xx.2021-ci il tarixə "xxxx" MMC-nin xx.xx.2015-ci il tarixli 240/14 saylı kredit müqaviləsi üzrə 248.488,89 (iki yüz qırx səkkiz min dörd yüz səksən səkkiz manat, 89 qəpik) manat əsas, 30.229,35 (otuz min iki yüz iyirmi doqquz manat, 35 qəpik) faiz, kredit müqaviləsinin müddəti bitəndən sonra hesablanmış 3554,53 (üç min beş yüz əlli dörd manat, 53 qəpik) manat faiz borcu olmaqla, cəmi 282.272,77 (iki yüz səksən iki min iki yüz yetmiş iki manat, 77 qəpik) manat, xx.xx.2015-ci il tarixli 099/15 saylı kredit müqaviləsi üzrə 300.000 (üç yüz min) manat əsas, 70.400 (yetmiş min dörd yüz) manat faiz, kredit müqaviləsinin müddəti bitəndən sonra hesablanmış 4292,01 (dörd min iki yüz doxsan iki manat, 01 qəpik) manat faiz borcu olmaqla, cəmi 374.692,01 (üç yüz yetmiş dörd min altı yüz doxsan iki manat, 01 qəpik) manat, ümumilikdə 656.969,78 (altı yüz əlli altı min doqquz yüz altmış doqquz manat, 78 qəpik) manat təşkil edir. Borcun qaytarılması məqsədilə iddiaçı LPO "xxxx" ASC tərəfindən Bakı Kommersiya Məhkəməsində iddia qaldırılaraq cavabdeh "xxxx" MMC-dən iki kredit müqaviləsi üzrə cəmi 656.969,78 (altı yüz əlli altı min doqquz yüz altmış doqquz manat, 78 qəpik) manat kredit borcunun, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 400 (dörd yüz) manat məbləğində xərcin, mübahisənin məhkəmə vasitəsilə həll edilməsi üçün ödənilmiş 153 (bir yüz əlli üç) manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 130 (bir yüz otuz) manat rüsumun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə İddiaçı2 və İddiaçı1 məxsus olan İsmayıllı şəhəri, H.Əliyev prospekti 7 ünvanında 2.125 ha torpaq sahəsində yerləşən 4136,6 kv.m sahədən ibarət əmlak kompleksi kimi müəssisəsinə yönəlməsi, yuxarıdakı əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin "xxxx" MMC-dən tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin yaşayış sahəsinin boşaldılaraq alıcıya təhvil verilməsinə dair qətnamə qəbul edilməsi xahiş etmişdir. Fondun qeyd olunan iddia ərizəsi Bakı Kommersiya Məhkəməsində icraata qəbul edilmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-365/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə hakim tərəfindən iş üzrə İddiaçı2 və İddiaçı1 məxsus İsmayıllı şəhəri, H.Əliyev prospekti 7 ünvanında 2.125 ha torpaq sahəsində yerləşən 4.136,6 kv.m sahədən ibarət əmlak kompleksi kimi müəssisənin likvid və bazar dəyərinin müəyyən edilməsi məqsədilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Qərardadın icrası ilə bağlı xx.xx.2023cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinin və ipoteka saxlayanın iştirakı ilə ipoteka predmetinin likvid və bazar dəyərinin müəyyən edilməsi məqsədilə əmlaka baxış keçirilmişdir.
8. Qeyd edildiyi kimi LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən ipoteka qoyanlar X8 və X11 məxsus olan İsmayıllı şəhəri, H.Əliyev prospekti 7 ünvanında yerləşən əmlak kompleksinin ipotekada (girovda) qalmaqla özgəninkiləşdirilməsinə və özgəninkiləşdirilməsindən əldə olunan vəsait hesabına bank, notariat, vergi, dövlət rüsumu və sair məcburi dövlət ödənişləri və xərcləri çıxıldıqdan sonra borclu "xxxx" MMC-nin kreditor LPO "xxxx" ASC qarşısında bütün kredit müqavilələri üzrə xx.xx.2019-cu il tarixinə olan ümumilikdə 1.090.333,34 (bir milyon doxsan min üç yüz otuz üç manat, 34 qəpik) manat borc öhdəliyinin icra edilməsi məqsədilə həmin məbləğin tam olaraq məktubda qeyd olunan LPO "xxxx"ASC-nin hesablaşma hesabına köçürülməsi şərtilə etiraz edilməməsi barədə xx.xx.2019-cu il tarixli **********750 saylı razılıq məktubu verilmişdir. Tərəflər arasında xx.xx.2019-cu il tarixdə bağlanmış ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcılar X8 və X15 birgə mülkiyyət üzrə onlara məxsus İsmayıllı şəhəri, H.Əliyev prospekti 7 ünvanında yerləşən, ümumi sahəsi 4.136,6 kv.m olan əmlak kompleksi kimi müəssisəni alıcılar İddiaçı2 və İddiaçı1 mülkiyyətinə verilməsini öz öhdəliyinə götürmüşlər. Həmin müqavilənin 3-cü bəndində qeyd olunmuşdur ki, satılan daşınmaz əmlaklar real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2019-cu il tarixli, qeydiyyat nömrəsi ********** olan arayışa əsasən müqavilə bağlanan anda İsmayıllı şəhəri, H.Əliyev prospekti 7 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə (qeyri-yaşayış sahəsi) və İsmayıllı şəhəri, H.Əliyev prospekti 7 ünvanında yerləşən torpaq sahəsi yüklüdür. LPO "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli, **********750 saylı məktubunda həmin əmlakın ipoteka yüklülüyündə qalması şərtilə özgəninkiləşdirilməsinə razılıq verilmişdir. Göründüyü kimi ipoteka saxlayan LPO "xxxx" ASC İsmayıllı şəhəri, H.Əliyev prospekti 7 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisəni İddiaçı2 və İddiaçı1 satılmasına yalnız ipoteka yüklülüyündə qalması şərti ilə razılıq vermişdir.
9. Həmin şərt tərəflər arasında xx.xx.2019-cu il tarixdə bağlanmış ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsində öz əksini tapdığı üçün Azərbaycan Respublikası İstisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsi tərəfindən İsmayıllı şəhəri, H.Əliyev prospekti 7 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisəni yeni mülkiyyətçiləri olan İddiaçı2 və İddiaçı1 adlarına LPO "xxxx" ASC-nin yüklülüyü qalmaq şərtilə xx.xx.2019-cu il tarixdə yeni çıxarış vermişdir. Hal-hazırda İsmayıllı şəhəri, H.Əliyev prospekti 7 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə LPO "xxxx" ASC-nin ceyrinə yüklüdür və bunu təsdiq edən ********** saylı çıxarış mövcuddur. Bundan başqa iddiaçılar İddiaçı1 və İddiaçı2 öz iddialarında 1.090.333,34 (bir milyon doxsan min üç yüz otuz üç manat, 34 qəpik) manat məbləğində olan borc öhdəliyinin bir qismini, yəni 500.000 (beş yüz min) manatın banka köçürüldüyünü, qalan 590.333,34 (beş yüz doxsan min üç yüz otuz üç manat, 34 qəpik) manat borcun X5 verdiklərini bildirirlər. Ancaq X1 həmin vəsaitin ona verilməməsi, iş üzrə vəsaitin verilməsini təsdiq edən heç bir sübutun olmamasını iddia edir və bu səbəbdən alqı-satqı üzrə qalıq vəsaitin onun tərəfindən ödənilməsi mümkün deyil. Bu günə qədər LPO "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli, **********750 nömrəli məktubunda nə tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli ******* saylı alqı-satqı müqaviləsinə uyğun olaraq 590.333,34 manat məbləğində vəsait banka ödənilməmişdir.
10. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsi öz etirazında qeyd edildiyi kimi, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 14.2-ci maddəsinin tələbi icra edilmişdir, ipoteka predmeti olan İsmayıllı şəhəri, H.Əliyev prospekti 7 ünvanında yerləşən əmlak kompleksi xx.xx.2019-cu il tarixli ******* saylı alqı-satqı müqaviləsi əsasında alıcılar İddiaçı2 və İddiaçı1 satılmasını təsdiq edən müqavilə ipoteka predmetinin özgəninkiləşdirilməsi barədə müqavilənin notariat qaydasında təsdiq edilmiş surəti və LPO "xxxx" ASC-nin daşınmaz əmlakın üzərində yüklülüyün saxlanılması barədə xx.xx.2019-cu il tarixli **********302 nömrəli məktubu DƏDRX ərazi idarəsinə təqdim edilmişdir. İpoteka saxlayan ləğv prosesində olan LPO "xxxx" ASC İsmayıllı şəhəri, H.Əliyev prospekti 7 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisəni ipoteka yüklülüyündən yalnız "xxxx" MMC-nin banka olan borcu ödənildiyi halda azad edə bilər. Üçüncü şəxs ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
11. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçıların vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir.
12. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən üçüncü şəxs ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
13. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 27 noyabr 2023-ci il tarixli, 2-1(116)-1888/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.
14. İddiaçıların nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 27 noyabr 2023-ci il tarixli, 2-1(116)-1888/2023 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
15. İddiaçıların nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 27 noyabr 2023-ci il tarixli, 2-1(116)-1888/2023 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
16. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 27 noyabr 2023-ci il tarixli, 2-1(116)-1888/2023 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etdi.
17. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X6 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 27 noyabr 2023-ci il tarixli, 2-1(116)-1888/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
18. Məhkəmə kollegiyasının hazırkı iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh orqan məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.
19. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
20. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur: - RX seriyalı ******* nömrəli xx.xx.2014-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışlardan görünür ki, İsmayıllı şəhəri, H.Əliyev prospekti 7 ünvanında yerləşən 2,125 ha torpaq sahəsi və onun üzərində yerləşən 4136,6 kv.m ümumi sahəsi olan əmlak kompleksi kimi müəssisə X8 və X10 ümumi birgə mülkiyyətində olmuşdur. - RX seriyalı ******* nömrəli xx.xx.2014-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, X8 və X11 məxsus, İsmayıllı şəhəri, H.Əliyev prospektində, 2,125 ha torpaq sahəsində yerləşən əmlak kompleksi kimi müəssisə xx.xx.2014-cü il tarixli 240/14 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2014-cü il tarixdən 84 ay müddətinə "xxxx" ASCnin xeyrinə yüklü edilmişdir. - "xxxx" ASC-nin cavabdehə ünvanladığı xx.xx.2015-ci il tarixli 04/K-22 nömrəli məktubunda qeyd olunur ki, "xxxx" ASC ilə hüquqi şəxs "xxxx"MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli 224/13 saylı kredit müqaviləsinə əlavə olaraq bağlanmış xx.xx.2014cü il tarixli 279/14/1 nömrəli ipoteka müqaviləsinə uyğun olaraq ipoteka predmeti olan, X8 və X11 xüsusi mülkiyyət hüququ ilə məxsus İsmayıllı şəhəri, H.Əliyev prospekti 7 ünvanında, 2,125 ha torpaq sahəsində yerləşən 4136,6 kv.m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisənin ipotekasını qüvvədə olan qanunvericiliyə əsasən təkrar dövlət qeydiyyatına alınması xahiş olunur. - RX seriyalı ******* və ******* nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışlardan görünür ki, X8 və X11 məxsus İsmayıllı şəhəri, H.Əliyev prospekti 7 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisənin 2,125 ha torpaq sahəsi ilə birlikdə 279/14 nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsi əsasında yüklülüyü xx.xx.2014-cü il tarixdən 84 ay müddətinə "xxxx" ASC-nin xeyrinə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - LPO "xxxx" ASC-nin cavabdehə ünvanladığı **********302 nömrəli xx.xx.2019-cu il tarixli məktubunda qeyd olunur ki, X8 və X11 mülkiyyət hüququ ilə məxsus İsmayıllı şəhəri, H.Əliyev prospekti 7 ünvanında yerləşən (seriya RX 0592409, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2015-ci il) əmlak kompleksinin alqı-satqı müqaviləsinin ipoteka predmetinin üzərində yüklülüyün saxlanılması şərti ilə rəsmiləşdirilməsinə etiraz edilmir. - Reyestrdə 4Ə 873 nömrə ilə qeyd olunmuş “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”ndən görünür ki, satıcılar X8 və X3 şəhəri, H.Əliyev prospekti 7 ünvanında yerləşən ümumi sahəsi 4136,6 kv.m olan qeyri-yaşayış sahəsi və həmin ünvanda yerləşən 2,125 ha torpaq sahəsini alıcılar İddiaçı2 və İddiaçı1 mülkiyyətinə vermişlər. - Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş onlarda saxlanılan elektron müqavilənin təsdiq edilmiş arxiv nüsxəsinin üçüncü bəndində göstərilmişdir ki, satılan daşınmaz əmlaklar, real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2019-cu il tarixli, qeydiyyat nömrəsi ********** olan arayışa əsasən müqavilə bağlanan anda İsmayıllı şəhəri H.Əliyev prospekti 7 ünvanında yerləşən qeyri-yaşayış sahəsi yüklüdür. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2019-cu il tarixli, qeydiyyat nömrəsi ********** olan arayışa əsasən müqavilə bağlanan anda İsmayıllı şəhəri H.Əliyev prospekti 7 ünvanında yerləşən torpaq sahəsi yüklüdür. - İddiaçılar tərəfindən təqdim edilmiş AN-İ ******* nömrəli xx.xx.2019-cu il tarixli alğısatqı müqaviləsinin surətinə əsasən müəyyən edilir ki, müqavilənin 3-cü bəndində "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli **********750 saylı məktubunda həmin əmlakın ipoteka yüklülüyündə qalması şərtilə özgəninkiləşdirilməsinə razılıq verildiyi qeyd olunmuşdur. - xx.xx.2019-cu il qeydiyyat tarixli ********** və ********** qeydiyyat nömrəli çıxarışlardan görünür ki, İsmayıllı şəhəri, H.Əliyev prospekti 7 ünvanında yerləşən, ümumi sahəsi 4136,6 kv.m olan əmlak kompleksi kimi müəssisə və onun yerləşdiyi 2,125 ha torpaq sahəsi üzərində ½ pay hüququ olmaqla İddiaçı2 və İddiaçı1 xüsusi mülkiyyət hüquqi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. - Digər xx.xx.2019-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışla isə İddiaçı2 və İddiaçı1 məxsus, İsmayıllı şəhəri H.Əliyev prospektində yerləşən 2,125 ha torpaq sahəsi və onun üzərində yerləşən 4136,6 kv.m əmlak kompleksi kimi müəssisənin 279/14 nömrəli, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2014-cü il tarixdən 84 ay müddətinə yüklülüyü LPO "xxxx" ASC-nin xeyrinə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - 27.06.2020-ci il tarixli icarə müqaviləsindən görünür ki, İddiaçı1 və Zeynalov X12 şəhəri, H.Əliyev prospekti 7 ünvanında yerləşən, ümumi sahəsi 4136,6 kv.m olan əmlak kompleksi kimi müəssisə və 2,1250 ha torpaq sahəsini "xxxx" MMC-yə xx.xx.2070-ci ilədək icarəyə vermişlər.
TƏTBİQ EDİLƏN HÜQUQ
21. İnzibati Prosessual Məcəllə: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. 48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 1.0.4. Qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Maddə 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativhüquqi aktlardan ibarətdir. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. 8.0.3. Daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1 Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 20.3. İpotekanın dövlət qeydiyyatı ərizənin qeydiyyat orqanına daxil edildiyi gündən 3 iş günü müddətində aparılır. Maddə 20.4. İpotekanın dövlət qeydiyyatı ipotekasaxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında ləğv olunur. Maddə 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Maddə 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.
23. “İpoteka haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli 883- İİQ nömrəli Qanunun: 14.1. İpotekanın əlavə dövlət qeydiyyatı müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrində və daşınar əmlakın rəsmi reyestrində sənədlərin təqdim edildiyi gündən 3 iş günü müddətində aşağıdakı hallarda aparılır: 14.1.1. ipoteka müqaviləsində əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti dəyişdikdə; 14.1.2. əsas öhdəlik üzrə tələb hüququ başqa şəxsə keçdikdə; 14.1.4. ipoteka predmeti özgəninkiləşdirildikdə. 14.2. İpotekanın əlavə dövlət qeydiyyatı haqqında ərizəyə ipoteka müqaviləsində dəyişikliklərin edilməsi, tələbin başqa şəxsə keçməsi və ipoteka predmetinin özgəninkiləşdirilməsi barədə müqavilənin notariat qaydasında təsdiq edilmiş surəti əlavə edilir. 14.2-1. İpotekanın əlavə dövlət qeydiyyatı üçün zəruri olan sənədlərin və ya məlumatların X7 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların X7 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. 14.5. İpotekanın əlavə dövlət qeydiyyatı müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrindən və daşınar əmlakın rəsmi reyestrindən çıxarışla, ipoteka kağızında isə müvafiq qeydin edilməsi ilə təsdiq edilir. 15.1. İpotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. 48.1. İpotekaya aşağıdakı hallarda xitam verilir: 48.1.1. ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; 48.1.2. əsas öhdəliyə xitam verildikdə; 48.1.3. tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; 48.1.4. ipoteka predmeti məhv olduqda; 48.1.5. bu Qanunla nəzərdə tutulmuş digər hallarda.
24. “İnzibati icraat haqqında” Qanun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1.İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
25. İddiaçı tərəfinin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçilərin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayətləri mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayətləri uğurlu olmayacaqdır.
26. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
27. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
28. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
30. İş materiallarına əsasən müəyyən edildi ki, iddiaçılar tələbi əsaslandırmaq üçün satıcının müqavilədə nəzərdə tutulmuş şəkildə alıcılara üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürür müddəasına əsaslanmağa çalışırlar.
31. Məhkəmə kollegiyasının araşdırması ilə müəyyən edilmişdir ki, iddiçılar artıq müqaviləni bağladıqları zaman müqavilənin üçüncü bəndinə əsasən müqavilə predmetinin, yəni torpaq sahəsi və onun üzərində yerləşən qeyri-yaşayış sahəsinin ipoteka ilə yüklü olmasından məlumatlı idilər. Onlar müqaviləni imzalamaqla göstərilən şərti qəbul etmiş, həmin şərtlərlə əmakın alğı-satqısını həyata keçirmişlər. Bununla yanaşı ipoteka saxlayan qismində çıxış edən "xxxx" ASC ipoteka predmeti üzərində yüklülüyün saxlanılması şərtilə alğı-satqının rəsmiləşdirilməsinə etiraz etmədiyini bildirmişdir.
32. Odur ki, məhkəmə kolegiyası işin faktiki hallarına yuxarıda qeyd edilən normaların tətbiqi baxımından hüquqi qiymət verərək hesab edir ki, ipotekaya xitam verilməsi barədə hərhansı hüquqi əsas mövcud olmadığından və yüklü edilmiş daşınmaz əmlakın özgəninkiləşdirilməsi ipotekaya xitam verilməsi və əmlakın yüklülükdən azad edilməsi üçün hüquqi əsas qismində çıxış etmədiyindən iddia təmin edilməməlidir.
33. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri).
34. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab edir ki, cavabdeh inzibati orqan hazırkı inzibati iş üzrə qanunauyğun olaraq lazımi qaydada araşdırma aparmışdır. Ona görə də kollegiya hesab edir ki, cavabdehin iddiaçıların mülkiyyətlərində olan İsmayıllı şəhəri, H.Əliyev prospekti 7 ünvanında yerləşən əmlak kompleksinin ipotekadan azad edilməsindən imtinası əsaslı olmuşdur.
35. Məhkəmə kollegiyası yuxarıda istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “mülkiyyətlərində olan İsmayıllı şəhəri, H.Əliyev prospekti 7 ünvanında yerləşən əmlak kompleksinin ipotekadan azad edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasını təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddia tərəfinin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
36. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası
QƏRАRА АLDİ:
İddiaçıların nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 27 noyabr 2023-ci il tarixli, 2-1(116)-1888/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.