Məhkəmə qərarları › İş №2-1(107)-115/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-115/2024

10.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-115/2024 10.07.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Cavadova Günay İsmayıl qızı və X1 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Balakən rayon Gərəkli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə qarşı “Gərəkli kənd İƏD üzrə nümayəndəliyinin 2021-2025-ci illər üzrə 02 saylı təsərrüfatbaşına kitabın 06-cı səhifəsində, 96 saylı təsərrüfat qeydiyyatından Gərəkli kənd sakini X14, X15 və X16 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli 2-1(116)-2362/2023 nömrəli qərarından iş üzrə üçüncü şəxs X3 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Balakən rayon Gərəkli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, “Gərəkli kənd İƏD üzrə nümayəndəliyinin 2021-2025-ci illər üzrə 02 saylı təsərrüfatbaşına kitabın 06-cı səhifəsində, 96 saylı təsərrüfat qeydiyyatından Gərəkli kənd sakini X14, X15 və X16 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-2362/2023 nömrəli qərardadı ilə X14, X15 və X22 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişlər.

3. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı Balakən rayonu Gərəkli kəndində yaşadığı təsərrüfatdan əvvəllər onunla birgə yaşamış, hazırda Balakən rayonu Mahamalar kəndində yaşayan üçüncü şəxslərin təsərrüfatbaşına kitabdan uçotdan çıxarılması üçün cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan üçüncü şəxslərin sözügedən təsərrüfatdan qeydiyyatdan çıxmalarına razılıqlarının olmadığını bildirərək müraciətin təmin edilməsindən imtina etmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır.

4. Cavabdeh xx.xx.2023-cü il tarixli iddia tələbinə etirazında aşağıdakıları qeyd etmişdir: - iddiaçının keçmiş gəlini X7 övladları ilə birlikdə yoldaşı X4 məxsus təsərrüfatdan qeydiyyatdan könüllü çıxması bildirilsə də, M.Tosova övladları ilə qeydiyyatdan çıxması təklifinə qəti etiraz etmişdir.

5. M.Tosova icra nümayəndəliyinə xx.xx.2023-cü il tarixdə dəvət edilmiş yenidən onun və övladlarının qeydiyyatdan çıxmağı barədə edilən təkliflə əlaqədar olaraq, övladları həmin təsərrüfatda saxlanıldığı təqdirdə özü qeydiyyatdan çıxmağa razılığını bildirmiş, bu təkliflə əlaqədar iddiaçı tərəfi də icra nümayəndəliyinə dəvət edilmiş, lakin onlar bu təkliflə razılaşmamış və bildirmişlər ki, iddiaçının övladları ilə birlikdə qeydiyyatdan çıxmasını qəti tələb edirlər.

6. Üçüncü şəxsin vəkili (nümayəndəsi) iddia tələbinə aşağıdakı münasibəti bildirmişdir. - İddiaçı İsrafil qızının təsərrüfat başına kitabdan qeydiyyatdan çıxarılmasını tələb etdiyi 0,0928 ha həyətyanı torpaq sahəsinin 3/30 hissəsi üzərində üçüncü şəxslərin xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmışdır və üçüncü şəxslər həmin torpaq sahəsinin paylı mülkiyyətçiləridirlər. Üçüncü şəxslər iddiaçı və ailə üzvlərinin yaratmış olduğu süni maneələr səbəbli müvəqqəti olaraq Mədinə Tosovanın atasına məxsus evdə yaşayırlar. Lakin onlar mülkiyyətlərinə aid təsərrüfatdan daimi olaraq getməmişlər. Bundan başqa, iddiaçı həmin təsərrüfata məxsus torpaq sahəsində 5/30 hissədə paya sahibdir ki, bu ona hazırki iddianı irəli sürmək üçün subyektiv hüquq vermir. Belə ki, iddiaçı və üçüncü şəxslər hamısı həmin təsərrüfatda yerləşən torpaq sahəsinə mülkiyyət hüququna malikdirlər ki, iddiaçının mülkiyyət və digər hüquqları üçüncü şəxslərin hüquqları məhdudlaşdırıla bilməz. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin rədd edilməsi xahiş olunmuşdur. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 30 oktyabr 2023-cü il tarixli 2- 1(116)-2362/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.

8. Üçüncü şəxs X3 nümayəndəsi və vəkili Vəkil həmin qərardan apellyasiya şikayəti vermişdir.

9. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə X12, X17, X8 və X18 iş üzrə inzibаti məhkəmə icrааtınа üçüncü şəxs qismində zəruri cəlb edilmişlər.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Birinci instansiya məhkəməsinin öz qərarında əksini tapdığı kimi, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında DƏDR-dən çıxarışa əsasən, Gərəkli kənd İƏD üzrə nümayəndəliyinin 2021-2025-ci illər üzrə 02 saylı təsərrüfatbaşına kitabın 06-cı səhifəsində, 96 saylı təsərrüfat uçotunda olan Balakən rayonu Gərəkli kəndində, 0,0928 ha torpaq sahəsində yerləşən 126,20 kv.metr fərdi yaşayış evi üzərində X2, torpaq sahəsi üzərində isə X12, İddiaçı, X17, X8, X9 5/30, X14, X15, X16 1/30, X10 2/30 hissə paylı mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Göründüyü kimi, üçüncü şəxslərin qeydiyyatdan çıxarıldığı mübahisəli torpaq sahəsi paylı mülkiyyət hüququ əsasında onların adına dövlət qeydiyyatına alınmışdır. Sonuncular həmin torpaq sahəsinin mülkiyyətçiləridir. Hazırki iş üzrə iddiaçı da eyni hüquqla mübahisəli torpaq sahəsinin mülkiyyətçisidir ki, onun hüquq və azadlıqları üçüncü şəxslərin hüquq və azadlıqları ilə məhdudlaşmalıdır. Üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahəsinə aid təsərrüfatda qeydiyyatda olması iddiaçının hər hansı hüququnun pozulması ilə nəticələnə bilməz. Nəticələnsə belə, bu üçüncü şəxslərin Konstitusiya ilə qorunun mülkiyyət hüqunun pozulması ilə nəticələnməməlidir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən Konstitusiyanın sadalanan normalarının tələbləri pozulmuşdur. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli 2-1(116)-2362/2023 nömrəli qərarının ləğv edilməsini, iddia tələbin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X14 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli 2- 1(116)-2362/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi.

12. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı, üçüncü şəxslər X15, X22, X12, X18, X8 və X17 və Vəkil məhkəmə iclasına gəlməmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir.

13. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

14. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - cavabdehin xx.xx.2023-cü il tarixli arayışında qeyd edilmişdir ki, Gərəkli kənd İƏD üzrə nümayəndəliyin 2021- 2025-ci illər üzrə 02 saylı təsərrüfatbaşına kitabın 06-cı səhifəsində, 96 saylı təsərrüfat qeydiyyatında Gərəkli kənd sakini X3 2022-ci ilin aprel ayından övladları ilə birlikdə Balakən rayonunun Mahamalar kəndində atası X11 məxsus evə köçdüyü qeyd edilmişdir. Müraciətlə əlaqədar X7 özünün və övladlarının Gərəkli kənd sakini X4 məxsus təsərrüfatda qeydiyyatdan çıxmalarına və ya yeni təsərrüfatda qeydiyyata alınmalarına razılıq verməsi təklif olunmuşdur. Lakin, vətəndaş qəti etirazını bildirmişdir. - ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında DƏDR-dən çıxarışdan görünür ki, Balakən rayonu Gərəkli kəndində, 0,0928 ha torpaq sahəsində yerləşən 126,20 kv.metr fərdi yaşayış evi üzərində X2, torpaq sahəsi üzərində isə X12, İddiaçı, X17, X8, X9 5/30, X14, X15, X16 1/30, X10 2/30 hissə paylı mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. - xx.xx.2021-ci il tarixli 626 inventar nömrəli (**********75-10301 reyestr nömrəli) texniki pasportdan görünür ki, Balakən rayonu Gərəkli kəndində yerləşən fərdi yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin ölçüsü faktiki 0,0928 ha, sənəd üzrə 0,0928 ha, hüquq subyekti X5r. - Məhkəmə kollegiyasına təqdim edilmiş Balakən Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli 2(019)-912/2021 nömrəli qətnaməsi ilə 25 fevral 2021-ci ildə ölmüş X6 miras qalmış əmlak-10000 (on min) manat dəyərində 2008-ci il buraxılışı,sedan tipli, “VAZ 21703 minik” markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomaşının ½ hissəsi və 1500 manat dəyərində bir baş inəyin ½ hissəsi onun birinci növbəli vərəsələri-X12, İddiaçı, X14, X15 və X16 arasında payların bərabər olmaqla bölünməsi, 2008-ci il buraxılışı, sedan tipli, “VAZ 21703 minik” markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomaşının X7, X13 və X19 verilməsi, avtomaşının dəyərinin 2000 (iki min) manatının X4 və İddiaçı verilməsi, 1500 manat dəyərində inəyin dəyərinin 300 (üç yüz) manatının X4 və İddiaçı, 1200 (bir min iki yüz) manatının X14, X15 və X19 verilməsi qət edilmiş, iddia tələbi evə köçürülməyə aid hissədə təmin edilməmişdir. - Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq göndərilmiş Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən, Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(019)-912/2021 nömrəli qətnaməsi xx.xx.2021-ci il tarixdə qanuni qüvvəsini almışdır.

TƏTBİQ EDİLƏN HÜQUQ

15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

16. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

17. Üçüncü şəxsin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.

18. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

19. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

20. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

22. Məhkəmə kollegiyası tərəfindən iş materiallarının tədqiqi zamanı müəyyən edildi ki, üçüncü şəxslər iddiaçı ilə əvvəllər qohumluq münasibətlərində olduqlarına və həmin ərəfədə iddiaçı ilə birgə eyni təsərrüfatda yaşadıqlarına görə təsərrüfat üzvləri olaraq uçota götürülsələr də, sonradan ailə münasibətlərinin pozulması nəticəsində həmin şəxslər faktiki olaraq sözügedən təsərrüfatdan getmişlər.

23. “Şəhər və qəsəbə inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələri üzrə təsərrüfatbaşına uçot sənədlərinin və təsərrüfatbaşına uçotun aparılmasına dair göstərişin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin xx.xx.2017-ci il tarixli 22/05 №-li qərarından göründüyü kimi, göstərilən sənədlər Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin 5.1.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədilə təsdiq olunmuşdur.

24. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin 5.1.6-cı yarımbəndində isə inzibati ərazi dairələri üzrə və sahə inzibati ərazi dairələri üzrə yerli icra hakimiyyəti başçısı nümayəndələrinin vəzifə və səlahiyyətlərindən biri kimi ərazidə olan yaşayış evləri və çoxmənzilli yaşayış binalarındakı mənzillər üzrə təsərrüfatbaşına uçot kitablarının, habelə təsərrüfat üzvlərinin və müvəqqəti yaşayan şəxslərin siyahısının aparılması nəzərdə tutulmuşdur.

25. 1. Şəhər, qəsəbə və sahə inzibati ərazi dairələri üçün Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən təsdiq edilmiş təsərrüfatbaşına uçotun ilkin sənədləri aşağıdakılardan ibarətdir: 1 №-li forma – “Azərbaycan Respublikasının şəhər, rayon və şəhər rayonlarının icra hakimiyyəti başçılarının şəhər və qəsəbə inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərində ev təsərrüfatlarının uçotu kitabı” (bundan sonra - ev təsərrüfatlarının uçotu kitabı); 2 №-li forma – “Şəhər, qəsəbə, sahə inzibati ərazi dairəsində müvəqqəti yaşayan şəxslərin siyahısı” (bundan sonra - müvəqqəti yaşayan şəxslərin siyahısı).

6. Ev təsərrüfatlarının uçotu kitabları (1 №-li forma) hər beş ildən bir yenilənir. Ev təsərrüfatlarının uçotu kitabları məsul şəxslər tərəfindən yanvarın 1-dən 30-dək şəhər, qəsəbə və sahə inzibati ərazi dairələri üzrə bütün təsərrüfatlar başdan-başa gəzilərək təsərrüfat başçısını (və ya təsərrüfatın mülki hüquq və fəaliyyət qabiliyyəti olan digər üzvünü) sorğu etmək yolu ilə yanvar ayının 1-i vəziyyətinə tərtib edilir və hər il üzrə məlumatların doğru-düzgünlüyü şəxsi hesabın son səhifəsinin aşağı hissəsində məsul şəxsin və təsərrüfat başçısının imzaları ilə təsdiq edilir...

2. Yanvarın 1-i vəziyyətinə şəhər, qəsəbə və sahə inzibati ərazi dairələri üzrə daimi yaşayan şəxslərin təsərrüfatlarının hər biri üçün ev təsərrüfatlarının uçotu kitablarında şəxsi hesab açılır...

3. Ev təsərrüfatlarının uçotu kitabına şəhər, qəsəbə və sahə inzibati ərazi dairəsində daimi yaşayan bütün şəxslərin (təsərrüfata məxsus tikililərə və həyətyanı torpaq sahəsinə hüquqlarının olub-olmamasından asılı olmayaraq) ev təsərrüfatlarının üzvləri yazılır. Təsərrüfatları gəzmədən ev təsərrüfatlarının uçotu kitabında qeydlərin aparılması yolverilməzdir. İİİ. Ev təsərrüfatlarının uçotu kitabı (1 №-li forma) üzrə şəxsi hesablarda qeydlərin aparılması qaydaları, Birinci bölmə “Təsərrüfat üzvlərinin siyahısı”. 11-ci “Təsərrüfatın tərkibindən tamamilə çıxan üzvlər haqqında qeydlər” sətrində səbəbi göstərilməklə təsərrüfat üzvünün təsərrüfatdan çıxıb getdiyi və ya çıxarıldığı ay, il yazılır. Bu zaman çıxıb gedənlər haqqındakı qeydlərdə həmin şəxslərin inzibati ərazi dairəsi daxilində başqa təsərrüfata, yaxud inzibati ərazi dairəsindən kənara daimi yaşamağa getdiyi göstərilməlidir. Məsələn, “2023-cü ilin aprel ayında ərə getməsi ilə əlaqədar ____ nömrəli təsərrüfata köçüb getmişdir”, “2023-cü ilin iyun ayında iş yerini dəyişməsi ilə əlaqədar Sumqayıt şəhərinə köçüb getmişdir”, “16.02. 2023-cü il tarixdə ölümü ilə əlaqədar çıxarılmışdır”, “2018-ci ilin mart ayında məhkəmənin qərarına əsasən çıxarılmışdır”. Eyni zamanda, şəxsi hesabın 1-ci “Təsərrüfat üzvlərinin siyahısı” bölməsinin təsərrüfatın çıxıb getmiş və ya çıxarılmış (ölmüş) üzvünə aid sütununda çarpaz xətt çəkilir. Təsərrüfatların tərkibindən çıxan və ya çıxarılan şəxslər haqqındakı qeydlər bütün il boyu aparılır və yanvarın 1i vəziyyətinə təsərrüfatların başdan-başa gəzişi zamanı yoxlanılır. Qeydlər mütləq bu sətirdə edilməlidir, həmin qeydlərin başqa sətirlərə yazılması, habelə təsərrüfat üzvünün təsərrüfatın tərkibindən çıxması və ya çıxarılması haqqında qeydlərin aparılmaması əhalinin sayı, cins və yaş tərkibi barədə dəqiq məlumatların əldə olunmasını çətinləşdirir. Yaşayış yerini istər müvəqqəti, istərsə də daimi tərk etmiş əhali haqqında müvafiq olaraq 10 və 11-ci sətirlərdə vaxtında dolğun aparılmış qeydlər əhalinin sayı və tərkibi barədə məlumatların dürüstlüyünü təmin edir.

26. Yuxarıda istinad olunan “Qərarda” ev təsərrüfatına aşağıdakı kimi anlayış verilmişdir: – bir şəxsdən və ya şəxslər qrupundan ibarət institusional vahiddir. Şəxslər qrupu o halda ev təsərrüfatı hesab edilir ki, onlar bir evdə (mənzildə) yaşasınlar, öz gəlir və əmlakını tam və ya qismən birləşdirsinlər və bir sıra mal və xidmətlərin, əsasən də mənzilkommunal xidmətləri və qida məhsullarının istehlakını birgə həyata keçirsinlər.

27. Cavabdeh orqan yuxarıda istinad olunan normaların tələbləri baxımından onların həmin təsərrüfatda faktiki yaşamadıqlarını müəyyən etdiyindən “Təsərrüfatın tərkibindən tamamilə çıxan üzvlər haqqında qeydlər” sətrində səbəbi göstərilməklə müvafiq qeydlər icra etməli və ev təsərrüfatlarının uçotu kitabında müvafiq sütunda üzərlərinə çarpaz xətt çəkməli idi.

28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq göstərmişdir ki, yuxarıda istinad olunan normaların tələbindən göründüyü kimi təsərrüfata məxsus tikililərə və həyətyanı torpaq sahəsinə hüquqlarının olub-olmamasından asılı olmayaraq, ev təsərrüfatlarının uçotu kitabına şəhər, qəsəbə və sahə inzibati ərazi dairəsində daimi yaşayan bütün şəxslərin ev təsərrüfatlarının üzvləri yazılır. Belə olan halda üçüncü şəxslər ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında DƏDR-dən çıxarışa əsasən Balakən rayonu Gərəkli kəndində yerləşən 0,0928 ha torpaq sahəsində əmlak hüquqlarının olmasına istinad edərək həmin təsərrüfatın üzvü olaraq qalmalarını tələb edə bilməzlər. Yəni, hazırkı mübahisəni həlli ilə bağlı əhəmiyyətli olan hal üçüncü şəxslərin təsərrüfata məxsus tikililərə və həyətyanı torpaq sahəsinə hüquqlarının olub-olmaması yox, həmin təsərrüfatda digər təsərrüfat üzvləri ilə birgə yaşayıbyaşamamalarının müəyyən edilməsidir. Nəzərə alınmalıdır ki, istinad olunan normalarda təsərrüfatları gəzmədən ev təsərrüfatlarının uçotu kitabında qeydlərin aparılması birbaşa qadağan edilmişdir.

29. Odur ki, cavabdehin vəzifəsi əmlak hüquqlarının mövcud olub-olmamasından asılı olmayaraq təsərrüfatda faktiki yaşayan şəxslərin dairəsini müəyyən etməklə faktiki yaşamayan şəxslərin uçotdan çıxarılması ilə bağlı müvafiq qeydiyyatın aparılmasını təmin etmək olduğundan, sözügedən şəxslərin razılıqlarının olub-olmamasının cavabdeh orqan üçün heç bir əhəmiyyəti olmamalı idi. Başqa sözlə, cavabdeh orqanın inzibati araşdırması üçüncü şəxslərin həmin təsərrüfatda iddiaçı və digər təsərrüfat üzvləri ilə birgə yaşayıbyaşamamasının müəyyən edilməsi ilə faktiki olaraq başa çatır və həmin şəxslərin uçotdan çıxarılmalarına razılıqlarının olub-olmamasının heç bir əhəmiyyəti qalmır.

30. Müvafiq qeydiyyatın aparılmasında məqsəd əhalinin sayı, cins və yaş tərkibi barədə dəqiq məlumatların əldə olunması, yaşayış yerini istər müvəqqəti, istərsə də daimi tərk etmiş əhali haqqında müvafiq olaraq əhalinin sayı və tərkibi barədə məlumatların dürüstlüyünü təmin edilməsidir.

31. Belə ki, üçüncü şəxslərin Balakən rayonu Gərəkli kəndində faktiki olaraq yaşamadıqları sübuta yetirildiyindən, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, cavabdeh orqan həmin təsərrüfatın üzvünün (iddiaçının) müraciəti əsasında üçüncü şəxslərin təsərrüfatbaşına uçot kitabından qeydiyyatının silinməsindən imtina etməkdə haqlı olmamışdır.

32. Bununla yanaşı məhkəmə kollegiyasına təqdim edilmiş Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(019)-912/2021 nömrəli qətnaməsi ilə 25 fevral 2021-ci ildə ölmüş X6 miras qalmış əmlak-10000 (on min) manat dəyərində 2008-ci il buraxılışı,sedan tipli, “VAZ 21703 minik” markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomaşının ½ hissəsi və 1500 manat dəyərində bir baş inəyin ½ hissəsi onun birinci növbəli vərəsələri-X12, İddiaçı, X14, X15 və X16 arasında payların bərabər olmaqla bölünməsi, 2008-ci il buraxılışı, sedan tipli, “VAZ 21703 minik” markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomaşının X7, X13 və X19 verilməsi, avtomaşının dəyərinin 2000 (iki min) manatının X4 və İddiaçı verilməsi, 1500 manat dəyərində inəyin dəyərinin 300 (üç yüz) manatının X4 və İddiaçı, 1200 (bir min iki yüz) manatının X14, X15 və X19 verilməsi qət edilmiş, iddia tələbi evə köçürülməyə aid hissədə təmin edilməmişdir.

33. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq göndərilmiş Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən, Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(019)-912/2021 nömrəli qətnaməsi xx.xx.2021-ci il tarixdə qanuni qüvvəsini almışdır.

34. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdeh Balakən rayon İHB-nın Gərəkli kənd İƏD üzrə nümayəndəliyinin üzərinə X14, X15 və X16 Gərəkli kənd İƏD üzrə nümayəndəliyinin 2021-2025-ci illər üzrə 02 saylı təsərrüfatbaşına kitabın 06-cı səhifəsində, 96 saylı təsərrüfat uçotundan çıxarılmamasına dair cavabdehin hərəkətləri qanunauyğun olmadığından, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.

35. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

Üçüncü şəxs X3 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli 2-1(116)-2362/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar