Məhkəmə qərarları › İş №2-1(107)-116/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-116/2020

27.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-116/2020 27.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mübariz Rahil oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 13 saylı X3 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 13 saylı X2rşı “vergi orqanı tərəfindən qəbul edilmiş “Ekspertizanın təyin edilməsi və keçirilməsi zamanı vergi ödəyicisinin hüquqları ilə əlaqədar vəsatətin rədd edilməsi haqqında” xx xxxxxx 2019-cu il tarixli qərarın ləğv edilməsi” tələbinə dair inzibatiiş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1461/2019nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 13 saylı X6 tərəfindən verilmiş apelyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq MÜƏYYƏN E T D İ: “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx xxxx 2018-ci il tarixli qərara əsasən, cavabdeh inzibati orqan tərəfindən iddiaçı cəmiyyətdə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə 2015-ci ilin may ayından 2018-ci ilin aprel ayınadək olan dövr üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Aparılan yoxlama xx xxxx 2018-ci il tarixdə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə qeydiyyata alınmışdır. Müəssisədə aparılan səyyar yoxlaması zamanı vergi orqanının xx xxxxxx 2018-ci il tarixli qərarı ilə ekspertiza təyin edilmiş və vergi orqanı tərəfindən ekspertizanın aparılması “MBA LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti həvalə edilmişdir. Ekspert “MBA LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ekspert rəyi təqdim edildikdən sonra iddiaçı cəmiyyət təkrar ekspertizanın keçirilməsi barədə xx xxxxxx 2019cu il tarixli vəsatətlə cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu “Ekspertizanın təyin edilməsi və keçirilməsi zamanı vergi ödəyicisinin hüquqları ilə əlaqədar vəsatətin rədd edilməsi haqqında” xx xxxxxx 2019-cu il tarixli qərar qəbul edərək həmin vəsatəti rədd etmişdir. Qeyd olunan qərarı qəbul edərkən cavabdeh inzibati orqan əsas gətirmişdir ki, qiymətləndirməni aparmış ekspert Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin, Azərbaycan Sahibkarlar Təşkilatının üzvü Azərbaycan Rieltorlar Assosiasiyasının həmtəsisçisidir. Qiymətləndirici qiymətləndirmə obyektinin bütün cəhətlərini, əlamətlərini, bazarın vəziyyətini, qiymətləndirmə obyektinin analoqlarını və hesablamaları tam təsvir etməklə Azərbaycan Respublikası qanunvericiliyinə uyğun qaydada qiymətləndirməyə aid standartlara əsaslanaraq hesabat tərtib etmişdir. Ekspert rəyinin kifayət qədər aydın və dolğun tərtib edilməsinə dair ekspert tərəfindən əvvəlcədən iltizam verilmişdir. Bununla yanaşı, cavabdeh inzibati orqan “Səyyar vergi yoxlaması” barədə akt tərtib edərək iddiaçı cəmiyyətdə aparılan səyyar yoxlamasını başa çatdırmışdır. Vəsatətin rədd edilməsi ilə razılaşmayan iddiaçı cəmiyyət nümayəndəsi və vəkili Əliyeva Könül Nəriman qızı vasitəsi ilə hazırkı iddianı irəli sürərək iddianı onunla əsaslandırmışdır ki, yoxlama zamanı ortaya çıxan məsələlərin izah olunması üçün xüsusi biliklər tələb olunduğu halda ekspertiza təyin edilir. Yoxlama aparılan şəxsin ekspertə etiraz etmək, ekspertin onun tərəfindən göstərilən şəxslərdən təyin edilməsi barədə müraciət etmək hüququ vardır. Ekspertin rəyi əsaslı olmadığı və onun düzgün olmasında şübhələrin olduğu hallarda yoxlanılan şəxs təkrar ekspertizanın keçirilməsini tələb edə bilər. Ekspert rəyində hesablamalar ümumi şəkildə müxtəlif ərazilər üzrə aparılmış, iş və xidmətlər üçün eyni faizlə (20 %) əmək tutumu və eyni faizlə (68 %) material xərcləri müəyyən edilmişdir. Bu isə müxtəlif ərazilər üzrə eyni əmsalın tətbiqində şübhələr yaradır və əsaslı olmadığını göstərir. Habelə, ekspert rəyində müəssisəyə aidiyyəti olmayan podrat və subpodrat müəssisələrin adları qeyd olunmuşdur ki, bu da rəyin düzgün olmayan qeyri-real məlumatlar əsasında müəyyən edilməsinə dəlalət edir. Texniki avadanlıqların icarə haqqının bazar qiymətlərinin müəyyən edilməsində ekspert qeyripeşəkarlığa yol vermişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqanın nümayəndəsi birinci instansiya məhkəməsinin məhkəmə iclasında izahatında bildirmişdir ki, İddiaçı MMC-yə səyyar vergi yoxlaması nəticəsində 84596.21 manat əsas və 45680.70 manat maliyyə sanksiyası olmaqla ümumilikdə 130276.91 manat vergi hesablanmışdır. Ekspertiza vergi orqanının qərarı əsasında MBA LTD MMC tərəfindən aparılmışdır. Qiymətləndirmə qanunvericiliyin tələblərinə uyğun qaydada həyata keçirilmişdir. Ekspert rəyinin kifayət qədər aydın və dolğun tərtib edilməsinə dair ekspertdən əvvəlcədən iltizam alınmışdır. Buna görə də vergi ödəyicisinin vəsatəti rədd edilərək xx.xx.2019-cu il tarixli qərar qəbul edilmişdir. Hal-hazırda yoxlamanın yekun nəticələrinə dair qərar qəbul edilməmişdir. Qəbul edilmiş qərar vacib əhəmiyyətli inzibati akt olmamaqla aralıq inzibati aktdır. İddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. İddiaçı cəmiyyət birinci instansiya məhkəməsinin məhkəmə iclasına dəvət edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin və ya vəkilinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçı tərəfin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx xxxx 2018-ci il tarixli qərar; xx xxxx 2018-ci il tarixli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən çıxarış; Vergi orqanının ekspertizanın təyin edilməsi barədə xx xxxxxx 2018-ci il tarixli qərarı; Ekspert “MBA LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib edilmiş ekspert rəyinin surəti; “Ekspertizanın təyin edilməsi və keçirilməsi zamanı vergi ödəyicisinin hüquqları ilə əlaqədar vəsatətin rədd edilməsi haqqında” xx xxxxxx 2019-cu il tarixli qərar; Vergi orqanı tərəfindən iddiaçı cəmiyyət barədə qəbul etmiş olduğu “Səyyar vergi yoxlaması” barədə aktının surəti və digər sənədlər toplusu daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Şəki İnzibаti-İqtisаdi Məhkəməsinin (hakim Rüfət Məcidov) xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1461/2019 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 13 saylı X6 tərəfindən qəbul edilmiş “Ekspertizanın təyin edilməsi və keçirilməsi zamanı vergi ödəyicisinin hüquqları ilə əlaqədar vəsatətin rədd edilməsi haqqında” xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 13 saylı X6 аpelyаsiyа şikаyəti verərək Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1461/2019 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdeh tərəf apelyasiya şikayətində qeyd etmişdir ki, İddiaçı (bundan sonra mətndə - MMC) cavabdeh 13 saylı X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Ekspertizanın təyin edilməsi və keçirilməsi zamanı vergi ödəyicisinin hüquqları ilə əlaqədar vəsatətin rədd edilməsi haqqında” xx.xx.2019-cu il tarixli, **********188830 nömrəli inzibati qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati-lqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1 (84)- 1461/2019 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək, cavabdeh 13 saylı X6 (bundan sonra mətndə- ƏVİ və ya vergi orqanı) tərəfindən qəbul edilmiş xx.xx.2019cu il tarixli, **********188830 nömrəli inzibati qərar ləğv edilmişdir. Lakin cavabdeh vergi orqanı aşağıda qeyd olunan faktlara və hüquq normalarına əsaslanaraq məhkəmənin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə razı deyil. Belə ki, Şəki İnzibati- İqtisadi Məhkəməsi tərəfindən iş üçün əhəmiyyət kəsb edən sənədlər, eləcə də məhkəməyə təqdim olunmuş sübutlar hərtərəfli, tam və obyektiv qaydada araşdırılmamışdır. Cavabdeh vergi orqanı ekspertizanın təyin edilməsi və keçirilməsi zamanı vergi ödəyicisinin hüquqları ilə əlaqədar vəsatətinə, həmçinin ekspertizanın nəticələrinə etiraz etməsi ilə əlaqədar iddiaçının müraciətinə baxaraq müəyyən etmişdir ki, ekspertiza qanunvericiliyin tələbləri nəzərə alınmaqla və qiymətləndirici qiymətləndirmə obyektinin bütün cəhətlərini, əlamətlərini, bazarın vəziyyətini, qiymətləndirmə obyektinin analoqlarını və hesablamaları tam təsvir etməklə, qanunvericiliyə uyğun qaydada, qiymətləndirməyə aid standartlara əsaslanaraq hesabatı tərtib etmişdir. Həmçinin rəyin kifayət qədər aydın və dolğun tərtib edilməsinə dair ekspert tərəfindən əvvəlcədən iltizam verilmişdir. Məhz buna görə də vergi orqanı vergi ödəyicisinin vəsatətinin rədd edilməsinə dair əsaslandırılmış şəkildə xx.xx.2019-cu il tarixli, **********188830 nömrəli inzibati qərar qəbul etmişdir. Eləcə də mübahisə predmetinin əsasını təşkil edən xx.xx.2019-cu il tarixli inzibati qərar aralıq inzibati aktdır və işin həllində vacib əhəmiyyət kəsb etmir. Göründüyü kimi yoxlama tam olaraq yekunlaşmışdırvə belə olan halda mübahisə predmetinin əsasını təşkil edən xx.xx.2019-cu il tarixli, **********188830 nömrəli inzibati qərarın mübahisələndirilməsi öz əhəmiyyətini itirir. Şəki İnzibati-İqtisadi Məhkəmənin qərarı xx xxxxxx 2019-cu il tarixdətam formada rəsmi olaraq 13 saylı ƏVİ-yə təqdim edilmişdir. Odur ki,Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(84)-1461/2019 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 13 saylı X3 nümayəndəsi X4 apelyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(84)-1461/2019 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin 82-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apelyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə Kollegiyası apelyasiya dəlilləri ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfin müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsini təmin etməməklə qanuni və əsaslı qərar qəbul etmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün olmaqla yanaşı, mahiyyət etibarı ilə əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPMnin 1.1, 2.1 və 2.2.1-ci maddələri) aid olan mübahisələndirmə haqqında iddia - vergi orqanının mübahisəli qərarının ləğv edilməsinə dair tələb mümkündür. Bu növ iddianın xüsusi mümkünlük şərti, yəni iddianın qanunla müəyyən olunmuş 30 (otuz) günlük iddia müddəti ərzində qaldırılması tələbi də təmin olunmuşdur. İddiaçı vəsatətlə cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu vəsatətin rədd edilməsi barədə qərar qəbul etdikdən sonra qanunverciliklə müəyyən edilmiş qaydada 30 gün müddətində (iddia ərizəsi xx xxxxxxxx 2019-cu il tarixdə məhkəmənin icraatına daxil olmuşdur) məhkəməyə müraciət etmişdir. Bu səbəbdən də, iddia mümkün iddiadır. Cavabdeh tərəfin mübahisə predmeti olan qərarın vacib əhəmiyyətli olmaması və aralıq inzibati akt olması ilə bağlı dəlilləri ilə razılaşmayan birinci instansiya məhkəməsi düzgün qeyd etmişdir ki, mübahisə predmeti olan qərar inzibati aktdır. Belə ki, həmin qərarla iddiaçının araşdırmanın davam etdirilməsi və bunun nəticəsində ona hesablanmış vergi borcunun mötərbərliyinin müəyyən edilməsi ilə bağlı qanunvericiliyin ona verdiyi imkanları əlindən alınmışdır. Təkrar ekspertizanın keçirilməsindən imtina və bunun nəticəsində ilkin ekspert rəyinə uyğun iddiaçının məsuliyyətə cəlb edilməsi onun hüquqlarına toxunur. Birinci instansiya məhkəməsi onu da qeyd etmişdir ki, İnzibati İcraat haqqında qanunun 2.0.9-cu maddəsinə əsasən konkret icraatın təşkili və həyata keçirilməsi ilə bağlı inzibati orqan tərəfindən qəbul edilən akt aralıq inzibati akt sayılır ki, ekspertizanın təyin edilməsi və keçirilməsi zamanı vergi ödəyicisinin hüquqları ilə əlaqədar vəsatətin rədd edilməsi haqqında” xx xxxxxx 2019-cu il tarixli qərar icraatın təşkili və həyata keçirilməsi ilə bağlı qəbul edilmiş inzibati akt deyildir. Mübahisələndirilən qərar aralıq inzibati akt olmadığından məhkəmə hesab edir ki, onun mübahisələndirilməsinə dair iddia mümkündür. Birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir ki, iddia mahiyyət etibarilə əsaslıdır və buna görə də təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Cavabdeh inzibati orqan “Ekspertizanın təyin edilməsi və keçirilməsi zamanı vergi ödəyicisinin hüquqları ilə əlaqədar vəsatətin rədd edilməsi haqqında” mübahisə predmeti olan xx xxxxxx 2019-cu il tarixli qərarını qəbul edərkən həmin qərarın qəbul edilməsini zəruri edən faktiki şərtləri onunla əsaslandırmışdır ki, qiymətləndirməni aparmış ekspert Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin, Azərbaycan Sahibkarlar Təşkilatının üzvü Azərbaycan Rieltorlar Assosiasiyasının həmtəsisçisidir. Qiymətləndirici qiymətləndirmə obyektinin bütün cəhətlərini, əlamətlərini, bazarın vəziyyətini, qiymətləndirmə obyektinin analoqlarını və hesablamaları tam təsvir etməklə Azərbaycan Respublikası qanunvericiliyinə uyğun qaydada qiymətləndirməyə aid standartlara əsaslanaraq hesabat tərtib etmişdir. Bundan əlavə, ekspert rəyinin kifayət qədər aydın və dolğun tərtib edilməsinə dair ekspert tərəfindən əvvəlcədən iltizam verilmişdir. Qeyd olunanları əsas gətirməklə mübahisə predmeti olan qərarı qəbul etmişdir. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın dəlilləri ilə razılaşmır. Belə ki, birinci instansiya məhkəməsi mübahisə predmeti olan qərarın qəbul edilməsini zəruri edən cavabdeh orqan tərəfindən irəli sürülən faktiki şərtləri əsassız hesab edərək qeyd etmişdir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur (maddə 3). Həmin Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.5-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. 41.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı iş üzrə faktiki hallarla bağlı sualları izah etmək üçün inzibati orqan maraqlı şəxslərin vəsatəti və ya öz təşəbbüsü ilə ekspert və ya mütəxəssis cəlb edə bilər. 41.3-cü maddəsinə əsasən, maraqlı şəxslər ekspertiza zamanı araşdırılmalı olan əlavə sualları və bu suallarla bağlı əlavə sənədləri inzibati orqana təqdim etməkdə haqlıdırlar. İnzibati orqan maraqlı şəxslərin təklif etdikləri sualların rədd edilməsini əsaslandırmağa borcludur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, zəruri hallarda səyyar vergi yoxlamasına ekspert cəlb edilə bilər. Ortaya çıxan məsələlərin izah olunması üçün xüsusi biliklər tələb olunduğu hallarda ekspertiza təyin edilir. 44.6-ci maddəsinə əsasən, ekspertiza keçirilməsi haqqında qərar çıxarmış vergi orqanı həmin qərarla yoxlanılması keçirilən vergi ödəyicisini bu qərarla tanış etməyə və həmin şəxsin bu Məcəllənin 44.7-ci maddəsində nəzərdə tutulan hüquqlarını ona izah etməyə borcludur. 44.7-ci maddəsinə əsasən, ekspertizanın təyin edilməsi və keçirilməsi zamanı yoxlanılan şəxsin aşağıda göstərilən hüquqları vardır: ekspertə etiraz etmək; ekspertin onun tərəfindən göstərilən şəxslərdən təyin edilməsi barədə müraciət etmək; ekspertin rəyinin alınması üçün əlavə suallar təqdim etmək; ekspertiza keçirildikdə vergi yoxlaması keçirən vergi orqanının vəzifəli şəxsinə əvvəlcədən məlumat verməklə bilavasitə və ya nümayəndəsinin vasitəsi ilə ekspertiza keçirilməsində iştirak etmək; ekspertin rəyi ilə tanış olmaq. 44.9-cu maddəsinə əsasən, ekspertin rəyinin surəti və ya onun rəy vermək imkanının olmaması barədə xəbər yoxlanılan şəxsə verilir. Həmin şəxsin izahat vermək, öz etirazlarını bəyan etmək, ekspertə əlavə sualların qoyulmasını, əlavə, yaxud təkrar ekspertizanın təyin edilməsini tələb etmək hüququ vardır. 44.10-cu maddəsinə əsasən, təkrar ekspertiza ekspertin rəyi əsaslı olmadığı və onun düzgün olmasında şübhələrin olduğu hallarda təyin edilir və başqa ekspertə həvalə edilir. Əlavə və təkrar ekspertiza bu maddə ilə nəzərdə tutulmuş qaydada təyin edilir. 44.11-ci maddəsinə əsasən, yoxlanılan şəxsin bu Məcəllənin 44.7-ci və 44.9-cu maddələrində nəzərdə tutulmuş hüquqları ilə əlaqədar vəsatəti təmin edilmədikdə, vergi orqanının rəhbəri (onun müavini) vəsatətin rədd edilməsi səbəbləri göstərilməklə əsaslandırılmış qərar çıxarır və qərarın surətini yoxlanılan şəxsə təqdim edir. Sadalanan maddi hüquq normalarının tələbindən göründüyü kimi, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Habelə, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur və maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan vəsatətləri əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Vergi Qanunvericiliyinin tələbi baxımından aparılan səyyar vergi yoxlaması zamanı ekspertiza keçirilməsi haqqında qərar çıxarmış vergi orqanı həmin qərarla yoxlanılması keçirilən vergi ödəyicisini bu qərarla tanış etməyə və həmin şəxsin bu Məcəllənin 44.7-ci maddəsində nəzərdə tutulan hüquqlarını ona izah etməyə borcludur. Qanunvericiliyin tələbi baxımından ekspertə etiraz etmək, ekspertin onun tərəfindən göstərilən şəxslərdən təyin edilməsi barədə müraciət etmək və təkrar ekspertizanın təyin edilməsini tələb etmək yoxlanılan şəxsin hüquqdur ki, bu hüquqa müdaxilə yalnız qanuni əsaslar olduğu halda mümkün ola bilər. Məhkəmə kollegiyası hesab edir ki, müəssisədə aparılan səyyar yoxlaması zamanı vergi orqanının xx xxxxxx 2018-ci il tarixli qərarı ekspert olaraq dəvət edilmiş “MBA LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin hər hansı cəmiyyətin və ya assosiasiyasının həmtəsisçisi olması ekspert tərəfindən təqdim edilmiş rəyin əsaslı olmasına dəlalət etmir. Məhkəmənin qənaətinə görə, ekspert rəyi aparılan yoxlama zamanı digər sübutlarla birgə tədqiq olunmalı, digər sübutlarla yanaşı qiymətləndirilməlidir. Belə ki, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi mövcud olmamalı, ekspertin rəyi digər sübutlarla birgə qiymətləndirildikdən sonra inzibati orqan tərəfindən ona hüquqi qiymət verilməli, digər sübutlarla eynilik təşkil etdiyi halda mötəbər sübut kimi qiymətləndirilməlidir. Hazırkı mübahisədə, yoxlama davam etdiyi halda, digər sübutlarla yanaşı təqdim edilmiş ekspert rəyi qiymətləndirilmədən cavabdeh orqanın əvvəlcədən həmin ekspert rəyinə hüquqi qiymət verməsi və həmin rəyi mötəbər hesab etməsi aparılan yoxlamanın mötəbərliyinə kölgə salır. Bu hal nəticədə, yoxlanılan şəxsin qanunvericiliklə ona tanınmış hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Məhkəmə onu da qeyd edir ki, ekspert rəyinin kifayət qədər aydın və dolğun tərtib edilməsinə dair ekspert tərəfindən əvvəlcədən iltizam verilməsi ekspert tərəfindən verilmiş rəyin əsaslı olmasına səbəb olmur, gələcəkdə ekspertin məsuliyyət məsələsinin həll edilməsi zamanı əhəmiyyət daşıyır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1461/2019 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 13 saylı X6 tərəfindən verilmiş аpelyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1461/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vəzirxan Məlikov Hаkimlər: Mübariz Hüseynov Rövşən Rəfiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar