Məhkəmə qərarları › İş №2-1(107)-116/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-116/2022

04.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-116/2022 04.03.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1rşı “hərəkətsizlik nəticəsində hüquq pozuntusunun müəyyən edilməsi” tələbinə dair inzibati iş üzrə ərazi aidiyyatı ilə bağlı birinci instansiya məhkəmələri arasındakı fikir ayrılığına şifahi məhkəmə baxışı keçirmədən baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1rşı “hərəkətsizlik nəticəsində hüquq pozuntusunun müəyyən edilməsi” barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 07.12.2021-ci il tarixli 2-1(112)-12539/2021 nömrəli qərardadına əsasən, həmin iş ərazi aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-853/2022 nömrəli, 23.02.2022-ci il tarixli qərardadı ilə inzibati iş ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmənin müəyyən edilməsi məqsədilə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı İnzibati Məhkəməsi hesab etmişdir ki, iş ərazi aidiyyəti baxımından Şəki İnzibati Məhkəməsinin yurisdiksiyasına aiddir. Belə ki, iddia tələbindən görünür ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası iddia növünə aiddir və cavabdehlər Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin səlahiyyətləri birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edir. Həmçinin, iş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı faktiki yaşadığı ünvanı İsmayıllı şəhəri, Ruslan Bədəlov küçəsi ev 39 ünvanıdır. Şəki İnzibati Məhkəməsi hesab etmişdir ki, hazırkı işə baxmaq üçün Şəki İnzibati Məhkəməsi səlahiyyətli deyildir. Belə ki, İddia ərizəsindən və ona əlavə olunmuş daşınmaz əmlakın dövlət reyestrindən 26.09.2014-cü il tarixli (qeydiyat nömrəsi:**********) çıxarışdan görünür ki, iddiaçının paylı mülkiyyətində olan fərdi yaşayış evi Bakı şəhərində yerləşir. İddiaçının tələbindən göründüyü kimi, o, paylı mülkiyyətində olan, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin yaxınlığında tikinti və şəhərsalma qanunvericiliyinin, tikintidə təhlükəsizlik qaydalarının pozularaq 13 mərtəbəli binanın inşa edilməsini mübahisələndirir. Belə olan halda, mübahisəyə İPM-in 8.1.1-ci maddəsinin tələbinə müvafiq olaraq daşınmaz əmlakın yerləşdiyi yer üzrə inzibati məhkəmə tərəfindən baxılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gəlir ki, hazırki iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, iddia ərizəsindən və ona əlavə olunmuş daşınmaz əmlakın dövlət reyestrindən 26.09.2014-cü il tarixli (qeydiyat nömrəsi:**********) çıxarışdan görünür ki, iddiaçının paylı mülkiyyətində olan fərdi yaşayış evi Bakı şəhərində yerləşir. İddiaçının tələbindən göründüyü kimi, o, paylı mülkiyyətində olan, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin yaxınlığında tikinti və şəhərsalma qanunvericiliyinin, tikintidə təhlükəsizlik qaydalarının pozularaq 13 mərtəbəli binanın inşa edilməsini mübahisələndirir. Belə olan halda, mübahisəyə İPM-in 8.1.1-ci maddəsinin tələbinə müvafiq olaraq daşınmaz əmlakın yerləşdiyi yer üzrə inzibati məhkəmə tərəfindən baxılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 8.1.1- ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 43-cü maddəsinin tələbinə əsasən inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati, kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 11 aprel 2017-ci il tarixli 2 №-li qərarı ilə Bakı şəhəri Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid edilmişdir. İnzibati Prossesual Məcəllənin 9.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə özünü səlahiyyətli saymadıqda ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmə müvafiq yuxarı məhkəmə instansiyası tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 9.3-cü maddəsinə əsasən məhkəmə icraatının hər bir iştirakçısı və mübahisəyə baxan hər bir məhkəmə aidiyyətlə bağlı yuxarı məhkəməyə müraciət edə bilər. Yuxarı məhkəmə müraciət üzrə şifahi məhkəmə baxışı keçirmədən də qərar qəbul etməyə haqlıdır. Qanunverici daşınmaz əmlak, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə müstəsna aidiyyət qaydası müəyyən etmişdir və bu qaydaya görə belə mübahisəyə yalnız həmin ərazinin olduğu yerin məhkəməsi baxmağa səlahiyyətlidir. Qanunvericiliyin tələbindən göründüyü kimi, qanunverici daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrin aidiyyətini həmin daşınmaz əmlakın olduğu yerə görə müəyyən etmişdir. Hazırkı işdə də iddiaçının yuxarıda qeyd edilən məzmunda tələbi daşınmaz əmlaka olan hüquqla əlaqədardır. Həmin daşınmaz əmlak isə Bakı şəhərində yerləşir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1rşı “hərəkətsizlik nəticəsində hüquq pozuntusunun müəyyən edilməsi” iddiasına dair inzibati iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1rşı “hərəkətsizlik nəticəsində hüquq pozuntusunun müəyyən edilməsi” iddiasına dair inzibati iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar