Məhkəmə qərarları › İş №2-1(107)-116/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-116/2023

25.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-116/2023 25.10.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinə qarşı “Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2020-ci il tarixli **********142468 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarının ləğv edilməsi” tələbinə dair inzibati Şəki İnzibati Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli 2-1(116)-144/2022 nömrəli qərarından iş üzrə İddiaçı və cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2020-ci il tarixli, **********142468 nömrəli “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” və Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli, **********477800 nömrəli qərarlarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya İPM-in 13-cü maddəsinin tələblərinə uyğun olaraq tələbin dəqiqləşdirilməsi üçün hüquqi yardım edilmiş, iddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2020-ci il tarixli, **********142468 nömrəli “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsi və həmin qərar əsasında hesablanmış borcun şəxsi hesab vərəqində silinməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

4. İşin qısa mahiyyəti ondan ibarətdir ki, xx.xx.2020-ci il tarixli səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar qəbul edilmiş, Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə aprel 2017-mart 2020-ci illər üzrə növbəti səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlamanın nəticəsi olaraq xx.xx.2020-ci il tarixli **********137412 nömrəli səyyar vergi yoxlaması aktı tərtib edilmiş və xx.xx.2020-ci il tarixli, **********142468 nömrəli “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarla iddiaçı cəmi 658504.26 manat vergi və maliyyə sanksiyası olmaqla vergi məsuliyyətinə cəlb edilmişdir. İddiaçı bütün mühasibatlıq sənədlərini yoxlayıcıya təqdim etdiyini bildirərək hesablamanın düzgün aparılmadığını bildirmiş və yuxarı vergi orqanına şikayət ərizəsi ilə müraciət etmiş, DVX-nin xx.xx.2021-ci il tarixli **********477800 nömrəli qərarı ilə inzibati şikayətin təmin edilməsindən imtina edilmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. İddiaçı tələbini cavabdeh orqan tərəfindən vergilərin düzgün hesablanmaması, yoxlamanın dayandırıldığı dövrdə bir sıra prossesual hərəkətlərin aparılması ilə əsaslandırmışdır.

5. Cavabdeh orqan iddia tələbinə etirazında xx.xx.2020-ci il tarixli **********137412 nömrəli səyyar vergi yoxlaması aktında qeyd edilmiş məlumatlara istinad etmiş, əlavə olaraq qeyd etmişdir ki, vergi ödəyicisi tərəfindən 2019-cu il ərzində 14886273 manat (ƏDV-siz) dəyərində 20 vergi ödəyicisindən mal alındığı, bundan ********.62 manat (ƏDVsiz) malın "xxxx" MMC ilə iddiaçı arasında bağlanılmış xx.xx.2019-cu il tarixli “Distribüter” müqaviləsinin 4.2-ci bəndinə əsasən distribüterin malları satıcının müəyyənləşdirdiyi yerdə distribüterə bildirdiyi qiymətə satmalı olduğu halda vergi ödəyicisinin aldığı mallara ticarət əlavəsi tətbiq edilməklə satdığı müəyyən olunmuşdur. Eyni zamanda 2019-cu il üzrə pərakəndə ticarət üzrə 6190.10 manat, topdansatış üzrə 266372.50 manat fərqin olması müəyyən edilmişdir. Sun Food MMC və Qida-AGRO MMC-lərə ərzaq məhsullarının rəflərdə sərgiləndirilməsi xidməti üzrə 585129.10 manat elektron qaimə faktura təqdim edilmiş və nəticədə 329414.05 manat fərq aşkar edilmişdir. Pərakəndə ticarət obyektinə aylar üzrə verilmiş mallara görə uçot qurulmamış, vergi ödəyicisinin narazılıqları ilə bağlı gətirdiyi sübutlar öz təsdiqini tapmamışdır.

6. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

7. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

8. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 28 oktyabr 2022-ci il tarixli 2- 1(116)-144/2022 nömrəli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2020-ci il tarixli, **********142468 nömrəli “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı hesablanmış 477874.65 manat vergi məbləği və maliyyə sanksiyası hissəsində ləğv edilmiş və həmin məbləğin iddiaçının şəxsi hesab vərəqindən silinməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2020-ci il tarixli, **********142468 nömrəli “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının 180629.61 manat vergi məbləği və maliyyə sanksiyasına münasibətdə ləğv edilməsi hissəsində iddia tələbi təmin edilməmişdir.

9. İddiaçı və cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsi həmin qərardan apellyasiya şikayətləri vermişdir.

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2020-ci il tarixli **********142468 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarının ləğv edilməsini xahiş etdi.

11. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 oktyabr 2023-cü il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

12. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi cavabdeh orqan tərəfindən təqdim olunmuş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/210 saylı rəyinə istinad etmişdir. Rəyin nəticə hissəsində qeyd edilmişdir ki, səyyar vergi yoxlaması aktında göstərilən hesablamalar əsaslı olduğu təqdirdə dövlət büdcəsinə ödənilməli olan vergilərin 438976.17 manat (429270.91 manat gəlir vergisi + 9538.94 manat ƏDV+ 166.32 manat ödəmə mənbəyindən tutulan vergi) mütəxəssis rəyində göstərilənlər əsaslı hesab olunduğu təqdirdə isə dövlət büdcəsinə ödənilməli olan əlavə verginin məbləği 120419.75 manat (73250.78 manat ƏDV+ 47002.65 manat gəlir vergisi+ 166.32 manat ödəmə mənbəyindən tutulan vergi) müəyyən olunur. Birinci instansiya məhkəməsi sözügedən rəy ilə razılaşmış, belə nəticəyə gəlmişdir ki, mübahisələndirilən qərar 477.874.65 manat vergi borcunun hesablanması hissəsində ləğv edilməli, 180629.61 manat vergi məbləği və maliyyə sanksiyasına münasibətdə isə əsaslı hesab edilməlidir. Qeyd edilmişdir ki, Zaqatala Rayon Məhkəməsinin icraatında 1(033)-37/2022 saylı cinayət işi vardır. Cinayət işi üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Mühasibatlıq ekspertizasının rəyindən görünür ki, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixinədək olan dövr üzrə borcun olmaması müəyyən olunur. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli 2-1(116)-144/2022 nömrəli qərarının qismən ləğv edilməsini, Dövlət Vergi xidmətinin 13 saylı ərazi Vergilər İdarəsinin xx.xx.2020-ci il tarixli **********142468 nömrəli vergi ödəyicisinin vergi qanuvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarının 180629.61 manat vergi məbləği və maliyyə sanksiyasına münasibətdə ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

13. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 13 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2020-ci il tarixli **********200007 nömrəli "Səyyar vergi yoxlamasının keçirilməsi haqqında’’ Qərarına əsasən İddiaçı sahibkarlıq fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ile xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr əhatə olunmaqla Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən növbəti səyyar vergi yoxlaması keçirilmiş və nəticəsi xx.xx.2020-ci il tarixli **********137412 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Səyyar vergi yoxlaması ilə 2019-cu ilin gəlir vergisi üzrə 429270,91 manat az, 2020-ci il ƏDV üzrə 9538,94 manat az, 2020-ci il ödəmə mənbəyində tutulan vergi üzrə isə 166,32 manat az, ümumilikdə vergilərin 438976,17 manat az hesablanıldığı aşkar edilmişdir. Vergi orqanı tərəfindən səyyar vergi yoxlaması aktı əsaslı və etibarlı hesab edilərək, ’‘Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********142468 nömrəli qərarla vergi ödəyicisınə ümumilikdə 658.504,26 manat olmaqla, 438976,17 manat əlavə vergi hesablanmış və 219528,09 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi orqanında olan uçot-baza məlumatlarına əsasən vergi ödəyicisinin "İxtisaslaşdırılmış mağazalarda digər ərzaq məhsullarının pərakəndə satışı” fəaliyyəti ilə məşğul olması qeyd olunmasına baxmayaraq faktiki olaraq ərzaq mallarının topdan və pərakəndə satışı fəaliyyəti ilə məşğul olduğu, vergi ödəyicisinin adına ünvan 1 ünvanında eləcə də ünvan 2 subyektlərinin qeydiyyata alındığı müəyyən olunmuşdur. Vergi ödəyicisi tərəfindən 2019-cu il ərzində 14886273 manat (ƏDV-siz) dəyərində 20 vergi ödəyicisindən mal alıncığı bundan ********.62 manat (ƏDV-siz) malın "SUN FOOD” MMCdən (VÖEN **********) alındığı, araşdırmaya əsasən "xxxx" MMC ilə İddiaçı arasında bağlanılmış xx.xx.2019-cu il tarixli “Distribüter” müqaviləsinin 4.2-ci bəndinə əsasən distribüterin malları satıcının ("xxxx" MMC-dən) müəyyənləşdirdiyi yerdə və distribüterə bildirdiyi qiymətə satmalı olduğu halda, vergi ödəyicisinin aldığı mallara ticarət əlavəsi tətbiq edilməklə satdığı müəyyən olunmuşdur. Həmçinin, aparılmış araşdırmaya əsasən vergi ödəyicisinin yoxlama ilə əhatə olunan dövr ərzində faktiki olaraq ərzaq mallarının topdan və pərakəndə satışı fəaliyyəti ilə məşğul olmasına baxmayaraq, Azərbaycan Respublikası Prezidentinin 16 iyun 2017-ci il tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın və Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2017-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Pərakəndə satış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydasının tələblərinə tam əməl olunmadığı müəyyən olunmuşdur. Eyni zamanda 2019-cu il Gəlir vergisi bəyannaməsinin 1200.1.1-ci və 1200.1.2-ci sətrlərinə əsasən (pərakəndə satışdan gəlir 2006610.06 manat və topdansatışdan gəlir 11029628,5 manat) 13036238,56 manat gəlir göstərilməsinə baxmayaraq 10763255,96 manat elektron qaimə-faktura təqdim edilmiş nəzarət-kassa aparatının fisxal yaddaş çeklərinə əsasən pərakəndə satış üzrə 1040419,96 manat kassaya mədaxil edilmişdir ki, nəticədə pərakəndə ticarət üzrə 966190,10 manat topdansatış üzrə isə 266372,50 manat fərq aşkar edilmişdir. Eləcə də, 2019-cu il Gəlir vergisi bəyannaməsinin 1200.2-ci sətrinə əsasən (işlərin görülməsindən və xidmətlərin göstərilməsindən) 225715,05 manat gəlir göstərilməsinə baxmayaraq "xxxx" MMC (VÖEN **********) və "xxxx" MMC-lərə (VÖEN **********) ərzaq məhsullarının rəflərdə sərgiləndirilməsi xidməti üzrə 585129,10 manat elektron qaimə-faktura təqdim edilmiş və nəticədə 329414,05 manat fərq aşkar edilmişdir. Qeyd olunur ki, vergi ödəyicisi tərəfindən araşdırmaya anbar üzrə malların hərəkət cədvəlləri təqdim edilməsinə baxmayaraq, anbardan pərakəndə ticarət obyektinə verilmiş mallara görə aylar üzrə uçot qurulmamış, vergi ödəyicisinin təqdim etdiyi 2019-cu il gəlir vergisi bəyannaməsi üzrə topdan və pərakəndə ticarət fəaliyyəti üzrə gəlirlərin və xərclərin müəyyən edilməsi mümkün olmamış, vergi ödəvicisinin müraciətində səvvar vergi yoxlamasından narazı olması ilə bağlı göstərdiuyi sübut və dəlillər öz təsdiqini tapmamış və nəticədə yoxlama ilə vergi ödəyicisinin vergi öhdəliyi qanunvericiliyin tələblərinə uyğun surətdə müəyyən edilmişdir. Belə kı, Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadıqda həmin mənfəətin hesablanması Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 nömrəli qərarı ilə təsdiq edilmiş "Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması" Qaydalarına müvafiq olaraq aparılır. İşin yuxarıda müəyyən olunmuş faktiki hallarını nəzərə alaraq hesab etmişlər ki, məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarını iş üzrə tətbiq etməli olduğu halda tətbiq etməmişdir. Məhkəmə kollegiyası xidməti vəzifəsinə görə işdə olan sübutlarla kifayətlənməməli olduğu halda, əlavə araşdırma aparıb sübutlar tələb edib obyektiv həqiqəti müəyyən etməli olduğu halda, heç bir hərəkət nümayiş etdirmədən, real həqiqətin müəyyən edilməsi üçün ağlabatan səylər göstərmədən sadəcə işdə olan sübutlarla kifayətlənmişdir. Məhkəmə prosesi gedişatında məhkəmənin öz təşəbbüsünə əsasən və Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-oi il tarixli, 2-1(116)-144/2022 nömrəli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Ekspert tərəfindən xx.xx.2022-ci il tarixli vəsatət təqdim edilərək, iddiaçının fəaliyyəti üzrə hesablanmış vergilərə dair ilkin mühasibatlıq sənədlərinin (e-qaimə, VHF-lər, ödəniş sənədləri, gəlirin əldə edilməsi ilə bağlı xərc sənədləri və s.) ekspertizaya təqdim edilməsi xahiş edilmişdir. Lakin iddiaçı vergi ödəyicisi tərəfindən sənədlər tam deyil, natamam qaydada təqdim edildiyindən və bəzi sənədləri isə ümumiyyətlə təqdim edə bilmədiyindən, ekspertizanın aparılmasından imtina edilmiş və rəy təqdim edilməmişdir. Belə olan halda məhkəmə xx.xx.2022-ci ıl tarixil 9/210 nömrəli ekspert rəyinə istinad etmişdir. Həmin rəyə əsasən 120419.75 manat (73250,78 manat ƏDV+47002,65 manat Gəlir vergisi+166,32 manat Ödəmə mənbəyində tutulan vergi) məbləğində vergilərin dövlət büdcəsinə ödənilməsindən yayındırılması qeyd edilmişdir Lakin həmin rəydə də ekspertin hansı metoddan istifadə etməsi və gəldiyi nəticəni əsaslandırması ətraflı qeyd edilməmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli 2-1(116)- 144/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli 2-1(116)- 144/2022 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etdi.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli 2-1(116)-144/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi.

16. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - xx.xx.2020-ci il tarixli səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərardan görünür ki, Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə aprel 2017-mart 2020-ci illər üzrə növbəti səyyar vergi yoxlaması təyin edilmiş, yoxlamanın müddəti 30 iş günü müəyyən edilmişdir. - KY201455363 nömrəli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, yoxlanılan sahibkarlıq subyektinin adı İddiaçı Mahmud oğlu, (VÖEN**********), yoxlamanın müddəti xx.xx.2020-xx.xx.2020, yoxlanılan dövr xx.xx.2017 - xx.xx.2020, yoxlamanın növü – növbəti səyyar vergi yoxlaması, yoxlamanın tipi – plan üzrə (növbəti) və digər məlumatlar qeyd edilmişdir. - növbəti səyyar vergi yoxlamasının keçirilməsi haqqında bildirişdən görünür ki, iddiaçıya səyyar vergi yoxlaması başlayanadək təqdim etmədiyi bəyannamələri qeydiyyatda olduğu vergi orqanına təqdim etməsi təklif edilmişdir. Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında tələbnamədən görünür ki, iddiaçıdan 15 gün müddətində xx.xx.2017.xx.xx.2020-ci il tarixədək dövr ərzində baş kitab, dövriyyə cədvəlləri, NKA-nın fiskal hesabatları, ilkin mühasibat sənədləri, malların alış və satış sənədləri və digər sənədlərin təqdim edilməsi tələb edilmişdir. - xx.xx.2020-ci il tarixli tələb olunan sənədlərin təqdim edilməsindən imtina barədə aktdan görünür ki, zəruri olan sənədləri təqdim edilməsi ilə bağlı sənədlərin vergi ödəyicisinə xx.xx.2020-ci il tarixdə verilməsinə baxmayaraq, həmin sənədlərin xx.xx.2020ci il tarixədək yoxlamaya tam təqdim edilməməsi qeyd olunmuşdur. - Səyyar vergi yoxlamasının dayandırılması haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, vergi yoxlaması xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək dayandırılmışdır. - Səyyar vergi yoxlamasının dayandırılması haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, vergi yoxlaması xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək dayandırılmışdır. - Dayandırılmış səyyar vergi yoxlamasının bərpa edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, xx.xx.2020-ci il tarixli qərarla dayandırılmış səyyar vergi yoxlaması xx.xx.2020-ci il tarixdən bərpa edilmişdir. - Səyyar vergi yoxlamasının dayandırılması haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, vergi yoxlaması xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək dayandırılmışdır. - Dayandırılmış səyyar vergi yoxlamasının bərpa edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, xx.xx.2020-ci il tarixli qərarla dayandırılmış səyyar vergi yoxlaması xx.xx.2020-ci il tarixdən bərpa edilmişdir. - Səyyar vergi yoxlamasının dayandırılması haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, vergi yoxlaması xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək dayandırılmışdır. - Səyyar vergi yoxlaması zamanı inventarizasiyanın təyin edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərradan görünür ki, iddiaçının mülkiyyətində və istifadəsində olan daşınan əmlakın, malların, o cümlədən qeyri-maddi aktivlərin və pul vəsaitlərinin inventarizasiyasının aparılması təyin edilmişdir. - Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan və xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, iddiaçıdan xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr ərzində baş kitab, dövriyyə cədvəlləri, NKAnın fiskal hesabatları, ilkin mühasibat sənədləri, malların alış və satış sənədləri və digər sənədlərin götürülməsinin həyata keçirilməsi qərara alınmış, tələb olunan sənədlər vergi ödəyicisi tərəfindən təqdim edilmişdir. - xx.xx.2020-ci il tarixli **********137412 nömrəli səyyar vergi yoxlaması aktından görünür ki, yoxlama xx.xx.2020-ci il tarixdə başlamış və xx.xx.2020-ci il tarixdə başa çatmış, Sözügedən aktda vergi ödəyici tərəfindən nəzarət kitabçasının təqdim edilməməsi, faktiki olaraq ixtisaslaşdırılmış mağazalarda sair məhsulların pərakəndə satışı ilə məşğul olması qeyd edilmişdir. Aktın nəticə hissəsində Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən gəlir vergisinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən 429270.91 manat azaldılmasına görə 50 faiz miqdarında yəni, 214635.46 manat maliyyə sanksiyası, büdcəyə çatası ƏDV-nin hesabatında göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən 9538.94 manat azaldılmasına görə 50 faiz miqdarında, yəni 4769.47 manat maliyyə sanksiyasının, sadələşdirilmiş verginin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən 488.40 manat azaldılmasına görə 50 faiz miqdarında, yəni 244.20 manat, ödəmə mənbəyində tutulan verginin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən 166.32 manat yayındırılmasına görə 50 faiz miqdarında yəni 83.16 manat maliyyə sanksiyasının, Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən vergi hesabatını müəyyən edilən müddətdə təqdim etmədiyinə görə 40 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif edilmişdir. - cavabdehin xx.xx.2020-ci il tarixli, **********142468 nömrəli “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarından görünür ki, vergi yoxlaması nəticəsində gəlir vergisinin 429270.91 manat, ƏDV-nin 9538.94 manat və ödəmə mənbəyində tutulan verginin 166.32 manat məbləğində azaldılması müəyyən edilərək vergi məsuliyyətinə cəlb edilmiş, cəmi, 439976.17 manat hesablanmış vergilər və 219528.09 manat vergi qanunvericiliyinin pozulmasına görə maliyyə sanksiyası hesablanmışdır. - DVX-nin xx.xx.2021-ci il tarixli **********477800 nömrəli inzibati şikayətin təmin edilməməsi haqqında qərarından görünür ki, iddiaçının xx.xx.2021-ci il tarixli inzibati şikayəti təmin edilməmiş, cavabdehin xx.xx.2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. - 2013020133537400 nömrəli tələbnamədən görünür ki, büdcəyə ödənilməli olan cəmi 658504.26 manat pul məbləğinin 5 gün müddətində ödənilməsi iddiaçıdan tələb edilmişdir. - Məhkəmə kollegiyası tərəfindən edilmiş sorğu nəticəsində əldə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/2110 nömrəli ekspert rəyinə əsasən, rəyin tədqiqi hissəsində göstərildiyi kimi, xx.xx.2020-ci il tarixli səyyar vergi yoxlaması aktında və xx.xx.2022-ci il tarixli mütəxəssis rəyində müəyyən olunmuş əlavə hesdablamarın hansının nəzərə alınmasına istintaq orqanı tərəfindən qiymət verilməlidir. Belə ki, səyyar vergi yoxlaması aktında göstərilən hesablamalar əsaslı hesab olunduğu təqdirdə dövlət büdcəsinə ödənilməli olan əlavə vergilərin 438.976,17 manat (429.270,91 manat gəlir vergisi + 9.538,94 manat əlavə dəyər vergisi + 166,32 manat ödəmə mənbəyində tutulan vergi), mütəxəssis rəyində göstərilənlər əsaslı hesab olunduğu təqdirdə isə dövlət büdcəsinə ödənilməli olan əlavə vergilərin məbləği 120.419,75 manat (73.250,78 manat əlavə dəyər vergisi + 47.002,65 manat gəlir vergisi+ 166,32 manat ödəmə mənbəyində tutulan vergi) məbləğində müəyyən olunur. - Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/7806 nömrəli ekspert rəyinə əsasən, hazırkı tədqiqatla xx.xx.2022-ci il tarixli mütəxəssis rəyi nəzərə alındığı təqdirdə həmin mütəxəssis rəyində göstərilənlərə və iş materiallarında olan sənədlərə əsasən vergi orqanı tərəfindən müəyyən olunmuş dövriyyələr (müvafiq vergilər üzrə), vergilər və s. arasında fərqlilik müəyyən olunmamışdır. Yəni tədqiqatla xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üzrə müəssisə tərəfindən aparılmış əməliyyatlara görə əlavə olaraq hesablanmış vergilərin ümumilikdə məbləği 120419,75 manat (73250,78 (ƏDV) + 47002,65 (gəlir) +166,32 (ÖMV)) müəyyən edilmişdir. Həmçinin, İddiaçı barəsində ittiham aktı tərtib edilib məhkəməyə göndərilənədək hesabdan çıxarış sənədlərində və şəxsi hesab vərəqəsində öz əksini tapmış fiziki şəxs İddiaçı ödənişləri vergi orqanı tərəfindən hesablanan 120419,75 manat məbləğindən çıxılmalı olduğu halda çıxılmamışdır. Həmin məbləğdən yəni 120419,75 manat əlavə hesablanan vergi məbləğindən çıxılmalı olan ödənişlər hazırkı rəyin ikinci və üçüncü suallarında göstərilmişdir. İddiaçı barəsində ittiham aktı tərtib edilib məhkəməyə göndərilənədək hesabdan çıxarış sənədlərində və şəxsi hesab vərəqəsində öz əksini tapmış fiziki şəxs İddiaçı ödənişlərinin nəzərə alınmaması müəyyən olunur. Həmçinin, qeyd edilmişdir ki, həmin ödənişlər nəzərə alınmaqla xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üzrə borcunun olmaması müəyyən olunur. - Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/814 nömrəli ekspert rəyinə əsasən, xx.xx.2022-ci il tarixli 9/2110 saylı ilkin ekspert rəyi ilə xx.xx.2022-ci il tarixli 9/7806 nömrəli ekspert rəyi arasında yaranmış fərqin və xx.xx.2022-ci il tarixli 9/2110 saylı ekspert rəyi verilərkən İddiaçı barəsində ittiham aktı tərtib edilib məhkəməyə göndərilənədək hesabdan çıxarış sənədlərində və şəxsi hesab vərəqəsində öz əksini tapmış fiziki şəxs İddiaçı ödənişlərinin nəzərə alınmamasının səbəbi ekspert qarşısında qoyulmuş sualların fərqliliyi və təqdim edilmiş tədqiqat obyektlərinin fərqli sayda təqdim edilməsi olmuşdur. Belə ki, istintaq zamanı təyin edilmiş ekspertiza tədqiqatına 10 cilddən ibarət iş materialları, məhkəmənin qərarına əsasən təyin edilmiş ekspertiza tədqiqatına isə 12 cilddən ibarət iş materialları təqdim edilməsi olmuşdur.

TƏTBİQ EDİLƏN HÜQUQ

17. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. 48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

18. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: Maddə 38.2. Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə iş gününə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 gündən iş günündən çox olmayan müddətə uzadıla bilər:... 38.4. Səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Maddə 49. Vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə qərarın çıxarılması 49.1. Səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: 49.1.1. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi; 49.1.2. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması; 49.1.3. əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında; 49.1.4. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın qüvvədə saxlanılması; 49.1.5. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişikliklər edilməsi; 49.1.6. yeni qərarın qəbul edilməsi. 49.1-1. Bu Məcəllənin 49.1.4-cü – 49.1.6-cı maddələrinin müddəaları bu Məcəllənin 38.3-cü maddəsində nəzərdə tutulmuş əsas üzrə keçirilən səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə qəbul olunan qərarlara münasibətdə tətbiq edilir. Maddə 67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. ... 67.3-cü maddəsinə əsasən vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. 67.4.-cü maddəsinə əsasən vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. 83.2-ci maddəsinə əsasən vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; 83.2.2. bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata; 83.2.3. vergi yoxlaması materiallarına; 83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara. 83.9-cu maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır.

19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 43.2.1. İşdə iştirak edən şəxslərdən və ya onların nümayəndələrindən xidməti və ya sair cəhətdən asılı olduqda ekspert və ya mütəxəssis inzibati icraatda iştirak edə bilməz. 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

20. Apellyasiya şikayətləri vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayətləri mümkündür.

21. İddiaçı tərəfindən qaldırılmış mübahisələndirmə haqqında iddia (İPM-in 32-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı ona münasibətdə əlverişsiz (yükləyici) inzibati aktın (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2, 2.0.11 və 57-ci maddələri) ləğv olunmasını tələb edir, eləcə də hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu iddia edir (İPM-in 35-ci maddəsi).

22. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır.

23. Hazırkı işdə iddianın mümkünlüyünə dair digər şərtlər də mövcuddur. Belə ki, iddiaçı cavabdehin qərarını aldıqdan sonra vaxtında məhkəməyə iddia vermişdir (İPM-in 38.1-ci maddəsi).

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, tələb edilən sənədlər iddiaçıdan istənilmiş, iddiaçı özündə olan bütün sənədləri təqdim etdiyini bildirmişdir. İddiaçının təqdim etdiyi bütün sənədlər ekspertiza tədqiqatına verildiyindən əlavə sənədlərin ekspertə təqdim edilməsi mümkün olmamış, təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının aparılmasından xx.xx.2022-ci il tarixdə imtina edilmişdir. İş üzrə keçirilmiş məhkəmə iclaslarında iddiaçı mühasibatlıq sənədlərinin olduqca çox olmasını bildirməsinə baxmayaraq, əlavə sənədlərin təqdim edilməsini təmin etməmişdir. Odur ki, məhkəmə yuxarıda qeyd edildiyi kimi 10 cilddən ibarət cinayət işi üzrə təqdim edilmiş sənədlər əsasında verilmiş mütəxəssis rəyini iş üzrə obyektiv həqiqətin aşkar edilməsi üçün yetərli hesab edir. Belə olan halda mübahisləndirilən qərar 477874.65 manat vergi borcunun hesablanması hissəsində ləğv edilməli, 180629.61 manat vergi məbləği və maliyyə sanksiyasına münasibətdə isə əsaslı hesab edilməlidir.

25. Cavabdehin xx.xx.2020-ci il tarixli, **********142468 nömrəli “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarı ilə vergi yoxlaması nəticəsində gəlir vergisinin 429270.91 manat, ƏDV-nin 9538.94 manat və ödəmə mənbəyində tutulan verginin 166.32 manat məbləğində azaldılması müəyyən edilərək vergi məsuliyyətinə cəlb edilmiş, cəmi, 439976.17 manat hesablanmış vergilər və 219528.09 manat vergi qanunvericiliyinin pozulmasına görə maliyyə sanksiyası hesablanmışdır.

26. İşə əlavə edilmiş Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin Audit Şöbəsinin mütəxəssisi tərəfindən verilmiş 14 mart 2022-ci il tarixli mütəxəssis rəyi nəzərə alınmaqla fərdi sahibkar İddiaçı tərəfindən xx.xx.2017-ci il tarixdən xx.xx-2020-ci il tarixədək olan dövr üzrə dövlət büdcəsinə hesablanmalı və ödənilməli olan vergi məbləğinin müəyyən edilməsi ilə bağlı cinayət işi üzrə keçirilmiş Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə mühasibat ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/2110 saylı rəyinə əsasən, rəyin tədqiqi hissəsində göstərildiyi kimi, xx.xx.2020-ci il tarixli səyyar vergi yoxlaması aktında və xx.xx.2022-ci il tarixli mütəxəssis rəyində müəyyən olunmuş əlavə hesablamaların hansının nəzərə alınmasına istintaq orqanı tərəfindən qiymət verilməlidir. Belə ki, səyyar vergi yoxlaması aktında göstərilən hesablamalar əsaslı hesab olunduğu təqdirdə dövlət büdcəsinə ödənilməli olan əlavə vergilərin 438.976,17 manat (429.270.91 manat gəlir vergisi + 9.538,94 manat əlavə dəyər vergisi + 166,32 manat ödəmə mənbəyində tutulan vergi), mütəxəssis rəyində göstərilənlər əsaslı hesab olunduğu təqdirdə isə dövlət büdcəsinə ödənilməli olan əlavə vergilərin məbləği 120 419,75 manat (73.250.78 manat əlavə dəyər vergisi + 47.002.65 manat gəlir vergisi + 166.32 manat ödəmə mənbəyində tutulan vergi) məbləğində müəyyən olunur. 27.Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə mühasibat ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/2110 saylı rəyi ilə İddiaçı araşdırılan dövr üzrə dövlət büdcəsinə ödəməkdən yayındırılmış ümumilikdə gəlir vergisi 14 mart 2022-ci il tarixli mütəxəssis rəyi əsasında hesablanmışdır. 14 mart 2022-ci il tarixli mütəxəssis rəyini tərtib etmiş olan mütəxəssis X1 isə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin Audit Şöbəsinin böyük dövlət vergi müfəttişi olduğundan ibtidai istintaqı aparan orqanın əməkdaşıdır. Belə olan halda, rəyi vermiş mütəxəssis ilə ibtidai istintaqı aparan orqan arasında xidməti asılılıq mövcud olduğundan kollegiya belə qənaətə gəlir ki, həmin asılılığın mövcudluğu onun verdiyi rəyin mötəbərliyini şübhə altına alır. Bu da öz növbəsində onu işin nəticəsində maraqlı şəxsə çevirir. Halbuki, rəy vermiş mütəxəssislə inzibati icraat zamanı proses iştirakçıları arasında heç bir xidməti və sair cəhətdən asılılıq mövcud olmamalıdır. Belə olan halda mütəxəssisə etiraz edilməlidir (İnzibati İcraat Haqqında Qanunun 43.2.1-ci maddəsi).

28. Bununla bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə mühasibat ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/2110 saylı rəyinin 14 mart 2022-ci il tarixli mütəxəssis rəyi əsasında verilməsi həmin ekspert rəyinin mötəbərliyinə bilavasitə təsir etdiyindən, birinci instansiya məhkəməsi xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsaslanaraq iddia tələbini qismən təmin etməklə düzgün nəticəyə gəlməmişdir.

29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

30. Belə ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə verilən ittihamla bağlı Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin Audit Şöbəsinin böyük dövlət vergi müfəttişi Mübariz Kazımov tərəfindən verilmiş 14 mart 2022ci il tarixli mütəxəssis rəyi ilə araşdırılan dövr üzrə dövlət büdcəsinə ödəməkdən yayındırılmış ümumilikdə gəlir vergisinin, ƏDV və ÖMV məbləği 120.419,75 manat (73250,78+47002,65+166,32) müəyyən edilmişdir.

31. Zaqatala Rayon Məhkəməsi tərəfindən səyyar vergi yoxlaması nəticəsində müəssisə üzrə yoxlamanın əhatə etdiyi dövrdə aparılmış əməliyyatlara görə Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2020-ci il tarixli **********142468 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarı ilə hesablanmış vergi borcunun ödənilməməsinə dair cinayət əməlini törətməkdə təqsirləndirilməsi barədə cinayət işi üzrə təyin edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə mühasibat ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/7806 saylı rəyindən görünür ki, rəyin tədqiqi hissəsində göstərildiyi kimi, hazırkı tədqiqatla xx.xx.2022-ci il tarixli mütəxəssis rəyi nəzərə alındığı təqdirdə həmin mütəxəssis rəyində göstərilənlərə və iş materiallarında olan sənədlərə əsasən vergi orqanı tərəfindən müəyyən olunmuş dövriyyələr (müvafiq vergilər üzrə), vergilər və s. arasında fərqlilik müəyyən olunmadı. Yəni tədqiqatla xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üzrə müəssisə tərəfindən aparılmış əməliyyatlara görə əlavə olaraq hesablanmış vergilərin ümumilikdə məbləği 120419,75 manat (73250,78 (ƏDV) + 47002,65 (gəlir ) + 166,32 (ÖMV)) müəyyən edilir. Həmçinin bildirilir ki, İddiaçı barəsində ittiham aktı tərtib edilib məhkəməyə göndərilənədək hesabdan çıxarış sənədlərində (cild 12 səh: 52) və şəxsi hesab vərəqəsində (cild 11, səh: 11-18) öz əksini tapmış fiziki şəxs (fərdi sahibkar) İddiaçı ödənişləri vergi orqanı tərəfindən hesablanan 120419,75 manat məbləğindən çıxılmalı olduğu halda çıxılmamışdır. Həmin məbləğdən yəni 120419,75 manat əlavə hesablanan vergi məbləğindən çıxılmalı olan ödənişlər hazırkı rəyin ikinci və üçüncü suallarında göstərilmişdir. İkinci və üçüncü suallar üzrə: Hazırkı rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən İddiaçı barəsində ittiham aktı tərtib edilib məhkəməyə göndərilənədək hesabdan çıxarış sənədlərində (cild 12 səh: 52) və şəxsi hesab vərəqəsində (cild 11, səh: 11-18) öz əksini tapmış fiziki şəxs (fərdi sahibkar) İddiaçı ödənişlərinin (ödəniş və artıq ödəniş) nəzərə alınmaması müəyyən olunur. Həmçinin qeyd edilir ki, həmin ödənişlər nəzərə alınmaqla xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üzrə borcunun olmaması müəyyən olunur.

32. Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə mühasibat ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/814 saylı rəyi əsasən, xx.xx.2022-ci il tarixli, 9/2110 saylı ilkin ekspert rəyi ilə xx.xx.2022-ci il tarixli 9/7806 nömrəli ekspert rəyi arasında yaranmış fərqin və xx.xx.2022-ci il tarixli, 9/2110 saylı ekspert rəyi verilərkən “İddiaçı barəsində ittiham aktı tərtib edilib məhkəməyə göndərilənədək hesabdan çıxarış sənədlərində (cild 12 səh: 52) və şəxsi hesab vərəqəsində (cild 11, səh: 11-18) öz əksini tapmış fiziki şəxs (fərdi sahibkar) İddiaçı ödənişlərinin (ödəniş və artıq ödəniş)” nəzərə alınmamasının səbəbi ekspert qarşısında qoyulmuş sualların fərqliliyi və təqdim edilmiş tədqiqat obyektlərinin fərqli sayda təqdim edilməsi olmuşdur. Belə ki, istintaq zamanı təyin edilmiş ekspertiza tədqiqatına 10 cilddən ibarət iş materialları, məhkəmənin qərarına əsasən təyin edilmiş ekspertiza tədqiqatına isə 12 cilddən ibarət iş materiallarının təqdim edilməsi olmuşdur.

33. Səyyar vergi yoxlaması nəticəsində müəssisə üzrə yoxlamanın əhatə etdiyi dövrdə aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan vergilərin hesablanmasına dair verilmiş Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə mühasibat ekspertizasının xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli ekspert rəyləri arasındakı ziddiyətlərin aydınlaşdırılması məqsədilə Zaqatala Rayon Məhkəməsinin icraatında olmuş İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə baxılan zaman məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin İqtisad ekspertizaları şöbəsinin baş eksperti X2 ifadəsində göstərmişdir ki, İddiaçı 2018-də sadələşdirilmiş vergi ödəyicisi olmuşdur. Onun fəaliyyəti ilə bağlı səyyar vergi yoxlaması keçirilmiş və 2019-cu il üçün səyyar vergi yoxlaması ilə hesablanmış vergi nəzərə alınmadan mütəxəssis tərəfindən rəy verilərkən İddiaçı gəlir vergisi hesablanmışdır. İddiaçı 2018-ci ildə sadələşdirilmiş vergi ödəyicisi olmuş, lakin mütəxəssis isə ona həmin dövr üçün gəlir vergisi hesablamışdır. İddiaçı Şəxsi hesab vərəqəsinə baxan zaman görünür ki, xx.xx.2020-ci il tarixdə onun 44600 manat gəlir vergisindən ödənişi olub, amma mütəxəssis rəyi ilə də 40 000 manatdan artıq gəlir vergisi hesablanmışdır. Ödənilmiş gəlir vergisi mütəxəssis rəyi ilə hesablanmış və ittiham verilmiş məbləğdən çıxılmalı olduğu halda, çıxılmamışdır. Ödənişlər çıxılmamışdır. İddiaçı tərəfindən ödənilmiş 44600 manat gəlir vergisi ödənişi çıxıldığı halda onun borcu yoxdur. Vergi orqanı səyyar vergi yoxlamasının nəticələri ilə razılaşmamış, mütəxəssis təyin etmiş, mütəxəssis tərəfindən 14 mart 2022-ci il tarixdə verilmiş rəyi əsas götürmüşdür. Mütəxəssis rəyi ilə də 120000 manat vergi borcu hesablanmışdır. Bu hesablanma şəxsi hesab vərəqəsində öz əksini tapmamışdır. İlk rəydə də göstərilmişdir ki, ödənişlər nəzərə alınmadan mütəxəssis rəyinə məhkəmə tərəfindən qiymət verildiyi halda İddiaçı 120000 borcu vardır. xx.xx.2020-ci il tarixə İddiaçı 198000 artıq ödəməsi vardır. Artıq ödəmə qrafasında xx.xx.2020-ci ilə İddiaçı 212000 artıq ödəməsi vardır. Səyyar vergi yoxlaması 2020-ci ilin aprel ayının 20-nə kimi keçirilmiş və İddiaçı həmin tarixə 212000 manat artıq ödənişi olmuşdur. Ekspert rəyində yoxlamadan sonrakı dövr də daxil olmaqla 197000 manat kimi göstərmişdir. İbtidai istintaq zamanı verilən ekspert rəyində göstərilmişdir ki, borcun hansı sənəd əsasında müəyyən edilməsinə istintaq orqanı tərəfindən hüquqi qiymət verilməlidir. İttiham aktı tərtib edilən müddətdə İddiaçı vergi borcu olmamış və artıq ödənişləri olmuşdur.

34. Həmin məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin İqtisad ekspertizaları şöbəsinin aparıcı eksperti X4 ifadəsində göstərmişdir ki, o, 17 mart 2023-cü il tarixli 9/814 nömrəli rəyi tərtib edib və rəydə hər şeyi aydın şəkildə göstərmişdir. Rəylər arasında fərqə səbəb olan halları, yəni istintaq orqanı tərəfindən və məhkəmə tərəfindən qoyulan sualları və həmin suallar arasındakı fərqi ayrı-ayrılıqda rəydə göstərmişdir. Qoyulan suallara uyğun olaraq əvvəlki ekspert rəyləri tərtib olunmuş və verilən cavablar həmin suallara uyğun hazırlanmışdır. Əlavə olaraq istintaq orqanından material daxil olarkən cinayət işi 10 cild məhkəmədən daxil olarkən isə 12 cilddə daxil olduğunu bildirmişdir. Rəylər arasında fərqin yaranmasına əsas səbəb sualların fərqli qoyulması olmuşdur. İbtidai istintaq orqanı tərəfindən yönləndirici suallar qoyulmuş və bunun əsasında borcun olması və cinayət tərkibinin olması sübuta yetirilir. İbtidai istintaq orqanı tərəfindən qoyulan suallarda da “ibtidai istintaq orqanı tərəfindən nəzərə alınmaqla” qeydi edilir. İstintaq orqanına ekspert tərəfindən vəsatət verildikdə ibtidai istintaq orqanı cavab verir ki, yoxlama ibtidai istintaq orqanı tərəfindən sübuta yetirilmiş iş materialları əsasında aparılsın və bunun əsasında rəy verilsin. O, verdiyi 17 mart 2023-cü il tarixli 9/814 nömrəli rəyə münasibətdə qeyd etdi ki, qoyulmuş suallar əsasında öz rəyini vermişdir. Məhkəmə tərəfindən ekspertizanın təyin edilməsi barədə qərardadda qoyulan suallar ibtidai istintaq zamanı da qoyulsa idi İddiaçı borcunun olmaması rəyi veriləcəkdi. O, Elbrus Həsənovun verdiyi ekspert rəyini təsdiq edir. Hesab edir ki, təqdim edilmiş sənədlərə əsasən ittiham verilən tarixə İddiaçı yayındırılmış vergi borcu olmamışdır.

35. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

36. Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

37. Göründüyü kimi, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam araşdırmadan, mütəxəssis rəyi vermiş Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin Audit Şöbəsinin mütəxəssisi ilə ibtidai istintaqı aparan orqan arasında xidməti asılılığın mövcudluğunu nəzərə almadan, işin faktiki hallarını tam araşdırmadan, əlavə sənədlərin tələb edilməsi ilə bağlı sorğular etmədən, araşdırılan dövr üzrə dövlət büdcəsinə ödəməkdən yayındırılmış vergi borcunun düzgün hesablanıb-hesablanmaması ilə bağlı ekspert rəyi almadan qərar qəbul etməklə İPM-in 12 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi”, “Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri”nin tələblərini pozmuşdur.

38. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək qeyd edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinası əsassız olmuşdur, iddianın təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla iddiaçının hüquqlarını pozmuşdur.

39. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, işə əlavə edilmiş sənədlərdən görünür ki, Vergi İdarəsi tərəfindən Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin Audit Şöbəsinin mütəxəssisi tərəfindən verilmiş mütəxəssis rəyi əsasında ibtidai istintaqı aparan orqanın əldə etdiyi xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsaslanaraq İddiaçı yoxlanan dövr üzrə 120.419,75 manat vergi borcu olduğuna görə ona qarşı ittiham irəli sürülmüş, bundan başqa ibtidai istintaqı aparan orqanın əldə etdiyi rəyə əsaslanaraq İddiaçı qarşı Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2020-ci il tarixli, **********142468 nömrəli “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının hesablanmış 477874.65 manat vergi məbləği hissəsində imtina etməsinə baxmayaraq cavabdeh inzibati orqan Şəki İnzibati Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli 2-1(116)-144/2022 nömrəli qərarından apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyasının qənaətinə görə cavabdeh tərəfindən apellyasiya şikayəti formal mülahizələrə əsaslanaraq əsassız olaraq, sırf şikayət verilməsi xatirinə verilmişdir.

40. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək belə hesab edir ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edən inzibati orqanın hərəkətləri əsassız olmuşdur. “İnzibati icraat haqqında” Qanuna əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Lakin hazırkı işdə inzibati orqan lazımi qaydada araşdırma aparmadan iddiaçının müraciətinin təmin edilməsindən əsassız olaraq imtina etmişdir.

41. Belə ki, məhkəmə kollegiyası tərəfindən işə əlavə edilimiş sənədlərin və iş üzrə keçirilmiş rəylərin araşdırılması nəticəsində əldə edilmiş sübutlardan da müəyyən edildiyi kimi, İddiaçı Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2020-ci il tarixli **********142468 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarı ilə hesablanmış vergi borcunun olması öz təsdiqini tapmamışdır.

42. Beləliklə, işin yuxarıda göstərilən hallarından göründüyü kimi, iddiaçının müraciətinin təmin edilməsindən imtina edən inzibati orqanın “İnzibati icraat haqqında” Qanuna əsasən inzibati orqan inzibati icraat zamanı işin bütün hallarının araşdırılması onun xidməti vəzifəsindən irəli gəlməsinə baxmayaraq inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmadan iddiaçının müraciətinin təmin edilməsindən əsassız olaraq imtina etmişdir.

43. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli, iddia təmin edilərək Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2020-ci il tarixli **********142468 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarı ləğv edilməli, iddiaçının apellyasiya şikayəti təmin edilməli, cavabdehin apellyasiya şikayəti təmin edilməməlidir.

44. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli 2-1(116)-144/2022 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılaraq iddia təmin edilsin. Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2020-ci il tarixli **********142468 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarı ləğv edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar