Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-117/2021 12.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, iddiaçı "Amil" kəndli (fermer) təsərrüfatının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "Amil" kəndli (fermer) təsərrüfatının cavabdeh Yevlax Bələdiyyəsinə qarşı "xx.xx.2011-ci il tarixli 06 nömrəli qərarın 20 hektar torpaq sahəsi ilə bağlı hissədə ləğv edilməsi" tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-167/2020 nömrəli qərardadından 3-cü şəxs: “xxxx” MMC tərəfindən vеrilmiş аpеllyаsiyа şikаyətinə аçıq məhkəmə iclаsındа baxaraq müəyyən etdi: İddiaçı "Amil" kəndli (fermer) təsərrüfatı cavabdeh Yevlax Bələdiyyəsinə qarşı "xx.xx.2011-ci il tarixli 06 nömrəli qərarın 20 hektar torpaq sahəsi ilə bağlı hissədə ləğv edilməsi" barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. O, iddia tələbini belə əsaslandırmışdır ki, Yevlax Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli 84 nömrəli sərəncamı ilə Yevlax Şəhər İcra Hakimiyyətinin balansında olan Kür çayı sahilindəki ehtiyat torpaq fondundan ayrılmış 20 ha torpaq sahəsində "Amil" kəndli (fermer) təsərrüfatı yaradılmış və onun nizamnaməsi təsdiq edilmişdir. Bundan başqa, iddiaçı "xxxx" MMC cavabdeh Yevlax Şəhər İcra Hakimiyyətinə qarşı "Yevlax Şəhər İcra Hakimiyyətinin üzərinə Yevlax Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli 51 nömrəli sərəncamının etibarsız hesab edilməsinə dair qərar qəbul edilməsi öhdəliyinin qoyulması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Hazırkı iş üzrə üçüncü şəxs olan "xxxx" MMC Şəki İnzibati Məhkəməsinə ərizə ilə müraciət edərək, həmin iş üzrə icraat başa çatana kimi hazırkı iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. O, xahişini belə əsaslandırmışdır ki, hazırkı iş həmin iş üzrə məsələnin həllindən asılıdır. Şəki İnzibаti Məhkəməsinin (hakim Vidadi Qasımov) xx xxxxxx 2020-ci il tarixli 2- 1(116)-167/2020 nömrəli qərardadı ilə icraatın dayandırılması barədə üçüncü şəxs "xxxx" MMC-nin ərizəsi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi həmin qərardadı belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 7.1-ci maddəsinə görə, mübahisənin həllinin tamamilə və ya qismən həmin dövrdə baxılan digər inzibati mübahisənin predmetini təşkil edən və ya inzibati orqan tərəfindən baxılmalı olan hüquq münasibətinin mövcud olmasından və ya olmamasından asılı olduğu hallarda, məhkəmə iş üzrə icraatı həmin mübahisə həll edilənə kimi və ya inzibati orqan tərəfindən müvafiq qərar qəbul edilənə kimi dayandıra bilər. İş üzrə icraatın dayandırılması haqqında məsələni həll edərkən, məhkəmə onun davam etdirilməsinin məqsədəuyğunluğu ilə bağlı halları nəzərə almalıdır. Normadan görünür ki, inzibati iş üzrə icraatın digər inzibati mübahisə həll edilənə kimi dayandırılması üçün ilk növbədə hazırkı işin həllinin həmin digər inzibati işin həllindən asılılığı müəyyən edilməldir. İşdə olan Yevlax Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli 51 nömrəli sərəncamının surətindən görünür ki, 142 nömrəli texniki-peşə məktəbinə təlim təsərrüfatı məqsədi üçün ayrılmış 128 hektar torpaq sahəsinin məktəbdən uzaq məsafədə yerləşdiyi üçün həmin torpaq sahəsindən məktəbin istifadə etmədiyini, bu barədə 142 nömrəli texniki-peşə məktəbinin xx.xx.1996-cı il tarixli 117 nömrəli məktubunu nəzərə alaraq həmin torpaq sahəsinin geri alınması və şəhər icra hakimiyyətinin ehtiyat torpaq fonduna daxil edilməsi, 142 nömrəli texnikipeşə məktəbinə həmin torpaqdan istifadə hüququna dair verilmiş xx.xx.1977-ci il tarixli dövlət aktının ləğv edilməsi, göstərilən torpaq sahəsindən ərzaq bolluğu yaratmaq məqsədilə gələcəkdə kəndli (fermer) təsərrüfatı yaradılması məqsədi üçün istifadə olunması qərara alınmışdır. Göründüyü kimi, "xxxx" MMC-nin iddiasında etibarsız hesab edilməsi tələb olunan sərəncamın "Amil" kəndli (fermer) təsərrüfatına aidiyyəti yoxdur. Həmin iddianın təmin, yaxud da rədd edilməsi hazırkı iş üzrə iddianın həllinə təsir göstərməyəcək. Başqa sözlə, hazırkı işin həllinin həmin işin həllindən asılılığı yoxdur. Ona görə də birinci instansiya məhkəməsi düzgün qənaətə gəlmişdir ki, icraatın dayandırılmasına zərurət yoxdur. 3-cü şəxs: “xxxx” MMC həmin qərardaddan аpеllyаsiyа şikаyəti vermişdir. Üçüncü şəxs "xxxx" MMC məhkəməyə xx.xx.2020-ci il tarixli 29 nömrəli məktubla müraciət edərək, həmin iş üzrə icraatın, "Amil-96" kəndli (fermer) təsərrüfatının yaradılması barədə Yevlax Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli 84 nömrəli sərəncamının və həmin sərəncam əsasında verilmiş A-004865 nömrəli dövlət aktının etibarsız hesab edilməsi ilə əlaqədar "xxxx" MMC-nin Yevlax Şəhər İcra Hakimiyyətinə olan xx.xx.2020-ci il tarixli 24 nömrəli ərizəsinə baxılana və müvafiq qərar qəbul edilənədək, qərar qəbul edilmədiyi təqdirdə mübahisə həll edilənədək dayandırılmasını xahiş etmişdir. 3-cü şəxs: “xxxx” MMC vəsatətini belə əsaslandırmışdır ki, "Amil-96" kəndli (fermer) təsərrüfatının yaradılmasına dair Yevlax Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli 84 nömrəli sərəncamı və həmin sərəncam əsasında verilən dövlət aktı hüquqi əsası olmayan etibarsız sənədlərdir. Bu səbəbdən də "xxxx" MMC həmin sərəncamın və dövlət aktının etibarsız hesab edilməsi barədə məktubla Yevlax ŞİH-ə müraciət etmişdir. Həmin sərəncamın və dövlət aktının etibarsız hesab edilməsi barədə qərar qəbul edilərsə, hazırkı inzibati işə baxılması lüzumsuz olacaq. Birinci instansiya məhkəməsi xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə üçüncü şəxs "xxxx" MMC-nin vəsatəti təmin edilmiş, A seriyalı 004865 nömrəli "Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktı"nın və Yevlax Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli 84 nömrəli sərəncamının mübahisələndirilməsinə dair "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli 27 nömrəli məktubu üzrə Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən müvafiq qərar qəbul edilənə kimi hazırkı iş üzrə icraat dayandırılmışdır. Göründüyü kimi 3-cü şəxs: “xxxx” MMC ikinci dəfə vəsatət verərək 2-1(116)- 167/2020 saylı inzibati iş üzrə icraatın dayandırılmasını xahiş etmiş, birinci instansiya məhkəmə vəsatəti təmin etmişdir. Beləliklə 3-cü şəxs: “xxxx” MMC arzu etdiyi işin həllinə yəni iş üzrə icraatın dayandırılmasına xx xxxxxx 2021-c il tarixli qərardadla nail olmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, 3-cü şəxs: “xxxx” MMC eyni tələbinə nail olduğu üçün Şəki Apellyasiya Məhkəməsi tərəfindən Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-167/2020 nömrəli qərardadından verdiyi apellyasiya şikayəti mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Həmin Məcəllənin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-167/2020 nömrəli qərardadından 3-cü şəxs: “xxxx” MMC tərəfindən vеrilmiş apellyasiya şikayəti mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85 - 94.-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: 3-cü şəxs: “xxxx” MMC Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2- 1(116)-167/2020 nömrəli qərardadından verdiyi apellyasiya şikayəti mümkün sayılmasın və şikayətin icraata qəbulundan imtina edilsin. Qərаrdаddаn rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-117/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-117/2021
12.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver