Məhkəmə qərarları › İş №2-1(107)-117/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-117/2025

23.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-117/2025 23.01.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X3 ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “X5, X7, X1, X8 və X9 barəsində daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2024-cü il tarixdə aparılmış ********** nömrəli qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 25 sentyabr 2024-cü il tarixli, 2-1(116)-2520/2024 nömrəli qərarından üçüncü şəxs X5 tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “X5,X7,X1, X8 və X9 barəsində daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2024-cü il tarixdə aparılmış ********** nömrəli qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-2520/2024 nömrəli qərardadı ilə X5 və X8 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 964 inventar nömrəli, sentyabr 1977-ci il tarixli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid texniki pasportda X7 və İddiaçı hüquq subyektləri olaraq qeyd edilmişdir. İddiaçının atası mərhum X7 xx.xx.2006-cı il tarixində vəfat etmişdir. İddiaçı 964 inventar nömrəli, sentyabr 1977-ci il tarixli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid texniki pasportda qeyd edilmiş fərdi yaşayış evi və torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Hazırda mübahisə ilə bağlı məhkəmə icraatı davam edir. Buna baxmayaraq məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh xx.xx.2024cü il tarixində, ********** qeydiyyat nömrəli çıxarış tərtib edərək X4 fərdi yaşayış evi üzərində tam mülkiyyət hüququnu, eyni zamanda Əhməd Sadıqov və digər şəxslərin (X1, X5, X8, X9) 0.16 ha torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnu dövlət qeydiyyatına almışdır.

4. İddiaçı bildirir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Qanunun 14-cü maddəsində hüquqların dövlət qeydiyyatının dayandırılmasından bəhs olunur. Həmin maddənin 5-ci bəndinə əsasən qeydiyyata alınmalı olan hüquq barəsində mübahisə edən digər maraqlı şəxsdən şikayətin verilməsi haqqında məhkəmədən məlumat daxil olduqda qeydiyyat məhkəmədə iş həll olunanadək dayandırılır. Cavabdeh orqan mübahisə predmeti olan torpaq sahəsi və fərdi yaşayış evi üzərində hüquqların qeydiyyatı ilə bağlı məhkəmənin icraatında inzibati mübahisənin olmasını aşkar bildiyi halda inzibati mübahisə başa çatmamış Qanunun 14.5-ci maddəsinin tələblərini pozmuş, dövlət qeydiyyatını dayandırılmalı olduğu halda bunu etməmişdir. Cavabdeh orqan Əhməd Sadıqova münasibətdə hüququn ölmüş şəxsə məxsusluğu barədə arayış tərtib etmək əvəzinə, xx.xx.2024-cü il tarixdə, ********** qeydiyyat nömrəli çıxarışla xx.xx.2006-cı il tarixdə vəfat etmiş şəxsin mülkiyyət hüquqlarını (fərdi yaşayış evi tam, torpaq sahəsi ümumibirgə) dövlət qeydiyyatına almışdır ki, bu da yuxarıda qeyd edilən Qanunun 22.2-ci maddəsinin tələblərinə birbaşa ziddir.

5. Bundan başqa cavabdeh orqan xx.xx.2024-cü il tarixdə, ********** qeydiyyat nömrəli çıxarış tərtib edərkən Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 1.11-ci bəndinin və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.8-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, hazırda məhkəmənin icraatında olan inzibati mübahisə üzrə təqdim etdiyi sentyabr 1977-ci il tarixli texniki pasporta əsasən mübahisə predmeti olan daşınmaz əmlak üzrə hüquq subyektlərinin X7 və İddiaçı olduğu aşkar qeyd edilmişdir. İstinad edilən sənəd iddia olunan fərdi yaşayış evinə münasibətdə hüququn qeydə alınması üçün zəruri olan yeganə hüquqmüəyyənedici sənəddir. Həmin sənəd olmadan fərdi yaşayış evi üzərində mərhum X4 və hər hansı digər şəxsin mülkiyyət hüququ dövlət qeydiyyatına alına bilməzdi. Belə ki, ərazi idarəsinin arxivində olan dekabr 1997-ci il tarixli texniki pasport Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport olmadığından həmin sənədin hüquqmüəyyənedici sənəd qismində qəbul edilməsi və mülkiyyət hüququnun qeydiyyatı aparılması mümkün deyildir. Yəni, ümumiyyətlə xx.xx.2024-cü il tarixdə, ********** qeydiyyat nömrəli çıxarışda fərdi yaşayış evi üzərində mərhum Sadıqov Əhmədin mülkiyyət hüququnun qeydiyyatı üçün hər hansı hüquqmüəyyənedici sənəd cavabdeh orqanda mövcud olmamışdır. Cavabdeh orqan yalnız iddiaçının təqdim etdiyi sentyabr 1977-ci il tarixli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid texniki pasport əsasında sözügedən fərdi yaşayış evi üzərində hüquqların dövlət qeydiyyatını həyata keçirə bilərdi. Həmin sənəddə isə mərhumla birgə həm də, iddiaçının övlad olduğundan cavabdeh orqanın bütövlükdə fərdi yaşayış evi üzərində mərhumun mülkiyyət hüququnu dövlət qeydiyyatına alması tamamilə qanunsuzdur. Mübahisəli torpaq sahəsinə münasibətdə isə qeyd edilir ki, “Torpaq islahatı haqqında” haqqında Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəkİ bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

6. Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Sentyabr 1977-ci il tarixli texniki pasportda göstərilən torpaq sahəsi X7 və İddiaçı qanuni İstifadəsində olduğundan “Torpaq islahatı haqqında” haqqında Qanunun 9cu maddəsinə əsasən həmin torpaq sahəsi üzərində iddiaçının və mərhum atasının mülkiyyət hüququnun da olması şübhəsizdir. Yuxarıda qeyd edilən kimi Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar (1.11.) hüquqların əldə edilməsini təsdiq edən sənəd olaraq qeyd edilmişdir. 964 inventar nömrəli, sentyabr 1977-cİ İl tarixli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid texniki pasportda qeyd edilmiş, iddia etdiyim torpaq sahəsinə dair tərtib edilmiş JN-1561G və 1561F nömrəli şəhadətnamələrin qanunsuz olmasına Şəki İnzibati Məhkəməsinin e-2- 1(116)-l 062/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə hüquqi qiymət verilmişdir. Hər iki şəhadətnamə tərtib edilərkən sözügedən torpaq sahəsindən faktiki istifadə edən subyektlər yox, məhz qanuni əsaslarla istifadə edən subyektlər nəzərə alınmalı və və həmin şəxslərin adları da müvafiq şəhadətnamələrə daxil edilməli idi. Torpaq sahəsindən qanuni istifadə anlayışı isə həmin torpaq sahəsinin ayrılmasının və faktiki istifadənin hüquqi əsasının mövcudluğunu nəzərdə tutur.

7. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair X5 və ailə üzüvlərinin adına hazırlanmış xx.xx.2024-cü il tarixli Çıxarışı ləğv edilməsi 9 saylı Qəbələ Ərazi İdarəsinin səlahiyyətləri daxilində olmadığından müraciətinin icrası tərəfimizdən mümkün olmamışdır. Bildirmək istəyirik ki, X5 və ailə üzüvlərinin adına hazırlanmış xx.xx.2024-cü il tarixli Çıxarışı hüquqmüəyyənedici sənədlər əsasında verilmişdir.

8. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir.

9. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən üçüncü şəxs izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

10. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 25 sentyabr 2024-cü il tarixli, 2-1(116)-2520/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.

11. Üçüncü şəxs X5 həmin qərardan apellyasiya şikayəti vermişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

12. Üçüncü şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun və ailə üzüvlərinin adına hazırlanmış xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışı tam qanuni əsaslarla hüquqmüəyyənedici sənədlər əsasında tərtib edilrək verilmişdir. İddiaçı 964 invertar nömrəli, sentybar 1977-ci il tarixli, texniki pasportu hansısa yollarla, hardansa əldə edərək mərhum atası X4 adının yanına öz adını əlavə edərək məhkəmələrdə əsassız iddialar qaldırır. Qeyd edilən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə isə Aqrar islahat Komissiyasının qərarı ilə X4, onun və digər ailə üzvlərinin adına JN-1561F Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə hazırlanmışdır. Həmin fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi və istifadəçisi o və ailə üzvləridir. Qeyd edilən fərdi yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(107)-186/2023 saylı qüvvədə olan qərarı mövcuddur. Şəki İnzibati Məhkəməsi qərar qəbul edərkən Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(107)-186/2023 saylı qüvvədə olan qərarını da nəzərə almamışdır. O, Ali Məhkəmənin qərarından sonra qanunvericiliklə nəzərdə tutulmuş qaydada “Daşınmaz Əmlkaın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət edərək qeyd edilən evə və həmin evin yerləşdiyi torpaq sahəsinə dövlət reyestrindən Çıxarış və texniki pasport almışdır. Daha sonra Qəbələ rayon Asan xidmətində fəaliyyət göstərən Notariat ofisinə vərəsəlik işinin açılması ilə bağlı müraciət etmişdir. Notarius 1 ay ərzində bütün qanunlara əməl edərək sorğular verib cavablarını aldıqdan sonra ona vərəsəlik şəhadətnaməsi vermişdir. Həmin vərəsəlik şəhadətnaməsi əsasında ona dövlət reyestrindən yeni Çıxarış və texniki pasport verilmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-2520/2024 nömrəli qərarı ilə ləğv edilmiş ********** nömrəli çıxarış və texnki pasport artıq qüvvədə deyil. İş materiallarından görünür ki, Şəki İnzibati Məhkəməsi yuxarıda qeyd olunan halları nəzərə almamış, əsassız olaraq İddiaçı iddia tələbini təmin etmişdir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 25 sentyabr 2024-cü il tarixli, 2-1(116)-2520/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X5 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 25 sentyabr 2024-cü il tarixli, 2-1(116)-2520/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etdi.

14. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə xəbərdar edilsə də iddiaçı və cavabdeh orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iddiaçı məhkəməyə teleqramla müraciə edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, apellyasiya şikayətinin təmin edilməməsi və Şəki İnzibati Məhkəməsinin 25 sentyabr 2024-cü il tarixli, 2-1(116)-2520/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh orqanın nümayəndəsi isə iştirakı etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

15. Məhkəmə kollegiyası onların iştirakı olmadan hazırkı işə baxılmasını Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 62.3-cü maddəsinə əsasən mümkün hesab etmişdir.

16. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - 964 inventar nömrəli, sentyabr 1977-ci il tarixli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid texniki pasportdan görünr ki,ev sahibi kimi X7 və İddiaçı adları qeyd edilmişdir. - ********** reyestr nömrəli, xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi X2 adına qeydiyyata alınmışdır. - ********** reyestr nömrəli, xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi X7 və ailə üzvlərinin adına qeydiyyata alınmışdır. - JN-1561F KOD 40601004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin surətindən görünür ki, Qəbələ Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 03 saylı qərarı ilə 0.16 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X7 və onun ailə üzvlərinə verilmişdir. - xx.xx.2024-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surəti.

TƏTBİQ EDİLƏN HÜQUQ

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.4. qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. 23.3. Dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.

19. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısına əsasən: 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1- dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda);

20. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. ... Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir.

21. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

22. Üçüncü şəxsin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayətləri mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.

23. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

24. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

25. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

27. Məhkəmə kollegiyası ilk olaraq qeyd etməi zəruri hesab edir ki, hazırkı iddia tələbi üzrə iddiaçının hüquqi marağı X5,X7,X1,X8 və X9 barəsində daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2024-cü il tarixdə aparılmış ********** nömrəli qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair çıxarışın ləğv edilməsindən ibarətdir.

28. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilir ki, cavabdeh inzibati orqan mübahisənədirilən çıxarışın verilməsinə əsas olan hüquqmüəyyənedici sənədlər kimi JN1561F KOD 40601004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə və X4 adıan tərtib edilmiş,dekabr 1997-ci il tarxili “Fərdi yaşayış fondina daxil olan yaşayış evinin texniki pasportu”nu əsas götürmüşdür.

29. Lakin, cavabdeh inzibati orqan tərəfindən də 15 iyul 2024-cü il tarixli məktuba əlavə olunmuş 964 inventar nömrəli, sentyabr 1977-ci il tarixli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid texniki pasportundan görünür ki,ev sahibi kimi X7 və İddiaçı adları qeyd edilmişdir.

30. Göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən ilkin hüquqmüəyyənedici sənəd nəzərə alınmadan, əsassız olaraq ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində X4, evin yerləşdiyi 0.16 ha torpaq sahəsi üzərində isə JN-1561F KOD 40601004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də adları göstərilən şəxslərin (X1, X5, X8, X9) ümumi birgə mülkiyyət hüququ qeydə alınmışdır.

31. Məhkəmə kollegiyası qeyd edir ki, Aqrar islahat zamanı JN-1561F KOD 40601004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə əsasən 0.16 ha torpaq sahəsi X7 və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Lakin, həmin sənəddə əsassız olaraq İddiaçı torpağa mülkiyyət hüququ nəzərə alınmamışdır.

32. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək bu nəticəyə gəlir ki, iddia təmin edilməli, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi və topraq sahəsinə dair X4,0,16 torpaq sahəsinə dair X2 X1,X8 və X9 barəsində daşınmaz əmlakın dövlət reyestrində aparılmış xx.xx.2024-cü il tarixdli qeydiyyat və onun əsasında verilmiş ********** qeydiyyat nömrəli,15 mart 2024-cü il qeydiyyat tarixli çıxarışın ləğv edilməsi öhdəliyi qoyulmalıdır.

33. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “X5, X7, X1, X8 və X9 barəsində daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2024-cü il tarixdə aparılmış ********** nömrəli qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, üçüncü şəxsin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətləri təmin edilməməlidir.

34. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası

QƏRАRА АLDİ:

Üçüncü şəxs X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 25 sentyabr 2024-cü il tarixli, 2-1(116)-2520/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar