Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-118/2020 10.03.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Hüseynov Mübariz Rahil oğlundan ibarət tərkibdə, İslamova Türkay Abdurəhim qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi 3 saylı X1rşı (üçüncü şəxs: Azərbaycan Respublikası Maliyyə Nazilriyi) “cavabdehin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 1994-cü il tarixli 185 nömrəli qərarının 5.4-cü bəndinə əsasən əmək haqqına əlavə ödənişdən imtinasının əsassız sayılması və xx xxxx 1997-ci il tarixdən xx xxxxxx 2019-cu il tarixə kimi olan dövr üçün əmək haqqına əlavənin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibatiiş üzrə Şəki İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1308/2019 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi 3 saylı X6 Mərkəzi tərəfindən verilmiş şikаyətə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı xx xxxxxxxx 1976-cı ildən əmək fəaliyyətinə başlamış və Göyçay şəhərində yerləşən müxtəlif təhsil müəssisələrində müəllim işləmişdir. xx xxxxxx 1987-ci ildən halhazıradək Ağsu rayon Təhsil Şöbəsinin tabeliyində olan müxtəlif orta məktəblərdə rus dili və ədəbiyyatı fənni üzrə, hal-hazırda isə Ağsu şəhər 3 saylı tam orta məktəbində müəllim işləyir. İşlədiyi müddətdə ona Ağsu rayon Mərkəzi Xəstəxanasının HƏEK-nın xx xxxx 1997ci il tarixli qərarı ilə ümumi xəstəliklə bağlı İİ qrup əlillik dərəcəsi verilmişdir. xx xxx 2005-ci il tarixli müayinə aktı ilə isə İİ qrup üzrə ömürlük əlillik dərəcəsi verilmişdir. 1997-ci ildən hazıra kimi Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Ağsu rayon şöbəsindən İİ qrup əlil kimi pensiya alır. Ağsu rayon Təhsil Şöbəsi ilə Azərbaycan Təhsil İşçiləri X8 Ağsu rayon Komitəsi arasında bağlanmış 2010-2013-cü illər üzrə kollektiv müqavilənin 2.14-cü bəndində, 2013- 2015-ci illər üzrə kollektiv müqavilənin 3.1.10-cu bəndində və 2015-2017-ci illər üzrə kollektiv müqavilənin 2.2.14-cü bəndində, 2017-2019-cu illər üzrə kollektiv müqavilənin 3.1.11-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 185 nömrəli qərarına uyğun olaraq müəssisədə çalışan İİİ qrup əlillərin əmək haqqının (tarif dərəcəsinin) digər işçilərə nisbətən 15%, İ və İİ qrup əlillərin əmək haqqının isə 25% artırılmasını təmin etmək Ağsu rayon Təhsil Şöbəsinin öhdəliyidir. İddiaçı, ona ikinci dərəcə əlil olduğuna görə əmək haqqına əlavələrin hesablanması üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu xx.xx.2019-cı il tarixli 358 nömrəli məktubla bildirilmişdir ki, xərclər smetasında vəsait ayrılmaması səbəbindən onun əmək haqqına əlavə hesablanmır. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, 2019-cu ildən başlayaraq iddiaçıya əlilliyə görə əlavə ödənilir. Vəsait ayrılmadığı üçün əvvəlki illərdə ödənilməyən vəsaitin verilməsi imkan xaricindədir. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1308/2019 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi 3 saylı X6 Mərkəzinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 1994-cü il tarixli 185 nömrəli qərarının 5.4-cü bəndinə əsasən İddiaçı əmək haqqına əlavə ödənişdən imtinasının əsassız sayılması, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi 3 saylı X6 Mərkəzinin üzərinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 1994-cü il tarixli 185 nömrəli qərarının 5.4-cü bəndinə əsasən İddiaçı xx.xx.1997-ci il tarixindən xx.xx.2019-cu il tarixinə kimi olan dövr üçün əmək haqqına əlavənin ödənilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi 3 saylı X6 Mərkəzi həmin qərardan apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxx 1997-ci ildən Ağsu rayonu 3 saylı tam orta məktəbdə rus dili və ədəbiyyatı fənni üzrə müəllim işləyir. Ağsu rayon X4 X7 tərəfindən xx xxxx 1997-ci il tarixdə ümumi xəstəliklə əlaqədar ona ikinci dərəcəli əlillik təyin olunmuşdur. Bu səbəbdən onun müvafiq əmək haqqına həmin qərarla nəzərdə tutulmuş əlavə hesablanmalıdır. Şəki İnzibati-İqtisadi Məhkəməsi işin faktiki hallarını araşdırmadan iddia tələbini təmin etmişdir. Müvafiq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 1994-cü il tarixli 185 nömrəli Qərarının 5.4-cü bəndinə isdinad etməklə İddiaçı xx.xx.1997-ci il tarixdən xx.xx.2019-cu il tarixinə olan dövr üçün əmək haqqına əlavənin hesablanması öhdəliyini Azərbaycan Respublikası Təhsil Nazirliyi 3 saylı X6 Mərkəzinin üzərinə qoymuşdur. Hesab etmişlər ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1308/2019 nömrəli qərarı aşağıdakı əsaslara görə qanunsuz hesab edilməli və ləğv edilməlidir. Belə ki, məhkəmə gedişində məhkəmədə Azərbaycan Respublikası Təhsil Nazirliyi 3 saylı X6 Mərkəzini təmsil edən nümayəndənin iştirakı təmin olunmadan işə baxılmaqla qərar qəbul edilmişdir.Bu da məhkəməicraatının əsas prinsiplərindən biri olan çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Eyni zamanda Azərbaycan Respublikası Təhsil Nazirliyi 3 saylı X6 Mərkəzi Azərbaycan Respublikası Prezidentinin x xxxxxx 2015-ci il tarixli, 698 nömrəli fərmanına və Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx xxxxxx 2015-ci il tarixli, 1117 nömrəli əmrinə əsasən xx.xx.2016-cı il tarixdən fəaliyyətə başlamış, həmin dövrdən bu günkü tarixə qədər sözügedən mübahisə ilə bağlı 3 saylı X6 Mərkəzinə hər hansı bir vəsait ayrılmamışdır. Bundan əlavə iş materiallarına əlavə olunmuş sənədlərlə təsdiq olunur ki, iddiaçı müvafiq ərizə ilə işlədiyi 3 saylı tam orta məktəbin rəhbərliyinəəlilliyə görə əmək haqqına əlavənin verilməsi ilə bağlımüraciəti yoxdur və müraciət olunmadığına gorə əmək kollektivinin işçiyə həmin əlavənin verilməsirazılığı dayoxdur.“Əmək kollektivlərin razılığı ilə kollektivdə işləyən 1-ci və 2-ci qrup əlillərin əmək haqqının 20-25% artırılmasının təmin edilməsi nəzərdə tutulmuşdur”. Bu normanın məzmunundan göründüyü kimi, əlillik dərəcəsi olan işçilərin əmək haqqına əlavənin verilməsi üçün mütləq əmək kollektivinin razılığı tələb olunur. Əmək kollektivi isə işçinin yazılı müraciəti təqdim olunduqdan sonra işçiyə əmək haqqına əlavənin verilibverilməməsinə münasibət bildirməlidir. Digər tərəfdən qərara əsasən, həmin əlavənin artırılmasına əmək kollektivinin razılığı tələb olunursa, deməli əlillik dərəcəsi olan işçiyə əlavənin verilib-verilməməsi bilavasitə əmək kollektivinin müstəsna səlahiyyətindədir. Habelə, qərarın bu bəndinin tələbindən görünür ki, əmək kollektivi işçiyə həmin əlavənin verilməsinə razılıq vermirsə, deməli ərizə verən şəxsə əmək haqqına əlavə verilə bilməz. Buna baxmayaraq məhkəmə qeyd olunan ödənişlərin məhz 1997-ci ilin mart ayından hesablanması qənaətinə gəlmişdir. Bu da mövcud mülki və inzibati qanunvericiliyin tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Ona görə də Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1308/2019 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin rədd olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi 3 saylı X6 Mərkəzinin nümayəndəsi X3 apelyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)- 1308/2019 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin rədd olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)- 1308/2019 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazilriyi nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəblərdən olması barədə məlumat verilməmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 62-ci maddəsi). Əsaslandırma hissəsi Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin 80-ci mаddəsinə əsаsən, barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 82-ci mаddəsinə görə, аpelyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apelyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1308/2019 nömrəli qərarı ləğv edilərək, iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyət zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Məhkəmə kollegiyası iş materiallarını araşdırara q, apelyasiya şikayətinin dəlillərini və tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinə mahiyyəti üzrə baxaraq iddianı təmin etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli qərarının: - 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. - 1.2-ci bəndinə əsasən, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. - 1.3-cü bəndinə əsasən, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. - 1.4-cü bəndinə əsasən, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. - 2.1-ci bəndinə əsasən, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. - 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını,qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. - 8.5-ci bəndinə əsasən, iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. - 8.6-cı bəndinə əsasən, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Belə ki, kollegiyanın iclasında iş materiallarında olan sənədlərin tədqiqatından və tərəflərin izahatlarından müəyyən olundu ki, iddiaçı hazırkı tələblə bağlı Ağsu rayon Təhsil Şöbəsinə rəsmi müraciət etməmişdir, təhsil şöbəsi tərəfindən onun müraciətindən imtina olunmamışdır. Apelyasiya şikayətinə əlavə edilmiş Ağsu rayon Təhsil Şöbəsi ilə Azərbaycan Təhsil İşçiləri X8 Ağsu Rayon Komitəsi arasında bağlanmış 2017-2019 kollektiv müqavilənin 3.1.11-ci bəndinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 1994-cü il tarixli 185 nömrəli qərarına uyğun olaraq müəssisədə çalışan İİİ qrup əlillərin əməkhaqqının (tarif dərəcəsinin) digər işçilərə nisbətən 15%, İ və İİ qrup əlillərin əməkhaqqının isə 25% artırılmasını ərizə ilə müraciət etdiyi tarixdən təmin etmək Ağsu rayon Təhsil Şöbəsinin öhdəliklərinə aiddir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək göstərmişdir ki, iddia mahiyyət etibarı ilə əsaslıdır. Belə ki, “Azərbaycan Respublikasında əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların problemləri üzrə kompleks proqramın həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 185 nömrəli qərarı ilə “Azərbaycan Respublikasında əlillərin problemləri üzrə kompleks proqram” təsdiq edilmiş, əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların gəlirlərinin müntəzəm artmasının təmin edilməsi məqsədilə Proqramın 5.4-cü bəndinin 3-cü abzasına əsasən 1994-cü ildən başlayaraq əmək kollektivlərinin razılığı ilə kollektivdə işləyən İİİ qrup əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların əmək haqqının (tarif dərəcəsinin) digər işçilərə nisbətən 10-15 faiz, İ və İİ qrup əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların əmək haqqının isə 20-25 faiz artırılmasının təmin edilməsi nəzərdə tutulmuşdur. Buna baxmayaraq Ağsu rayon Təhsil şöbəsi və hazırda cavabdeh inzibati orqan şöbə üçün nəzərdə tutulan smetada həmin xərclərlə bağlı əlavə vəsaitin ayrılmadığını əsas gətirərək 1997-ci ildən həmin vəsaitin ödənilməsini təmin etməmişdir. Məhkəmə hesab edir ki, sözügedən Proqramda 1994-cü ildən başlayaraq əmək kollektivlərinin razılığı ilə kollektivdə işləyən İİ qrup əlillərin əmək haqqının 20-25 faiz artırılmasının təmin edilməsi nəzərdə tutulduğundan, iddiaçı İİ qrup əlil olmaqla xx.xx.1997-ci il tarixdən hazıradək müəllimlik fəaliyyəti ilə məşğul olduğundan cavabdeh inzibati orqan xx.xx.1997-ci ildən onun əmək haqqına edilməli olan əlavələrin ödənilməsindən imtina etməkdə haqlı olmamışdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən qaldırılmış iddia öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) növünə aiddir. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərtlərinə əməl edilməmişdir. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. Apelyasiya şikayətinə əlavə edilmiş Ağsu rayon Təhsil Şöbəsi ilə Azərbaycan Təhsil İşçiləri X8 Ağsu Rayon Komitəsi arasında bağlanmış 2017-2019 kollektiv müqavilənin 3.1.11-ci bəndinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 1994-cü il tarixli 185 nömrəli qərarına uyğun olaraq müəssisədə çalışan İİİ qrup əlillərin əməkhaqqının (tarif dərəcəsinin) digər işçilərə nisbətən 15%, İ və İİ qrup əlillərin əməkhaqqının isə 25% artırılmasını ərizə ilə müraciət etdiyi tarixdən təmin etmək Ağsu rayon Təhsil Şöbəsinin öhdəliklərinə aiddir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən Ağsu rayon Təhsil Şöbəsinə rəsmi müraciət etməmiş, Ağsu rayon Təhsil Şöbəsinin həmin müraciətdən imtinası barədə hər hansı sənəd təqdim etməmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında verdiyi izahatında da bildirdi ki, hazırkı mübahisə ilə bağlı daha əvvəl Ağsu rayon Təhsil Şöbəsinə şifahi müraciət etsə də, rəsmi olaraq yazılı şəkildə müraciət etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli 5 saylı Qərarında məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını,qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qeyd edilən Plenum Qərarının 9-cu bəndinə əsasən İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Göründüyü kimi hazırkı cavabdeh iddiaçının tələbində cavabdehlik daşıyan orqan deyildir. İddiaçının nəzərinə çatdırılır ki, hazırkı tələblə bağlı iddiaya cavab verməli olan cavabdeh Ağsu rayon Təhsil Şöbəsidir. Belə olan halda məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozaraq iddianın mümkünlük şərtlərini yoxlamadan, İPM-in 1.1-ci maddəsinə əsasən inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, yəni mübahisənin inzibati və ya mülki xarakterli olmasını müəyyən etmədən, həmin mübahisəyə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən etmədən iddia tələbini mümkün saymış, qeyd olunanlarla bağlı iddiaçıya İPM 13-cü maddəsinə əsasən yardım göstərməmişdir. Belə ki, inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmələrdə baxılması və həll edilməsinin prosessual prinsip və qaydaları İPM-in normaları ilə tənzimlənir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 35.1.-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 87.6-cı mаddəsinə əsаsən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İşə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə maddi və prossesual hüquq normalarının tətbiqində səhvə yol verərək düzgün nəticəyə gəlməmişdir. Ona görə də Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1308/2019 nömrəli qərarı ləğv edilməli, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi 3 saylı X1rşı (üçüncü şəxs: Azərbaycan Respublikası Maliyyə Nazilriyi) “cavabdehin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 1994-cü il tarixli 185 nömrəli qərarının 5.4-cü bəndinə əsasən əmək haqqına əlavə ödənişdən imtinasının əsassız sayılması və xx xxxx 1997-ci il tarixdən xx xxxxxx 2019-cu il tarixə kimi olan dövr üçün əmək haqqına əlavənin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Аzərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi 3 saylı X6 Mərkəzi tərəfindən verilmiş аpelyаsiyа şikаyəti təmin edilsin. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1308/2019 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi 3 saylı X1rşı (üçüncü şəxs: Azərbaycan Respublikası Maliyyə Nazilriyi) “cavabdehin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 1994-cü il tarixli 185 nömrəli qərarının 5.4-cü bəndinə əsasən əmək haqqına əlavə ödənişdən imtinasının əsassız sayılması və xx xxxx 1997-ci il tarixdən xx xxxxxx 2019-cu il tarixə kimi olan dövr üçün əmək haqqına əlavənin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-118/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-118/2020
10.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver