Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-118/2021 05.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik еdən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-364/2020 nömrəli qərarından apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında Balakən Rayonu Katex Bələdiyyəsinin ərizəsinə аçıq məhkəmə iclаsındа baxaraq müəyyən etdi: Şəki İnzibati Məhkəməsinin (hakim Vidadi Qasımov) xx xxxxxx 2020-ci il tarixli 2- 1(116)-364/2020 saylı qərarı ilə iddiaçı Balakən Rayonu Katex Bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X5rşı «üçüncü şəxs X3 adına tərtib edilmiş xx.xx.2019-cu il tarixli A seriyalı 363301 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» sənədinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə iddiasının təmin edilməməsi, iş üzrə prosessual xərclərin iddiaçı Balakən Rayonu Katex Bələdiyyəsinə aid edilməsi, mütəxəssis rəyinin verilməsinə çəkilmiş 86,40 manat xərcin ondan alınaraq «xxxx» MMC-yə ödənilməsi qərara alınmışdır. İddiaçı Balakən Rayonu Katex Bələdiyyəsinin sədri X1 İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-364/2020 saylı qərаrından apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında ərizə vermişdir. Şəki Apellyаsiyа Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2- 1(107)-206/2020 nömrəli qərardadı ilə iddiaçı Balakən Rayonu Katex Bələdiyyəsinin sədri X2 tərəfindən verilmiş apellyasiya şikаyəti qismən təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-364/2020 saylı qərarı ləğv edilmiş, iddiaçı Balakən Rayonu Katex Bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X5rşı «üçüncü şəxs X3 adına tərtib edilmiş xx.xx.2019-cu il tarixli A seriyalı 363301 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» sənədinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dаir iddiası mümkün sayılmamışdır. İddiaçı Balakən Rayonu X10 Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2-1(107)-206/2020 nömrəli qərardadından kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxxx 2020ci il tarixli 2-1(102)-1880/2020 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2-1(107)- 206/2020 nömrəli qərardadı ləğv edilmiş, iş apellyasiyanın mümkünlüyü əsaslarının yoxlanması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası xx xxxxxxx 2020-ci il tarixli 2-1(102)-1880/2020 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hazırda baxılan mübahisə üzrə xx xxxx 2020-ci il tarixli 2-1(107)-206/2020 nömrəli qərardadını ləğv edib işi yeni apellyasiya baxışına qaytararkən, işə yenidən baxan məhkəmə üçün göstərişlər müəyyən etmişdir. Ali Məhkəmənin yuxarıda qeyd edilən qərarında göstərilmişdir ki, “Apellyasiyanın mümkünlüyü məcburu prosessual mərhələdir və işin sonrakı istiqamətini müəyyən etməkdə həlledici rol oynayır. Apellyasiya şikayətinin hər hansı əsasla qəbul etməkdən imtina olunması, bütövlükdə apellyasiyanın mümkünsüzlüyü kimi hüquqi nəticə tərədir. Başqa sözlə, apellyasiya şikayətini qəbul etməkdən imtina edilməsi o deməkdir ki, bu halda apellyasiya məhkəməsində işə mahiyyəti üzrə baxılması üzrə icraat aparıla bilməz. Buradan həm də o nəticə hasil olur ki, apellyasiya şikayəti mümkün olmadığı halda, şikayəti qəbul etməkdən imtina etmədən işə mahiyyəti üzrə baxılması ilə bağlı prosessual hərəkətlər etibarsızdır. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. Baxılan işdə bu prinsipə tam əməl olunmamışdır. Məhkəmə iddiaçının apellyasiya şikayəti vermə müddətini ötürdüyü, müddətin bərpa olunması barədə ərizə yazdığı halda bu məsələni araşdırmamış, xx.xx.2020-ci il tarixli qərardadında da buna qiymət verməmişdir. İşin bu vəziyyətində məhkəmə kollegiyası işin mahiyyəti üzrə həllinə aid məsələlər münasibət bildirməyə haqlı deyildir. Buna görə də kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı və apellyasiyanın mümkünlüyünün araşdırılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməlidir.”. Ali Məhkəmənin sözügedən qərarında işə təkrar baxılarkən nəzərə alınmalı prosessual normalar göstərilmişdir. İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Ali Məhkəmənin tövsiyəsini nəzərə alan məhkəmə kollegiyası tərəfindən Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-364/2020 nömrəli qərarından apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında Balakən Rayonu Katex Bələdiyyəsinin ərizəsinə baxılması ilə bağlı xx xxxxxx 2021-ci il tarixə məhkəmə iclası təyin edilmiş, iddiaçıya bu barədə rəsmi məlumat verilmiş, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməsi, o cümlədən аpellyаsiyа şikаyətinin qаnunlа nəzərdə tutulmuş müddətdə verilməsinə mane olan üzrlü halları təsdiq edən sübutlаr mövcuddursа, оnlаrı məhkəməyə təqdim etməsi təklif edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X9 izahatında, Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarının surətini poçt vasitəsi ilə xx xxxx 2020-ci il tarixdə aldıqlarını, COVİD -19 pandemiyası ilə bağlı tətbiq edilmiş karantin rejiminə görə qanunla müəyyən edilmiş 30 gün müddətində apellyasiya şikayətini verə bilmədiklərini, bununla bağlı heç bir sübutları olmadığından belə bir sübut təqdim edə bilmədiklərini, prosessual müddətin bərpa edilməsi haqqında ərizənin təmin edilməsini, apellyasiya şikayətinin mümkün hesab edilərək apellyasiya icraatına qəbul edilməsini xahiş etdi. İşdən görünür ki, hazırkı iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarının surəti iddiaçı Katex bələdiyyəsinə xx.xx.2020-ci il tarixli məktubla göndərilmiş, xx.xx.2020-ci il tarixdə poçt müəssisəsinə verilmiş və xx.xx.2020-ci il tarixdə “Osmanov” soyadlı şəxsə təqdim olunmuşdur. İddiaçının xx.xx.2020-ci il tarixdə imzalanmış apellyasiya şikayəti Şəki İnzibati Məhkəməsində xx.xx.2020-ci il tarixdə qeydiyyatdan keçmişdir. İddiaçının qərardan şikayət vermə nüddətinin axımı xx.xx.2020-ci il tarixdən başlanmışdır. Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin: 20.1-ci maddəsinə əsasən, müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. 22.1-ci maddəsində deyilir ki, bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. 23.1-ci maddəsinə görə, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. 85.1-ci maddəsinə əsasən, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Bu müddəalara əsasən iddiaçının Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından apellyasiya şikayəti vermə müddəti xx.xx.2020-ci il tarixdən başlanmış və bir ay davam etmişdir. Yəni iddiaçının apellyasiya şikayəti ən geci xx xxxxx 2020-ci ilə kimi verilməli olduğu halda, xx.xx.2020-ci il tarixdə verilmişdir. Bununla da iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddət ən azı 24 gün ötürülmüşdür. Belə olan halda, iddiaçının аpellyаsiyа şikаyəti qаnunlа nəzərdə tutulmuş müddət ötürülməklə verilmişdr. İddiaçının apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında ərizəsində Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarın surətini poçt vasitəsi ilə xx xxxx 2020-ci il tarixdə aldıqları, COVİD-19 pandemiyası ilə bağlı tətbiq edilmiş karantin rejiminə görə qanunla müəyyən edilmiş 30 gün müddətində apellyasiya şikayətini verə bilmədikləri bildirilmiş, göstərilən halın üzrlü səbəb hesab olunaraq apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi xahiş edilmişdir. Kollegiya bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçı COVİD-19 pandemiyası ilə bağlı tətbiq edilmiş karantin rejiminə görə vaxtında apellyasiya şikayəti verə bilmədiklərini bildirsə də, işdən görünür ki, iddiaçı apellyasiya şikayətini Şəki İnzibati Məhkəməsinə şəxsən təqdim etməmiş, eyni zamanda bundan ötrü Balakən şəhərinə getmək məcburiyyətində də olmamış, apellyasiya şikayətini Katex Bələdiyyəsinin yerləşdiyi Balakən rayonu Katex kəndində fəaliyyət göstərən poçt müəssisəsi vasitəsi ilə göndərmişdir. Məlum olduğu kimi, ölkədə tətbiq edilən karantin rejimi dövründə poçt müəssisələri normal qaydada işləmiş, onların fəaliyyətinə hər hansı məhdudiyyət tətbiq edilməmişdir. Bundan əlavə kollegiya onu da qeyd edir ki, ölkə üzrə tətbiq edilən karantin rejimi dövründə Balakən rayonunda ümumiyyətlə sərt karantin rejimi tətbiq edilməmişdir. Kollegiyanın qənaətinə görə, iddiaçının apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında ərizəsində göstərdiyi hal üzrlü səbəb hesab edilə bilməz. Ona görə də onun ərizəsi təmin edilməməlidir. Azərbаycаn Respublikаsının İPM-in: 87.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 87.3-cü maddəsinə əsasən, apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. 87.4-cü maddəsinə görə, apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. İPM-in 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-364/2020 nömrəli qərarından apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında Balakən Rayonu Katex Bələdiyyəsinin ərizəsi təmin edilməməli və Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-364/2020 nömrəli qərarından iddiaçı Balakən Rayonu Katex Bələdiyyəsinin verdiyi аpellyаsiyа şikayəti mümkün sayılmamalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası qərara aldı: Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-364/2020 nömrəli qərarından apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında Balakən Rayonu Katex Bələdiyyəsinin ərizəsi təmin edilməsin. İddiaçı Balakən Rayonu X7 İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2- 1(116)-364/2020 nömrəli qərarından verdiyi apellyasiya şikayəti mümkün sayılmasın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-118/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-118/2021
05.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver