Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-119/2020 13.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hаkimlər Hüseynov Mübariz Rahil oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Muradlı Yeganə Rafail qızının katibliyi ilə, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial MüdafiəFondunun Ağdaş rayon şöbəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan RespublikasıƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsinə (bundan sonra mətndə cavabdeh)qarşı "1973-1990-cı illərdə Ağdaş rayonuKirov adına kolxozda, 1990- 2003-cü illərdə "Ağdaş-Pambıq" ATSC-də işlədiyimüddətin sosial sığorta stajı kimi hesablanması öhdəliyinin cavabdehinüzərinə qoyulması" tələbi üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(84)-1559/2019 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsinə qarşı "1973-1990-cı illərdə Ağdaş rayonu Kirov adına kolxozda, 1990-2003-cü illərdə "Ağdaş-Pambıq" ATSC-də işlədiyi müddətin sosial sığorta stajı kimi hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddiaçının hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etməsi ilə bağlı məhkəməyə sübut təqdim etmədiyindən Məhkəmənin xx.xx.2019-cu il tarixli sərəncamı ilə bu çatışmazlıq iddiaçının diqqətinə çatdırmış və onun aradan qaldırılması üçün 20 gün müddət təyin edilmişdir. Məhkəmənin sərəncamı xx.xx.2019-cu ildə iddiaçıya çatdırılmış, lakin ötən müddət ərzində iddiaçı tələb olunan sənədləri məhkəməyə təqdim etməmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(84)-1559/2019 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan apelyasiya şikayəti verərək qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qanun pozuntusuna yol vermişdir. Belə ki, o həqiqətən də məhkəməyə müraciət etməmişdən əvvəl cavabdehə müraciət etmiş və xx.xx.2019-cu il tarixdə onun müraciətinə cavab verilmişdir. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasında iştirak edən iddiaçı bildirdi ki, hazırkı tələblə məhkəməyə müraciət etməzdən əvvəl xx.xx.2019-cu il tarixdə cavabdehə müraciət etmiş və xx.xx.2019-cu il tarixli imtina cavabı almışdır. Birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi bildirdi ki, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl təmsil etdiyi orqana müraciət etmiş və ona imtina cavabı verilmişdir. Həmin sənədləri məhkəməyə təqdim etmişdir. Əsaslandırma hissəsi İPM-in 82-ci mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apelyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İPM-in 80-ci mаddəsinə görə, barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli 5 saylı Qərarının 2,5, və 6-cı bəndlərində qeyd edilir ki, hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. Qərarın 3.1-3.4-cü bəndlərində qeyd edilir ki, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi lazımi tədbirləri görsə də, apelyasiya instasniyasında təqdim edilən sübutlardan müəyyən edilmişdir ki, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh inzibati orqana xx.xx.2019-cu il tarixdə müraciət etmiş və ona xx.xx.2019-cu il tarixdə imtina cavabı verilmişdir. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı halda da iddiaçının müraciəti və ona verilmiş imtina cavabı mövcud olduğundan hazırkı iddianın mümkün sayılmaması qanuni hesab edilə bilməz. Düzdür bu barədə məlumatları iddiaçı vaxtında birinci instansiya məhkəməsinə təqdim etməmişdir. Beləliklə, məhkəmə kollegiyаsı bu nəticəyə gəlmişdir ki, Azərbаycаn Respublikаsı İnzibаti Prosessuаl Məcəlləsinin 87.6-cı mаddəsinə əsаsən, аpellyаsiyа şikаyəti təmin edilməli və birinci instаnsiyа məhkəməsinin qərаrdаdı ləğv edilməlidir. Nəticəvi hissə Göstərilənlərə əsаsən və Аzərbаycаn Respublikаsı İnzibаti Prоsessuаl Məcəlləsinin 87, 94, 115.1-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kоllegiyаsı q ə r а r а а l d ı : İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(84)-1559/2019 nömrəli qərardadı ləğv edilsin və inzibati iş mahiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilsin. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(107)-119/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-119/2020
13.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver