Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-119/2021 19.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər - Məlikov Vəzirxan İsgəndər oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, Üçüncü şəxs Şəki Rayonu Turan Bələdiyyəsinin nümayəndəsi X3, X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı "Şəki Rayonu Turan Bələdiyyəsinin 18.04.2006-cı il tarixli 04 nömrəli qərarı ilə 35 il müddətinə icarəsinə verilmiş 65 ha örüş torpaq sahəsinə torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanması və icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması" barədə iddiasına dair iş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin 07.10.2019-cu il tarixli qərarının ləğv edilməsi və özünün inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunması barədə X6 ərizəsinə baxaraq, Müəyyən etdi: Şəki Rayonu Turan Bələdiyyəsinin 18.04.2006-cı il tarixli 04 nömrəli qərarına əsasən, bələdiyyə mülkiyyətində olan 65 ha (35 ha və 30 ha olmaqla) örüş torpaq sahəsi 35 il müddətinə İddiaçı icarəsinə verilmiş, torpaq sahəsinin naturada yerləşmə vəziyyətini əks etdirən sxem tərtib edilərək bələdiyyə tərəfindən təsdiq edilmiş, tərəflər arasında həmin tarixdə icarə müqaviləsi bağlanılaraq torpaq sahəsindən istifadə qaydaları, icarə haqqı məbləği və sair şərtlər razılaşdırılmışdır. İddiaçı sözügedən torpaq sahəsi üzərində icarə hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdehə müraciət etmiş, sonuncu 01.03.2019-cu il tarixli məktubla hüquqların dövlət qeydiyyatından imtina edərək bildirmişdir ki, icarə müqaviləsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon şöbəsi tərəfindən təsdiq edilməmiş, qeydiyyatdan keçirilməmiş, torpaq sahəsinin döngə nöqtələrinin koordinatları əks olunan torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanmamışdır. Mövcud qanunvericiliyə əsasən, örüş sahələrinin 15 il müddətinə icarəyə verilməsi nəzərdə tutulsa da, mübahisəli torpaq sahəsi 35 il müddətinə iddiaçının icarəsinə verilmişdir. Həmin torpaq sahəsinə bələdiyyənin mülkiyyət hüququ tanındıqdan sonra icarəyə verilməsi üçün hərraca çıxarıla bilər. İddiaçı imtinanı əsassız hesab edərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim Rüfət Məcidov) 07 oktyabr 2019-cu il tarixli, 2-1(84)-621/2019 saylı qərarı ilə iddia qismən təmin edilərək cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə Şəki rayonu Turan bələdiyyəsinin 18 aprel 2006-cı il tarixli 04 nömrəli qərarı ilə 35 il müddətinə icarəsinə verilmiş X=692395,4645 Y=4524404,4546, X=692414,6526 Y=4524184,3052, X=692425,9277 Y=4524160,4110, X=692459,0875 Y=452390,4179, X=692465,7545 Y=4523824,8079, X=692458,6082 Y=4523718,6230, X=692424,8830 Y=4523613,3461, X=692389,5597 Y=4523589,7022, X=692334,4937 Y=4523817,0787, X=692331,2633 Y=4524129,6616, X=692349,0427 Y=4524208,7861, X=692350,3730 Y=4524402,1668, X=692428,2697 Y=4523610,5832, X=692424,1388 Y=4523718,3779, X=692470,0204 Y=4523826,1831, X=692464,0302 Y=4523928,9432, X=692429,4430 Y=4524214,4095, X=692431,9687 Y=4524219,2049, X=692487,3472 Y=4524173,6355, X=692522,6448 Y=4524146,6053, X=692710,0565 Y=4524108,4164, X=692867,8984 Y=4524092,0752, X=692888,1749 Y=4524024,6093, X=692953,0203 Y=4523843,4398, X=692954,9327 Y=4523734,5940, X=692972,1687 Y=4523700,3676, X=692822,4031 Y=4523686,4917, X=694050,6486 Y=4523723,2963, X=694028,7618 Y=4523714,5161, X=694007,5686 Y=4523698,3669, X=693997,2739 Y=4523687,0834, X=693931,1616 Y=4523590,8116, X=693956,6114 Y=4523518,2259, X=693954,6996 Y=4523507,4004, X=693946,0970 Y=4523497,5741, X=693535,5953 Y=4523370,1012, X=693495,0443 Y=4523367,5908, X=693398,0999 Y=4523394,1344, X=693349,0287 Y=4523542,4469, X=693673,8872 Y=4523525,6153, X=693846,2287 Y=4523490,1922, X=693860,0761 Y=4523730,7053, X=693964,7364 Y=4523733,2295, X=693314,0658 Y=4523632,1883, X=693394,9822 Y=4523385,8815, X=693495,0095 Y=4523363,1041, X=693536,7138 Y=4523365,8033, X=693917,4591 Y=4523482,1715, X=694195,6533 Y=4522990,0026, X=694087,1746 Y=4523041,2137, X=693890,9069 Y=4523140,4922, X=693755,2219 Y=4523035,7575, X=693494,3473 Y=4522872,3127, X=693488,3556 Y=4522879,8466, X=693379,7519 Y=4522941,4626, X=693375,7385 Y=4522974,3056, X=693233,3458 Y=4523027,6875, X=693210,8349 Y=4522976,9740, X=693177,7617 Y=4522974,3558, X=693206,3654 Y=4523110,7165, X=693228,2364 Y=4523390,8410, X=693263,2564 Y=4523568,1314, X=693284,6068 Y=4523567,1610 koordinatlar daxilində yerləşən 65 ha örüş torpaq sahəsinin Şəki rayon Turan Bələdiyyəsi tərəfindən tərtib edilmiş və təsdiqlənmiş Sxemə uyğun İddiaçı adına torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanması və həmin torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin qoyulması qərara alınmış, iddia qalan hissədə rədd edilmişdir. Qərar qəbul edildikdən sonra X9 ərizə ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək məhkəmənin 07 oktyabr 2019-cu il tarixli, 2-1(84)621/2019 nömrəli qərarının ləğv edilməsi və özünün inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmasını xahiş etmişdir. O, ərizəni belə əsaslandırmışdır ki, Şəki Rayonu Turan Bələdiyyəsinin 10.03.2010-cu il tarixli 04 nömrəli qərarı və 10.03.2010-cu il tarixli 07 nömrəli icarə müqaviləsi əsasında örüş məqsədilə 60 ha torpaq sahəsi və həmin Bələdiyyənin 01.04.2015-ci il tarixli 04 nömrəli qərarı və 01.04.2015-ci il tarixli 08 nömrəli icarə müqaviləsi əsasında örüş məqsədilə 120 ha torpaq sahəsi 5 il müddətinə ona icarəyə verilmişdir. Həmin torpaq sahələri bugünədək onun istifadəsindədir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 15 noyabr 2019-cu il tarixli, 2-1(84)-621/2019 saylı qərardadı ilə X6 hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi və Şəki İnzibati-İqtisadi Məhkəməsinin 07 oktyabr 2019-cu il tarixli 2-1(84)- 621/2019 nömrəli qərarının ləğv edilməsi barədə ərizəsi təmin edilməmişdir. X2 İnzibati-İqtisadi Məhkəməsinin 15 noyabr 2019-cu il tarixli, 2-1(84)-621/2019 saylı qərardadından apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və üçüncü şəxs qismində cəlb edilməsi barədə vəsatətinin təmin edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 20 dekabr 2019-cu il tarixli 2- 1(107)-717/2019 saylı qərardadı ilə X9 tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 15 noyabr 2019-cu il tarixli 2-1(84)- 621/2019 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 18 fevral 2020-ci il tarixli, 2-1(102)-593/2020 saylı qərarı ilə X9 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 20 dekabr 2019-cu il tarixli, 2-1(107)-717/2019 saylı qərardadı ləğv edilmiş və iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 24 avqust 2020-ci il tarixli, 2- 1(107)-160/2020 saylı qərardadı ilə X9 tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 15 noyabr 2019-cu il tarixli 2-1(84)- 621/2019 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 18 noyabr 2020-ci il tarixli, 2-1(102)-2125/2020 saylı qərarı ilə X9 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 24 avqust 2020-ci il tarixli, 2-1(107)-160/2020 saylı qərardadı ləğv edilmiş və iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 mart 2021-ci il tarixli, 2- 1(107)-119/2021 saylı qərardadı məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Müstəqil Ekspertizа Mərkəzi MMC-yə həvаlə edilmiş, ekspertizanın aparılması nəticələrinə dair rəy alınanadək iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Bundan sonra müstəqil Ekspertizа Mərkəzi MMC-nin 22 sentyabr 2021-ci il tarixli, 480 nömrəli rəyi, eyni zamanda X6 üçüncü şəxs qismində cəlb edilməsi barədə verdiyi ərizəsindən imtina etməsinə dair ərizəsi Şəki Apellyasiya Məhkəməsinə daxil olduğundan hazırkı iş üzrə icraat təzələnmişdir. İşə apellyasiya icraatında baxılarkən X9 ərizəsinin məzmununa uyğun izahat vermişdir ki, o, İddiaçı Şəki rayonu Turan qəsəbə bələdiyyəsindən icarəyə götürdüyü 65 ha torpaq sahəsinin DƏDRX-dən çıxarış alınmasına dair Şəki Apellyasiya Məhkəməsində olan işinə üçüncü şəxs qismində cəlb olunması ilə bağlı verdiyi ərizəsindən imtina etdiyini, İddiaçı icarəsində olan 65 ha torpaq sahəsinə dair heç bir iddia tələbinin olmadığını, gələcəkdə də olmayacağını, ona görə də özünün hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb edilməsinə dair tələbindən imtina etdiyini və iş həmin hissə üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə kollegiyasının iclasında iiştirak edən iddiaçı Əsədova Şəfiqə Muxtar qızının nümayəndəsi X4 və üçüncü şəxs Şəki Rayonu Turan Bələdiyyəsinin nümayəndəsi X7 hər biri ayrı-ayrılıqda X6 hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb edilməsinə dair ərizəsinin təmin edilməsinə etiraz etmədiklərini bildirdilər. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə İddiaçı lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayəti üzrə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası X6 “üçüncü şəxs qismində cəlb edilməsi barədə verdiyi ərizəsindən imtina etməsi”nə dair ərizəsini və tərəflərin mövqeyini nəzərə alaraq hesab edir ki, X6 ərizəsi qəbul edilərək onun hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb edilməsinə dair ərizəsi ilə bağlı icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -55.1-ci maddəsinə əsasən, Məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. -55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. -55.5-ci maddəsinə görə, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, şərh olunan normativ hüquqi aktda ərizəçinin ərizəsinə əsasən, onun üçüncü şəxs qismində cəlb edilməsi barədə verdiyi ərizəsindən imtina etməsi birbaşa nəzərdə tutulmasa da, inzibati mübahisənin onun (ərizəçinin) iradəsinə uyğun olaraq başa çatdırılmasının mümkünlüyü təəsbit olunmuşdur və ərizəçinin belə ərəzəsi faktiki onun mübahisə ilə bağlı marağının itməsi səbəbindən üçüncü şəxs qismində cəlb edilməsi barədə verdiyi ərizəsindən imtina edilməsi və həmin ərizə üzrə icraata xitam verilməsi barədə qərardadın qəbul edilməsi ilə nəticələnə bilər. Başqa sözlə, ərizəçi öz aktiv hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəmə kollegiyasına üçüncü şəxs qismində cəlb edilməsi barədə verdiyi ərizəsindən imtina barədə ərizə verdikdə, bu o anlama gəlir ki, ərizəçi üçüncü şəxs qismində cəlb edilməsi barədə verdiyi ərizənin məhkəmə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsində göstəilmişdir ki, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmin Məcəllənin 191-ci maddəsinə əsasən, iddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər... Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. İnzibati işin materiallarından görünür ki, X6 üçüncü şəxs qismində cəlb edilməsi barədə verdiyi ərizəsindən imtina etməsi digər şəxslərin hüquq və maraqlarına toxunmur. Belə vəziyyətdə məhkəmə kollegiyası hazırkı iş üzrə X6 iş üzrə üçüncü şəxs qismində cəlb edilməsindən imtina ərizəsi nəzərə alınaraq üçüncü şəxs qismində cəlb edilmə ilə bağlı icraata xitam verilməsini mümkün hesab edir. Eyni zamanda yuxarıda qeyd edildiyi kimi iş üzrə qаnuni və obyektiv qərar qəbul edilməsi üçün Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 avqust 2021-ci il tarixli, 2-1(107)-119/2021 saylı qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Müstəqil Ekspertizа Mərkəzi MMC-nin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertlərinə həvаlə edilmiş, ekspertizanın aparılması nəticələrinə dair rəy alınanadək iş üzrə icraatın dayandırılması qərara alınmışdır. 04 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası "xxxx" MMC-nin 22 sentyabr 2021-ci il tarixli, 480 nömrəli mütəxəssis rəyi verilərkən isə tədqiqatın dəyəri olan 300 manat məbləğində vəsaitin tutularaq müvafiq hesablara ödənilməsi qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən şəxsin ərizədən, iddiadan və ya şikayətdən imtina etdiyi hallarda, prosessual xərclərin ödənilməsi vəzifəsi həmin şəxsin üzərinə qoyulur. X9 verdiyi apellyasiya şikayətindən imtina etdiyindən iş üzrə məhkəmə xərci olan məhkəmə tikinti-texniki ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 300 manat məbləğində pul X5 tutulmalı və Azərbaycan Respublikası "xxxx" MMC-nin ("xxxx" ASC Sahil filialı, Kod 201218, VÖEN **********, SWİFT kod AİİBAZ2X, Müxbir hesab AZ37NABZ********************, VÖEN **********, Hesab AZ64AİİB400900C**********208) hesabına ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 99.1-ci maddəsinə əsasən, məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 95.3 və 95.4-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: X6 hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb edilməsinə dair ərizəsindən imtinası qəbul edilsin. İş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin 15 noyabr 2019-cu il tarixli, 2-1(84)- 621/2019 saylı qərardadı ləğv edilsin. X6 hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi barədə ərizəsi üzrə işin icraatına xitam verilsin. İş üzrə məhkəmə xərci olan məhkəmə tikinti-texniki ekspertrizası ilə bağlı aparılmış tədqiqatın dəyəri olan 300 manat məbləğində pul X5 tutularaq Azərbaycan Respublikası "xxxx" MMC-nin ("xxxx" ASC Sahil filialı, Kod 201218, VÖEN **********, SWİFT kod AİİBAZ2X, Müxbir hesab AZ37NABZ********************, VÖEN **********, Hesab AZ64AİİB400900C**********208) hesabına ödənilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Elçin Hüseynov
Məhkəmə qərarları › İş №2-1(107)-119/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-119/2021
19.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver