Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-12/2020 17.03.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər - Mahmudov Ayaz Akif oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə, üçüncü şəxslər X19, X17, X5, X15, X10, X6, X8 və Qəbələ bələdiyyəsinə qarşı Qəbələ şəhəri İ.Nəsimi küçəsində yerləşən 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması tələbinə dair inzibati işə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Qəbələ rayon X7 xx.xx.2001-ci il tarixli 03 nömrəli qərarı ilə X1 mülkiyyətinə 0,06 ha həyətyanı torpaq sahəsi verilmiş və adına JN seriyalı 1757 F nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə hazırlanmışdır. Həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 47,2 m2 olan 1 otaqdan ibarət yaşayış evi Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən xx.xx.2004-cü il tarixdə X1 adına rəsmiləşdirilmiş və sonuncunun adına 1/168-2 nömrəli Qeydiyyat Vəsiqəsi verilmişdir. Firəngiz Qəhrəmanova xx.xx.2016-cı il tarixdə öldükdən sonra uşaqları İddiaçı1 və İddiaçı2 mərhumun vərəsələri olaraq tanınmış və xx.xx.2017-ci il tarixli 2V-83 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bundan sonra İddiaçı2 və İddiaçı1 miras qalmış 0,06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 47,2 m2 olan fərdi yaşayış evi üzərində mülkiyyət hüquqları xx.xx.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və adlarına RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Qeyd olunan çıxarışda torpaq sahəsinin bələdiyyə mülkiyyətində olduğu göstərilmişdir. İddiaçılar anasından miras qalmış 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün cavabdeh orqana müraciət etmiş, sonuncu xx.xx.2017-ci il tarixli **********28 nömrəli və xx.xx.2017-ci il tarixli **********84 nömrəli məktublarla hüquqların dövlət qeydiyyatından imtina edərək sözügedən torpaq sahəsinin başqa mülkiyyətçilərə məxsus torpaq sahəsi ilə üst-üstə düşməsini əsas gətirmişdir. Bununla razılaşmayan iddiaçılar hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddia tələbini cavabdeh orqanın imtinada ifadə olunan hərəkətlərinin qanunsuz olması ilə əsaslandırmışlar. Cavabdeh inzibati orqan məhkəməyə xx.xx.2017-ci il tarixli **********91 nömrəli məktubla iddia tələbinə etiraz etmiş və etirazını onunla əsaslandırmışdır ki, JN seriyalı 1757 F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə Ərazi İdarəsində mövcud olan elektron baza məlumatlarında öz əksini tapmamış və iddiaçıların faktiki iddia etdikləri torpaq sahəsi JN seriyalı 1495 G nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə X13 mülkiyyətinə verilmiş 0,07 ha, JN seriyalı 1494 F nömrəli torpağın mülkiyyətə verilməsinı dair şəhadətnamə ilə X5, X15, X10, X6 və X4 birgə mülkiyyətlərinə verilmiş 0,06 ha və JN seriyalı 9273 BB nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə bələdiyyə mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşür. Bu səbəbdən də iddiaçıların faktiki istifadəsində olan 0,06 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir. Şəki İnzibati-İqtisаdi Məhkəməsinin xx xxxxxx 2018-ci il tаrixli, 2-1(84)-68/2018 saylı qərarı ilə (hаkim Rüfət Məcidov) iddia tələbi təmin edilmiş, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin üzərinə Qəbələ şəhəri İ.Nəsimi küçəsində yerləşən 0,06 ha torpaq sahəsi üzərində İddiaçı1 və İddiaçı2 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınması və hüquqların dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin qoyulması, ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsi qərara alınmışdır. Şəki Apelyasiya Məhkəməsinin İnzibаti-İqtisadi kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(107)-5/2019 saylı qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibаti- İqtisаdi Məhkəməsinin xx xxxxxx 2018-ci il tаrixli, 2-1(84)-68/2018 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2-1(102)-1419/2019 saylı qərarı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsinin İnzibаti-İqtisadi kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(107)-5/2019 saylı qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şəki İnzibаti-İqtisаdi Məhkəməsinin xx xxxxxx 2018-ci il tаrixli, 2-1(84)-68/2018 saylı qərarından cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Ərazi İdarəsi apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Apelyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən qeyd olunan ünvanda yerləşən torpaq sahələrinə baxış keçirilərək çöl ölçmə işləri aparılmış və çöl ölçmə işləri nəticəsində əldə olunan məlumatlar kameral şəraitdə elektron kadastr baza məlumatları ilə müqayisə edilərək mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılmışdır. Aparılan araşdırmalar nəticəsində məlum olmuşdur ki, JN-1757 F saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” Ərazi İdarəsində mövcud olan elektron baza məlumatlarında öz əksini tapmamışdır və faktiki iddia etdikləri torpaq sahəsi başqa vətəndaşlara məxsus JN-1495 G, 1494 F və 9273 BB mülkiyyətlərlə üst-üstə düşür. Qeyd olunan səbəblərdən müraciətinin icrası cavabdeh tərəfindən mümkün olmamışdır. İş materiallarından görünür ki, Şəki İnzibati-İqtisadi Məhkəməsi yuxarıda qeyd olunan halları nəzərə almamış, əsassız olaraq İddiaçı1 və İddiaçı2 iddia tələbini təmin etmişdir. Ona görə də, həmin məhkəmə tərəfindən qəbul olunmuş Şəki İnzibati-İqtisаdi Məhkəməsinin xx xxxxxx 2018-ci il tаrixli, 2-1(84)-68/2018 saylı qərarıın ləğv edilməsini və iddia tələbinin təmi edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin nümayəndəsi X3 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, Şəki İnzibаti-İqtisаdi Məhkəməsinin xx xxxxxx 2018-ci il tаrixli, 2-1(84)-68/2018 saylı qərarının ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına təqdim olunmuşdur. Həmin materiallara JN seriyalı 1757 F nömrəli, 1495 G nömrəli və 1494 F nömrəli torpağın mülkiyyətə verilməsinı dair şəhadətnamələr, xx.xx.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, 1/168-2 reyestr nömrəli Qeydiyyat Vəsiqəsi, RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatından çıxarış, DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin xx.xx.2017-ci il tarixli **********28 nömrəli və xx.xx.2017-ci il tarixli **********84 nömrəli məktublar imtina məktubları, xx.xx.2017-ci il tarixli **********91 nömrəli etirazı və digər sənədlər aiddir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin xx.xx.2017-ci il tarixli **********62 nömrəli məktubundan görünür ki, İddiaçı2 xx.xx.2017-ci il tarixli ərizəsinə əsasən araşdırma aparılmış, təqdim edilmiş JN seriyalı 1757F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin ərazi idarəsində mövcud olan elektron baza məlumatlarında öz əksini tapmaması məlum olmuş və iddiaçının faktiki qeydiyyata alınmasını istədiyi 0,06 ha torpaq sahəsinin JN-1494F və JN-1495G nömrəli başqa mülkiyyətçilərə məxsus olan “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”lər ilə üst-üstə düşməsi səbəbindən ərizənin icrasından imtina edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2018-ci il tarixli **********98 nömrəli məktubundan görünür ki, Qəbələ Rayon AİK-ın xx xxxxxx 2001-ci il tarixli 03 saylı qərarı ilə X2 verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN seriyalı 1757F nömrəli şəhadətnamə elektron bazasında öz əksini tapmadığı üçün işin araşdırılması mümkün olmamışdır. Əsaslandırma hissəsi: Cavabdehin apelyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Məhkəmə kollegiyası işdə olan sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanunsuzdur. İddia mümkün iddia olduğuna görə birinci instansiya məhkəməsi iddiaya mahiyyət üzrə baxmışdır. Belə ki, baxılan işdə söhbət İnzibati Prosessuаl Məcəlləsinin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessuаl Məcəlləsinin 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İnzibati Prosessuаl Məcəlləsinin 2.2.3 və 34.1-ci maddələrinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Apelyasiya şikayəti vaxtında, birinci instansiya məhkəməsinin qərarı cavabdehə təqdim olundugu gündən İnzibati Prosessuаl Məcəlləsinin 85.1-ci maddəsində müəyyən edilmiş 30 gün müddətində verilmiş, İnzibati Prosessuаl Məcəlləsinin 85.1-ci, 85.2 -ci və 85.3-cü maddələrinə uyğun olaraq şikayət formal baxımından lazımi qaydada əsaslandırılmış, əsaslandırma hissəsində cavabdehin tələbi göstərilmişdir. İddia, mahiyyət etibarı ilə əsaslıdır. Belə ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasında göstərilmişdir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə görə vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Sadalanan maddi hüquq normalarının tələbindən göründüyü kimi, vətəndaşların qanuni istifadəsində olan həyətyanı sahələr onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə əvəzsiz olaraq mülkiyyətlərinə verilir. Sadalanan maddi hüquq normalarının tələbindən göründüyü kimi, vətəndaşların qanuni istifadəsində olan həyətyanı sahələr onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə əvəzsiz olaraq mülkiyyətlərinə verilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 5-ci bəndinə əsasən, torpaq üzərində mülkiyyət hüququna dair şəhadətnamə vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında mülkiyyət hüququnun qeydiyyatını həyata keçirən dövlət orqanı tərəfindən verilir. xx xxxxx 2006-cı il tarixli 100-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 478) ilə 10cu maddənin beşinci hissəsində "mülkiyyət hüququna dair şəhadətnamə" sözləri "mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış" sözləri ilə, "mülkiyyət hüququnun qeydiyyatını həyata keçirən" sözləri "daşınmaz əmlakın dövlət reyestrini aparan" sözləri ilə əvəz edilmişdir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin 4-cü abzasına əsasən, qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüququna dair müəyyən edilmiş formada sənədlər (nümunələri əlavə olunur) hazırlanır və 10 gün müddətində səlahiyyətli dövlət orqanlarında qeydiyyatdan keçirilir və həmin sənədlər müvafiq şəxslərə verilir. İş üzrə qаnuni və obyektiv qərar qəbul edilməsi üçün Şəki Apelyasiya Məhkəməsinin İnzibаti-İqtisаdi kollegiyаsının xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(107)-457/2019 saylı qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinə həvаlə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 29229 nömrəli rəyindən görünür ki, JN seriyalı 1757 F nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən Qəbələ Rayon X7 xx.xx.2001-ci il tarixli, 03 saylı qərarı ilə X1 mülkiyyətinə verilmiş 0,06 hekar torpaq sahəsi ilə JN-1495G nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən Qəbələ Rayon Aqrar Komissiyasının xx.xx.2001-ci il tarixli 03 saylı qərarı ilə X13 və X11 mülkiyyətinə verilmiş 0,07 ha torpaq sahəsi və JN-1497F nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən Qəbələ Rayon X7 xx.xx.2001-ci il tarixli 03 saylı qərarı ilə X5, X15, X10, X6 və X4 mülkiyyətinə verilmiş 0,06 ha torpaq sahəsinin cizgiləri ilə üst-üstə düşmür. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olunduğu kimi, mübahisə predmeti olan 0,06 ha torpaq sahəsi islahat zamanı X1 qanuni istifadəsində olduğundan əvəzsiz olaraq mülkiyyətinə verilmiş, hüquqları JN seriyalı 1757 F nömrəli şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Firəngiz Qəhrəmanova xx.xx.2016-cı il tarixdə ölmüş və iddiaçılar İddiaçı1, İddiaçı2 mərhumun vərəsələridir. Qanunvericiliyin tələbinə görə, inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür (İPM maddə - 14.2). Cavabdeh inzibati orqan mübahisə predmeti olan torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatından imtina edərkən sözügedən torpaq sahəsinin JN seriyalı 1495 G nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə X13 mülkiyyətinə verilmiş 0,07 ha, JN seriyalı 1494 F nömrəli torpağın mülkiyyətə verilməsinı dair şəhadətnamə ilə X5, X15, X10, X6 və X4 birgə mülkiyyətlərinə verilmiş 0,06 ha və JN seriyalı 9273 BB nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə bələdiyyə mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşməsini əsas gətirmiş, lakin bunu sübut edə bilməmişdir. Əksinə həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi üzərində iddiaçıların hüquqları daşınmaz əmlakın dövlər reyestrində qeydiyyata alınarkən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması faktı öz təsdiqini tapmışdır. Bundan başqa, torpaq sahəsi digər mülkiyyətçilərə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü təqdirdə həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi üzərində iddiaçıların mülkiyyət hüquqları dövlət qeydiyyatına alına bilməzdi. Göründüyü kimi cavabdehin etiraz dəlilləri əsassızıdır. Bundan başqa hazırkı mübahisə predmeti olan torpaq sahəsi torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 1757 F nömrəli şəhadətnamə ilə Firəngiz Qəhrəmanovanın mülkiyyətinə verilmişdir. Qanunvericiliyin tələbi baxımından mübahisə predmeti olan torpaq sahəsi torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 1757 F nömrəli şəhadətnamə əsasında qeydiyyata alınmalıdır. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestrinhaqqında Qanununun 8.0.5-ci madəsinə əsasən, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Cavabdehin torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərazi İdarəsində mövcud olan elektron baza məlumatlarında öz əksini tapmaması ilə bağlı etiraz dəlilinə qiymət verən məhkəmə qeyd edir ki, həmin sənəd barədə məlumatların elektron baza məlumatlarına yerləşdirilməsi mülkiyyətçi tərəfindən həyata keçirilən fəaliyyət olmamamış və bu hal onun təqsirindən baş verməmişdir. İddiaçıların təqdim etdiyi mülkiyyət sənədi ləğv edilməmiş və hazırda da qüvvədədir. Belə olan halda cavabdeh qanunvericiliyin tələbinə əsasən hüquqların dövlət qeydiyyatından imtina edə bilməz. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnaməyə əsasən həmin Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək (3.0.8-ci bənd), vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifəsidir. Bu hallar qeydiyyat zamanı aşkar olunacağı təqdirdə isə xidmət vəzifələrini yerinə yetirməli və hüquqların dövlət qeydiyyatını torpaq sahəsinin faktiki yerləşmə koordinatlarına uyğun aparmalıdır. Məhkəmə kollegiyası üçüncü şəxslərin mübahisəyə dair mövqelərinin öyərənilməsinin vacibliyini nəzərə alaraq onların məhkəmə kollegiyasının iclasında iştirakını təmin etməyə səy göstərsə də buna nail ola bilməmişdir. Belə ki, üçüncü şəxslər heç bir üzrlü səbəb olmadan təkrarən məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdeh inzibati orqan imtinasını sübut edə bilməmişdir. Əksinə, həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi üzərində iddiaçıların hüquqları daşınmaz əmlakın dövlər reyestrində qeydiyyata alınarkən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması faktı öz təsdiqini tapmışdır. Bundan başqa, torpaq sahəsi digər mülkiyyətçilərə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü təqdirdə həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi üzərində iddiaçıların mülkiyyət hüquqları dövlət qeydiyyatına alına bilməzdi. Göründüyü kimi cavabdehin etiraz dəlilləri əsassızıdır. Məhkəmə kollegiyasının qənaətinə görə, iddiaçılar Qəbələ şəhəri İ.Nəsimi küçəsində yerləşən 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınması və reyestrdən çıxarışın verilməsini tələb etməkdə haqlı olmuşlar. Belə ki, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır və həmin şəhadətnamə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qəbələ Rayon X7 xx.xx.2001-ci il tarixli 03 nömrəli qərarı ilə X1 mülkiyyətinə 0,06 ha həyətyanı torpaq sahəsi verilmiş və adına JN seriyalı 1757 F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” hazırlanmışdır. Həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 47,2 m2 olan 1 otaqdan ibarət yaşayış evi Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən xx.xx.2004-cü il tarixdə X1 adına rəsmiləşdirilmiş və sonuncunun adına 1/168-2 nömrəli Qeydiyyat Vəsiqəsi verilmişdir. Şəhadətnamə mülkiyyət hüququnu təsdiq edən sənəddir və hazırda qüvvədədir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərin əsassız sayaraq birinci instansiya məhkəməsinin gəlmiş olduğu qənaətlə razılaşır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi qanuni və əsaslıdır. Apelyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbаycаn Respublikаsı İnzibati Prosessuаl Məcəlləsinin 110.1-ci mаddəsinə uyğun olаrаq, iş üzrə məhkəmə xərci olan məhkəmə tikinti-texniki ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsindən tutulmalı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖİN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ ********************, SWİFT BİK CTREAZ 22) hesabına, eyni zamanda torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza xərcinin dəyri olan 119,86 manat məbləğində pul cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsindən tutulmalı və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin (KOD: 200071, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC VÖEN: **********, Hesab N: AZ23AİİB********************) hesabına ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tаrixli, 2-1(84)-68/2018 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İş üzrə məhkəmə xərci olan məhkəmə tikinti-texniki ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsindən tutulsun və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖİN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ ********************, SWİFT BİK CTREAZ 22) hesabına, eyni zamanda torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza xərcinin dəyri olan 119,86 manat məbləğində pul cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsindən tutulsun və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin (KOD: 200071, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC VÖEN: **********, Hesab N: AZ23AİİB********************) hesabına ödənilsin. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi (AZ-5500, Şəki Şəhəri, Salman Mümtaz küçəsi) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ-1025, Bаkı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Hüseynov Hakimlər: Ayaz Mahmudov Vəzirxan Məlikov
Məhkəmə qərarları › İş №2-1(107)-12/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-12/2020
17.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver