Məhkəmə qərarları › İş №2-1(107)-12/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-12/2025

14.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 2-1(107)-12/2025 14.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), X2 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Isayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “hüquqazidd şəkildə sökülərək dağıdılmış Mingəçevir şəhəri, Çimərlik sahəsində yerləşən 47.9 kv.m ibarət “Dalğa” pavilyonunun sökülməsi nəticəsində dəymiş 350.000 (üç yüz əlli min) manat məbləğində maddi, 108.000 (bir yüz səkkiz min) manat məbləğində əldən çıxmış fayda şəklində maddi ziyanın və 100.000 (bir yüz min) manat mənəvi ziyanın, cəmi 558.000 ( beş yüz əlli səkkiz min) manat pulun tutularaq ödənilməsi” tələbinə dair inzibаti iş üzrə Şəki Inzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli *-*(***)-**/**** nömrəli qərarından iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. Işin halları Birinci instansiya məhkəməsində icraat

1. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Şəki Inzibati Məhkəməsinə müraciət edərək, “hüquqazidd şəkildə sökülərək dağıdılmış Mingəçevir şəhəri, Çimərlik sahəsində yerləşən 47.9 kv.m ibarət “Dalğa” pavilyonunun sökülməsi nəticəsində dəymiş 350.000 (üç yüz əlli min) manat məbləğində maddi, 108.000 (bir yüz səkkiz min ) manat məbləğində əldən çıxmış fayda şəklində maddi ziyanın və 100.000 (bir yüz min) manat mənəvi ziyanın, cəmi 558.000 (beş yüz əlli səkkiz min) manat pulun tutularaq ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Birinci instansiya məhkəməsinin ##.##.2023-cü il tarixli *-*(***)-***/**** nömrəli qərardadı ilə Mingəçevir şəhər Icra Hakimiyyətinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi ilə bağlı vəsatət təmin edilməmişdir.

3. Iddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - Mingəçevir şəhərində yerləşən "Dalğa pavilyonu" Azərbaycan Respublikası Iqtisadi Inkişaf Nazirliyinin Mingəçevir şəhər Şöbəsi tərəfindən ** №-li protokola əsasən auksiona çıxarılmışdır. Azərbaycan Respublikası Iqtisadi Inkişaf Nazirliyinin Dövlət Əmlakının idarə olunması və özəlləşdirilməsi Departamenti ilə aralarında bağlanmış ## ###### 2005-ci il tarixli, **** №-li müəssisənin (obyektin) alqı-satqı müqaviləsinə əsasən köhnə Azərbaycan manatı ilə 2061000 ona satılmışdır. "Dalğa pavilyonu" ona satıldıqdan sonra Azərbaycan Respublikası Dövlət Əmlakının Idarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında ## ###### 2006-cı il tarixli ****** №-li şəhadətnamə verilmişdir.

4. Qeyd olunan tarixdən, yəni ## ###### 2005-ci il tarixdən Mingəçevir şəhərində verləşən "Dalğa pavilyonu" onun xüsusi mülkiyyətindədir. Hazırda isə ona məlum olmuşdur ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən Mingəçevir şəhərində yerləşən "Dalğa pavilyonu" sökülmüş və onun içindəki avadanlıqlar məhv edilərək yerində tikili tikilmişdir.

5. Belə ki, Azərbaycan Respublikası Mingəçevir şəhər Icra Hakimiyyəti başçısının ## ###### 2013-cü il tarixli, ** №-li Sərəncamının 1-ci bəndinə əsasən Fövqəladə Hallar Nazirliyinin X6 etibarlı mühafizəsinin və effektli idarə olunmasının təmin edilməsi üçün Nazirliyin bölmələrinin yerləşdirilməsi və layihə üzrə nəzərdə tutulmuş tikililərin (MMQ alayı, Su hövzəsinin mühafizə idarəsi Xüsüsi riskli xilasetmə xidməti və s.) aparılması məqsədilə Nazirliyin daimi istifadəsinə şəhər çimərliyinin yaxınlığındakı ərazidən 8.1 ha torpaq sahəsi verilmişdir.

6. Həmin Sərəncamın 3-cü bəndinə əsasən FHN rəhbərliyinin nəzərinə çatdırılmışdır ki, daimi istifadəyə verilmiş torpaq sahəsində tikinti işlərinə aidiyyəti dövlət orqanları və idarələrlə razılaşmalar aparıldıqdan sonra və aparılacaq tikinti işlərinin layihə sənədləri aparatın Memarlıq və Tikinti şöbəsində qeydiyyata alındıqdan sonra başlaya bilər.

7. Lakin, cavabdeh Sərəncamın qeyd olunan müddəalarına əməl edilmədən həmin tikinti işlərini onun xüsusi mülkiyyətində olan “Dalğa” pavilyonunun sahəsində də, həyata keçirilmişdir. Halbuki cavabdeh tikinti işlərini yalnız Cavabdeh Su X16 ayrılan və "Mingəçevir" X8 balansında olan torpaq sahəsində apara bilərdi.

8. Belə ki, "Müstəqil Ekspertiza Mərkəzi" tərəfindən verilmiş ## ###### 2021-ci il tarixli, *** nömrəli mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, sökülmüş mübahisəli 61,8 kv.metr tikilinin yerləşmə planı mövcud vəziyyət üzrə Fövqəladə Hallar Nazirliyinin bölmələrinin "Mülki Müdafiə Qoşunları alayı, Xüsusi Xilasetmə Xidməti və X13 Idarələrinin 600 kv.metr sahəsi olan tikilinin üzərinə düşür. Həmçinin rəyə əlavə olunmuş aerofotoplan və sxemdən aydın şəkildə görünür ki, 2011-ci il üçün ərazidə yalnız "Dalğa kafesi" yerləşmişdir. 2010 və 2021-ci il üçün tərtib edilmiş sxemlərdən isə görünür ki, "Dalğa" kafesinə məxsus ərazidə Fövqəladə Hallar Nazirliyinin tikililəri inşa edilmişdir.

9. Cavabdeh Cavabdeh onun razılığı və icazə olmadan mülkiyyətində olan qeyri-yaşayış sahəsini sökmüş və orada qanunsuz olaraq tikinti işləri aparmışdır. Dəfələrlə onlara müraciət edilərək söküntü və qazıntı işlərini, o cümlədən tikintinin dayandırılmasını və torpaq sahəsindən çıxarılmalarını tələb etsə də, cavabdeh onun tələbinə əhəmiyyət verməmişdir.

10. Cavabdeh özünün ona məxsus olan qeyri-yaşayış və torpaq sahəsinə sahibliyinin qanunsuz olduğunu bilirdi və bilməli idi. Çünki cavabdehin bu əmlaka dair heç bir hüququ yoxdur, qeyri-yaşayış sahəsi onun mülkiyyətindədir. Bu qeyri-yaşayış sahəsini sataraq və ya icarəyə verərək ondan faydalana bilərdi və ya bu torpaq sahəsindən təyinatına uyğun digər şəkildə istifadə edə bilərdi. Cavabdehin bu torpaq sahəsini zəbt etməsi onu bütün bu imkanlardan məhrum etmişdir. Nəticə etibarı ilə ona 350.000 (üç yüz əlli min) manat məbləğində maddi zərər dəymişdir. Torpaq sahəsi qazılmış, qanunsuz olaraq mülkiyyətində olan qeyri-yaşayış sahəsində tikinti işləri aparılmışdır. Cavabdeh özbaşınalıq edərək ona böyük maddi və mənəvi ziyan vurmuşdur.

11. Sübut qismində iş materiallarına əlavə etdiyi "X9" MMC tərəfindən verilmiş ## ###### 2021-ci il tarixli, ***/LBC saylı rəydən görünür ki, Mingəçevir şəhəri, Çimərlik sahəsində mövcud olmuş 47,9 kv.metr ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin - "Dalğa” pavilyonunun hazırki dövrə olan orta bazar qiyməti" 350.000 (üç yüz əlli min) manat təşkil edir.

12. Alınmış mütəxəssis rəyləri ilə bir daha sübut olunur ki, Cavabdeh tərəfindən tikinti işləri aparılana qədər “Dalğa Pavilyonu" mövcud olmuş, sonradan tikinti işləri aparılan zaman qanunsuz və özbaşına olaraq sökülmüşdür.

13. Bundan əlavə ona və ailə üzvlərinə dəymiş mənəvi ziyanı isə 100.000 (bir yüz min) manat məbləğində qiymətləndirir.

14. Qeyd etdiyi kimi həmin əmlakı o, qeyri-yaşayış sahəsi kimi istifadə etmiş, orada yerləşən qeyri-yaşayış sahəsində olan əşyalar məhv edilmişdir. Qeyd etdiyi kimi həmin vaxt qeyri-yaşayış sahəsi icarədə olmuşdur. Həmin qeyri-yaşayış sahəsi aylıq 1500 manat icarəyə verilmişdir. Dağıntının baş verdiyi 2016-cı ilin avqust ayından hesab etsək, 2022-ci ilin iyun ayına qədər 72 ay nəzərə alsaq, 108 000 (bir yüz səkkiz min) manat məbləği əldən çıxmış faydadır.

15. Göstərdiyi daşınar əmlaklarının məhv edilməsi ilə yanaşı, mülkiyyətində olan qeyriyaşayış sahəsinin dağıdılıb yerində tikili inşa edilmişdir. Əmlakının qanunsuz olaraq məhv edilməsi ona və ailə üzvlərinə ağır mənəvi ziyan vurmuş, stress və depressiyaya məruz qoymuşdur. Bu günədək onlara heç bir kompensasiya verilməmişdir. Hesab edir ki, onun daşınmaz əmlakı olan qeyri-yaşayış sahəsinin içindəki daşınar əmlaklarla birlikdə dağıdılıb sökülməsinin əvəzi olaraq ona maddi və mənəvi ziyan üçün kompensasiya ödənilməlidir.

16. Beləliklə, onun mülkiyyətində olan qeyri-yaşayış sahəsinin sökülməsi faktı danılmazdır. Hüquqi dövlətdə heç bir şəxsin mülkiyyətinin bu şəkildə məhv edilməsinə yol verilmir və onun mülkiyyət hüquqları Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsi ilə qorunur. Ona dəymiş mənəvi zərərin həcmi ölçüyə gəlməzdir. Həm əmlak məhv olunmuş, həm maddi zərər dəymiş, həm də qarşılığı ödənilməmişdir.

17. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2011-ci il tarixli **s nömrəli Sərəncamı ilə Mingəçevir Su anbarı Fövqəladə Hallar Nazirliyinin balansına verilmişdir. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi # ###### 2013-cü il tarixdə Mingəçevir Şəhər Icra Hakimiyyətinə müraciət edərək X6 etibarlı mühafizəsinin və effektli idarə olunmasının təmin edilməsi üçün nazirliyin bölmələrinin yerləşdirilməsi məqsədilə tikililərin inşası üçün şəhər çimərliyinin yaxınlığında 8,1 ha torpaq sahəsinin nazirliyin daimi istifadəsinə verilməsini xahiş etmişdir. Mingəçevir Şəhər Icra Hakimiyyəti nazirliyin müraciətini nəzərə alaraq, Mingəçevir Şəhər Icra Hakimiyyəti başçısının ## ###### 2013-cü il tarixli ** nömrəli Sərəncamı ilə şəhər çimərliyinin yaxınlığındakı ərazidən 8,1 ha torpaq sahəsini nazirliyin daimi istifadəsinə vermişdir.

18. Həmin sərəncamın 2-ci hissəsi ilə “xxxx” MMC-nin həmin ərazidə torpaq sahəsinin icarəyə verilməsi və tikintiyə icazə haqqındakı Mingəçevir Şəhər Icra Hakimiyyəti başçısının ## ###### 2008-ci il tarixli *** nömrəli sərəncamı qüvvədən düşmüş hesab edilmişdir. Qeyd olunan sərəncamda Mingəçevir şəhəri, çimərlik sahəsində yerləşən 47.9 kv.m ibarət “Dalğa” pavilyonu ilə bağlı hər hansı müddəa nəzərdə tutulmamışdır.

19. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəkili (nümayəndəsi) iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

20. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

21. Şəki Inzibati Məhkəməsinin (hakim Vüqar Musayev) ## ###### 2024-cü il tarixli *- *(***)-**/**** nömrəli qərarı ilə iddia tələbi qismən təmin edilərək, iddiaçı İddiaçı 1.308,04 manat pul məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh Cavabdehn üzərinə qoyulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

22. Iddiaçının nümayəndəsi və vəkili Vəkil həmin qərardan apellyasiya şikayəti vermişdir.

23. Şəki Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli qərardadı ilə məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.

24. Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2024-cü il tarixli məktubuna əlavə edilmiş məlumata əsasən, məhkəmə tərəfindən tədqiq olunan obyektə baxış keçirilən zaman tədqiqat obyektinin söküldüyü müəyən edilmiş və buna görə də ekspertizanın aparılmasından imtina edilmişdir.

Apellyasiya şikayətlərinin dəlilləri

25. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mingəçevir şəhərində yerləşən "Dalğa" pavilyonu Azərbaycan Respublikası Iqtisadi Inkişaf Nazirliyinin Mingəçevir şəhər Şöbəsi tərəfindən ** nömrəli protokola əsasən auksiona çıxarılmışdır. Azərbaycan Respublikası Iqtisadi Inkişaf Nazirliyinin Dövlət Əmlakının idarə olunması və özəlləşdirilməsi Departamenti ilə aralarında bağlanmış ## ###### 2005-ci il tarixli, **** №-li müəssisənin (obyektin) alqı-satqı müqaviləsinə əsasən köhnə Azərbaycan manatı ilə 2.061.000 manata ona satılmışdır. "Dalğa" pavilyonu ona satıldıqdan sonra Azərbaycan Respublikası Dövlət Əmlakının Idarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında ## ###### 2006-cı il tarixli 0***** N°-li şəhadətnamə verilmişdir. ## ###### 2005-ci il tarixdən Mingəçevir şəhərində yerləşən "Dalğa" pavilyonu onun xüsusi mülkiyyətindədir. X3 Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-**/**** saylı qərarında məhkəmə tərəfindən Konstitusiya və mülki qanunvericiliyin yuxarıda sadalanan normalarının düzgün tətbiq olunmaması onun mülkiyyət hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnmişdir. Belə ki, məhkəmə tədqiqat obyektinin tamamilə sökülməsi və ilkin vəziyyətinin saxlanılmamasına görə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2023-cü il tarixli **/*** nömrəli məktubuna əlavə olunmuş məlumatda məhkəmə ekspertizasının aparılmasından imtina edildiyi üçün sözügedən obyektin yerləşdiyi ərazidə mövcud olan analoji qeyri-yaşayış binalarının müqayisəli təhlilinə əsaslanaraq ona cavabdeh inzibati orqan tərəfindən vurulmuş maddi ziyanın məbləğini müəyyənləşdirmiş "X10" MMC-nin ##.##.2021-ci il tarixli ***/LBC nömrəli məktubuna əlavə edilmiş ***/** nömrəli mütəxəssis rəyinin ehtimallara əsaslandığını qeyd edərək, onu mötəbər sübut hesab etməmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2023-cü il tarixli *-**-**-*-*/****/** nömrəli məktubuna əlavə olunmuş */**** nömrəli ekspert rəyini mötəbər sübut hesab etməklə ona əsaslanaraq onun iddia tələbini qismən təmin etmişdir. Həmin ekspert rəyində isə qeyd olunnuşdur ki, ##.##.2006-cı ildən hal-hazıradək olan inflyasiya səviyyəsi nəzərə alınmaqla ## ###### 2006-cı il tarixdə iddiaçı tərəfindən satın alınarkən ödənilmiş 2.000.061 manat pul məbləğinin hazırkı dəyəri 1.308,04 manat təşkil edir. Digər tərəfdən Məhkəmə Ekspertiza Mərkəzinin ## ####### 2023-cü il tarixli, */**** saylı rəyində məhkəmə tərəfindən qoyulmuş 2-ci sualın cavablandırılmasından ona görə imtina edilmişdir ki, "Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, ekspert qarşısında qoyulmuş ikinci sual məhkəmə-mühasibat ekspertizasının predmetinə aid olmadığından, həmin sual üzrə tədqiqatın aparılması mümkün olmamışdır." Buna görə də, məhkəmə qarşısında vəsatət qaldırılaraq 2-ci sualın cavablandırılması üçün əlavə qərardad qəbul edilərək tədqiqatın icrasının Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin tikinti-texniki ekspertiza şöbəsinə həvalə olunması xahiş edilmişdir. Məhkəmə isə verilən vəsatətə əhəmiyyət verməyərək, əsassız olaraq vəsatəti təmin etməmiş, özü ünvanladığı sualın cavabını almadan isə qanunsuz məhkəmə qərarı qəbul etmişdir. Digər tərəfdən məhkəmənin müəyyən etdiyi cavabdeh tərəfindən qanunsuz və əsassız olaraq xüsusi mülkiyyətində olan qeyri-yaşayış obyektinin sökülməsi nəticəsində ona vurulmuş maddi ziyanın məbləği həmin obyektin özünün real dəyərindən olduqca aşağıdır. Məhkəmə mülkiyyətində olan əmlakın real dəyərini deyil, həmin dövrün iddiaçı tərəfindən satın alınarkən ödənilmiş pul məbləğinin hazırki dəyərini müəyyən etmişdir, hazırki real bazar dəyərini deyil. Məhkəmə mülkiyyətin toxunulmazlığı prinsipinə əməl etməmiş, cavabdeh orqan dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsi ilə bağlı konstitusion qaydanı da pozaraq, mülkiyyətində olan həmin qeyri-yaşayış binasının dəyərini qabaqcadan ədalətli şəkildə ödəməmişdir. O, pozulmuş hüququnun müdafiəsi məqsədilə məhkəməyə müraciət etsə də, məhkəmə mülki qanunvericilikdə nəzərdə tutulmuş, onun mülki hüquqlarının müdafiəsinə kömək göstərmək borcunu düzgün yerinə yetirməmişdir. Cavabdeh AR FHN tərəfindən Mingəçevir Şəhəri Icra Hakimiyyəti başçısının ## ###### 2013-cü il tarixli, ** №-li Sərəncamı ilə şəhər çimərliyinin yaxınlığındakı ərazidən cavabdehə ayrılmış 8.1 ha torpaq sahəsində yerləşən və onun xüsusi mülkiyyətində olan "Dalğa" pavilyonunun qanunvericilikdə nəzərdə tutulmuş heç bir qaydaya əməl olunmadan tam olaraq qanunsuz və əsassız sökülməsi nəticəsində ona həm real zərər, həm də əldən çıxmış fayda şəklində maddi zərər vurulmuşdur. Mülki Məcəllə "real zərər" anlayışına həm hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərcləri, həm də hüququ pozulmuş şəxsin əmlakından məhrum olması və ya əmlakının zədələnməsini aid etmişdir. Lakin tədqiqat obyektinin tamamilə sökülməsi və ilkin vəziyyətinin saxlanılmamasına görə AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2023-cü il tarixli **/*** nömrəli məktubuna əlavə olunmuş məlumatda məhkəmə ekspertizasının aparılmasından imtina edildiyi üçün ona vurulmuş real maddi zərərin ümumi məbləğinin müəyyən olunmasının mümkünsüz olduğu qənaətinə gəlməklə, AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2023-cü il tarixli *-**-**-*-*/****/** nömrəli məktubuna əlavə olunmuş */**** nömrəli ekspert rəyi ilə ##.##.2006-cı ildən hal-hazıradək olan inflyasiya səviyyəsinin nəzərə alınmaqla ## ###### 2006-cı il tarixdə tərəfindən satın alınarkən ödənilmiş 2.000.061 manat pul məbləğinin hazırkı dəyərinin 1.308,04 manat təşkil etdiyi müəyyən edildiyi üçün cavabdeh tərəfindən yalnızca həmin məbləğin ona ödənilməsi qənaətinə gəlmişdir. Sözügedən məbləğ yalnızca "real zərər" anlayışının tərkibinə daxil olan hüququ pozulmuş şəxsin əmlakından məhrum olması və ya əmlakının zədələnməsini əhatə edir, lakin o, yuxarıda göstərilən ekspert rəyində həmin məbləğin də düzgün hesablanmadığını hesab etmişdir. Yəni, məhkəmə tərəfindən onun pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclərin məbləği ümumiyyətlə nəzərə alınmamışdır. O, həmin obyekti aldıqdan sonra onu olduğu vəziyyətdə saxlamamışdır. Orada tərəfindən əsaslı təmir və yenidənqurma işləri aparılmışdır. Aydındır ki, məhkəmənin təmin etdiyi həmin məbləğ obyektin onun apardığı təmir və yenidənqurma işlərindən sonra olan dəyərindən qat-qat azdır. Məhkəmə bu mövqeyini onunla əsaslandırmışdır ki, mülkiyyətində olan qeyri-yaşayış obyekti hazırda mövcud olmadığı üçün ona vurulmuş maddi zərərin məbləği ekspert rəyi əsasında müəyyən oluna bilmir. Lakin cavabdehin qanunsuz və özbaşına hərəkətlərinə görə hazırda mövcud olmayan mülkiyyətinin dəyəri belə bir şəraitdə yalnız sözügedən ərazidə yerləşən analoji qeyri-yaşayış obyektlərinin müqayisəli təhlili əsasında müəyyən oluna bilər. Buna görə də, "X10" MMC-nin ##.##.2021-ci il tarixli ***/LBC nömrəli məktubuna əlavə edilmiş ***/** nömrəli mütəxəssis rəyi məhkəmə tərəfindən mötəbər sübut hesab edilməli və mülkiyyətinin sökülməsinə görə ona vurulmuş real zərərin məbləği 350.000 manat məbləğində müəyyən edilməlidir. Eyni zamanda, cavabdeh orqanın qanunsuz və özbaşına sökdüyü, onun xüsusi mülkiyyətində olan "Dalğa" pavilyonu sökülmədən qabaq işlək vəziyyətdə olmuş, icarəyə verilmiş və tərəfindən onun icarəsindən hər ay 1.500 manat məbləğində gəlir əldə olunmuşdur. Buna görə də, onun söküldüyü tarixdən, yəni 2016-cı ilin avqustundan 2022-ci ilin iyununa qədər onun icarəsindən əldə edə biləcəyi gəliri əldən çıxmış tayda formasında cavabdehdən tələb etsə də, məhkəmə ** saylı Ərazi Vergilər Baş Idarəsinin ##.##.2023-cü il tarixli **************** nömrəli məktubunda sorğuda adı qeyd edilən şəxs kimi onun, yəni İddiaçı vergi ödəyicisi kimi vergi uçotunda olmaması, həmçinin "Dalğa" pavilyonu adlı təsərrüfat subyektinin qeydiyyata alınması barədə hər hansı məlumatın aşkar edilməməsi və Azərbaycan Respublikası "xxxx" ASC-nin ##.##.2023-cü il tarixli məktubunda Mingəçevir şəhəri Çimərlik sahəsində yerləşən "Dalğa" pavilyonu haqqında "xxxx" ASC-nin abonent bazasında məlumat tapılmamasının qeyd olunmasına görə onun işlək vəziyyətdə olmadığı qənaətinə gəlməklə, "xxxx" və "xxxx" ASC-yə verilmiş sorğuların cavablarını almadan iddia tələbini həmin hissədə təmin etməmişdir. Lakin məhkəmənin bu mövqeyi həm də prosessual qanunvericiliyə də ziddir. Məhkəmə tərəfindən ** saylı Ərazi Vergilər Baş Idarəsinə həmin vaxt pavilyonu icarəyə verdiyi vergi ödəciyicisinin adı qeyd olunmaqla, "xxxx", "xxxx" və "xxxx" ASC-yə isə pavilyonun yox, onun adı qeyd olunmaqla sorğu verilməli idi. Çünki sökülməmişdən əvvəl o işlək vəziyyətdə olmuş və su, işıq, qaz ilə təchiz olunmuşdur. Cavabdeh AR FHN-nə Mingəçevir Şəhəri Icra Hakimiyyəti başçısının ## ###### 2013-cü il tarixli, ** nömrəli Sərəncamı ilə X6 etibarlı mühafizəsi və effektli idarə olunmasının təmin edilməsi məqsədilə şəhər çimərliyinin yaxınlığındakı ərazidən 8.1 ha torpaq sahəsi ayrılsa da, cavabdeh həmin torpaq sahəsində yerləşən və onun razılığı olmadan, qanunsuz və özbaşına sökərək, yerində özünün tikililərini inşa etdiyi "Dalğa" pavilyonunun xüsusi mülkiyyətçisi kimi ona yuxarıda qeyd olunan normaların tələblərinə uyğun ədalətli kompensasiya ödəməmişdir. O, pozulmuş hüquqlarının bərpası məqsədilə məhkəməyə müraciət etsə də, məhkəmə də cavabdeh tərəfindən sözügedən daşınmaz əmlakın dəyərinin ona tam formada ödənilməsini təmin edə bilməmişdir. Onu da qeyd edim ki, cavabdeh inzibati orqan tərəfindən mülkiyyətində olan qeyri-yaşayış sahəsinin dağıdılaraq yerində yeni tikilinin inşa edilməsi, daşınar əmlaklarının məhv edilməsi nəticəsində ona və ailə üzvlərinə ağır mənəvi ziyan vurulmuşdur. Məruz qaldığı stress və depressiyaya onun səhhətinə həddən artıq mənfi təsir göstərmişdir. Ona görə də, onun bütün bu mənəvi iztirabların əvəzi olaraq cavabdeh tərəfindən ona və ailə üzvlərinə vurulmuş mənəvi ziyan üçün onlara kompensasiya ödənilməlidir. Dəymiş mənəvi ziyanı isə o 100.000 manat məbləğində qiymətləndirmişdir. Ekspert tədqiqat obyektinin tamamilə sökülməsi və ilkin vəziyyətinin saxlanılmamasına görə ekspertizanın aparılmasından imtina etdiyi üçün məhkəmə ona vurulmuş real maddi zərərin ümumi məbləğinin müəyyən olunmasının mümkünsüz olduğu qənaətinə gəlməklə, Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2023-cü il cü il tarixli, */**** nömrəli ekspert rəyini mötəbər sübut hesab edərək onun iddia tələbini qismən təmin etmişdir. Həmin rəydə ## ###### 2006- cı il tarixdə tərəfindən "Dalğa" pavilyonunun satın alınması zamanı ödənilmiş 2.000.061 manat pul məbləğinin hazırkı dəyəri ##.##.2006-cı ildən hal-hazıradək olan inflyasiya səviyyəsi nəzərə alınmaqla 1.308,04 manat müəyyən edilmişdir. Lakin sözügedən məbləğ ona vurulmuş real zərərin dəyərindən olduqca aşağıdır. Belə ki, məhkəmə "X10" MMC-nin ##.##.2021-ci il tarixli ***/LBC nömrəli məktubuna əlavə edilmiş ***/** nömrəli mütəxəssis rəyinin ehtimallara əsaslandığını qeyd edərək, onu mötəbər sübut kimi qəbul etməsə də, məhkəmənin bu mövqeyi qanunsuzdur. Çünki sökülən qeyri-yaşayış obyektinin sökülməsi və hazırda mövcud olmamasına görə onun sökülməsi ilə ona vurulmuş maddi zərərin məbləğini ekspert rəyi ilə müəyyən etmək olmursa, bu zaman ancaq mütəxəssis rəyi sübut kimi qəbul edilə bilər. Eyni zamanda mütəxəssis rəyi texniki pasportu əsas götürməklə həmin ərazidə olan tikililərin müqayisəli təhlili əsasında verilib. Sözügedən obyektin yüksək inkişaf etmiş infrastruktura malik olması və nəqliyyat əlverişliliyi yaxşı olan ərazidə yerləşdiyini nəzərə aldıqda onun dəyərinin qərarda göstəriləndən qat-qat artıq olduğu danılmazdır. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki Inzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli *-*(***)-**/**** nömrəli qərarını iddia tələbinin təmin olunmadığı hissədə ləğv edərək, iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin izahatları

26. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini, Şəki Inzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli *-*(***)-**/**** nömrəli qərarını iddia tələbinin təmin olunmadığı hissədə ləğv edərək, iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi.

27. Məhkəmə kollegiyasının iclasnda iştirak edən cavabdehin nümayəndəsi nümayəndə1 izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Inzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli *-*(***)-**/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

28. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir.

29. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının Inzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Iş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Azərbaycan Respublikası Dövlət Əmlakının Idarə Edilməsi üzrə Dövlət Komitəsi Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında ****** nömrəli (***** qeydiyyat nömrəli, ##.##.2006-cı il tarixli) şəhadətnamədən görünür ki, İddiaçı mülkiyyət üzərində sahiblik hüququnu təsdiqləyən Şəhadətnamə verilmiş, iddiaçı tərəfindən satın alınmış Mingəçevir şəhəri Çimərlik sahəsində yerləşən, sahəsi 47,9 kv.metr olan “Dalğa” pavilyonunun ümumi satış qiyməti - 2061412 manat müəyyən edilmişdir. - Mingəçevir Şəhər Icra Hakimiyyəti başçısının ##.##.2022-ci il tarixli **** nömrəli məktubundan görünür ki, qeyd olunan ünvanda yerləşən “Dalğa” pavilyonuna məxsus tikilinin sökülməsi barədə şəhər Icra Hakimiyyəti tərəfindən sərəncam verilməmiş və söküntü işləri icra edilməmişdir. - Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Əsaslı Tikinti Idarəsinin ##.##.2022-ci il tarixli **/**-***** nömrəli məktubuna əlavə olunmuş Mingəçevir şəhər Icra Hakimiyyəti başçısının ##.##.2013-cü il tarixli ** nömrəli sərəncamda aşağıdakılar qeyd olunmuşdur:

1. Fövqəladə Hallar Nazirliyinin X6 etibarlı mühafizəsinin və effektli idarə olunmasının təmin edilməsi üçün Nazirliyin bölmələrinin yerləşdirilməsi və layihə üzrə nəzərdə tutulmuş tikililərin (MMQ alayı, Su hövzəsinin mühafizə idarəsi, Xüsusi riskli xilasetmə xidməti və s.) aparılması məqsədilə Nazirliyin daimi istifadəsinə şəhər çimərliyinin yaxınlığındakı ərazidən 8,1 ha torpaq sahəsi verilsin.

2. Azərbaycan Respublikası Toraq Məcəlləsinin 73-cü maddəsinin tələblərini əsas tutaraq "xxxx” MMC-nin həmin ərazidə torpaq sahəsinin icarəyə verilməsi və tikintiyə icazə haqqındakı Mingəçevir şəhər Icra Hakimiyyəti başçısının ##.##.2008-ci il tarixli, *** saylı sərəncamı qüvvədən düşmüş hesab edilsin.

3. FHN rəhbərliyinin nəzərinə çatdırılsın ki, daimi istifadəyə verilmiş torpaq sahəsində tikinti işlərinə aidiyyəti dövlət orqanları və idarələrlə razılaşmalar aparıldıqdan və aparılacaq tikinti işlərinin layihə sənədləri aparatın Memarlıq və tikinti şöbəsində qeydiyyata alındıqdan sonra başlaya bilər.

4. FHN rəhbərliyinin nəzərinə çatdırılsın ki, daimi istifadəyə verilmiş torpaq sahəsində tikinti işlərinə aidiyyəti dövlət orqanları və idarələrlə razılaşmalar aparıldıqdan və aparılacaq tikinti işlərinin layihə sənədləri aparatın Memarlıq və tikinti şöbəsində qeydiyyata alındıqdan sonra başlaya bilər. - Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ** saylı Ərazi Vergilər Baş Idarəsinin ##.##.2023-cü il tarixli **************** nömrəli məktubundan görünür ki, sorğuda adı qeyd edilən İddiaçı vergi ödəyicisi kimi vergi uçotunda olması, həmçinin “Dalğa” pavilyonu adlı təsərrüfat subyektinin qeydiyyata alınması barədə hər hansı məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası “xxxx” ASC-nin ##.##.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Mingəçevir şəhəri Çimərlik sahəsində yerləşən “Dalğa” pavilyonu haqqında “xxxx” ASC-nin abonent bazasında məlumat tapılmamışdır. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq DƏDKR PHŞ-nin ** saylı Yevlax Ərazi Idarəsi tərəfindən təqdim edilmiş ##.##.2025-ci il tarixli məktubdan görünür ki, qeyd olunan əmlakın qiymətləndirilməsi ilə bağlı həmin illərə aid heç bir məlumatın olmaması səbəbindən qiymətləndirmə işi aparılmamışdır. Belə ki, həmin ərazi Mingəçevir şəhəri “Dəniz ərazi” adlanan massivdə yerləşir. Faktiki vəziyyətdə həmin massivdə heç bir qeyri-yaşayış obyekti mövcud deyildir. Həmin ərazidə analoji qeyri-yaşayış obyektinin olmaması dövrünə görə həmin əmlakın ərazi idarəsində qeydiyyatının aparılmaması səbəbilə əmlakın qiymətləndirilməsi mümkün olmamışdır. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq Alternativ Ekspertiza Mərkəzinin ##.##.2025-ci il tarixli məktubundan görünür ki, tədqiq olunan öbyekt söküldüyünə və faktiki olaraq yerində mövcud olmadığına görə, eyni zamanda təqdim edilmiş sənədlərdə (texniki pasport və s.) obyektin mövcud olduğu vəziyyətə dair (sökülməzdən öncə) məlumatlar kifayət qədər olmadığından, suallar üzrə tədqiqatın aparılması mümkün deyildir. Məhkəmə kollegiyasının sorğusuna cavadeh olaraq təqdim edilmiş Azərbaycan Qiymətləndirmə və Konsaltinq Xidmətinin ##.##.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən, ##.##.1997-ci il tarixli texniki pasporta əsasən Mingəçevir şəhərində yerləşən “Dalğa” pavilyonunun inşa olunmasına istifadə olunan vəsaitin dəyərinin müəyyən edilməsi təqdim olunmuş texniki sənədlərində təmirdə istifadə edilmiş materialların növü, keyfiyyəti, təmir səviyyəsi, tikintinin yerləşdiyi ərazinin tədqiq oluna bilməməsi səbəbindən mümkün hesab edilməmişdir. Mübahisə predmeti olan qeyri-yaşayış obyektinin ərazidə yerləşən analoji qeyriyaşayış obyektləri ilə müqayisə nəticəsində 1 kv.m hesablanmış ədalətli bazar dəyəri ##.##.2025-ci il tarixə 30000 (üç min) manat təşkil edir. Məhkəmə kollegiyasının sorğusuna cavadeh olaraq təqdim edilmiş Azərbaycan Qiymətləndirmə və Konsaltinq Xidmətinin ##.##.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən, mübahisə predmeti olan qeyri-yaşayış obyektinin və ya həmin ərazidə yerləşən analoji qeyriyaşayış obyektlərinin 1 kv.m-in 2013-cü il üçün real bazar dəyəri 1870 (bir min səkkiz yüz yetmiş) manat təşkil edir. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq təqdim edilmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin ##.##.2025-ci il tarixli məktubuna əsasən, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 58.2-ci maddəsinin tələblərinə əsasən torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 əv yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Bu baxımdan sorğu edilən qeyri-yaşayış sahəsinin qiymətləndirilməsi ilə bağlı məsələyə sözügedən qanunun analogiyası tətbiq edilməklə qüvvədə olan normalar çərçivəsində baxılması məqsədəuyğun hesab edilmişdir. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən təqdim edilmiş ##.##.2025-ci il tarixli **** nömrəli məktubdan görünür ki, qeyd edilən obyektə yaxın məsafədə yerləşən texniki xüsusiyyətləri ilə eyni və ya oxşar olan qeyri-yaşayış obyektlərinin 2013-cü il üçün notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələri “Elektron notariat” X21 müəyyən göstəricilər təqdim edilmədiyindən aşkar edilməsi mümkün olmamışdır. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq Dövlət Notariat Arxivinin məktubuna əlavə edilmiş ##.##.2013-cü il tarixli *-Ə-*** nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X11 tərəfindən ümumi sahəsi 21.5 kv.m ibarət olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən 9.5 kv.m X5 barədə müqavilə bağlanmışdır. ##.##.2013-cü il tarixli *-Ə-*** nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X11 tərəfindən ümumi sahəsi 22.7 kv.m ibarət olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi tam ölçüdə X1 barədə müqavilə bağlanmışdır. ##.##.2013-cü il tarixli *-Ə-*** nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X11 tərəfindən ümumi sahəsi 21.5 kv.m ibarət olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsini X1 barədə müqavilə bağlanmışdır. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq təqdim edilmiş ** saylı Ərazi Vergilər Baş Idarəsinin ##.##.2026-cı il tarixli məktubundan görünür ki, aparılmış araşdırma zamanı vergi orqanında olan baza məlumatlarına əsasən fiziki şəxs İddiaçı, həmçinin, ona məxsus olduğu qeyd olunan Mingəçevir şəhəri, Çimərlik sahəsində yerləşən “Dalğa” pavilyonunun 2008-ci il tarixdən 2014-cü il tarixədək vergi orqanında qeydiyyatı və fəaliyyəti müəyyən edilməmişdir. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq təqdim edilmiş “xxxx” IB X4 Istismar Idarəsinin ##.##.2026-cı il tarixli məktubundan görünür ki, Mingəçevir şəhəri Çimərlik sahəsində yerləşən “Dalğa” pavilyonu ümumiyyətlə təbii qazla təchiz edilməmişdir. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq təqdim edilmiş Mingəçevir Şəhər Sukanal Idarəsinin ##.##.2026-cı il tarixli məktubundan görünür ki, Mingəçevir şəhəri, Çimərlik sahilində yerləşən “Dalğa” pavilyonu idarənin məlumat bazasında qeyri-əhali abonent kimi qeydiyyatda olmamış, su sayğacı quraşdırılmamışdır. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq təqdim edilmiş “xxxx” ASC-nin ##.##.2026-cı il tarixli məktubundan görünür ki, sorğuda qeyd olunan ünvan 2008-2014-cü illərdə “xxxx” ASC-nin fəaliyyəti dövründə elektrik enerjisi iə təchiz edildiyindən və həmin dövrün sənədləri “xxxx” ASC-yə təhvil verilmədiyinə görə tələb olunan sənədlərin göndərilməsi mümkün olmamışdır.

Tətbiq edilən hüquq

30. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

31. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 14.2. Inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

32. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağmədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Maddə 246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. 246.3. torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. 246.5. bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı, həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla bağlı daşınmaz əmlaka (sututarlar, meşələr, çoxillik əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlər) da daxildir. 246.7. torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. 203.1. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir.

33. «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Qanun: Maddə 3.1.1. Dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması torpağın alınmasına əsas verən dövlət ehtiyaclarıdır. Maddə 6.1. Torpaqları dövlət ehtiyacları üçün alan orqan (bundan sonra - alan orqan) bu Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş qaydada qəbul edilən, torpağın alınmasını zəruri edən dövlət ehtiyacının mövcudluğu barədə qərarla müəyyən olunur və torpaqların dövlət ehtiyacları üçün alınmasını konkret halda dövlətin adından icra edir. 7.1. Torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. 7.2. Alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir.

34. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 3.1. Bu Qanuna əsasən torpağın alına biləcəyi dövlət ehtiyacları aşağıdakılardır: 3.1.1. dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması; Maddə 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Maddə 4.2. Dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. Maddə 7.1. Torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. Maddə 7.2. Alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. Maddə 9.1. Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının mövcudluğu müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilir. Həmin qərarla alan orqan müəyyən edilir və torpağın alınması barədə qərarın qəbul edilməsinə hazırlıq başlanılır. Maddə 20.1. Torpağın alınması barədə qərarın qəbul edildiyi tarixdən: 20.1.6. alan orqan alınmanın təsirinə məruz qalan şəxslərə və torpağın alınması nəticəsində zərər çəkəcək digər şəxslər və təşkilatlara kompensasiya ödəmək öhdəliyini daşıyır; Maddə 23.1. Bu Qanunun 19-cu maddəsinə uyğun olaraq qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə aşağıdakı tədbirləri həyata keçirir: 23.1.1. alınan torpağın və onunla yanaşı yerləşən torpağın bazar qiyməti ilə bağlı məlumat və dəlilləri toplayır və təhlil edir; 23.1.5. müstəqil qiymətləndiricinin hər bir alınan torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təklifləri, köçürülmə ilə bağlı planlaşdırıcının təklifləri, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyini təhlil edir, hər bir torpaq və digər əmlakın bazar qiyməti ayrıca göstərilməklə, hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edir; Maddə 54.1. Alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. Maddə 54.2. Kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir. Maddə 55.1. Bu Qanuna əsasən alınan torpaq üçün kompensasiyanın məbləği aşağıdakı üsullarla hesablanır: 55.1.1. bu Qanunun 58-ci maddəsinə uyğun olaraq torpağın bazar qiymətinin müəyyən edilməsi; 55.1.2. torpağın qiymətinin bazar qiyməti əsasında ədalətli müəyyən edilməsi üçün alınan torpağın yerləşdiyi ərazidə torpaq bazarı olmadıqda və ya mövcud torpaq bazarı real bazar qiymətinin müəyyən edilməsi üçün kifayət etmədikdə, yaxud alınan torpağın əvəzinə digər torpaq verildikdə bu Qanunun 59-cu maddəsinə uyğun olaraq bərpa qiymətinin müəyyən edilməsi. Maddə 55.2. Bu Qanunun 55.1-ci maddəsində göstərilən qiymətləndirmə üsullarından hər ikisi tətbiq edilə biləcəyi hallarda ödəniləcək kompensasiyanın məbləğinin müəyyənləşdirilməsi üçün torpağın daha yüksək qiymətini verən üsul tətbiq edilir. Maddə 56.1. Bu Qanuna əsasən alınacaq hər hansı torpaqla bağlı kompensasiyanın məbləği müəyyən edilərkən aşağıdakı amillər nəzərə alınır: 56.1.1. iddiaçılara ödəniləcək kompensasiya elə prinsipə əsaslanmalıdır ki, torpaqlarını tərk etmələrinin və başqa yerə köçürülmələrinin tələb olunması ilə bağlı və onun nəticəsində zərər və narahatlıq çəkən bütün şəxslərin əmlakları, dolanışıq üçün vasitələri, gəlirləri, yaşayış standartları onların məruz qaldıqları zərər və narahatlığın baş verdiyindən sonra ağlabatan müddətdə, köçürülənədək malik olduqları şəraitdən əlverişsiz şəraitə düşməmələri baxımından bərpa edilsin; 56.1.1.2. ödəniləcək kompensasiya qiymətləndirilərkən mövcud inflyasiya; 56.1.3. torpağın bu Qanunun 58-ci maddəsinə əsasən müəyyən edilmiş bazar qiyməti; 56.1.4. alınmanın təsirinə məruz qalan şəxsdən torpağın müəyyən hissəsinin alındığı hallarda alınan torpağın həmin şəxsin saxlanılan (alınmayan) torpağından ayrılması nəticəsində şəxsə dəyə biləcək zərər; 56.1.5. alınmanın təsirinə məruz qalan şəxsdən torpağa sahibliyin əldə edilməsi nəticəsində həmin şəxsin digər daşınar və ya daşınmaz əmlakına, yaxud həqiqi gəlirinə dəyən və ya dəyə biləcək zərər; 56.1.6. alınma nəticəsində şəxs yaşayış, həyata keçirdiyi sahibkarlıq fəaliyyətinin həyata keçirdiyi və ya iş yerini dəyişməyə məcbur edilmişdirsə, belə yerdəyişmədən irəli gələn bütün xərclər və itkilər. Maddə 58.1. Bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. Maddə 58.2. Torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. 58.3. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. 58.4. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 500 metrədək əhatə edən ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda həmin torpağın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. Maddə 74. Bu Qanuna uyğun olaraq kompensasiyanın ödənişində hər hansı yubadılma ilə hüquqları pozulan şəxs belə kompensasiyanın dərhal ödənilməsinə nail olmaq məqsədi ilə məhkəməyə müraciət edə bilər.

35. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il # ###### tarixli ***-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il ## ###### tarixli, *** nömrəli Fərmanı

2. Müəyyən edilsin ki: 2.3. dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir.

36. “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. Inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 89.1. Inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maddə 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər

Apellyasiya şikayətinin mümkünlüyü

37. Iddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (IPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (IPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.

38. Iddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (IPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət IPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (IPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). Iddiaçı mahiyyət üzrə “Inzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

39. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (IPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin IPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

40. Iddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edibetməməsidir. Iddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

41. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən Mingəçevir şəhəri Çimərlik sahəsində mövcud olmuş 47.9 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsinin ümumi satış qiymətinin hazırkı dəyəri ekspert tərəfindən 1.308,04 manat müəyyən edildiyindən, iddiaçının faktiki məruz qaldığı ziyanın məbləğinin həmin həddə olması qənaətinə gəlmişdir.

42. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

43. Ilk növbədə qeyd edilməlidir ki, hazırki iş üzrə iddiaçının hüquqi marağı “hüquqazidd şəkildə sökülərək dağıdılmış Mingəçevir şəhəri, Çimərlik sahəsində yerləşən 47.9 kv.m ibarət “Dalğa” pavilyonunun sökülməsi nəticəsində dəymiş 350.000 (üç yüz əlli min) manat məbləğində maddi, 108.000 (bir yüz səkkiz min) manat məbləğində əldən çıxmış fayda şəklində maddi ziyanın və 100.000 (bir yüz min) manat mənəvi ziyanın, cəmi 558.000 ( beş yüz əlli səkkiz min) manat pulun tutularaq ödənilməsindən ibarətdir.

44. Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

45. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad olunan normalara görə, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Nəzərə almaq lazımdır ki, dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilir.

46. Avropa Insan Hüquqları Konvensiyasının * saylı Protokolunun 1-ci maddəsinə görə, heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

47. Qeyd olunan normaların məzmunundan göründüyü kimi, mülkiyyət hüququ onun əhəmiyyətinə baxmayaraq, mütləq xarakter daşımır və qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada məhdudlaşdırıla və ya ona müdaxilə edilə bilər. Yuxarıda istinad olunan normalar belə məhdudlaşdırma və ya müdaxilə çərçivəsində həmçinin dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsi imkanını da nəzərdə tutur.

48. Bununla bağlı nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ konstitusiyanın qoruma sferası ilə əhatə olunduğundan, yalnız qanunla təsbit olunmuş əsasların mövcud olduğu hallarda və prosedurlar çərçivəsində ona müdaxilə edilə, o cümlədən özgəninkiləşdirilə bilər. Belə müdaxilə həmçinin legitim məqsədlə həyata keçirilməli və həmin məqsədə mütənasib olmalıdır. Bu zaman, həm də nəzərə alınmalıdır ki, inzibati orqanın müdaxilə ilə güddüyü legitim məqsəd belə, müdaxilə üçün qanunla nəzərdə tutulmuş əsaslar olmadan və prosedurlara əməl edilmədən həyata keçirilən müdaxiləyə haqq qazandıra bilməz. Bu qayda konstitusion hüquqi tələblərə bağlıdır və mütləq xarakter daşıyır.

49. Yuxarıda istinad olunan normalarda dövlət ehtiyacları mülkiyyətə müdaxilə üçün əsas qismində nəzərdə tutulmuşdur. Buna rəğmən, torpaqların dövlət ehtiyacları üçün alınması ilə bağlı hallarda da mülkiyyətə müdaxilə ilə bağlı istinad olunan normalarda nəzərdə tutulmuş tələblərə əməl olunması zərurəti nəzərə alınmalıdır.

50. Mülkiyyət hüququna müdaxilə üçün, o cümlədən ona xitam verilməsi yolu ilə əmlakın mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması üçün yuxarıda qeyd olunan əsasın mövcud olması hələ müdaxilənin həyata keçirilməsi baxımından yetərli deyil, bu zaman "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunda alınma ilə bağlı nəzərdə tutulmuş qaydalar, tələblər və şərtlərlə yanaşı, həm də "Inzibati icraat haqqında” Qanunun tələblərinə əməl olunması zəruridir.

51. Prinsip ondan ibarətdir ki, qanunvericiliyə uyğun olması üçün inzibati orqan tərəfindən mülkiyyətin alınması qanuni hərəkətlər yolu ilə, qanunvericiliklə nəzərdə tutulmuş tələblərə və şərtlərə uyğun şəkildə həyata keçirilməlidir. Daşınmaz əmlakın ictimai maraqlar və ictimai rifah naminə alınması belə, ədalətli kompensasiyanı istisna edən və ya onun məbləğinə təsir edən (azaldılmasını şərtləndirən) hal kimi qiymətləndirilə bilməz.

52. Beləliklə, iddiaçı sözügedən tikilinin cavabdeh tərəfindən söküldüyünü bildirir. Cavabdeh orqanın nümayəndəsi məhkəmə kollegiyasının iclasında verdiyi izahatında Mingəçevir şəhər Icra Hakimiyyəti başçısının ##.##.2013-cü il tarixli ** nömrəli sərəncamı ilə Nazirliyin daimi istifadəsinə şəhər çimərliyinin yaxınlığındakı ərazidən 8,1 ha torpaq sahəsi verildiyini və həmin ərazidəki bütün tikililərin, o cümlədən iddiaçıya məxsus tikilinin də, söküldüyünü bildirmişdir. Bununla belə cavabdehin nümayəndəsi sökülən tikilinin qəzalı vəziyyətdə olmaqla fəaliyyət göstərməməsini, həmçinin Mingəçevir şəhər Icra Hakimiyyəti başçısının ##.##.2013-cü il tarixli ** nömrəli sərəncamında bununla bağlı hər hansı qeydin göstərilməməsini bildirmişdir. Azərbaycan Respublikası FHN-nin Əsaslı Tikinti Idarəsinin ##.##.2022-ci il tarixli məktubunda da, ərazidə işlək vəziyyətdə olan və tikili kimi dəyərə malik hər hansı obyektin aşkar edilmədiyi qeyd edilmişdir. Yəni, cavabdeh orqan faktiki olaraq iddiaçıya məxsus tikilinin söküldüyünü bildirir, lakin həmin tikilinin dəyərə malik olmamasına və fəaliyyət göstərməməsinə isinad edir. Hər bir halda işlək olub-olmamasından asılı olmayaraq, cavabdeh tərəfindən ərazidə aparılacaq tikinti işləri ilə əlaqədar iddiaçıya məxsus tikilinin sökülməsi işin mübahisəsiz halıdır (cavabdeh orqanın nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bu halı təsdiq etmişdir).

53. Işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilən hallarından da görünür ki, iddiaçı sözügedən tikilinin onun istifadəsində olmasını və cavabdeh orqan tərəfindən daşınar əmlaklarının da, məhv olunmasını bildirsə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ümumiyyətlə “Dalğa” pavilyonu işlək vəziyyətdə olmamış, İddiaçı vergi ödəyicisi kimi vergi uçotuna alınmamış, həmçinin “Dalğa” pavilyonu adlı təsərrüfat subyekti qeydiyyata alınmamışdır. “xxxx” ASC-nin təqdim etdiyi məlumatdan görünür ki, Mingəçevir şəhəri Çimərlik sahəsində yerləşən “Dalğa” pavilyonu haqqında abonent bazasında məlumat yoxdur. (Məhkəmə tərəfindən sözügedən tikilinin fəaliyyətinin olub-olmamasının yoxlanılması məqsədilə “xxxx” və “xxxx” ASC-yə sorğular verilmişdir. Dövlət Vergi Xidməti ** saylı Ərazi Vergilər Baş Idarəsinin ##.##.2023-cü il tarixli və “xxxx” ASC-nin ##.##.2023-cü il tarixli məktubları ilə “Dalğa” pavilyonunun işlək vəziyyətdə olmaması sübuta yetirildiyindən həmin sorğuların cavablarının alınması zərurəti aradan qalxmışdır). Iddiaçı sözügedən qeyri-yaşayış sahəsinin icarədə olmasını və həmin vaxt aylıq 1500 manata icarəyə verildiyini bildirsə də, bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir.

54. Məhkəmə araşdırmaları zamanı da müəyyən edilmişdir ki, hazırkı mübahisədə iddiaçıya məxsus sözügedən obyektin dövlət ehtiyacları üçün alınmanın təsiri altına düşməsi işin faktiki halları ilə öz təsdiqini tapır. Lakin cavabdeh alınma ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydalara, tələblərə və şərtlərə əməl etməmiş, eyni zamanda, bununla bağlı müvafiq inzibati icraat aparmamışdır. Bununla belə, cavabdeh tərəfindən ərazidə aparılacaq tikinti işləri ilə əlaqədar iddiaçıya məxsus tikilinin sökülməsi dövlət ehtiyacları üçün alınma kimi qiymətləndirilməlidir.

55. Belə ki, birinci instansiya məhkəməsi iddiaçının mülkiyyətində olan obyektin sökülməsi nəticəsində dəymiş zərərin və əldən çıxmış faydanın ödənilməsi ilə bağlı düzgün nəticəyə gəlməmiş, cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan kompensasiya məbləğinin müəyyən edilməsi istiqamətində qanunvericiliyin tələblərinə uyğun lazımi qaydada araşdırma aparmamışdır.

56. Işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir.

57. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisə üzrə kompensasiya məbləğinin müəyyən edilməsinə münasibətdə məhkəmə mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən və iş üzrə mövcud mübahisəli məqamların aradan qaldırılmasını təmin edən həcmdə araşdırma aparılmamışdır.

58. Şəki Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli qərardadı ilə məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.

59. Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2024-cü il tarixli məktubuna əlavə edilmiş məlumata əsasən, məhkəmə tərəfindən tədqiq olunan obyektə baxış keçirilən zaman tədqiqat obyektinin söküldüyü müəyən edilmiş və buna görə də ekspertizanın aparılmasından imtina edilmişdir.

60. Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ##### 2025-ci il tarixli 2- *(***)-**/**** nömrəli qərardadı ilə inzibati iş üzrə mütəxəssis rəyinin verilməsi Azərbaycan Qiymətləndirmə və Konsaltinq Xidmətinin ekspertlərinə həvаlə edilmişdir.

61. Azərbaycan Qiymətləndirmə və Konsaltinq Xidmətinin ##.##.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən, ##.##.1997-ci il tarixli texniki pasporta əsasən Mingəçevir şəhərində yerləşən “Dalğa” pavilyonunun inşa olunmasına istifadə olunan vəsaitin dəyərinin müəyyən edilməsi təqdim olunmuş texniki sənədlərində təmirdə istifadə edilmiş materialların növü, keyfiyyəti, təmir səviyyəsi, tikintinin yerləşdiyi ərazinin tədqiq oluna bilməməsi səbəbindən mümkün hesab edilməmişdir. Mübahisə predmeti olan qeyri-yaşayış obyektinin ərazidə yerləşən analoji qeyri-yaşayış obyektləri ilə müqayisə nəticəsində 1 kv.m hesablanmış ədalətli bazar dəyəri ##.##.2025-ci il tarixə 30000 (üç min) manat təşkil edir.

62. Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli 2- *(***)-**/**** nömrəli qərardadı ilə inzibati iş üzrə mütəxəssis rəyinin verilməsi qərara alınmış, mütəxəssis qarşısında mübahisə predmeti olan qeyri-yaşayış obyektinin və ya həmin ərazidə yerləşən analoji qeyri-yaşayış obyektlərinin 1 kv.m-in 2013-cü il üçün real bazar dəyərinin nə qədər təşkil etməsi barədə sual qoyulmuş, rəyin verilməsi Azərbaycan Qiymətləndirmə və Konsaltinq Xidmətinin ekspertlərinə həvаlə edilmişdir.

63. Azərbaycan Qiymətləndirmə və Konsaltinq Xidmətinin ##.##.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən, mübahisə predmeti olan qeyri-yaşayış obyektinin və ya həmin ərazidə yerləşən analoji qeyri-yaşayış obyektlərinin 1 kv.m-in 2013-cü il üçün real bazar dəyəri 1870 (bir min səkkiz yüz yetmiş) manat təşkil edir.

64. Həmçinin, tədqiqat obyektinə baxış keçirilməmişdir. Qiymətləndirmə obyektinin dəyərinin hesablanması zamanı ilkin olaraq tədqiqat obyektinin bazar dəyəri müqayisə yanaşması ilə müəyyən edilmiş, daha sonra alınmış nəticə 1 kv.m. sahənin dəyərinin hesablanmasında tətbiq edilmişdir.

65. Bundan başqa, Kollegiya tərəfindən qeyd olunan qeyri-yaşayış obyektinə münasibətdə 2008-ci il tarixdən, 2014-cü il tarixədək işıq, qaz və su sayğaclarının quraşdırılıbquraşdırılmaması, obyekt üzrə abonent kodunun mövcud olub-olmaması, abonent kodu mövcud olmuşdursa, həmin abonent kodu üzrə göstərilən illər ərzində istehlaka görə hər hansı ödənişlərin edilib-edilməməsi, ödənişlər həyata keçirilmişdirsə onların məbləği və ödənişi həyata keçirən şəxs barədə məlumatların əldə edilməsi məqsədilə sorğular verilmişdir.

66. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq təqdim edilmiş “xxxx” IB X4 Istismar Idarəsinin ##.##.2026-cı il tarixli məktubundan görünür ki, Mingəçevir şəhəri Çimərlik sahəsində yerləşən “Dalğa” pavilyonu ümumiyyətlə təbii qazla təchiz edilməmişdir.

67. Şəhər Sukanal Idarəsinin ##.##.2026-cı il tarixli məktubundan görünür ki, Mingəçevir şəhəri, Çimərlik sahilində yerləşən “Dalğa” pavilyonu idarənin məlumat bazasında qeyri-əhali abonent kimi qeydiyyatda olmamış, su sayğacı quraşdırılmamışdır.

68. “xxxx” ASC-nin ##.##.2026-cı il tarixli məktubundan görünür ki, sorğuda qeyd olunan ünvan 2008-2014-cü illərdə “xxxx” ASC-nin fəaliyyəti dövründə elektrik enerjisi iə təchiz edildiyindən və həmin dövrün sənədləri “xxxx” ASC-yə təhvil verilmədiyinə görə tələb olunan sənədlərin göndərilməsi mümkün olmamışdır.

69. Bundan başqa, Kollegiya tərəfindən 2008-ci il tarixdən, 2014-cü il tarixədək İddiaçı və ya ona məxsus olan Mingəçevir şəhəri, Çimərlik sahəsində yerləşən “Dalğa” pavilyonunun vergi ödəyicisi kimi qeydiyyatda olması və fəaliyyət göstərib-göstərməməsi barədə məlumatların təqdim edilməsi məqsədilə Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər Idarəsinə sorğu verilmişdir.

70. Həmin sorğuya cavab olaraq təqdim edilmiş ** saylı Ərazi Vergilər Baş Idarəsinin ##.##.2026-cı il tarixli məktubundan görünür ki, aparılmış araşdırma zamanı vergi orqanında olan baza məlumatlarına əsasən fiziki şəxs İddiaçı, həmçinin, ona məxsus olduğu qeyd olunan Mingəçevir şəhəri, Çimərlik sahəsində yerləşən “Dalğa” pavilyonunun 2008-ci il tarixdən 2014cü il tarixədək vergi orqanında qeydiyyatı və fəaliyyəti müəyyən edilməmişdir.

71. Kollegiya tərəfindən 2013-cü il tarixində Mingəçevir şəhərində və ya qonşu rayonlarda həmin obyektin texniki xüsusiyyətləri ilə eyni və ya oxşar qeyri-yaşayış obyektlərinin dövlət ehtiyacları üçün 1 kv.metrinin alınma məbləği barədə məlumatların əldə edilməsi məqsədilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinə sorğu verilmişdir.

72. Həmin sorğuya cavab olaraq təqdim edilmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin ##.##.2025-ci il tarixli məktubuna əsasən, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 58.2-ci maddəsinin tələblərinə əsasən torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Bu baxımdan sorğu edilən qeyriyaşayış sahəsinin qiymətləndirilməsi ilə bağlı məsələyə sözügedən qanunun analogiyası tətbiq edilməklə qüvvədə olan normalar çərçivəsində baxılması məqsədəuyğun hesab edilmişdir.

73. Məhkəmə kollegiyası qeyd edir ki, torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bu tənzimləməyə dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı, həmin torpaqda yerləşən eyni məqsədlərlə alınan torpaqla bağlı daşınmaz əmlak da daxildir.

74. Belə ki, "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna əsasən alınan torpaq üçün kompensasiyanın məbləği aşağıdakı üsullarla hesablanır: 1) həmin Qanunun 58-ci maddəsinə uyğun olaraq torpağın bazar qiymətinin müəyyən edilməsi; 2) torpağın qiymətinin bazar qiyməti əsasında ədalətli müəyyən edilməsi üçün alınan torpağın yerləşdiyi ərazidə torpaq bazarı olmadıqda və ya mövcud torpaq bazarı real bazar qiymətinin müəyyən edilməsi üçün kifayət etmədikdə, yaxud alınan torpağın əvəzinə digər torpaq verildikdə bu Qanunun 59-cu maddəsinə uyğun olaraq bərpa qiymətinin müəyyən edilməsi.

75. Sözügedən Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir.

76. Torpağın bazar qiymətinin müəyyən edilməsi ilə bağlı həmin Qanunun 58.2-58.4-cü maddələrinin tələblərinə riayət olunmalıdır. Bu qaydada araşdırma nəticə vermədiyi hallarda isə, formalaşmış inzibati praktika və məhkəmə təcrübəsi, habelə bərabər yanaşma prinsipi nəzərə alınmaqla qərar qəbul edilməlidir.

77. Məhkəmə kollegiyası hesab edir ki, kompensasiya məbləğinin müəyyən edilməsi ilə bağlı daşınmaz əmlak qiymətləndirilərkən "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun yuxarıda bəhs olunan müddəaları nəzərə alınmalıdır. Birinci instansiya məhkəməsi də qeyd edilən halı diqqətə almamış, "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58.2-58.4-cü maddələrinin tələblərinə uyğun əmlakın bazar qiymətinin müəyyən edilməsi üçün həmin ərazidə fəaliyyət göstərən notariat orqanlarına müvafiq sorğular verməmiş, qeyd edilən normaların digər tələblərini təmin etməmişdir. Halbuki həmin halların müəyyən olunması işin düzgün həlli üçün əhəmiyyət daşıyır.

78. Belə ki, torpağın bazar qiymətinin torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilməli olması "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58.2-ci maddəsində imperativ olaraq təsbit olunmuşdur. Ona görə də birinci instansiya məhkəməsinin iş üzrə məhkəmə tikinti-texniki ekspertizası, qiymətləndirmə ekspertizası təyin etməsinə istinadı da vəziyyəti dəyişmir və məhkəməni "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun məqsədləri üçün torpağın bazar qiymətinin müəyyən edilməsi ilə bağlı həmin Qanunun 58.2-58.4-cü maddələrinin tələblərinə əməl etmək vəzifəsindən azad etmir.

79. Bu baxımdan, kollegiya tərəfindən iddiaçıya məxsus həmin obyektlə yaxın məsafədə yerləşən texniki xüsusiyyətləri ilə eyni və ya oxşar qeyri-yaşayış obyektlərinin 2013-cü il üçün notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi barədə məlumatın, eyni zamanda həmin dövrdə bağlanmış alqı-satqı müqavilələrinin (minimum 3 ədəd) əldə edilməsi məqsədilə Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinə və Mingəçevir şəhəri Asan Xidmət Mərkəzinin Notariat Ofisinə sorğu verilmişdir.

80. Həmin sorğuya ## ###### 2025-ci il tarixində daxil olmuş cavab məktubuna əlavə edilmiş ##.##.2013-cü il tarixli *-Ə-*** nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X11 ona məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 21.5 kv.m ibarət olan qeyri-yaşayış sahəsindən 9.5 kv.m-ni 2500 manata X5, ##.##.2013-cü il tarixli *-Ə-*** nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X11 ona məxsus həmin ünvanda yerləşən ümumi sahəsi 22.7 kv.m ibarət olan qeyri-yaşayış sahəsini 3500 manata X1, ##.##.2013-cü il tarixli *-Ə-*** nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən isə X11 ona məxsus həmin ünvanda yerləşən ümumi sahəsi 21.5 kv.m ibarət olan qeyri-yaşayış sahəsini 5400 manata X1.

81. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisə predmeti olan obyekt söküldüyü üçün onun fiziki qiymətləndirilməsini (məsələn, tikinti materiallarının aşınma dərəcəsini) birbaşa yerində aparmaq qeyri-mümkündür. Bu halda iddiaçının hüquqlarının qorunması məqsədilə, 2013-cü il üzrə həmin ərazidə baş vermiş real bazar qiymətləri (alqı-satqı müqavilələri) əsas götürülmüşdür.

82. Belə ki, burada sökülmüş obyektin sahəsi 47.9 kv.m. olduğundan müqayisə üçün həmin ərazidəki ona oxşar digər 3 obyektin alqı-satqı müqavilələrindəki sahələri və qiymətləri əsasında 1 kv.m.-in orta bazar dəyəri çıxarılmalı və yekun zərər (kompensasiya) hesablanmalıdır.

83. Sahəsi 9.5 kv.m olan obyektin 1 kv.m qiyməti 2500\9.5=263.2 man; sahəsi 22.7 kv.m olan obyektin 1 kv.m qiyməti 3500\22.7=154.2 man; sahəsi 21.5 kv.m olan obyektin 1 kv.m qiyməti 5400\21.5= 251.2 man.

84. Obyektlərin 1 kv.m düşən dəyərlər cəmlənməli və ümumi ortalama çıxarılmalıdır: 12.607,28+7386,18+12.032,48=32.025,94 man; 32.025,94\3=10.675,3 man.

85. Məhkəmə kollegiyası iddia tələbində qeyd olunanları, habelə cavabdehin mövqeyini, müvafiq dövlət orqanları tərəfindən kollegiyaya daxil olmuş məktubları nəzərə almaqla iddiaçının mübahisələndirilən qeyri-yaşayış sahəsi ilə bağlı fəaliyyətdə olmaqla əldə etmiş olduğu gəlirləri, eyni zamanda, dövlət büdcəsinin maraqlarını nəzərə alaraq hesab edir ki, kompensasiya məbləği ağlabatan məbləğdə olmalıdır. Yəni kompensasiya məbləği cavabdeh təşkilat və ya cavabdeh vasitəsilə dövlət büdcəsi qarşısında kəskin və ağırlaşdırıcı maliyyə öhdəliyi yaratmamalıdır.

86. Bundan başqa, məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, kompensasiyanın məbləğinin müəyyən edilməsi zamanı nəzərə alınmalıdır ki, iddiaçının uzun müddət ərzində hərəkətsiz qalması, hüququnun pozulduğunu bildiyi halda qanunvericilikdə nəzərdə tutulmuş hüquqi müdafiə vasitələrindən istifadə etməməsi və yalnız uzun müddət keçdikdən sonra mübahisəli tələblə çıxış etməsi inzibati hüquq münasibətlərində hüquqlardan səmərəli, vaxtında və vicdanlı istifadə prinsipləri ilə uzlaşmır.

87. Eyni zamanda məhkəmə kollegiyası iddia tələbinin “100000 manat məbləğində mənəvi ziyanla bağlı hissəsinə” münasibətdə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı mənəvi ziyanla bağlı tələbini ona və ailə üzvlərinə ağır mənəvi ziyan vurulması, stress və depressiyaya məruz qalması ilə əsaslandırmışdır.

88. Nəzərə alınmalıdır ki, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Iddiaçı, tələbində 100 000 manat mənəvi zərərin ödənilməsini tələb etmiş, mənəvi ziyan məbləğinin məhz həmin məbləğdə ifadə olunmasına dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, tələb edilən məbləğ ağlabatan məbləğ deyildir. Eyni zamanda iddiaçı, şikayətinin əsası kimi istinad etdiyi halları həmin məbləğə münasibətdə əsaslandırmamışdır. Ona görə də məhkəmə həmin tələbin də əsassız olması qənaətinə gəlir.

89. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun # ###### 2008-ci il tarixli * saylı qərarında isə qeyd edilir: Məhkəmələrə izah edilsin ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “Insan Hüquqlarının və X14 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa Insan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “Insan Hüquqlarının və X14 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa Insan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin IX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən ) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. 10-cu bənd. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

90. Belə olan halda məhkəmə kollegiyası yuxarıda qeyd edilən işin faktiki hallarını və istinad olunan qanunvericiliyin maddi və prosessual normalarının tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilərək, iddia tələbi qismən təmin edilməli, iddiaçı İddiaçı 10.675,3 (on min altı yüz yetmiş beş manat otuz qəpik) manat pul məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Cavabdeh üzərinə qoyulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

91. Yuxarıda göstərilənlərə və IPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası

Qərara aldı

Iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Inzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli *-*(***)-**/**** nömrəli qərarı iddiaçı İddiaçı 1.308,04 manat pul məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh Cavabdeh üzərinə qoyulması hissədə dəyişdirilsin. Iddia tələbi qismən təmin edilsin. Iddiaçı İddiaçı Mingəçevir şəhəri, Çimərlik sahəsində yerləşən 47.9 kv.m ibarət “Dalğa” pavilyonunun dəyəri olan 10.675,3 (on min altı yüz yetmiş beş manat otuz qəpik) manat pul məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Cavabdeh üzərinə qoyulsun. Iddia qalan hissədə təmin edilməsin. Inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar