Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-120/2020 07.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı və cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “İsmayıllı rayon Qalacıq kəndində yerləşmiş “Engels” adına kolxozda xx.xx.1971-ci il tarixdən xx.xx.1971-ci il tarixə qədər kolxozçu, xx.xx.1971-ci il tarixdən xx.xx.1971-ci il tarixədək İsmayıllı rayon Mərkəzi Xəstəxanasında sanitar, xx.xx.1971-ci il tarixdən xx.xx.1972-ci il tarixədək İsmayıllı rayonu Qalacıq kəndində yerləşmiş “Engels” adına kolxozda kolxozçu işləməyi və xx xxxxxxxx 1972-ci il tarixdən xx xxxx 1973-cü il tarixə kimi Dövlət X5 əyani şöbəsində təhsil almağı, iş stajının əmək pensiyasına çıxmaq üçün ümumi sosial sığorta stajına daxil olunması və əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibatiiş üzrə Şəki İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1073/2019nömrəli qərarından cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı İsmayıllı rayonu Qalacıq kəndində yerləşmiş “Engels” adına kolxozda xx.xx.1969-ci il tarixdən xx.xx.1978-ci il tarixinə kimi kolxozçu işləmişdir. xx.xx.1974-ci il tarixdən xx.xx.1976-ci il tarixə kimi Sovet Ordusunda hərbi xidmətdə olmuşdur. xx.xx.1976cı il tarixdən xx.xx.1996-cı il tarixə kimi müxtəlif dövlət orqan və təşkilatlarında işləmişdir. xx.xx.1992-ci il tarixindən xx.xx.1996-ci il tarixinə kimi 044 nömrəli İsmayıllı SK 3443 nömrəli Əmanət Bankı Şöbəsində müxtəlif vəzifələrdə işləmişdir. İddia ərizəsinə əlavə etdiyi X2 və İT-1 № ******* saylı Əmək Kitabçasından, Hərbi Biletin surəti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon Şöbəsinin 116 saylı arayışı təsdiq edir ki, o göstərilən təşkilatlarda işləmiş və xx.xx.1974-ci il tarixdən xx.xx.1976-ci il tarixə kimi Sovet Ordusunda hərbi xidmətdə olmuşdur. O, təqaüdə çıxmaq üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə müraciət etmişdir. Lakin cavabdeh təşkilat qeyd olunan iş stajının əmək kitabçasında qeyd olunmağına baxmayaraq xx.xx.1992-cu il tarixli 3443 №-li X4 Şöbəsində gözətçi kimi işə qəbul olunmağı haqqında olan Əmirdə qaralama olduğu üçün və yoxlama zamanı həmin sənədlərin Arxiv İdarəsinə verilməməsinin müəyyən olunduğunu əsas tutaraq pensiya təyini üçün ümumi sosial sığorta stajına daxil etməkdən və ona təqaüdün təyin olunmasından imtina etmişdir. Hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh imtinası qanunsuz və əsasızdır. Belə ki, həmin Əmək Kitabçasında olan sonrakı əmirdə qaralama yoxdur və həmin xx.xx.1993-ci il tarixli Əmrdə göstərilir ki, o, gözətçi ştatı ixtisara düşdüyü üçün həmin təşkilatda sürücü vəzifəsinə keçirilsin. Bu göstərir ki o qeyd olunan təşkilatda işləmişdir. Həmin illərin sənədlərinin arxivə verilməməsi isə onun yox, qeyd olunan təşkilatın rəhbər vəzifəli şəxslərin günahıdır. İddiaçı xx.xx.2019-cu il tarixli iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, “İsmayıllı rayon Qalacıq kəndində yerləşmiş “Engels” adına kolxozda xx.xx.1971ci il tarixdən xx.xx.1971-ci il tarixə qədər kolxozçu, xx.xx.1971-ci il tarixdən xx.xx.1971-ci il tarixədək İsmayıllı rayon Mərkəzi Xəstəxanasında sanitar, xx.xx.1971-ci il tarixdən xx.xx.1972-ci il tarixədək İsmayıllı rayonu Qalacıq kəndində yerləşmiş “Engels” adına kolxozda kolxozçu işləməyi və xx xxxxxxxx 1972-ci il tarixdən xx xxxx 1973-cü il tarixə kimi Dövlət X5 əyani şöbəsində təhsil almağı, iş stajının əmək pensiyasına çıxmaq üçün ümumi sosial sığorta stajına daxil olunması və əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Cavabdehin etirazının dəlilləri: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi və azı 25 il sığorta stajının olmaması səbəbindən iddiaçının yaşa görə pensiya təyin olunması barədəki tələbi mümkün hesab edilməmişdir. İşçinin işəgötürən tərəfindən hesablanmış əmək haqqına məcburi dövlət sığorta haqqı ödənilməyən hər hansı işinin müddəti, eləcədə təhsil müddətinin vətəndaşın sığorta stajına daxil edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. İddiaçının izahıtı: İddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini birinci instansiya məhkəməsindən xahiş etmişdir. İddiaçının vəkilinin izahatı: İddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini birinci instansiya məhkəməsindən xahiş etmişdir. Cavabdehin nümayəndəsinin izahatı: İddianın təmin olunmamasını xahiş etmişdir. İddiaçının tələbinə dair sənədlər birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. Onlara AZE seriyalı, 0******* nömrəli ş/v-nin təsdiqlənmiş surəti, Cavabdeh xx.xx.2019-cu il tarixli **********5 nömrəli imtina məktubu, xx.xx.2019-cu il tarixli akt, SHXÇDX-nin İsmayıllı rayon şöbəsinin xx.xx.2019-cu il tarixli 116 nömrəli arayışı, xx.xx.1970-ci il tarixli 881 nömrəli X2nın təsdiqlənmiş surəti, xx.xx.1976-cı il tarixli ИТ seriyalı ******* nömrəli əmək kitabçasının təsdiqlənmiş surəti, Cavabdeh xx.xx.2019-cu il tarixli **********8 nömrəli məktubu, ona əlavə olunmuş etiraz və sənədlər, İsmayıllı rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 57 nömrəli məktubu, Kapital Bank ASC-nin xx.xx.2019-cu il tarixli 157000/2-02-4827 nömrəli məktubu, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 21444/21918 nömrəli ekspert rəyi, iddiaçının 368 nömrəli xx.xx.1973-cü il tarixli attestatı, Cavabdeh xx.xx.2019-cu il tarixli **********5 nömrəli məktubu, xx.xx.1972-ci il tarixli 940 nömrəli arayışın surəti aiddir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1073/2019 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, Cavabdeh üzərinə İddiaçı İsmayıllı rayon Qalacıq kəndində yerləşmiş “Engels” adına kolxozda xx.xx.1971-ci il tarixdən xx.xx.1971-ci il tarixə qədər kolxozçu, xx.xx.1971-ci il tarixdən xx.xx.1971-ci il tarixədək İsmayıllı rayon Mərkəzi Xəstəxanasında sanitar, xx.xx.1971-ci il tarixdən xx.xx.1972-ci il tarixədək İsmayıllı rayonu Qalacıq kəndində yerləşmiş “Engels” adına kolxozda kolxozçu işlədiyi və xx xxxxxxxx 1972-ci il tarixdən xx xxxx 1973-cü il tarixə kimi Dövlət X5 əyani şöbəsində təhsil aldığı müddətin sosial sığorta stajına daxil olunması və ona əmək pensiyasının təyin edilməsi öhdəliyin qoyulması qərara alınmışdır. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh inzibati orqan apelyasiya şikayəti verərək Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1073/2019 nömrəli qərarının ləğv edilməsi və tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Fondun ismayıllı rayon şöbəsi Şəki İnzibati-İqtisadi Məhkəməsinin 1119-cu il 19 dekabr tarixli 2-1 (84)-1073/2019 nömrəli qərarının ləğv edilməsini zəruri hesab edir.Belə ki, xx xxxxxx 2006-cı il tarixdən Azərbaycan Respublikasında vətəndaşların pensiya təminatı “Əmək pensiyaları haqqında“ Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21 -ci maddəsində; qanununvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi əsasında işləyənlərin, hərbi qulluqçular eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və yadigər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1.1. bəndinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək cabçasına əsasən müəyyən edilir. Həmin Qaydaların 3.4. bəndinə əsasən Əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığortaolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Qanunvericilikdə iş s:ajının götürülməsində başqa hallar həzərdə tutulmamışdır. Odur ki, apelyasiya şikayətin təmin edilməsini və Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 19 dekabr tarixli 2-1 (84)-1073/2019 nömrəli qərarını ləğv etməyinizi və iddiaçının tələblərinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh nümayəndəsi X3 apelyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati-İqtisadiMəhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)- 1073/2019nömrəli iş üzrə qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati-İqtisadixx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1073/2019nömrəli iş üzrə qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi Cavabdehin apelyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Həmçinin, iddia əsaslıdır. İş materiallarında olan Cavabdeh xx.xx.2019-cu il tarixli **********8 nömrəli məktubu, ona əlavə olunmuş etiraz və sənədlərdən görünür ki, cavabdeh tərəfindən iddiaçının xx.xx.1992-ci il tarixindən xx.xx.1993-cü il tarixinə qədər olan dövr istisna olmaqla qalan dövrlərin ümumi iş stajının tərkibində nəzərə alınmasında hər hansı maneə olmadığı üçün həmin dövrlər mübahisələndirilə bilməz. Məktuba əlavə olunmuş arayışda da cavabdeh iddiaçının 24 il 4 ay 5 gün sığorta stajı olduğunu qəbul edir. Əmək kitabçasında qaralama olduğu üçün cavabdeh xx.xx.1992-ci il tarixindən xx.xx.1993-cü il tarixinə qədər olan dövrü qəbul etmir. Birinci instansiya məhkəməsi tərəfindən əmək kitabçasında olan qaralama ilə bağlı ekspertiza təyin olunmuş, ekspert trəfindən verilən rəydə həqiqətən əmək kitabçasında qeyd olunun dövr üzrə mexaniki üsulla düzəliş edilməsi bildirilmişdir. Bundan sonra iddiaçı iddia tələbini dəyişmiş, yuxarıda qeyd olunan tələblə müraciət etmişdir. İddiaçı “Engels” adına kolxozda xx.xx.1971-ci il tarixdən xx.xx.1971-ci il tarixə qədər kolxozçu, xx.xx.1971-ci il tarixdən xx.xx.1971-ci il tarixədək İsmayıllı rayon Mərkəzi Xəstəxanasında sanitar, xx.xx.1971-ci il tarixdən xx.xx.1972-ci il tarixədək İsmayıllı rayonu Qalacıq kəndində yerləşmiş “Engels” adına kolxozda işləmiş və xx xxxxxxxx 1972ci il tarixdən xx xxxx 1973-cü il tarixə kimi Dövlət X7 əyani şöbəsində təhsil almışdır. İddiaçının qeyd olunan illərdə Dövlət X7 əyani şöbəsində təhsil alması, xx.xx.1973cü il tarixli 368 nömrəli attestat, “Engels” adına kolxozda xx.xx.1971-ci il tarixdən xx.xx.1971-ci il tarixə qədər, xx.xx.1971-ci il tarixdən xx.xx.1972-ci il tarixədək işləməsi xx.xx.1970-ci il tarixli 881 nömrəli X2nın təsdiqlənmiş surəti, xx.xx.1971-ci il tarixdən xx.xx.1971-ci il tarixədək İsmayıllı rayon Mərkəzi Xəstəxanasında sanitar işləməsi İsmayıllı rayon Mərkəzi Xəstəxanasının xx.xx.1972-ci il tarixli 940 nömrəli arayışın surəti ilə öz təsdiqini tapır. İş materiallarında olan Cavabdeh xx.xx.2019-cu il tarixli **********8 nömrəli məktubuna əlavə olunmuş iş stajı barədə məlumat cədvəlindən görünür ki, 1969-1978-ci illərdə Engels adına kolxozda iddiaçı cəmi 3 il 9 ay işləmişdir. Həmin dörv üzrə iddiaçı hərbi xidmətdə olmuş, müxtəlif idarələr işləmişdir. İddia tələbini dəyişdirərkən də iddiaçı konkret vaxt dövrlərini qeyd edərək, üstüstə düşməyən müddətlərin stajına daxil edilməsini xahiş etmişdir. İddiaçının təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməsi məsələsi iddiaçının pensiya təyin edilməsi üçün müvafiq yaşa çatdığı vaxt qüvvədə olan qanunvericiliyə görə deyil, həmin təhsilin özünün alındığı zaman qüvvədə olan qanunvericiliyə görə həll edilməlidir. Çünki bu zaman həll edilməli olan məsələ həmin müddətin sosial sığorta stajına daxil edilməli olub-olmadığı məsələsidir. Başqa sözlə, aydınlaşdırılmalı olan hüquq münasibəti əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməli olub-olmadığıdır. Hüquq münasibətinə verilməli olan qiymət isə onun yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına görə həll olunmalıdır. Bu mənada, konkret iş üzrə mübahisəli hüquq münasibəti əyani təhsil alınması ilə bağlı yaranan münasibətdir. Ona görə də, həmin münasibətə məhz onun yarandığı zaman qüvvədə olan qanunvericiliyin tələbləri nəzərə alınmaqla qiymət verilməlidir. 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi istər iddiaçının təhsil aldığı vaxt qüvvədə olan, istərsə də “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 01 yanvar tarixədək qüvvədə olan qanunvericilik ali təhsil müəssisələrində alınmış əyani təhsil müddətlərinin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta (iş) stajına daxil edildiyini təsbit etmişdir. Ona görə də, iddiaçı həmin müddətlərin ona pensiya təyin edilməsi zamanı sosial sığorta stajı (iş) kimi nəzərə alınmasını tələb etmək hüququna malikdir. Bununla bağlı olaraq məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bundan başqa, sonrakı tənzimləmələr iddiaçıya münasibətdə onun hüquqi vəziyyətini pisləşdirdiyi üçün də tətbiq edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fizi-ki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar nəzərə alınır. Yuxarıda qeyd olunanlara əsasın məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının təhsil aldığı,işlədiyi dövrləri ümumi iş stajına daxil etməkdə və pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoymaqda haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Qanunun 19.2-ci maddəsinə görə, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi qanuni və əsaslıdır. Apelyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərаrа аldı: Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1073/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-120/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-120/2020
07.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver