Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 2-1(107)-121/2025 23.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər Idarəsinə qarşı “Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər Idarəsinin ##.##.2020-ci il tarixli **************** nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarının ləğv edilməsi və həmin qərar əsasında hesablanmış borcun şəxsi hesab vərəqində silinməsi” tələbinə dair inzibati iş üzrə (Açar sözlər: vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilmə haqqında qərarın ləğvi, borcun silinməsi) Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Mehdiyev Elçin Məhəmməd oğlu və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə, Ismayılova Nərmin Ərəstun qızının katibliyi, iddiaçı İddiaçı və cavabdeh Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər Idarəsinin nümayəndəsi X2 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər Idarəsinə qarşı qərarın ləğv edilməsi və həmin qərar əsasında hesablanmış borcun şəxsi hesab vərəqində silinməsi tələbinə dair inzibati iş üzrə Şəki Inzibati Məhkəməsinin ## ####### 2022-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarından iddiaçı İddiaçı və cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər Idarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyətlərinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. Işin halları Birinci instansiya məhkəməsində icraat
1. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər Idarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər Idarəsinin ##.##.2020-ci il tarixli, **************** nömrəli “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” və Dövlət Vergi Xidmətinin ##.##.2021-ci il tarixli, **************** nömrəli qərarlarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Məhkəmə tərəfindən iddiaçıya IPM-nin 13-cü maddəsinin tələblərinə uyğun olaraq tələbin dəqiqləşdirilməsi üçün hüquqi yardım edilmiş, iddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər Idarəsinin ##.##.2020-ci il tarixli, **************** nömrəli “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsi və həmin qərar əsasında hesablanmış borcun şəxsi hesab vərəqində silinməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin ##.##.2021-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
3. Iddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.2020-ci il tarixli səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar qəbul edilmiş, Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə aprel 2017-mart 2020-ci illər üzrə növbəti səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlamanın nəticəsi olaraq ##.##.2020-ci il tarixli **************** nömrəli səyyar vergi yoxlaması aktı tərtib edilmiş və ##.##.2020-ci il tarixli, **************** nömrəli “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarla iddiaçı cəmi 658.504,26 manat vergi və maliyyə sanksiyası olmaqla vergi məsuliyyətinə cəlb edilmişdir. Iddiaçı bütün mühasibatlıq sənədlərini yoxlayıcıya təqdim etdiyini bildirərək hesablamanın düzgün aparılmadığını bildirmiş və yuxarı vergi orqanına şikayət ərizəsi ilə müraciət etmiş, DVX-nin ##.##.2021-ci il tarixli **************** nömrəli qərarı ilə inzibati şikayətin təmin edilməsindən imtina edilmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. Iddiaçı tələbini cavabdeh orqan tərəfindən vergilərin düzgün hesablanmaması, yoxlamanın dayandırıldığı dövrdə bir sıra prosessual hərəkətlərin aparılması ilə əsaslandırmışdır.
4. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Cavabdeh etirazında ##.##.2020-ci il tarixli **************** nömrəli səyyar vergi yoxlaması aktında qeyd edilmiş məlumatlara istinad etmiş, əlavə olaraq qeyd etmişdir ki, vergi ödəyicisi tərəfindən 2019-cu il ərzində 14.886.273 manat (ƏDV-siz) dəyərində 20 vergi ödəyicisindən mal alındığı, bundan 14.120.099,62 manat (ƏDV-siz) malın “xxxx” MMC ilə iddiaçı arasında bağlanılmış ##.##.2019-cu il tarixli “Distributor” müqaviləsinin 4.2-ci bəndinə əsasən distributorun malları satıcının müəyyənləşdirdiyi yerdə distributora bildirdiyi qiymətə satmalı olduğu halda vergi ödəyicisinin aldığı mallara ticarət əlavəsi tətbiq edilməklə satdığı müəyyən olunmuşdur. Eyni zamanda, 2019-cu il üzrə pərakəndə ticarət üzrə 6.190,10 manat, topdansatış üzrə 266.372,50 manat fərqin olması müəyyən edilmişdir. xxxx MMC və Qida-AGRO MMC-lərə ərzaq məhsullarının rəflərdə sərgiləndirilməsi xidməti üzrə 585.129,10 manat elektron qaimə faktura təqdim edilmiş və nəticədə 329.414,05 manat fərq aşkar edilmişdir. Pərakəndə ticarət obyektinə aylar üzrə verilmiş mallara görə uçot qurulmamış, vergi ödəyicisinin narazılıqları ilə bağlı gətirdiyi sübutlar öz təsdiqini tapmamışdır.
5. Şəki Inzibati Məhkəməsinin (hakim Vüqar Musayev) ## ####### 2022-ci il tarixli *- *(***)-***/**** nömrəli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər Idarəsinin ##.##.2020-ci il tarixli, **************** nömrəli “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı hesablanmış 477874.65 manat vergi məbləği və maliyyə sanksiyası hissəsində ləğv edilmiş və həmin məbləğin iddiaçının şəxsi hesab vərəqindən silinməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər Idarəsinin ##.##.2020-ci il tarixli, **************** nömrəli “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının 180629.61 manat vergi məbləği və maliyyə sanksiyasına münasibətdə ləğv edilməsi hissəsində iddia tələbi təmin edilməmişdir.
6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisələndirilən qərarla iddiaçıya hesablanmış vergi məbləğinin düzgün hesablanmaması cavabdeh orqan tərəfindən təqdim edilmiş, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2022-ci il tarixli */*** nömrəli rəyi ilə müəyyən olunur. Belə ki, rəyin nəticə hissəsində qeyd edilmişdir ki, səyyar vergi yoxlaması aktında göstərilən hesablamalar əsaslı hesab olunduğu təqdirdə dövlət büdcəsinə ödənilməli olan vergilərin 438976.17 manat (429270.91 manat gəlir vergisi + 9538.94 manat ƏDV + 166.32 manat ödəmə mənbəyində tutulan vergi), mütəxəssis rəyində göstərilənlər əsaslı hesab olunduğu təqdirdə isə dövlət büdcəsinə ödənilməli olan əlavə verginin məbləği 120419.75 manat (73250.78 manat ƏDV+47002.65 manat gəlir vergisi + 166.32 manat ödəmə mənbəyində tutulan vergi) müəyyən olunur. Sözügedən rəydən görünür ki, ekspert, aktda qeyd edilmiş hesablamalar və mütəxəssis rəyində göstərilənlər əsaslı hesab olunduğu təqdirdə həm səyyar vergi yoxlaması aktı, həm də mütəxəssis rəyi ilə hesablanmış əlavə verginin məbləğinə münasibətdə hesablamanın düzgün aparılması qənaətinə gəlmişdir. Məhkəmə ##.##.2021-ci il tarixdə fərdi sahibkar İddiaçı vergi məbləğinin dürüstləşdirilməsi məqsədilə “Mütəxəssis cəlb edilməsi haqqında” qərar qəbul edilməsini və mütəxəssis rəyinin vergi cinayətlərinin Ibtidai Araşdırılması Baş Idarəsinin istintaq və təhqiqat idarəsinin ekspertiza tədqiqatına 10 cilddən ibarət cinayət işi materiallarının təqdim edilməsini nəzərə alaraq, iddiaçının vergi borcunun hesablanması ilə bağlı sonuncu hesablamanı, yəni mütəxəssis tərəfindən müəyyən edilmiş vergi borcunun məbləğinin sübuta yetirilməsi qənaətinə gəlir. Nəzərə alınmalıdır ki, hazırkı iş üzrə məhkəmə tərəfindən ##.##.2022-ci il tarixdə 2- *(***)-***/**** nömrəli qərardadla məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Ekspert tərəfindən ##.##.2022-ci il tarixli vəsatət təqdim edilərək iddiaçının fəaliyyəti üzrə hesablanmış vergilərə dair ilkin mühasibatlıq sənədləri (qaimə fakturalar, VHF-lər, ödəniş sənədləri), gəlirin əldə edilməsi ilə bağlı xərc sənədləri, baş kitab, dövriyyə cədvəlləri, NKA-nın fiskal hesabatları və s. təqdim edilməsi xahiş edilmişdir. Tələb edilən sənədlər iddiaçıdan istənilmiş, iddiaçı özündə olan bütün sənədləri təqdim etdiyini bildirmişdir. Iddiaçının təqdim etdiyi bütün sənədlər ekspertiza tədqiqatına verildiyindən əlavə sənədlərin ekspertə təqdim edilməsi mümkün olmamış, təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının aparılmasından ##.##.2022-ci il tarixdə imtina edilmişdir. Iş üzrə keçirilmiş məhkəmə iclaslarında iddiaçı, mühasibatlıq sənədlərinin olduqca çox olmasını bildirməsinə baxmayaraq, əlavə sənədlərin təqdim edilməsini təmin etməmişdir. Odur ki, məhkəmə 10 cilddən ibarət cinayət işi üzrə təqdim edilmiş sənədlər əsasında verilmiş mütəxəssis rəyini iş üzrə obyektiv həqiqətin aşkar edilməsi üçün yetərli hesab etmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, mübahisələndirilən qərar 477874.65 manat vergi borcunun hesablanması hissəsində ləğv edilməli, 180629.61 manat vergi məbləği və maliyyə sanksiyasına münasibətdə isə əsaslı hesab edilməlidir.
7. Iddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın qismən - cavabdehin ##.##.2020-ci il tarixli, **************** nömrəli qərarının 180.629,61 manat vergi məbləği və maliyyə sanksiyasına münasibətdə ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya instansiya məhkəməsindəki birinci icraat
9. Şəki Apellyasiya Məhkəməsinin ##.##.2023-cü il tarixli, *-*(***)-***/**** saylı qərarı ilə iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Şəki Inzibati Məhkəməsinin ## ####### 2022-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarının ləğv edilməsi, inzibati iş üzrə yeni qərar çıxarılaraq iddianın təmin edilməsi, Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər Idarəsinin ##.##.2020-ci il tarixli **************** nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarının ləğv edilməsi, cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər Idarəsinin apellyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır.
10. Şəki Apellyasiya Məhkəməsinin ##.##.2023-cü il tarixli, *-*(***)-***/**** saylı qərarından cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Kassasiya instansiya məhkəməsində icraat
11. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli *-*(***)-***/**** saylı qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2023-cü il tarixli, 2- *(***)-***/**** nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, şikayət qalan hissədə təmin edilməmişdir.
Apellyasiya şikayətinin dəlilləri
12. Iddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi cavabdeh orqan tərəfindən təqdim olunmuş Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2022-ci il tarixli */*** saylı rəyinə istinad etmişdir. Rəyin nəticə hissəsində qeyd edilmişdir ki, səyyar vergi yoxlaması aktında göstərilən hesablamalar əsaslı olduğu təqdirdə dövlət büdcəsinə ödənilməli olan vergilərin 438976.17 manat (429270.91 manat gəlir vergisi + 9538.94 manat ƏDV+ 166.32 manat ödəmə mənbəyindən tutulan vergi) mütəxəssis rəyində göstərilənlər əsaslı hesab olunduğu təqdirdə isə dövlət büdcəsinə ödənilməli olan əlavə verginin məbləği 120419.75 manat (73250.78 manat ƏDV+ 47002.65 manat gəlir vergisi+ 166.32 manat ödəmə mənbəyindən tutulan vergi) müəyyən olunur. Birinci instansiya məhkəməsi sözügedən rəy ilə razılaşmış, belə nəticəyə gəlmişdir ki, mübahisələndirilən qərar 477.874.65 manat vergi borcunun hesablanması hissəsində ləğv edilməli, 180629.61 manat vergi məbləği və maliyyə sanksiyasına münasibətdə isə əsaslı hesab edilməlidir. Qeyd edilmişdir ki, Zaqatala Rayon Məhkəməsinin icraatında *(***)-**/**** saylı cinayət işi vardır. Cinayət işi üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Mühasibatlıq ekspertizasının rəyindən görünür ki, ##.##.2019-cu il tarixdən ##.##.2020-ci il tarixinədək olan dövr üzrə borcun olmaması müəyyən olunur. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki Inzibati Məhkəməsinin ## ####### 2022-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarının qismən ləğv edilməsini, Dövlət Vergi xidmətinin ** saylı ərazi Vergilər Idarəsinin ##.##.2020-ci il tarixli **************** nömrəli vergi ödəyicisinin vergi qanuvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarının 180629.61 manat vergi məbləği və maliyyə sanksiyasına münasibətdə ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
13. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ** saylı Ərazi Vergilər Idarəsinin ##.##.2020-ci il tarixli **************** nömrəli "Səyyar vergi yoxlamasının keçirilməsi haqqında’’ Qərarına əsasən İddiaçı sahibkarlıq fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ile ##.##.2017-ci il tarixdən ##.##.2020-ci il tarixədək olan dövr əhatə olunmaqla Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən növbəti səyyar vergi yoxlaması keçirilmiş və nəticəsi ##.##.2020-ci il tarixli **************** nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Səyyar vergi yoxlaması ilə 2019-cu ilin gəlir vergisi üzrə 429270,91 manat az, 2020-ci il ƏDV üzrə 9538,94 manat az, 2020-ci il ödəmə mənbəyində tutulan vergi üzrə isə 166,32 manat az, ümumilikdə vergilərin 438976,17 manat az hesablanıldığı aşkar edilmişdir. Vergi orqanı tərəfindən səyyar vergi yoxlaması aktı əsaslı və etibarlı hesab edilərək, ’‘Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2020-ci il tarixli, **************** nömrəli qərarla vergi ödəyicisınə ümumilikdə 658.504,26 manat olmaqla, 438976,17 manat əlavə vergi hesablanmış və 219528,09 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi orqanında olan uçot-baza məlumatlarına əsasən vergi ödəyicisinin "Ixtisaslaşdırılmış mağazalarda digər ərzaq məhsullarının pərakəndə satışı” fəaliyyəti ilə məşğul olması qeyd olunmasına baxmayaraq faktiki olaraq ərzaq mallarının topdan və pərakəndə satışı fəaliyyəti ilə məşğul olduğu, vergi ödəyicisinin adına ünvan 1 ünvanında eləcə də Zaqatala rayonu Yuxarı Tala kəndi və 1-ci Tala kəndi ünvanlarında təsərrüfat subyektlərinin qeydiyyata alındığı müəyyən olunmuşdur. Vergi ödəyicisi tərəfindən 2019-cu il ərzində 14886273 manat (ƏDV-siz) dəyərində 20 vergi ödəyicisindən mal alındığı bundan 14120099.62 manat (ƏDV-siz) malın "xxxx” MMC-dən (VÖEN **********) alındığı, araşdırmaya əsasən "xxxx" MMC ilə İddiaçı arasında bağlanılmış ##.##.2019-cu il tarixli “Distribüter” müqaviləsinin 4.2-ci bəndinə əsasən distribüterin malları satıcının ("xxxx" MMC-dən) müəyyənləşdirdiyi yerdə və distribüterə bildirdiyi qiymətə satmalı olduğu halda, vergi ödəyicisinin aldığı mallara ticarət əlavəsi tətbiq edilməklə satdığı müəyyən olunmuşdur. Həmçinin, aparılmış araşdırmaya əsasən vergi ödəyicisinin yoxlama ilə əhatə olunan dövr ərzində faktiki olaraq ərzaq mallarının topdan və pərakəndə satışı fəaliyyəti ilə məşğul olmasına baxmayaraq, Azərbaycan Respublikası Prezidentinin ## #### 2017-ci il tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş "Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın və Azərbaycan Respublikası Prezidentinin ## ##### 2017-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Pərakəndə satış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydasının tələblərinə tam əməl olunmadığı müəyyən olunmuşdur. Eyni zamanda 2019-cu il Gəlir vergisi bəyannaməsinin 1200.1.1-ci və 1200.1.2ci sətrlərinə əsasən (pərakəndə satışdan gəlir 2006610.06 manat və topdansatışdan gəlir 11029628,5 manat) 13036238,56 manat gəlir göstərilməsinə baxmayaraq 10763255,96 manat elektron qaimə-faktura təqdim edilmiş nəzarət-kassa aparatının fisxal yaddaş çeklərinə əsasən pərakəndə satış üzrə 1040419,96 manat kassaya mədaxil edilmişdir ki, nəticədə pərakəndə ticarət üzrə 966190,10 manat topdansatış üzrə isə 266372,50 manat fərq aşkar edilmişdir. Eləcə də, 2019-cu il Gəlir vergisi bəyannaməsinin 1200.2-ci sətrinə əsasən (işlərin görülməsindən və xidmətlərin göstərilməsindən) 225715,05 manat gəlir göstərilməsinə baxmayaraq "xxxx" MMC (VÖEN **********) və "xxxx" MMC-lərə (VÖEN **********) ərzaq məhsullarının rəflərdə sərgiləndirilməsi xidməti üzrə 585129,10 manat elektron qaimə-faktura təqdim edilmiş və nəticədə 329414,05 manat fərq aşkar edilmişdir. Qeyd olunur ki, vergi ödəyicisi tərəfindən araşdırmaya anbar üzrə malların hərəkət cədvəlləri təqdim edilməsinə baxmayaraq, anbardan pərakəndə ticarət obyektinə verilmiş mallara görə aylar üzrə uçot qurulmamış, vergi ödəyicisinin təqdim etdiyi 2019-cu il gəlir vergisi bəyannaməsi üzrə topdan və pərakəndə ticarət fəaliyyəti üzrə gəlirlərin və xərclərin müəyyən edilməsi mümkün olmamış, vergi ödəvicisinin müraciətində səyyar vergi yoxlamasından narazı olması ilə bağlı göstərdiuyi sübut və dəlillər öz təsdiqini tapmamış və nəticədə yoxlama ilə vergi ödəyicisinin vergi öhdəliyi qanunvericiliyin tələblərinə uyğun surətdə müəyyən edilmişdir. Belə kı, Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadıqda həmin mənfəətin hesablanması Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2001-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş "Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması" Qaydalarına müvafiq olaraq aparılır. Işin yuxarıda müəyyən olunmuş faktiki hallarını nəzərə alaraq hesab etmişlər ki, məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarını iş üzrə tətbiq etməli olduğu halda tətbiq etməmişdir. Məhkəmə kollegiyası xidməti vəzifəsinə görə işdə olan sübutlarla kifayətlənməməli olduğu halda, əlavə araşdırma aparıb sübutlar tələb edib obyektiv həqiqəti müəyyən etməli olduğu halda, heç bir hərəkət nümayiş etdirmədən, real həqiqətin müəyyən edilməsi üçün ağlabatan səylər göstərmədən sadəcə işdə olan sübutlarla kifayətlənmişdir. Məhkəmə prosesi gedişatında məhkəmənin öz təşəbbüsünə əsasən və Şəki Inzibati Məhkəməsinin ##.##.2022-oi il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə məhkəməmühasibatlıq ekspertizası təyin edilmişdir. Ekspert tərəfindən ##.##.2022-ci il tarixli vəsatət təqdim edilərək, iddiaçının fəaliyyəti üzrə hesablanmış vergilərə dair ilkin mühasibatlıq sənədlərinin (e-qaimə, VHF-lər, ödəniş sənədləri, gəlirin əldə edilməsi ilə bağlı xərc sənədləri və s.) ekspertizaya təqdim edilməsi xahiş edilmişdir. Lakin iddiaçı vergi ödəyicisi tərəfindən sənədlər tam deyil, natamam qaydada təqdim edildiyindən və bəzi sənədləri isə ümumiyyətlə təqdim edə bilmədiyindən, ekspertizanın aparılmasından imtina edilmiş və rəy təqdim edilməmişdir. Belə olan halda məhkəmə ##.##.2022-ci ıl tarixil */*** nömrəli ekspert rəyinə istinad etmişdir. Həmin rəyə əsasən 120419.75 manat (73250,78 manat ƏDV+47002,65 manat Gəlir vergisi+166,32 manat Ödəmə mənbəyində tutulan vergi) məbləğində vergilərin dövlət büdcəsinə ödənilməsindən yayındırılması qeyd edilmişdir Lakin həmin rəydə də ekspertin hansı metoddan istifadə etməsi və gəldiyi nəticəni əsaslandırması ətraflı qeyd edilməmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki Inzibati Məhkəməsinin ## ####### 2022-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
Tərəflərin izahatları
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, Şəki Inzibati Məhkəməsinin ## ####### 2022-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etdi.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 tərəflərindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, Şəki Inzibati Məhkəməsinin ## ####### 2022-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4-cü maddəsinə əsasən proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. 14.2-ci maddəsinə əsasən maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 48.1-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. 48.3-cü maddəsinə əsasən yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir. 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2-ci maddəsinə əsasən şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3-cü maddəsinə əsasən şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
18. Azərbaycan Respublikasının Vergi Məcəlləsi:
38.2-ci maddəsinə əsasən vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə iş gününə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 gündən iş günündən çox olmayan müddətə uzadıla bilər:... 38.4-cü maddəsinə əsasən səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. 49.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: 49.1.1. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi; 49.1.2. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması; 49.1.3. əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında; 49.1.4. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın qüvvədə saxlanılması; 49.1.5. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişikliklər edilməsi; 49.1.6. yeni qərarın qəbul edilməsi. 49.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 49.1.4-cü – 49.1.6-cı maddələrinin müddəaları bu Məcəllənin 38.3-cü maddəsində nəzərdə tutulmuş əsas üzrə keçirilən səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə qəbul olunan qərarlara münasibətdə tətbiq edilir. 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. 67.2-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. ... 67.3-cü maddəsinə əsasən vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. 67.4.-cü maddəsinə əsasən vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. 83.2-ci maddəsinə əsasən vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; 83.2.2. bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata; 83.2.3. vergi yoxlaması materiallarına; 83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara. 83.9-cu maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır.
19. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 43.2.1-cü maddəsinə əsasən işdə iştirak edən şəxslərdən və ya onların nümayəndələrindən xidməti və ya sair cəhətdən asılı olduqda ekspert və ya mütəxəssis inzibati icraatda iştirak edə bilməz. 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. 67.1-67.3-cü maddələrinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır, iddiaçının apellyasiya şikayətinin dəlillərini əsaslı, cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
21. Işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir.
22. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır.
23. Apellyasiya şikayətinin dəlilləri hazırki qərarın 12 və 13-cü bəndində sadalanan hallardan ibarətdir.
24. Iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, mübahisələndirilən qərarla iddiaçıya hesablanmış vergi məbləğinin düzgün hesablanmaması cavabdeh orqan tərəfindən təqdim edilmiş, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2022-ci il tarixli */*** nömrəli rəyi ilə müəyyən olunur. Belə ki, rəyin nəticə hissəsində qeyd edilmişdir ki, səyyar vergi yoxlaması aktında göstərilən hesablamalar əsaslı hesab olunduğu təqdirdə dövlət büdcəsinə ödənilməli olan vergilərin 438976.17 manat (429270.91 manat gəlir vergisi + 9538.94 manat ƏDV + 166.32 manat ödəmə mənbəyində tutulan vergi), mütəxəssis rəyində göstərilənlər əsaslı hesab olunduğu təqdirdə isə dövlət büdcəsinə ödənilməli olan əlavə verginin məbləği 120419.75 manat (73250.78 manat ƏDV+47002.65 manat gəlir vergisi + 166.32 manat ödəmə mənbəyində tutulan vergi) müəyyən olunur. Sözügedən rəydən görünür ki, ekspert, aktda qeyd edilmiş hesablamalar və mütəxəssis rəyində göstərilənlər əsaslı hesab olunduğu təqdirdə həm səyyar vergi yoxlaması aktı, həm də mütəxəssis rəyi ilə hesablanmış əlavə verginin məbləğinə münasibətdə hesablamanın düzgün aparılması qənaətinə gəlmişdir. Məhkəmə ##.##.2021-ci il tarixdə fərdi sahibkar İddiaçı vergi məbləğinin dürüstləşdirilməsi məqsədilə “Mütəxəssi cəlb edilməsi haqqında” qərar qəbul edilməsini və mütəxəssis rəyinin vergi cinayətlərinin Ibtidai Araşdırılması Baş Idarəsinin istintaq və təhqiqat idarəsinin ekspertiza tədqiqatına 10 cilddən ibarət cinayət işi materiallarının təqdim edilməsini nəzərə alaaraq, iddiaçının vergi borcunun hesablanması ilə bağlı sonuncu hesablamanı, yəni mütəxəssis tərəfindən müəyyən edilmiş vergi borcunun məbləğinin sübuta yetirilməsi qənaətinə gəlmişdir. Hazırkı iş üzrə məhkəmə tərəfindən ##.##.2022-ci il tarixdə 2- *(***)-***/**** nömrəli qərardadla məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Ekspert tərəfindən ##.##.2022-ci il tarixli vəsatət təqdim edilərək iddiaçının fəaliyyəti üzrə hesablanmış vergilərə dair ilkin mühasibatlıq sənədləri (qaimə fakturalar, VHF-lər, ödəniş sənədləri), gəlirin əldə dilməsi ilə bağlı xərc sənədləri, baş kitab, dövriyyə cədvəlləri, NKA-nın fiskal hesabatları və s. təqdim edilməsi xahiş edilmişdir. Tələb edilən sənədlər iddiaçıdan istənilmiş, iddiaçı özündə olan bütün sənədləri təqdim etdiyini bildirmişdir. Iddiaçının təqdim etdiyi bütün sənədlər ekspertiza tədqiqatına verildiyindən əlavə sənədlərin ekspertə təqdim edilməsi mümkün olmamış, təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının aparılmasından ##.##.2022-ci il tarixdə imtina edilmişdir. Iş üzrə keçirilmiş məhkəmə iclaslarında iddiaçı mühasibatlıq sənədlərinin olduqca çox olmasını bildirməsinə baxmayaraq, əlavə sənədlərin təqdim edilməsini təmin etməmişdir. Odur ki, məhkəmə yuxarıda qeyd edildiyi kimi 10 cilddən ibarət cinayət işi üzrə təqdim edilmiş sənədlər əsasında verilmiş mütəxəssis rəyini iş üzrə obyektiv həqiqətin aşkar edilməsi üçün yetərli hesab etmişdir. Belə olan halda məhkəmə belə qənaətə gəlmişdir ki, mübahisələndirilən qərar 477874.65 manat vergi borcunun hesablanması hissəsində ləğv edilməli, 180629.61 manat vergi məbləği və maliyyə sanksiyasına münasibətdə isə əsaslı hesab edilməlidir.
25. Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşmamış və Şəki Apellyasiya Məhkəməsinin ##.##.2023-cü il tarixli, *- *(***)-***/**** saylı qərarı ilə Şəki Inzibati Məhkəməsinin ## ####### 2022-ci il tarixli *-*(***)- ***/**** nömrəli qərarı ləğv edilmişdir.
26. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli *-*(***)-***/**** saylı qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2023-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, şikayət qalan hissədə təmin edilməmişdir.
27. Inzibati-Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir.
28. Ali Məhkəmə hazırki iş üzrə ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli qərarında qeyd etmişdir ki; -Hazırkı işdə apellyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən istinad etdiyi iddiaçının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə Zaqatala Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli hökmü qanuni qüvvəyə minməmişdi. -Bununla yanaşı, hökmün qanuni qüvvəyə minməməsi inzibati icraat üzrə işə baxan məhkəmənin həmin cinayət işi üzrə əldə edilmiş sübutlardan istifadə etmək imkanına təsir etmir. Bu halda, həmin sübutlar inzibati işdə olan digər sübutlarla birlikdə tədqiq olunduqdan və qiymətləndirildikdən sonra qərarın əsası kimi onlara istinad edilə bilər. -Apellyasiya instansiyası məhkəməsi bir tərəfdən, ##.##.2022-ci il tarixli rəyi tərtib etmiş mütəxəssis X7 Vergi Cinayətlərinin Ibtidai Araşdırılması Departamentinin Audit Şöbəsinin böyük dövlət vergi müfəttişi olduğundan, birinci instansiya məhkəməsinin həmin mütəxəssis rəyi əsasında verilmiş Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə mühasibat ekspertizasının ##.##.2022-ci il tarixli, */**** saylı ekspert rəyinə əsaslanaraq iddia tələbini qismən təmin etməklə düzgün nəticəyə gəlmədiyini qeyd etsə də, digər tərəfdən, özünün istinad etdiyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə mühasibat ekspertizasının ##.##.2022-ci il tarixli, */**** saylı rəyində də ekspert ##.##.2022-ci il tarixli mütəxəssis rəyini nəzərə almaqla nəticəyə gəlmiş, ##.##.2017-ci il tarixdən ##.##.2020-ci il tarixədək olan dövr üzrə müəssisə tərəfindən aparılmış əməliyyatlara görə əlavə olaraq hesablanmış vergilərin ümumilikdə məbləğinin 120.419,75 manat (73.250,78 (ƏDV) + 47.002,65 (gəlir ) + 166,32 (ÖMV)) müəyyən edildiyini qeyd etmiş, bu zaman həmin nəticəyə gələrkən hansı metoddan istifadə etdiyini göstərməmiş, rəyi ümumiyyətlə əsaslandırmamışdır. - Həmin rəydə ekspert məhz 120.419,75 manat məbləğə əsaslanaraq qeyd etmişdir ki, İddiaçı barəsində ittiham aktı tərtib edilib məhkəməyə göndərilənədək hesabdan çıxarış sənədlərində və şəxsi hesab vərəqəsində öz əksini tapmış ödənişlər vergi orqanı tərəfindən hesablanan 120.419,75 manat məbləğindən çıxılmalı olduğu halda çıxılmamışdır; həmin ödənişlər nəzərə alınmaqla ##.##.2019-cu il tarixdən ##.##.2020-ci il tarixədək olan dövr üzrə borcunun olmaması müəyyən olunur. Apellyasiya instansiyası məhkəməsi nəzərə almalı idi ki, vergi orqanının mübahisələndirilən qərarı onun qəbul edildiyi tarixə inzibati icraatla müəyyən edilmiş vəziyyəti əks etdirir. Həmin tarixdən sonra baş verənlər (hazırkı halda, vergi ödənişlərinin icrası) mübahisələndirilən qərarın qanuniliyini (ən azından, istinad edilən ödənişlərin məbləğinə münasibətdə) özü-özlüyündə aradan qaldırmır. -Apellyasiya instansiyası məhkəməsi, həmçinin nəzərə almalı idi ki, iddiaçı cavabdehin ##.##.2020-ci il tarixli, **************** nömrəli qərarının ləğv edilməsi və həmin qərar əsasında hesablanmış borcun (439.976,17 manat hesablanmış vergilər və 219.528,09 manat maliyyə sanksiyası) şəxsi hesab vərəqində silinməsi barədə qərar qəbul edilməsini tələb etmişdir. Iddiaçının öz tələbi ilə bağlı apellyasiya instansiyası məhkəməsində icraat zamanı təqdim etdiyi ərizəsi də ilkin tələbin həcminə təsir etməmişdir. Belə ki, o, hər bir halda, iddianın təmin olunmasını tələb etmişdir. Cavabdeh də apellyasiya şikayətində məhz həmin məzmunda (məbləğdə) iddianın rədd edilməsini tələb etmişdir. Buradan, apellyasiya baxışının predmetini vergi orqanının mübahisələndirilən qərarı və həmin qərarla hesablanmış verginin ümumi məbləği təşkil etmişdir. Həmin məbləğin qanuniliyi və ya hazırkı məzmunda iddianın əsasları (həmçinin iddiaçının apellyasiya şikayətinin dəlilləri) isə əsaslı şübhələrdən azad, mötəbər sübutlarla yoxlanılmalı idi. Hazırkı işdə bu, baş verməmişdir.
29. Məhkəmə kollegiyası tərəfindən də Ali Məhkəmənin hüquqi mövqeyinə uyğun araşdırma aparılmışdır.
30. Məhkəmə kollegiyası tərəfindən Ali Məhkəmənin göstərişlərinə uyğun olaraq araşdırma zamanı aşağıdakılar müəyyən edilmişdir.
31. Iddiaçı İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər Idarəsinə qarşı qərarın ləğv edilməsi və həmin qərar əsasında hesablanmış borcun şəxsi hesab vərəqində silinməsi tələbinə dair inzibati iş Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının icraatında olarkən müəyyən edilmişdir ki, İddiaçı Azərbaycan Respublikasının CM-in 213.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Zaqatala Rayon Məhkəməsinin ## ### 2023-cü il tarixli, *(***)-**/**** nömrəli hökmündən zərərçəkmiş hüquqi şəxs Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər Idarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən R Elmar Baqiyev tərəfindən verilmiş apellyasiya şikayəti və dövlət ittihamçısı X3 tərəfindən verilmiş apellyasiya protesti Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının icraatındadır.
32. Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərardadı ilə Şəki Inzibati Məhkəməsinin ## ####### 2022-ci il tarixli 2-1(116)- ***/**** nömrəli qərarından iddiaçı İddiaçı və cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər Idarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyətləri üzrə icraat Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının icraatında olan İddiaçı Azərbaycan Respublikasının CM-in 213.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə qəbul ediləcək yekun məhkəmə qərarı qanuni qüvvəsini alana kimi dayandırılmışdır.
33. Iddiaçı İddiaçı ##.##.2025-ci il tarixində Şəki Apellyasiya Məhkəməsinə elektron kabinet vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəli qərarını və məlumat göndərərək məlumatında qeyd etmişdir ki, işin dayandırılmasına səbəb olmuş cinayət işi üzrə yekun məhkəmə aktı qəbul edilmişdir. Buna görə də icraatın təzələnməsini məhkəmə kollegiyasından xahiş etmişdir.
34. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)- **/**** nömrəli qərarı ilə zərərçəkmiş hüquqi şəxs Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər Idarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən R Elmar Baqiyev tərəfindən verilmiş apellyasiya şikayəti və dövlət ittihamçısı X3 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin ## ### 2023-cü il tarixli, *(***)-*/**** saylı hökmü verilmiş apellyasiya şikayətinə və apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
35. Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərardadı ilə işin dayandırılmasına səbəb olmuş hallar aradan qalxdığından iş üzrə icraat təzələnmiş, inzibati işə baxılması ## ###### 2025-ci il tarixə, sааt 15:00-a Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında ** nömrəli zala təyin edilmişdir.
36. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı Azərbaycan Respublikasının CM-in 213.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qərarından dövlət ittihamçısı Teymur Əsədov tərəfindən verilmiş kassasiya protesti ## ###### 2025-ci il tarixində Şəki Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Odur ki, CPM-in müvafiq tələblərinə riayət edildikdən sonra cinayət işi Teymur Əsədovun kassasiya protestinə baxılması üçün Azərbaycan Respublikası Ali məhkəməsinə göndəriləcəkdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinə göndəriləcək İddiaçı Azərbaycan Respublikasının CM-in 213.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə yekun məhkəmə qərarı qəbul edilənədək hazırki iş üzrə Şəki Inzibati Məhkəməsinin ## ####### 2022-ci il tarixli 2-1(116)- ***/**** nömrəli qərarından iddiaçı İddiaçı və cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər Idarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyətləri üzrə icraat dayandırılmalıdır.
37. Buna görə də Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə Şəki Inzibati Məhkəməsinin ## ####### 2022-ci il tarixli 2-1(116)- ***/**** nömrəli qərarından iddiaçı İddiaçı və cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər Idarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyətləri üzrə icraat Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının icraatında olan İddiaçı Azərbaycan Respublikasının CM-in 213.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə qəbul edilmiş qərardaddan verilmiş kassasiya şikayəti üzrə qərar qəbul edilənədək dayandırılmışdır.
38. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının ## #### 2026-cı il tarixli, 1(102)- ****/**** saylı iş üzrə dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməmiş, zərərçəkmiş hüquqi şəxs cavabdeh1 nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Zaqatala Rayon Məhkəməsinin ## ### 2023-cü il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ######## 2025-ci il tarixli qərarı kassasiya protestinə və kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
39. Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli, *- *(***)-***/**** nömrəli qərardadı ilə iddiaçı İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər Idarəsinə qarşı qərarın ləğv edilməsi və həmin qərar əsasında hesablanmış borcun şəxsi hesab vərəqində silinməsi tələbinə dair inzibati iş üzrə Şəki Inzibati Məhkəməsinin ## ####### 2022-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarından iddiaçı İddiaçı və cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər Idarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyətləri üzrə icrааt təzələnmiş və inzibati işə baxılması ## #### 2026-cı il tarixə, sааt 11:00-a Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında ** nömrəli zala təyin edilmişdir.
40. Işin hallarından göründüyü kimi Zaqatala Rayon Məhkəməsinin ## ### 2023-cü il tarixli *(***)-*/**** nömrəli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilmiş, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin ləğv edilməsi, ona CMin 213.1-ci maddəsi ilə tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququnun və həmin hüququn həyata keçirilməsi qaydasının izah edilməsi, mülki iddiaçı Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər Idarəsinin mülki cavabdeh İddiaçı qarşı 120419,75 manat məbləğində ziyanın (vergi məbləğinin) tutularaq dövlət büdcəsinə ödənilməsinə dair mülki iddiasının baxılmamış saxlanılması müəyyən edilmişdir. Hökmdən zərərçəkmiş hüquqi şəxs Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər Idarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən R Elmar Baqiyev tərəfindən verilmiş apellyasiya şikayətinə və dövlət ittihamçısı X3 tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının # ###### 2024-cü il tarixli *(***)-**/**** nömrəli (hakimlər: X12 (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayəti və apellyasiya protesti təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin ## ### 2023-cü il tarixli hökmü verilmiş apellyasiya şikayətinə və apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Qərardan zərərçəkmiş hüquqi şəxs cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə və dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının ## ####### 2024-cü il tarixli *(***)- ****/**** nömrəli (hakimlər: X4 (sədrlik edən və məruzəçi), X6 və X8 ibarət məhkəmə tərkibində) qərarı ilə kassasiya şikayəti və kassasiya protesti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il # ###### tarixli qərarı kassasiya şikayətinə və kassasiya protestinə münasibətdə ləğv edilmiş və cinayət işi apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ######## 2025-ci il tarixli *(***)-**/**** nömrəli qərarı ilə zərərçəkmiş hüquqi şəxs Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər Idarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən R Elmar Baqiyev tərəfindən verilmiş apellyasiya şikayəti və dövlət ittihamçısı X3 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin ## ### 2023-cü il tarixli hökmü verilmiş apellyasiya şikayətinə və apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ######## 2025-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti və zərərçəkmiş hüquqi şəxs cavabdeh1 nümayəndəsi tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməmiş, zərərçəkmiş hüquqi şəxs cavabdeh1 nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin ## ### 2023-cü il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ######## 2025-ci il tarixli qərarı kassasiya protestinə və kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır.
41. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli *-*(***)-***/**** saylı qərarında əks olunan göstərişdə apellyasiya instansiyası məhkəməsinin qərar qəbul edərkən istinad etdiyi iddiaçının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə Zaqatala Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli hökmünün qanuni qüvvəyə minmədiyini qeyd etmişdir. Hazırki halda isə görünən odur ki, İddiaçı Azərbaycan Respublikasının CM-in 213.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə yekun məhkəmə qərarı qanuni qüvvəsini almışdır.
42. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmış Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ######## 2025-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə qərarı ilə keçirilmiş ekspert rəylərində İddiaçı qarşı irəli sürülmüş ittihamda əks olunmuş məbləğin, yəni 120419 manat verginin mövcudluğu ilə bağlı nəticəyə gəlinmişdir. Yəni ümumi gəlinən nəticə ondan ibarətdir ki, ekspert rəylərində də ittihamda əks olunan məbləğ öz təsdiqini tapır. Lakin məhkəmə tərəfindən təyin edilərək alınmış ekspert rəylərində həmin vəsaitin İddiaçı tərəfindən dövlətə artıq ödənilməsi qənaətinə gəlinmişdir. Göründüyü kimi, istintaq zamanı alınmış ekspert rəyi ilə məhkəmə zamanı alınmış ekspert rəyləri arasında olan fərq yalnız mövcud olan vergi borcunun ödənilməsi ilə bağlıdır. Lakin vergi orqanı İddiaçı həmin dövrə aid vergi borcunun hazırda da mövcud olduğunu iddia edir. Məlumdur ki, vergi işləri üzrə verginin mövcud olması, verginin ödənilməsi, vergi borcunun olması konkret rəqəmlərlə müəyyən edilir, rəqəmlərlə iş dəqiq işdir, vergi mübahisələri də məhkəmə mühasibatlıq ekspertizalarının rəyləri ilə həll edilir və bu sahə xüsusi bilik tələb edən bir sahədir. Iş üzrə mövcud olan 3 ekspert rəyini bir-biri ilə müqayisəli təhlil etdikdə aydın görünür ki, bu ekspert rəyləri arasında müəyyən ziddiyyətlər var, eləcə də ekspert rəylərində gəlinən nəticələr kifayət qədər əsaslandırılmamışdır. Şəki Apellyasiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qərarı ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən İddiaçı barəsində ittiham aktı tərtib edilib məhkəməyə göndərilənədək hesabdan çıxanş sənədlərində və şəxsi hesab vərəqəsində öz əksini tapmış fiziki şəxs (fərdi sahibkar) İddiaçı ödənişlərinin (ödəniş və artıq ödəniş) nəzərə alınmaması müəyyən olunur. Həmçinin yuxarıda da göstərildiyi kimi, şəxsi hesab vərəqəsində ##.##.2020-ci il tarixinə (ittiham aktında öz əksini tapan əlavə hesablanmış vergi məbləğlərinin sonuncu hesabat dövrü) vergi ödəyicisinin 198088,23 manat məbləğində artıq ödənişi olmuşdur. Yəni göstərilənlər nəzərə alınmaqla ##.##.2020-ci il tarixədək olan dövr üzrə vergi ödəyicisinin borcunun olmaması müəyyən olunur. Eyni zamanda qeyd edilir ki, vergi ödəyicisinə vergi orqanı tərəfindən əlavə hesablanmış 120419,75 manat vergi məbləği tədqiqi hissədə göstərilənlərə və Vergi Məcəlləsinin 88.1., 88.1.1, 88.1.2., və 88.1.3. maddələrinin tələblərinə əsasən ##.##.2020-ci il tarixinə olan artıq ödəniş məbləğinə yönəldilməli idi. ##.##.2022-ci il tarixli, */**** saylı ilkin ekspert rəyi ilə ##.##.2022-ci il tarixli */**** nömrəli ekspert rəyi arasında yaranmış fərqin səbəbi ekspert qarşısında qoyulmuş sualların fərqliliyi və təqdim edilmiş tədqiqat obyektlərinin fərqli sayda təqdim edilməsi olmuşdur. Belə ki, istintaq zamanı təyin edilmiş ekspertiza tədqiqatına 10 cilddən ibarət iş materialları, məhkəmənin qərarına əsasən təyin edilmiş ekspertiza tədqiqatına isə 12 cilddən ibarət iş materialları təqdim edilməsi olmuşdur.
43. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarında qeyd edilmişdir ki, məhkəmələr tərəfindən məhkəməmühasibatlıq ekspertizalarının rəyləri müqayisəli şəkildə təhlil edilmiş, həmin rəylər arasındakı fərqlərin səbəbləri – ekspert qarşısında qoyulmuş sualların və təqdim edilmiş materialların həcminin fərqli olması ilə izah olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq müəyyən etmişdir ki, sonuncu ekspert rəyi iş materiallarının daha geniş həcmi əsasında tərtib olunmuş və vergi ödəyicisinin şəxsi hesab vərəqəsi, ödəniş sənədləri və digər maliyyə məlumatları nəzərə alınmaqla verilmişdir. Bu səbəbdən də həmin rəyin nəticələri iş üzrə daha obyektiv və əsaslandırılmış hesab edilmişdir. Belə ki, iş üzrə təyin edilmiş təkrar məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin vergi orqanı qarşısında iddia edilən borcu faktiki olaraq mövcud olmamış, əksinə, onun şəxsi hesab vərəqəsində ittiham dövrünün sonuna artıq ödənişin olduğu təsdiq edilmişdir. Bu hal ittihamın əsasını təşkil edən vergidən yayınma faktını obyektiv olaraq təkzib edir və cinayət tərkibinin zəruri əlamətlərinin mövcud olmadığını göstərir. Bundan əlavə, ekspert rəyi ilə müəyyən edilmişdir ki, vergi orqanı tərəfindən əlavə hesablanmış məbləğlər mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq vergi ödəyicisinin artıq ödənişləri hesabına yönəldilməli idi. Bu isə onu göstərir ki, ittiham tərəfi tərəfindən təqdim edilən hesablamalar düzgün aparılmamış, vergi ödəyicisinin faktiki maliyyə vəziyyəti və hesablaşmaları tam nəzərə alınmamışdır. Belə olan halda, kassasiya şikayətində göstərilən “vergi borcunun mövcudluğu” ilə bağlı iddialar iş materialları ilə təsdiqini tapmır. Iş materiallarında olan şəxsi hesab vərəqəsindən və maliyyə sənədlərindən aydın olur ki, ittiham aktında göstərilən dövr üzrə vergi ödəyicisinin artıq ödənişlərinin mövcud olması müəyyən edilmişdir. Bu hal isə Azərbaycan Respublikası Vergi Məcəlləsinin müvafiq müddəalarına uyğun olaraq əlavə hesablanmış vergi məbləğinin həmin artıq ödənişlər hesabına yönəldilməli olduğunu göstərir. Belə olan halda, vergi borcunun faktiki mövcudluğu şübhə altına düşür və cinayət tərkibinin əsas elementi olan “ödəmədən yayınma” faktı sübuta yetirilmir. Belə ki, vergi ödəyicisi tərəfindən müəyyən ödənişlərin edilməsi, bu ödənişlərin şəxsi hesab vərəqəsində əks olunması və ümumilikdə artıq ödəniş qalığının mövcudluğu onun vergi öhdəliklərindən yayınmaq niyyətinin olmadığını göstərir. Əks halda, vergi ödəyicisi tərəfindən büdcəyə bu cür ödənişlərin həyata keçirilməsi məntiqsiz olardı.
44. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
45. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki qərarın 43 və 44-cü bəndlərində qeyd edilmiş hallarla vergi ödəyicisi- iddiaçı İddiaçı ittiham aktında göstərilən dövr üzrə artıq ödənişlərinin mövcud olması və ##.##.2020-ci il tarixədək olan dövr üzrə borcunun olmaması müəyyən edilmişdir. Bu da onu deməyə əsas verir ki, iddiaçı İddiaçı verdiyi apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcuddur, cavabdehin verdiyi apellyasiya şikayətinin dəlilləri isə əsaslı olmadığından təmin edilə bilməz.
46. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı IPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli, iddia təmin edilərək Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər Idarəsinin ##.##.2020-ci il tarixli **************** nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarı ləğv edilməli, iddiaçının apellyasiya şikayəti təmin edilməli, cavabdehin apellyasiya şikayəti təmin edilməməlidir.
47. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası
Qərara aldı
Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki Inzibati Məhkəməsinin ## ####### 2022-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarı ləğv edilsin. Inzibati iş üzrə yeni qərar çıxarılaraq iddia təmin edilsin. Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər Idarəsinin ##.##.2020-ci il tarixli **************** nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarı ləğv edilsin. Cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər Idarəsinin apellyasiya şikayəti təmin edilməsin. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.