Məhkəmə qərarları › İş №2-1(107)-122/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-122/2022

27.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-122/2022 27.04.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, İslamova Türkay Abdurəhim qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “25 illik əmək fəaliyyəti dövrünün sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli 2-1(116)-159/2022 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsinin 13 saylı regional ərazi filialına qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “32 il iş stajının müəyyən edilməsi və yaş həddinə görə tam şəkildə təqaüd təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

2. Şəki İnzibati Məhkəməsinin 27.12.2021-ci il tarixli 2-1(116)1149/2021 nömrəli qərardadı ilə Dövlət Sosial Müdafiə X10 Şəxsinin 13 saylı regional ərazi filialı – hüquqi varisi Dövlət Sosial Müdafiə X10 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir.

3. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - iddiaçı xx.xx.1956-cı ildə Göyçay şəhərində anadan olmuşdur. 09.11.1975-ci ildə Göyçay Kopunivermağı üzrə həmin tarixdən 1 saylı univermaqda şagird vəzifəsinə təyin edilmiş, 04.27.1976-cı ildə hərbi xidmətə çağırıldığına görə işdən azad edilmişdir. 06.15.1978-ci ildə hərbi xidmətdən gəldikdən sonra sözügedən idarədə çilingər vəzifəsində işləməyə başlamış, 04.09.1979-cu ildə 45 min başlıq quşçuluq fabrikində fəhlə vəzifəsində işə başlamışdır. 31.12.1984-cü ildə eyni birliyin 20000 başlıq quşçuluq fabrikinə köçürülmə yolu ilə köçürülmüşdür. 05.02.1999-cu ilədək həmin fabrikdə işləmiş, öz ərizəsi ilə işdən azad olunmuşdur. 01.11.2001-ci ildən Göyçay Meliorasiya İdarəsində çilingər vəzifəsinə təyin edilmiş, 01.06.2010-cu ildə öz ərizəsi ilə işdən azad edilmişdir. İddiaçının iki əmək kitabçası olmuşdur. Belə ki, birinci əmək kitabçasını itirmiş, bu səbəbdən ikinci əmək kitabçası almış, sonradan isə birinci əmək kitabçasını tapmış və halhazıradək hər ikisini orijinal şəkildə qoruyub saxlamışdır. Cavabdeh hər iki əmək kitabçasında iş stajının üst-üstə düşdüyünü bildirsə də, faktiki olaraq burda heç bir iş stajı üst-üstə düşmür. Cavabdeh Quşçuluq fabrikində işlədiyi müddətin dövlət arxivində kötüyü olmadığı üçün həmin müddəti iş stajı kimi nəzərə almamışdır. Amma onunla işləyən iş yoldaşlarını məhkəmə iclasında şahid qismində gətirərək sözügedən idarədə işləməyini təsdiq edə bilər. Cavabdeh hər vasitə ilə onun əmək stajının 25 il müddət olmadığını bildirərək ona sosial təqaüd (yəni 130 manat) təyin etmək istəyir. O, isə həmin təqaüdlə razılaşmır. Çünki o, dövlət müəssisəsi olan fabrikdə çilingər işləmişdir. Malik olduğu stajla ona qanuni şəkildə yaş həddi ilə bağlı əmək pensiyası düşür.

4. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat vermişdir. Həmçinin, “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə təqdim edərək “25 illik əmək fəaliyyəti dövrünün sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Birinci instansiya məhkəməsinin 19.01.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir.

6. Cavabdeh iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - AR ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 13 saylı regional ərazi filialının 10 iyun 2021-ci il tarixli **********3 nömrəli “yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması barədə" qərarında iddiaçıya məxsus əmək kitabçalarında məlumatlarda uyğunsuzluq (eyni müəssisədə Göyçay quşçuluq fabriki fərqli əmrlər - işə qəbul, işdən azad olunma əmrlərinin tarixlərində fərqlər, həmin dövrdə digər müəssisədə X1 işləmə faktı,1979-1999-cu illərin əmrlərində uyğunsuzluqlar) olduğundan, Göyçay quşçuluq fabriki fəaliyyət göstərmədiyi və müəssisənin staj, əmək haqqı barədə sənədləri X8 filialına təhvil verilmədiyi üçün həmin dövrdə fabrikdə işləməsinə dair faktı yoxlanılması mümkün olmadığından həmin dövrün sosial sığorta stajı kimi hesablanmasının qanunamüvafiq olmadığı qeyd edilmişdir.

7. İddiaçıya yaşa görə əmək pensiyası 65 yaşdan təyin edilə bilər. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda.

8. İddiaçı onun barəsində ikinci halın mövcudluğundan çıxış etməklə, yəni 25 il sığorta stajına malik olduğu nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

9. İddiaçının yaşa görə əmək pensiyasına hüququ “Əmək Pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə müvafiq olaraq 65 yaşda, yəni 03.05.2021-ci il tarixdə yaranmışdır. Lakin iddiaçının həmin tarixə azı 25 il sosial sığorta stajının, yaxud fərdi hesabında 28800 manat pensiya kapitalının olması öz təsdiqini tapmamışdır.

10. İddiaçının sosial sığorta stajı aşağıdakı kimidir: 1974.11.01 - 1975.01.31= 00-03-00, 1975.09.11 - 1976.04.27= 00-07-16, 1976.05.04 - 1978.05.13= 02-00-09 (hərbi xidmət dövrü), 1978.06.15 - 1979.04.01 = 00-09-16 (SMU-1) - sənədləri yoxdur, 1979.04.09 - 1980.12.31= 01-08-22 (Kökəltmə birliyi) - əmək haqqı cədvəlləri yoxdur, 1981.02.17 - 1981.10.20= 00-08-03 (45 minlik quşçuluq fabriki) - sənədləri yoxdur, 1981.10.26 - 1984.03.21= 02-04-25, 1985.03.20 - 1999.02.05=13-10-15 (Göyçay quşçuluq fabriki) - sənədləri yoxdur, 2001.11.01 - 2005.09.01 =03-01-00 (Göyçay Melioservis idarəsi) -əmək haqqı cədvəllərinə əsasən.

11. İddiaçının əmək kitabçalarında olan məlumatlarda uyğunsuzluq (eyni müəssisədə Göyçay quşçuluq fabriki fərqli əmrlər-isə qəbul, işdən azad olunma əmrlərinin tarixlərində fərqlər, həmin dövrdə digər müəssisədə X1 işləmə faktı) 1979-1999-cu illərin əmrlərinə sübhə yaratdığı üçün sığorta stajını yoxlamaq zərurəti yaranmışdır. Göyçay quşçuluq fabrikinin fəaliyyət göstərmədiyi və müəssisənin staj, əmək haqqı barədə sənədləri X8 filialına təhvil verilmədiyi üçün həmin dövrdə fabrikdə işləməyinə dair faktı yoxlamaq mümkün olmamış və həmin dövrün sosial sığorta stajı kimi hesablanması qanunamüvafiq deyildir.

12. İşin faktiki hallarından göründüyü kimi iddiaçıya məxsus iki əmək kitabçası mövcuddur və əmək kitabçalarındakı qeydlərdə uyğunsuzluqlar vardır. Bununla yanaşı Göyçay quşçuluq fabrikinin fəaliyyət göstərmədiyi və müəssisənin staj, əmək haqqı barədə sənədlərinin X8 filialına təhvil verilmədiyi də lazımi qurumlara verilmiş sorğular əsasında müəyyən edilməmişdir.

13. İddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin tələblərinə müvafiq olaraq yaşa görə əmək pensiyası hüququ yarandığı 65 yaşda, yəni 03.05.2021-ci il tarixdə qanunla ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb edilən 25 il sosial sığorta stajına və 28800 manat pensiya kapitalına malik olmadığından iddia tələbi təmin edilməməlidir.

14. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

15. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 19 yanvar 2022-ci il tarixli 2- 1(116)-159/2022 nömrəli qərarı ilə iddia təmin edilərək, İddiaçı 01.11.1974-31.01.1975-ci illərdə (03 ay) X6 cəmiyyətində, 11.09.1975-27.04.1976-cı illərdə (7 ay 16 gün) 1 №-li univermaqda, 15.06.1978-01.04.1979-cu illərdə (9 ay 16 gün) SMU-1 “Azərittifaqda”, 09.04.1979-31.12.1980-cı illərdə (1 il 8 ay 22 gün) 45 minlik quşçuluq fabrikində, 17.02.1981-20.10.1981-ci illərdə (8 ay 03 gün) Göyçay təsərrüfatlararası 45 minlik quşçuluq fabrikində, 26.10.1981-21.03.1984-cü illərdə (2 il 4 ay 25 gün) X2, 20.03.1985– 05.02.1999-cu illərdə (13 il 10 ay 15 gün) X5, 01.11.2001-01.09.2005-ci illərdə (3 il 01 ay) Göyçay Melioservis İdarəsində əmək fəaliyyəti müddəti və 04.05.1976–13.05.1978-ci illər üzrə (2 il 9 gün) hərbi xidmət müddəti (cəmi, 25 il 5 ay 16 gün) sosial sığorta stajına daxil edilməklə ona hüququnun yarandığı vaxtdan – 03.05.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.

16. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

17. Cavabdehin apellyasiya şikayəti belə əsaslandırılmışdır ki AR ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 13 saylı regional ərazi filialının 10 iyun 2021 ci il tarixli **********3 nömrəli “yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması barədə" qərarında iddiaçıya məxsus əmək kitabçalarında məlumatlarda uyğunsuzluq (eyni müəssisədə Göyçay quşçuluq fabriki fərqli əmrlər - işə qəbul, işdən azad olunma əmrlərinin tarixlərində fərqlər, həmin dövrdə digər müəssisədə X1 işləmə faktı,1979-1999-cu illərin əmrlərində uyğunsuzluqlar) olduğundan, Göyçay quşçuluq fabriki fəaliyyət göstərmədiyi və müəssisənin staj, əmək haqqı barədə sənədləri X8 filialına təhvil verilmədiyi üçün həmin dövrdə fabrikdə işləməsinə dair faktı yoxlanılması mümkün olmadığından həmin dövrün sosial sığorta stajı kimi hesablanmasının qanunamüvafiq olmadığı qeyd edilmişdir. İddiaçıya yaşa görə əmək pensiyası 65 yaşdan təyin edilə bilər. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. İddiaçı onun barəsində ikinci halın mövcudluğundan çıxış etməklə, yəni 25 il sığorta stajına malik olduğu nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçının yaşa görə əmək pensiyasına hüququ “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə müvafiq olaraq 65 yaşda, yəni 03.05.2021-ci il tarixdə yaranmışdır. Lakin iddiaçının həmin tarixə azı 25 il sosial sığorta stajının, yaxud fərdi hesabında 28800 manat pensiya kapitalının olması öz təsdiqini tapmamışdır.

18. İddiaçının sosial sığorta stajı aşağıdakı kimidir: 1974.11.01 - 1975.01.31= 00-03-00, 1975.09.11 - 1976.04.27= 00-07-16, 1976.05.04 - 1978.05.13= 02-00-09 (hərbi xidmət dövrü), 1978.06.15 - 1979.04.01 = 00-09-16 (SMU-1) - sənədləri yoxdur, 1979.04.09 - 1980.12.31= 01-08-22 (Kökəltmə birliyi) - əmək haqqı cədvəlləri yoxdur, 1981.02.17 - 1981.10.20= 00-08-03 (45 minlik quşçuluq fabriki) - sənədləri yoxdur, 1981.10.26 - 1984.03.21= 02-04-25, 1985.03.20 - 1999.02.05=13-10-15 (Göyçay quşçuluq fabriki) - sənədləri yoxdur, 2001.11.01-2005.09.01 =03-01-00 (Göyçay Melioservis idarəsi) -əmək haqqı cədvəllərinə əsasən.

19. İddiaçının əmək kitabçalarında olan məlumatlarda uyğunsuzluq (eyni müəssisədə Göyçay quşçuluq fabriki fərqli əmrlər - işə qəbul, işdən azad olunma əmrlərinin tarixlərində fərqlər, həmin dövrdə digər müəssisədə X1 işləmə faktı) 1979-1999cu illərin əmrlərinə şübhə yaratdığı üçün sığorta stajını yoxlamaq zərurəti yaranmışdır. Göyçay quşçuluq fabrikinin fəaliyyət göstərmədiyi və müəssisənin staj, əmək haqqı barədə sənədləri X8 filialına təhvil verilmədiyi üçün həmin dövrdə fabrikdə işləməyinə dair faktı yoxlamaq mümkün olmamış və həmin dövrün sosial sığorta stajı kimi hesablanması qanunamüvafiq deyildir. İşin faktiki hallarından göründüyü kimi iddiaçıya məxsus iki əmək kitabçası mövcuddur və əmək kitabçalarındakı qeydlərdə uyğunsuzluqlar vardır. Bununla yanaşı, Göyçay quşçuluq fabrikinin fəaliyyət göstərmədiyi və müəssisənin staj, əmək haqqı barədə sənədlərinin X8 filialına təhvil verilmədiyi də lazımi qurumlara verilmiş sorğular əsasında müəyyən edilməmişdir. Ona görə də Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 19 yanvar 2022-ci il tarixli 2-1(116)-159/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Qanuni nümayəndə və X3 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli 2-1(116)-159/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair qərar çıxarılmasını xahiş etdi.

21. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli 2- 1(116)-159/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

22. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - DSMF PHŞ-in 13 saylı regional ərazi filialının 10.07.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı analoji tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - 31.01.1970-ci ildə tərtib edilmiş əmək kitabçasının əslindən görünür ki, iddiaçı 01.11.1974-31.01.1975-ci illərdə (03 ay) X6 Cəmiyyətində fəhlə vəzifəsində, 11.09.1975-27.04.1976-cı illərdə (7 ay 16 gün) 1 №-li univermaqda şagird vəzifəsində, 15.06.1978-01.04.1979-cu illərdə (9 ay 16 gün) SMU-1 “Azərittifaqda” çilingər vəzifəsində, 09.04.1979-31.12.1980-cı illərdə (1 il 8 ay 22 gün) 45 minlik quşçuluq fabrikində, 17.02.1981-20.10.1981-ci illərdə (8 ay 03 gün) Göyçay təsərrüfatlararası 45 minlik quşçuluq fabrikində, 26.10.1981-21.03.1984-cü illərdə (2 il 4 ay 25 gün) X2 əmək fəaliyyəti ilə məşğul olmuşdur. - 15.04.1979-cu ildə tərtib edilmiş əmək kitabçasının əslindən görünür ki, iddiaçı barəsində ilkin qeyd 09.04.1979-cu ildə 45 minlik quşçuluq fabrikində fəhlə vəzifəsinə qəbul edilməsi barədə olmuş, həmçinin əmək kitabçasında iddiaçının 20.03.1985– 05.02.1999-cu illərdə (13 il 10 ay 15 gün) X5, 01.11.2001– 01.09.2010-cu illərdə (8 il 10 ay) Göyçay Melioservis İdarəsində əmək fəaliyyəti ilə məşğul olması barədə qeydiyyat aparılmışdır. Əmək kitabçasında 31.12.1984-cü ilə aid “Azərbaycan SSR Baş Quşçuluq Sənaye İdarəsinin 11.12.1984-cü il tarixli, 326 №-li əmrinə əsasən ixtisar edilsin” qeydi mövcuddur. - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon Şöbəsinin 02.07.2021-ci il tarixli 867 №-li arayışından görünür ki, iddiaçı 04.05.1976 – 13.05.1978-ci illərdə Sovet SQ-də hərbi xidmət keçmişdir (əsas: ИЗ-3240921 №-li hərbi bilet). - X8 Filialının 08.06.2021-ci il tarixli 198 №-li arayışından görünür ki, Göyçay rayon 45 minlik Quşçuluq fabriki və Göyçay Quşçuluq fabrikinin sənədləri arxivə təhvil verilməmişdir. - 13 saylı Regional Ərazi Filialı tərəfindən təsdiq edilmiş 07.06.2021-ci il tarixli aktdan görünür ki, iddiaçının sığorta stajına daxil edilən əmək stajı yerində qarşılıqlı yoxlanmış, iddiaçının 01.11.2001-ci ildə 33№-li əmrlə Göyçay Melioservis İdarəsində çilingər vəzifəsinə qəbul edilməsi, 01.09.2010-cu ildə 20№-li əmrlə (paraqraf 3) işdən azad edilməsi, əmək haqqı cədvəllərinə baxış zamanı iddiaçıya 2001-ci ilin noyabr, dekabr ayı, 2002-ci ilin yanvar, fevral, aprel, noyabr ayları, 2003-cü il hər ay, 2004-cü il hər ay, 2005-ci il fevral, mart, aprel, may, iyun, iyul, avqust ayları əmək haqqının hesablanması və ödənilməsi müəyyən edilmişdir. - 13 saylı Regional Ərazi Filialı tərəfindən təsdiq edilmiş 08.06.2021-ci il tarixli aktdan görünür ki, iddiaçının 09.04.1979-cu il tarixdə 48№-li əmrlə Göyçay rayon kolxozlararası kökəltmə birliyinin 45 min başlıq quşçuluq fabrikinə fəhlə qəbul edilməsi, 31.12.1980-cı il tarixdə 139№-li əmrlə işdən azad edilməsi müəyyən edilmişdir. Birliyin əmək haqqı cədvəlləri arxivə təhvil verilmədiyi üçün əmək haqqına baxmaq mümkün olmamışdır. - "xxxx" ASC X7 İdarəsinin 01.11.2001-ci il və 01.09.2010-cu il tarixli əmrlərindən görünür ki, iddiaçı 33 №-li əmrlə müvafiq qurumda çilingər vəzifəsinə qəbul edilmiş, 20 №li əmrlə öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

23. İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

24. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Maddə 149. Vİİ hissə. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.

25. İnzibati Prosessual Məcəllə: Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

26. Mülki Prosessual Məcəllə: Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

27. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.

28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: 1-ci bəndi. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bəndi. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

29. 1 yanvar 2006-cı ildən qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanun: M a d d ə 22-1. Əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı zamanı 2006-cı il yanvarın 1-dək olan sığorta stajının hesablanması xüsusiyyətləri 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır; 22-1.2.2. əlilliyi müəyyən edilmiş şəxsə əlilliyə görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı həmin dövrə olan əmək qabiliyyətli yaş dövrünün hər ili üçün 4 ay götürülməklə hesablanır; 22-1.2.3. ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən pensiyaçı olmayan vəfat etmiş şəxsin 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22- 1.2.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.3. Əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1 – 22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. 22-1.4. Bu Qanunun 22-1.2-ci maddəsi aşağıdakı hallarda tətbiq edilmir: 22-1.4.1. 2019-cu il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının pensiya hüququ yarandığı gündən yenidən hesablanması zamanı; 22-1.4.2. 2019-cu il yanvarın 1-dən sonra əmək pensiyası təyin edilmiş şəxslərə 2019-cu il yanvarın 1-dən əvvəlki dövr üçün əmək pensiyasının təyin edilməsi və ya əmək pensiyası məbləğinin hesablanması zamanı; 22-1.4.3. bu Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi və yenidən hesablanması zamanı; 22-1.4.4. bu Qanunun 20-ci maddəsinə əsasən əmək pensiyasına qulluq stajına görə əlavə almaq hüququ verən qulluq stajının hesablanması zamanı. 22-1.5. 2019-cu il yanvarın 1-dək “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən təyin edilmiş sosial müavinətlərin bu Qanunun 22-1.2ci maddəsi tətbiq edilərək əmək pensiyalarına keçirilməsinə yol verilmir.

30. 01.07.2017-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanun: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

31. “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyaların təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”: 3.2 və 3.2.1 bəndləri. 2006-cı ilin 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.

32. Əmək Məcəlləsi: Maddə 87.1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir.

33. "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanunu: Maddə 67.1. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə 67.3. a bəndi. İşçinin dövlət tərəfindən mütləq sosial sığorta edilməli olan hər hansı işinin müddəti də iş stajına daxil edilir. Maddə 67.8 Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci - yeddinci hissələrinə müvafiq olaraq hesablanır.

34. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 18 noyabr 2014-cü il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş "Məcburi dövlət sosial sığorta haqqının toplanması" Qaydaları: Maddə 1.2.1. Məcburi dövlət sosial sığorta haqqı - sığortalamaya görə sığortaçı təşkilata ödənilən pul vəsaitidir; Maddə 1.2.2. Sosial sığortanın iştirakçıları - sığortaçı, sığortaedənlər və sığortaolunanlardır; Maddə 1.2.3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortası üzrə fəaliyyəti həyata keçirən sığortaçı hüquqi şəxsdir; Maddə 1.2.4. Sığortaedənlər - Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, habelə özünü və ya başqasını sosial sığortaedən digər şəxslərdir; Maddə 1.2.5. sığortaolunan– xeyrinə sığorta fəaliyyəti həyata keçiriləndir.

35. "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanunu: Maddə 8. Sığortaolunanın sığorta stajı - sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddətidir. Maddə 9. Sığortaçının hüquqları aşağıdakılardır: bütün sığortaedənlərdən məcburi dövlət sosial sığortası üzrə işçilərin sığorta edilməsini tələb etmək; sosial sığorta ödəmələrinin həcmi və verilmə əsasları barədə sığorta edənlərdən arayış almaq; məcburi dövlət sosial sığortası qaydalarına sığortaedənlər tərəfindən əməl edilməsinə nəzarət etmək; könüllü (əlavə) sosial sığorta müqaviləsi üzrə öhdəliklərin icrasını tələb etmək; qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək. Sığortaçının vəzifələri aşağıdakılardan ibarətdir: özünün müntəzəm ödəmə qabiliyyətini təmin edən tədbirlər görmək; sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək; könüllü (əlavə) sosial sığorta müqavilələri üzrə öhdəliklərini vaxtında və tam həcmdə icra etmək; qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. Maddə 10. Sığortaedənlər aşağıdakı hüquqlara malikdirlər: - sosial sığortanın bütün formalarında iştirak etmək; könüllü (əlavə) sosial sığortanı həyata keçirmək üçün sığortaçı təşkilatı müstəqil seçmək; sosial sığorta qaydalarına və könüllü (əlavə) sosial sığorta üzrə müqavilələrə əməl edilməsini tələb etmək. Maddə 11. Sığortaedənlərin vəzifələri aşağıdakılardır: məcburi dövlət sosial sığortasını həyata keçirən sığortaçı təşkilatda uçota durmaq (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, xarici kommersiya hüquqi şəxsin nümayəndəlik və filialları, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər istisna olmaqla); müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək; sosial sığorta haqlarının uçotunu aparmaq və bu barədə sığortaçıya hesabat vermək; hesabat dövründə fəaliyyət göstərmədiyi halda sığortaçıya hesabat əvəzinə hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq fəaliyyətin olmaması barədə arayış təqdim etmək; qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

36. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Maddə 46.3. Maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

37. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli 2-1(116)-159/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

38. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

39. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.

40. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

41. Məhkəmə kollegiyasının iclasında iş materiallarının tədqiqi və tərəflərin məhkəmə iclasında verdikləri izahatlarla müəyyən edildi ki, hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı onun iddia tələbində qeyd etdiyi müddətlərin sosial sığorta stajına daxil edilərək, sığorta stajının tamamlanması və hüququnun yarandığı gündən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə müvafiq olaraq 65 yaşda, yəni 03.05.2021-ci il tarixdə yaranmışdır (iddiaçı xx.xx.1956-cı ildə doğulub). İş materiallarında olan, 31.01.1970-ci ildə tərtib edilmiş əmək kitabçasında iddiaçının ümumilikdə əmək stajı 6 il 5 ay 22 gün, 15.04.1979-cu ildə tərtib edilmiş əmək kitabçasında isə iddiaçının ümumilikdə əmək stajı 22 il 8 ay 15 gün qeyd edilmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon Şöbəsinin 02.07.2021-ci il tarixli arayışı ilə iddiaçının 04.05.1976 – 13.05.1978-ci illərdə (2 il 9 gün) hərbi xidmətdə olması müəyyən edilir. Cavabdeh iddia tələbinə etirazını və apellyasiya şikayətini iddiaçıya məxsus əmək kitabçalarında olan məlumatlarda uyğunsuzluqların olması (eyni müəssisədə Göyçay quşçuluq fabriki fərqli əmrlər- işə qəbul, işdən azad olunma əmrlərinin tarixlərində fərqlər, həmin dövrdə digər müəssisədə X1 işləmə faktı) ilə əsaslandırsa da, məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsinin iştirakı ilə müvafiq əmək kitabçalarına baxış keçirilərkən qeyd olunan məlumatlarda uyğunsuzluq aşkar edilməmişdir. Cavabdehin nümayəndəsi uyğunsuzluq əsası kimi iddiaçının əmək fəaliyyəti ilə bağlı 15.04.1979-cu ildə tərtib edilmiş əmək kitabçasında 31.01.1970-ci ildə tərtib edilmiş əmək kitabçasında qeyd olunmuş məlumatların öz əksini tapmamasına və 31.12.1984-cü ilə aid qeydə istinad etmişdir.

42. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilini əsaslı hesab etmir. Belə ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, məhkəmə araşdırmasının predmetini təşkil etmiş hər iki əmək kitabçasının iddiaçı barəsində tərtib olunması heç bir şübhə doğurmur və əmək kitabçalarında qeyd olunan əmək fəaliyyəti dövrləri də üst-üstə düşmür. 31.01.1970-ci ildə tərtib edilmiş əmək kitabçasında iddiaçının 01.11.1974-cü ildə əmək fəaliyyətinə başlaması və 21.03.1984-cü ildə əmək fəaliyyətinin sona çatması ilə bağlı qeydlər öz əksini tapıb.

43. 15.04.1979-cu ildə tərtib edilmiş əmək kitabçasında isə iddiaçının 20.03.1985-ci ildən - 01.09.2010-cu ilədək əmək fəaliyyəti ilə bağlı qeydlər öz əksini tapıb. Həmin əmək kitabçasında iddiaçı barəsində aparılan, iddiaçının 09.04.1979-cu ildə 45 minlik quşçuluq fabrikində fəhlə vəzifəsinə qəbul edilməsi ilə bağlı qeyd - 31.01.1970-ci ildə tərtib edilmiş əmək kitabçasında iddiaçı barəsində əks olunmuş müvafiq qeydlə (hər iki əmrin nömrəsi 48 qeyd olunub) eynidir. 31.12.1984-cü ilə aid - “Azərbaycan SSR Baş Quşçuluq Sənaye İdarəsinin 11.12.1984-cü il tarixli, 326 №-li əmrinə əsasən ixtisar edilsin” qeydi isə iddiaçının eyni dövr ərzində müxtəlif qurumlarda əmək fəaliyyəti ilə məşğul olması kimi qiymətləndirilə bilməz. Belə ki, 31.01.1970-ci ildə tərtib edilmiş əmək kitabçası ilə iddiaçının 31.12.1984-cü ildə əmək fəaliyyəti ilə məşğul olmaması müəyyən edilir.

44. Belə ki, tədqiq olunan 31.01.1970-ci ildə tərtib edilmiş əmək kitabçasında iddiaçının 17.02.1981-ci ildən - 20.10.1981-ci ilədək Göyçay təsərrüfatlararası 45 minlik quşçuluq fabrikində əmək fəaliyyəti ilə məşğul olması müəyyən olunduğundan, artıq 20.10.1981-ci ildən iddiaçının həmin müəssisədə əmək fəaliyyəti ilə məşğul olmaması əmək kitabçasından aşkar görünür. Yəni, 15.04.1979-cu ildə tərtib edilmiş əmək kitabçasında müvafiq qeydin olub-olmamasından asılı olmayaraq, iddiaçının Göyçay təsərrüfatlararası 45 minlik quşçuluq fabrikində 31.12.1984-cü ilədək işləməməsi işin mübahisəsiz halıdır. Müvafiq qeydin olması iddiaçının əmək stajının daha uzun müddətə hesablanmasına səbəb olmur və iddiaçının hüquqi vəziyyətini yaxşılaşdırmır. Eyni zamanda qeyd olunur ki, tədqiq olunan əmək kitabçalarına əsasən məhkəmə, iddiaçının 21.03.1984-cü ildən 20.03.1985-ci ilədək ümumiyyətlə əmək fəaliyyətinin olmamasını müəyyən edir. Buna görə də birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, 31.12.1984-cü ilə aid qeyd iddiaçının hüquqi vəziyyətini yaxşılaşdırmadığı kimi, onun ziyanına da şərh olunmamalıdır. Həmin qeyd əsas götürülməklə bütövlükdə 31.01.1970-ci ildə tərtib edilmiş əmək kitabçasının mötəbərliyinin şöbhə altına alınması yolverilməzdir.

45. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən biri də Göyçay quşçuluq fabrikinin fəaliyyət göstərmədiyi və müəssisənin staj, əmək haqqı barədə sənədləri X8 filialına təhvil verilmədiyi üçün həmin dövrdə iddiaçının həmin fabrikdə işləməyinə dair faktın yoxlanılmasının mümkün olmaması ilə bağlıdır.

46. Belə ki, iddiaçının əmək stajı 31.01.1970-ci ildə və 15.04.1979-cu ildə tərtib edilmiş əmək kitabçaları ilə müəyyən edildiyindən və həmin əmək kitabçalarında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması cavabdeh tərəfindən müəyyən edilmədiyindən müvafiq qeydlərin mötəbərliyini şübhə altına almaq üçün heç bir əsas yoxdur. Odur ki, iddiaçı barəsində tərtib edilmiş hər iki əmək kitabçasını məhkəmə iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul edir və hesab edir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur (Azərbaycan Respublikası Ali Məhkəməsinin 19.10.2021-ci il tarixli 2-1(102)-1737/2021 nömrəli qərarında əks olunan hüquqi mövqe). (bənd 32)

47. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir.

48. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır.

49. Cavabdehin istinad etdiyi iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu müəssisənin sənədlərinin arxivdə mövcud olmamasına gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, həmin sənədlərin arxivə təhvil verilməsi və lazımi qaydada saxlanılmasının təmin edilməsi iddiaçının vəzifəsi olmadığından qeyd edilən hal iddiaçının ziyanına şərh edilə bilməz. Belə ki, müvafiq sənədlərin arxivə təhvil verilməsi, habelə arxivdə mövcud olub-olmaması sığortaolunan iddiaçının vəzifəsi deyildir (bənd 35).

50. Belə olan halda iddiaçının 31.01.1970-ci ildə tərtib edilmiş əmək kitabçasında olan 6 il 5 ay 22 gün əmək stajı ilə, 15.04.1979-cu ildə tərtib edilmiş əmək kitabçasındakı 20.03.1985–05.02.1999-cu illər üzrə 13 il 10 ay 15 gün əmək stajını topladıqda 20 il 4 ay 7 gün əmək stajı yaranır.

51. İddiaçının 2 il 09 gün hərbi xidmətdə olması da işin mübahisəsiz halıdır və həmin müddət də sosial sığorta stajına daxil edilir.

52. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın mövqeyinə münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, 01.01.2002-ci ilədək olan dövrdə işçilər dövlət tərəfindən mütləq qaydada sosial sığorta ilə əhatə olunmalı olduqlarına görə həmin dövr üzrə işçilərin əmək fəaliyyəti ümumi iş stajına daxil edilməlidir. Bu isə o nəticəyə gəlməyə əsas verir ki, iddiaçının iş stajı əmək kitabçasına əsasən müəyyən edildiyindən və həmin dövrdə o, dövlət sosial sığortası ilə əhatə olunmalı olduğundan, həmin dövrə münasibətdə onun əmək haqqı alıb-almaması və işəgötürən tərəfindən sosial sığorta haqlarının ödənilibödənilməməsi iddiaçının əmək kitabçasında olan müddətin onun sosial sığorta stajına daxil edilməsinə təsir göstərmir.

53. 1 yanvar 2002-ci ildən sonrakı dövrə münasibətdə isə qeyd edir ki, iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu Göyçay Melioservis İdarəsi Azərbaycan Meliorasiya və X11 Səhmdar Cəmiyyətinin tabe qurumu olmuşdur ki, müvafiq qurum da “Meliorasiya və su təsərrüfatı sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 23 fevral tarixli 372 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və X4 əsasında yaradılmışdır. Cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur. Cəmiyyət hazırda da fəaliyyət göstərir və hüquqi ünvanı: Azərbaycan Respublikası, ünvan 1

54. Bu isə onu deməyə əsas verir ki, Göyçay Melioservis İdarəsi səhmləri dövlətə məxsus olan qurumun tabeliyində olduğundan, müvafiq qurum tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi heç bir şübhə doğurmur və cavabdeh tərəfindən mübahisələndirilmir. (əmək haqqı cədvəllərinin olması cavabdeh tərəfindən tərtib edilmiş aktla müəyyən olunur).

55. İddiaçının 01.11.2001–01.09.2010-cu illərdə (8 il 10 ay) Göyçay Melioservis İdarəsində əmək fəaliyyəti ilə məşğul olduğu dövrün ona əmək haqqının ödənildiyi 3 il 01 ay müddətini cavabdeh özü də mübahisəsiz olaraq sığorta stajı kimi qəbul edir və həmin müddətə dair əmək haqqı cədvəllərinin mövcudluğu işdə olan cavabdeh tərəfindən tərtib edilmiş aktla müəyyən olunur.

56. Bundan başqa iş materiallarında olan X7 İdarəsinin 01.09.2010-cu il tarixli 20 nömrəli əmrinə əsasən, iddiaçı 01.09.2010-cu il tarixdən tutduğu çilingər vəzifəsindən azad edilmişdir. 01.11.2006-cı ildən 01.09.2010-cu ilə kimi hesabının hesablanması göstərilmişdir.

57. X7 İdarəsinin 01.11.2001-ci il tarixli 33 nömrəli əmrinə əsasən, iddiaçı 01.11.2011-ci il tarixdən çilingər vəzifəsinə qəbul edilmişdir.

58. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında verdiyi izahatında bildirdi ki, iddiaçının 01.11.2011-ci il tarixdən X7 İdarəsində çilingər vəzifəsində işləməsini cavabdeh inzibati orqan mübahisələndirmir. Həmçinin, belə olan halda avtomatlaşdırılmış qaydada iddiaçıya pensiya təyin edilməli idi. Lakin iddiaçının işləyib-işləməməsi faktı MDSS-in (məcburi dövlət sosial sığorta) ödənilməsi ilə müəyyən edilir. Əgər müəssisə tərəfindən MDSS ödənilirsə onda işləməsi faktı dəqiqləşdirilir.

59. Göründüyü kimi, inzibati orqan iddiaçının 01.11.2001–01.09.2010-cu illərdə (8 il 10 ay) Göyçay Melioservis İdarəsində əmək fəaliyyəti ilə məşğul olduğu dövrün ona əmək haqqının ödənildiyi 3 il 01 ay müddəti sığorta stajı kimi qəbul etsə də, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 22-1-ci maddəsinin tələblərini pozaraq iddiaçının 01.11.2001–01.09.2010-cu illərdə (8 il 10 ay) Göyçay Melioservis İdarəsində işlədiyi illəri, həmçinin, 01.11.2011-ci il tarixdən sonra da işlədiyi illəri nəzərə almamışdır.

60. Halbuki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə 30.11.2018-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa 22-1-ci maddə əlavə edilmişdir. Həmin Qanunun 2-ci maddəsinə əsasən, bu Qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minmişdir. 2019-cu ilin yanvarın birindən qüvvəyə minmiş “Əmək Pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2-ci maddəyə əsasən, 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22- 1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1-ci maddəyə əsasən 2019-2020-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır; 22-1.4-ci maddəyə əsasən Bu Qanunun 22-1.2-ci maddəsi aşağıdakı hallarda tətbiq edilmir: 22-1.4.1-ci maddəyə əsasən 2019-cu il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının pensiya hüququ yarandığı gündən yenidən hesablanması zamanı; 22-1.4.2-ci maddəyə əsasən 2019-cu il yanvarın 1-dən sonra əmək pensiyası təyin edilmiş şəxslərə 2019-cu il yanvarın 1-dən əvvəlki dövr üçün əmək pensiyasının təyin edilməsi və ya əmək pensiyası məbləğinin hesablanması zamanı.

61. Beləliklə, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, yuxarıda sadalanan iddiaçının əmək stajı müddəti ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət etdiyindən 15.04.1979-cu ildə tərtib edilmiş əmək kitabçasında iddiaçının Göyçay Melioservis İdarəsində çalışdığı digər dövrün (01.01.2006-cı ildən sonrakı) yoxlanılması, həmin dövrdə iddiaçıya əmək haqqının ödənilib-ödənilməməsinin müəyyən edilməsi, əmək haqqı cədvəllərinin araşdırılması, o cümlədən Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə iddiaçıın fərdi uçot məlumatlarının yoxlanılması zərurəti yoxdur.

62. Belə ki, yuxarıda qeyd edilmiş, 20 il 4 ay 7 gün müddətlə, 3 il 01 ay və 2 il 09 gün toplandıqda iddiaçının 25 il 5 ay 16 gün əmək stajının olması müəyyən edilir ki, bu da ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir.

63. İstinad olunan qanunvericilik normalarının məzmunundan göründüyü kimi, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması yoverilməzdir.

64. Yuxarıda qeyd olunan işin hallarını, tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. İddiaçının məhkəmə araşdırması zamanı müəyyən edilən əmək stajı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olduğundan, məhkəmə həmin illərin iddiaçının sığorta stajına daxil edilməsi ilə bağlı tələbinin əsaslı olması qənaətinə gəlir.

65. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı iddaçının 25 illik əmək fəaliyyəti dövrünün sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası qanuni və əsaslı olmamışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

66. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası

QƏRАRА АLDİ:

Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli 2-1(116)-159/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar