Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-122/2023 02.03.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəs X4, üçüncü şəxs X5 və üçüncü şəxsin vəkili X6 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X17 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “**********39 reyestr nömrəli X5 adına tərtib edilmiş, ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli çıxarışın 0.0108 ha torpaq sahəsi ilə bağlı hissəsinin ləğv edilməsi və JN 022A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunmuş torpaq sahəsinin cizgisinə uyğun olaraq 0.47 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X11 məxsus olması barədə müvafiq qeydiyyatın aparılaraq çıxarışın və plan ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2-1(116)-637/2022 nömrəli qərarından üçüncü şəxs X12 tərəfindən verilmiş apellyasiya şikаyətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “**********39 reyestr nömrəli çıxarışın qismən ləğv edilməsi və Ağdaş rayon Aqrar İslahat Komissiyasının torpağın mülkiyyətə verilməsinə dair 30 iyun 1998-ci il tarixli 12 nömrəli qərərına əsasən (JN 022A nömrəli 90302048 kodlu şəhadətnamə) iddiaçının və mərhum anası X9 mülkiyyətinə verilmiş Ağdaş rayonunun Yeniarx kəndi ərazisində yerləşən 0.47 hektar həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun DƏDR-də qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-637/2022 nömrəli qərardadı ilə X12 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir. İddiaçı, xx.xx.2022-ci il tarixli məhkəmə iclasında tələbinidəqiqləşdirərək, “**********3 Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X17 17 saylı Yevlax Ərazi İdarəsi ilə əvəz edilmişdir. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır: - bu ilin may ayında iddiaçıya məlum olmuşdur ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının Torpağın mülkiyyətə verilməsinə dair 30 iyun 1998-ci il tarixli 12 nömrəli qərarına əsasən (JN: 022A nömrəli 90302048 kodlu Şəhadətnamə) iddiaçıya və mərhum anası X11 verilmiş Ağdaş rayonunun Yeniarx kəndi ərazisində yerləşən 0.47 hektar həyətyanı torpaq sahəsinini bir hissəsinə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 nömrəli Ərazi idarəsi tərəfindən onun çəpər qonşusu olan X5 valideynlərinin adına daşınmaz əmlaka mülkiyyət hüququ barədə **********39 reyestr nömrəli çıxarış verilmişdir. Belə olduqda iddiaçı sözügedən torpağın bir hissəsinin qeyri-qanuni olaraq kənar şəxsin mülkiyyətinə verilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Ərazi İdarəsinin Ağdaş rayon şöbəsinə müraciət edərək X12 ilə onun torpaq sahəsinin, torpağın mülkiyyətə verilməsinə dair onlara verilmiş Şəhadətnamələrə uyğun olaraq yenidən ölçülməsini xahiş etmiş, lakin X12 ölçü işlərinin aparılmasına maneə törətdiyindən ölçü işlərinin aparılması mümkün olmamışdır. Bu halda iddiaçı X7 qarşı “Süni maneələrin aradan qaldırılması barədə” iddia tələbi ilə Ağdaş rayon məhkəməsinə müraciət emiş və məhkəmənin xx.xx.2021-ci il tarixli 2(014)-1091/2021 nömrəli qətnaməsi ilə iddiaçının iddia tələbi təmin edilmişdir. 16 sentyabr 2021-ci il tarixdə qeyd edilən məhkəmə qətnaməsi əsasında mübahisəli torpaq sahəsinə baxış keçirilmişdir. Baxışın nəticələri barədə iddiaçının vəkili Vəkil sorğusuna cavab olaraq cavabdehin ona ünvanladığı 28 oktyabr 2021-ci il tarixli, **********975 nömrəli rəsmi məlumatda X5 valideynlərinin adına torpaq islahatı zamanı verilmiş Şəhadətnamənin cizgilərinə uyğun deyil, X12 tərəfindən zəbt edilmiş onun torpaq sahəsinin bir hissəsinə **********39 reyestr nömrəli çıxarış verilməsi faktı öz əksini tapmışdır. Odur ki, iddiaçı, hazırkı tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan onun müraciətinin təmin olunmasından imtina etmişdir. Cavabdeh xx.xx.2022-ci il etirazını aşağıdakı kimi əsaslandırmışdır: - Ağdaş rayon İcra və Probasiya şöbəsinin xx.xx.2021 ci il tarixli 6/1555 saylı məktubuna əsasən Ağdaş rayonu Yeniarx kəndində yerləşən JN-022A saylı “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməsinə əsasən İddiaçı) və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş torpaq sahəsinə Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq məqsədilə tərəfimizdən aparılmalı olan inventarlaşma işlərinə cavabdeh X12 tərəfindən yaradılan süni manelərin aradan qaldırılması barədə Ağdaş rayon Məhkəməsinin 2(014)-1091/2021 saylı, xx.xx.2021 ci il tarixli qətnaməsini icra etmək üçün şöbənin mühəndisi tərəfindən icra məmurlarının iştirakı ilə xx.xx.2021-ci il tarixində həmin torpaq sahəsinə yerində baxış keçirilmişdir. Araşdırma zamanı məlum oldu ki, İddiaçı iddiasına görə qonşusu, cavabdeh X5 mərhum valideynlərinin adına verilmiş **********39 reyestr nömrəli çıxarış DT və XK-si tərəfindən hər iki tərəfə verilmiş mülkiyyət şəhadətnamələrinin cizgilərinə uyğun deyildir və cavabdeh onun torpağını zəbt etmişdir və belə olan halda **********39 reyestr nömrəli çıxarış cavabdehə naturadakı fiziki sərhədlər daxilində verilmişdir. Eyni zamanda, xx.xx.2021-ci il tarixdə İcra məmurlarının iştirakı ilə həm iddiaçı həm cavabdeh uzun müddətdir öz torpaq sahələrindən onlara verilmiş mülkiyyət şəhadətnamələrindəki cizgilərə uyğun istifadə etmədikləri məlum olmuşdur. Belə ki, həqiqətən cavabdeh cizgiyə əsasən iddiaçının torpağının 0.0108 ha hissəsini zəbt etmişdir. Lakin eyni zamanda da İddiaçı da cavabdehin torpaq sahəsinin 0.0262 ha hissəsini zəbt edərək orada tövlə tikmişdir. Daha sonra iddiaçı, qonşusu X5 mərhum valideynlərinin adına olan **********39 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın qismən ləğv edilməsi barədə ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmişdir. Ona çıxarışın ləğv edilməsi səlahiyyətinin yalnız məhkəmə qaydasında mübahisələndirilməsinin mümkün olduğunu bildirilmişdir. Üçüncü şəxs iddia tələbinə dair münasibət bildirməmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı və iddiaçının vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdilər. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2021,xx.xx.2021 və xx.xx.2021-ci il tarixli məktublarından görünür ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməzdən əvvəl iddiaçı tərəfindən anoloji tələblə cavabdeh orqana müraciət edilmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - JN-022A Kod 90302048 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Ağdaş rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 12 saylı qərarı ilə X15 və İddiaçı həyətyanı məqsədilə 0.47 ha torpaq sahəsi verilmişdir. - JN-023A Kod 90302048 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Ağdaş rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 12 saylı qərarı ilə X10 və X2 həyətyanı məqsədilə 0.59 ha torpaq sahəsi verilmişdir. - 13.07.2021-ci il tarixli ölüm haqqında məlumatdan görünür ki, X15 xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. - Ağdaş rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(014)-1091/2021 nömrəli qətnaməsindən görünür ki, Ağdaş şəhəri Yeniarx kəndində yerləşən JN-022A qeydiyyat nömrəli kod 90302048 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə mülkiyyətlərinə verilmiş torpaq sahəsinə çıxarış almaq məqsədi ilə DƏDRX-nin 17 saylı Ərazi İdarəsi tərəfindən müəyyən inventarlaşdırma işlərinin aparılmasına cavabdeh X12 tərəfindən yaradılan süni manelər aradan qaldırılması qət edilmişdir. - ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli DƏDR-dən çıxarışdan görünür ki, Ağdaş rayonu Yeniarx kəndində yerləşən 0.59 ha torpaq sahəsi X5 xüsusi mülkiyyətindədir. - cavabdehin xx.xx.2022-ci il tarixli **********63 nömrəli məktubuna qoşma kimi əlavə edilmiş mütəxəssisin rəyindən görünür ki, ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli çıxarışda qeyd edilmiş torpaq sahəsi JN-022A nömrəli şəhadətnamədə göstərilmiş 0,47 ha torpaq sahəsi üst-üstə düşmür. İddia olunan torpaq sahəsi **********39-10301 reyestr nömrəli çıxarışla mülkiyyətə verilmiş torpaq sahəsinin daxilində yerləşir. İddiaçı mülkiyyətinə JN022A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə 0,47 ha torpaq sahəsi verilsədə, hal-hazırda istifadəsində 0.52 ha torpaq sahəsi vardır. - cavabdehin xx.xx.2022-ci il tarixli **********96 nömrəli məktubunda qeyd olunmuşdur ki, məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, ərazi idarəsi tərəfindən iddia tələbinə verilmiş xx.xx.2022-ci il tarixli **********20 nömrəli etirazın müddəaları ilə xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinin müddəaları fəqlilik təşkil edir. Ərazi İdarəsi tərəfindən verilmiş rəyin müddəaları təkrar araşdırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, Şəki inzibati Məhkəməsinin 2-1(116)-637/2022 saylı inzibati iş üzrə sorğusunda qeyd olunmuş “********** qeydiyyat nömrəli xx.xx.2021 -ci il tarixli çıxarışda göstərilən torpaq sahəsi JN-022A nömrəli şəhadətnamədə cizgisi göstərilən 0.47 ha torpaq sahəsi ilə üst-üstə düşürmü (üst-üstə düşən və düşməyən hissələr sxemdə göstərilməklə)?” sualı cavablandırılaraq bildirilmişdir ki, “********** qeydiyyat nömrəli xx.xx.2021 -ci il tarixli çıxarışda göstərilən torpaq sahəsi JN-022A nömrəli şəhadətnamədə cizgisi göstərilən 0.47 ha torpaq sahəsi ilə üst-üstə düşmür. İddia olunan torpaq sahəsi **********39-103001 reyestr nömrəli mülkiyyətə verilmiş torpaq sahəsinin daxilindədir”. - Mütəxəssis rəyinin “********** qeydiyyat nömrəli xx.xx.2021 -ci il tarixli çıxarışda göstərilən torpaq sahəsi JN-022A nömrəli şəhadətnamənin cizgisində göstərilən 0.47 ha torpaq sahəsi ilə üst-üstə düşmür” cümləsinin mahiyyəti ondan ibarətdir ki, iddiaçının iddia etdiyi torpaq sahəsi elektron məlumat bazasında mövcud olan xəritədə göstərilən cizgilərə əsasən naturada hazırda X5 valideynlərinin xüsusi mülkiyyətinə verilmiş torpaq sahəsinin tərkib hissəsidir. Lakin həm iddiaçıya həm də qonşusu sayılan X1 DTXK-nin Ağdaş rayon şöbəsi tərəfindən verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrdə göstərilmiş cizgilər elektron məlumat bazasında mövcud olan xəritələrə köçürdükdə məlum olur ki, iddiaçının torpağının 0.0108 ha hissəsi X12 tərəfindən zəbt edilmiş kimi görsənir (etirazın məzmunu), halbuki, faktiki natura üzrə mövcud vəziyyətdə ekspertiza rəyində göstərildiyi kimi ********** qeydiyyat nömrəli xx.xx.2021 -ci il tarixli çıxarışda göstərilən torpaq sahəsi JN-022A nömrəli şəhadətnamədə cizgisi göstərilən 0.47 ha torpaq sahəsi ilə üst-üstə düşmür. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 26 sentyabr 2022-ci il tarixli, 2- 1(116)-637/2022 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X17 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə **********39 reyestr nömrəli X5 adına tərtib edilmiş, ********** qeydiyyat nömrəli xx.xx.2021ci il tarixli çıxarışın JN 022A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə üst-üstə düşən 0.0108 ha hissəsinin ləğv edilməsi və JN 022A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunmuş torpaq sahəsinin cizgisinə uyğun olaraq 0.47 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X11 məxsus olması barədə müvafiq qeydiyyatın aparılaraq çıxarışın və plan ölçü sənədinin verilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Üçüncü şəxs X3 İnzibati Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2-1(116)-637/2022 nömrəli qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətlərinin dəlilləri: Üçüncü şəxs X12 apellyasiya şikayətində qeyd etmişdir ki, Ağdaş rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 12 saylı qərarı ilə valideynləri X10 və X2 həyətyanı məqsədilə 0.59 ha torpaq sahəsi verilmiş və bu barədə JN-023A Kod 90302048 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Həmin vaxtdan etibarən sözügedən torpaq sahəsi onların mülkiyyətlərindədir. Həmin sahə ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli DƏDRX-dan çıxarışa əsasən onun xüsusi mülkiyyətindədir. Məhkəmə cavabdehin iddiaya etirazını və iş üzrə maraqlı şəxs olduğu halda yenə cavabdehin əməkdaşları tərəfindən verlən mütəxəssis rəyini müqayisəli təhlil edərək öz mülahizəsinə əsaslanaraq qərar qəbul etmişdir. DƏDRX-ın 17 saylı Yevlax Ərazi İdarəsi ekspertiza keçirmək səlahiyyətində olmayan qurumdur. Həmin qurum üçün işin nəticəsi birbaşa maraq doğurur. Lakin məhkəmə onların ziddiyyətli mövqelərinə özü qiymət verməklə iddiaçının tələbini haqlı hesab etmişdir. Göründüyü kimi ona çıxarışı verən də, ziddiyətli rəyi verən də eyni qurumdur. Belə ziddiyyətli mövqeyi olmağına baxmayaraq məhkəmə qərarını da mübahisələndirməmişdir. Məhkəmə bu halları ətraflı araşdırmamış, kompleks məhkəmə ekspertizası təyin etmədən düzgün olmayan nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayətin təmin edilməsini Şəki İnzibati Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2-1(116)-637/2022 nömrəli qərarının ləğv edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Proses iştirakçılarının izahatları: Üçüncü şəxs X12 və onun vəkili X13 apellyasiya şikayətinin təmin edilməsini Şəki İnzibati Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2-1(116)-637/2022 nömrəli qərarının ləğv edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdilər. İddiaçı və iddiaçının vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin təmin edilməməsini Şəki İnzibati Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2-1(116)-637/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsi X8 apellyasiya şikayətinin təmin edilməsini Şəki İnzibati Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2-1(116)-637/2022 nömrəli qərarının ləğv edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə kollegiyası aşağıdakı hallara görə hesab edir ki, üçüncü şəxsin apellyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinin 1-ci abzasında göstərilmişdir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə görə vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnaməyə əsasən həmin Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək (3.0.8-ci bənd), vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifəsidir. Bu hallar qeydiyyat zamanı aşkar olunacağı təqdirdə isə xidmət vəzifələrini yerinə yetirməli və hüquqların dövlət qeydiyyatını torpaq sahəsinin faktiki yerləşmə koordinatlarına uyğun aparmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əmlak üzərində hüquqların qeydiyyatı üçün əsasdır. Həmin Qanunun 8.0.5-ci maddəsinə əsasən qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əmlak üzərində hüquqların qeydiyyatı üçün əsasdır. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 05 fevral 2015-ci il tarixli 453 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 13.11-ci maddəsində deyilir ki, dövlət reyestri kağız üzərində və elektron daşıyıcılarında aparılır. Dövlət reyestrinin kağız üzərində və elektron daşıyıcısındakı yazılar bir-birinə uyğun gəlmədikdə kağız üzərindəki məlumata üstünlük verilir. Dövlət reyestrindəki yazılarla hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda sənədlərə üstünlük verilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 5-ci bəndinə əsasən, torpaq üzərində mülkiyyət hüququna dair şəhadətnamə vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında mülkiyyət hüququnun qeydiyyatını həyata keçirən dövlət orqanı tərəfindən verilir. 21 aprel 2006-cı il tarixli 100-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 478) ilə 10cu maddənin beşinci hissəsində "mülkiyyət hüququna dair şəhadətnamə" sözləri "mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış" sözləri ilə, "mülkiyyət hüququnun qeydiyyatını həyata keçirən" sözləri "daşınmaz əmlakın dövlət reyestrini aparan" sözləri ilə əvəz edilmişdir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin 4cü abzasına əsasən, qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüququna dair müəyyən edilmiş formada sənədlər (nümunələri əlavə olunur) hazırlanır və 10 gün müddətində səlahiyyətli dövlət orqanlarında qeydiyyatdan keçirilir və həmin sənədlər müvafiq şəxslərə verilir. Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2010-cü il tarixli Fərmanı ilə “Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması Qaydaları»təsdiq edilmiş və həmin Qaydaların 2.1-ci bəndində müəyyən olunmuşdur ki, daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsinin və aparılmasının prinsipləri aşağıdakılardır: 2.1.5. daşınmaz əmlakın vahid dövlət kadastrının kağız və elektron daşıyıcılarda aparılması. İPM-in 14.2-ci maddəsinə görə, inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Ağdaş rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 12 saylı qərarı ilə X15 və İddiaçı həyətyanı məqsədilə 0.47 ha torpaq sahəsi verilmiş və JN-022A Kod 90302048 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. Eyni zamanda JN-023A Kod 90302048 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə Ağdaş rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 12 saylı qərarı ilə X10 və X2 həyətyanı məqsədilə 0.59 ha torpaq sahəsi verilmişdir. X5 mülkiyyətində olan torpaq sahəsinə ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarış verilərkən torpaq sahəsinin naturada istifadə vəziyyəti nəzərə alınaraq JN-022A Kod 90302048 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd edilmiş 0.47 ha torpaq sahəsinin 0.0108 ha hissəsi X5 adına qeydiyyata alınmışdır. Cavabdehin xx.xx.2022-ci il tarixli **********96 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyində - ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli çıxarışda göstərilən torpaq sahəsinin JN-022A nömrəli şəhadətnamədə cizgisi göstərilən 0.47 ha torpaq sahəsi ilə üst-üstə düşmədyi qeyd edilsə də, müəyyən edilmişdir ki, mütəxəssis, həmin rəyi sənəd üzrə məlumatlara, yəni JN-022A nömrəli şəhadətnamənin cizgisinə yox, faktiki istifadə vəziyyəti nəzərə alınmaqla tərtib etmişdir. Belə ki, işin hallarından göründüyü kimi cavabdeh orqan iddia tələbinə etirazda üçüncü şəxsin cizgiyə əsasən iddiaçının torpağının 0.0108 ha hissəsini zəbt etdiyini bildirmiş, həmçinin, təqdim edilmiş müətəxəssis rəyinin açıqlamasında qeyd etmişdir ki, həm iddiaçıya həm də qonşusu sayılan X1 DTXK-nin Ağdaş rayon şöbəsi tərəfindən verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrdə göstərilmiş cizgilər elektron məlumat bazasında mövcud olan xəritələrə köçürdükdə məlum olmuşdur ki, iddiaçının torpağının 0.0108 ha hissəsi X12 tərəfindən zəbt edilmiş kimi görünür. Halbuki, faktiki natura üzrə mövcud vəziyyətdə ekspertiza rəyində göstərildiyi kimi ********** qeydiyyat nömrəli xx.xx.2021 -ci il tarixli çıxarışda göstərilən torpaq sahəsi JN-022A nömrəli şəhadətnamədə cizgisi göstərilən 0.47 ha torpaq sahəsi ilə üst-üstə düşmür. Buna görə də mütəxəssis rəyində ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli çıxarışda göstərilən torpaq sahəsinin JN-022A nömrəli şəhadətnamənin cizgisində göstərilən 0.47 ha torpaq sahəsi ilə üst-üstə düşmədiyi qeyd edilmişdir. Beləliklə, **********39 reyestr nömrəli, X5 adına tərtib edilmiş, ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli çıxarışın 0.0108 ha torpaq sahəsi sənəd üzrə məlumatlara əsasən JN-022A nömrəli şəhadətnamənin cizgisində göstərilən 0.47 ha torpaq sahəsi ilə üst-üstə düşdüyündən, iddiaçı sözgedən çıxarışın həmin hissədə ləğv edilməsini tələb etməkdə haqlı olmuşdur. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Məhkəmə kollegiyası inzibati mübahisə üzrə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. Habelə üçüncü şəxs X12 apellyasiya məhkəməsinin iclasında apellyasiya şikayətində irəli sürdüyü dəlillərini təsdiq edəcək heç bir sübut təqdim edə bilmədi. İPM-in 87.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayətləri təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Üçüncü şəxs X12 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2-1(116)-637/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-122/2023
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-122/2023
02.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver