Məhkəmə qərarları › İş №2-1(107)-123/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-123/2020

28.04.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-123/2020 28.04.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Mübariz Rahil (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3 iştirakı ilə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyinin Cavabdehnə (bundan sonra mətndə cavabdeh) qarşı “xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək 36 ay fərq məbləğinin tam şəkildə birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2019-ci il tarixli, 2-1(84)-1499/2019 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçıya xx.xx.2019-cu il tarixdən müddətsiz Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar birinci dərəcəli əlillik təyin edilmişdir. Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(016)-1475/2018 saylı qətnaməsi ilə iddiaçının may 1992-ci ildən aprel 1993-cü ilə kimi N saylı hərbi hissənin tərkibində hərbi xidmət keçməsi faktı müəyyən edilmişdir. Qətnamə qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 228 nömrəli qərarda göstərilmişdir ki, Ağsu RHK tərəfindən 1992-ci ildə könüllü hərbi xidmətə daxil olmuş, Ağsu rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli Qətnaməsi ilə may 1992-ci ildən aprel 1993-cü ilə kimi hərbi xidmət keçməsi faktı müəyyən edilmiş, Azərbaycan Respublikası hərbi prokurorluğunun xx.xx.2018-ci il tarixli HP 01/510 nömrəli məktubunda barəsində cinayət işi və araşdırma materialı olmadığı qeyd edilmiş, vətəndaş X4 döyüş zonasında hərbi xidmət keçərkən xəstələndiyi və xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilə kimi N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu xəstəlik - diaqnoz: “Kəskin respirator xəstəlik, rinotraxeobronxit tip” və xx.xx.1993-cü ildə döyüşdə yaralanaraq aldığı və xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilə kimi Gəncə şəhəri Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma - diaqnoz: “Sol sağrı nahiyyəsinin kor qəlpə yarası” və xx.xx.1993-cü ildə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi həkim komissiyası tərəfindən şəhadətiəndirilən zamanı təyin edilmiş yaralanmanın nəticəsi - diaqnoz: “ Sol sağrı nahiyyəsinin odlu kor qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı” (Azərbaycan Respublikası SHXÇDX-nin Ağsu rayon şöbəsinin xx.xx.2019-cu il tarixli 2 nömrəli göndərişi, xx.xx.2019-cu il tarixli 14 nömrəli arayışı, nömrəli hərbi hissədən verilmiş xx.xx.1993-cü il tarixli və Gəncə şəhəri Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasından verilmiş xx.xx.1993-cü il tarixli çıxarış epikrizləri, xəstəlik tarixindən çıxarışlar, Ağsu rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli iş №2(016)-1475/2018-ci nömrəli Qətnaməsi, MN Hüquq İdarəsinin xx.xx.2019-cu il tarixli 11/994 nömrəli məktubu, Azərbaycan Respublikası hərbi prokurorluğunun xx.xx.2018-ci il tarixli HP 01/150 nömrəli məktubu, MN Mərkəzi Hərbi Poliklinikasının xx.xx.1993-cü il tarixli 1988 nömrəli arayışı, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR”. Cavabdehi inzibati orqanının xx.xx.2019-cu il tarixli 573033 nömrəli qərarı ilə iddiaçıya 250 manat məbləğində aylıq müavinət təyin edilmişdir. İddiaçı xx.xx.2019-cu il tarixdə ərizə ilə cavabdeh inzibati orqana müraciət edərək ona xx.xx.2019-cu il tarixdən əvvəlki 3 il üçün Prezident təqüdünün ödənilməsini xahiş etmiş, qeyd edilən müraciət həmin tarixdə poçt şöbəsinin verdiyi qəbzə əsasən cavabdehə göndərilmiş, cavabdeh inzibati orqan iddiaçının müraciəti ilə bağlı hərəkətsizlik etmiş, müraciətə münasibət bildirməmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh inzibati orqan iddia tələbi ilə bağlı məhkəmənin sərəncam və bildirişlərinə cavab verməmişdir. Hazırkı işə apelyasiya icraatında baxıldığı müəddətdə cavabdeh inzibati orqan məhkəmə kollegiyasının sorğusuna cavab olaraq xx.xx.2020-ci il tarixli məktubla bildirmişdir ki, iddiaçıya X11 Komissiyasının müayinə arayışına əsasən ümumi xəstəlikdən birinci dərəcəli əlil kimi əmək pensiyası təyin edilmiş, hazırda aylıq 229,55 manat məbləğində əmək pensiyası alır, qeyd edilən Komissiyanın sonuncu müayinə arayışına əsasən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” birinci dərəcəli əlil kimi xx.xx.2019-cu il tarixdən 250 manat məbləğində Müharibə əlili kimi Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir. İddiaçının arvadı X1 xx.xx.2019-cu il tarixdən aylıq 50 manat məbləğində birinci dərəcəli əlilə qulluq edən şəxs kimi Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir. İddiaçının qızı X2 xx.xx.2019-cu il tarixdən aylıq 15 manat məbləğində müharibə əlilinin uşaqlarına verilən sosial müavinət təyin edilmişdir. Bu səbəbdən iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1976-cı il tarixdə Ağsu rayonu Kalva kəndində doğulmuş, Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmuş və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək 1992-ci ildə ağır yaralanmışdır. xx.xx.2019-cu il tarixdə ona birinci dərəcəli əlillik təyin edilimiş və həmin tarixdən Prezident təqaüdü alır. O, xx.xx.2019-cu il tarixdən 3 il əvvəlki, yəni xx.xx.2016-cı il tarixdən Prezident təqaüdünün ödənilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu hərəkətsizlik göstərərək münasibət bildirməmişdir. İddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim R.Məcidov) xx xxxxxx 2019-cu il tarixli, 2- 1(84)-1499/2019 nömrəli qərarı ilə iddiaçının, cavabdehə qarşı “xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək 36 ay fərq məbləğinin tam şəkildə birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası rədd edilmişdir. İddiaçı apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilərək iddianın təmin edilməsini dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçının apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda gedən döyüşlərdə yaralanmış və birinci dərəcəli müharibə əlili olmuş, ona təqüd təyin edilmişdir. O, “Sosial müavinətlər” haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edildiyi vaxtdan əvvəlki üç il müddət üçün həmin təqaüdün ödənilməsini tələb edir. Birinci instansiya məhkəməsi onun tələbini rədd etməkdə haqlı olmamışdır. Ona görə də birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddiasının təmin edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclası barədə tərəflərə məlumat verilmiş, “Azərbaycan Respublikasinda Koronavirus (covid-19) infeksiyasinin yayilması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun xx xxxxx 2020-ci il tarixli 06 nömrəli qərarında qeyd edilən tövsiyələri nəzərə alaraq hazırkı iş üzrə məhkəmə baxışı şifahi dinləmələr keçirilmədən aparılmışdır. Bununla bağlı tərəflərin etirazı və məhkəmə iclasının tərəflərin iştirakı ilə keçirilməsi barədə hər hansı bir vəsatətləri daxil olmamışdır. Bu səbəbdən də məhkəmə kollegiyası hazırkı işə Azərbaycan Respublikası inzibati Prosessual Məcəlləsinin 16.2-ci maddəsinin tələblərinə əsasən şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən baxmışdır. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: Onlara İddiaçının cavabdeh inzibati orqana müraciəti ilə bağlı xx.xx.2019-cu il tarixli poçt qəbzi, Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(016)-1475/2018 saylı qətnaməsi, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 228 nömrəli qərar, Cavabdehi inzibati orqanının xx.xx.2019-cu il tarixli 573033 nömrəli qərarı, apelyasiya şikayəti və digər sənədlər aiddir. Əsaslandırma hissəsi Cavabdehin apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan iddiaçının müraciəti ilə əlaqədar hərəkətsizlik etmiş və iddiaçı məhkəməyə müraciət etmişdir. İddiaçının müraciətinə cavab verilməməsinin səbəbləri və müraciətləri ilə bağlı aidiyyəti sənədlərin məhkəmə kollegiyasına göndərilməsi barədə cavabdeh inzibati orqana sorğu göndərilsə də iddiaçının əlilliyi ilə əlaqədar aidiyyəti sənədlər təqdim edilsə də onun müraciəti ilə bağlı məsələyə aydınlıq gətirməmişdir. Belə olan halda məhkəmə kollegiyası belə qənaətdədəir ki, qanunvericiliyin tələbinə görə cavabdeh iddiaçının irəli sürdüyü faktiki şərtlərin mövcud olmadığını sübut etməli olduğu halda sübuta yetirə bilməmişdir. Belə olan halda iddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl cavabdeh inzibati orqana müraciət etməsi faktını məhkəmə kollegiyası qəbul etməlidir. Birinci instansiya məhkəməsi qərarını belə əsaslandırmışdır ki, hazırkı iş üzrə iddiaçıya Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsinə əsas Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar xx.xx.2019-cu il tarixdə birinci dərəcə əlillik təyin edilməsi olmuşdur. Başqa sözlə, iddiaçının Azərbaycan Respublikası Prezidentinin təqaüdünü almaq hüququ ona birinci dərəcə əlillik təyin edildiyi andan, yəni xx.xx.2019-cu ildən yaranmışdır. Belə olan halda, iddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş "Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması" Qaydalarının 1.4-cü maddəsinə müvafiq olaraq xx.xx.2019-cu il tarixdən Azərbaycan Respublikasının Prezidentinin təqaüdün təyin edilməsi və ödənilməsi qanunvericiliyin tələblərinə uyğundur. Həmin vaxtdan əvvəlki dövr üçün isə ona təqaüd ödənilməsi qanuni deyildir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb və qanunvericiliyin tələblərini nəzərdən keçirib hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməkdə qanunvericiliyin tələblərinə uyğun olaraq düzgün nəticəyə gəlməmişdir. İddiaçıya “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” xx.xx.2019-cu il tarixdən müddətsiz birinci qrup əlillik dərəcəsi təyin edilmiş, Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(016)-1475/2018 saylı qətnaməsi ilə iddiaçının may 1992-ci ildən aprel 1993-cü ilə kimi N saylı hərbi hissənin tərkibində hərbi xidmət keçməsi faktı müəyyən edilmiş, qətnamə qanuni qüvvəyə minmiş, həmin vaxtdan cavabdeh inzibati orqan tərəfindən iddiaçıya Prezident təqaüdü təyin edilmişdir. Cavabdeh orqana iddia tələbinə münasibət bildirilməsi ilə bağlı müraciət və sorğular göndərilsə də həmin orqan yalnız iddia ilə bağlı aidiyyəti sənədləri təqdim etmiş, lakin iddia tələbinə ətraflı münasibət bildirməmiş, etiraznın əsasları ilə bağlı hər hansı bir dəlil irəli sürməmişdir. Məhkəmə kollegiyası belə vəziyyətdə təkrar məhkəmə iclasının təxirə salınmasına ehtiyac görmür. İddiaçının tələbi ondan ibarətdir ki, o xx.xx.2019-cu il tarixdən əvvəlki üç il üçün Prezident təqaüdünün ona ödənilsin. Belə ki, “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə, cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı, həmçinin hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən sağlamlıqlarını itirərək əlil olan şəxslərin mərdlik və şücaətlərini qeyd edərək onların sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmiş və onun aylıq məbləği Fərmanın 1-ci bəndinə uyğun olaraq müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 11.2.1-ci maddəsinə əsasən əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı xəstəlik nəticəsində üz verərsə həmin şəxslər müharibə əlilləri hesab olunurlar. İddiaçıya xx.xx.2019-cu il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” təkrar 1-ci qrup əlillik təyin edilsə də, iddiaçıya qeyd edilən tarixdən əvvəlki dövrdə 1-ci dərəcəlik əlillik ümumi xəstəlik səbəbindən təyin edilmişdir. Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(016)-1475/2018 saylı qətnaməsi ilə iddiaçının may 1992-ci ildən aprel 1993-cü ilə kimi N saylı hərbi hissənin tərkibində hərbi xidmət keçməsi faktı müəyyən edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 228 nömrəli qərarda göstərilmişdir ki,“HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR”. İşə baxan birinci instansiya məhkəməsi göstərir ki, “Sosial müavinətlər haqqında” Qanunun 4.0.1-ci maddəsində aylıq müavinətlər sadalanmış və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli Fərmanı ilə təsis edilmiş Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” Sosial müavinətlər haqqında” Qanunun 4.0.1-ci maddəsində sadalanan aylıq müavinətlərə deyildir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən qanunvericiliyin tələbi baxımından müharibə əlillərinə təyin edilən Azərbaycan Respublikasının Prezidentinin təqaüdü “Sosial müavinətlər haqqında” Qanunda göstərilən müavinətlərə aidiyyəti olmadığından müstəqil qaydada təsis edilən bir təqaüd növü olduğundan qeyd edilən sonuncu Qanunun müddəalarının hazırkı tələbə tətbiq edilməməsi fikri ilə razılaşır. Bu baxımdan iddiaçının “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008ci il tarixli Fərmanına əsasən, həmin təqaüdün təsis edildiyi vaxtdan təqaüd almaq hüququ inkar edilə bilməz. Çünki iddiaçıya münasibətdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” təkrar 1-ci qrup əlilliyin yaranma sıbıbləri hələ 1992- 1993-cü illərdə baş vermiş, bu faktlar işdə olan sübutlarla öz təsdiqini tapmışdır. Qeyd edilən təqaüdlə bağlı Fərman isə xx.xx.2008-ci il tarixdən qanuni qüvvəyə minməklə göstərilən təqaüd təsis edilmişdir. Buna baxmayaraq iddiaçı ona xx.xx.2019-cu il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” 1-ci qrup əlillik təyin edildiyi vaxtdan əvvəlki üç il yəni 36 ay müddət üçün Azərbaycan Prezidentinin təqaüdünün ona ödənilməsini tələb etdiyindən məhkəmə kollegiyasının iddia tələbindən kənara çıxmaq səlahiyyəti olmadığından, həmçinin iddiaçının hər iki aşağı ətrafı olmamaı səbəbindən məhkəmə iclasına gətirilməsi mümkün olmadığından iddia tələbinin dəqiqləşdirilməsində ona məhkəmə tərəfindən yardım göstərilə bilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respubliaksı Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(102)-2681/2019 nömrəli qərarında və digər bu xarakterli iddalar üzrə qərarlarda sərgilənmiş hüquqi mövqeyi nəzərə almışdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, birinci instansiya məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edilməmiş və iddia tələbi rədd edilməklə düzgün nəticəyə gəlinməmişdir. İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmədiyindən birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli, apelyasiya şikayəti təmin edilərək iddia təmin edilməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərаrа аldı: İddiaçı apelyasiya şikayəti təmin edilsin. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-ci il tarixli, 2-1(84)-1499/2019 nömrəli qərarı ləğv edilsin və iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilsin. Cavabdeh Dövlət X6 üzərinə İddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üçün müharibə əlili kimi təyin edilən Azərbaycan Respublikası Prezidenti təqaüdünün ödənilməsi öhdəliyi qoyulsun. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar