Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-123/2021 05.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu, Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Kərimli İsmayıl Aslan oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5, İddiaçı4 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X18 Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı "JN-4xx xxx 40306018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın, JN-4xx xxx 40306018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın Qax rayon AİK-in xx.xx.2001-ci il tarixli 09 nömrəli qərarı ilə iddiaçıların mülkiyyətinə verilmiş 2,58 ha torpaq sahəsi ilə üst-üstə düşən hissələrdə, JN-1xx xxx 40306018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın isə bütövlükdə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə Qax Rayon Aqrar İslahat Komissiyasının (bundan sonra - AİK) xx.xx.1998-ci il tarixli 05 nömrəli qərarına istinadən, iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı5, İddiaçı2 və İddiaçı3 adına Qax rayonu Güllük kəndində yerləşən 2,58 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin verilməsi barədə xx.xx.1998-ci il tarixli JN-1xx xxx 40306018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" verilmişdir. Bundan başqa, həmin qərara istinadən, X9 və X3 adına Qax rayonu Güllük kəndində yerləşən 0,73 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin verilməsi barədə xx.xx.1998-ci il tarixli JN-4xx xxx 40306018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" verilmişdir. Bundan başqa, həmin qərara istinadən, İddiaçı6, X10, X1 və X2 adına Qax rayonu Güllük kəndində yerləşən 2,43 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin verilməsi barədə xx.xx.1998-ci il tarixli JN 4xx xxx 40306018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" verilmişdir. Məhkəmə tərəfindən görülmüş zəruri tədbirlərə, o cümlədən edilmiş sorğulara baxmayaraq, sadalanan "Torpağa mülkiyyət hüququna dair dövlət akt"larının əslini əldə etmək mümkün olmasa da, cavabdehdən alınmış Dövlət aktlarının qeydiyyatı kitabından çıxarışla təsdiq edildi ki, JN-1xx xxx 40306018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" 2,58 ha torpaq sahəsi ilə bağlı İddiaçı1, JN-4xx xxx 40306018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" 0,73 ha torpaq sahəsi ilə bağlı X11, JN-4xx xxx 40306018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" 2,43 ha torpaq sahəsi ilə bağlı İddiaçı6 verilmişdir. Qax Rayon AİK-in xx.xx.2000-ci il tarixli 6 nömrəli qərarı ilə Qax Rayon Güllük kənd yerli AİK-in xx.xx.2000-ci il tarixli 01 nömrəli iclas qərarının təsdiq olunması, torpaq paylarından qismən və ya tamamilə imtina etmiş 38 nəfər, artıq torpaq payı verilmiş 9 nəfər Güllük kənd sakinlərindən torpaq payı alınaraq Güllük Bələdiyyəsinə təhvil verilməsinin yerli AİK-in sədrinə tapşırılması və s. qərara alınmışdır. Məhkəmə tərəfindən Qax Rayon Dövlət Arxivinə sorğu edilərək alınmış xx.xx.2020-ci il tarixli 09/2 nömrəli arayışla müəyyən edildi ki, Qax Rayon Güllük kənd yerli AİK-in xx.xx.2000-ci il tarixli 01 nömrəli protokolu arxivdə saxlanılmır. Qax Rayon Güllük Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 08 nömrəli qərarı ilə Qax Rayon AİK-in xx.xx.2001-ci il tarixli 09 nömrəli iclas qərarını nəzərə alaraq, Güllük kənd sakini İddiaçı1 torpaq payının "Piyalqala" çölündən vətəndaşın razılığı əsasında kənd sakinlərinin geri qaytardıqları torpaq sahəsinə dəyişdirilməsi qərara alınmışdır. İddiaçı1 və ailə üzvləri Qax Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və həmin məhkəmənin xx.xx.2012-ci il tarixli qətnaməsi ilə onların iddiası təmin edilərək, X9 və ailə üzvlərinin adına işlənmiş JN-4xx xxx 40306018 nömrəli, İddiaçı1 və ailə üzvlərinin adına işlənmiş JN-4xx xxx 40306018 nömrəli, İddiaçı1 və ailə üzvlərinin adına işlənmiş JN- 161kod 40306018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət akt"larının ləğv edilməsi, iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2, İddiaçı5, İddiaçı3 Qax rayon Güllük kəndində "Piyalqala" çölündə faktiki istifadələrində olan 2,58 ha torpaq sahəsinə dair dövlət aktının verilməsi, qətnamənin icrasının DT və XK Qax rayon şöbəsinə tapşırılması qət edilmişdir. Qax Rayon Güllük Bələdiyyəsinin xx.xx.2013-cü il tarixli 01 nömrəli qərarı ilə İddiaçı1 ailəsinə Bələdiyyənin ehtiyat fondundan 2,58 ha pay torpağının dəyişdirilməsi barəsində Qax Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(024)-387 nömrəli qətnaməsi və bu barədə DT və XK Qax rayon şöbəsinin xx.xx.2013- cü il tarixli 07 nömrəli məktubunun nəzərə alınması, X9və İddiaçı6 imtina ərizəsi ilə geri qaytarılaraq Bələdiyyənin ehtiyat fonduna birləşdirilmiş pay torpaqları hesabına İddiaçı1 ailəsinə 2,58 ha torpaq sahəsinin verilməsi, həmin torpaq sahəsinə plan-ölçü (kadastr planı) sənədinin işlənilməsinin DT və XK Qax rayon şöbəsindən xahiş edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Qax Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(024)-387 nömrəli qətnaməsinə istinadən, iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2, İddiaçı5, İddiaçı3 adına 25800 kv.m torpaq sahəsi ilə bağlı A-430224 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilmiş, həmin sənəd dövlət torpaq kadastrı kitabında xx.xx.2013- cü ildə 1982 nömrəsi ilə uçota alınmışdır. Azərbaycan Respublikası X18 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Qax Rayon Güllük kəndində yerləşən 2,58 ha torpaq sahəsinə İddiaçı1, İddiaçı4, İddiaçı2, İddiaçı5, İddiaçı3 ümumi birgə mülkiyyət hüququ xx.xx.2019-cu ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Eyni zamanda, Azərbaycan Respublikası X18 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən Qax Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(024)-387 nömrəli qətnaməsinə istinadən, İddiaçı1 adına 2,58 ha torpaq sahəsi ilə bağlı xx.xx.2019-cu il tarixli A-392866 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilmişdir. Bundan sonra Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(107)-2535/2019 nömrəii qərardadı ilə Qax Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə icraata xitam verilmiş, iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2, İddiaçı5, İddiaçı3 həmin tələblə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı inzibati məhkəməyə müraciət edə biləcəkləri izah edilmişdir. İddiaçı1 Azərbaycan Respublikası X18 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, JN-161, JN- 474 və JN-475 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət akt"larının ləğv olunmasını xahiş etmiş, lakin sonuncu xx.xx.2019-cu il tarixli məktubla bundan imtina edərək bildirmişdir ki, Qax Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsinə əsasən, JN-474, JN-475 və JN-161 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət akt"ları ləğv edilmiş, iddiaçıların faktiki istifadəsində olan 2,58 ha torpaq sahəsinə görə onlara xx.xx.2013-cü il tarixli 1982 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədi verilmişdir. Bundan sonra iddiaçılar hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Onlar iddianı belə əsaslandırmışlar ki, Qax Rayon AİK-in xx.xx.1998-ci il tarixli 05 nömrəli qərarı ilə 2,43 ha torpaq sahəsi İddiaçı6 və ailə üzvlərinin, 0,73 ha torpaq sahəsi isə X3 və mərhum əri X9 mülkiyyətinə verilmişdir. Həmin şəxslər, habelə kəndin bir neçə digər sakini islahat zamanı ayrılmış torpaq sahəsindən istifadənin mümkün olmamasını bildirərək yerli AİK-ə müraciət etmiş, Qax rayonu Güllük kənd yerli AİK-in xx.xx.2000-ci il tarixli 01 nömrəli qərarı ilə onların mülkiyyətinə verilmiş torpaq sahələri geri alınaraq Güllük Bələdiyyəsinə birləşdirilmiş, yerli AİK-in həmin qərarı Qax Rayon AİKin xx.xx.2000-ci il tarixli 06 nömrəli qərarı ilə təsdiq edilmişdir. Üçüncü şəxslər həmin qərarla razılaşmış, qərarı mübahisələndirməmişlər. İddiaçıların mülkiyyətinə verilmiş 2,58 ha torpaq sahəsi Qax Rayon AİK-in xx.xx.2001-ci il tarixli 09 nömrəli qərarı ilə üçüncü şəxslərdən alınmış torpaq sahəsi ilə əvəzləşdirilmişdir. Həmin torpaq sahəsi hazırda da iddiaçıların istifadəsindədir. Cavabdeh iddiaya qarşı xx.xx.2019-cu il tarixli etirazında imtina məktubunun dəlillərinə istinad etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(116)-278/2020 nömrəli qərarı ilə, X9 və X3 adına olan JN-4xx xxx 40306018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın, İddiaçı6, X10, X1 və X2 adına olan JN-4xx xxx 40306018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın Qax rayon AİK-in xx.xx.2001-ci il tarixli 09 nömrəli qərarı ilə iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı5, İddiaçı2 və İddiaçı3 mülkiyyətinə verilmiş 2,58 ha torpaq sahəsi ilə üst-üstə düşən hissələrdə, iddiaçıların adına olan JN- 1xx xxx 40306018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın isə bütövlükdə ləğv edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X18 Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan üçüncü şəxs İddiaçı6 apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Üçüncü şəxs apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qərar qanunsuz və əsassızdır. Qeyd etmişdir ki, Qax rayonu Aqrar İslahat Komissiyasının xx xxxxx 1998-ci il tarixli 05 saylı qərarı ilə, Qax rayonu Güllük kəndinin inzibati ərazisindəki “ Piyalqala “ çölündə yerləşən 2,43 ha əkinə yararlı torpaq sahəsi 4 nəfər ailə üzvü olmaqla mülkiyyətimizə verilmişdir. Göstərlən torpaq sahəsini, 1998-ci və 1999-cu illərdə becərib taxıl məhsulu tədarük etmişik. Əldə etdyimiz qazanc maddi ehtiyacımızı ödəmədiyi səbəbindən, elektrik-qaz qaynaqçısı olaraq ixtisasım üzrə işləmək üçün müvəqqəti olaraq 2000-ci yanvar ayında Bakı şəhərinə getmişdir. Ailəsi isə Qax rayonu, Güllük kəndindəki evlərində yaşamışlar. Həmin ildə taxıl əkməyərək, ailəsinin razılığı ilə torpaq sahəsini yaxın qohumu Murad Həsrətova icarəyə vermişlər. Doğma bibisi oğlu olan bu şəxs 12 il ərzində həmin sahədə tədarük etdiyi təbii ot bağlamalarının xeyli hissəsini özünə götürüb, qalan hissəsini isə onların razılığı ilə kənddə yaşayan bacısının mal-qarasının saxlanılması üçün ona verirdi. 2012-ci ilin aprel ayından Murad Həsrətov icarəyə götürdüyü torpaq sahəmizi ağır xəstəliyi səbəbindən baxımsız saxlayıb və müalicəsi ilə məşğul olduğundan bu barədə 5 il müddətində bizə heç bir məlumat verməyib. 2017-ci ilin mart ayında mülkiyyətimizdəki torpaq sahəsinin ətrafını çəpərləmək üçün gəldikdə ona məlum olub ki, hazırkı İddiaçı1 sözügedən sahənin, habelə qonşuluqlarındakı X6 mülkiyyətindəki torpaq sahəsinin ətraflarını özü çəpərləyib və orada fındıq bağı salıb. İddiaçı1 özü və ailə üzvləri ilə görüşüb mülkiyyətimizdəki torpaq sahəsinin özbaşına zəbt olunmasına etiraz etdikdə, ona bildirilib ki, torpaq sahələrini onlar Qax rayon məhkəməsinin xx xxxxxx 2012-ci iİ tarixli qətnaməsinin icrası əsasında AR DT və XK-nın Qax rayon şöbəsinin dövlət torpaq kadastrı kitabında xx.xx.2013-cu il tarixli, 1982 nömrə ilə uçota qeyd etdirib xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmışlar. Qax rayon məhkəməsinin bu kateqoriya işlərə baxmaq səlahiyyəti olmadığı halda həmin iş üzrə İddiaçı1 “arzularını“ nı hüquqi cəhətdən əsaslandırmaq üçün bütün saxtakarlığları bilavasitə təşkilatçısı olan həmkəndlisi X4 cavabdeh AR DX və XKnin Qax rayon şöbəsinin nümayəndəsi kimi işə cəlb etməsi qanunsuz və əsassız olması üzə çıxdı və məhkəmə kollegiyası həmin mülki işin icraatına haqlı olaraq xitam vermişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının işə baxan hakimləri, İddiaçı1 inadkar etirazına protokoldan kənar olaraq cavab verib bildirdlər ki, “xitam olunmuş qətnamədə nəticənin onun biliyinin hüquqi nəticəsi deyil, bu bilavasitə cavabdeh qismində məhkəmədə iştirak etmiş Aydın Mənəfovun qanunsuz əməllərinin sığortalanması üçün etdiyi uğursuz cəhddir. Şəki İnzibati Məhkəməsinin məhkəmə baxışında, qanunvericiliyin tələbini bilmədiyimiz halda, formal məntiqlə tərəf olaraq iddiaçıların prinsipial olmaqla istinad etdikləri, Qax rayon Güllük kənd yerli AİK-nin xx.xx.2000-ci il tarixli ,01 saylı protokolu və ona əlavə olunmuş guya bizim imzaladığımız ərizələrdəki imzalarımızın məhkəmə-xəttşünaslıq ekspertizanın aparılması üçün verdiyim yazılı vəsatət təmin edilməyərək , Qax rayon Dövlət Arxivindən sorğu ilə alınan, guya sözügedən protokolun arxivdə saxlanılmadığına dair saxta arayışa istinad edilmişdir. Halbuki, sözügedən hüquqmüəyyənedici sənədlərin sürətlərini məhkəməyə şəxsən təqdim edib imzasının başqa şəxsin çəkdiyini, həmin imzanın saxta olmasını, qeyd edilən məsələlərin həllindən ümumiyyətlə xəbərinin olmadığını açıq mətnlə bildirmişdir. Yuxarıda qeyd olunanlara əsasən Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2- 1(116)-278/2020 nömrəli qərarının ləğv edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(116)-278/2020 nömrəli qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsi X5 oğlu iş üzrə ədalətli qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs İddiaçı6 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(116)-278/2020 nömrəli qərarının ləğv edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin 82-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apelyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 80-ci mаddəsinə görə, barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasında torpaq islahatının aparılmasının hüquqi əsaslarını və qaydalarını "Torpaq islahatı haqqında" Azərbaycan Respublikasının Qanunu müəyyən edir. Qeyd olunan Qanunun 1-ci maddəsinə əsasən, torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Torpaq islahatının vəzifələri Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsini, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsini, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarını təmin etmək olmuşdur. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsinin əsasları müəyyən edilərək 11-ci maddənin 1-ci bəndi ilə müəyyən olunmuşdur ki, sovxozların (dövlət mülkiyyətində saxlanan müəssisələr istisna olmaqla), kolxozların özəlləşdirilən torpaqları onların daimi istifadəsindəki torpaqlarından bələdiyyənin ehtiyat fondunaayrılan torpaqlar çıxılmaqla müəyyən edilir. Həmin Qanunun 20-ci maddəsinə əsasən, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. Qanunun 21-ci maddəsinin 4-cü abzasına əsasən, qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədilə qanunvericiliklə müəyyən edilmiş sənədlər hazırlanır və həmin sənədlər müvafiq şəxslərə verilir. Həmin Qanunun 22-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. İşdən görünür ki, Qax Rayon AİK-in xx.xx.1998-cı il tarixli 05 nömrəli protokol qərarına əsasən, kənd təsərrüfatı məhsulları istehsalı üçün 0,73 ha torpaq sahəsi X9 və X3, 2,43 ha torpaq sahəsi isə İddiaçı6, X17, X1 və X2 birgə mülkiyyətinə verilmiş, lakin Qax rayon Güllük kənd yerli AİK-in xx.xx.2000-ci il tarixli 01 nömrəli protokol qərarı ilə qeyd olunan torpaq sahələri geri alınaraq Güllük Bələdiyyəsinin torpaqlarına birləşdirilmiş, yerli aqrar islahat komissiyasının həmin qərarı Qax Rayon AİK-nın xx.xx.2000-ci il tarixli 06 nömrəli qərarı ilə təsdiq edilmişdir. Adları sadalanan şəxslər həmin qərarla razılaşmış, yuxarıda göstərilən hüquqlarından istifadə etməməklə qeyd olunan qərarları mübahisələndirməmişlər. Yerli və rayon aqrar islahat komissiyasının qeyd olunan qərarları qüvvədə olduğuna görə həmin torpaq sahələrinə dair JN-474 və JN-475 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət akt"ları adları sadalanan şəxslərə münasibətdə artıq hər hansı hüquqi əhəmiyyətə malik deyillər. Qax Rayon AİK-in xx.xx.2001-ci il tarixli 09 nömrəli qərarı ilə kənd təsərrüfatı istehsalı üçün 2,58 ha torpaq sahəsi iddiaçıların mülkiyyətinə verilmiş, torpaq sahəsinin koordinatları naturada müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən sorğu edilərək cavabdehdən alınmış xx.xx.2020-ci il tarixli arayışdan və sxemlərdən müəyyən edildi ki, X9 və X3 adına olan JN- 474 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilən torpaq sahəsi iddiaçıların adına olan xx.xx.2019-cu il tarixli "Torpaq sahəsinin planı və ölçüsü"ndə göstərilən torpaq sahəsi ilə 0,34 ha hissədə aşağıdakı koordinatlarda üst-üstə düşür: 0 648059,564 4592707,196 1 648065,447 4592692,414 2 648070,638 4592670,585 3 648001,921 4592597,196 4 647986,490 4592627,630 Həmin arayışdan və sxemdən görünür ki, İddiaçı6, X10, X1 və X2 adına olan JN- 475 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilən torpaq sahəsi iddiaçıların adına olan xx.xx.2019- cu il tarixli "Torpaq sahəsinin planı və ölçüsü"ndə göstərilən torpaq sahəsi ilə 2,034 ha hissədə aşağıdakı koordinatlarda üst-üstə düşür: 0 648088,906 4592426,341 1 648001,921 4592597,196 2 648070,638 4592670,585 3 648073,286 4592659,482 4 648080,229 4592636,985 5 648083,415 4592626,657 6 648093,325 4592609,828 7 648107,551 4592598,782 8 648141,334 4592574,392 9 648166,761 4592553,700 10 648184,913 4592540,045 11 648189,672 4592533,081 Məhkəmə kollegiyası hesab edir ki, X11 və X8, eləcə də İddiaçı6 və ailə üzvlərinə verilmiş torpaq sahələri yerli aqrar islahat komissiyasının qərarı ilə geri alındığına və həmin qərar rayon aqrar islahat komissiyasının qərarı ilə təsdiq edildiyinə görə, cavabdeh üst-üstə düşən hissədə JN-474 və JN-475 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət akt"larını ləğv etməməkdə və həmin hissədə iddiaçıların mülkiyyət hüququnu dövlət qeydiyyatına almamaqda haqlı olmamışdır. Həmçinin, məhkəmə kollegiyası bunu da qeyd edir ki, AİK-in sonrakı qərarları artıq əvvəlki qərarla həll edilmiş məsələlərdə, o cümlədən üçüncü şəxslərin mülkiyyətinə torpaq sahəsinin verilməsi məsələsində dəyişikliklərə səbəb olmuşdur. Müvafiq olaraq, Qax Rayon AİK-in xx.xx.1998-ci il tarixli 05 nömrəli qərarına istinadla JN-474 və JN-475 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət akt"ları da mübahisəli torpaq sahəsi üzərində hüquq subyektliliyini müəyyən edən sənəd kimi qəbul edilə bilməz. Çünki həmin dövlət aktlarının əsaslandığı hüquq müəyyənedici sənədin (Qax Rayon AİK-in xx.xx.1998ci il tarixli 05 nömrəli qərarının) artıq özündə dəyişiklik baş vermişdir. Məhz rayon və yerli aqrar islahat komissiyalarının, habelə bələdiyyənin qərarları torpaq sahəsinə dair hüquq müəyyən edən əsas inzibati aktlardır. Torpaq sahəsinə dair hüququ müəyyən edən həmin inzibati aktlara istinadla dövlət reyestrində aparılmış qeydiyyat isə daha sonra baş verən passiv legitimləşdirməyə yönəlmiş hərəkətdir və qeydiyyat yalnız sözügedən hüquq müəyyənedici inzibati aktların mövcudluğunda aparıla bilər. Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının 3.2-ci bəndinə əsasən, məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və normativ hüquqi aktların tətbiqi ilə bağlı hüquqi mövqeyinin proqnozlaşdırılan olmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsi formalaşdırmaq vəzifəsinin və həmin vəzifənin icra olunması mexanizminin təsbit edilməsi qərara alınmışdır. Bununla bağlı qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-2317/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. İşdə olan X15 və X12 tərəfindən Qax rayon Güllük kənd yerli AİK-ə yazılmış ərizədən görünür ki, onlar JN-474 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" ilə mülkiyyətlərinə verilmiş 0,73 ha torpaq sahəsindən istifadə edə bilmədiklərinə və torpaq vergisini ödəyə bilmədiklərinə görə həmin torpaq sahəsinin qeyd-şərtsiz geri götürülməsini xahiş etmişlər. Eyni zamanda, İddiaçı6 və X17 tərəfindən Qax rayon Güllük kənd yerli AİKə yazılmış ərizədən görünür ki, onlar JN-475 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" ilə mülkiyyətlərinə verilmiş 2,43 ha torpaq sahəsindən istifadə edə bilmədiklərinə və torpaq vergisini ödəyə bilmədiklərinə görə həmin torpaq sahəsinin qeydşərtsiz geri götürülməsini xahiş etmişlər. İddiaçı6 birinci instansiya məhkəməsinə vəsatət verərək, həmin ərizəni yazmadığını, imzalamadığını bildirmiş və məhkəmə-xəttşünaslıq ekspertizası keçirilməsini xahiş etmişdir. Lakin məhkəmə həmin vəsatətin təmin edilməməsi qənaətinə gəlmişdir. Belə ki, yuxarıda da göstərildiyi kimi, İddiaçı6 və ailə üzvlərinin adına olan JN-475 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilən torpaq sahəsinə onların hüququnu aradan qaldıran hüquqi akt onların ərizəsi deyil, aqrar islahat komissiyasının qərarı olmuşdur. Həmin qərar mübahisələndirilmədiyi, hal-hazıradək qüvvədə olduğu vəziyyətdə, ərizədəki imzanın İddiaçı6 məxsus olmaması müəyyən edilərsə belə, bu, məhkəməyə hazırkı icraat çərçivəsində aqrar islahat komissiyasının sözügedən qərarını ləğv etmək imkanı verməyəcək. Bu səbəbdən də ekspertiza keçirilməsinə zərurət yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi bu mövqeyində haqlı olmuşdur. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmış, iddia tələbini təmin etməklə maddi və prossesual hüquq normalarının tətbiqində səhvə yol verməyərək inzibati iş üzrə düzgün nəticəyə gəlmişdir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlıdır. Ona görə də Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(116)-278/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Üçüncü şəxs İddiaçı6 tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-278/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-123/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-123/2021
05.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver