Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-123/2023 01.03.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X23 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “X10 adına RX seriyalı ******* nömrəli, 39 nömrəli reyestr kitabının 66 nömrəli vərəqində 03 iyun 2017-ci il tarixdə qeydə alınmış çıxarışın fərdi yaşayış evinə aid hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli 2- 1(116)-341/2022 nömrəli qərarından iş üzrə üçüncü şəxs X18 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X23 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “X10 adına RX seriyalı ******* nömrəli, 39 nömrəli reyestr kitabının 66 nömrəli vərəqəsində 03 iyun 2017-ci il tarixdə qeydə alınmış çıxarışın ləğv edilməsi və 0,1296 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi və onun üzərində FHN tərəfindən tikilmiş fərdi yaşayış evinin atası X5 adına qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(116)-1506/2021 nömrəli qərardadı ilə X18, X13, X11 və X21 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər.
3. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır: - mərhum atası - Amin Yusubova məxsus fərdi yaşayış evi 2012-ci ildə zəlzələ nəticəsində dağılmışdır. Həmin ev yenidən tikilmişdir. Həmin ev atasının adına işlənməli idi. Bundan sonra vərəsəlik işi açılmalı idi. X10 adına RX seriyalı ******* nömrəli çıxarış 39 nömrəli reyestr kitabının 66 nömrəli vərəqəsində 03 iyun 2017-ci il tarixdə qeydə alınmışdır. 30 may 2017-ci il tarixdə inventar nömrəsi olan 1364 olan texniki pasport da verilmişdir. Odur ki, həmin çıxarışı və texniki pasportu ləğv edib atası X2 adına işlənməsi, yəni müvafiq çıxarış sənədinin verilməsi üçün iddiaçı cavabeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Göstərilənlər nəzərə alınaraq iddia tələbinin təmin edilməsi xahiş edilmişdir.
4. İddiaçı inzibati işin şifahi məhkəmə baxışı iclasında tələbini dəyişərək “X10 adına RX seriyalı ******* nömrəli, 39 nömrəli reyestr kitabının 66 nömrəli vərəqində 03 iyun 2017ci il tarixdə qeydə alınmış çıxarışın fərdi yaşayış evinə aid hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir
5. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-341/2022 nömrəli qərardadı ilə İddiaçı tərəfindən verilmiş iddia tələbinin dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
6. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-341/2022 nömrəli qərardadı ilə X13, X11 və X14 üçüncü şəxs qismində inzibati məhkəmə icraatında iştirakına xitam verilmişdir.
7. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X23 18 saylı Zaqatala Ərazi İdarəsi ilə əvəz edilmişdir.
8. Cavabdeh birinci instansiya məhkəməsinə ünvanladığı xx.xx.2021-ci il tarixli iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - iddiaçı mərhum atasına məxsus olmuş və zəlzələ nəticəsində dağılmış fərdi yaşayış evinin əvəzinə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin sifarişi ilə yeni inşa edilmiş fərdi yaşayış evinə dair X10 adına verilmiş çıxarış və texniki pasportu ləğv edərək həmin evi mərhum atasının adına qeydiyyata alınması ilə bağlı müraciət etmiş, qeyd olunan məsələnin həlli ərazi idarəsinin səlahiyyətləri daxilində olmadığı üçün onun ərizəsinin icrası mümkün olmamışdır. İddia ərizə ilə bağlı aparılan araşdırma zamanı məlum olmuşdur ki, mübahisə predmetinə aid olan Zaqatala rayonu Muxax kəndində yerləşən 0,1296 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayı evi ləğv edilmiş DTXK-si tərəfindən hazırlanmış AN 242465 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə, Zaqatala Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli, 740 nömrəli məktubuna və həmin məktuba əlavə edilmiş FHN tərəfindən inşa edilmiş siyahılarına (X10 adı 131-ci sırada göstərilmişdir) əsasən X6 (torpaq sahəsi ümumbirgə), X10 (fərdi yaşayış evi tam, torpaq sahəsi ümumbirgə), X3 (torpaq sahəsi ümumbirgə), X14 (torpaq sahəsi ümumbirgə) və İddiaçı (torpaq sahəsi ümumbirgə) adlarına paylı mülkiyyət hüququ üzrə xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Daha sonra, X13 və X21 0,1296 ha həyətyanı torpaq sahəsinin özlərinə düşən paylarını notarial qaydada təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, 4Ə-1075 reyestr nömrəli bağışlanma müqaviləsi ilə X15 hədiyyə etmişdir. Həmin müqaviləyə əsasən X10 (fərdi yaşayış evi tam, torpaq sahəsinin 3/5 hissəsi), X3 (torpaq sahəsinin 1/5 hissəsi) və İddiaçı (torpaq sahəsinin 1/5 hissəsi) qeyd olunan daşınmaz əmlak üzərində onların paylı mülkiyyət hüququ xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir.
9. Üçüncü şəxs X18 xx.xx.2021-ci il tarixli iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - iddia tələbi əsassızdır və subyektiv hüququ olmayan şəxs tərəfindən verilmişdir. Belə ki, İddiaçı 2012-ci ildə baş vermiş zəlzələ nəticəsində mərhum atalarına məxsus fərdi yaşayış evinin dağılmasını iddia etsə də, dağılan evin ataları Amin Yusubovun adına olmasını təsdiq edən hər hansı bir sənədi məhkəməyə təqdim etməmişdir. Məhkəmədən ləğvini istədiyi çıxarışın xx.xx.2017-ci ildə qeydə alındığı qeyd edilsə də, hazırda atalarına məxsus olduğunu iddia etdiyi və çıxarışın ləğvini istədiyi ev xx.xx.2019-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışla tam mülkiyyət hüququ üzrə üçüncü şəxsə məxsus olan evdir və xx.xx.2017-ci ildə qeydə alınmış RX seriyalı ******* nömrəli çıxarışda torpaqdan payları olan X13 və X36 öz paylarını X15 bağışlamışlar. Həmin ev DTXK-si tərəfindən hazırlanmış AN:242465 nömrəli plan-ölçü sənədi, həmçinin, Zaqatala Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli 740 nömrəli məktubuna və həmin məktuba əlavə edilmiş FHN tərəfindən inşa edilmiş Siyahıya (siyahıda - 139-cu sıra) əsasən özünün adına tam mülkiyyət hüququ ilə qeydə alınmışdır. Yuxarıda qeyd edilən hüquqmüəyyənedici sənədlər ləğv edilmədən həmin sənədlər əsasında verilən çıxarışın ləğvini tələb etmək absurd və qanunsuzdur, mümkünsüz bir iddiadır. Atalarına məxsus olduğunu iddia etdiyi fərdi yaşayış evinin tarixçəsi bundan bir əsr əvvələ dayanır və iş materiallarına əlavə edilmiş Zaqatala Rayon Dövlət Arxivinin xx.xx.2017-ci il tarixli 544 saylı arayışından da görünür ki, həmin ev 1880-ci ildə inşa edilməklə tikinti altı yaşayış sahəsi 35 kv.m təşkil edir. Həmin evi İddiaçı özü 2010-cu ildə sökərək yerində ev tikmək məqsədilə bünövrə inşa etmiş, lakin həmin evi də tamamlamamışdır. Sökdüyü evin əvəzinə isə onun şəxsi əmlakının hesabına 1993-cü ildə inşa etdirdiyi və 2012-ci ildə dağılan evin yerinə dövlət tərəfindən ona tikilmiş evin sənədinin ləğvini tələb edir. Bu da qanunsuzdur (məsələnin daha aydın olması üçün 3 ədəd fotoşəkil əlavə edilir). İddiaçı öz ailəsi ilə birlikdə 2007-ci ildən özünə dövlət tərəfindən verilən şəhərdəki evində yaşayır. Qarabağ əlili olmasından istifadə edərək əsassız iddialar qaldırır və dövlət tərəfindən verilən iki evi olduğu halda ona məxsus evdən də pay istəyir. Mərhum atası X9 məxsus evi iddiaçı özü 2010-cu ildə sökərək həmin torpaq sahəsində özünəməxsus fərdi yaşayış evinin bünövrəsini qoymuşdur. Əgər məcbur olaraq kənddə yaşamaq istəyirsə buyursun gəlsin atasının yaşadığı evi sökərək bünövrəsini qoyduğu evi tikib tamamlayıb adına çıxarış alıb orada yaşasın. O, buna etiraz etmir. Hazırda dövlət tərəfindən tikilib daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla onun adına rəsmiləşdirilmiş fərdi yaşayış evində İddiaçı mülkiyyət hüququ üzrə heç bir payı yoxdur. İş materiallarına dövlət orqanları tərəfindən təqdim edilmiş sənədlərdən də yuxarıda göstərilənlər aydın olur. Bu səbəblərdən yuxarıda qeyd edilənləri və işə əlavə edilmiş sənədləri nəzərə alaraq məhkəmədən iddiaçının iddia qaldırmaq üçün subyektiv hüquqa malik olmadığından iddia tələbinin mümkün sayılmaması barədə qərar çıxarılması xahiş edilmişdir.
10. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.
11. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
12. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 31 oktyabr 2022-ci il tarixli 2- 1(116)-341/2022 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməsi qərara alınmışdır.
13. Üçüncü şəxs X18 həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
14. Üçüncü şəxs apellyasiya şikayətini iddia tələbinə etirazın dəlilləri ilə əsaslandırmış və Şəki İnzibati Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli 2-1(116)- 341/2022 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunmaması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
15. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən üçüncü şəxs X18 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli 2-1(116)-341/2022 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunmaması barədə yeni qərar çıxarılmasını xahiş etdi.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli 2-1(116)- 341/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
17. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi X19 qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi.
18. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - AZ-İİ 202287 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X16 xx.xx.1995ci il tarixdə vəfat etmişdir. - xx.xx.2021-ci il tarixli Zaqatala rayon qeydiyyat şöbəsinin arayışından görünür ki, X16 və X7 nikahı haqqında 17 avqust 1959-cu il tarixdə 30 №-li akt qeydi tərtib olunmuşdur. - Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A-242465 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 21 may 1998-ci il tarixli 69 nömrəli qərarı ilə verilmiş 1296.95 kv.m həyətyanı torpaq sahəsinin plan-ölçü sənədi X4 adına tərtib edilmişdir. - ********** qeydiyyat nömrəli xx.xx.2017-ci il tarixli çıxarışdan görünür ki, Zaqatala rayonu, Muxax kəndi ərazisində yerləşən 0.1296 ha torpaq sahəsi üzərində X3, İddiaçı, X10, X14 və X6 ümumibirgə mülkiyyət hüququ, həmin torpaq sahəsi üzərində yerləşən 65 kv.m fərdi yaşayış sahəsi üzərində X10 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsindən görünür ki, X17 və X1 rayonu Muxax kəndində yerləşən 0.1295 ha torpaq sahəsindən özlərinə düşən paylarını X15 bağışlamışlar. - ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli çıxarışdan görünür ki, Zaqatala rayonu Muxax kəndi ərazisində yerləşən 0.1296 ha torpaq sahəsi üzərində X3 1/5 hissə, İddiaçı 1/5 hissə və X10 3/5 hissə paylı mülkiyyət hüququ, həmin torpaq sahəsi üzərində yerləşən 65 kv.m fərdi yaşayış sahəsi üzərində X10 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Zaqatala RİH tərəfindən cavabdehə göndərilmiş xx.xx.2014-cü il tarixli 4/144 nömrəli məktubdan görünür ki, təbii fəlakətin nəticələrinin aradan qaldırılması ilə əlaqədar FHN tərəfindən inşa edilmiş fərdi yaşayış evlərinin mövcud vəziyyətinə uyğun olaraq qeydiyyata alınmasına kömək göstərilməsi xahiş edilmişdir. - Zaqatala RİH tərəfindən cavabdehə göndərilmiş xx.xx.2014-cü il tarixli 740 nömrəli məktuba əlavə edilmiş, Zaqatala rayonunda baş vermiş zəlzələ nəticəsində FHN tərəfindən Muxax kəndi üzrə yeni inşa edilmiş evlər barədə siyahıdan görünür ki, 131 sıra nömrəsinin qarşısında X10 adı qeyd edilmişdir. - Zaqatala rayon Dövlət Arxivi tərəfindən təqdim edilmiş, Muxax kəndi üzrə təsərrüfatbaşına kitabdan mübahisəli fərdi yaşayış evi üzrə 74 №-li şəxsi hesabdan çıxarışdan görünür ki, X16 xx.xx.1995-ci il tarixdə vəfat etdikdən sonra təsərrüfatbaşçısı X13 olmuş, təsərrüfat üzvləri ilə 2003- 2005-ci illərdə X22 qeyd edilmiş, X18 və İddiaçı üzərindən xətt çəkilmişdir. Təsərrüfat tərkibindən çıxan üzv qrafasında Sevda Yusubovaya münasibətdə - “ərə köçüb”, İddiaçı münasibətdə “2110 №-li təsərrüfat ayrlıb” qeydləri icra edilmişdir. xx.xx.2006-xx.xx.2010-cu illəri əhatə edən 66 №-li şəxsi hesabda təsərrüfatbaşçısı X13 qeyd edilmiş, X18 və İddiaçı üzərindən xətt çəkilmiş, hər iki şəxsin təsərrüfat tərkibindən çıxması ilə bağlı təsərrüfat tərkibindən çıxan üzv qrafasında qeydlər icra edilmişdir. - 563 inventar nömrəli mart 1988-ci ildə tərtib edilmiş fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportundan görünür ki, ev sahibi olaraq X16, yaşayış evinin ümumi sahəsinin 43.6 kv.m olduğu qeyd edilmişdir. - Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin xx.xx.2022-ci il tarixli 37/34- 02018 nömrəli məktubunda qeyd edilmişdir ki, Zaqatala, Qax və Bala kəri rayonlarında 2012-ci ildə baş vermiş zəlzəiə nəticəsində ziyan dəymiş evlərə Nazirliyin mütəxəssislərindən təşkil edilmiş və yerli qurumların da iştirak etdiyi komissiyalar tərəfindən baxış keçirilmiş və müvafiq aktlar tərtib edilmişdir. Həmin aktlara əsasən Zaqatala rayonu, Muxax kənd sakini X15 məxsus fərdi yaşayış evi qəzalı evlər siyahısına daxil edilmişdir. Bununla əlaqədar layihə-smeta sənədlərinə uyğun vətəndaşa yeni fərdi yaşayış evi tikilib 2012-ci ildə Dövlət Qəbul Komissiyası tərəfindən istismara qəbul edilərək təhvil verilmişdir. - Muxax kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin xx.xx.2022-ci il tarixli 92 nömrəli məktubunda qeyd edilmişdir ki, Zaqatala rayonu Muxax kəndində yerləşən İddiaçı və digərlərinin ümumi birgə mülkiyyətində olan 0,1296 ha torpaq sahəsində 2000-2010-cu illərdə bir fərdi yaşayış evi və bir 50 kv. metr sahəsi olan yardımçı bina olmuşdur. X9 məxsus fərdi yaşayış evi zəlzələ baş verənədək, yəni, 2009-cu ildə ailə tərəfindən sökülmüşdür. Yardımçı bina isə 1980-cı illərdə ailənin ümumi iştirakı ilə tikilmişdir və ailənin ümumi istifadəsində olmuşdur. Həmin yardımçı bina 2012-ci ildə ərazidə baş verən zəlzələ zamanı qəzalı vəziyyətə düşmüşdür və Fövqəladə Hallar Nazirliyi tərəfindən yardımçı bina sökülərək yerində 2012-ci ildə 2 otaqlı fərdi yaşayış evi tikilmişdir. - Muxax kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin xx.xx.2022-ci il tarixli 97 nömrəli məktubunda qeyd edilmişdir ki, Zaqatala rayonu Muxax kəndində yerləşən İddiaçı və digərlərinin ümumi birgə mülkiyyətində olan 0,1296 ha torpaq sahəsi mərhum atası Muxax kənd sakini X9 məxsus olmuşdur. X16 vəfat etdikdən sonra mərhuma məxsus təsərrüfat həyat yoldaşı X4 adına keçmişdir. 2011-2015-ci illərin Muxax kənd İƏD-si üzrə nümayəndəliyinin 1 nömrəli təsərrüfatbaşına kitabının 155 nömrəli səhifəsində 2011-2012 və 2013-cü illərdə X8 adına 1980-cı ildə tikilmiş 60 kv.m ümumi sahəsi, 35 kv. metr yaşayış sahəsi olan fərdi yaşayış evi olmuşdur. Həmin ev 2012-ci ildə baş verən zəlzələ zamanı qəzalı vəziyyətə düşdüyünə görə sökülərək yerində 2012-ci ildə Fövqəladə Hallar Nazirliyi tərəfindən ümumi sahəsi 90 kv.metr, yaşayış sahəsi 60 kv.metr olan fərdi yaşayış evi tikilmişdir. Həmin təsərrüfatda X12 tək olmuşdur və X12 xx.xx.2022-ci ildə vəfat etmişdi. Muxax kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin xx.xx.2022-ci il tarixli 97 nömrəli məktubuna əlavə edilmiş, xx.xx.2010-xx.xx.2015-ci illəri əhatə edən 77 №-li şəxsi hesabdan çıxarışdan görünür ki, təsərrüfatbaşçısı X13 qeyd edilmişdir. Təsərrüfat üzvlərinin siyahısında heç bir subyektin adı qeyd edilməmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
19. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
20. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının ərazisində baş vermiş təbii fəlakətlərin, texnogen qəzaların və hərbi əməliyyatların nəticələrinin aradan qaldırılması ilə əlaqədar dövlət vəsaiti hesabına inşa edilmiş yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının mənzilləri üzərində hüquqların rəsmiləşdirilməsi, habelə onların yerləşdiyi torpaq sahələri ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında" xx.xx.2022-ci il tarixli 1656 nömrəli Fərmanının 1.1-ci bəndində qərara alınmışdır ki, yerli icra hakimiyyəti orqanları müvafiq inzibati ərazi vahidlərinin ərazisində baş vermiş təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına inşa edilmiş və bu Fərman qüvvəyə mindiyi günədək tikinti-quraşdırma işləri başa çatmış və ya tikinti işlərinə başlanılmış yeni yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının mənzillərinin təqdim edildiyi şəxslərin siyahısını (hər bir şəxsə təhvil verilən yaşayış evi və (və ya) mənzil dəqiq göstərilməklə), yaşayış evlərinə münasibətdə tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin surətini, istismarına icazə verilmiş çoxmənzilli yaşayış binalarına münasibətdə isə həmin binanın tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin və istismarına icazə sənədinin surətini iki ay müddətində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim etsinlər. Fərmanın 2.1-ci bəndində isə qərara alınmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş siyahıda adları qeyd olunan şəxslərin müraciətləri əsasında yaşayış sahələri, habelə yaşayış evlərinin həyətyanı torpaq sahələri üzərində onların mülkiyyət hüquqlarının "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını təmin etsin.
21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
22. Üçüncü şəxsin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.
23. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
24. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
25. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
27. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən edildi ki, Zaqatala rayonu Muxax kəndində yerləşən İddiaçı və digərlərinin ümumi birgə mülkiyyətində olan 0,1296 ha torpaq sahəsi üzərində 2000-2010-cu illərdə bir fərdi yaşayış evi və bir 50 kv.metr sahəsi olan yardımçı bina olmuşdur. X16 xx.xx.1995-ci il tarixdə vəfat etmiş, bundan sonra mərhuma məxsus olan təsərrüfat Zaqatala Rayon İcra Hakimiyyəti başçısının Muxax kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində aparılan təsərrüfatbaşına uçot kitabında X6 adına keçirilmiş, təsərrüfat üzvü isə 2003-2005-ci illərdə X22 qeyd edilmiş, təsərrüfat tərkibindən çıxan üzv qrafasında Sevda Yusubovaya münasibətdə - “ərə köçüb”, İddiaçı münasibətdə “2110 №-li təsərrüfat ayrılıb” qeydləri icra edilməklə adlarının üzərindən xətt çəkilmişdir. Həmçinin, xx.xx.2006-xx.xx.2010-cu illəri əhatə edən 66 №-li şəxsi hesabda təsərrüfatbaşçısı X13 qeyd edilmiş, X18 və İddiaçı üzərindən xətt çəkilmiş, hər iki şəxsin təsərrüfat tərkibindən çıxması ilə bağlı təsərrüfat tərkibindən çıxan üzv qrafasında qeydlər icra edilmişdir. xx.xx.2010-xx.xx.2015-ci illəri əhatə edən təsərrüfatbaşına uçot kitabında 77 №-li şəxsi hesabda isə, təsərrüfatbaşçısı X13 qeyd edilmişdir. Təsərrüfat üzvlərinin siyahısında heç bir subyektin adı qeyd edilməmişdir. X9 məxsus fərdi yaşayış evi zəlzələ baş verənədək 2009-cu ildə sökülmüşdür. Təsərrüfatda olan yardımçı bina 2012-ci ildə ərazidə baş verən zəlzələ zamanı qəzalı vəziyyətə düşmüş və Fövqəladə Hallar Nazirliyi tərəfindən dağılmış evlərin əvəzində təsdiq olunmuş layihələr əsasında 4000-dən artıq ev tikilmiş, o cümlədən sözügedən yardımçı bina sökülərək yerində 2012-ci ildə 2 otaqlı fərdi yaşayış evi tikilmişdir. Həmin ev Dövlət Qəbul Komissiyası tərəfindən istismara qəbul edilmişdir. Bundan sonra Zaqatala rayonunda baş vermiş zəlzələ nəticəsində zərər çəkmiş fərdi yaşayış evlərinin yerinə yeni inşa edilmiş evlər barədə məlumatlar Zaqatala Rayon İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli 740 nömrəli məktubu ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə göndərilmişdir. Məktuba əlavə olunan siyahının 139-cu sətrində X10 adı qeyd olunmuşdur. Daha sonra xx.xx.2017-ci il tarixdə Zaqatala rayonu Muxax kəndi ərazisində yerləşən 0.1296 ha torpaq sahəsi üzərində yerləşən 65 kv.m fərdi yaşayış sahəsi üzərində X10 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, sonuncunun adına texniki pasport tərtib edilmiş, həmin sənəddə torpaq sahəsi sənəd üzrə 0.1296 ha göstərilmiş, evin tikildiyi il - 2012-ci il qeyd olunmuşdur. Cavabdeh orqandan sözügedən çıxarışın verilməsinə əsas olmuş sənədlər sorğu edilmiş və müəyyən edilmişdir ki, həmin çıxarışın verilməsinə əsas Ləğv edilmiş DTXK-si tərəfindən hazırlanmış AN 242465 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi, Zaqatala Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli, 740 nömrəli məktubu və həmin məktuba əlavə edilmiş siyahılar olmuşdur. Müvafiq sənədlər Zaqatala Rayon İcra Hakimiyyətindən və FHN-dən sorğu edilərək işə əlavə edilmişdir. Bununla belə X10 adının müvafiq siyahıda qeyd edilməsinə əsas olacaq hər hansı sənəd qeyd edilən orqanlar tərəfindən məhkəməyə təqdim edilməmişdir. Zaqatala Rayon İcra Hakimiyyəti başçısının Muxax kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təqdim etdiyi təsərrüfatbaşına kitabdan çıxarışlarla müəyyən edilir ki, Sevda Yusubova 2003- 2005-ci illərdə həmin təsərrüfatdan çıxdıqdan sonra bir daha təsərrüfat üzvü kimi qeydə alınmamış və Havva Yusubova vəfat edənədək həmin təsərrüfat ancaq onun adına olmuşdur. Muxax kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin xx.xx.2022-ci il tarixli 97 nömrəli məktubu ilə həmin təsərrüfatda X4 tək olması təsdiq olunur.
28. Göründüyü kimi, istinad olunan Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının ərazisində baş vermiş təbii fəlakətlərin, texnogen qəzaların və hərbi əməliyyatların nəticələrinin aradan qaldırılması ilə əlaqədar dövlət vəsaiti hesabına inşa edilmiş yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının mənzilləri üzərində hüquqların rəsmiləşdirilməsi, habelə onların yerləşdiyi torpaq sahələri ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında" xx.xx.2022-ci il tarixli 1656 nömrəli Fərmanında Azərbaycan Respublikasının ərazisində baş vermiş təbii fəlakətlərin, texnogen qəzaların və hərbi əməliyyatların nəticələrinin aradan qaldırılması ilə əlaqədar dövlət vəsaiti hesabına inşa edilmiş yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının mənzilləri üzərində hüquqların rəsmiləşdirilməsinin qaydası müəyyən edilmişdir. Həmin qaydaya görə, yerli icra hakimiyyəti orqanları zəruri sənədləri, o cümlədən evlərin və mənzillərin təqdim edildiyi şəxslərin siyahısını Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim etməli, sonuncu isə həmin siyahıda adları qeyd olunan şəxslərin müraciətləri əsasında onların mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almalıdır.
29. Məhkəmə kollegiyası qeyd edir ki, evin üçüncü şəxs X10 adına mülkiyyət hüququnun qeydiyyata alınması qanuni olmamışdır. Belə ki, yerli icra nümayəndəliyində mövcud olan təsərrüfatbaşına uçot kitabında təsərrüfatın ancaq bir üzvünün adı qeyd edildiyindən və onunla birlikdə təsərrüfatda digər ailə üzvləri yaşamadığından, tərtib edilmiş siyahıda təsərrüfata heç bir aidiyyəti olmayan Sevda Yusubovanın adının daxil edilməsi qanuni və ədalətli sayıla bilməz. Məhkəmə əlavə olaraq qeyd edir ki, həmin fərdi yaşayış evinin 563 inventar nömrəli, mart 1988-ci ildə tərtib edilmiş texniki pasportda qeyd edilmiş 43.6 kv.m sahəsi olan fərdi yaşayış evinin yerində inşa edilməməsi işdə olan Muxax kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin xx.xx.2022-ci il tarixli 92 nömrəli məktubu ilə sübut olunur. Belə ki, 563 inventar nömrəli, mart 1988-ci ildə tərtib edilmiş texniki pasportda qeyd edilmiş yaşayış sahəsinin zəlzələ baş verənədək, 2009-cu ildə ailə tərəfindən söküldüyü istinad olunan məktubda qeyd edilmişdir. Odur ki, cavabdeh orqan mübahisəli fərdi yaşayış evi ilə bağlı mülkiyyət hüquqlarını dövlət qeydiyyatını apararkən təsərrüfatda uçotda olan şəxslərin dairəsini müəyyən etməli və təqdim edilmiş siyahıda qeyd edilən məlumatlarla kifayətlənməməli idi. Müvafiq siyahıları tərtib edən Zaqatala RİH və Fövqəladə Hallar Nazirliyi də siyahıya adlarını daxil edilən şəxslərin həmin təsərrüfatda uçotda olub-olmamasını yoxlamalı, qeyd edilən hal təsdiqini tapdıqdan sonra həmin şəxslərin adlarını müvafiq siyahıya daxil etməli idilər. Belə ki, istinad olunan xx.xx.2022-ci il tarixli 1656 nömrəli Fərmanının icrası ilə əlaqədar evlərin və mənzillərin təqdim edildiyi şəxslərin siyahısını tərtib edən inzibati orqan nəyə görə məhz həmin şəxslərin adlarını siyahıya daxil edilməsini əsaslandırmalıdır. Yəni, siyahıya daxil edilmə inzibati orqanın subyektiv mülahizəsinə yox, həmin evdə yaşayan, təsərrüfatda olan şəxslərə dair əldə edilmiş uçot məlumatlarına əsaslanmalıdır. Əks yanaşma, həmin fərdi yaşayış evinə aidiyyəti olmayan şəxslərin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına və faktiki uçotda olan şəxslərin mülkiyyət hüquqlarının pozulmasına səbəb ola bilər.
30. Belə ki, "Şəhər və qəsəbə inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələri üzrə təsərrüfatbaşına uçot sənədlərinin və təsərrüfatbaşına uçotun aparılmasına dair göstərişin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin xx.xx.2017-ci il tarixli 22/05 №-li qərarından göründüyü kimi, göstərilən sənədlər Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin 5.1.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədilə təsdiq olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin 5.1.6-cı yarımbəndində isə inzibati ərazi dairələri üzrə və sahə inzibati ərazi dairələri üzrə yerli icra hakimiyyəti başçısı nümayəndələrinin vəzifə və səlahiyyətlərindən biri kimi ərazidə olan yaşayış evləri və çoxmənzilli yaşayış binalarındakı mənzillər üzrə təsərrüfatbaşına uçot kitablarının, habelə təsərrüfat üzvlərinin və müvəqqəti yaşayan şəxslərin siyahısının aparılması nəzərdə tutulmuşdur.
31. Göründüyü kimi, kənd icra nümayəndəliyində təsərrüfatbaşına uçot kitabının aparılmasında məqsəd yaşayış məntəqəsi sakinlərinin, onların əmlakının hesabatını aparmaqdan ibarətdir, eyni zamanda, kitabda ailə üzvlərinin siyahısının qeyd edilməsi həmin şəxslərin təsərrüfatda yaşamasını, həmin təsərrüfata aidiyyətini təsdiq edir, hesabat aparılmasının operativliyinin və dəqiqliyinin təmin olunmasına xidmət edir.
32. Məhkəmə kollegiyası istinad edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, mübahisəli fərdi yaşayış evinin yerləşdiyi təsərrüfat X6 adına olduğu halda cavabdeh fərdi yaşayış evinə münasibətdə həmin təsərrüfata aidiyyəti olmayan X10 mülkiyyət hüququnu qeydiyyata almaqla səhvə yol vermişdir.
33. Beləliklə, kollegiya hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinası əsassız olmuşdur, iddianın təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla iddiaçının hüquqlarını pozmuşdur.
34. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
35. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:
Üçüncü şəxs X18 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli 2-1(116)-341/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.