Məhkəmə qərarları › İş №2-1(107)-123/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-123/2024

21.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-123/2024 21.02.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xx.xx.2022-ci il tarixdən orqanizmin funksiyalarının pozulmasının müddətsiz 85-100 faiz müəyyən edilməsi öhdəliyinin qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli 2-1(116)-1388/2023 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi və xx.xx.2022-ci il tarixdən təkrarən ikinci dərəcəli əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Birinci instansiya məhkəməsinin icasında iddiaçı tələbini dəqiqləşdirərək “xx.xx.2022-ci il tarixdən orqanizmin funksiyalarının pozulmasının müddətsiz 85-100 faiz müəyyən edilməsi öhdəliyinin qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

4. İddia ərizəsinin əsaslarına görə Azərbaycan Respublikasının müdafiəsi zamanı hərbi travma almışdır. Belə ki, o, 1992-ci ildə Ucar RHK tərəfindən hərbi xidmətə çağırılmışdır. Döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1992-ci ildə Abdal kəndinin müdafiəsi uğrunda gedən döyüşlərdə kürəyindən güllə yarası almışdır. Ona “Hemopnevmotoraksla fəsadlaşmış döş qəfəsinin sol yarısının dəlib keçən güllə yaralanmasından sonrakı sol plevra ciblərinin svartları, xarici tənəffüs funksiyasının restriktiv tipli cüzi dərəcədə pozulması diaqnozu qoyulmuşdur. xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilə kimi Bakı şəhəri, X5 Eksperimental cərrahiyyə insitutunda müayinə və müalicə olunmuşdur.

5. Aldığı xəsarətlər nəticəsində ilk dəfə 2006-cı ildə üçüncü dərəcəli əlillik təyin edilmişdir. Səhhətində olan xəstəliklərlə bağlı növbəti 2007-ci il tarixdən etibarən İİ dərəcəli əlillik təyin edilmişdir. Təyin olunan əlillik dərəcəsi ilk əvvəllər hər il artırılmış, 2016-cı il tarixdən etibarən isə 5 illik müddətinə təyin edilmişdir. Belə ki, xx.xx.2016-cı il tarixdə növbəti müayinə zamanı “Hemopnevmotoraksla fəsadlaşmış döş qəfəsinin sol yarısını dəlib keçən güllə yaralanmasından sonrakı sol plevra ciblərinin svartları” diaqnozu qoyulmuşdur.

6. xx.xx.2022-ci il tarixdə növbəti müayinə zamanı əlillik dərəcəsinin təyin edilməsindən imtina olunmuşdur.

7. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - Ucar rayon sakini İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0323003AAGLQ nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir.

8. Həmin qərardan narazı qalan vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2004-cü il tarixli 248 nömrəli Qərar verilmişdir. Həmin qərarda "Hemopnevmotraksla fəsadlaşmış döş qəfəsinin sol yarısını dəlib keçən güllə yaralanmasından sonrakı sol plevra ciblərinin şvatları, xarici tənəffüs funksiyasının restriktiv tipli cüzi dərəcədə pozulması ilə” diaqnozlu xəstəliyin səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” kimi müəyyənləşdirilmişdir.

9. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş "Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər. Döş qəfəsinin sol yarısının sağ plevra boşluğun dəlib keçən odlu silah yaralanmasına görə aparılmış cərrahi əməliyyatdan sonrakı vəziyyət. Plevral qalınlaşmalar şəklində. Ağ ciyərin xroniki obstruktiv xəstəliyi, orta ağır gedişli. kəskinləşmə mərhələsi, əhəmiyyətli ventilyasiya pozğunluq ilə. Xroniki respirator çatmamazlıq, XRÇ-qı ll-ci dərəcə Essensial birincili hipertenziva, kəskin nəzərə çarpan hipertenziya Nevrasteniya, Astenonevrotik sindrom Yanaşı xəstəliklər Xroniki xolesistit, Xroniki xolesistopankreati” diaqnozu anamnestik məlumatlar və obyektiv müayinələrdə araşdırılmışdır. Əlillik təyinatına əsas verən xroniki tənəffüs çatışmazlığı əlamətləri müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” yə müvafiq olaraq Diaqnoz əlillik təyin etmir barədə qərar qəbul edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyası (bundan sonra-Komissiya) xx.xx.2022-ci il tarixdə aşağıda adı göstərilən 29 nəfər və müxtəlif tarixlərdə müayinədən keçmiş 15 nəfər vətəndaşın əlilliyinin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir.

10. Ucar rayon sakini xx.xx.1971-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti xx.xx.2021-ci il tarixli göndəriş əsasında DTSERA-da əyani müayinə olunmuş və ona Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarı verilmişdir. (ESDAS:**********2) Növbəti dəfə əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod).

11. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2004-cü il tarixli 248 nömrəli Qərar verilmişdir. Həmin Qərarda “Hemopnevmotoraksla fəsadlaşmış döş qəfəsinin sol yarısını dəlib keçən güllə yaralanmasından sonrakı sol plevra ciblərinin svartları, xarici tənəffüs funksiyasının restriktiv tipli cüzi dərəcədə pozulması ilə" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir.

12. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı hər iki döş qəfəsinin arxa səthində çapıq və soltərəfli torakosintezin çapıq izi izlənilmiş, auskultasiya zamanı xəstənin ağciyərlər üzərində vezikulyar tənəffüs eşidilmiş, tənəffüs keçiriciliyi simmetrik, əlillik təyinatına əsas verən tənəffüs çatışmazlığı əlamətləri aşkar edilməmişdir.

13. Təqdim edilmiş X1 İnstitutunun xx.xx.2022-ci il tarixli 8947 nömrəli Spirometriya müayinəsinin nəticəsi “Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu qeyd olunur kimi qeyd olunsa da, obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. Qeyd edilmişdir ki, vətəndaş xx.xx.2021-ci il tarixdə DTSERA-da əyani müayinə olunmuş, hazırkı sağlamlıq vəziyyətində dinamikada ağırlaşma aşkar edilməmişdir. Anamnestik məlumatlarda və obyektiv müayinələrin nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.

14. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir.

15. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

16. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 30 noyabr 2023-cü il tarixli 2-1(116)-1388/2023 nömrəli qərarı ilə iddia təmin edilmişdir.

17. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

18. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin gedişində diaqnozdakı ağırlaşmaların əlillik təyinatına əsas veribvermədiyini aşkara çıxarmaq məqsədilə əyani müayinə edilməsi üçün aralıq qərardad qəbul etməmişdir. Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Həmçinin, əlilliklə əlaqədar sualların həlli məhkəmə-tibb ekspertlərinin deyil, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspertlərinin səlahiyyətlərinə aiddir. Əlillik müəyyən edilməsi üçün diaqnozda qeyd edilən xəstəliyin ağırlaşmaları xüsusilə mövcud olmalıdır və hazırkı işdə iddiaçıda sözügedən ağırlaşmalar mövcud deyildir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsini 30 noyabr 2023-cü il tarixli 2-1(116)-1388/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsini 30 noyabr 2023-cü il tarixli 2-1(116)- 1388/2023 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

20. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir.

21. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

22. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2004-cü il tarixli 248 nömrəli qərarından görünür ki, Ucar RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, 1992-ci ildən fərarilik etdiyi üçün barəsində Qarabağ hərbi prokurorluğu tərəfindən xx.xx.2001-ci ildə amnistiya qərarı tətbiq edilmiş, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1992-ci ildə aldığı yaralanma-diaqnoz: “Hemopnevmotoraksla fəsadlaşmış döş qəfəsinin sol yarısının dəlib keçən güllə yaralanmasından sonrakı sol plevra ciblərinin şvartları, xarici tənəffüs funksiyasının restriktiv tipli cüzi dərəcədə pozulması ilə” nə səbəbə ki, xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilə kimi Bakı ş. X5 Eksperimental cərrahiyyə institutunda müayinə və müalicə olunmuşdur (Bakı ş. ETKECİ-nin xx.xx.1992-ci il tarixli çıxarış epikrizi Ucar RHK-ın xx.xx.2004-cü il tarixli 4/133 saylı arayışı, Qarabağ hərbi prokurorluğunun xx.xx.2001- ci il tarixli amnistiya haqqında qərarı), “Hərbi Travmadır. Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Almışdır”. - Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının **********4 nömrəli, xx.xx.2022-ci il tarixli qərarında və xx.xx.2021-ci il tarixli **********9 nömrəli protokolunda qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyəti DTSERA-da əyani müayinə zamanı xx.xx.2022-ci tarixdə qiymətləndirilmiş və aşağıdakılar müəyyən olunmuşdur: Ucar rayon sakini xx.xx.1971-cu il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti xx.xx.2021-ci il tarixli göndəriş əsasında DTSERA-da əyani müayinə olunmuş və ona Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarı verilmişdir.(ESDAS:**********2) Nönbəti dəfə əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2004-cı il tarixli 248 nömrəli Qərar verilmişdir, Həmin Qərarda “Hemopnevmotoraksla fəsadlasmış döş qəfəsinin sol yarısının dəlib keçən güllə yaralanmasından sonrakı sol plevra ciblərinin svartları, xarici tənəffüs funksiyasının restriktiv tipli cüzi dərəcədə pozulması ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı hər iki döş qəfəsinin arxa səthində çapıq və soltərəfli torakosintezin çapıq izi izlənilmiş, auskultasiya zamanı xəstənin ağciyərlər üzərində vezikulyar tənəffüs eşidilmiş, tənəffüs keçiriciliyi simmetrik, əlillik təyinatına əsas verən tənəffüs çatışmazlığı əlamətləri aşkar edilməmişdir. Təqdim edilmiş X1 İnstitutunun xx.xx.2022-ci il tarixli 8947 nömrəli Spirometriya müayinəsinin nəticəsi “Qarışıq tipli əhəmiyyətli ventilvasiva oozüuntuöu qeyd olunur" kimi qeyd olunsa da, obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. Qeyd etməliyik ki, vətəndaş xx.xx.2021-ci il tarixdə DTSERA-da əyani müayinə olunmuş, hazırkı sağlamlıq vəziyyətində dinamikada ağırlaşma aşkar edilməmişdir. Anamnestik məlumatlarda və obyektiv müayinələrin nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq Diaqnoz əlillik əlaməti tavin etmir barədə qərar qəbul edilmişdir. - Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair qiymətləndirmə nəticələrindən görünür ki, iddiaçıya xx.xx.2016-cı il tarixdə “Hemopnevmotoraksla fəsadlasmış döş qəfəsinin sol yarısının dəlib keçən güllə yaralanmasından sonrakı sol plevra ciblərinin svartları” diaqnozu ilə, Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar beş il müddətinə ikinci dərəcəli əlillik təyin edilmiş, növbəti qiymətləndirmə tarixi xx.xx.2021-ci il qeyd edilmişdir. - Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixdə müayinə olunmuş, diaqnozun mətni: Əsas diaqnoz Z98.8 Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, Döş qəfəsinin sol yarısının sağ plevra boşluğun dəlib keçən odlu silah yaralanmasına görə aparılmış cərrahi əməliyyatdan sonrakı vəziyyət.Plevral qalınlaşmalar şəkilində. Ağ ciyərin xroniki obstruktiv xəstəliyi, orta ağır gedişli, kəskinləşmə mərhələsi, əhəmiyyətli ventilyasiya pozğunluğ ilə, Ağırlaşma J96.1 Xroniki respirator çatmamazlıq, XRÇ-ğı ll-ci dərəcə, Yanaşı xəstəliklər 110 Essensial [birincili] hipertenziya, Kəskin nəzərə çarpan hipertenziya, Yanaşı xəstəliklər F48.0 Nevrasteniya, Asteno-nevrotik sindrom, Yanaşı xastəliklər K81.1 Xroniki xolesistit, Xroniki xolesistopankreatit. İmtina səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Xəstədə ExoKQ müayinəsinin nəticəsini nəzərə alaraq əlavə müayinə və müalicəni davam etdirmək məsləhət görülür yardımçı müayinələr tam aparılmayıbdır. - Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixdə müayinə olunmuş, diaqnozun mətni: Əsas diaqnoz: Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, Döş qəfəsinin sol yarısının sağ plevra boşluğun dalıb keçən odlu silah yaralanmasına görə aparılmış cərrahi əməliyyatdan sonrakı vəziyyət. Plevral qalınlaşmalar şəkilində. Ağ ciyərin xroniki obstruktiv xəstəliyi, orta ağırgedişli, kəskinləşmə mərhələsi, əhəmiyyətli ventilyasiya pozğunluğ ilə. İmtina səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik təyin etmir barədə qərar qəbul edilmişdir. - Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdə müayinə olunmuş, diaqnozun mətni: Əsas diaqnoz: Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, Döş qəfəsinin sol yarısının sağ plevra boşluğuna dəlib keçən odlu silah yaralanmasına görə aparılmış cərrahi əməliyyatdan sonrakı vəziyyət. Ağciyərin digər dəqiqləşdirilmiş xroniki obstruktiv xəstəliyi, Ağ ciyərlərin xroniki obstruktiv xəstəliyi orta ağır gedişli. İmtina səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik təyin etmir barədə qərar qəbul edilmişdir. - “Ucar Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin xx.xx.2023-cü il tarixli PHŞ-6-77/2- 931/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Yuxarı Şilyan kənd sakini İddiaçı əlilliklə əlaqəli olaraq xx.xx.2022- ci il tarixdə "Döş qəfəsinin sol yarısının sağ plevra boşluğun dəlib keçən odlu silah yaralanmasına görə aparılmış cərrahi əməliyyatdan sonrakı vəziyyət, Plevral qalınlaşmalar şəklində, ağ ciyərin xroniki obstruktiv xəstəliyi, orta ağır gedişli, kəskinləşmə mərhələsi, əhəmiyyətli ventilyasiya pozğunİuq ilə, Xroniki respirator çatmamazlıq, XTÇ-ğı, ll dərəcə, Kəskin birincili hipertenziya, Nevrasteniya, Astenonevrotik sindrom, Xroniki xolesistit, Xroniki xolesistopankreatıt diaqnozu ilə “Ucar Rayon Mərkəzi Xəstəxanası“ publik hüquqi şəxsə müraciət etmişdir. Xəstəyə və tibbi sənədlərə baxış keçirilmiş, “Forma-088'’ yazılaraq Tibbi-Sosial Ekspert Komissiyasına qöndərilməsi üçün xx.xx.2022-ci il tarixdə “Göyçay Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə göndərilmişdir. xx.xx.2022-ci il tarixdə Tibbi Sosial Ekspert Komissiyasından Diaqnoz əlillik əlaməti təyin etmir” cavabı gəlmişdir. İddiaçı diaqnozları Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə qeyd olunmuş 1.1.1, 1.1.1.3, 2.1.1, 3.6.1, 3.6.2 xəstəlikləri ilə eynilik təşkil edir. - Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-1388/2023 nömrəli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. “Məhkəmə-Tibbi Ekspertiza və X4” PHŞ-nin xx.xx.2023-cü il tarixli 3685 nömrəli məktubuna əlavə olunmuş ekspert rəyində qeyd etmişdir ki, Vətəndaş İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişində qeyd edilən “Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, döş qəfəsinin sol yarısının sağ plevra boşluğunu dəlib-keçən odlu silah yaralanmasına görə aparılmış cərrahi əməliyyatdan sonrakı vəziyyət, plevral qalınlaşmalar şəklində, ağciyərin xroniki obstruktiv xəstəliyi orta ağır gedişli, kəskinləşmə mərhələsi, əhəmiyyətli ventilyasiya pozğunluq ilə, xroniki respirator çatmamazlıq, XRÇ-ğı İİ dərəcə, essensial birincili hipertenziya, kəskin nəzərə çarpan hipertenziya, nevrasteniya, asteno-nevrotik sindrom. Yanaşı xəstəliklər: xroniki xolesistit, xroniki xolesistopankreatit” diaqnozlar xəstənin müalicə və müayinələri zamanı anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında qoyulmuşdur. Vətəndaş İddiaçı xx.xx.2023-cü il tarixdə X1 İnstitutuna əsas xəstəlik və ağırlaşmaları ilə əlaqədar göndərilərkən İnstitutda kliniki, anamnestik, ağciyərlərinin rentgenoqrafik və spiroqrafik müayinələri aparılaraq ona “Ağciyərin xroniki obstruktiv xəstəliyi, orta ağır gedişli, kəskinləşmə mərhələsi, qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu, Z98.8döş qəfəsinin sol yarısının və sağ plevra boşluğunu dəlib-keçən odlu silah yaralanmasına görə aparılmış cərrahi əməliyyatdan sonrakı vəziyyət, plevral qalınlaşmalar şəklində” diaqnozu müəyyən edilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

23. İnzibati Prosessual Məcəllə: Maddə 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

24. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1 -ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

25. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları; 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. (-). 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. (-). 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.

27. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

28. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli 2-1(116)-1388/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

29. İddiaçı tərəfindən qaldırılmış məcburetmə haqqında iddia (İPM-in 33.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

31. Cavabdeh orqanın apellyasiya şikayətini (xx.xx.2022-ci il tarixdə) diaqnozun əlillik əlaməti təyin etməməsi ilə əsaslandırmışdır.

32. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya qoyulan diaqnozun doğruluğunu müəyyən etmək məqsədilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4”nə həvalə edilmişdir. Sonuncunun xx.xx.2023-cü il tarixli 3685 nömrəli məktubuna əlavə olunmuş ekspert rəyində iddiaçıya qoyulmuş diaqnozun düzgünlüyü müəyyən edilmişdir.

33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”-nın 3-cü bəndində (orqanizmin funksiyalarının pozulması faizləri) anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz (3.1.1) olmaqla müəyyən edilmişdir.

34. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq iddiaçı barəsində müvafiq göndərişi tərtib etmiş səhiyyə müəssisəsi iddiaçıya qoyulmuş diaqnozun “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarının - 1.1.1, 1.1.1.3, 2.1.1, 3.6.1, 3.6.2-ci bəndlərində qeyd edilmiş xəstəliklərlə eynilik təşkil etdiyi bildirilmişdir.

35. Müəyyən edilmişdir ki, istinad olunan Meyarların 1.1.1.3-cü bəndində “ağır forma, davamlı residivləşən gedişat, daimi ağır təngnəfəsliklər, hiperkapniya, xroniki respirator hipoksemiya, xroniki respirator alkaloz, İİİ dərəcəli xroniki tənəffüs çatışmazlığı və ya İİB və İİİ dərəcəli xroniki ağciyər-ürək çatışmazlığı ilə” diaqnozu nəzərdə tutulmuşdur və orqanizmin funksiyalarının pozulma faizi müddətsiz, 85-100 % müəyyən edilmişdir.

36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-1388/2023 nömrəli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, “Məhkəmə-Tibbi Ekspertiza və X4” PHŞ-nin ekspert rəyi ilə də müəyyən edilmiş diaqnoza iddiaçının hazırkı sağlamlıq vəziyyəti ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”-nın 1.1.1.3-cü bəndinə uyğun olaraq orqanizmin funksiyalarının pozulmasının müəyyən edilməsi üçün əsas yaratdığından cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır.

37. İşin faktiki hallarına qeyd olunan normaların tələblərinin tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi işin faktiki hallarını tam araşdırmaqla iddianı təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

38. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRАRА АLDİ:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli 2-1(116)-1388/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar