Məhkəmə qərarları › İş №2-1(107)-124/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-124/2020

12.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-124/2020 12.03.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mübariz Rahil oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı və onun vəkili X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə Veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması” tələbinə dair inzibatiiş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 20N9-cu il tarixli 2-N(84)-N59N/20N9nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı xx.xx.N989-cu il tarixdən xx.xx.N99N-ci il tarixədək hərbi xidmətdə olmuşdur. O, Mingəçevir rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılaraq N nömrəli hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli 70 nömrəli əmrilə şəxsi heyətin siyahısına daxil edilmiş (atasının adı Qəmbər kimi yazılmışdır), hərbi hissə komandirinin iyun-iyul N994-cü il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının xidməti, habelə hərbi hissədən qanuni əsaslarla tərxis edilməsi barədə məlumat aşkar olunmamışdır. İddiaçıya məxsus hərbi biletdə sonuncunun Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətinə dair məlumat mövcud deyildir. N nömrəli hərbi hissə xx.xx.N992-ci il tarixdə yaradılmış, xx.xx.N993-cü il tarixdən xx.xx.N994-cü il tarixədək döyüş əməliyyatlarında iştirak etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və XN iddiaçının cinayət məsuliyyətinə cəlb edilməsi və məhkumluğu ilə bağlı məlumat yoxdur. İddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, onun müraciəti xx.xx.20N9-cu il tarixli məktubla cavablandırılaraq xx.xx.N992-ci il tarixdən sonrakı dövr üçün xidməti barədə məlumat olmadığına görə müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Bununla razılaşmayan, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, N992-ci ilin avqust ayında hərbi xidmətə çağırılaraq Bakı şəhərinin Badamdar qəsəbəsində yerləşən N nömrəli hərbi hissəyə göndərilmişdir. Orada üç ay təlim keçdikdən sonra Lənkəran şəhərinin Port İliç qəsəbəsində artilleriya işinin öyrənilməsi üçün göndərilmiş, 3 ay davam edən təlimdən sonra Cəbrayıl bölgəsinə getmişdir. N993-cü ilin yay aylarında N nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, oradan ailə vəziyyəti ilə əlaqədar ezamiyyətə evə gəlmiş və N994-cü ildə atəşkəs elan edildikdən sonra hərbi hissəyə qayıtmamışdır. Ona müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan əsassız olaraq imtina etmişdir. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan xx.xx.20N9-cu il tarixli NN/530N nömrəli məktubla iddia tələbinə etiraz etmiş və etirazını iddiaçının müraciətinin təmin edilməsindən imtinanın dəlilləri ilə əsaslandırmışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq birinci instansiya məhkəməsinin iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, xx.xx.20N9-cu il tarixli NN/530N nömrəli məktubla işə nümayəndəsinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: NZ seriyalı ******* nömrəli hərbi biletin surəti, Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X3 tərəfindən verilmiş tələbnamə, Müdafiə Nazirliyinin imtina məktubu, etirazı, xx.xx.20N9-cu il tarixli və xx.xx.20N9cu il tarixli məktubları və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilmişdir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim Rüfət Məcidov) xx xxxxxx 20N9-cu il tarixli 2-N(84)-N59N/20N9 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə Veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması” tələbinə dair iddiasının rədd edilməsiniqərara alınmışdır. İddiaçı apelyasiya şikayəti verərək Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 20N9-cu il tarixli 2-N(84)-N59N/20N9 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin həmin qərarı əsassız və qanunsuzdur, ləğv edilməlidir.Belə ki, məhkəmə tərəfindən işə baxılarkən və qərar qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmiş, iş hərtərəfli, tam və obyektiv araşdırılmamış, sübutlara düzgün qiymət verilməmiş, məhkəmə qanunu səhv təfsir etmiş və sonda mənim hüquq və mənafeyimin pozulması ilə nəticələnən qanunsuz və əsassız qərar qəbul edilmişdir.İşin faktiki və həqiqi halları ondan ibarətdir ki, mən N992-ci ilin avqust ayının 9-daMingəçevir şəhər Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılaraq Bakı şəhəri Badamdar qəsəbəsində yerləşən N №-li hərbi hissəyəhərbi xidmətə göndərilmişəm. Həmin hərbi hissəyə daxil olmağım N №-İi hərbi hissəkomandirinin xx.xx.N992-ci il tarixli 70 №-li əmri ilə rəsmiləşdirilmiş və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında mənim Mingəçevir şəhər hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağrılmağım qeydiyyata alınmışdır. Mən N №-li hərbi hissədə 3(üç) ay təlim keçdikdən sonra Lənkəran şəhərinin Port-İliç (indiki Liman) qəsəbəsində artilleriya işinin öyrənilməsi üçün təlimə göndərilmişəm və 3 aylıq təlimdən sonra Cəbrayıl bölgəsinə və daha sonra Qubadlı bölgəsinə göndərilmişəm.N №-li hərbi hissənin heyətində xidmət etdiyim müddətdə döyüş əməliyyatlarında iştirak etmişəm, həmin hərbi hissənin komandiri polkovnik A.Bağırovun bu hərbi hissədə hərbi xidmət keçməyim barədə təqdim etdiyi arayışlarvə bu arayışlar əsasında Mingəçevir şəhər Hərbi Komissarlığının “Mingəçevir şəhər Hərbi Komissarlığından AR Silahlı Qüvvələrinin tərkibinə hərbi toplanışa çağrılmağım və hazırda N №-li hərbi hissədə hərbi xidmətdə olmağım” barədə verdiyi arayışlar əsasında işlədiyim “Azərbaycan DRES”ə təqdim etməklə aylıq əmək haqqı almışam.N994-cü ilin aprelin axırlarında ailə vəziyyətimlə əlaqədar məzuniyyətə buraxılaraq evə gəlmişəm və N994-cü ilin mayın N2-də Azərbaycanla Ermənistan arasında atəşkəs haqqında saziş imzalandıqdan sonra hərbi hissəyə qayıtmışam.Hərbi hissəyə qayıtdıqdan sonra mənə məlumat verdilər ki, hərbi toplanışa çağrılmışlarhissə-hissə müəyyən müddət ərzində evə buraxılacaqlar.Bu minvalla N995-ci ilin fevral ayının axırları-mart ayının əvvəllərinə qədər N №-li hərbi hissədə hərbi xidmətimi davam etdirmişəm, yenidən qısa müddətli məzuniyyətə getmişəm. Məzuniyyətdən qayıtdıqdan sonra hərbi hissədə mənə bildirilmişdir ki, atəşkəs sazişi ilə əlaqədar hərbi toplanışa çağırılanlar evə buraxılıblar və mən də evə qayıtmışam. Yenidən nə N №-li hərbi hissənin komandanlığı, nə məni toplanışa çağırmış nə də hərbi komissarlıq tərəfindən hərbi xidmət yerinə getməyim tələb olunmayıb.Lakin, hansı səbəbdən hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılmağım barədə müvafiq qeydiyyatın aparılmamasından, eləcə də N №-li hərbi hissə komandirinin iyun- iyul N994-cü il tarixli nizami hissə üzrə əmrlərində mənim xidmətim barədə qeydin olmamasından məlumatsızam.Halbuki, N №-li hərbi hissənin komandiri polkovnik A.Bağırovun imzaladığı və mənə təqdim olunduğuxx.xx.N993-cü il tarixli N999 №-li,xx.xx.N993-cü il tarixli 2N39 Ns- li,xx.xx.N994-cü il tarixli N650 №-li,xx.xx.N994-cü il tarixli N999 №-li,xx.xx.N994-cü il tarixli 2203 nömrəli,xx.xx.N994-cü il tarixli 2N39 №li,xx.xx.N995-ci il tarixli N999 №-ligerb möhürlü arayışlarla təsdiq olunur ki, mən həqiqətən həmin müddətlərdə N №-li hərbi hissədə hərbi xidmətdəyəm.Eləcə də, Mingəçevir şəhər Hərbi Komissarı polkovnik-leytenant F.Hümbətovun imzaladığı və işlədiyim “Azərbaycan DRES”-ə təqdim etmək üçün mənə verilmiş xx.xx.N993-cü il tarixli 2036 M-li(əsas:N №-li h/h-nin xx.xx.N993-cü il tarixli 2N39 №-li arayışı),xx.xx.N994-cü il tarixli(əsas:N №-li h/hnin xx.xx.N994-cü il tarixli arayışı), xx.xx.N994-cü iltarixli892 №-li(əsas:N №-li h/h-nin xx.xx.N994-cü il tarixli N650 №-li arayışı).Arayışları ilə də təsdiq olunur ki, mən həmin müddətlərdə N №-li hərbi hissədə hərbi xidmətdə olmuşam. Bu arayışlar əsasında iş yerindən mənə əmək haqqları hesablanıb verilmişdir.Qeyd etmək istəyirəm ki, hərbi xidmətdə olduğum N №-li hərbi hissə döyüş əməliyyatlarında iştirak etmiş hərbi hissədir.Mən həmin hərbi hissəni və ya xidmət yerimi özbaşına tərk etməmişəm, fərariliyə və ya digər hərbi cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməmişəm və məhkum olunmamışam.Ona görə də Şəkiİnzibati-İqtisadi Məhkəməsinin 2-N(84)-N59N/20N9 saylı xx xxxxxx 20N9-cu il tarixli qərarının tamamilə ləğv edilməsi və iddia tələbinintəmin edilməsibarədəyeni qərarqəbul etməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 20N9-cu il tarixli 2-N(84)- N59N/20N9nömrəli qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili X4 apelyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 20N9-cu il tarixli 2- N(84)-N59N/20N9nömrəli qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi İddiaçının apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.N-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 20N9-cu il tarixli 2-N(84)-N59N/20N9 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin qeyd hissəsində deyilir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin N-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın Ndən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçı Mingəçevir rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılaraq N nömrəli hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli 70 nömrəli əmrilə şəxsi heyətin siyahısına daxil edilmiş (atasının adı Qəmbər kimi yazılmışdır), hərbi hissə komandirinin iyun-iyul N994-cü il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının xidməti, habelə hərbi hissədən qanuni əsaslarla tərxis edilməsi barədə məlumat aşkar olunmamışdır. Bundan başqa iddiaçı birinci instansiya məhkəməsinin məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, o, təlimdən sonra Cəbrayıl bölgəsinə getmiş və N993-cü ilin yay aylarında N nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etmişdir. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, N nömrəli hərbi hissə xx.xx.N992-ci il tarixdə yaradılmış, xx.xx.N993-cü il tarixdən xx.xx.N994-cü il tarixədək döyüş əməliyyatlarında iştirak etmişdir ki, iddiaçı N993-cü ilin yay aylarında N nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak edə bilməzdi və onun izahatında bildirdikləri həqiqəti əks etdirmir. Məhkəmə kollegiyası iddiaçı tərəfin təqdim etdiyi N saylı hərbi hissənin xx xxxxxx N994-cü il tarixli, Mingəçevir şəhər hərbi komissarlığının xx xxxxxx N994-cü il, xx xxxx N994-cü il tarixli arayışlarına və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafisi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiaysının xx xxxxxx 2020-ci il tarixli məlumatına qiymət verərək qeyd edir ki, həmin arayışlarda İddiaçı həmin tarixlərdə N saylı hərbi hissədə xidmət etməsi göstərilsə də onun həmin müddətlərdə N saylı hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirakını, xəsarət almasını, ona görə də ona əlillik dərəcəsinin müəyyən edilməsini və hərbi xidməti başa vuraraq tərxis olunmasını təsdiq edən sübutlar mövcud olmamışdır. Birinci instansiya məhkəməsinin məhkəmə araşdırmasından məlum olmuşdur ki, iddiaçı hərbi xidmət əleyhinə cinayət törətməmiş, cinayət məsuliyyətinə cəlb olunmamışdır. Lakin onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində aparılan döyüş əməliyyatlarında iştirak etməsi, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak etməsi və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) alması təsdiqini tapmamışdır. İddiaçıya məxsus hərbi biletdəki məlumatlar inzibati orqan tərəfindən mübahislənədirilimir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun N9.N-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 24.N-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.N.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Həmin məcəllənin 34.N-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə kollegiyası istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasını təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının apelyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.N və 94.N-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 20N9-cu il tarixli 2-N(84)-N59N/20N9 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən N ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vəzirxan Məlikov Hаkimlər: Mübariz Hüseynov Rövşən Rəfiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar