Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-124/2023 03.05.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “mülkiyyətində olan daşınmaz əmlaklar üzərindəki məhdudiyyətlərin götürülməsinin, həmin ünvanlar üzrə “daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair” arayışın əmlakın real hüquqi vəziyyətinə uyğun olaraq verilməsinin təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli 2-1(116)-1206/2022 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, “16 aprel 2008-ci il tarixdə verilmiş reyestr nömrəsi **********86 olan çıxarış üzrə Şəki şəhəri 124-cü kvartalda yerləşən 0,06 hektar torpaq sahəsinin, 16 aprel 2008-ci il tarixdə verilmiş reyestr nömrəsi **********85 olan çıxarış üzrə Şəki şəhəri 124-cü kvartalda yerləşən 0,06 hektar torpaq sahəsinin, 16 aprel 2008-ci il tarixdə verilmiş reyestr nömrəsi **********19 olan çıxarış üzrə Şəki şəhəri 124-cü kvartalda yerləşən 0,06 hektar torpaq sahəsinin, 16 aprel 2008-ci il tarixdə verilmiş reyestr nömrəsi **********13 olan çıxarış üzrə Şəki şəhəri 124-cü kvartalda yerləşən 0,6 hektar torpaq sahəsinin, 15 sentyabr 2008-ci il tarixdə verilmiş reyestr nömrəsi **********00-05101-08303 olan çıxarış üzrə Şəki şəhəri M.F.Axundov küçəsindəki 6 nömrəli binanın 3-cü girişinin 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin, 30 yanvar 2014-cü il tarixdə verilmiş reyestr nömrəsi **********67-05101-093015 olan çıxarış üzrə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin üzərindəki məhdudiyyətlərin götürülməsinin, həmin ünvanlar üzrə “daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair” arayışın əmlakın real hüquqi vəziyyətinə uyğun olaraq verilməsinin təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - iddiaçının əri X1 və digər şəxslərin barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ********* nömrəli cinayət işinin istintaqı aparılmışdır. Aparılmış istintaq araşdırması nəticəsində bir çox şəxslərin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham aktı tərtib edilərək baxılması üçün müvafiq məhkəməyə göndərilmişdir. Lakin, əri X4 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin hər hansı bir maddəsinin pozulmadığı, yəni cinayət törətmədiyi müəyyən edildiyindən, əri X4 ilə bağlı hissədə araşdırmaya xitam verilmişdir.
3. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ********* nömrəli cinayət işinin istintaqı zamanı onun ölkədən çıxışına məhdudiyyət qoyulmuş, həmçinin, mülkiyyətində olan 16 aprel 2008-ci il tarixdə verilmiş reyestr nömrəsi **********86 olan çıxarış üzrə Şəki şəhəri 124-cü kvartalda yerləşən 0,06 hektar torpaq sahəsinin, 16 aprel 2008-ci il tarixdə verilmiş reyestr nömrəsi **********85 olan çıxarış üzrə Şəki şəhəri 124-cü kvartalda yerləşən 0,06 hektar torpaq sahəsinin, 16 aprel 2008-ci il tarixdə verilmiş reyestr nömrəsi **********19 olan çıxarış üzrə Şəki şəhəri 124-cü kvartalda yerləşən 0,06 hektar torpaq sahəsinin, 16 aprel 2008-ci il tarixdə verilmiş reyestr nömrəsi **********13 olan çıxarış üzrə Şəki şəhəri 124-cü kvartalda yerləşən 0,06 hektar torpaq sahəsinin, 15 sentyabr 2008-ci il tarixdə verilmiş reyestr nömrəsi **********00-05101- 08303 olan çıxarış üzrə Şəki şəhəri M.F.Axundov küçəsindəki 6 nömrəli binanın 3-cü girişinin 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin, 30 yanvar 2014-cü il tarixdə verilmiş reyestr nömrəsi **********67-**********5 olan çıxarış üzrə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin üzərinə əsassız olaraq həbs qoyulmuşdur. Artıq uzun müddətdir ki, mülkiyyətində olan əmlakla bağlı sərəncam vermək hüquqları məhdudlaşdırılmışdır. Bununla da onun Azərbaycan Respublikası Konstitusiyası ilə müəyyən edilmiş mülkiyyət hüquqları pozulmuş və hüquqlarının pozulması davam etməkdədir.
4. Həmçinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsində bununla bağlı hər hansı bir rəsmi qərar mövcud deyildir. İddiaçı onun mülkiyyətində olan və yuxarıda adlarını sadaladığı əmlakları üzərindəki məhdudiyyətlərin götürülməsinin, həmin ünvanlar üzrə “daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair” arayışın əmlakın real hüquqi vəziyyətinə uyğun olaraq verilməsinin təmin edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyetr Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə müraciət etsə də, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyetr Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi əsassız olaraq və qanunun tələblərinə əsasən əsaslı bir səbəb göstərmədən onun həmin tələbindən imtina edilmişdir.
5. Cavadehin xx.xx.2022-ci il tarixli iddia tələbinə etirazından görünür ki, İddiaçı 16 aprel 2008-ci il tarixdə verilmiş **********85 reyestr nömrəli çıxarış üzrə Şəki şəhəri, 124-cü kvartalda yerləşən 0.06 ha torpaq sahəsinin, 16 aprel 2008-ci il tarixdə verilmiş **********19 reyestr nömrəli çıxarış üzrə Şəki şəhəri, 124-cü kvartalda yerləşən 0.06 ha torpaq sahəsinin, 16 aprel 2008-ci il tarixdə verilmiş **********13 reyestr nömrəli çıxarış üzrə Şəki şəhəri, 124-cü kvartalda yerləşən 0.06 ha torpaq sahəsinin, 15 sentyabr 2008-ci il tarixdə verilmiş **********67 **********5 reyestr nömrəli çıxarış üzrə Şəki şəhəri, M.F.Axundov küçəsində, 6 nömrəli binanın 3-cü girişinin 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış binasının və 30 yanvar 2014-cü il tarixdə verilmiş **********67-05101-093015 reyestr nömrəli çıxarış üzrə ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin üzərinə qoyulmuş həbsin götürülməsi məqsədilə xx.xx.2019-cu il tarixli, ********** nömrəli ərizə ilə ərazi idarəsinə müraciət ünvanlamışdır.
6. İddiaçı adına olan sözügedən əmlakların üzərinə 07 may 2015-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2015-ci il tarixli, 1/99m saylı məktubu əsasında müvəqqəti nəzarət qoyulmuşdur.
7. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.
8. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
9. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 31 oktyabr 2022-ci il tarixli 2- 1(116)-1206/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.
10. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsi həmin qərardan apellyasiya şikayəti vermişdir.
11. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi iş üzrə inzibаti məhkəmə icrааtınа üçüncü şəxs qismində zəruri cəlb edilmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
12. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının adına olan xx.xx.2008-ci il tarixdə reyestr nömrəsi **********86 olan çıxarış üzrə Şəki şəhəri, 124-cü kvartalda yerləşən 0.06 ha torpaq sahəsinin, xx.xx.2008-ci il tarixdə verilmiş reyestr nömrəsi **********85 olan çıxarış üzrə Şəki şəhəri, 124-cü kvartalda yerləşən 0.06 ha torpaq sahəsinin, xx.xx.2008-ci il tarixdə verilmiş reyestr nömrəsi **********19 olan çıxarış üzrə Şəki şəhəri 124-cü kvartal ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin, xx.xx.2008ci il tarixdə verilmiş reyestr nömrəsi **********13 olan çıxarış üzrə Şəki şəhəri, 124-cü kvartalda yerləşən 0.06 ha torpaq sahəsinin, xx.xx.2008-ci il tarixdə verilmiş reyestr nömrəsi **********00-05101-08303 olan çıxarış üzrə Şəki şəhəri, X9 küçəsindəki 6 nömrəli binanın 3-cü girişinin 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin, 30 yanvar 2014cü il tarixdə verilmiş reyestr nömrəsi **********67-05101-093015 olan çıxarış üzrə ünvan 3 ünvanında yerləşən mənzilin üzərinə xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2015-ci il tarixli 1/99m saylı məktubu əsasında müvəqqəti nəzarət qoyulmuşdur. Göründüyü kimi həmin müvəqqəti nəzarət Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2015-ci il tarixli 1/99m saylı məktubu əsasında qoyulmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi 3-cü şəxs qismində məhkəmə prosesinə cəlb edilməli və həmin məktub barəsində mövqeyi öyrənilməlidir. Ona görə də Şəki İnzibati Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli 2-1(116)-1206/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 oğlu apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli 2-1(116)-1206/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi.
14. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli 2- 1(116)-1206/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
15. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi nümayəndəsinin iştirakını təmin etməmişdir.
16. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).
17. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, cavabdeh orqan iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina etmişdir. - Seriya MH ******* nömrəli (300801981 qeydiyyat nömrəli) DƏDR-dən çıxarışdan görünür ki, Şəki şəhəri 124-cü kvartalda 0.06 ha torpaq sahəsində yerləşən həyətyanı torpaq sahəsi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş AA-000572 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Şəki şəhəri 124-cü kvartalda yerləşən fərdi yaşayış evininin hüquq sahibi İddiaçı adına tərtib edilmişdir. - Seriya MH ******* nömrəli (300801978 qeydiyyat nömrəli) DƏDR-dən çıxarışdan görünür ki, Şəki şəhəri 124-cü kvartalda 0.06 ha torpaq sahəsində yerləşən həyətyanı torpaq sahəsi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş AA 000567 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Şəki şəhəri 124-cü kvartalda yerləşən fərdi yaşayış evininin hüquq sahibi İddiaçı adına tərtib edilmişdir. - Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş AA 000576 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Şəki şəhəri 124-cü kvartalda yerləşən fərdi yaşayış evininin hüquq sahibi İddiaçı adına tərtib edilmişdir. - Seriya MH ******* nömrəli (********** qeydiyyat nömrəli) DƏDR-dən çıxarışdan görünür ki, Şəki şəhəri 124-cü kvartalda 0.06 ha torpaq sahəsində yerləşən həyətyanı torpaq sahəsi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Seriya MH ******* nömrəli (**********13 qeydiyyat nömrəli) DƏDR-dən çıxarışdan görünür ki, Şəki şəhəri 124-cü kvartalda 0.06 ha torpaq sahəsində yerləşən həyətyanı torpaq sahəsi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş AA 000571 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Şəki şəhəri 124-cü kvartalda yerləşən fərdi yaşayış evininin hüquq sahibi İddiaçı adına tərtib edilmişdir. - Seriya MH ******* nömrəli (********** qeydiyyat nömrəli) DƏDR-dən çıxarışdan görünür ki, Şəki şəhəri X9 prospektində istifadədə olan 0.0775 ha torpaq sahəsində yerləşən 6 nömrəli binanın 3-cü girişinin 1-ci mərtəbəsində 69.95 kv.m ümumi, 42.52 kv.m əsas, 27.43 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə X2 adına qeydiyyata alınmışdır. - Seriya RX ******* nömrəli (301400440 qeydiyyat nömrəli) DƏDR-dən çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən mənzil İddiaçı adına qeydiyyata alınmışdır. - **********00-05101-083003 reyestr nömrəli daşınmaz əmlakın texniki pasportundan görünür ki, Şəki şəhəri, X9 prospekti, 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı adına qeydiyyata alınmışdır. - 404011-003867-05301-093015 reyestr nömrəli daşınmaz əmlakın texniki pasportundan görünür ki, Şəki şəhəri, Heydər Əliyev prospekti, bina-61A, giriş-1, mərtəbə2, mənzil-3 ünvanında yerləşən mənzil İddiaçı adına qeydiyyata alınmışdır. - Daxili İşlər Nazirliyinin Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinə ünvanlanan xx.xx.2016-cı il tarixli məktubundan görünür ki, Azərbaycan Beynəlxalq Bankının müraciəti əsasında istintaq edilən cinayət işi üzrə xx.xx.2015-ci il tarixli, 1/99m və digər məxfi qrifli məktublarala bir sıra hüquqi və fiziki şəxslərin mülkiyyətlərində olan daşınmaz əmlakların özgəninkiləşdirilməsinin dayandırılması xahiş olunmuşdur. Qeyd olunan məktubların məzmunun məxfi olmasına zərurət aradan qalxdığından müvafiq qrifin ləğv olunmasına və qeyri-məxfi sənəd dövriyyəsi qaydalarının həmin sənədlərə şamil edilməsinə dair göstəriş verilməsini xahiş edilmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətindəinzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 138.1-ci maddəsinə əsasən əşyanın yüklülüyü - qanun və ya əqd əsasında əşyaya mülkiyyət hüququnun hər hansı formada məhdudlaşdırılmasıdır.
20. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2007-ci il tarixli 05-Q nömrəli Qərarı ilə təsdiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2007-ci il tarixli 3297 nömrəli Qərarla dövlət qeydiyyatına alınmış “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi haqqında” Təlimatın: 1.1-ci bəndinə əsasən bu Təlimat «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununa, «Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə uyğun olaraq hazırlanmışdır və daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi qaydalarını tənzimləyir. 1.2-ci bəndinə əsasən bu Təlimatda müəyyən olunmuş qaydada Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə və qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir. 2.1- ci bəndinə əsasən reyestrdən arayışı əldə etmək üçün hüquq sahibi Xidmətin Ərazi İdarələrinin rayon şöbələrinə ərizə ilə müraciət etməlidir. Hüquq sahibi fiziki şəxs olduqda ərizəyə şəxsiyyətini təsdiq edən sənədi, hüquqi şəxs olduqda isə onun dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surətini və nümayəndəsinin səlahiyyətini təsdiq edən sənədi əlavə etməlidir... 3.1.3-cü bəndinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış daşınmaz əmlak (onun tərkibi, bir hissəsi, ondakı paylardan biri və ya bir neçəsi) üzərində hüquqların məhdudlaşdırılması (yüklülük) (həbs, qadağa, ipoteka, icarə, istifadə (o cümlədən, yaşayış binasının tərkib hissəsindən istifadə), servitut və s.) olduqda arayışda məhdudlaşdırılma (yüklülük) və buna əsas olan sənədlər haqqında məlumat (hüququ məhdudlaşdırılan şəxs, onun payı, məhdudlaşdırılmanın tarixi və növü, yüklü olan hissə, pay və ya paylar, yüklü edən şəxs, yüklülüyün müddəti, yüklülüyün qeydə alınma tarixi və s.) qeyd edilir. Qanunvericilikdə əşyanın yüklülüyü dedikdə qanun və ya əqd əsasında əşyaya mülkiyyət hüququnun hər hansı formada məhdudlaşdırılması nəzərdə tutulur. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılması (yüklülük) (həbs, qadağa, ipoteka, icarə, istifadə (o cümlədən, yaşayış binasının tərkib hissəsindən istifadə), servitut və s.) olduqda arayışda məhdudlaşdırılma (yüklülük) və buna əsas olan sənədlər haqqında məlumat (hüququ məhdudlaşdırılan şəxs, onun payı, məhdudlaşdırılmanın tarixi və növü, yüklü olan hissə, pay və ya paylar, yüklü edən şəxs, yüklülüyün müddəti, yüklülüyün qeydə alınma tarixi və s.) qeyd edilir
21. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
22. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.
23. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
24. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
25. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
27. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən edildi ki, Seriya MH ******* nömrəli (300801981 qeydiyyat nömrəli) DƏDR-dən çıxarışdan görünür ki, Şəki şəhəri 124-cü kvartalda 0.06 ha torpaq sahəsində yerləşən həyətyanı torpaq sahəsi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Seriya MH ******* nömrəli (300801978 qeydiyyat nömrəli) DƏDRdən çıxarışdan görünür ki, Şəki şəhəri 124-cü kvartalda 0.06 ha torpaq sahəsində yerləşən həyətyanı torpaq sahəsi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Seriya MH ******* nömrəli (********** qeydiyyat nömrəli) DƏDR-dən çıxarışdan görünür ki, Şəki şəhəri 124-cü kvartalda 0.06 ha torpaq sahəsində yerləşən həyətyanı torpaq sahəsi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Seriya MH ******* nömrəli (**********13 qeydiyyat nömrəli) DƏDR-dən çıxarışdan görünür ki, Şəki şəhəri 124-cü kvartalda 0.06 ha torpaq sahəsində yerləşən həyətyanı torpaq sahəsi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Seriya MH ******* nömrəli (********** qeydiyyat nömrəli) DƏDR-dən çıxarışdan görünür ki, Şəki şəhəri X9 prospektində istifadədə olan 0.0775 ha torpaq sahəsində yerləşən 6 nömrəli binanın 3cü girişinin 1-ci mərtəbəsində 69.95 kv.m ümumi, 42.52 kv.m əsas, 27.43 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə X2 adına qeydiyyata alınmışdır. Seriya RX ******* nömrəli (301400440 qeydiyyat nömrəli) DƏDR-dən çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən mənzil İddiaçı adına qeydiyyata alınmışdır. **********00-05101-083003 reyestr nömrəli daşınmaz əmlakın texniki pasportundan görünür ki, Şəki şəhəri, X9 prospekti, 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı adına qeydiyyata alınmışdır. 404011-003867-05301-093015 reyestr nömrəli daşınmaz əmlakın texniki pasportundan görünür ki, Şəki şəhəri, Heydər Əliyev prospekti, bina-61A, giriş-1, mərtəbə-2, mənzil-3 ünvanında yerləşən mənzil İddiaçı adına qeydiyyata alınmışdır. Daxili İşlər Nazirliyinin Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinə ünvanlanan xx.xx.2016-cı il tarixli məktubundan görünür ki, Azərbaycan Beynəlxalq Bankının müraciəti əsasında istintaq edilən cinayət işi üzrə xx.xx.2015-ci il tarixli, 1/99m və digər məxfi qrifli məktublarala bir sıra hüquqi və fiziki şəxslərin mülkiyyətlərində olan daşınmaz əmlakların özgəninkiləşdirilməsinin dayandırılması xahiş olunmuşdur. Qeyd olunan məktubların məzmunun məxfi olmasına zərurət aradan qalxdığından müvafiq qrifin ləğv olunmasına və qeyri-məxfi sənəd dövriyyəsi qaydalarının həmin sənədlərə şamil edilməsinə dair göstəriş verilməsini xahiş edilmişdir.iddiaçıya məxsus, tələbdə qeyd edilmiş daşınmaz əmlaklar üzərində hər hansı məhdudiyyət və yüklülük olmamış, həmin əmlaklar üzərinə həbs qoyulmamışdır.
28. Cavabdehin apellyasiya şikayətinin əsasını iddiaçının adına olan xx.xx.2008-ci il tarixdə reyestr nömrəsi **********86 olan çıxarış üzrə Şəki şəhəri, 124-cü kvartalda yerləşən 0.06 ha torpaq sahəsinin, xx.xx.2008-ci il tarixdə verilmiş reyestr nömrəsi **********85 olan çıxarış üzrə Şəki şəhəri, 124-cü kvartalda yerləşən 0.06 ha torpaq sahəsinin, xx.xx.2008-ci il tarixdə verilmiş reyestr nömrəsi **********19 olan çıxarış üzrə Şəki şəhəri 124-cü kvartal ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin, xx.xx.2008-ci il tarixdə verilmiş reyestr nömrəsi **********13 olan çıxarış üzrə Şəki şəhəri, 124-cü kvartalda yerləşən 0.06 ha torpaq sahəsinin, xx.xx.2008-ci il tarixdə verilmiş reyestr nömrəsi **********00-05101-08303 olan çıxarış üzrə Şəki şəhəri, X9 küçəsindəki 6 nömrəli binanın 3-cü girişinin 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin, 30 yanvar 2014-cü il tarixdə verilmiş reyestr nömrəsi **********67-05101-093015 olan çıxarış üzrə ünvan 3 ünvanında yerləşən mənzilin üzərinə xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2015-ci il tarixli 1/99m saylı məktubu əsasında müvəqqəti nəzarətin qoyulması və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 3-cü şəxs qismində məhkəmə prosesinə cəlb edilməli olması və həmin məktub barəsində mövqeyinin öyrənilməli olması təşkil edir.
29. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, kollegiya tərəfindən aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, cavabdeh inzibati orqan iddiaçıya məxsus daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasının (yüklülük) (həbs, qadağa, ipoteka, icarə, istifadə (o cümlədən, yaşayış binasının tərkib hissəsindən istifadə), servitut və s.) qanun və ya əqd əsasında mövcud olması barədə nə birinci instansiya məhkəməsinə nə də apellyasiya instansiyası məhkəməsinə hər hansı sübut təqdim etmiş və bu halı sübut edə bilməmişdir (cavabdeh inzibati orqan bunun əksini təkzib edən sübutları məhkəməyə təqdim edə bilməmişdir). Təqdim edilən yeganə məhdudlaşma əsası isə yuxarıda qeyd edilən, qanuna və əqdə əsaslanmayan Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2015-ci il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsinə ünvanlanan 1/99m №-li məktub olmuşdur.
30. Bundan başqa məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi iş üzrə inzibаti məhkəmə icrааtınа üçüncü şəxs qismində zəruri cəlb edilmişdir.
31. Məhkəmə kollegiyasının qənaətinə görə iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinası əsassız olmuşdur, iddianın təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla və iddiaçının hüquqlarını pozmuşdur.
32. Beləliklə, məhkəmə kollegiyаsı yuxarıda sadalanan maddi hüquq normalarını müqayisəli təhlil edərək belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.
33. Qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, mülkiyyətində olan daşınmaz əmlaklar üzərindəki məhdudiyyətlərin götürülməsinin, həmin ünvanlar üzrə “daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair” arayışın əmlakın real hüquqi vəziyyətinə uyğun olaraq verilməməsinə dair cavabdehin hərəkətləri qanunauyğun olmadığından, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.
34. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:
Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli 2-1(116)-1206/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.