Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-124/2025 31.01.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), X9 və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2018-ci il tarixdən İİ qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 18 oktyabr 2024-cü il tarixli 2-1(116)-353/2024 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “xx.xx.2018-ci il tarixdən ona İİ qrup əlilliyə əmək pensiyasının təyin edilərək xx.xx.2018-ci il tarixdən hesablanması və əvvəlki təyin edilmiş müavinət məbləği ilə, təyin ediləcək əlilliyə görə əmək pensiyası məbləğinin arasında yaranacaq fərqin, xx.xx.2018-ci il tarixdən hesablanmaqla, birdəfəlik olaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-8500/2023 nömrəli qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir.
3. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia tələbini dəqiqləşdirərək, “xx.xx.2018-ci il tarixdən İİ qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
5. İddiaçı tələb hüququnu aşağıdakı kimi əsaslandırmışdır: - o, xx.xx.2016-cı il tarixdə Şəkidə beyindaxili qansızma ilə (insuit) koma vəziyyətinə düşmüş, təcili yardımla Bakı şəhəri, X5 göndərilmiş və xx.xx.2016-cı il tarixdə, “Hemorragik gedişatlı kəskin beyin qan dövranı pozulması, spontan baraxnoidal, mədəcikdaxili qansızma, Baş-beyin AcoA-da kisəli anevrizma” diaqnozu ilə “MediStyle” klinikasında, qapalı (endovaskuiyar) beyin əməliyyatı keçirmişdir.
6. Həmin klinikada xx.xx.2017-ci il tarixinə qədər, əməliyyatdan sonrakı bərpa müddətini keçmiş, sonrakı müalicəsini Şəki rayon X2 şöbəsində davam etdirmişdir və ambulator müalicələri bu günkü günə qədər də davam edir.
7. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Şəkidəki Tibbi-Sosial Ekspert komissiyasına sənədlərini təqdim etdikdən sonra, ona xx.xx.2018-ci il tarixində İİ qrup (əmək qabiliyyətsiz), əlillik təyin edilmiş və həmin məlumat, rəsmi şəkildə ona, xx.xx.2019cu il tarixində təqdim edilmişdir.
8. Əlillik arayışını aldığı gün Dövlət Sosial Müdafiə Fondunun 2 saylı X1 təqdim etmişdir.
9. Həmin filialda əmək fəaliyyəti barəsində heç nə soruşmamış və sonrakı aydan əlilliklə bağlı minimum müavinət təyin edilmişdir. Halbuki, filialda onun əmək fəaliyyəti ilə bağlı məlumat toplanılmalı və əlilliyə görə əmək pensiyası təyin edilməli idi.
10. Məsələnin həlli ilə bağlı xx.xx.2023-cü il tarixində rəsmi olaraq DSMF-in 2 saylı Şəki-Zaqatala RF-na ünvanladığı müraciətə, DSMF-in Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialı tərəfindən, 3-17-1/2-Ə-20029/2023 saylı, xx.xx.2023- cu il tarixli Qərarı ilə imtina cavabı verilmişdir.
11. Mövcud sənədlər üzrə onun əmək stajı aşağıdakı kimidir: xx.xx.1978-xx.xx.1982 əyani təhsil - texnikum (kollec) xx.xx.1982-xx.xx.1984 hərbi xidmət xx.xx.1984 - xx.xx.1985 avtokalon xx.xx.1985-xx.xx.1988 Sənaye-tikinti kombinatı xx.xx.1988-xx.xx.1989 Sənaye-tikinti kombinatı xx.xx.1989 -xx.xx.1990 Korlar Cəmiyyəti xx.xx.1992 - xx.xx.1995-"xxxx" MKM xx.xx.1993 – xx.xx.1995 "xxxx" cəmi: 17 il , 02 ay, 12 gün.
12. O, ali təhsilini qiyabi formada bitirmiş və 2008-2010-cu illər intervalında fərdi əməklə məşğul olmaqla, həm də pensiya fonduna qanunauyğun ödənişlər etmişdir. Buna görə də cavabdeh orqanın imtina cavabı ilə razılaşmamışdır.
13. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - “Əlilliyi olan şəxslərin hüquqları haqqında” xx.xx.2018-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması hesab edilir. Sözügedən Qanunun 3.1-ci maddəsinə əsasən, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti TSEK tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. 3.3-cü maddəsinə əsasən, şəxs TSEK tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin 1.6-cı bəndinə əsasən, TSEK tərəfindən ümumi xəstəlik, əmək zədəsi, peşə xəstəliyi, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar, 1990-cı ilin yanvar hadisələri ilə əlaqədar hərbi xidmət dövrü ilə əlaqədar, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar keçmiş SSRİ-nin müdafiəsi ilə əlaqədar, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbləri müəyyən edilir.
15. İşin faktiki hallarından məlum olur ki,
1. İddiaçı AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinə əsasən xx.xx.1963-cü il tarixdə doğulmuşdur;
2. İddiaçı xx.xx.2018-ci il tarixdə İİ qrup əlillik təyin edilmiş və sosial müavinətlə təmin edilmişdir.
16. Bildirilir ki, İddiaçı təqdim etdiyi sənədlərə əsasən əmək fəliyyət dövrü, o cümlədən xx.xx.1978-ci il tarixdən xx.xx.1982-ci il tarixədək təhsil aldığı illər, xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək hərbi xidmətdə olduğu müddətdə nəzərə alınmaqla sığorta stajı 14 il 10 ay təşkil edir.
17. “Əmək pensiyaları haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır.
18. İddiaçı təqdim etdiyi arayışlardan da göründüyü kimi, xx.xx.1992-ci il tarixdən 01,03.1995-ci il tarixədək Şəki "xxxx" müstəqil kiçik müəssisəsində işlədiyi dövrlə xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək Şəki "xxxx" MMC-də işlədiyi dövrlər üstüstə düşür.
19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir.
20. İddiaçı təqdim etdiyi sənədlərə əsasən əmək fəaliyyəti dövrü, o cümlədən, xx.xx.1978-ci il tarixdən xx.xx.1982-ci il tarixədək təhsil aldığı illər, xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla sığorta stajı 14 il 10 ay olmaqla qanunvericiliklə tələb olunan müddət (14 il 8 aydan) çox olmasına baxmayaraq, fərdi hesabınn sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006cı il tarixədək 14 il 4 ay sığorta stajına uyğun 11.692.65 manat, xx.xx.2008-ci il tarixdən xx.xx.2009-cu il tarixədək 301,50 manat (6 ay sığorta stajına uyğun) olmaqla, ümumilikdə 11,994,15 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 30.412,80 manat pensiya kapitalından (59 yaşına uyğun olaraq) azdır və minimum pensiya təminatına (240 manat) imkan vermir.
21. Qeyd edilən normanın məzmunundan göründüyü kimi İİİ qrup əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyasının təyin olunması üçün (10 mart 2017-ci il tarixindən etibarən bu tarixdə maddəyə dəyişiklik edilərək yeni redaksiyada verilib) 2 şərtə uyğun gəlməsi tələb olunur: 1) 5 ildən az olmamaq şərtilə və əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda, 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə.
22. İddiaçı təqdim etdiyi sənədlərə əsasən əmək fəaliyyəti dövrü, o cümlədən, xx.xx.1978-ci il tarixdən xx.xx.1982-ci il tarixədək təhsil aldığı illər, xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla sığorta stajı 14 il 10 ay olmaqla qanunvericiliklə tələb olunan müddət 14 il 8 aydan çoxdur.
23. İşin mübahisələndirilən halı bundan ibarətdir ki, İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı (11,994,15 manat) tələb olunan pensiya kapitalından (30.412,80 manatdan) az olduğu üçün əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir.
24. Belə ki , “Əmək pensiyaları haqqında” Qanunun 13.2-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 200-ə olan nisbəti şəklində müəyyənləşdirilir.
25. Qanunun 13.3-cü maddəsinə əsasən, əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir:
1. SH=PSK/(TxK), burada:
2. SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir;
3. PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixədək qeydə alınmış pensiya kapitalıdır (Qanunun 27maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla);
4. T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır; 5. K - sığorta davamiyyəti əmsalıdır.
26. İddiaçı müraciət etdiyi tarixə müvafiq olaraq hüquqi əsaslandırma Qanunun 13.3-cü maddəsinin tələblərinə müvafiq olaraq İddiaçı münasibətdə tələb olunan aylıq pensiya ödənişi məbləği aşağıdakı kimidir:
1. 59 il (yaş) - 15 il (əmək qabiliyyəti olmadığı yaş dövrü) = 44 il (əmək qabiliyyətli yaş dövrü)
2. 44 il x 4 ay (əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün) = 176 ay
3. Tələb olunan sığorta stajı 200-ə bölünməklə sığorta davamiyyəti əmsalı tapılır: 176/200= 0.88
4. Sığortaolunanın sığorta davamiyyəti əmsalı gözlənilən pensiya ödənişi müddəti aylarının sayına vurulur: 0, 88x144=126.72
5. Pensiya sığorta kapitalı (PSK=11994,15) alınmış rəqəmə bölünərək (11.994,15: 126,72 = 94,650 (95) manat) pensiyanın məbləği 95 manat məbləğində müəyyən edilir. Göründüyü kimi iddiaçıya təyin olunan aylıq pensiya ödənişi 95 manatdır ki, bu da “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən əmək pensiyasının minimum məbləğindən (280) aşağıdır.
27. Odur ki iddiaçıya orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs kimi əlilliyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.
28. Cavabdeh orqan etirazının “əlilliyin təyin edildiyi tarixə müvafiq olaraq hüququ əsaslandırma” hissəsində texniki səhvlər olduğu əsas gətirərək xx.xx.2024-cü il tarixli məktub göndərmiş və etiraza aşağıdakı əlavələri etmişdir:
29. İlk öncə bildirilir ki, İddiaçı 2018-ci ildə əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün hər hansı bir müraciəti olmamışdır.
30. İddiaçı xx.xx.2018-ci il tarixdə İİ qrup əlillik təyin edilmişdir.
31. “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2021-ci il tarixədək qüvvədə olmuş redaksiyasına və xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 4.3.2-ci yarımbəndinə əsasən əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün xx.xx.2018-ci il tarixə xx.xx.1963-cü il təvəllüdlü sığortaolunanın tələb olunan sığorta stajı 13 il 4 aydır (55 yaş -15 yaş əmək qabiliyyətli olmayan yaş dövrü = 40 x 4 ay = 160 ay/12 = 13 il 4 ay).
32. Buradan sığorta davamiyyəti əmsalı - K=160 ay/192=0,83; əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan minimum pensiya kapitalı isə PSK=SFFT*K=116,27*144*0,83=13896,59 manat təşkil edir.
33. Bildirilir ki, İddiaçı təqdim etdiyi 75 nömrəli xx.xx.2021-ci il tarixli arxiv arayışına əsasən xx.xx.1978-ci il tarixdən xx.xx.1982-ci il tarixədək təhsil illəri, ******* nömrəli əmək kitabçasının surətinə əsasən xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək, xx.xx.1985-ci il tarixdən xx.xx.1988-ci tarixədək, xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək, xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixədək, xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək (DSMF hesabatlarına əsasən 2-ci, 3-cü və 4-cü rüblər), xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək (DSMF hesabatlarına əsasən 2-ci, 3-cü və 4-cü rüblər), xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixədək (DSMF hesabatlarına əsasən 1 -ci və 2-ci rüb) əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək mübahisələndirilməyən ümumi iş stajı 14 il 04 ay 17 gün təşkil edir.
34. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X3 altsistemində olan məlumata əsasən İddiaçı fərdi şəxsi hesabının sığorta hissəsində xx.xx.2008-ci il tarixdən xx.xx.2008-ci il tarixədək, xx.xx.2009-cu il tarixdən xx.xx.2009-cu il tarixədək olan dövr üzrə qeydə alınmış pensiya kapitalının 2018-ci il üzrə indeksləşdirilmiş məbləği 260,10 manat, 2022-ci il üzrə indeksləşdirilmiş məbləği 301,5 manat, 2024-cü il üzrə indeksləşdirilmiş məbləği 373,62 manat təşkil edir.
35. Beləliklə, İddiaçı 2018-ci il üzrə xx.xx.2006-cı il tarixinədək mübahisələndirilməyən 14 il 04 ay 17 gün ümumi iş stajına əsasən 10087,62 manat pensiya sığorta kapitalı və xx.xx.2006-cı il tarixindən əlilliyin müəyyən edildiyi xx.xx.2018-ci il tarixinədək 260,10 manat pensiya sığorta kapitalı olmaqla 6 ay sığorta stajı nəzərə alındıqda sığorta stajı cəmi 14 il 10 ay 17 gün, pensiya sığorta kapitalı 10347,72 manat təşkil edir.
36. Qeyd olunanları nəzərə alaraq, iddiaçının xx.xx.2018-ci il tarixə mübahisələndirilməyən sığorta stajı əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan sığorta stajından çox olsa da, pensiya sığorta kapitalı qanunvericiliklə tələb olunan məbləğdən azdır. Bu səbəbdən iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilməmişdir.
37. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.
38. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
39. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 18 oktyabr 2024-cü il tarixli 2-1(116)-353/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
40. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
41. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış və Şəki İnzibati Məhkəməsinin 18 oktyabr 2024-cü il tarixli 2-1(116)-353/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
42. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 18 oktyabr 2024-cü il tarixli 2-1(116)- 353/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.
43. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavebdehin nümayəndəsi X4 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 18 oktyabr 2024cü il tarixli 2-1(116)-353/2024 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
44. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubu, ИТ-İ № ******* nömrəli əmək kitabçası, TSEK-nın 2-ci qrup əlilliyin təyininə dair qərarı, cavabdehin xx.xx.2024-cü il tarixli məktubu, ƏƏSMN-nin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiltasiya Agentliyinin xx.xx.2024-cü il traixli məktubuna əlavə edilmiş qiymətləndirmə məlumatları.
TƏTBİQ EDİLƏN HÜQUQ
45. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
46. Azərbaycan Respublikası “Sosial sığorta haqqında" Qanunun 8-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajı — sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddətidir. 14.1 və 14.2-ci maddələrinə əsasən məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir və məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir.
47. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. 13.2-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 200-ə olan nisbəti şəklində müəyyənləşdirilir. 13.3-cü maddəsinə əsasən, əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir:
1. SH=PSK/(TxK), burada:
2. SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir;
3. PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixədək qeydə alınmış pensiya kapitalıdır (Qanunun 27maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla);
4. T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır;
5. K - sığorta davamiyyəti əmsalıdır.
48. xx.xx.2018-ci il tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 saylı xx.xx.2017-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.5-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək dövlət qeydiyyatına alınmış hüquqi şəxslərdə çalışanların, həmçinin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və onların işçilərinin, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaqları olan torpaq mülkiyyətçilərinin və kənd təsərrüfatına yararlı torpaqlardan istifadə edən ailə üzvlərinin iş stajı məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi barədə məlumat (11 nömrəli Əlavə) Şöbə və ya İdarə tərəfindən PASa daxil edilir və gücləndirilmiş elektron imza ilə təsdiqlənir. 3.6-cı bəndinə əsasən Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur.
49. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
50. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 18 oktyabr 2024-cü il tarixli 2-1(116)-353/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
51. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
52. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.
53. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
54. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
55. İş materiallarından görünür ki, iddiaçıya xx.xx.2018-ci il tarixdə İİ qrup əlillik təyin edilmiş və cavabdeh orqan tərəfindən sosial müavinətlə təmin edilmişdir. Cavabdeh orqan iddiaçının 2018-ci ildə əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün hər hansı bir müraciətinin olmadığını bildirsə də, nəzərə alınmalıdır ki, “Sosial müavinətlər haqqında” Qanunun 7.0.3-cü bəndinə əsasən əlilliyə görə müavinət - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında əlilliyi müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda təyin edilir. Yəni, cavabdeh orqan iddiaçının əmək pensiyası hüququ olmadığı qənaətinə gələrək ona əlilliyə görə müavinət təyin etdiyindən iddiaçının sözügedən dövrdə müraciətinin olmaması dəlilinə istinad edə bilməz.
56. İddiaçı, sözügedən dövrdə onun pensiya hüququnun olmasını, lakin pensiya əvəzinə müavinətin təyin edildiyini iddia edir.
57. İddiaçıya əlilliyə görə əmək pensiyasının təyin olunması üçün o, 2 şərtə cavab verməli idi: 1) 5 ildən az olmamaq şərtilə və əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olmalı, 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli idi.
58. İddiaçıya münaisbətdə xx.xx.2018-ci il tarixə tələb olunan sığorta stajı 13 il 4 ay (55 yaş -15 yaş əmək qabiliyyətli olmayan yaş dövrü = 40 x 4 ay = 160 ay/12 = 13 il 4 ay), əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan minimum pensiya kapitalı isə PSK=SFFT*K=116,27*144*0,83=13896,59 manat təşkil edirdi.
59. İddiaçının xx.xx.2006-cı il tarixədək mübahisələndirilməyən ümumi iş stajı 14 il 04 ay 17 gün təşkil edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X3 altsistemində olan məlumata əsasən iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində xx.xx.2008-ci il tarixdən 01.11 2008-ci il tarixədək, xx.xx.2009-cu il tarixdən xx.xx.2009-cu il tarixədək olan dövr üzrə qeydə alınmış pensiya kapitalının 2018-ci il üzrə indeksləşdirilmiş məbləği 260,10 manat, 2022-ci il üzrə indeksləşdirilmiş məbləği 301,5 manat 2024-cü il üzrə indeksləşdirilmiş məbləği 373,62 manat təşkil edir.
60. Beləliklə, iddiaçının xx.xx.2006-cı il tarixinədək mübahisələndirilməyən 14 il 04 ay 17 gün ümumi iş stajına əsasən 10087,62 manat pensiya sığorta kapitalı və xx.xx.2006-cı il tarixindən əlilliyin müəyyən edildiyi xx.xx.2018-ci il tarixinədək 260,10 manat pensiya sığorta kapitalı olmaqla 6 ay sığorta stajı nəzərə alındıqda sığorta stajı cəmi 14 il 10 ay 17 gün, pensiya sığorta kapitalı 10347,72 manat təşkil edir.
61. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şəki "xxxx" X6 1992-ci ilin İİ, İİİ, İV rübləri üzrə və "xxxx" MMC-nin 1993-cü ilin İİ, İİİ, İV, 1994-cü ilin İ, İİ, İİİ, İV, 1995-ci ilin İ, İİ rübləri üzrə ödədiyi məcburi dövlət sosial sığorta haqlarının məbləği, hazırda ölkədə dövriyyədə olan Azərbaycan manatına indeksasiya edilməklə hesablanarsa onun tələb olunan pensiya sığorta kapitalı tamamlanacaqdır.
62. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, pensiya təminatında sığortaolunanlara fərdi hesablar xx.xx.2006-cı il tarixdən açıldığından, ödənilən məcburi dövlət sosial sığorta haqlarının bu hesablarda həmin tarixdən fərdi uçotu aparıldığından və vətəndaşların pensiya hüquqlarının dəyər ifadəsində həmin uçot məlumatları əsasında bu tarixdən müəyyənləşdirildiyindən, 1992-1995-ci illərdə ödənilmiş vəsaitin fərdi hesabda əks olunması yolverilməzdir. Yəni, həmin tarixlərdə ödənilən məcburi dövlət sosial sığorta haqları fərdi hesabda qeydə alınmalı olan vəsait olaraq yox, nəzərə alınmalı olan iş stajı kimi qəbul edilə bilər ki, işin hallarından göründüyü kimi iddiaçı həmin məbləğlərin fərdi hesabında qeydə alınmasında maraqlıdır. İş materiallarınan görünür ki, cavabdeh orqan faktiki olaraq həmin müddətləri iddiaçının əmək fəaliyyəti dövrləri kimi nəzərə almaqla onun xx.xx.2006-cı il tarixədək mübahisələndirilməyən 14 il 04 ay 17 gün ümumi iş stajına daxil etmişdir. 63 Göründüyü kimi iddiaçının xx.xx.2018-ci il tarixə mübahisələndirilməyən sığorta stajı əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan sığorta stajından çox olsa da, pensiya sığorta kapitalı qanunvericiliklə tələb olunan məbləğdən azdır.
64. Belə olan halda məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən müvafiq inzibati icraat çərçivəsində iddiaçının tələbindən imtinası qanunsuz hərəkət sayıla bilməz.
65. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanı nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya xx.xx.2018-ci il tarixdən İİ qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsindən imtinası qanuni və əsaslı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
66. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası
QƏRАRА АLDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 18 oktyabr 2024-cü il tarixli 2-1(116)-353/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.