Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-125/2021 16.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), X7 oğlu və X4 ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı və Cavabdeh1 nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh1nə qarşı “Ağsu rayonunun Xasıdərə kəndinin qazlaşdırılmasına dair qərar qəbul edilməsi, Ağsu rayonunun Nüydü və Nuran kəndlərinə qaz kəmərinin çəkilişi ilə bağlı layihənin tərtibatı zamanı Xasıdərə kəndinin bu layihəyə daxil edilməməsinin səbəblərinin araşdırılması və təqsirkar şəxslərin məsuliyyətinə cəlb edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-975/2020 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçının Ağsu rayonun Xasıdərə kəndi ərazisində 1971-ci ildən tikilmiş ümumi sahəsi 49.2 kv.m olan 2 otaqlı fərdi yaşayış evi və 0.20 ha torpaq sahəsi var və xx.xx.2009-cu ildən etibarən qeyd olunan daşınmaz əmlaklar iddiaçının mülkiyyətindədir. Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə həyata keçirilən Regionların Sosial- X3 uyğun olaraq əvvəllər təbii qazla təmin olunan və hal-hazırda təbii qaz olmayan və ya ümumiyyətlə qazlaşdırılmamış yaşayış məntəqələrinin qazlaşdırılması layihəsi üzrə Ağsu rayonunun Xasıdərə kəndi ərazisindən keçməklə Nüydü-Nuran kəndləri istiqamətinə 2019cu ilin əvvəlindən başlayaraq magistral qaz-boru kəməri çəkilmiş, lakin Xasıdərə kəndinin qazlaşdırılması təmin edilməmişdir. İddiaçı qeyd edir ki, Nüydü-Nuran kəndlərinə qaz-boru kəmərinin çəkilişi zamanı atası X5 xahişi ilə kəmərin Xasıdərə kəndindən keçən hissəsində ərazidən 600800 metr aralıda qoşulma açarı (ventel) podratçı təşkilat tərəfindən qoyulmuşdur. İddiaçı bununla bağlı cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan Ağsu rayon Xasıdərə kəndinin qazlaşdırılmasının iqtisadi cəhətdən səmərəli olmadığı üçün qazlaşdırma planında hal-hazırda nəzərdə tutulmadığını bildirərək müraciətin təmin edilməsindən imtina etmişdir. Cavabdehin etirazının dəlilləri: İddiaçı Cavabdeh1nə qarşı Ağsu rayonunun Xasıdərə kəndinin qazlaşdırılmasına dair qərar qəbul edilməsi, Ağsu rayonunun Nüydü-Nuran kəndlərinə qaz kəmərinin çəklişi ilə bağlı layihənin tərtibatı zamanı Xasıdərə kəndinin bu lahiyyəyə daxil edilməməsinin səbələrinin araşdırılması və təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi tələbinə dair iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Bunula əlaqədar bildirilir ki, qazlaşma proqramına daxil olan hər bir yaşayış məntəqəsi üçün ayrı-ayrılıqda lahiyə smeta sənədi hazırlanır və müvafiq qaydada dövlət ekspertizalarından keçirilir. Ağsu rayonunun Xasıdərə kəndi istisna olunmaqla rayonun bütün kəndləri müvafiq qaydada qazlaşdırılmışdır. Xasıdərə kəndinin qazlaşdırılması ilə əlaqədar bildiririk ki, həmin kənddə 3 yaşayış evi müəyyən olunmuş və həmin evlərdən ikisinin yarım sökülü vəziyyətdə olması, həmçinin həmin evlərdə yaşayış olmadığı müəyyən olunmuşdur. Bundan əlavə həmin yaşayış evləri ilə qaz xəttinin qoşulma nöqtəsi (yəni mənbə) arasında olan məsafə 4 (dörd) km müəyyən olunmuşdur. Belə olduğu təqdirdə həmin yaşayış məntəqəsinin qazlaşdırılması texniki-iqtisadi cəhətdən səmərəsiz kimi qiymətləndirilmişdir. Eyni zamanda bildirilir ki, Qazlaşma tədbirləri “Azərbaycan Respublikası regionlarının 2019- 2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Cavabdeh1 İB-yə ayrılan maliyyə vəsaiti çərçivəsində mərhələli şəkildə həyata keçirilir. İllik qazlaşma proqramı ayrılan maliyyə vəsaiti çərçivəsində müvafiq icra hakimiyyəti orqanlarının iştirakı ilə formalaşır, təsdiq olunduqdan sonra isə Cavabdeh1 İB tərəfindən icra olunur. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının tələbinə dair sənədlər birinci instansiya məhkəməsinə təqdim olunmuş, məhkəmə öz təşəbbüsü ilə digər zəruri sübutları toplamışdır. Onlara cavabdehin xx.xx.2020-ci il tarixli **********59 nömrəli məktubu, 264626 nömrəli xx.xx.2009-cu il tarixli müqavilənin surəti, MH seriyalı ******* nömrəli çıxarışın surəti, Cavabdeh1 İB-nin xx.xx.2019-cu il tarixli məktubunun surəti, X15 istismarı İdarəsinin xx.xx.2019-cu il tarixli məktubunun surəti, cavabdehin xx.xx.2020-ci il tarixli etirazı aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-975/2020 saylı qərarı ilə (hаkim İlqar Cabbarov) İddiaçı Cavabdeh1nə qarşı “Ağsu rayonunun Xasıdərə kəndinin qazlaşdırılmasına dair qərar qəbul edilməsi, Ağsu rayonunun Nüydü-Nuran kəndlərinə qaz kəmərinin çəkilişi ilə bağlı layihənin tərtibatı zamanı Xasıdərə kəndinin bu layihəyə daxil edilməməsinin səbəblərinin araşdırılması və təqsirkar şəxslərin məsuliyyətinə cəlb edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. İddiaçı Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-975/2020 saylı qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, birinci instansiya məhkəməsinə təqdim olunmuş xx xxxxx 2020-ci il tarixli iddia ərizəsinin əsas mahiyyətindən və xüsusilə də iddia tələblərinin 2-ci bəndində aydın şəkildə görünür ki, Ağsu rayonunun Nüydü-Nuran kəndlərinə qaz-boru kəmərinin çəkildiyi ərazidə yerləşən Xasıdərə kəndinin layihəyə daxil edilməməsinin səbəblərinin müəyyən edilməsi mübahisə predmetinin əsasını təşkil etmişdir. Yəni burada Ağsu rayonu Xasıdərə kəndinin qazlaşdırılmaması bilavasitə bu kəndin layihəyə daxil edilməməsi səbəbindən qazlaşdırlma ilə bağlı büdcədən vasaitin ayrılmaması ilə nəticələnmişdir. Bununla bağlı qərarın əsasladırıcı hissəsinin 3-cü səhifəsinin sonunda hakim İlqar Cabbarov Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamına istinad edərək qeyd etmişdir ki, ölkədə qazlaşma səviyyəsinin 95%-ə çatırılması istiqamətində işlərin davam etdirilməsi məqsədilə 100.000.000 (yüz) milyon manat məbləğində Azərbaycan Respublikasının Dövlət Neft şirkətinə vəsait ayrılmış və qazlaşdırılmaslı olan yaşayış məntəqələrinin siyahısında yalnış Ağsu rayonunun Nuran kəndi qeyd olunmuşdur. Göründüyü kimi məhz Ağsu rayonunun Nuran kəndinə qaz-boru kəmərinin çəkilməsi layihələndirilərkən kəmərin keçdiyi marşurut xətinin üzərində yerləşən Xasıdərə kəndinin bu layihəyə daxil edilməməsi, bilavasitə inzibati orqanların məsul vəzifəli şəxlərinin inkarolunmaz səhvidir. Bu səbəbdən də iddia tələbinin 2-ci bəndində həmin vəzifəli şəxlərin müəyyən edilərərək məsuliyyətə cəlb olunmaları məhkəmədən xahiş edilmişdir. Əgər Nuran kəndinin qazlaşdırılması təklifi irəli sürülərkən məsul vəzifəli şəxlər Xasıdərə kəndinin də qazlaşdırlmasını təklif etmiş olsaydılar, o zaman inzibati ərazilərin qazlaşdırılması ilə bağlı büdcədən ayrılmış 100.000.000 (yüz) milyon manat vəsaitin hesabına Xasıdərə kəndinin də qazlaşdırılması həyata küçirilmiş olaradı. Digər tərəfdən birinci instasiya məhkəməsinin qıbul etdiyi qərarın əsaslandırıcı hissəsinin 2-ci səhifəsinin sonuna daxil edilmiş müddəalardan görünür ki, Ağsu rayonunun Xasıdərə kəndi istisna olmaqla rayonun bütün kəndləri müvafiq qaydada qazlaşdırılmışdır. Sual olunur: əgər Xasıdərə kəndi istisna olmaqla Ağsu rayonunun digər kəndlərinin hamısı qazla təmin edilərsə, o zaman Xasıdərə kəndinin qazlaşdırılmamasının səbəbi nədir ? Bunun səbəbini izah etməyə çalışan birinci instansiya məhkəməsi qərarın əsaslandırıcı hissəsinin 4-cü səhifəsinin əvvəlində xüsusilə qeyd edir: “Dövlət proqramında qazlaşdırma işlərinin davam etdirilməsi nəzərdə tutulsa da, hazırki halda iddiaçının fərdi yaşayış evinin yerləşdiyi kəndin qazlaşdırılması ilə bağlı icraçıya dövlət büdcəsindən vasait ayrılmamışdır”. Buradan da aydın şəkildə gürünür ki, Ağsu rayonunun inzibati ərazisində daxil olan Xasıdərə kəndinin qazlaşdırılmaması bilavasitə dövlət büdcəsindən vasaitin ayrılmaması ilə əlaqədər olmuşdur. Cavabdeh inzibati orqanlar isə Xasıdərə kəndinin qazlaşdırılmamasını iqtisadi cəhətdən səmərəli olmaması ilə əlaqələndirmişdir. Belə nəticə yaranır ki, Xasıdərə kəndinin sakinlərinin bu kənddə yaşamaq haqqı yoxdur! İddia ərizəsinin Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin 1-ci hissəsində isə qeyd olunur ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 15-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafı müxtəlif mülkiyyət növlərinə əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət edir. Həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 16-ci maddəsinin 1-ci hissəsinin tələbi əsasında Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Kifayət qədər istinad olunan bu konstitusion hüquq normalarının tələbləri əsasında işin faktiki hallarını obyektiv qiymətləndirdikdə aydın şəkildə görünür ki, heç bir hal Azərbaycan dövləti tərəfindən Ağsu rayonunun Xasıdərə kəndinin qazlaşdırlmasının iqtisadi səmərəsinə görə həyata keçerilməməsi üçün əsas ola bilməz. Əgər dövlət hər bir vətəndaşın sosial rifah halının yüksəldilməsi ilə bağlı öhdəlik götürmüşdürsə, o zaman bununla əlaqədar istənilən layihənin iqtisadi baxımından səmətəli olub-olmaması müzakirə ola bilməzdi. Lakin buna baxmayaraq birinci instansiya məhkəməsi cavabdeh inzibati orqanın əsassız iddialarına inanaraq işin həqiqi hallarına uyğun olmayan qənaətə gəlmişdir. Qeyd olunanlardan əlavə iddia ərizəsində irəli sürülmüş tələblərinin 1-ci bəndindən görünür ki, məhkəmədən mübahisənin mahiyyəti üzrə müvafiq qərarlardan birinin qəbul edilməsi xahiş olunmuşdur. Bununla əlaqədər olaraq hakim İlqar Cabbarov qərarın əsaslandırıcı hissəsinin 2-ci səhifəsinin əvvəlində qeyd etmişdir ki, iddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-nin 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Hakimin bu qənaitinə baxmayaraq məhkəmə baxışı zamanı müəyyən edilmiş hallardan aydın olunur ki, Ağsu rayonunun Xasıdərə kəndinin qazlaşdırılması ilə bağlı dövlət büdcəsindən vəsaitin ayrılmaması səbəbindən Cavabdeh1 İstehsalat Birliyinin öhdəliyi mövcud olmamışdır. Bununla bağlı hakim İlqar Cabbarov qərarın əsaslandırıcı hissəsinin 4-cü səhifəsində qeyd edir: “Məhkəmə qeyd edir ki, yalnız iddiaçıya məxsus və yaşayış olmayan evin qazlaşdırılması üçün kəndə qaz kəmərinin çəkilməsi iddiaçının hüquqları və dövlətin üzərinə götürdüyü öhdəliklərin uzlaşması baxımından qeyri-mütənasibdir”. Göründüyü kimi burada hakim İlqar Cabbarov dövlətin vətəndaş qarşısında öhdəliyinin qeyri-mütənasibliyini əsas götürürək iddianın əsassız olmasına dair qənaətə gəlmişdir. Lakin X8 bu mövqeyindən fərqli olaraq Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 1-ci hissəsindən məlum olduğu kimi ər kəsin sosial təminat hüququ var və Konstitusiyasının 38-ci maddəsinin 1-ci hissəsinin tələbi əsasında dövlət öz üzərinə öhdəlik götürərək hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat vermişdir. İstinad olunan bu konstitusion hüquq normalarının tələblərində kifaət qədər aydın olunur ki, Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş insan və vətəndaş hüquqlarının müdafiəsinin təmin olunması bilavasitə Azərbaycan dövlətinin öz vətəndaşı qarşısında qanunla müəyyən edilmiş öhdəliyindir. Bu halda öhdəliyin yerinə yetirilməsi ilə bağlı hər hansı bir uzlaşmanın qeyri-mütənasibliyinin mübahisələriləməsini qətiyyən yolverilməzdir və birmənalı şəkildə insan hüquq və azadlıqlarına tamamilə ziddir. Daha aydın konkret şəkildə desək, birinci instansiya məhkəməsinə təqdim olunmuş iddia ərizəsi ilə bağlı öhdəliyinin icrası haqqında deyil, məcburetmə haqqında qərar qəbul edilməklə Ağsu rayonunun Xasıdərə kəndinə qaz xəttinin çəkilməsi tələbinə dair iddia təmin olunmalı idi. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələbindən məlum olduğu kimi inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Bu Məcəllənin 33-cü maddəsinin 1-c hissəsinin tələbində isə qeyd olunur ki, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Bundan əlavə bu maddənin 2-ci hissəsində qanunverici orqan qeyd edir ki, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İstinad olunan bu prosessual hüquq normalarının tələblərindən aydın şəkildə görünür ki, birinci instansiya məhkəməsinin hakimi İlqar Cabbarov məhkəmə baxışı zamanı müəyyən etdiyi faktlar əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 33 və 73-cü maddələrinin tələblərini rəhbər tutaraq mübahisənin mahiyyəti üzrə məcburetmə haqqında iddiaya dair qərar qəbul etməli idi. Lakin qərarın əsasladırıcı hissəsində görünür ki, hakimi İlqar Cabbarov nəticəyə gələrkən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68,69,75,78 və 85-ci maddələrinin tələblərini rəhbər tutmuş, həmin Məcəllənin 2.2.3 və 34.1-ci maddələrinin tələblərinə əsassız istinadlar etmiş, nəticədə isə işin faktiki hallarlna uyğun olmayan qərar qəbul etmişdir. Məhz Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsində qanunverici orqan xüsusilə qeyd edir ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmçinin bu maddənin 2-ci hissəsində də birmənalı şəkildə qeyd olunur ki, iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İstinad olunan bu prosessual hüquq normalarının tələblərinə baxmayaraq Ağsu rayonunun Xasıdərə kəndinin qazlaşdırılması ilə bağlı Şəki İnzibati Məhkəməsinin hakimi İlqar Cabbarov müəyyən etdiyi hallarına uyğun olaraq Cavabdeh1 üzərinə öhdəliyinin qoyulması barədə qərar qəbul etməmiş, bunun tam əksinə olaraq işin faktiki hallarına uyğun olmayan əsassız və ədalətsiz qərar qəbul etmişdir. Qeyd olunanlarla yanaşı xüsusilə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 3-cü hissəsi ilə müəyyən edilmiş və məhkəmədə tərəflərin çəkişmə prinsipinin tərkib hissəsi olan dinlənilmək hüuququnun mövcudluğuna baxmayaraq hakim İlqar Cabbarov onun məhkəmə iclasında iştirakını təmin etməmişdir. Bununla əlaqədar olaraq qərarın əsaslandırıcı hissəsinin 2-ci səhifəsinin əvvəlində hakim İlqar Cabbarov qeyd edir ki, iddiaçı məhkəməyə ərizə göndərərək, məhkəməyə gəirilməsinə dair sərəncam verilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tələb üzrə iddiaçı tərəfindən bütün sənədlər təqdim olunmuş, onun tərəfindən tələbi yazılı qaydada əsaslandırılmış, cavabdehin etirazına münasibət bildirilmişdir. X8 istinad etdiyi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələbində qanunverici orqan qeyd edir ki, məhkəmə bildirişində məhkəməyə çağırılan şəxsin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda da onun iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmalıdır. İstinad olunan bu prosessual hüquq normasının tələbindən aydın şəkildə görünür ki, bu norma məhkəmə bildirişində əks olunmalı olan tələbləri nəzərdə tutur. Digər tərəfdən burada məhkəməyə çağırılan şəxsin iclasa gəlməməsi nəticəsində həyata keçirilən tədbirlər öz əksini tapmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin 3-cü hissəsinin tələbində qanunverici orqan qeyd edir ki, əgər işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar ediliblərsə, məhkəmə gəlməməyin səbəblərini üzürlü hesab etdikdə işə baxılmasını təxirə salır. İş üzrə mövcud olan faktiki hallardan görünür ki, X8 sədirliyi ilə xx xxxxxx 2020-ci il tarixdə Şəki İnzibati Məhkəməsinin inzibati binasında keçirilmiş məhkəmə iclasında onun iştirak edə bilməməyinin səbəbi birmənalı şəkildə üzürlüdür. Belə ki, məlum olduğu kimi xx xxxx 2017-ci il tarixdən etibarən hal-hazıradək o, 09 saylı cəzaçəkmə müəssisində sifarişli həbsdə (müfavizə altında) saxlanılmaqdadır. Bu halda onun hər hansı bir məhkəmə iclasında sərbəst şəkildə iştirak edə bilməsi tamamilə istisnadır. Məhz bu səbəbdən iddia ərizəsinin xahiş hissəsinin 3-cü bəndində o, xüsusilə qeyd etmişdir ki, məhkəmə iclasında iştirakının təmin olnması məqsədi ilə AR-nin İPM-nin 49.1.5-ci maddəsinin tələbinə müvafiq olaraq sərəncam verilməli və sərəncamın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 49.1 və 49.1.5 maddələrinin tələblərində isə qanunverici orqan qeyd edir ki, sədirlik edən hakim şifahi məhkəmə baxışı başlayana qədər, hüquqi mübahisənin bir şifahi məhkəmə iclası çərçivəsində həll olunması (mübahisə ilə bağlı işin mahiəti üzrə qərar qəbul olnamsı) üçün proses iştirakçılarının şəxsin məhkəməyə gəlmələrinə dair sərəcam verməlidir. Göründüyü kimi xx xxxxxx 2020-ci il tarixdə Şəki İnzibati Məhkəməsində keçirilmiş məhkəmə iclasında onun iştirakının təmin edilməsi bilavasitə X8 funksional vəzifə borcuna daxildir. Məhz bunla əlaqədər olaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cü maddəsinin 1-ci hissəində qeyd olur ki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu maddəinin 2-ci hissəsinin tələbində isə bir mənalı şəkildə qeyd olunur ki, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Bu maddəinin 3-cü hissəsinin tələbində isə bir mənalı şəkildə qeyd olunur ki, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. İstinad olunan bu prosessual hüquq normalarının tələbləri əsasında X8 icra etdiyi prosessual hərəkətlərin qanunliyini hüquqi baxımından qiymətləndirdikdə kifaət qədər aydın olur ki, xx xxxxxx 2020-ci il tarixli 2- 1(116)-975/2020 nömrəli qərarın hüquqi qüvvəsi və qanuni əsası yoxdur. Odur ki, Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-975/2020 nömrəli qərarı ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahat verərək qeyd etmişdir ki, 2019-cu ilin əvvəlindən bu layihənin icrasına başlanmışdır. Podratçı təşkilat orada sifarişi yerinə yetirərkən atası həmin ərazidə olmuşdur, Xasıdərə kəndinə o ərazidən keçən qaz xətti ilə bağlı ayrıc və intel qoyulmuşdur. Burada podratçı təşkilatın nümayəndəsi atasına bildirib ki, biz elə bilmişik ki, bura obyektdir və ona görə də həmin ərazi layihəyə daxil edilməmişdir. Lakin ona baxmayaraq orada ayrıcı qoyublar. Ayrıc ilə onların evinin arası 500 metrə qədərdir və bu işin faktiki halıdır. Oradan kəndin mərkəzinə qaz xətti çəkilməlidir və sayğac quraşdırılmalıdır, sayğacdan sonranı onlar öz hesabına edəcəklər. Sayğac evin girişində quraşdırılır, oradan evə qədər olan məsafəni biz öz vəsaitimiz hesabına edirik. Birinci dəfə o, Cavabdeh1nə müraciət edəndə X15 İstismarı İdarəsinin rəisinin cavabı bu oldu k, yaşayış evinin qazlaşdırılması vətəndaşın şəxsi vəsaiti heabına həyata keçirilir. O da bildirdi ki, buna etiraz etmir, siz sayğacı qoyun yerdə qalan hissəni özümüz öz vəsaiti hesabına edəcəyik. Burada əsas məsələ qaz boru kəmərinin kəndə çəkilməsindən, həmin layihənin tərtibatından gedir və onun iqtisadi səmərəliliyindən gedir. İkinci dəfə o, müraciət edəndə, bu məsələyə biraz da aydınlıq gətirəndə artıq cavab bu oldu ki, həmin kəndin qazlaşdırılması iqtisadi cəhətdən səmərəsiz olduğuna görə məqsədəmüvafiq hesab olunmur və bu layihələr Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi 2018-2023-cü illər üzrə regionların sosial-X3 uyğun olaraq mərhələli şəkildə həyata keçirilir. İndi burada sual yaranır ki, əgər Ağsu rayonunun Xasıdərə kəndi istisna olmaqla bütün kəndlərin qazlaşdırılırsa o zaman Xasıdərə kəndinin qazlaşdırılması hansı səbəblərdən həyata keçirilmir? Cavabdeh1 özü də bilir ki, bu diqqətdən kənarda qalıb. Sadəcə olaraq bu gün buna müxtəlif don geyindirmək mümkündür, məsələn iqtisadi səmərə yoxdur. İsmayıllı rayonunun o qədər dağ kəndləri mövcuddur ki, ora maşın yolları çəkilib lakin heç maşın yoxdur. Burada səmərələlikdən söhbət getmir, burada əhalinin sosial rifah halının yüksəldilməsindən söhbət gedir. Digər tərəfdən sahibkarlıq fəaliyyətinin subyekti olmuşam. Mən qazancımdan hər ay, hər rüb, hər il dövlətin büdcəsinə vergi ödəmişəm. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-975/2020 nömrəli iş üzrə qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi X6 izahat verərək qeyd etmişdir ki, Ağsu rayonu Xasıdərə kəndində 3 ev olub. Onun ikisi yararsız vəsiyyətdədir, bir ev sağlamdır. Ora qaz çəkilməsi strateji cəhətdən əhəmiyyətli deyil. Mənbədən həmin yerə-evə qədər məsafə 4 km-dir və bu da böyük məbləğdə xərc tələb edir. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-975/2020 nömrəli iş üzrə qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi İddiaçı məhkəməyə ərizə göndərərək, məhkəməyə gəirilməsinə dair sərəncam verilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tələb üzrə iddiaçı tərəfindən bütün sənədlər təqdim olunmuş, onun tərəfindən tələbi yazılı qaydada əsaslandırılmış, cavabdehin etirazına münasibət bildirilmişdir. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia tələbi əsassızdır, ona görə də təmin oluna bilməz. İş materiallarında olan sənədlərdən müəyyən olunur ki, iddiaçı Ağsu rayonu, Xasıdərə kəndində yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsini X1 xx.xx.2009-cu il tarixində almış və onun həmin evə və torpaq sahəsinə mülkiyyət hüququ xx.xx.2009-cu il tarixində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınmışdır. İddiaçı cavabdehə xx.xx.2019-cu il tarixli ərizə ilə müraciət edərək, mülkiyyətində olan evin qazlaşdırılması məqsədi ilə Xasıdərə kəndinə kəmərin çəkilməsini xahiş etmişdir. Cavabdeh bundan Xasıdərə kəndinin qazlaşdırılmasının iqtisadi cəhətdən səmərəli olmadığı üçün imtina etmişdir. Bundan sonra hazırki tələblə iddiaçı məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsinə təqdim olunan cavabdehin etirazından müəyyən olunmuşdur ki, Ağsu rayonunun Xasıdərə kəndi istisna olunmaqla rayonun bütün kəndləri müvafiq qaydada qazlaşdırılmışdır. Xasıdərə kəndinin qazlaşdırılması ilə əlaqədar bildiririk ki, həmin kənddə 3 yaşayış evi müəyyən olunmuş və həmin evlərdən ikisinin yarım sökülü vəziyyətdə olması, həmçinin həmin evlərdə yaşayış olmadığı müəyyən olunmuşdur. Bundan əlavə həmin yaşayış evləri ilə qaz xəttinin qoşulma nöqtəsi (yəni mənbə) arasında olan məsafə 4 (dörd) km müəyyən olunmuşdur. Belə olduğu təqdirdə həmin yaşayış məntəqəsinin qazlaşdırılması texniki-iqtisadi cəhətdən səmərəsiz kimi qiymətləndirilmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin əsasən energetika müqaviləsinə müvafiq olaraq qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını, ötürülməsini və sаtılmаsını təşkil etməlidir. Bu Qanunun 12-ci maddəsinin 1-ci, 2-ci, 4-cü, 5-ci və 6-cı hissələri eyni qaydada qazın paylanmasına da tətbiq edilir. (1-ci hissə); Qaz təchizatçılarının qaz paylayıcıları tərəfindən təchizatının ümumi şərtləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalarla təyin edilə bilər. İstehlakçıların qaz təchizatı üçün texniki şərtlərin verilməsi və qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. (3-cü hissə); Qaz paylayıcıları tərəfindən təyin edilmiş qaz təchizatı qiymətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş tariflərə müvafiq olmalıdır. Bu tariflər: paylayıcının qaz təchizatı, digər iş və xidmətləri üzrə qiymətlərin hesablanmasının və təyin edilməsinin metod və prinsiplərini; müxtəlif kateqoriyalı istehlakçılar üçün hər bir kubmetr verilən qazın tariflərini və onların təyin edilməsi metodlarını özündə əks etdirir. Tariflər qaz paylanması münasibətləri üzrə energetika müqavilələrinin müddəalarına uyğun olmalı və kütləvi şəkildə yayılmalıdır. (4-cü hissə) Əgər xüsusi hallarda bu maddənin 3-cü və 4-cü hissələrindən irəli gələn qaz təchizatı üzrə tariflər və şərtlər məqsədəuyğun olmazsa, qaz paylayıcısı istənilən istehlakçı ilə tərəflərin qəbul etdiyi yeni şərtlər əsasında xüsusi saziş bağlaya bilər. Qaz paylayıcısı hər belə sazişin surətini müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. (5-ci hissə) İddiaçının istinad etdiyi Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2019cu il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019–2023cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın 7.2.9-cu bəndində Qaz təchizatının yaxşılaşdırılması sahəsində işlərin davam etdirilməsi tədbirinin icraçısı Dövlət Neft Şirkəti müəyyən edilmişdir. “Yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin x xxxx 2018-ci il tarixli sərəncamında qeyd edilmişdir ki, son illər əhalinin təbii qaza tələbatının təmin edilməsi istiqamətində bir sıra vacib tədbirlər həyata keçirilmiş, qaz təchizatı infrastrukturu yenidən qurulmuş, təbii qazla təchiz olunmayan yaşayış məntəqələrinə qaz kəmərləri çəkilmiş, əhaliyə verilən təbii qazın dəyərinin tam həcmdə ödənilməsini təşkil etmək məqsədilə sayğaclaşma işləri aparılmışdır. Əhalinin təbii qaza olan tələbatının ödənilməsi məqsədi ilə həyata keçirilmiş qazlaşdırma işləri nəticəsində ölkə üzrə qazlaşma səviyyəsi 93 faizə çatdırılmış və bu önəmli strateji sosial layihənin həyata keçirilməsində dövlət tərəfindən yüksək maliyyə dəstəyi göstərilmişdir. Sərəncamın 1-ci bəndinə əsasən 2018-ci ilin sonuna kimi ölkədə qazlaşma səviyyəsinin 95 faizə çatdırılması istiqamətində işlərin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.41.1-ci yarımbəndində göstərilmiş məbləğin 100,0 (yüz) milyon manatı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə ayrılmışdır. (siyahı əlavə olunur). Siyahıda Ağsu rayonun Nuran kəndi qeyd olunmuşdur. 2018-ci ilin sözügüdən sərəncamından sonra Ağsu rayonunun kəndlərinin qazlaşdırılması ilə bağlı hər hansı sərəncam verilməmişdir. Dövlət proqramında qazlaşdırma işlərinin davam etdirilməsi nəzərdə tutulsa da, hazırki halda iddiaçının fərdi yaşayış evinin yerləşdiyi kəndin qazlaşdırlması ilə bağlı icraçıya dövlət büdcəsindən vəsait ayrılmamışdır. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 5-ci hissəsində də qeyd olunduğu kimi əgər xüsusi hallarda bu maddənin 3-cü və 4-cü hissələrindən irəli gələn qaz təchizatı üzrə tariflər və şərtlər məqsədəuyğun olmazsa, qaz paylayıcısı istənilən istehlakçı ilə tərəflərin qəbul etdiyi yeni şərtlər əsasında xüsusi saziş bağlaya bilər. Cavabdeh tərəfindən iddiaçının fərdi yaşayış evinin yerləşdiyi yaşayış məntəqəsinin qazlaşdırılması texnikiiqtisadi cəhətdən səmərəsiz kimi qiymətləndirilmişdir. Həmçinin Qazlaşma tədbirləri “Azərbaycan Respublikası regionlarının 2019-2023cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Cavabdeh1 İB-yə ayrılan maliyyə vəsaiti çərçivəsində mərhələli şəkildə həyata keçirilir. İllik qazlaşma proqramı ayrılan maliyyə vəsaiti çərçivəsində müvafiq icra hakimiyyəti orqanlarının iştirakı ilə formalaşır, təsdiq olunduqdan sonra isə Cavabdeh1 İB tərəfindən icra olunur. Göründüyü kimi iddiaçının fərdi yaşayış evinin yerləşdiyi yaşayış məntəqəsinin qazlaşdırılması üçün maliyyə vəsaiti ayrılmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, yanlız iddiaçıya məxsus və yaşayış olmayan evin qazlaşdırılması üçün kəndə qaz kəmərinin çəkilməsi iddiaçının hüquqları və dövlətin üzərinə götürdüyü öhdəliklərin uzlaşması baxımından qeyri-mütənasibdir. Hazırki halda qazlaşdırma ilə bağlı dövlətin siyasətini həyata keçirən cavabdeh inzibati orqanın da iddiaçının müraciətinin təmin olunmasından imtina etməsi əsaslı və qanuni olmuşdur. Nəzərə almaq lazımdır ki, hüquqi dövlətin ali prinsiplərindən biri olan mütənasiblik prinsipinin tələbinə görə hüquqa müdaxilənin yol verilən hesab edilə bilməsi üçün onun qanuni məqsədə yönəlməsi özlüyündə kifayət deyildir, bu zaman həm də müxtəlif toqquşan maraqlar arasında ağlabatan və ədalətli tarazılığa da əməl olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qərаrа аldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-975/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-125/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-125/2021
16.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver