Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-125/2022 14.09.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, İslamova Türkay Abdurəhim qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Qəbələ rayon Vəndam kəndində yerləşən **********58-10301 reyestr nömrə ilə qeydə alınmış fərdi yaşayış evinin tərkibində olan 0,02 ha zəbt kimi qeyd olunmuş torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydə alınması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli 2- 1(116)-60/2022 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Qəbələ rayon Vəndam kəndində yerləşən **********58-10301 reyestr nömrə ilə qeydə alınmış fərdi yaşayış evinin tərkibində olan 0,02 ha zəbt kimi qeyd olunmuş torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydə alınması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. İddia ərizəsinin əsaslarına görə, iddiaçının atası Süleyman Lətifov uzun müddət Qəbələ rayon Vəndam kəndində, ona atasından qalmış, 1930-cu ildə tikilmiş yaşayış evində yaşamış və təsərrüfat aparmışdır. Onun təsərrüfatında 0,16 ha torpaq sahəsi olmuş və bu, təsərrüfatbaşına kitablarda qeyd edilmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunanda kənddə də həyətyanı torpaqlar sakinlərin mülkiyyətinə verilmiş və Qəbələ Rayon Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci tarixli qərarı ilə 0,10 ha torpaq sahəsi X2 verilmiş, bunun da əsasında X1 adına JN-277A KOD 40600048 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə verilmişdir. 03 noyabr 2012-ci ildə iddiaçının atası X3 xx.xx.2012-ci il tarixli çıxarışa əsasən Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsini, 1930-cu ildə tikilmiş ümumi sahəsi 99,2 kv.m, yaşayış sahəsi 46,2 kv.m, yardımçı sahə 53 kv.m olan 3 otaqlı fərdi yaşayış evini və bütün tikililəri İddiaçı bağışlamışdır. Həmçinin bütün əmlakını ona bağışladığına dair müqavilə bağlamış, əlavə olaraq əmlakını ona vəsiyyət etmişdir. Atası vəfat etdikdən sonra həmin həyəti iddiaçı idarə edir. İddiaçı qeyd edir ki, atası Süleyman Lətifovun adına 04 oktyabr 2012-ci ildə Çıxarış verilərkən onun həyətinin texniki pasportu hazırlanmış və həyətyanı torpaq sahəsində 0,06 ha torpaq sahəsinin olması qeyd olunmuşdur. Həmin 0,06 ha zəbt torpaq sahəsindən 0,04 ha sahənin Vəndam Bələdiyyəsi tərəfindən qızı Lalə Əliyevaya satılmasına razılıq vermiş, həyətə giriş hissəsində qalan 0,02 ha torpaq sahəsi isə hazırkı müddətə qədər zəbt torpaq sahəsi kimi qeyd edilmişdir. İddiaçı 0,02 ha torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh səhvən sənədləri ərazi aiddiyyəti üzrə DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə göndərmiş (bax: xx.xx.2021-ci il tarixli iclasın protokolu) və iddiaçının müraciəti DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən təmin edilməmişdir. Sözügedən orqan xx.xx.2021-ci il tarixli imtina məktubunda qeyd etmişdir ki, 0,02 ha zəbt torpaq sahəsinə dair iddiaçı heç bir hüquqmüəyyənedici sənəd təqdim etməmişdir.
3. İddiaçıya xx.xx.2021-ci il tarixdə yardım məktubu ünvanlanaraq nəzərinə çatdırılmışdır ki, ünvan 1azi İdarəsinin yurisdiksiyasına daxil olan ərazi vahididir. Bu səbəblə də cavabdeh qismində hazırkı iddia tələbi üzrə əsl cavabdeh DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsi qeyd edilməlidir. Bundan sonra iddiaçı məhkəməyə xx.xx.2021-ci il tarixdə daxil olan ərizəsində cavabdehin DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsi ilə əvəz edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(116)- 781/2021 nömrəli qərardadı ilə dəqiqləşdirilmiş iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir.
4. Cavabdeh xx.xx.2021-ci il tarixli etiraz məktubunda qeyd etmişdir ki, İddiaçı Qəbələ rayonu Vəndam qəsəbsində yerləşən 0,02 ha zəbt torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı DƏDRX-nin 9 saylı Qəbələ ərazi idarəsinə müraciət etmişdir.
5. İddiaçı Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsinə dair qeydiyyat üçün əsas olan hüquqmüəyyənedici sənədlər təqdim etməmişdir. Qeyd olunan səbəbə görə də müraciətinin icrası mümkün olmamışdır.
6. DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
7. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 11 yanvar 2022-ci il tarixli 2- 1(116)-60/2022 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.
8. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.
9. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 aprel 2022-ci il tarixli qərardadı ilə cavabdeh DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsi əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsi ilə əvəz edilmiş və Qəbələ Rayon Vəndam Bələdiyyəsi iş üzrə inzibаti məhkəmə icrааtınа üçüncü şəxs qismində zəruri cəlb edilmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
10. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış və Şəki İnzibati Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli 2-1(116)-60/2022 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli 2- 1(116)-60/2022 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etdi.
12. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh və üçüncü şəxs nümayəndələrinin iştirakını təmin etməmişdir.
13. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).
14. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən xx.xx.2014-cü ildə tərtib edilmiş **********758-10301 reyestr nömrəli “Texniki pasport”un notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, Qəbələ rayonu Vəndam kəndində yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. Sənəd üzrə torpaq sahəsinin 0,10 ha, faktiki sahənin 0,16 ha olduğu qeyd edilmişdir. JN-277A kod 40600048 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Qəbələ Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 19 nömrəli qərarı ilə 0,10 ha həyətyanı torpaq sahəsi X1 mülkiyyətinə verilmişdir. Sənəd 11486-cı nömrə ilə kitabda qeydiyyata alınmışdır. RX seriyalı ******* nömrəli, xx.xx.2012-ci il tarixli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Qəbələ rayonu Vəndam kəndində yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi 0,10 ha torpaq sahəsi X1 xüsusi mülkiyyətində olmuşdur. xx.xx.2012-ci il tarixli “Bağışlama müqaviləsi”nin təsdiq edilmiş surətinə əsasən, X3 xüsusi mülkiyyətində olan 0,1 ha torpaq sahəsini və ümumi sahəsi 99,2 kv.m olan fərdi yaşayış evini oğlu İddiaçı bağışlamışdır. RX seriyalı ******* nömrəli xx.xx.2014-cü il tarixli çıxarışın təsdiq edilmiş surətinə əsasən müəyyən olunur ki, Qəbələ rayonu Vəndam kəndində yerləşən, ümumi sahəsi 99,2 kv.m olan fərdi yaşayış evi və evin yerləşdiyi 0,1 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Sənəd daşınmaz əmlakın dövlət reyestrində 10 nömrəli reyestr kitabının 49 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə kollegiyasının sorğusuna əsasən, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli **********25 nömrəli məlumatdan görünür ki, Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən **********58-10301 reyestr nömrəli çıxarış ilə İddiaçı adına qeydə alınmış həyətyanı torpaq sahəsinin tərkibində olan 0,02 ha artıq istifadə kimi qeyd olunmuş torpaq sahəsi, yaşayış məntəqələri torpaqlarına aid olmaqla Qəbələ Rayon Vəndam Bələdiyyəsinin mülkiyyətindədir, uqodiyası çoxillik əkmələrdir. Sözügedən 0,02 ha torpaq sahəsinin döngə nöqtələri və koordinatları sxem üzrə göstərilmişdir. Həmin torpaq sahəsi İddiaçı istifadəsindədir.
TƏTBİQ EDİLƏN HÜQUQ
15. İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
16. Mülki Məcəllə: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; Maddə 139-1.1.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanunu: Maddə 1.0.4. Qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, 8.0.3-cü maddəsinə görə daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 10.2. Hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; Maddə 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; Maddə 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.
18. Torpaq Məcəlləsi: Maddə 66.1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur; Maddə 67.1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır; Maddə 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur; Maddə 111.2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
20. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.
21. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
22. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
23. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
25. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən edildi ki, Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən **********58-10301 reyestr nömrəli çıxarış ilə İddiaçı adına qeydə alınmış həyətyanı torpaq sahəsinin tərkibində olan 0,02 ha artıq istifadə kimi qeyd olunmuş torpaq sahəsi, yaşayış məntəqələri torpaqlarına aid olmaqla Qəbələ Rayon Vəndam Bələdiyyəsinin mülkiyyətindədir, uqodiyası çoxillik əkmələrdir. Mütəxəsis rəyundə 0,02 ha torpaq sahəsinin döngə nöqtələri və koordinatları sxem üzrə göstərilmişdir. Həmin torpaq sahəsi İddiaçı istifadəsindədir.
26. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, iş materiallarına əlavə edilən sənədlərdən də göründüyü kimi iddiaçı tələbində qeyd etdiyi 0,02 ha zəbt olunmuş torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərə malik deyil və bu hal məhkəmə araşdırması zamanı da aşkar edilməmişdir.
27. Məhkəmə kollegiyası hesab edir ki, mübahisə predmeti olan torpaq sahəsi cavabdeh inzibati orqan tərəfindən verilən məlumata əsasən, Qəbələ Rayon Vəndam Bələdiyyəsinin mülkiyyətində olduğundan, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, Təsərrüfatbaşına kitabda faktiki torpaq sahəsinin 0,15 ha olduğu göstərilmişdir. Həmin torpaq sahəsinin 0,10 ha hissəsi iddiaçının mülkiyyətinə verilmiş, Vəndam Bələdiyyəsi tərəfindən 0,04 ha iddiaçının bacısı Lalə Əliyevaya satılmışdır.
28. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.
29. Məhkəmə kollegiyası iddiaçının nəzərinə çatdırır ki, zəbt edilmiş istifadəsində olan 0,02 ha torpaq sahəsinin ona satılması üçün Qəbələ Rayon Vəndam Bələdiyyəsinə müraciət edə bilər.
30. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Qəbələ rayonu Vəndam kəndində yerləşən **********58-10301 reyestr nömrə ilə qeydə alınmış fərdi yaşayış evinin tərkibində olan 0,02 ha zəbt kimi qeyd olunmuş torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydə alınmasından imtina ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.
31. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli 2-1(116)-60/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.