Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-128/2024 15.02.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “cavabdeh tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında ******* saylı çıxarışa (qeydiyyatxx.xx.2017) və xx.xx.2018-ci il tarixli 487 inventar saylı texniki pasporta əsasən, mülkiyyətçisi olduğu Şəki rayonu Orta Zəyzid kəndində yerləşən ümumi sahəsi 56,3 kv.metr olan fərdi yaşayış evinin həyətyanı torpaq sahəsi üzrə evə aid texniki pasportda qeyd edilmiş 290 kv.metr torpaq sahəsi ilə bağlı zəbt qeydinin texniki pasportdan çıxarılması və həmin torpaq sahəsinin mülkiyyətində olan torpaq sahəsi kimi çıxarışda qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli 2-1(116)-2430/2023 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “hüquqların dövlət qeydiyyatı haqqında ******* saylı çıxarışa (qeydiyyat-xx.xx.2017) və xx.xx.2018-ci il tarixli, 487 inventar saylı texniki pasporta əsasən, mülkiyyətçisi olduğu Şəki rayonu Orta Zəyzit kəndində yerləşən ümumi sahəsi 56,3 kv.metr olan, fərdi yaşayış evinin həyətyanı torpaq sahəsi üzrə evə aid texniki pasportda qeyd edilmiş 290 kv.metr zəbt torpaq sahəsinin, qanunazidd olaraq qeyd edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı, tələbini dəqiqləşdirərək “cavabdeh tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında ******* saylı çıxarışa (qeydiyyat-xx.xx.2017) və xx.xx.2018-ci il tarixli 487 inventar saylı texniki pasporta əsasən,mülkiyyətçisi olduğu Şəki rayonu Orta Zəyzid kəndində yerləşən ümumi sahəsi 56,3 kv.metr olan fərdi yaşayış evinin həyətyanı torpaq sahəsi üzrə evə aid texniki pasportda qeyd edilmiş 290 kv.metr torpaq sahəsi ilə bağlı zəbt qeydinin texniki pasportdan çıxarılması və həmin torpaq sahəsinin mülkiyyətində olan torpaq sahəsi kimi çıxarışda qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
4. İddia ərizəsinin əsaslarına görə, Şəki rayonu, Orta Zəyzit kənd sakini, İddiaçı Şəki rayon Məhkəməsi-də (hakim:- C.İmanov), Şəki rayonu, Orta Zəyzit kənd sakinləri, X12 və X9 qarşı qaldırdığı, Şəki rayonu, Orta Zəyzit kəndində yerləşən və iddiaçıyla cavabdehlərin ümumi birgə mülkiyyətində olan evdən və evə aid torpaq sahəsindən, iddiaçıya düşən payın müəyyən edilərək, naturada ayrılmasına dair iddianın qismən təmin edilməsinə dair, yəni, cavabdeh orqan tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında, ******* saylı çıxarışa (qeydiyyat-xx.xx.2017) və xx.xx.2018-ci il tarixli, 487 inventar saylı texniki passporta əsasən, Şəki rayonu, Orta Zəyzid kəndində yerləşən ümumi sahəsi 56,3 kv.metr olan, fərdi yaşayış evinin “A” literində göstərilən, sahəsi 10,4 kv.metr olan 1 saylı köməkçi otağın və sahəsi 16,6 kv.metr olan, 2 saylı yaşayış otağın naturda ayrılaraq iddiaçının mülkiyyətinə verilməsi və həmin evə aid torpaq səhəsinın naturada bölünməsi hissəsində isə, tələbin təmin edilməməsinə dair, xx.xx.2019-cu il tarixli, 2(075)-65/2019 saylı Qətnamə qəbul etmiş, bundan sonra, xx.xx.2019-cu il tarixdə, cavabdeh orqan tərəfindən adı qeyd edilən yaşayış evi üzrə yeni Texniki Passport tərtib edilmiş və həmin Passportda sənəd üzrə torpaq sahəsi 0,0595 ha, faktiki isə, 0,0885 ha olduğu göstərilmişdir. Yəni, yeni tərtib olunmuş Texniki Pasporta əsasən, evin torpaq sahəsinin 0,029 ha hissəsi əsassız olaraq, zəbt torpaq sahəsi kimi qeydə alınmış və ştrixlənmişdir. Texniki Passport-da İ- Hasar, lll-Darvaza, İV-Darvaza, B-Talvar, C-Tövlə və F-Talvar literləri ilə işarəli hissələri, zəbt torpaq sahəsi üzrə ştrixlənmiş hissədə qeyd edilmişdir.
5. Cavabdeh iddia tələbinə etirazında qeyd etmişdir ki, vətəndaş İddiaçı 08 dekabr 2022-ci il tarixdə ərizə ilə (daxilolma Na-si **********) DƏDKR PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib edilmiş 487 inventar nömrəli texniki pasportda onun və qardaşı X5 ailə üzvləri ilə ümumi birgə mülkiyyətində olan Şəki rayonunun Orta Zəyzid kəndində yerləşən fərdi yaşayış evinin sənəd üzrə torpaq sahəsi 0,0595 ha, faktiki sahəsi 0,0885 ha göstərilməklə həyətyanı torpaq sahəsinin 0,029 ha hissəsi zəbt torpaq sahəsi kimi qeydə alınmış və ştrixlənmişdir. Texniki pasportda İ (Hasar), İİİ (Darvaza), İV (Darvaza), B (Talvar), C (Tövlə), F (Talvar) tikililəri zəbt torpağa düşdüyündən evin ona aid hissəsi bağlanmışdır. Bu səbəbdən 150 ildən artıq ailəsinin istifadəsində olmuş fərdi yaşayış evinin faktiki 885 kv.metr həyətyanı torpaq sahəsi üzrə zəbt torpaq sahəsi kimi qeyd olunmuş 290 kv.metr hissəsinə çıxarış və texniki pasport verilməsini xahiş etmişdir.
6. Ərizəyə baxılması ilə əlaqədar müraciət olunan fərdi yaşayış evi və torpaq sahəsinin elektron baza kadastr xəritə və arxiv məlumatları yoxlanılarkən müəyyən olunmuşdur ki, Şəki rayonu Orta Zəyzid kəndində yerləşən, ümumi sahəsi 56,3 kv.metr olan fərdi yaşayış evinin yerləşdiyi 595,47 kv.metr həyətyanı torpaq sahəsinə Şəki rayon aqrar islahat komissiyasının xx.xx.1997-ci il tarixli 42 saylı qərarı ilə Şəki rayonu Orta Zəyzid kənd sakini X13 və ailə üzvləri İddiaçı, X12, X9 verildiyi, Şəki rayonu Orta Zəyzid kəndində yerləşən 595,47 kv.metr həyətyanı torpaq sahəsinin X15 kitabında 26.11,2009cu il tarixdə 4335 nömrəsi ilə iddiaçının mərhum anası X6 adma uçota alınaraq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon şöbəsi tərəfindən X6 adına A 201412 seriya və nömrəli torpaq sahəsinin planı və ölçüsünün tərtib olunduğu, həmin plan ölçü sənədinin və sənəddə əsas döngə nöqtələrinin kordinatları əks olunmuş torpaq sahəsinin 12 saylı Ərazi İdarəsinin elektron baza kadastr xəritə və arxiv məlumatlarında mövcud olduğu üçün ümumi sahəsi 56,3 kv.metr olan fərdi yaşayş evinin 595 kv.metr həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verildiyi və fərdi yaşayış evinin faktiki 885 kv.metr həyətyanı torpaq sahəsi üzrə zəbt torpaq sahəsi kimi qeyd olunmuş 290 kv.metr hissəsinə dair hər hansı hüquqmüəyyənedici sənəd olmadığı üçün ərizəçiyə xx.xx.2023-cü il tarixli 3-21-3- 39/2-Ə-00xx-xx/2023 №-li imtina məktubu verilmişdir.
7. Belə ki, 12 saylı Ərazi İdarəsinin elektron baza kadastr xəritə və arxiv məlumatlarında iddiaçının mərhum anası X6 adına 595,47 kv.metr fərdi yaşayış evi tikmək təyinatlı torpaq sahəsinə A 201412 seriya və nömrəli plan ölçü sənədi və 1601,28 kv.metr fərdi yaşayış evi tikmək təyinatlı torpaq sahəsinə isə A 201412 seriya və nömrəli plan ölçü sənədi olsa da, hər iki torpaq sahəsi üzərində iddiaçının digər qanun üzrə vərəsələrlə ümumi birgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə çıxarış verilmişdir. Həmçinin, müraciət olunan fərdi yaşayış evi və torpaq sahəsinin elektron baza kadastr xəritə və arxiv məlumatları yoxlanılarkən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun ilkin dövlət qeydiyyatına alındığı iddiaçının mərhum atası X2, torpaq sahəsi üzərində mülkiyyət hüququnun ilkin dövlət qeydiyyatına alındığı iddiaçının mərhum anası X6, İddiaçı, iddiaçının qardaşı X7 və X8, habelə iddiaçının valideynlərinin qanun üzrə vərəsələri X1, X11 hər hansı birinə əlavə torpaq sahəsinin ayrılması barədə hər hansı hüquq müəyyənedici sənədin olmadığı müəyyən olunmuşdur.
8. Beləliklə, Şəki rayonu Orta Zəyzid kəndində yerləşən fərdi yaşayış evinin torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə çıxarışın verilməsinə əsas olmuş plan ölçü sənədi öz hüquqi qüvvəsini saxladığından həmin sənədin ləğv edilməsi və ya sənədə düzəliş edilməsi daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi idarəsinin qanunda nəzərdə tutulmuş səlahiyyətlərinə aid deyil. Belə ki, Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 1.0.4-cü maddəsinə əsasən qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Yuxarıda qeyd olunanlara əsasən, iddiaçının mərhum anası X13 və ailə üzvləri İddiaçı, X12, X9 Şəki rayon aqrar islahat komissiyasının xx.xx.1997-ci il tarixli 42 saylı qərarı ilə Orta Zəyzid kəndindən verilmiş 595,47 kv.metr həyətyanı torpaq sahəsinə bitişik olsa da, iddiaçıya dair heç bir hüquq müəyyənedici sənədi olmayan 290 kv.metr zəbt torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi qanunamüvafiq hesab olunmamışdır.
9. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.
10. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
11. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Muayev) 14 dekabr 2023-cü il tarixli 2- 1(116)-2430/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.
12. İddiaçı apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 14 dekabr 2023cü il tarixli 2-1(116)-2430/2023 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
13. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli 2-1(116)-2430/2023 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli 2- 1(116)-2430/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etdi.
15. Məhkəmə kollegiyasının hazırkı iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir.
16. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
17. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, analoji tələblə cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Şəki rayonu Orta Zəyzid kəndində yerləşən 0,0595 ha torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı) yaşayış məntəqələrinin torpaqları olmaqla, həmin torpaq sahəsi üzərində X13, X12, X14 və İddiaçı ümumibirgə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. - xx.xx.2018-ci il tarixli 487 inventar nömrəli texniki pasportdan görünür ki, həmin sənəd Şəki rayonu Orta Zəyzid kəndində yerləşən fərdi yaşayış evi ilə bağlı tərtib edilmişdir. Sənədə əsasən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi sənəd üzrə 0,0595 ha, faktiki sahəsi 0,0885 ha, hüquq subyektləri olaraq isə X4 və İddiaçı, xüsusi qeyd olaraq isə 290 kv.metr zəbt torpaq sahəsinin olması, B,C,F tikililərinin zəbt torpağına düşməsi qeyd edilmişdir. - 404013065912-10301 reyestr nömrəli çıxarışdan görünür ki, Şəki rayonu Orta Zəyzid kəndində yerləşən 0,0595 ha torpaq sahəsi üzərində İddiaçı, X12, X4 və X8 paylı mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır.
TƏTBİQ EDİLƏN HÜQUQ
18. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 1.0.4. Qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur. 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd;[35] 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Maddə 10.2. Hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15.1 Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Maddə 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.
20. “İnzibati icraat haqqında” Qanun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1.İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
21. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçilərin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayətləri mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayətləri uğurlu olmayacaqdır.
22. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
23. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
24. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
26. Məhkəmə kollegiyası ilk olaraq qeyd etməyi zəruri hesab edir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur.
27. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən olundu ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı xx.xx.2018-ci il tarixli, 487 inventar saylı texniki pasportda “zəbt” olaraq qeyd edilmiş 290 kv.metr torpaq sahəsi ilə bağlı qeydin həmin texniki pasportdan çıxarılmasına və RX seriyalı ******* saylı çıxarışa mülkiyyətində olan torpaq sahəsi kimi qeyd edilməsinə nail olmaqdır.
28. Belə ki, iddiaçı sözügedən torpaq sahəsinin texniki pasportda “zəbt” qeyd edilməsi ilə razılaşmır və mülkiyyətində olan torpaq sahəsi kimi RX seriyalı ******* saylı çıxarışda qeyd edilməsini tələb edir.
29. Məhkəmə kollegiyası qeyd edir ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır.
30. Müvafiq hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir.
31. Hazırkı mübahisəyə münasibətdə də isə iddia olunan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun yaranmasını təsdiq edən hər hansı hüquq müəyyənedici sənədin mövcudluğu müəyyən edilmir.
32. Həmçinin 2-1(116)-666/2023 nömrəli inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-348/2023 nömrəli qərarı ilə müəyyən edilir ki, DƏDKR PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsi xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyində iddia olunan 290 kv.m torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması bildirlir.
33. Bununla belə mübahisələndirilən torpaq sahəsinin bələdiyyənin qərarı əsasında iddiaçıya ayrılması müəyyən edilmir.
34. Eyni zamanda iddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində, o cümlədən Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında nəzərdə tutulmuş, hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilmiş etibarlı hüquqmüəyyənedici sənədə malik deyil.
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Savalan” Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 04 oktyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, "hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1-dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2-hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3-hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6-bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin cavabdeh orqan tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir.”
36. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri).
37. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab edir ki, iddia olunan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün hüquqmüəyyənedici sənədlər mövcud olmadığından cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur.
38. Məhkəmə kollegiyası yuxarıda istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “cavabdeh tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında ******* saylı çıxarışa (qeydiyyatxx.xx.2017) və xx.xx.2018-ci il tarixli 487 inventar saylı texniki pasporta əsasən, mülkiyyətçisi olduğu Şəki rayonu Orta Zəyzid kəndində yerləşən ümumi sahəsi 56,3 kv.metr olan fərdi yaşayış evinin həyətyanı torpaq sahəsi üzrə evə aid texniki pasportda qeyd edilmiş 290 kv.metr torpaq sahəsi ilə bağlı zəbt qeydinin texniki pasportdan çıxarılması və həmin torpaq sahəsinin mülkiyyətində olan torpaq sahəsi kimi çıxarışda qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasını təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
39. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası
QƏRАRА АLDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli 2-1(116)-2430/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.