Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-128/2025 16.05.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Tahirov Zamin Cəbrayıl oğlu və X16 ibarət tərkibdə, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsi X4, üçüncü şəxs X7 vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı "X2nun adına verilmiş, xx.xx.2019-cu ildə qeydiyyata alınmış RX seriyalı ******* nömrəli çıxarışın verilməsinə əsas olmuş qeydiyyatın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 23 avqust 2022-ci il tarixli, 2-1(116)-676/2022 saylı qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsi və üçüncü şəxs X19 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehlər X5 hüquqi varisi X12 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDRX-in 12 saylı Şəki Ərazi İdarəsinə qarşı "X2nun adına verilmiş, xx.xx.2019-cu ildə qeydiyyata alınmış RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir.
2. İddiaçı birinci instansiya məhkəməsinə iddianın dəyişdirilməsi barədə ərizə göndərərək, iddia ərizəsində cavabdeh kimi göstərdiyi X5 hüquq varisi X13 üçüncü şəxs kimi göstərdiyini bildirmiş, iddia tələbini isə "X2nun adına verilmiş, xx.xx.2019-cu ildə qeydiyyata alınmış RX seriyalı ******* nömrəli çıxarışın verilməsinə əsas olmuş qeydiyyatın ləğv edilməsi" kimi ifadə etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir.
3. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə X19 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.
4. Məhkəmənin həmin qərardadı ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi hüquq varisi olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsi ilə əvəz edilmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Qax rayonu kənd X20 5 iyun 1996-cı il tarixli, 2 nömrəli ümumi iclasının qərarına əsasən Əhmədov Nadirdən kəsilən və kolxoz fonduna birləşən 0,06 ha torpaq sahəsinin mənə ölçülməsi qərara alınmışdır. 28 fevral 1997-ci ildə tərtib edilmiş aktla ona ev tikmək üçün 0,06 ha həyətyanı torpaq sahəsi ölçülərək verilmişdir. Torpaq sahəsinin ölçüləri uzunu 30 metr, eni isə 20 metr olmaqla sərhədləri şimal qonşusu Nümayəndə2, cənub qonşusu Xürrəm Seyidov, şərqdən qonşusu Eldar Salamov və qərbdən isə yol olmaqla göstərilmişdir. Mərhum əmisi X8 atası Nümayəndə2 Abdurəhman oğluna qarşı məhkəmədə torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bundan sonra ona məlum olmuşdur ki, mərhum X31 rayonu, X20 5 iyun 1996-cı il tarixli, 2 nömrəli ümumi iclasının qərarına əsasən ona verilmiş 0,06 ha torpaq sahəsini də öz adına keçirdərək 0.12 ha torpaq sahəsinə Seriya RX №1447954 olan çıxarış almışdır. Belə ki, o məhkəməyə saxta sənəd təqdim edərək 25 fevral 1995-ci il tarixdə ona Qax rayonu kənd X20 21 fevral 1995-ci il tarixli, 2 nömrəli ümumi iclasının qərarına əsasən ona kolxozun həyətyanı fondunun 0,05 ha torpaq sahəsinin ona verilmiş 0,07 ha torpaq sahəsi birləşdirilərək 0,12 hektara çatdırılmasını göstərmiş və həmin sənəd əsasında çıxarış almışdır. Həmin torpaq sahəsinin verilməsi ilə bağlı hər-hansı bir iclasın keçirilməsi barədə heç bir sübut yoxdur. Tərtib edilmiş akt isə özü- özlüyündə mübahisəlidir. Atası Nümayəndə2 tərəfindən 2010cu ildə həmin aktın surəti arxivdən götürülmüş həmin aktda sadəcə bir nəfərin imzası olduğu halda, X2 tərəfindən məhkəmədə iddia qaldırılarkən təqdim edilmiş aktda artıq 2 nəfərin imzası olmuş, 3- cü şəxsin isə imzası olmamışdır. Həmin torpaq sahəsi uzun illər onların istifadələrində olmuşdur. X2 tərəfindən əldə edilmiş çıxarış saxta sənədlər əsasında verilmişdir.
6. Cavabdeh orqanın etiraz məktubunda qeyd edilmişdir ki, X5 adına olan xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışda qeyd olunan daşınmaz əmlak qanunvericiliyin tələblərinə uyğun olaraq qeydiyyata alınmışdır. Sözügedən daşınmaz əmlak xx.xx.2021-ci ildə Qax rayon Notariat Ofisində təsdiqlənmiş 2V-207 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, xx.xx.2020-ci ildə vəfat etmiş X5 vərəsəsi X7 adına xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.
7. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Respublika Dövlət Arxivinin Şəki filialının xx.xx.2021-ci il tarixli 637 nömrəli arxiv çıxarışından görünür ki, Qax rayonu Şota Rustaveli adına kolxozun xx.xx.1996-cı il tarixli 2 nömrəli iclas qərarı ilə Əhmədov Nadirin kəsilən və kolxoz fonduna birləşən 0,06 ha torpaq sahəsinin Seyidova Elenaya ölçülməsi qərara alınmışdır. - xx.xx.1997-ci il tarixli aktdan görünür ki, Qax rayonu Şota Rustaveli adına kolxozun xx.xx.1996-cı il tarixli 2 nömrəli qərarı ilə ev tikmək üçün ayrılmış 0,06 ha (30 metr x 20 metr) torpaq sahəsi kolxozun baş aqronomu, təftiş komissiyasının sədri, 1 nömrəli təsərrüfat briqadasının briqadiri tərəfindən ölçülərək iddiaçı X17 verilmiş, torpaq sahəsinin qonşularının şimaldan Nümayəndə2, cənubdan Xürrəm Seyidov, şərqdən Eldar Salamov, qərbdən isə yol olması müəyyən edilmişdir. - Qax Rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 127 nömrəli arxiv arayışından görünür ki, Qax rayonu Şota Rustaveli adına kolxozun Torpaq kadastrı kitabında 1081-ci sırada X14 0,06 ha həyətyanı torpaq sahəsinin olması qeyd olunmuşdur. - "Qax rayon Qaxbaş kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəl"in 721-ci sətrində mülkiyyətinə torpaq sahəsi veriləcək şəxs kimi X14 adı qeyd edilmiş və onun qanuni istifadəsində olan həyətyanı torpaq sahəsi kimi 0,06 ha qeyd olunmuşdur. Həmin cədvəlin 717-ci sətrində mülkiyyətinə torpaq sahəsi veriləcək şəxslər kimi X5, X7, X18, X9 və X15 adları qeyd edilmiş və onların qanuni istifadəsində olan həyətyanı torpaq sahəsi kimi 0,12 ha qeyd olunmuşdur. - Qax rayonu Şota Rustaveli adına kolxozun xx.xx.1995-ci il tarixli 02 nömrəli ümumi iclas protokolundan çıxarışdan görünür ki, Qaxingiloy kənd sakini X5 öhdəsində kolxozun qaytanlanmış kitabında 0,07 ha həyətyanı torpaq sahəsi olduğu halda, ona bitişik olan 0,05 ha torpaq sahəsinin də əlavə olaraq X6 verilərək 0,12 ha-ya çatdırılmasının qərara alındığı göstərilmişdir. - RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, Qax rayonu Qaxbaş kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinə və fərdi yaşayış evinə iddiaçının əmisi X5 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu ildə qeydiyyata alınmışdır. - Qax Rayonu Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"dən görünür ki, X8 xx.xx.2020-ci ildə vəfat etdikdən sonra onun həmin şəhadətnamə mərhumun arvadı X7 adına verilmişdir. - "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, Qax rayonu Qaxbaş kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinə və fərdi yaşayış evinə X7 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci ildə qeydiyyata alınmışdır. - Məhkəmə kollegiyasına təqdim edilmiş JN-721A nömrəli Torpağın mülkiyyətinə verilməsinə şəhadətnamədən görünür ki, Qax Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 07 nömrəli qərarı ilə X17 0,06 ha torpaq sahəsi verilmişdir. - Məhkəmə kollegiyasına təqdim edilmiş təsərrüfat üzvlərinin siyahısında torpaq sahəsi verilməsi nəzərdə tutulmuş şəxslərin siyahısında X14 adı qeyd edilmişdir.
8. Şəki İnzibati Məhkəməsinin (hakim Vidadi Qasımov) 23 avqust 2022-ci il tarixli 2- 1(116)-676/2022 nömrəli qərarı ilə iddia tələbi qismən təmin edilərək, daşınmaz əmlakın dövlət reyestrində X2nun adına aparılmış xx.xx.2019-cu il tarixli ********** nömrəli qeydiyyatın Qax rayonu Şota Rustaveli adına kolxozun xx.xx.1996-cı il tarixli 2 nömrəli qərarı ilə iddiaçı X17 verilmiş torpaq sahəsi ilə üst-üstə düşən 565 kv.m torpaq sahəsinə aid hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
9. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsi və üçüncü şəxs X19 tərəfindən həmin qərardan apellyasiya şikayətləri verilmişdir.
10. Apellyasiya instansiya məhkəməsindəki birinci icraat Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-340/2022 saylı iş üzrə 16 noyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 23 avqust 2022-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək, iddia rədd edilmişdir.
11. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
12. Kassasiya instansiya məhkəməsindəki birinci icraat Azərbaycaan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 aprel 2023cü il tarixli, 2-1(102)-513/2023 saylı qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 noyabr 2022-ci il tarixli, 21(107)-340/2022 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
13. Apellyasiya instansiya məhkəməsindəki ikinci icraat Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 may 2024-cü il tarixli, 2- 1(102)-9/2024 saylı qərardadı ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsi və üçüncü şəxs X19 tərəfindən verilmiş аpellyаsiyа şikаyəti qismən təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 23 avqust 2022-ci il tarixli, 2-1(116)-676/2022 saylı qərarı ləğv edilərək İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı "X2nun adına verilmiş, xx.xx.2019-cu ildə qeydiyyata alınmış RX seriyalı ******* nömrəli çıxarışın verilməsinə əsas olmuş qeydiyyatın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır.
14. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
15. Kassasiya instansiya məhkəməsindəki ikinci icraat Azərbaycaan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 23 oktyabr 2024-cü il tarixli, 2-1(102)-2319/2024 saylı qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 may 2024-cü il tarixli, 2- 1(107)-9/2024 nömrəli qərardadı ləğv edilərək iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
Apellyasiya şikayətinin dəlilləri
16. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, X5 Qax rayonu Qaxbaş kəndində 0,12 ha yaşayış məntəqəsi torpağına və həmin torpağın üzərində tikilmiş ümumi sahəsi 114,7 kv.m fərdi yaşayış evinə xüsusi mülkiyyət hüququnun qeydiyyatı dövlət reyestrində qanunvericiliyin tələblərinə uyğun olaraq ********** nömrəsi ilə xx.xx.2019-cu il tarixdə qeydiyyata alınaraq RX ******* seriya və nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Belə ki, Qax rayonu Qaxbaş kəndi Şota Rustaveli kolxozunun idarə heyəti tərəfindən X6 Qax İngiloy kənd inzibati ərazi dairəsi nümayəndəliyinə təqdim etmək üçün verilmiş və kolxozun sədri X.Tilkavaşvilinin imzası və kolxozun dairəvi möhürü ilə təsdiq edilmiş xx.xx.1996-cı il tarixli 368 nömrəli arayışın əslindən görünür ki, X5 adına kolxozun qaytanlanmış torpaq kitabında 582-ci sırada 0,12 ha həyətyanı torpaq sahəsi var. Qax RİH Qax İngiloy kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən X6 DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə təqdim etmək üçün verilmiş xx.xx.2018-ci il tarixli 1716 nömrəli arayışdan görünür ki, Qax rayonu Qax İngiloy kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Qaxbaş kəndinə aid 3 saylı təsərrüfatbaşına kitabın 92 saylı şəxsi hesabında X5 adına 0,12 ha həyətyanı torpaq sahəsinin olduğu qeyd edilmişdir. Sözügedən daşınmaz əmlak xx.xx.2021-ci il tarixdə Qax rayon Notariat Ofisində 2V-207 nömrəsi ilə reyestrdə qeyd edilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən xx.xx.2020-ci il tarixdə vəfat etmiş X5 vərəsəsi X7 Qax rayonu Qaxbaş kəndində 0,12 ha yaşayış məntəqəsi torpağına və həmin torpağın üzrəində tikilmiş ümumi sahəsi 114,7 kv.m fərdi yaşayış evinə xüsusi mülkiyyət hüququnun qeydiyyatı dövlət reyestrində qanunvericiliyin tələblərinə uyğun olaraq ********** nömrəsi ilə xx.xx.2021-ci il tarixdə qeydiyyata alınaraq hüquqların dövlət qeydiyyatı haqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Bundan başqa Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixdə verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-721A, kod 40309028 şəhadətnamədən görünür ki, Qax Rayon Aqrar İslahat Komissiyasının 20 iyul 2000-ci il tarixli qərarı ilə 0,06 ha (583,9 kv.m) həyətyanı sahə Qax rayonu Qaxbaş kənd sakini X14 mülkiyyətinə verilmişdir və həmin torpaq sahəsi ilə iddiaçının iddia etdiyi torpaq sahəsi Qax rayonu Qaxbaş kəndinin fərqli hissələrində yerləşir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən, Qax rayonu Qaxbaş kənd sakini X17 daşınmaz əmlakn dövlət reyestrində X2nun adına ********** nömrəsi ilə xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmış 0,12 ha yaşayış məntəqəsi torpağından əlavə 0,06 ha torpaq payının ayrılmasının tanınması yolverilməzdir. Bundan əlavə qeyd olunmalıdır ki, X1 torpaq sahəsinə olan hüququ qanun üzrə vərəsəsinə keçdiyindən mərhumun adına aparlımış xx.xx.2019-cu il tarixli ********** nömrəli qeydiyyat qüvvədən düşmüşdür. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixdə verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-721A, kod 40309028 şəhadətnamədən və torpaq sahəsinin yerləşdiyi yerin sxemindən görünür ki, Qax Rayon Aqrar İslahat Komissiyasının 20 iyul 2000-ci il tarixli qərarı ilə Qax rayonu Qaxbaş kənd sakini X14 mülkiyyətinə verilmiş 0,06 ha (583,9 kv.m) həyətyanı sahə ilə iddiaçının iddia etdiyi torpaq sahəsi Qax rayonu Qaxbaş kəndinin fərqli hissəslərində yerləşir və X2nun mülkiyyətində olmuş 0,12 ha torpaq sahəsi ilə üst-üstə düşmür. Odur ki, Şəki İnzibati Məhkəməsinin 23 avqust 2022-ci il tarixli 2-1(116)-676/2022 nömrəli qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
17. Üçüncü şəxs X19 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi öz qərarında qeyd etmişdir ki, Qax rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, Qax rayonu Şota Rustaveli adına kolxozun xx.xx.1995-ci il tarixli 02 nömrəli ümumi iclas protokolunda X6 torpaq sahəsinin verilməsinə dair məlumat tapılmamışdır. Bildirmişdir ki, onlarda olan və reyestr xidmətinə təqdim edilmiş Qax rayonu Şota Rustaveli adına kolxozun xx.xx.1995-ci il tarixli 02 nömrəli ümumi iclas protokolundan çıxarış əslidir və onların tərəfindən heç bir saxtalaşma aparılmamışdır və məhkəmə tərəfindən sübut edilməmişdir. Həmin çıxarışın protokolda olmaması isə ona adi bir məsələ deyil və bunun məsuliyyəti həmin dövrdə kolxoz rəhbərliyinin üzərinə düşür. Birinci instansiya məhkəməsi rəyində iddiaçının iddia etdiyi yerlə iddiaçıya verilmiş yerləri səhv salmış, öz rəyində iddiaçının iddia etdiyi yerin onun mülkiyyətində olan yerlə üst-üstə düşdüyünü bildirmişdir. Məhkəmə nəzərə almamışdır ki, iddiaçının aqrar islahatla əlaqədar aldığı torpaq sahəsi tamamilə başqa ərazidədir. Ona görə də Şəki İnzibati Məhkəməsinin 23 avqust 2022-ci il tarixli 2-1(116)- 676/2022 nömrəli qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tərəflərin izahatları
19. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsi X10 və üçüncü şəxs X7 vəkili Nümayəndə1 tərəflərindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin məzmununa uyğun izahat verərək həmin apellyasiya şikayətlərinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 23 avqust 2022-ci il tarixli 2- 1(116)-676/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etdilər.
20. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətlərinin əsassız olduğundan təmin edilməməsini xahiş etdilər.
21. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və üçüncü şəxs X19 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; Maddə 139.3. daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: .......... Maddə 140. reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 141.1. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Maddə 141.2. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Maddə 141.3. Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Maddə 152.1. mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2. sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.3. istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 8.0.8. Bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Maddə 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Maddə 23.3. Dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.
26. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı"nın 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: ... 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış nəzərdə tutulmuşdur.
27. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.1. inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; Maddə 13.3. müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.4. inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Maddə 13.5. fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Maddə 17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
Apellyasiya şikayətinin mümkünlüyü
28. Cavabdeh və üçüncü şəxsin apellyasiya şikayətləri vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayətləri təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
30. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətlərində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
31. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
32. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
33. İş materiallarına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli, 2-1(102)-2319/2024 nömrəli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 may 2024-cü il tarixli, 2-1(107)-9/2024 nömrəli qərardadı ləğv edilərək iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır.
34. İnzibati-Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir.
35. Ali Məhkəmə hazırki iş üzrə 23 oktyabr 2024-cü il tarixli, 2-1(102)-2319/2024 nömrəli qərarda qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərardadı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz. - Hazırkı halda, cavabdehin arxivində saxlanılan sənədlərə əsasən belə qənaətə gəlmək olur ki, mərhum Xürrəm Seyidovun adına aparılmış qeydin əsasında Qax rayon Şota Rustaveli adına kolxozun xx.xx.1995-ci il tarixli, 02 nömrəli ümumi iclas protokolundan çıxarış, Qax rayon Şota Rustaveli adına kolxozun xx.xx.1995-ci il tarixli aktı və 2004-cü ilin iyul ayında tərtib edilmiş “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu” dayanır. İddiaçı iddia ərizəsində Şota Rustaveli adına kolxozun xx.xx.1995-ci il tarixli, 02 nömrəli ümumi iclas protokolundan çıxarışın və Qax rayon Şota Rustaveli adına kolxozun xx.xx.1995-ci il tarixli aktının mötəbər olmadığına istinadən, Xürrəm Seyidovun adına aparılmış qeydi mübahisələndirir. Göründüyü kimi, iddiaçının hüquqi marağı qeyri-müəyyəndir. - İşə təkrar baxmış apellyasiya instansiyası məhkəməsi iddiaçıya Qax rayon Şota Rustaveli adına kolxozun xx.xx.1996-cı il tarixli, 2 nömrəli qərarı ilə ayrılmış torpaq sahəsi ilə Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 07 nömrəli qərarı ilə ayrılmış torpaq sahəsinin eyni torpaq sahəsi olub-olmadığını, həmçinin sözügedən şəhadətnamədəki torpaq sahəsinin Aqrar İslahat Komissiyasının qərarı ilə ayrılan torpaq sahəsi olub-olmadığını, Aqrar İslahat Komissiyasının həmin qərarının qüvvədə olub-olmadığını, eləcə də iddiaçının həmin sənədlər əsasında hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb-alınmadığını müəyyən etmədən, bu istiqamətdə lazımi araşdırma aparmadan, o cümlədən yerli baxış keçirmədən, sözügedən şəhadətnamədəki iddiaçıya məxsus torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində X5 adına qeydiyyatı aparılmış 0,12 ha torpaq sahəsi ilə üst-üstə düşmədiyinə istinadən iddianı mümkün saymamışdır. - Həmçinin apellyasiya instansiyası məhkəməsi iddiaçının iddia tələbinin əsasını hansı sənədin (Qax rayon Şota Rustaveli adına kolxozun xx.xx.1996-cı il tarixli, 2 nömrəli qərarı, yaxud JN-721A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin) təşkil etməsi məsələsinin aydınlaşdırılmasına dair iş üzrə kassasiya instansiyası məhkəməsinin göstərişini yerinə yetirməmiş, bununla yanaşı araşdırma zamanı iddiaçıya Qax rayon Qaxbaş bələdiyyəsi tərəfindən alqı-satqı müqaviləsinə əsasən 0,06 ha torpaq sahəsinin satıldığını müəyyən etdiyi halda, iddiaçının tələbinin əsasını təşkil etməsi baxımından həmin hala hüquqi qiymət verməmiş, həmçinin həmin alqı-satqı müqaviləsinin qüvvədə olub-olmadığını, həmin müqavilə əsasında satılmış torpaq sahəsinə iddiaçının hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıbalınmadığını və ən əsası, həmin torpaq sahəsi ilə daşınmaz əmlakın dövlət reyestrində X5 adına qeydiyyatı aparılmış 0,12 ha torpaq sahəsinin üst-üstə düşüb-düşmədiyini müəyyən etməmişdir. - İşə təkrar baxacaq apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilən halları araşdırarkən Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 07 nömrəli qərarı ilə iddiaçıya ayrılmış torpaq sahəsinin onun adına tərtib edilmiş sözügedən şəhadətnamədəki torpaq sahəsi ilə eyni olmadığını və ya mübahisənin bələdiyyə tərəfindən satılmış torpaq sahəsi ilə bağlı olduğunu aşkar etdiyi təqdirdə, müvafiq torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində X5 adına qeydiyyatı aparılmış 0,12 ha torpaq sahəsi ilə üst-üstə düşüb-düşmədiyini müəyyən etməli, üst-üstə düşdüyü halda, cavabdehin daşınmaz əmlakın dövlət reyestrində X5 adına 0,12 ha torpaq sahəsi ilə bağlı qeydiyyatı hansı hüquqmüəyyənedici sənəd əsasında apardığını aydınlaşdırmaldır.
36. Ali Məhkəmənin hüquqi mövqeyinə əsasən məhkəmə kollegiyası tərəfindən ilkin olaraq iddiaçıya hüquqi yardım göstərilərək iddia tələbinin əsasını hansı sənədin (Şota Rustaveli adına kolxozun xx.xx.1996-cı il tarixli qərarının yaxud, Qax rayon Aqrar İslahat Komissiyasının 20 iyul 2000-ci il tarixli, 7 saylı qərarı ilə tərtib edilmiş JN-721A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin və ya Qax rayon Qaxbaş bələdiyyəsi tərəfindən xx.xx.2011-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinin) təşkil etməyinə, yəni ləğvini tələb etdiyiniz xx.xx.2019-cu il tarixli, RX seriyalı ******* nömrəli çıxarışla X5 adına qeydiyyata alınmış 0,12 ha torpaq sahəsinin Sizə yuxarıda adları çəkilən hansı sənəd əsasında verilmiş 0,06 ha torpaq sahəsi ilə üstüstə düşməyini hesab etməyinə aydınlıq gətirməsi bildirilmişdir.
37. İddiaçı tərəfindən məhkəmə kollegiyasına göndərilmiş 07 fevral 2024-cü il tarixli ərizədə qeyd edilmişdir ki, Qax rayonu kənd X20 5 iyun 1996-cı il tarixli, 2 nömrəli ümumi iclasının qərarına əsasən Əhmədov Nadirdən kəsilən və kolxoz fonduna birləşən 0,06 ha torpaq sahəsinin ona ölçülməsi qərara alınmışdır. xx.xx.2019-cu il tarixli, RX seriyalı ******* nömrəli çıxarışla X5 adına qeydiyyata alınmış 0,12 ha torpaq sahəsi İddiaçı Qax rayonu kənd X20 5 iyun 1996-cı il tarixli, 2 nömrəli ümumi iclasının qərarına əsasən verilmiş 0,06 ha torpaq sahəsi ilə üst-üstə düşməkdədir.
38. Eyni zamanda Ali Məhkəmənin hüquqi mövqeyinə əsasən məhkəmə kollegiyası tərəfindən cavabdeh orqana müvafiq sorğular göndərilərək cavablar alınmışdır.
39. Cavabdeh orqan tərəfindən məhkəmə kollegiyasına göndərilmiş 26 fevral 2025ci il tarixli 3-21-3-39/2-786/2025 nömrəli məktuba əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, Şota Rustaveli adına kolxozun xx.xx.1996-cı il tarixli qərarı ilə İddiaçı ayrılmış 0.06 ha torpaq sahəsi onun adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmamışdır. - Qax rayon Aqrar İslahat Komissiyasının 20 iyul 2000-ci il tarixli 7 saylı qərarı ilə İddiaçı ayrılmış 0.06 ha torpaq sahəsi onun adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmamışdır.Hal-hazırda 12 Şəki Ərazi İdarəsinin arxivində X11 adına olan Qax rayon Aqrar İslahat Komissiyasının 20 iyul 2000-ci il tarixli 07 saylı qərarı ilə verilmiş JN-721A KOD 40309028 (0.06 ha) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin nüsxəsi mövcuddur. Həmin Şəhadətnamənin surəti təqdim olunur. - Qax rayon Qaxbaş bələdiyyəsi tərəfindən xx.xx.2011 -ci il tarixli AN-İ ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı qızma satılmış 0.06 ha torpaq sahəsi onun adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata almmamışdır.Tərtib edilmiş Yerqurluşu planında (Sxem 2-də ) həmin torpaq sahəsinin yerləşmə vəziyyəti göstərilmişdir. Alqı-satqı predmeti olan Qaxbaş bələdiyyəsinin adına olan **********57 nömrəli çıxarışın surəti təqdim olunur. - Qax rayon Qaxbaş bələdiyyəsi ilə İddiaçı arasında bağlanılmış AN-İ seriyalı,0232657 nömrəli Alqı-satqı müqaviləsinin qüvvədə olub-olmaması barədə 12 Şəki Ərazi İdarəsində məlumat yoxdur. - İddiaçının iddiasında qeyd etdiyi 0.06 ha torpaq sahəsi (Sxemi) ilə Qax rayon Aqrar İslahat Komissiyasının 20 iyul 2000-ci il tarixli,7 saylı qərarına əsasən İddiaçı ayrılmış 0.06 ha torpaq sahəsi (Sxem2) yerləşmə vəziyyəti tərtib edilmiş Yerqurluşu planı Sxemi və Sxem 2-də göründüyü kimi həmin torpaq sahələrinin coğrafi yerləşməsi tamimilə fərqlidir. - Qax rayon Aqrar İslahat Komissiyasının 20 iyul 2000-ci il tarixli 7 saylı qərarı ilə İddiaçı adına ayrılmış torpaq sahəsi onun adına tərtib edilmiş JN-721A nömrəli “torpağın mülkiyyətə verilməsinə dair şəhədətnamə”dəki torpaq sahəsi ilə eyni torpaq sahələridir. - Qax rayon Aqrar İslahat Komissiyasının 20 iyul 2000-ci il tarixli 7 saylı qərarının qüvvədə olub-olmaması barədə 12 Şəki Ərazi İdarəsində məlumat yoxdur.
40. Cavabdeh orqan tərəfindən məhkəmə kollegiyasına göndərilmiş 1 aprel 2025-ci il tarixli 3-21-3-39/2-1059/2025 nömrəli məktubundan görünür ki, Qax rayonu, Qaxbaş kəndində yerləşən **********96-10301 reyestr nömrəli fərdi yaşayış evi xx.xx.2019-cu il tarixdə X5 adına qeydiyyata alınmışdır. Qax rayon DNK-nın xx.xx.2021-ci il tarixli, 2V-207 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən xx.xx.2020-ci il tarixdə vəfat etmiş X5 vərəsəsi X19 təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə X7 adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.
41. Belə ki, cavabdeh orqan və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinin başlıca dəlili kimi qeyd edilmişdir ki, Qax rayonu Qaxbaş kənd sakini X14 mülkiyyətinə verilmiş 0,06 ha (583,9 kv.m) həyətyanı sahə ilə iddiaçının iddia etdiyi torpaq sahəsi Qax rayonu Qaxbaş kəndinin fərqli hissəslərində yerləşir və X2nun mülkiyyətində olmuş 0,12 ha torpaq sahəsi ilə üst-üstə düşmür.
42. Apellyasiya şikayətlərinin qeyd edilən dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həm iddia ərizəsindən, həm də iddiaçının kollegiyaya təqdim etdiyi ərizədən görünür ki, o, xx.xx.2019-cu il tarixli, RX seriyalı ******* nömrəli çıxarışla X5 adına qeydiyyata alınmış 0,12 ha torpaq sahəsinin ona Qax rayonu kənd X20 5 iyun 1996-cı il tarixli, 2 nömrəli ümumi iclasının qərarına əsasən verilmiş 0,06 ha torpaq sahəsi ilə üstüstə düşdüyündən xx.xx.2019-cu ildə qeydiyyata alınmış RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsindən ibarətdir.
43. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iş materiallarında olan Respublika Dövlət Arxivinin Şəki filialı tərəfindən verilmiş 637 nömrəli 23 avqust 2021-ci il tarixli Qax rayonu Qax Gürcü kənd X20 5 iyun 1996-cı il tarixli 2 nömrəli iclas protokolundan çıxarışdan müəyyən edilir ki, İddiaçı 0,06 ha həyətyanı torpaq sahəsi Qax rayonu Şota Rustaveli adına kolxozun xx.xx.1996-cı il tarixli 2 nömrəli qərarı ilə verilmişdir.
44. Eyni zamanda, cavabdehin xx.xx.2022-ci il tarixli məktubu ilə məhkəməyə göndərilmiş mütəxəssis rəyi ilə müəyyən edildi ki, iddiaçı X3 qərarı ilə ayrılmış 0,06 ha torpaq sahəsi faktiki olaraq 0,0565 ha təşkil edir, iddiaçının iddia etdiyi faktiki 0,06 ha torpaq sahəsi X2nun adına qeydiyyata alınmış **********596 nömrəli çıxarışda göstərilən 0,12 ha torpaq sahəsi ilə üst-üstə düşür. Mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında torpaq sahələrinin üst-üstə düşən 565 kv.m hissəsinin döngə nöqtələrinin koordinatları aşağıdakı kimi göstərilmişdir:
Döngə Döngə Məsafə nöqtələrinin X Y nöqtələri (metrlə) nömrəsi 1 664098,46 4589009,33 1-2 15,2 2 664102,82 4589023,85 2-3 5,5 3 664105,95 4589028,38 3-4 34,5 4 664139,38 4589036,74 4-5 11,0 5 664143,48 4589026,49 5-1 48,2
45. Apellyasiya şikayətlərinin digər dəlili isə X5 Qax rayonu Qaxbaş kəndində 0,12 ha yaşayış məntəqəsi torpağına və həmin torpağın üzərində tikilmiş ümumi sahəsi 114,7 kv.m fərdi yaşayış evinə xüsusi mülkiyyət hüququnun qeydiyyatı dövlət reyestrində qanunvericiliyin tələblərinə uyğun olaraq ********** nömrəsi ilə xx.xx.2019-cu il tarixdə qeydiyyata alınaraq RX ******* seriya və nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən ibarətdir.
46. Bununla bağlı kollegiya qeyd edir ki, X5 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış və hazırda iddiaçı tərəfindən mübahisələndirilən qeydiyyatla bağlı cavabdehdən tələb edilərək alınmış sənədlərlə isə müəyyən edilir ki, 2019-cu ildə həmin qeydiyyatın aparılması üçün cavabdehə təqdim olunmuş sənədlər arasında Qax rayonu Şota Rustaveli adına kolxozun xx.xx.1995-ci il tarixli 02 nömrəli ümumi iclas protokolundan çıxarış da vardır. Həmin çıxarışda Qaxingiloy kənd sakini X5 öhdəsində kolxozun qaytanlanmış kitabında 0,07 ha həyətyanı torpaq sahəsi olduğu halda, ona bitişik olan 0,05 ha torpaq sahəsinin də əlavə olaraq X6 verilərək 0,12 ha-ya çatdırılmasının qərara alındığı göstərilmişdir.
47. İddiaçı öz iddia ərizəsində həmin sənədin saxta olmasını bildirdiyinə görə birinci instansiya məhkəməsi tərəfindən Qax Rayon Dövlət Arxivinə sorğu edilərək Qax rayonu Şota Rustaveli adına kolxozun xx.xx.1995-ci il tarixli 02 nömrəli ümumi iclas protokolunun X6 torpaq sahəsi verilməsi barədə hissəsi və torpaq sahəsinin X6 verilməsi barədə xx.xx.1995-ci il tarixli akt tələb edilmişdir. Lakin Qax Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, Arxivdə mühafizə olunan Qax rayonu Şota Rustaveli adına kolxozun xx.xx.1995-ci il tarixli 02 nömrəli ümumi iclas protokolunda X6 torpaq sahəsinin verilməsinə dair məlumat tapılmadı (Əsas fond № 41, siyahı 1, saxlama vahidi 113, iş 1995-1997-ci il), xx.xx.1995-ci il tarixli akt isə Şota Rustaveli adına kolxozun sənədlərində yoxdur. Bundan sonra məhkəmə tərəfindən Qax Rayon Dövlət Arxivinə təkrar sorğu edilərək Qax rayonu Şota Rustaveli adına kolxozun xx.xx.1995-ci il tarixli 02 nömrəli ümumi iclas protokolunun təsdiqlənmiş surəti alınaraq işə əlavə olundu.
48. Apellyasiya məhkəməsinin sorğusuna əsasən cavabdeh tərəfindən məhkəmə kollegiyasına göndərilmiş və iş materiallarına əlavə edilmiş 3-21-3-39/2-1059/2025 nömrəli məktubdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Qax rayonu, Qaxbaş kəndində yerləşən **********96-10301 reyestr nömrəli fərdi yaşayış evi xx.xx.2019-cu il tarixdə X5 adına qeydiyyata alınmışdır. Qax rayon DNK-nın xx.xx.2021-ci il tarixli, 2V-207 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən xx.xx.2020-ci il tarixdə vəfat etmiş X5 vərəsəsi X19 təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə X7 adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Qax rayonu, Qaxbaş kəndində yerləşən X12 məxsus fərdi yaşayış evinə dair sənədlərin surətləri təqdim olunur.
49. Göründüyü kimi, X2nun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas vermiş Qax rayonu Şota Rustaveli adına kolxozun xx.xx.1995-ci il tarixli 02 nömrəli ümumi iclas protokolundan çıxarışın məzmunu protokolun məzmununa uyğun deyil və əslində, göstərilən iclas qərarında X6 torpaq sahəsi verilməsi barədə müddəa yoxdur.
50. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı, ona Qax rayonu Şota Rustaveli adına kolxozun xx.xx.1996-cı il tarixli 2 nömrəli qərarı ilə verilmiş torpaq sahəsi ilə üstüstə düşən hissədə X2nun adına verilmiş, xx.xx.2019-cu ildə qeydiyyata alınmış RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsini tələb etməkdə haqlı olmuş, qalan hissədə isə iddia təmin edilməməlidir. Birinci instansiya məhkəməsi də iş üzrə ədalətli və obyektiv məhkəmə araşdırması apararaq iddia tələbini haqlı olaraq qismən təmin etmişdir.
51. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Belə ki, cavabdehin və üçüncü şəxsin apellyasiya şikayətlərinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.
52. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
53. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək belə qənaətə gəlir ki, cavabdehin və üçüncü şəxsin apellyasiya şikayətlərində iş üzrə göstərilən dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin və üçüncü şəxsin apellyasiya şikayətləri təmin edilməməlidir.
54. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası
Qərara aldı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsi və üçüncü şəxs X19 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 23 avqust 2022-ci il tarixli, 2-1(116)-676/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.