Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-129/2021 05.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Kərimli İsmayıl Aslan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan RespublikasıƏmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “Göyçay rayonu Qarabaqqal kəndindəyerləşən kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı 0.3465 ha torpaq sahəsi üzərindəİddiaçı, X8 və X9 JN-654, KOD 40806018 saylı "torpağın mülkiyyət hüququna dair" dövlət aktı iləəvvəllər tanınmış hüquqlarının dövlət qeydiyyatına alınması və JN-654, KOD 40806018 saylı "torpağın mülkiyyət hüquqna dair" dövlət aktına (baza məlumatlarına uyğun) uyğun olaraq müvafiq çıxarış (torpaq sahəsinin planı və ölçüsü) verilməsi vəzifəsinincavabdehin üzərinə qoyulması”tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli, 2-1(116)-779/2020 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan RespublikasıƏmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsitərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı Göyçay rayonu Qarabaqqal kəndində yerləşən kənd təsərrüfatı məhsullarıistehsalı təyinatlı 0.3465 ha torpaq sahəsi üzərində İddiaçı, X4 və X9 JN 654, KOD 40806018 saylı "torpağın mülkiyyət hüququna dair" dövlət aktı ilə əvvəllər tanınmış hüquqlarının dövlət qeydiyyatına alınması və JN-654, KOD 40806018 saylı "torpağın mülkiyyət hüququa dair" dövlət aktına (baza məlumatlarına uyğun) uyğun olaraq müvafiq çıxarış(torpaq sahəsinin planı və ölçüsü) verilməsini xahiş etmişdir. Cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 16-saylı Ərazi İdarəsi tərəfindən "torpağın mülkiyyət hüququna dair" dövlət aktı ilə əvvəllər tanınmışhüquqlarının dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın verilməsindən imtina etmişdir. O, həmin imtinanı qeyri-qanuni hesab edir və hesab edir ki, aşağıda qeyd olunanlara əsasən Göyçay rayonu Qarabaqqal kəndində yerləşən kənd təsərrüfatıməhsulları istehsalı təyinatlı 0.3465 ha torpaq sahəsi üzərində İddiaçı, X8 və X9 JN-654, KOD 40806018 saylı "torpağın mülkiyyət hüququna dair" dövlət aktı ilə əvvəllər tanınmışhüquqlarının dövlət qeydiyyatına alınması və JN-654, KOD 40806018 saylı "torpağınmülkiyyət hüququna dair" dövlət aktına (baza məlumatlarına uyğun) uyğun olaraq müvafiq çıxarış (torpaq sahəsinin planı və ölçüsü) verilməsi vəzifəsinin cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-nin 16-saylı Ərazi İdarəsinin üzərinə qoyulması barədəqərar qəbul edilməlidir. Belə ki, Göyçay rayon Aqrar-İslahat Komissiyasının 17 sentyabr 1998-ci il tarixli 42saylı qərarı ilə İddiaçı, X5 və X2 təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 0.3465 ha torpaq sahəsi verilmişdir. İddiaçı, X4 vəX9 torpağa mülkiyyət hüququ JN-654, KOD 40806018 saylı "torpağın mülkiyyət hüququna dair" dövlət aktı ilə rəsmiləşdirilmişdir. Həmin 0.3465 ha torpaq sahəsi İddiaçı, X5 və X11 ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Torpaq sahəsi 3 (3465.02 ha, 1665.00 ha və 3104.01 ha) konturdan ibarətdir, torpaq sahəsinin 2 konturda yerləşən 1665.00 ha və 3104.01 ha hissələri satılmışdır. Torpaq sahəsinin qeyd edilən hissələri satılarkən cavabdehin mütəxəsisləri tərəfindən yerində baxış keçirilmiş və müayinə edilmişdir. Torpaq sahəsinə dair heç bir mübahisə və yaxud koordinat sürüşməsi müəyyən edilməmişdir. Həmçinin 0.3465 ha torpaq sahəsinə dair məhkəmə icraatında heç bir mübahisə yoxdur. Bu səbəbdən hesab edir ki, "torpağın mülkiyyət hüququna dair" dövlət aktı ilə əvvəllər tanınmış hüquqlarının dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın verilməsi ilə bağlı cavabdehin imtinası qanunsuzdur. Cavabdehin etirazı: Əliyev X6 rayonu Qarabaqqal kəndində yerləşən0.3465 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli ərizəylə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə müraciət etmişdir. Sözügedən torpaq sahəsinə baxış keçirilən zaman torpaq sahəsi üzərindəmübahisə olduğu, yəni həmin torpaq sahəsinin başqa şəxs tərəfindən istifadə olunduğu məlum olmuşdur. Bu səbəbdən də, vətəndaşın ərizəsinın icrasından imtina olunaraq, ona 03 02.2020-cı il tarixli, **********76 saylı imtina bildirişi göndərilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuşhüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli, 2-1(116)-779/2020 nömrəli qərarı ilə, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə Göyçay rayonu Qarabaqqal kəndində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı 0.3465 ha torpaq sahəsi üzərində İddiaçı, X8 və X9 JN-654, KOD 40806018 saylı "torpağın mülkiyyət hüququna dair" dövlət aktı ilə əvvəllər tanınmış hüquqlarının dövlət qeydiyyatına alınması və JN-654, KOD 40806018 saylı "torpağın mülkiyyət hüquqna dair" dövlət aktına (baza məlumatlarına uyğun) uyğun olaraq müvafiq çıxarış (torpaq sahəsinin planı və ölçüsü) verilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Həmin qərardan cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin nümayəndəsi apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qərar qanunsuz və əsassızdır. Belə ki, mübahisəli torpaq sahəsinin digər mülkiyyətçiləri üçüncü şəxs kimi cəlb olunmamış və işə onların iştirakı olmadan baxılmışdır.Məhkəmə araşdırmaq vəzifəsini yerinə yetirməmişdir. Belə ki, sözügedən torpaq sahəsinə baxış keçirilən zaman torpaq sahəsi üzərində mübahisə olması və həmin torpaq sahəsinin digər şəxs tərəfindən istifadə olunması torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatından imtina olunmasına səbəb olmuşdur. Belə olan halda məhkəmə mübahisəli torpaq sahəsindən istifadə edən şəxsi müəyyən edib, məhkəmə prosesinə cəlb etməyib. Mübahisəli torpaq sahəsi istifadə edən şəxsin həmin torpaq sahəsindən hansı əsasla istifadə etməsi araşdırmayıb. Sözügedən torpaq sahəsinin İddiaçı və onun ailə üzvlərinin sahiblik və istifadəsində olmadığı nəzərə alınmamışdır. Yəni, həmin torpaq sahəsi faktiki olaraq, iddiaçı və onun ailə üzvlərinin mülkiyyətində deyil. Məhkəmə tərəfindən İddiaçı ailə üzvlərinin hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyinin qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olub-olmaması araşdırılmamışdır. Şəki İnzibati Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli, 2-1(116)-779/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli, 2-1(116)-779/2020 nömrəli qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin nümayəndəsi X1 İnzibati Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli, 2-1(116)-779/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuş, məhkəmə öz təşəbbüsü ilə digər zəruri sübutları toplamışdır. Onlara iddiaçının AA seriyalı ******* nömrəli ş/v-nin surəti, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin 03.02.2020-ci il tarixli **********76 nömrəli imtina məktubu, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin 24.04.2020-ci il tarixli **********0016 nömrəli etirazı və 24.07.2020-ci il tarixli **********68 nömrəli məktubu aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin 82-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apelyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 80-ci mаddəsinə görə, barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşə əlavə edilmiş və kollegiyanın iclasında tədqiq edilmiş sənədlərdən görünür ki: "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin 4cü abzasına əsasən, qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüququna dair müəyyən edilmiş formada sənədlər (nümunələri əlavə olunur) hazırlanır və 10 gün müddətində səlahiyyətli dövlət orqanlarında qeydiyyatdan keçirilir və həmin sənədlər müvafiq şəxslərə verilir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 4.1-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0.5-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 13.11-ci maddəsində deyilir ki, dövlət reyestri kağız üzərində və elektron daşıyıcılarında aparılır. Dövlət reyestrinin kağız üzərində və elektron daşıyıcısındakı yazılar bir-birinə uyğun gəlmədikdə kağız üzərindəki məlumata üstünlük verilir. Dövlət reyestrindəki yazılarla hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda sənədlərə üstünlük verilir. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2– hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmişdir. Cavabdehin imtinası üçün əsas olan hallar isə həmin Qanunun 15-ci maddəsində nəzərdə tutulmamışdır. İddiaçı özü və ailə üzvlərinin əvəzsiz olaraq mülkiyyətinə Göyçay rayon Aqrar İslahat Komissiyasının 17 sentyabr 1998-ci il tarixli 42-saylı qərarı ilə 0.82 ha torpaq sahəsi verilmiş, həmin torpaq sahəsi 3 hissədən ibarət olmaqla aktda qeyd olunan 654D planşetdə olan hissənin, yəni 0.3465 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını və müvafiq çıxarışın verilməsini xahiş edir. O, sözügedən torpaq sahəsinin mülkiyyətində olmasını təsdiq edən əvvəllər torpaqlar üzərində hüquqların qeydiyyatını aparan Göyçay rayon torpaq şöbəsi tərəfindən 19.12.1998-ci ildə qeydiyyata alınmış JN seriyalı 654 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nı təqdim edir. Cavabdeh isə sözügedən aktın 654D planşet hissəsində qeyd olunan torpaq sahəsi üzərində mübahisə olduğu, yəni həmin torpaq sahəsinin başqa şəxs tərəfindən istifadə olunduğuna istinad edərək iddiaçının müraciətinin təmin edilməsindən imtina edir, bununla da JN seriyalı 654 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı” ilə iddiaçı və ailə üzvlərinə mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsinə sərəncam vermək hüququnu məhdudlaşdırır. İddiaçı və ailə üzvlərinə mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsindən başqa şəxsin istifadə etməsi onların hüquqununun qeydiyyata alınmasından imtina üçün əsas ola bilməz. “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinə görə, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb edilməsi qadağandır. 46.3-cü maddəsinə əsasən, maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnaməyə əsasən həmin Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək (3.0.8-ci bənd), vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifəsidir. Bu hallar qeydiyyat zamanı aşkar olunacağı təqdirdə isə xidmət vəzifələrini yerinə yetirməli və hüquqların dövlət qeydiyyatını torpaq sahəsinin faktiki yerləşmə koordinatlarına uyğun aparmalıdır. Apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, şikayətdə qeyd olunan sözügedən torpaq sahəsinin İddiaçı və ailə üzvlərinin mülkiyyətində olmamasını, hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyinin qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olub-olmamasının birinci instansiya məhkəməsi tərəfindən araşdırılmaması məsələsinə münasibət bildirərək iddiaçı və ailə üzvlərinə mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsinin və həmin torpaq sahəsindən başqa şəxsin istifadə etməsinin onların hüquqlarının qeydiyyata alınmasından imtina üçün əsas sayılmadığını və cavabdehin imtinası olduğu təqdirdə məhkəməyə müraciət etməsinin iddiaçı və onun ailə üzvlərinin subyektiv hüququ olduğunu bildirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 03 iyul 2005-ci il tarixli, S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Qərarında qeyd olunmuşdur ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz(Konstitusiya Məhkəməsi PlenumununM.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarları). Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının təqdim etdiyi mülkiyyət sənədi ləğv edilməmiş və hazırda da qüvvədədir. Belə olan halda cavabdeh qanunvericiliyin tələbinə əsasən hüquqların dövlət qeydiyyatından imtina edə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.4-cü maddəsinə əsasən İnzibati orqanların bu Qanunun 13.3- cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Sadalanan normaları təhlil edərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, qаnunvericilikdə etimаd hüququnun yаrаnmаsının iki müxtəlif əsаsı nəzərdə tutulmuşdur ki, onlаrdаn biri inzibаti orqаnlаrın inzibаti prаktikаsı, digəri isə müəyyən inzibаti аktın sonrаdаn qəbul ediləcəyi və yа qəbul edilməyəcəyi bаrədə inzibаti orqаnlаrın vəd və bəyаnаtlаrıdır. İnzibаti prаktikаyа etimаd o hаldа yаrаnır ki, bu prаktikа dаvаmlı və ümumi xаrаkter dаşısın və inzibаti orqаnın hərəkətlərinin gedişi əvvəlcədən bilinsin. Mаrаqlı şəxs inzibаti orqаnın prаktikаsınа əsаslаnаrаq təxminən bilməlidir ki, onun işi həmin prаktikаyа uyğun şəkildə və həll edilmiş oxşаr işlərə аnаloji qаydаdа həll ediləcəkdir. İnzibаti orqаnın bəyаnаt və vədlərinə gəldikdə isə, bu bəyаnаt və vədlər mütləq konkret inzibаti icrааtlа bаğlı olmаlı və mаrаqlı şəxs bilməlidir ki, həmin bəyаnаt və vədlər məhz onun hüquq və qаnunlа qorunаn mаrаqlаrı ilə bаğlıdır. Bəyаnаt və vədin etibаrlı təminаt hesаb olunmаsı üçün onun yаzılı formаdа ifаdə olunmаsı vаcibdir. Eyni zаmаndа, bu dа qeyd edilməlidir ki, şəxs inzibаti аktın qəbul edilməsi üçün konkret bir inzibаti orqаnа mürаciət edərkən etimаd hüququnа istinаd edirsə, bu etimаd digər inzibаti orqаnlаrın deyil, məhz mürаciət etdiyi inzibаti orqаnın inzibаti prаktikаsınа, yаxud dа vəd və bəyаnаtınа əsаslаnmаlıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmış, iddia tələbini təmin etməklə maddi və prossesual hüquq normalarının tətbiqində səhvə yol verməyərək inzibati iş üzrə düzgün nəticəyə gəlmişdir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlıdır. Ona görə də Şəki İnzibati Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli, 2-1(116)-779/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli, 2-1(116)-779/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-129/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-129/2021
05.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver