Məhkəmə qərarları › İş №2-1(107)-129/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-129/2022

04.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-129/2022 04.08.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Şükürov İmanverdi Həşimxan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı "Göyçay rayonu Qarabaqqal kəndində yerləşən, mülkiyyətlərində olan 0,62 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə bağlı "Torpaq sahəsinin planı və ölçüsü"nün tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dаir inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 15 fevral 2022-ci il tarixli, 2-1(116)-147/2022 nömrəli qərarından cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Göyçay Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 42 nömrəli qərarına əsasən, Göyçay rayon Qarabaqqal kəndində yerləşən 1,63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X10, İddiaçı1 (iddiaçı), İddiaçı2 (iddiaçı), X11, X5 və X4 mülkiyyətinə verilmiş və onların adına JN-1437 kod 40806018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" tərtib edilmişdir. Sənəddən görünür ki, həmin torpaq sahəsi 6785 kv.m, 3328,88 kv.m və 6208,8 kv.m ölçüdə olan 3 ayrı-ayrı hissədən ibarətdir. X16 xx.xx.2005-ci ildə vəfat etmiş, Göyçay Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 42 nömrəli qərarı ilə verilmiş 1,63 ha torpaq sahəsinin ona məxsus hissəsi onun oğlu İddiaçı1 miras qalmış və o, həmin miras əmlaka xx.xx.2016-cı il tarixli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə" almışdır. Həmin torpaq sahələrindən 0,62 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə İddiaçı1 2/6 hissə olmaqla, İddiaçı2, X11, X5 və X6 isə hər birinə 1/6 hissə olmaqla mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2016-cı ildə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış və onlara bu barədə RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. Eyni zamanda, göstərilən 0,6783 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə də İddiaçı1 2/6 hissə olmaqla, İddiaçı2, X11, X5 və X6 isə hər birinə 1/6 hissə olmaqla mülkiyyət hüquqları xx.xx.2016-cı ildə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış və onlara bu barədə RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. Həmin 0,6783 ha torpaq sahəsi ilə bağlı X11 adına A-181035 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilmişdir. İddiaçı1, İddiaçı2, X17, X12 və X13 həmin 0,6783 ha torpaq sahəsini xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi ilə X1. İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, mülkiyyətlərində olan 0,62 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yerində tanıdılaraq koordinatlarının müəyyən edilməsini xahiş etmiş, lakin cavabdeh xx.xx.2021-ci il tarixli **********15 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, aparılmış elektron uçotun nəticələri emal olunaraq sistemləşdirildikdən və təsdiq edildikdən sonra həmin torpaq sahəsinin yerinin tanıdılması ilə bağlı müraciətinizə baxıla bilər. Bundan sonra iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı "Göyçay rayonu Qarabaqqal kəndində yerləşən, mülkiyyətlərində olan 0,62 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yerində tanıdılaraq koordinatlarının müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbini belə əsaslandırmışlar ki, cavabdehin əməkdaşları torpaq sahəsini ölçərkən torpaq sahəsinin böyük hissəsinin üçüncü şəxs X8 hasarladığı əraziyə düşdüyünü müəyyən edib hasarın əks tərəfində keçmək hüquqlarının olmadığını bildirərək ölçü işlərini dayandırmışlar. Birinci instansiya məhkəməsinin yardım məktubundan sonra iddiaçı cavabdehə yenidən ərizə ilə müraciət edərək mülkiyyətlərində olan 0,62 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə bağlı "Torpaq sahəsinin planı və ölçüsü"nün tərtib edilməsini xahiş etmiş, lakin cavabdeh xx.xx.2021-ci il tarixli **********44 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, ərizənin icrası ilə bağlı aparılan araşdırma zamanı sözügedən torpaq sahəsi ilə bağlı Şəki İnzibati Məhkəməsinin icraatında 2-1(116)-1120/2021 nömrəli inzibati işin olduğu məlum olmuş, bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Bundan sonra iddiaçılar birinci instansiya məhkəməsinə iddianın dəyişdirilməsi barədə xx.xx.2021-ci il tarixli ərizə verərək, Göyçay rayonu Qarabaqqal kəndində yerləşən, mülkiyyətlərində olan 0,62 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə bağlı "Torpaq sahəsinin planı və ölçüsü"nün tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişlər. Birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. Cavabdeh iddianı qəbul etməmiş və iddiaya qarşı xx.xx.2021-ci il tarixli **********52 nömrəli etirazında imtina məktubunun dəlillərinə istinad etmişdir. Cavabdeh birinci instansiya məhkəməsinə verdiyi xx.xx.2021-ci il tarixli arayışda bildirmişdir ki, iddiaçıların və onların ailə üzvlərinin adına olan JN-1437 kod 40806018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilmiş koordinatlarda yerləşən 6208,8 kv.m torpaq sahəsi kənd təsərrüfatı təyinatlıdır və kadastr elektron baza DWG məlumatlarına əsasən, digər şəxsə məxsus hər hansı sənədlə üst-üstə düşmə halı yoxdur. Üçüncü şəxs X14 iddiaya qarşı xx.xx.2021-ci ildə məhkəməyə göndərdiyi etirazında bildirmişdir ki, iddiaçıların 0,62 ha torpaq sahəsi yerindədir. İddiaçıların iddia etdiyi torpaq sahəsini isə o, başqa şəxsdən almışdır. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: İşdə olan, JN-1437 kod 40806018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"ndan görünür ki, Göyçay Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 42 nömrəli qərarına əsasən, Göyçay rayon Qarabaqqal kəndində yerləşən 1,63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X10, İddiaçı1 (iddiaçı), İddiaçı2 (iddiaçı), X11, X5 və X4 ümumi mülkiyyətinə verilmişdir, torpaq sahəsi 6785 kv.m, 3328,88 kv.m və 6208,8 kv.m ölçüdə olan 3 ayrı-ayrı hissədən ibarətdir. İşdə olan, xx.xx.2016-cı il tarixli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"dən görünür ki, X16 xx.xx.2005-ci ildə vəfat etmiş, Göyçay Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 42 nömrəli qərarı ilə verilmiş 1,63 ha torpaq sahəsinin X15 məxsus hissəsi onun oğlu İddiaçı1 miras qalmışdır. İşdə olan, RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, 0,62 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə İddiaçı1 2/6 hissə olmaqla, İddiaçı2, X11, X5 və X6 isə hər birinə 1/6 hissə olmaqla mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2016-cı ildə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İşdə olan, RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, 0,6783 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə də İddiaçı1 2/6 hissə olmaqla, İddiaçı2, X11, X5 və X6 isə hər birinə 1/6 hissə olmaqla mülkiyyət hüquqları xx.xx.2016-cı ildə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İşdə olan, A-181035 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədindən görünür ki, 0,6783 ha torpaq sahəsi ilə bağlı X11 adına "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilmişdir. İşdə olan, xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı1, İddiaçı2, X17, X12 və X13 0,6783 ha torpaq sahəsini X1. İşdə olan, cavabdehin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, 6208,8 kv.m ölçüdə olan torpaq sahəsi X15 və onun ailə üzvlərinə məxsus olmaqla kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Ərazi İdarəsinin kadastr elektron baza DWG məlumatlarına əsasən, üst-üstə düşmə halı yoxdur. Sözügedən torpaq sahəsi təsdiq edilməmiş elektron uçot nəticələrində 0,3717 ha kimi qeyd edilmişdir. İşdə olan, cavabdehin xx.xx.2022-ci il tarixli **********79 nömrəli etiraz məktubundan görünür ki, 0,62 ha torpaq sahəsinin başqa şəxs tərəfindən hasarlandığı məlum olduğuna görə iddiaçının ərizəsinin icrası mümkün olmamışdır. Şəki İnzibati Məhkəməsinin (hakim Vidadi Qasımov) 15 fevral 2022-ci il tarixli, 2- 1(116)-147/2022 nömrəli qərarı ilə, iddia tələbi təmin edilmiş, İddiaçı1, İddiaçı2, X11, X5 və X6 ümumi mülkiyyətində olan, Göyçay rayonu Qarabaqqal kəndində yerləşən, daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2016-cı ildə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış 0,62 ha torpaq sahəsi ilə bağlı "Torpaq sahəsinin planı və ölçüsü"nün tərtib edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsi Şəki İnzibati Məhkəməsinin həmin qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayəti verərək qeyd etmişdir ki, Göyçay rayonu Qarabaqqal kəndində yerləşən ********** qeydiyyat nömrəli RX ******* saylı çıxarışa əsasən mülkiyyətlərində olan 0.62 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə torpaq sahəsinin planı və ölçü sənədinin verilməsi öhdəliyinin qoyulması. Bu hissədə apellyasiya şikayəti verən şəxs işin faktiki halları ilə bağlı mövqeyini aydın ifadə etməli, işin materiallarına istinad edilməklə məhkəmələr tərəfindən müəyyən edilmiş hansı halları qəbul etdiyini, hansı halları isə qəbul etməyərək mübahisələndirdiyini dəqiq göstərməli, eləcə də mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab etdiyi digər hansı faktiki halların məhkəmələr tərəfindən araşdırılmadığını dəqiq bildirməlidir. İşin halları ilə bağlı mövqe mübahisənin predmetinə aidiyyəti nəzərə alınmaqla, yığcam şəkildə, xronoloji ardıcıllıqla, sadə və anlaşıqlı formada təqdim edilməlidir. Məhkəmə iclasında izahat verən iddiaçı torpaq sahəsinin faktiki olaraq onların sahiblik və istifadəsində olmamasını, cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda torpaq sahəsinin elektron uçot məlumatlarında 0.3717 ha kimi qeyd olunmasını, üçüncü şəxs X14 tərəfindən məhkəməyə ünvanlanmış etirazda həmin torpaq sahəsini başqa şəxsdən almasının qeyd olunmasına baxmayaraq, bu halların heç biri araşdırılmamışdır. Sözügedən torpaq sahəsinin iddiaçıların sahiblik və istifadəsində olub-olmaması, üçüncü şəxs X8 başqa şəxsdən almasını qeyd etdiyi torpaq sahəsi ilə iddiaçıların iddia etdiyi torpaq sahəsinin fəqli və ya eyni torpaq sahəsi olması araşdırılmamış, bu barədə müvafiq sorğular ünvanlanmamışdır. Odur ki, Şəki İnzibati Məhkəməsinin 15 fevral 2022-ci il tarixli, 2-1(116)-147/2022 nömrəli qərarını ləğv edərək, iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş edir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin nümayəndəsi X9 apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 15 fevral 2022-ci il tarixli, 2-1(116)-147/2022 nömrəli iş üzrə qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 və 3-cü şəxslər X14, X17, X12 və X13 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası iddiaçıların və 3-cü şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia tələbi əsaslıdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 4.2-ci maddəsinə görə, bu qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. Həmin Qanunun 8.0.5-ci maddəsinə görə, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10-cu maddəsində deyilir ki, hüquqların dövlət qeydiyyatı bu Qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 10.2-ci maddəsində isə deyilir ki, qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Sadalanan normalardan göründüyü kimi, hüquqların dövlət qeydiyyatının aparılması üçün digər sənədlərlə yanaşı, "Torpaq sahəsinin planı və ölçüsü" də qeydiyyat orqanına təqdim edilməlidir. Hazırkı işdə İddiaçı1 və ailə üzvlərinin adına 0,62 ha torpaq sahəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat, "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilmədən aparılmışdır. Cavabdeh qeyd olunan torpaq sahəsinə "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilməməsinin səbəbini bununla əsaslandırır ki, iddiaçıya və ailə üzvlərinə məxsus torpaq sahəsi başqa şəxs tərəfindən hasarlanmışdır. Ona görə birinci instansiya məhkəməsi tərəfindən cavabdehə sorğu edilərək JN-1437 kod 40806018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilmiş 6208,08 kv.m torpaq sahəsinin koordinatlarının sənəd üzrə elektron bazada təyinatı, uqodiyası, mülkiyyətçisi və digər şəxsə məxsus hər hansı sənədlə üst-üstə düşüb-düşməməsi barədə məlumat tələb olunmuşdur. Cavabdehin xx.xx.2021-ci il tarixli cavab məktubundan aydın olmuşdur ki, 6208,8 kv.m ölçüdə olan torpaq sahəsi X15 və onun ailə üzvlərinə məxsus olmaqla kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir, Ərazi İdarəsinin kadastr elektron baza DWG məlumatlarına əsasən, üst-üstə düşmə halı yoxdur və sözügedən torpaq sahəsi təsdiq edilməmiş elektron uçot nəticələrində 0,3717 ha kimi qeyd edilmişdir. Cavabdeh orqan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin vermiş olduğu apellyasiya şikayətində üçüncü şəxs X2 torpaq sahəsi iddiaçıların iddia etdiyi torpaq sahəsinin fərqli və ya eyni torpaq sahəsi olması araşdırılmaması, bu barədə müvafiq sorğular ünvanlanmaması dəlil ilə çıxış etdiyi üçün bu barədə sorğu edilmişdir. Sorğuya cavab olaraq 31 may 2022-ci il **********59 saylı və 03 avqust 2022-ci il tarixli, **********69 saylı məktubu ilə bildirilmişdir ki, X8 mülkiyyətinə verilmiş torpaq sahəsi ilə İddiaçı1 mülkiyyətinə verilmiş torpaq sahəsi üst-üstə düşmürş. Məhkəmə kollegiyası inzibati mübahisə üzrə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. Habelə cavabdeh apellyasiya məhkəməsinin iclasında apellyasiya şikayətində irəli sürdüyü dəlillərini təsdiq edəcək heç bir sübut təqdim edə bilmədi. İPM-in 87.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 15 fevral 2022-ci il tarixli, 2-1(116)-147/2022 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar