Məhkəmə qərarları › İş №2-1(107)-129/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-129/2023

09.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-129/2023 09.02.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Göyçay rayonu Potu Bələdiyyəsinə qarşı “cavabdehin xx.xx.2007-ci il tarixli 06 nömrəli qərarının etibarsız hesab edilməsi” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2-1(116)-1005/2022 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikаyətinə dair işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Göyçay rayonu Potu Bələdiyyəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “cavabdehin xx.xx.2007-ci il tarixli 06 nömrəli qərarının etibarsız hesab edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, Göyçay rayonu Potu bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 nömrəli qərarına əsasən Göyçay rayonu Potu kəndi ərazisində yerləşən 0.11 ha həyətyanı torpaq sahəsi X1. İddiaçı həmin qərarın ümumiyyətlə mövcud olmamasını bildirir və bunu, qərarın əslinin olmaması, o cümlədən Ədliyyə Nazirliyinin arxivində aşkar edilməməsi ilə əsaslandırır. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh orqan iddia tələbinə münasibətində qeyd etmişdir ki, müvafiq qərarın olmamasına səbəb xx.xx.2011-ci il tarixdə Potu bələdiyyəsinin inzibati binasında baş vermiş yanğın nəticəsində xx.xx.2006-xx.xx.2011-ci ilə aid sənədlərin məhv olmasıdır. - Məhkəmə iddia tələbinə hüquqi qiymət verərkən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-909/2021 nömrəli, xx.xx.2021 tarixli qərarının məzmununa istinad etmişdir. Şəki İnzibati Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2-1(116)-1005/2022 saylı qərarı ilə (hаkim Vüqar Musayev) İddiaçı cavabdeh Göyçay rayonu Potu Bələdiyyəsinə qarşı “cavabdehin xx.xx.2007-ci il tarixli 06 nömrəli qərarının etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı Şəki İnzibati Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2-1(116)-1005/2022 saylı qərarından apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2-1(116)-1005/2022 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, X8 məktubunda Potu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 06 nömrəli qərarının Bələdiyyələrlə iş mərkəzində aşkar olunmaması qeyd olunmuşdur. Potu Bələdiyyəsinin 2007-ci ilə dair sənədlərinin Arxivə təhvil verilməməsi barədə X10 filialı məlumat vermişdir. İş materialına əlavə olunan qəbzlə bağlı müvafiq banka və yerli xəzinədarlıq orqanına sorğu verilməyib. Bu hissədə araşdırma aparılması qərarın mövcud olub-olmamasına aydınlıq gətirmək üçün önəmlidir. Torpaq sahəsinin ayrılmasına dair rəyin verilib-verilməməsinə dair Göyçay RİH-nin Memarlıq və tikinti şöbəsinə sorğu verilməyib. Həmin dövrdə qüvvədə olan əsasnaməyə əsasən torpaq sahəsi ayrılmazdan əvvəl razılaşdırma prosedurundan keçirdi. İş materialına əlavə olunmuş bələdiyyə “qərarının” surətində X7 istifadəsində olan torpaq sahəsi satılması qeyd olunmuşdur. Lakin, məhkəmə bu hissədə də araşdırma aparmamışdır. Belə ki, torpaq sahəsi əgər X6 istifadəsində olmuşdursa, təsərrüfatbaşı kitabda onun adına qeydiyyatda olmalı idi. Təsərrüfatbaşı kitabda adının qeyd olunub-olunmaması araşdırılmayıb. İş materialına əlavə olunmuş bələdiyyə “qərarında” və “alqı-satqı aktında” vətəndaşın Bakı şəhərində yaşadığı və şəxsiyyət vəsiqəsinə dair məlumatlar qeyd olunub. Bələdiyyə “qərarının” və “alqı-satqının” mövcud olması baxımından həmin illər ərzində vətəndaşın şəxsiyyət vəsiqəsinin seriya və nömrəsinin alqı-satqı aktında qeyd olunan şəxsiyyət vəsiqəsi ilə eyni olub-olmamasının və həmin qərarda və alqı-satqı aktında qeyd olunan ünvanda X6 yaşayıb-yaşamamasını müəyyən etməyi zəruri hesab edirlər. Lakin, bu hissədə məhkəmə araşdırma aparmamışdır. Bələdiyyə tərəfindən verilən xx.xx.2022-ci il tarixli, 105 saylı məktubda bələdiyyənin inzibati binasında yanğın baş verməsi və sənədlərin yanması qeyd edilmişdir. Həmin məktubda İddiaçı adına olan 0.11 ha torpaq sahəsinin bazasının mövcud olmaması, yəni DVJ və DBF-nin olmaması qeyd olunur. DVJ və DBF-də vətəndaşın adı və sənədinin nömrəsi o halda qeyd olunur ki, vətəndaşa torpaq sahəsi RAİK-nın qərarı əsasında ayrılır. İddiaçı torpaq sahəsini “Daşınmaz əmlakın dövlət reyestrində” mülkiyyət hüququ qeydiyyata alınmış X4 notarial qaydada təsdiq edilmiş və bugünə qədər qüvvədə olan alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. Həmin məktubda İddiaçı göstərilərək, satılan torpaq sahəsinin hazırda mövcud olması və bələdiyyənin X7 “ayırdığı” torpaq sahəsi ilə üst-üstə düşmədiyi qeyd olunur. Bələdiyyə sədri özü həm etiraf edir ki, arxivi yanıb sənəd tapa bilmir, həm də X7 torpaq ayrıldığını, hətta həmin torpağın yerini belə dəqiq bildiyini qeyd edir. X5 mülkiyyət hüququ dövlət reyestrdə qeyd alınmış və hazırkı iş üzrə iddiaçının alqı-satqı müqaviləsi əsasında aldığı əmlaka dair reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilmədən, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyasının qüvvədə olmasına baxmayaraq, iddiaçının tələbi təmin edilməyib. Odur ki, аpеllyаsiyа şikаyətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2-1(116)-1005/2022 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2- 1(116)-1005/2022 nömrəli qərarının ləğv edilməsi xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2-1(116)-1005/2022 nömrəli qərarı ləğv edilərək, iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. İddiaçının iddiası “müəyyən etmə və ya tanınma haqqında” iddiadır (İPM-in 2.2.5 və 36-cı maddələri). Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyət zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini və tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinə mahiyyəti üzrə baxmaqda haqlı olmamışdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-477/2017 nömrəli, 18 may 2017-ci il tarixli qərarı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinin üzərinə Göyçay rayonu Potu bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 06 nömrəli qərarına əsasən Göyçay rayonu Potu kəndinin ərazisindən X3 və RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən üçüncü şəxs İddiaçı mülkiyyəti kimi göstərilmiş 0,11 ha həyətyanı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun ləğv edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Həmin qərardan iş üzrə üçüncü şəxs İddiaçı və cavabdeh tərəfindən apellyasiya şikayətləri verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli 2-1(107)-64/2018 nömrəli qərarı ilə (sədrlik edən M.Hüseynov, hakimlər R.Əliyev və İ.Şükürov) 3-cü şəxs İddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinin qismən təmin edilməsi; Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(84)- 477/2017 nömrəli qərarının dəyişdirilməsi; iddia tələbinin qismən təmin edilməsi; cavabdeh İdarənin üzərinə Göyçay rayonu Potu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 nömrəli qərarına əsasən Göyçay rayonu Potu kəndinin ərazisindən iddiaçıya satılmış 0,11 ha həyətyanı torpaq sahəsinin üzərində daşınmaz əmlakın dövlət reyestrindən RX-0774497 nömrəli çıxarışa əsasən 3-cü şəxs R,Zamanovanın adına aparılmış mülkiyyət hüququ qeydiyyatının ləğv edilməsi öhdəliyinin qoyulması; qərarın qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə qərarından üçüncü şəxs İddiaçı və cavabdeh kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(102)- 1725/2018 nömrəli qərarı ilə kassasiya şikayətlərinin qismən təmin edilməsi; Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 may 2018-ci il tarixli qərarının ləğv edilməsi; işin təkrar baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(107)-9/2019 nömrəli qərarı ilə (sədrlik edən R.Rəfiyev, hakimlər G.Abbasov və M.Hüseynov) 3-cü şəxs İddiaçı və cavabdeh İdarə tərəfindən verilmiş apellyasiya şikayətlərinin qismən təmin edilməsi; Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(84)-477/2017 nömrəli qərarının dəyişdirilməsi; iddia tələbinin qismən təmin edilməsi; cavabdeh İdarənin üzərinə Göyçay rayon Potu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 nömrəli qərarına əsasən Göyçay rayonu Potu kəndinin ərazisindən iddiaçıya satılmış 0,11 ha həyətyanı torpaq sahəsinin üzərində daşınmaz əmlakın dövlət reyestrindən RX-0774497 nömrəli çıxarışa əsasən 3-cü şəxs İddiaçı adına aparılmış mülkiyyət hüququ qeydiyyatının ləğv edilməsi öhdəliyinin qoyulması; qərarın qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan üçüncü şəxs İddiaçı kassasiya şikayəti verərək, qərar ləğv olunmaqla apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməsini kollegiyasından xahiş etmişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(102)- 1582/2019 nömrəli qərarına əsasən kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(107)- 9/2019 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2- 1(107)-3/2021 nömrəli qərarına əsasən (sədrlik edən və məruzəçi – Elçin Hüseynov, hakimlər – Ayaz Mahmudov və Vəzirxan Məlikov) apellyasiya şikayətlərinin qismən təmin edilməsi, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(84)-477/2017 saylı qərarın dəyişdirilməsi, iddia tələbinin qismən təmin edilməsi, cavabdehin üzərinə Göyçay Rayon Potu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 nömrəli qərarına əsasən Göyçay rayonu Potu kəndinin ərazisindən iddiaçıya satılmış 0,11 ha həyətyanı torpaq sahəsinin üzərində daşınmaz əmlakın dövlət reyestrindən RX-0774497 nömrəli çıxarışa əsasən üçüncü şəxs İddiaçı adına aparılmış mülkiyyət hüququ qeydiyyatının ləğv edilməsi öhdəliyinin qoyulması, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(84)- 477/2017 nömrəli qərarının qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Üçüncü şəxs İddiaçı xx.xx.2021-ci il tarixində kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(107)-3/2021 nömrəli qərarının ləğv edilərək iddia ərizəsinin təmin edilməməsi və işin yenidən araşdırılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(102)-909/2021 nömrəli qərarına əsasən üçüncü şəxs İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2- 1(107)-3/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, İddiaçı maraqları Göyçay rayonu Potu bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 06 nömrəli qərarı ilə bağlılığını artıq itirmişdir. Beləliklə İddiaçı Göyçay rayonu Potu bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 06 nömrəli qərarının mübahisələndirilməsi üçün sübyektiv hüququ mövcud olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Həmin Qərarın 15.5-ci və 15.6-cı bəndlərində qeyd olunmuşdur ki, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Bundan başqa məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Şəki İnzibati- İqtisadi Məhkəməsində 2017-ci ildə iddiaçı X6 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: Göyçay rayon Potu bələdiyyəsi və İddiaçı) “Göyçay rayonu Potu bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 06 nömrəli qərarına əsasən Göyçay rayonu Potu kəndinin ərazisindən ona satılmış və RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən üçüncü şəxs İddiaçı mülkiyyəti kimi göstərilmiş 0,11 ha həyətyanı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun ləğv edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması” tələbinə dair inzibati işə baxılan zaman İddiaçı Göyçay rayonu Potu bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 06 nömrəli qərarı ilə torpaq sahəsinin X2 barədə məlumatı olmuşdur. Lakin o, uzun müddət keçdikdən sonra həmin qərarı məhkəmədə mübahisələndirməmişdir. İPM-nin 36.3-cü maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının “müəyyən etmə və ya tanınma haqqında” iddia növünün mümkünlük şərtinə əsasən hazırkı iddia tələbi mümkün sayıla bilməz. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 26 sentyabr 2022ci il tarixli, 2-1(116)-1005/2022 saylı qərarı ləğv edilməli, iş üzrə qərardad qəbul edilməli, İddiaçı cavabdeh Göyçay rayonu Potu Bələdiyyəsinə qarşı “cavabdehin xx.xx.2007-ci il tarixli 06 nömrəli qərarının etibarsız hesab edilməsi” tələbinə dair iddiası mümkün sayılmamalıdır. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi baxılan mübahisə üzrə düzgün nəticəyə gəlməmişdir. Buna görə də apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli və iddia tələbi mümkün sayılmamalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 82, 87, 89 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikаyəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2-1(116)-1005/2022 qərarı ləğv edilisin. İş üzrə qərardad qəbul edilsin. İddiaçı cavabdeh Göyçay rayonu Potu Bələdiyyəsinə qarşı “cavabdehin xx.xx.2007-ci il tarixli 06 nömrəli qərarının etibarsız hesab edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar