Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-13/2022 09.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Muradlı Yeganə Rəfail qızının katibliyi, İddiaçı1 vəkili Nümayəndə və üçüncü şəxs X1 vəkili X2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı5, İddiaçı3 və İddiaçı4 (üçüncü şəxslər: X6, , X9, X4 və X7) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı "iş üzrə üçüncü şəxslər X6, X5, X9, X4 və X1 adına 20 iyul 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 113 nömrəli reyestr kitabının 87 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriaylı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının qərarı ilə iddiaçılar İddiaçı2, İddiaçı5, İddiaçı3, İddiaçı4 və İddiaçı1 mülkiyyətinə verilmiş Zaqatala rayonu, Əliabad qəsəbəsində, Qonşriyan çölündə yerləşən 0,80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli, 2-1(116)-634/2020 nömrəli qərarından iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı5, İddiaçı3 və İddiaçı4 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçıların ümumi birgə mülkiyyətinə Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 26 sentyabr 1996-cı tarixli, 17/19 nömrəli qərarına əsasən Zaqatala rayonu, Əliabad qəsəbəsində, Qonşriyan çölündə yerləşən 0,80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli, 110 saylı qərarına əsasən Zaqatala rayonu, Əliabad qəsəbəsində təkrar islahat aparılmış və nöbəti dəfə də qeyd olunan torpaq sahəsi 1012 təsərrüfat nömrəsi ilə iddiaçıların ümumi birgə mülkiyyətinə verilmişdir Lakin daha sonradan məlum olmuşdur ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən iddiaçıların ümumi birgə mülkiyyətinə verilmiş Zaqatala rayonu, Əliabad qəsəbəsində, Qonşriyan çölündə yerləşən 0,80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində qanunsuz və əsassız olaraq iş üzrə cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən üçüncü şəxslərin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Belə ki, həmin torpaq sahəsi üzərində üçüncü şəxslərin hüquqları 20 iyul 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, RX seriyalı ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"la rəsmiləşdirilmişdir. Qeyd olunan əmlak üzərində üçüncü şəxslərin adına aparılmış qeydiyyatın ləğv edilməsi ilə bağlı iş üzrə cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət olunmuş, lakin, cavabdeh 24 oktyabr 2019-cu il tarixli, **********22 nömrəli məktubu ilə bundan imtina etmişdir. İddia ərizəsinə əlavə edilmiş Zaqatala rayonu, Əliabad bələdiyyəsinin 19 aprel 2019-cu il tarixli, 29 nömrəli məktubundan da göründüyü kimi, mübahisəli torpaq sahəsi Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 26 sentyabr 1996-cı tarixli, 17/19 saylı və 25 sentyabr 2003-cü il tarixli, 110 saylı qərarlarına əsasən 1012 təsərrüfat nömrəsi ilə iddiaçıların ümumi birgə mülkiyyətinə verilmiş və yalnız 13 aprel 2018-ci il tarixdə qeyd olunan torpaq sahəsi heç bir hüquqi və qanuni əsas olmadan, o cümlədən, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 26 sentyabr 1996-cı tarixli, 17/19 saylı və 25 sentyabr 2003-cü il tarixli, 110 saylı qərarları və həmin qərarlar əsasında tərtib olunmuş xəritələr qüvvədə ola-ola iş üzrə üçüncü şəxslərin torpaq sahəsi kimi elektron xəritələrdə işlənmişdir. İddia ərizəsinə əlavə edilmiş Zaqatala rayonu, Əliabad bələdiyyəsinin təsdiq etdiyi sxematik xəritədən çıxarışdan görünür ki, iddiaçıların 1012 təsərrüfat nömrəsi ilə ümumi birgə mülkiyyətlərinə verilmiş torpaq sahəsi iş üzrə üçüncü şəxslərə məxsus torpaq sahəsi kimi qeyd olunmuşdur. İş üzrə cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 26 sentyabr 1996-cı tarixli, 17/19 saylı və 25 sentyabr 2003-cü il tarixli, 110 saylı qərarlarının və həmin qərarlar əsasında tərtib olunmuş xəritələrin qüvvədə olmasını bildiyi halda həmin torpaq sahəsi üzərində üçüncü şəxslərin adına apardığı qeydiyyat əsassız olduğu üçün etibarsızdır. Bundan başqa, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin iddia ərizəsinə əlavə edilmiş 20 fevral 2019-cu il tarixli, **********08 nömrəli məktubu və ona əlavə edilmiş sənədlərdən məlum olur ki, qeyd olunan torpaq sahəsi üzərində üçüncü şəxslərin hüquqlarının dövlət qeydiyyatı üçün əsas Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 26 sentyabr 1996-cı il tarixli, 17/19 nömrəli qərarı olmuşdur. Lakin, cavabdeh inzibati orqan məktubunun davamında qeyd edir ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 26 sentyabr 1996-cı tarixli, 17/19 nömrəli qərarı əsasında kimlərin mülkiyyətinə torpaq sahəsi verilməsi onlara məlum deyildir. Cavabdeh etirazını əsaslandıraraq göstərmişdir ki, İddiaçı1 islahat nəticəsində verilmiş Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışla rəsmiləşdirilməsi məqsədi ilə 18 saylı Zaqatala Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Ərizənin icrası ilə bağlı təqdim edilmiş sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, “Torpaq sahəsinə dair yerquruşu lahiyəsindən çıxarş"da qeyd olunan torpaq sahəsi üzərində hüquqlar iş üzrə 3-cü şəxslər X1 və digərlərinin adına 20 iyul 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəli çıxarışla rəsimləşdirilmişdir. Bununla da islahat nəticəsində verilmiş torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədin (müvafiq sxem, plan və ya onlardan çıxarış) verilməsi məqsədi ilə aidiyyəti üzrə Zaqatala rayonu Əliabad bələdiyyəsinə müvafiq sorğu göndərilmişdir. Həmin sorğu Zaqatala rayonu Əliabad bələdiyyəsi tərəfindən 25 iyul 2018-ci il tarixli, 57 saylı məktubla cavablandırılmış və islahat nəticəsində İddiaçı1 pay torpaq sahəsinin verildiyi və iddia olunan torpaq sahəsinin İddiaçı1 aid olmaması bildirilmişdir. Qeyd olunanlara əsasən İddiaçı1 Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışla rəsmiləşdirilməsi mümkün olmamış və bu barədə ərizəçiyə məktub ünvanlanmışdır. Bundan sonra, İddiaçı5 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə (3-cü şəxs X7) qarşı “dövlət reyestrdən çıxarışın ləğv edilməsi və hüquqların dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 17 oktyabr 2018-ci il tarixli, 2-1(84)-1548/2018 saylı qərardadı ilə İddiaçı5 iddia tələbi mümkün sayılmamışdır. Daha sonra, iddiaçılar İddiaçı1, İddiaçı5 və digərləri cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə, 3-cü şəxslər X7 və digərlərinə qarşı “3-cü şəxslərin adına ********** qeydiyyat nömrəli çıxarışın, iddiaçıların mülkiyyətinə verilmiş 0,80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə üst-üstə düşən hissədə etibarsız sayılması” tələbi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət etmişdilər. Zaqatala Rayon Məhkəməsinin 25.09.2019-cu il tarixli, 2(033)-970/2019 saylı qərardadı ilə iddiaçıların iddia tələbinə dair iş üzrə icraata xitam verilmişdir. Həmin qərardaddan iddiaçılar apellyasiya şikayəti vermişdilər. Şəki Apellyasiya Məhkəməsinin 06.11.2019-cu il tarixli, 2(107)-3078/2019 saylı qərardadı ilə iddiaçıların apellyasiya şikayəti təmin edilməmişdir. İddiaçılar İddiaçı1, İddiaçı5 və digərlərinə (6 nəfər payçı) Zaqatala Rayon İcra Hakimiyyəti başçısının 13 aprel 2018-ci il tarixli, 62 saylı sərəncamı ilə təsdiq edilmiş “Zaqatala rayonu, Əliabad qəsəbəsi “Qələbə” və “Əliabad” kolxozunda AİK-nın qərarı ilə vətəndaşların xüsusi mülkiyyətinə verilən torpaq sahələrinə aid cədvəl”də 1097 təsərrüfat nömrəsi ilə və həmin cədvələ əlavə edilmiş “Dürüstləşmədən” sonra Zaqatala rayonu, Əliabad qəsəbəsi ərazisində aparılan torpaq islahatına dair 2018-ci ildə tərtib edilmiş uçot xəritələrinə əsasən həyətyanı və k/t təyinatlı torpaq sahələri verilmişdir. Eyni zamanda, iş üzrə 3-cü şəxslər X7 və digərlərinə (6 nəfər payçı) Zaqatala Rayon İcra Hakimiyyəti başçısının 13 aprel 2018-ci il tarixli, 62 saylı sərəncamı ilə təsdiq edilmiş “Zaqatala rayonu, Əliabad qəsəbəsi “Qələbə” və “Əliabad” kolxozunda AİK-nın qərarı ilə vətəndaşların xüsusi mülkiyyətinə verilən torpaq sahələrinə aid cədvəl”də 1111 təsərrüfat nömrəsi ilə və həmin cədvələ əlavə edilmiş “Dürüstləşmədən” sonra Zaqatala rayonu, Əliabad qəsəbəsi ərazisində aparılan torpaq islahatına dair 2018-ci ildə tərtib edilmiş uçot xəritələrinə əsasən həyətyanı və k/t təyinatlı torpaq sahələri, o cümlədən mübahisəli, üzərində hüquqları qeydiyyata alınmış 0,93 ha (1111E1 - 0,96 ha) verilmişdir. Şəki İnzibati Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli, 2-1(116)-634/2020 nömrəli qərarı ilə (X12) iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı5, İddiaçı3 və İddiaçı4 (üçüncü şəxslər: X6, X5, X9, X4 və X7) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı" iş üzrə üçüncü şəxslər X6, X5, X9, X4 və X1 adına 20 iyul 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 113 nömrəli reyestr kitabının 87 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriaylı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının qərarı iddiaçılar İddiaçı2, İddiaçı5, İddiaçı3, İddiaçı4 və İddiaçı1 mülkiyyətinə verilmiş Zaqatala rayonu, Əliabad qəsəbəsində, Qonşriyan çölündə yerləşən 0,80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı5, İddiaçı3 və İddiaçı4 apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli, 2-1(116)-634/2020 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Şəki Apellyаsiyа Məhkəməsinin İnzibati Kollegiyasının 01.03.2021 tarixli 2-1(107)- 23/2021 nömrəli qərarı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı5, İddiaçı3 və İddiaçı4 tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli, 2-1(116)-634/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddiaçı1 qərardan narazı qalaraq kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 25.05.2021 tarixli 2-1(102)-1001/2021 nömrəli qərarı ilə İddiaçı1 kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01.03.2021-ci il tarixli, 2- 1(107)-23/2021 nömrəli qərarı ləğv edilmiş, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onların ümumi birgə mülkiyyətinə Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 26 ıbr 1996-cı tarixli, 17/19 nömrəli qərarına əsasən Zaqatala rayonu, Əliabad qəsəbəsində, -ıvan çölündə yerləşən 0,80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Zaqatala ı Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli, 110 saylı qərarına əsasən Zaqatala u Əliabad qəsəbəsində təkrar islahat aparılmış və nöbəti dəfə də qeyd olunan torpaq sahəsi əsərrüfat nömrəsi ilə iddiaçıların ümumi birgə mülkiyyətinə verilmişdir. Lakin daha sonradan məlum olmuşdur ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən iddiaçıların ümumi birgə mülkiyyətinə verilmiş Zaqatala rayonu, Əliabad qəsəbəsində, Qonşriyan çölündə yerləşən 0,80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində qanunsuz və əsassız olaraq iş üzrə cavabdeh DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən üçüncü şəxslərin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Belə ki, həmin torpaq sahəsi üzərində üçüncü şəxslərin hüquqları 20 iyul 2017- ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”la rəsmiləşdirilmişdir. Qeyd olunan əmlak üzərində üçüncü şəxslərin adına aparılmış qeydiyyatın ləğv edilməsi ilə iş üzrə cavabdeh DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət olunmuş, lakin cavabdeh 24 oktyabr 2019-cu il tarixli, **********22 nömrəli məktubu ilə bundan imtina etmişdir. Hesab edir ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi və digər maraqlı qurumlar Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 26 sentyabr 1996-cı tarixli, 17/19 nömrəli qərarı əsasında tərtib edilmiş torpaq islahatına dair xəritəni qərəzli olaraq gizlədirlər. Çünki, həmin xəritə ortaya çıxsa Azərbaycan Respublikası İqtisadiyyat yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Zaqatala rayonu, Əliabad qəsəbəsində bu kimi hansı qanunsuzluqlara yol verdiyi ortaya çıxacaqdır.Bildirmişdir ki, birinci instansiya məhkəməsinin ənzəruri araşdırmalı olduğu məsələZaqatala Rayon Aqrar İslahat Komissiyasının 26 sentyabr 1996-cı il tarixli, 17/19 nömrəli qərarı əsasında tərtib edilmiş torpaqislahatına dair xəritədir. X15 Məhkəməsi yuxarıda qeyd olunan halların heç birini araşdırmamış, maddi və prosessual qanunvericiliyin tələblərinin pozmaqla qərar qəbul etmişdir. Bu səbəbdən Şəki İnzibati Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli, 2-1(116)- 634/2020 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X1 vəkili X8 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq digər tərəflər və üçüncü şəxslər məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi İddiaçıların iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin 82-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apelyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 80-ci mаddəsinə görə, barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşə əlavə edilmiş və kollegiyanın iclasında tədqiq edilmiş: -RX seriyalı ******* nömrəli Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0.9328 ha torpaq sahəsi X1 və ailə üzvlərinin adına qeydiyyata alınmışdır. -26.07.2017-ci il tarixli A seriyalı 164627 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin təsdiqlənmiş surətindən görünür ki, 1.89 ha torpaq sahəsi X1 adına qeydiyyata alınmışdır. -Əliabad Bələdiyyəsinin 08.04.2019-cu il tarixli 23 nömrəli məktubundan görünür ki, mübahisəli torpaq sahəsi sonuncu islahat xəritəsində X1 adına işlənmişdir. -Əliabad Bələdiyyəsinin 19.04.2019-cu il tarixli 29 nömrəli məktubundan görünür ki, 2003 -cü il Zaqatala Rayon torpaq islahatlarında qismən düzəlişlərin aparılması zamanı həmin torpaq sahəsi ərazinin natamam yerquruluşu xəritəsində İddiaçı1 1012 № li təsərrüfat olmaqla adına 0,80 ha Qonşriyan adlanan çöldə işlənmişdir. 2002-ci ildən həmin torpaq sahəsi X1 istifadəsindədir. Sonuncu Zaqatala Rayonunun Elektron Xəritəsinin işlənməsi zamanı həmin torpaq sahəsi X1 adına işlənmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 25.05.2021 tarixli, 2-1(102)-1001/2021 nömrəli qərarında qeyd edilən göstərişlər üzrə də zəruri məhkəmə araşdırması aparılmışdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 25.05.2021 tarixli, 2-1(102)-1001/2021 nömrəli qərarında qeyd edilmişdir ki, işə təkrar baxan məhkəmə iddiaçının apellyasiya şikayətinin dəlillərini qiymətləndirməli, Zaqatala AİK-in 26.09.1996-cı il tarixli, 17/19 nömrəli qərarını araşdıraraq həmin qərar əsasında kimlərin mülkiyyətinə torpaq sahəsi verilməsini aydınlaşdırmalı, Zaqata AİK-in 26.09.1996cı il tarixli, 17/19 nömrəli qərarı əsasında tərtib edilmiş torpaq islahatına dair xəritəni tələb edərək iş materiallarına əlavə etməlidir. Məhkəmə sözügedən qərarla şəxslərə verilən torpaq sahələrinin dəqiq sərhədlərini müəyyən etməli, buna uyğun olaraq da hazırda mübahisələndirilən torpaq sahəsi ilə üçüncü şəxslərə məxsus torpaq sahələrinin üst-üstə düşüb-düşmədiyini, bununla bağlı iddiaçının mülkiyyət hüquqlarının pozulubpozulmadığını araşdırmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin mövqeyinə uyğun olaraq məhkəmə kollegiyası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə 30 sentyabr 2021-ci il tarixli sorğu ilə müraciət ünvanlamışdır. Sorğuda Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 26 sentyabr 1996-cı il tarixli 17/97 (mülki işin materiallarında 17/19 kimi qeyd olunur) nömrəli qərarı ilə “Əliabad” kolxozunun təsdiq edilmiş islahat proqramından sonra və 25.09.2003 tarixli 110 nömrəli qərar qəbul edildikdən sonra pay torpağı alacaq şəxslər barəsində, hər kəsə düşəcək torpaq sahəsinin ölçüsü barəsində, hər iki halda hazırlanmış xəritələr barəsində, həmin qərarlar üzrə iddiaçılara və üçüncü şəxslərə hansı ölçülərdə və koordinatlarda torpaq sahəsinin düşməsi, onları əks etdirən cizgilər barədə məlumatların Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Həmin sorğuya cavab olaraq Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 05 yanvar 2022-ci il tarixli məktubu məhkəmə kollegiyasına daxil olmuşdur. Məktubda qeyd edilmişdir ki, arxivdə mövcud olan Zaqatala rayonu Əliabad qəsəbəsi (“Qələbə" təsərrüfatı) ərazisində pay torpaq sahəsi almaq hüququ olan subyektlərin siyahılarında (ilkin, 2003-cü ilin və 2018-ci ilin düzəlişləri) İddiaçı1 və X1 adları qeyd edilmiş hissədən çıxarışların və Zaqatala rayon Aqrar İslahat Komissiyasının 20.06.1996cı il tarixli, 36 nömrəli (ilkin qərar) və 25.09.2003-cü il tarixli, 110 nömrəli qərarların, Zaqatala Rayon İcra Hakimiyyətinin 13.04.2018-ci il tarixli, 62 nömrəli Sərəncamının təsdiq olunmuş surətləri təqdim edilir. Əlavə olaraq bildirilir ki, Zaqatala rayon Aqrar İslahat Komissiyasının 26.09.1996-cı il tarixli, 17/97 (və ya 17/19) nömrəli qərarı arxivdə aşkar edilməmişdir. 05 yanvar 2022-ci il tarixli məktuba əlavə edilmiş Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 20 iyun 1996-cı il tarixli qərarının təsdiq edilmiş surətindən görünür ki, Zaqatala rayonu “Qələbə" kolxozunun aqrar islahat proqramı və kompleks yer quruluşu layihəsi təsdiq edilmişdir. 05 yanvar 2022-ci il tarixli məktub əlavə edilmiş Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 20 iyun 1996-cı il tarixli qərarı əsasında hazırlanmış Zaqatala rayonu Əliabad qəsəbəsi (“Qələbə" təsərrüfatı) ərazisində pay torpaq sahəsi almaq hüququ olan subyektlərin siyahısını əks etdirən sənədin surətindən görünür ki, həqiqətən də İddiaçı1 və X1 adları həmin siyahıda əks olunmuşdur. 05 yanvar 2022-ci il tarixli məktub əlavə edilmiş Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli qərarı əsasında tərtib edilmiş cədvəldən görünür ki, İddiaçı1 adına faktiki 0.57 ha, qanuni 0.07 ha, zəbt olunmuş 0.50 ha, X1 adına isə faktiki 0.26 ha, qanuni 0.12 ha, zəbt olunmuş 0.14 ha torpaq sahəsi qeyd edilmişdir. 05 yanvar 2022-ci il tarixli məktub əlavə edilmiş Zaqatala Rayon İcra Hakimiyyətinin 13.04.2018-ci il tarixli, 62 nömrəli Sərəncamı əsasında Zaqatala rayonu Əliabad qəsəbəsi Qələbə kolxozunda vətəndaşların xüsusi mülkiyyətinə verilmiş torpaq sahələrinə aid cədvəlin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı1 adına qanuni 0.07 ha, faktiki 0.5662 ha, zəbt 0.50 ha torpaq sahəsi qeyd edilmişdir. Bundan başqa məhkəmə kollegiyasının Əliabad Bələdiyyəsinə ünvanladığı 30 sentyabr 2021- ci il tarixli soruğa cavab olaraq verilmiş 19 oktyabr 2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, həmən mübahisəli torpaq sahəsi 1996-cı il torpaq islahatı aparılan zaman kompleks xəritədə həmən ərazi KPİ-nin göstərilmişdir. 1996 - cı il islahat zamanı təsərrüfat nömrəsi 1012 olan iddiaçı Hacımuradov Musa bəy Bəy bu lat oğlunun 5 nəfər olmaqla ailə üzvlərinə 0,07 ha həyətyanı. 0,40 ha bağ və iki hissədə 0,80 ha, 0,80 ha torpaq sahəsi ayrılmışdır. Həmən ili islahat zamanı 1024 təsərrüfat nömrəsi olan cavabdeh Şama do v Şamad Rəcəb oğluna 5 nəfər olmaqla ailə üzvlərinə 0,12 ha həyətyanı, 0,11 ha bağ və 1,89 ha əkin torpaq sahəsi verilmişdir. Əliabad qəsəbə bələdiyyəsinin təsdiq etdiyi Zaqatala rayon Əliabad qəsəbəsinə aid baş sxematik xəritəsi bələdiyyəmizdə mövcud deyildir. Zaqatala rayon Əliabad qəsəbə sakini X3 məxsus pay torpaq sahəsinin baş sxematik xəritəsindən çıxarış faktiki istifadəyə görə verilmişdir. Məlumat üçün bildirilir ki, hal - hazırda Əliabad qəsəbə bələdiyyəsində rəsmi şəkildə təsdiqlənmiş və bələdiyyəyə verilmiş heç bir torpaq islahatına dair xəritələr mövcud deyildir. Buna görə də heç bir sxemlər və xəritələr barədə məlumat vermək mümkün olmamışdır. Bundan başqa Balakən Rayon Vəkil Bürosunun DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə ünvanladığı 31 avqust 2021-ci il tarixli sorğusuna cavab olaraq verilmiş 09 sentyabr 2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, Zaqatala rayonu, Əliabad qəsəbəsi üzrə ilkin torpaq sənədləri tərtib edilmədiyindən daşınmaz əmlakın dövlət reyestrində fiziki şəxslərin mülkiyyət hüququnun tanınmasında Əliabad qəsəbəsi bələdiyyəsi tərəfindən 2018-ci il tarixində istifadə məqsədilə verilmiş xəritələrdən istifadə olunur. Odur ki, məktubda qeyd etdiyiniz 1996-2003- cü illərə məxsus torpaq sahələrinə dair xəritələrin mövcudluğu barədə daşınmaz əmlakın dövlət reyestrində məlumat aşkar edilməmişdir. Vətəndaşlara məxsus torpaq sahələrinə dair qeydiyyatın aparılması üçün Zaqatala 18 saylı Ərazi İdarəsinin xidməti istifadəsində olan elektron kadastr baza məlumatlarından, 04.2018-ci il tarixli, Zaqatala RİHB tərəfindən təsdiq edilmiş siyahılardan və mövcud elektron xəritələrdən istifadə olunur. Həmin torpaq sahələrinə dair siyahılarda X1 və onun ailə üzvlərinin (subyekt sayı - 6 nəfər) adları 1111 təsərrüfat nömrəsi ilə qeydə alınmış ayrıayrılıqda cəmi 2,40 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,96 ha hissəsi ********** qeydiyyat nömrəsi ilə ( faktiki 0,9328 ha ) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.Qeyd olunan torpaq sahəsinin iddiaçının iddia etdiyi 0,80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə üst-üstə düşməsi elektron uçot xəritələrində öz əksini tapmır. Göründüyü kimi apellyasiya şikayəti əsaslı olmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnaməyə əsasən həmin Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək (3.0.8-ci bənd), vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifəsidir. Bu hallar qeydiyyat zamanı aşkar olunacağı təqdirdə isə xidmət vəzifələrini yerinə yetirməli və hüquqların dövlət qeydiyyatını torpaq sahəsinin faktiki yerləşmə koordinatlarına uyğun aparmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən olunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüquqlar dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasınakeçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun: -23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə vəvaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. -23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Göründüyü kimi, cavabdehin iddiaçının tələbinin təmin olunmasından imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qiso,) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi qanunsuz və əsassızdır. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və Şəki İnzibati Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli, 2-1(116)-634/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərаrа аldı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı5, İddiaçı3 və İddiaçı4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli, 2-1(116)-634/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-13/2022
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-13/2022
09.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver