Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-130/2020 27.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mübariz Rahil oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “Qəbələ rayon Tövlə kənd tam orta məktəbinə hərbi rəhbər təyin edilməsi üçün barəsində müsbət rəy verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması” tələbinə dair inzibatiiş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-763/2019nömrəli qərarından İddiaçı tərəfindən verilmiş аpelyаsiyа şikаyətinə açıq məhkəmə iclasında baxaraq Təsviri hissə: İddiaçı 1993-cü il tarixdən 1997-ci il tarixədək X2 Məktəbində taktiki motoatıcı qoşunlar komandiri ixtisası üzrə təhsil almış və Dövlət İmtahan Komissiyasının qərarı ilə ona taktiki motoatıcı qoşunlar komandiri, zirehli tank və avtomobil texnikasının istismarı üzrə mühəndis ixtisası verilərək adına MN seriyalı ******* nömrəli diplom hazırlanmışdır. İddiaçı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 341.1-ci maddəsi (rəisin və ya vəzifəli şəxsin hakimiyyətdən və ya öz qulluq mövqeyindən sui-istifadə etməsi, hakimiyyət həddini və ya qulluq səlahiyyətini aşması, hakimiyyətdən qəsdən istifadə etməməsi, bu əməllər müntəzəm, yaxud tamahkarlıq məqsədilə və ya digər şəxsi marağa görə törədildikdə, habelə bu əməllər əhəmiyyətli zərər vurduqda) və 349.1-ci maddəsi (silahı, döyüş sursatını, hərbi texnikanı və ya sair hərbi əmlakı qəsdən məhv etmə və ya zədələmə, digər cinayətin əlamətləri olmadıqda) ilə təqsirləndirilməsinə dair cinayət işi olmuş və Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin xx.xx.2001-ci il tarixli 1-23/2001 nömrəli hökmünə əsasən Cinayət Məcəlləsinin 341.1-ci maddəsi təqsirli bilinib 1 il 6 ay, 349.1-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.1 və 66.3-cü maddələrinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə qismən toplamaq yolu ilə üzərində qəti cəza olaraq 2 il 6 ay müddətində azadlıqdan məhrumetmə cəzası saxlanılmış, barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək həmin cəza şərti olaraq tətbiq edilməmiş və ona 2 il müddətinə sınaq müddəti təyin edilmiş, bu müddət ərzində məhkumun öz davranışı ilə islah olunmasını sübut etməsi vəzifəsi qoyulmuş və onun davranışına nəzarət N nömrəli hərbi hissə komandanlığna tapşırılmışdır. Hökm xx.xx.2001-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli 5 nömrəli qərarı ilə İddiaçı Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin xx.xx.2001-ci il tarixli 123/2001 nömrəli hökmü ilə təyin edilmiş şərti məhkumetmə cəzası ləğv edilmiş və məhkumluğu götürülmüşdür. İddiaçı Qəbələ rayon Tövlə kənd tam orta məktəbinə hərbi rəhbər təyin edilməsi ilə bağlı müraciət etmiş və müraciəti əsasında mətkəbin direktoru tərəfindən Qəbələ rayon Təhsil Şöbəsinə təqdimat verilmişdir. Vəzifəyə təyinatla bağlı yekun qərar vermək məqsədilə Təhsil Şöbəsi tərəfindən Cavabdehnə müraciət edilmiş, sonuncu xx.xx.2019-cu il tarixli 125 nömrəli məktubla bildirmişdir ki, ehtiyatda olan baş leytenant İddiaçı Müdafiə Nazirinin müvafiq əmri ilə “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 158-ci maddəsinin “b” bəndinə (törətdiyi cinayətə) əsasən ehtiyata buraxılmışdır. Bu səbbədən onun gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər vəzifəsində pedaqoji fəaliyyət göstərməsi məqsədəmüvafiq hesab edilmir. Cavabdeh rəyi nəzərə alınaraq Qəbələ rayon Təhsil şöbəsi tərəfindən iddiaçının pedoqoji fəaliyyət göstərməsi məqsədə müvafiq hesab edilməmişdir. İddiaçı Qəbələ rayon Tövlə kənd tam orta məktəbində gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər vəzifəsində işləmək istəyi ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etmiş, sonuncu xx.xx.2019-cu il tarixli N/856 nömrəli məktubla bildirmişdir ki, o, Naxçıvan MR Hərbi Məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 341.1 və 349.1-ci maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məhkum olunması ilə bağlı deyil, hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı hərbi xidmət əleyhinə olan cinayət törətməsi məhkəmə tərəfindən sübuta yetirildiyi üçün yeniyetmə gənclər ilə pedaqoji fəaliyyət aparması məqsədəmüvafiq hesab edilməmişdir. İddiaçı hazırkı iddia tələbi ilə birinci instansiya məhkəməsinə müraciət edərək məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Cağrış Üzrə Dövlət Xidmətinin Qəbələ rayon Şöbəsi Qəbələ rayonu Tövlə kənd tam orta məktəbinə hərbi rəhbər (gənclərin çağırışa qədərki hazırlığı müəlimi) təyin edilməsi haqqında təqdimatına məqsədəmüvafiq hesab edilməməsi barədə rəy vermişdir. Rəyi onunla əsaslandımışlar ki, o, Naxçıvan Muxdar Respublikasının Hərbi Məhkəməsinin xx xxxx 2001-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 341.1 və 349.1 ci maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir və hərbi xidmət üzrə və vəzifəsini yerinə yetirərkən hərbi xidmət əleyhinə olan cinayət törətməsi məhkəmə tərəfindən sübuta yetirildiyinə görə gənclərlə pedoqoji fəaliyyət aparması məqsədəmüvafiq deyil. İddiaçı verilmiş bu rəydən sonra məktubla Səfərbərlik və Hərbi xidmətə Çağrış üzrə Dövlət Xidmətinə və Xidmətin Qəbələ rayon şöbəsinə məktubla müraciət etmiş, məktublarında hərbi xidmət zamanı ona açılmış cinayət işinin səbəbini və verilmiş şərti işin müddətini və sonradan Qəbələ Rayon Məhkəməsində bəraət almasını, Qəbələ rayon Asan Xidmətindən məhkumluğun olmaması haqqında arayışı, məhkəmə tərəfindən təyin edilmiş cərimənin ödənildiyini izah etməsinə baxmayaraq, Səfərbərlik və Hərbi xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Qəbələ rayon Şöbəsinin rəyi dəyişilməmişdir. X1 Hərbi Məhkəməsinin xx xxxx 2001-ci tarixli qərarı ilə barəsində CM-nin 70-ci madəsi tədbiq edilmişdir və 2 il müddətinə sınaq müddəti təyin edilmiş, bu 2 ildə öz davranışı ilə islah olunması göstərilmişdir. Davranışına nəzarət N saylı hərbi hissə komandanlığına tapşırılmış, məhkəmə 634 manat iddianın ödənilməsini nəzərə almışdır. xx xxxxxx 2002-ci il tarixli Qəbələ Rayon Məhkəməsinin şərti məhkumluğun götürülməsi haqqında qərarında göstərilir ki, o, sınaq müddətində N saylı hərbi hissə komandanlığının, habelə Qəbələ MN və Mİ qurupunun bütün göstərişlərinə əməl etmiş, sınaq müddəti ərzində nümunəvi davranmış və heç bir qanun pozuntusuna yol verməmişdir. Bunları nəzərə alaraq məhkəmə şərti məhkumluğu vaxtından tez ləğv etmiş və məhkumluğu götürmüşdür. Barəsində keçirilmiş hər iki məhkəmənin qərarlarını və işsiz olduğunu, vətənə 10 ildən artıq hərbi qulluq etdiyini, Qarabağ müharibəsi veteranı olduğunu, Səfərbərlik və Hərbi xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Qəbələ rayon şöbəsində izah etsə də heç bir nəticəsi olmamışdır. O, Bakı Ali Birləşmiş Komandirlər Məktəbinin məzunu, ehtiyatda olan baş-leytenantdır, 2006-cı ildən 2011-ci ilədək Qəbələ rayonunda mühafizə xidmətində, 2011-ci ildən Oğuz-Qəbələ-Bakı su kəmərində çilingər, mühəndis və sahə rəisi vəzifələrində işləmişdir. İşi ixtisasına uyğun olmadığına görə 2017ci ildə ixtisara düşmüş, 2017-ci ildən bugünədək işsizdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan xx.xx.2019-cu il tarixli 434 nömrəli məktubla birinci instansiya məhkəməsinə müraciət edərək iddia tələbinə etiraz etmiş və etirazını Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2019-cu il tarixli N/856 nömrəli məktubu ilə əsaslandırmışdır. Cavabdeh birinci instansiya məhkəməsinin məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin xx.xx.2001-ci il tarixli 1-23/2001 nömrəli hökmünün surəti, hökmün qanuni qüvvəyə mindiyinə dair arayışın surəti, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli 5 nömrəli qərarının surəti,ZE seriyalı ******* nömrəli hərbi biletin surəti, MN seriyalı ******* nömrəli diplomun surəti, 022909 nömrəli əmək kitabçasının surəti, Qəbələ rayon Təhsil şöbəsinin xx.xx.2019-cu il tarixli 266 nömrəli məktubu,Cavabdeh xx.xx.2019-cu il tarixli 125 nömrəli məktubu (rəyi), xx.xx.2019-cu il tarixli N/856 nömrəli məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Şəki İnzibati-İqtisаdi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-763/2019 saylı qərarı ilə (hаkim Rüfət Məcidov) iddia təmin edilməmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “Qəbələ rayon Tövlə kənd tam orta məktəbinə hərbi rəhbər təyin edilməsi üçün barəsində müsbət rəy verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması” tələbinə dair iddiasının rədd edilsiniqərara alınmışdır. İddiaçı Şəki İnzibаti-İqtisаdi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)- 763/2019 saylı qərarından apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı apelyasiya şikayətin təmin edilməsini və Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-763/2019nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və cavabdeh Azərbaycan Respublikası Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbdən olması barədə məlumat verilməmişdir. Məhkəmə kollegiyası iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi: Cavabdehin apelyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, birinci instasniya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur. Habelə məhkəmə kollegiyası hesab edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Birinci instansiya məhkəməsi düzgün hesab etmişdir ki, iddia mahiyyət etibarı ilə əsassızdır və rədd edilməlidir. İlk öncə məhkəmə qeyd edir ki, İnzibati İcraat haqqında Azərbaycan Respublikası Qanununun 2.0.7-ci maddəsinə əsasən diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. 12.4-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Yuxarıda qeyd olunan qanunvericiliyin tələbindən göründüyü kimi, hazırkı iş üzrə hərbi rəhbər təyin edilməsi üçün iddiaçı barəsində hərbi rəhbər seçiminin həyata keçirilməsi cavabdeh inzibati orqan olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin diskresion səlahiyyətidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.3.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli 119 nömrəli qərarı ilə təsdiq edilmiş Gənclərin ibtidai hərbi hazırlıq Əsasnaməsinin 2-ci bəndinə əsasən, İbtidai Hərbi Hazırlığa Azərbaycan Respublikası Təhsil Nazirliyi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən rəhbərlik və nəzarət edilir. 3-cü bəndinə əsasən, hərbi rəhbər təhsil müəssisəsinin direktoruna tabedir və gənclərin ibtidai hərbi hazırlığı üçün məsuliyyət daşıyır. Tədris silahlarının saxlanılmasına, qeydiyyatına, verilməsinə və dərslər aparılarkən təhlükəsizlik qaydalarına ciddi əməl edilməsinə cavabdehdir. İbtidai hərbi hazırlıq dərslərini vaxtında təşkil etmək, hərbi kabinetə, silah saxlanılan otağa, atıcılıq tirinə nəzarət etmək, ibtidai hərbi hazırlığın maddi-tədris bazasını təkmilləşdirmək və yenidən qurmaq hərbi rəhbərin vəzifəsidir. 5-ci bəndinə əsasən, hərbi rəhbərlər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən seçilərək təqdim edilir və təhsil müəssisələri direktorları tərəfindən vəzifəyə təyin və azad edilirlər. Hərbi rəhbər vəzifəsində ali və ya orta ixtisas hərbi, yaxud ali mülki təhsilli, ehtiyatda (istefada) olan zabitlər işləyə bilər. Sadalanan qanunvericiliklərin tələblərindən göründüyü kimi, hərbi rəhbərlər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən seçilərək təqdim edilir və təhsil müəssisələri direktorları tərəfindən vəzifəyə təyin və azad edilirlər. Bu isə onu deməyə əsas verir ki, hərbi rəhbərlərin seçilməsi cavabdeh inzibati orqanın əsasnamə ilə ona verilmiş diskression səlahiyyətidir. Şərh olunduğu kimi inzibati hüquq münasibətlərində inzibati orqan diskression səlahiyyətlərindən çıxış etmişsə bu zaman iddiaçının tələbi üzrə onun üzərinə birmənalı vəzifə qoyula bilməz və məhkəmə tərəfindən yalnız inzibati orqanın diskression səlahiyyətlərinin qanuna uyğun həyata keçirilib-keçerilməməsini yoxlayır. Eyni zamanda əsasnamənin tələbi baxımından tədris silahlarının saxlanılması, uçotu, verilməsi və dərslər aparılarkən təhlükəsizlik qaydalarına ciddi əməl edilməsi təhsil müəssisələrinin hərbi rəhbər vəzifəsində işləyən şəxslərin vəzifələridir. Cavabdeh inzibati orqan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin iddiaçı barəsində müsbət rəy verməməsi ilə bağlı diskresion səlahiyyətinin qanunsuz olub olmaması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 341.1-ci maddəsi (rəisin və ya vəzifəli şəxsin hakimiyyətdən və ya öz qulluq mövqeyindən suiistifadə etməsi, hakimiyyət həddini və ya qulluq səlahiyyətini aşması, hakimiyyətdən qəsdən istifadə etməməsi, bu əməllər müntəzəm, yaxud tamahkarlıq məqsədilə və ya digər şəxsi marağa görə törədildikdə, habelə bu əməllər əhəmiyyətli zərər vurduqda) və 349.1-ci maddəsi (silahı, döyüş sursatını, hərbi texnikanı və ya sair hərbi əmlakı qəsdən məhv etmə və ya zədələmə, digər cinayətin əlamətləri olmadıqda) ilə təqsirləndirilməsinə dair cinayət işi olmuş və Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin xx.xx.2001ci il tarixli 1-23/2001 nömrəli hökmünə əsasən Cinayət Məcəlləsinin 341.1-ci maddəsi təqsirli bilinib 1 il 6 ay, 349.1-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.1 və 66.3-cü maddələrinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə qismən toplamaq yolu ilə üzərində qəti cəza olaraq 2 il 6 ay müddətində azadlıqdan məhrumetmə cəzası saxlanılmış, barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilmiş, həmin cəza şərti olaraq tətbiq edilməmiş və ona 2 il müddətinə sınaq müddəti təyin edilmiş, bu müddət ərzində məhkumun öz davranışı ilə islah olunmasını sübut etməsi vəzifəsi qoyulmuş və onun davranışına nəzarət N nömrəli hərbi hissə komandanlığna tapşırılmışdır. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli 5 nömrəli qərarı ilə İddiaçı təyin edilmiş şərti məhkumetmə cəzası ləğv edilməklə məhkumluğu götürülsə belə, cinayət işinin məhkəmə araşdırması zamanı İddiaçı xidmətdə olarkən silah-sursatları bilərəkdən müşahidə postunun qarşı tərəfindəki dərəyə atmaqla məhv etməsi və digər hallarla hakimiyyətdən və qulluq mövqeyindən sui-istifadə edib qulluq səlahiyyətlərini aşması öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli 119 nömrəli qərarı ilə təsdiq edilmiş Gənclərin ibtidai hərbi hazırlıq Əsasnaməsinin tələblərinə əsasən, hərbi rəhbərlər tədris silahlarının saxlanılmasına, qeydiyyatına, verilməsinə və dərslər aparılarkən təhlükəsizlik qaydalarına ciddi əməl edilməsinə cavabdehdir. İbtidai hərbi hazırlıq dərslərini vaxtında təşkil etmək, hərbi kabinetə, silah saxlanılan otağa, atıcılıq tirinə nəzarət etmək, ibtidai hərbi hazırlığın maddi-tədris bazasını təkmilləşdirmək və yenidən qurmaq hərbi rəhbərin vəzifəsidir ki, iddiaçı hərbi xidmətdə olduğu zaman hərbi əmlakı qəsdən məhv etmiş və səlahiyyət həddini aşdığında görə məhkum edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə iddiaçının xidmət etdiyi dövrdə hərbi əmlaka laqeyid yanaşması, səlahiyyət həddini aşması və cinayət törətdiyinə görə hərbi xidmətdən tərxis olunması onun tərəfindən gələcək hərbi qulluqçulara ibtidai hərbi hazırlıq dərslərinin tədris edilməsinə maneə olmaqla yanaşı məqsədə müvafiq deyildir. Belə ki, onun şəxsi və ehtiyyatda olan hərbi qulluqçu kimi peşəkar keyfiyyətləri xidmətdə olduğu zaman qəsdən məhv etdiyi hərbi əmlakın ona yenidən etibar edilməsini mümkünsüz etməklə yanaşı tədris etmək istədiyi ibtidai hərbi hazırlıq dərslərinin tədrisinin məqsədlərinə ziddir. Həmin Qanunun 19.2-ci maddəsinə görə, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi qanuni və əsaslıdır. Apelyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-763/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vəzirxan Məlikov Hаkimlər: Mübariz Hüseynov Rövşən Rəfiyev
Məhkəmə qərarları › İş №2-1(107)-130/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-130/2020
27.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver