Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-131/2020 12.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, İslamova Türkay Abdurəhim qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı "xx.xx.2013-cü il tarixli 53 nömrəli sərəncamın 300 ha torpaq sahəsinə aid hissədə ləğv edilməsi" tələbinə dair inzibati iş üzrə Şəki İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-730/2019 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş аpelyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə Qəbələ Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 125 nömrəli sərəncamına əsasən, X3 uzun müddətli istifadə etmək üçün Göyçay rayonu ərazisindəki dövlət torpaq fondundan icarəyə qış otlaq sahəsinin ayrılması barədə Qəbələ RİH başçısının xx.xx.1999-cu il tarixli sərəncamında qismən dəyişiklik edilməsi, Mirbala Xanalıyevə verilmiş qış otlaq sahəsindən X2 və onunla birlikdə 4 çoban ailəsinə 327 hektar qış otlaq sahəsinin uzun müddətli istifadə üçün ayrılması qərara alınmışdır. Həmin sərəncam əsasında Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qəbələ rayon şöbəsi tərəfindən X1 adına 314,4 hektar örüş sahəsinin 15 il müddətinə icarəyə verilməsi barədə xx.xx.2001-ci il tarixli JN10xx xxx 40800001 nömrəli "Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə" verilmişdir. Bundan sonra İddiaçı Göyçay RİH-ə ərizə ilə müraciət edərək qeyd olunan 314 ha torpaq sahəsinin onun icarəsinə verilməsini xahiş etmişdir. Göyçay RİH başçısının xx.xx.2011-ci il tarixli 76 nömrəli sərəncamına əsasən, Göyçay rayonu inzibati ərazisindəki "Törə dağ" adlanan dövlət torpaq fondunun 300 hektarının İddiaçı icarəyə verilməsi qərara alınmışdır. Göyçay RİH ilə İddiaçı arasında 300 ha torpaq sahəsinin 15 il müddətinə icarəyə verilməsi barədə xx.xx.2011-ci ildə "Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə (Torpaq icarəsi müqaviləsi)" bağlanmışdır. Bundan sonra X8 Göyçay RİH-ə xx.xx.2013-cü il tarixli ərizə ilə müraciət edərək rayonun inzibati ərazisində olan dövlət fondu torpaqlarından ona uzun müddətli icarəyə torpaq sahəsinin verilməsini xahiş etmişdir. Göyçay RİH-in komissiyası tərəfindən torpaq sahələrinə baxış keçirilmiş, rayonun keçmiş R.Rza və Bığır təsərrüfatlarının inzibati ərazisinin aralığında yerləşən dövlət fondu torpaqlarından 1000 hektar torpaq sahəsinin X6 uzun müddətli icarəyə verilməsi məsləhət bilinmiş və bu barədə xx.xx.2013-cü il tarixli akt tərtib edilmişdir. Göyçay RİH başçısının xx.xx.2013-cü il tarixli 53 nömrəli sərəncamına əsasən, rayonun inzibati ərazisində mövcud olan dövlət fondu torpağından 1000 hektarın X6 uzun müddətli icarəyə verilməsi qərara alınmışdır. X6 icarəyə verilən 1000 ha dövlət fondu torpağının yerquruluşu planı tərtib edilmişdir. Göyçay RİH ilə X8 arasında 1000 ha torpaq sahəsinin 99 il müddətinə icarəyə verilməsi barədə xx.xx.2013-cü ildə "Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə (Torpaq icarəsi müqaviləsi)" bağlanmışdır. Göyçay RİH başçısının xx.xx.2013-cü il tarixli 53 nömrəli sərəncamı ilə icarəyə verilmiş 1000 ha torpaq sahəsinə X5 icarə hüququ xx.xx.2017-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və ona bu barədə RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyataı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. Həmin 1000 ha torpaq sahəsi ilə bağlı X5 adına xx.xx.2017-ci ildə A-123496 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilmişdir. İddiaçı Şəki İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh Göyçay RİH-in xx.xx.2013-cü il tarixli 53 nömrəli sərəncamının 300 ha torpaq sahəsinə aid hissədə ləğv olunmasını xahiş etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, Göyçay RİH başçısının xx.xx.2013-cü il tarixli 53 nömrəli sərəncamı ilə X6 icarəyə verilmiş 1000 ha torpaq sahəsinin 300 ha hissəsi Göyçay RİH başçısının xx.xx.2011-ci il tarixli 76 nömrəli sərəncamı ilə ona icarəyə verilmiş 300 ha torpaq sahəsi ilə üst-üstə düşür. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadına əsasən, X8 hazırkı iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir. Cavabdeh Göyçay RİH iddia ilə bağlı xx.xx.2019-cu il tarixli 220 nömrəli məktubunda iddianı qəbul edib-etmədiyini bildirməmiş və yuxarıda göstərilən halları sadalamaqla kifayətlənərək, işə qanunauyğun baxılmasını və müvafiq qərar qəbul olunmasını xahiş etmişdir. Üçüncü şəxs X8 iddiaya yazılı münasibət bildirməmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim Vidadi Qasımov) xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-730/2019 nömrəli qərarı ilə İddiaçı Cavabdehnə qarşı "xx.xx.2013-cü il tarixli 53 nömrəli sərəncamın 300 ha torpaq sahəsinə aid hissədə ləğv edilməsi" barədə iddiası təmin edilməmişdir. İddiaçı həmin qərardan apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı Göyçay RİH-ə ərizə ilə müraciət edərək 314 ha torpaq sahəsinin icarəmə verilməsini xahiş etmişdir. Göyçay RİH başçısının xx.xx.2011 -ci il tarixli, 76 nömrəli sərəncamına əsasən, Göyçay rayonu inzibati ərazisindəki “Törə dağ” adlanan dövlət torpaq fondunun 300 hektarının ona icarəyə verilməsi qərara alınmışdır. Göyçay RİH ilə onun arasında 300 ha torpaq sahəsinin 15 il müddətinə icarəyə verilməsi barədə xx.xx.2011-ci ildə “Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə (Torpaq icarəsi müqaviləsi)” bağlanmışdır. Bundan sonra X8 ilə Göyçay RİH-yə xx.xx.2013-cü il tarixli ərizə ilə müraciət edərək rayonun inzibati ərazisində olan dövlət fondu torpaqlarından ona uzun müddətli icarəyə torpaq sahəsinin verilməsini xahiş etmişdir. Beləliklə, Göyçay RİH ilə X8 arasında 1000 ha torpaq sahəsinin 99 il müddətinə icarəyə verilməsi barədə xx.xx.2013-cü ildə “Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə (Torpaq icarəsi müqaviləsi” bağlanmışdır. Nəticədə Göyçay RİH başçısının xx.xx.2013-cü il tarixli 53 nömrəli sərəncamı ilə X6 icarəyə verilmiş 1000 ha torpaq sahəsinin 300 ha hissəsi Göyçay RİH başçısının xx.xx.2011-ci il tarixli 76 nömrəli sərəncamı ilə ona verilmiş 300 ha torpaq sahəsi ilə üst-üstə düşmüşdür. Bu səbəbdən X8 ilə aralarında narazılıqlar olmuş, sözügedən şəxs onun həmin ərazini tərk etməsini bildirmişdir. O da bununla bağlı Göyçay RİH ilə onun arasında 300 ha torpaq sahəsinin 15 il müddətinə icarəyə verilməsi barədə xx.xx.2011-ci ildə “Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə bağlandığını bildirmişdir. Aralarında olan narazılıqları hüquq müstəvisində həll etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.X12-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-730/2019nömrəliqərarı ilə iddia tələbi obyektiv araşdırılmadan qərar qəbul edilmişdir.Belə ki, qərarın əsaslandırıcı hissəsində qeyd olunmuşdur ki, guya ona icarəyə verilmiş 300 ha torpaq sahəsinin yerquruluşu planının təsdiq edilməmiş kserosurətini məhkəməyə təqdim etmişdir. Məhkəmənin xx.xx.2019-cu il tarixli sərəncamı və xx.xx.2019-cu il tarixli məktubu ilə həmin sənədin əslinin, yaxud da notarial qaydada təsdiqlənmiş surətinin məhkəməyə təqdim olunması ona təklif edilsə də, o, həmin sənədi təqdim edə bilməmişdir. Lakin göstərilən məlumatlar həqiqəti əks etdirmir. Ona verilmiş 300 ha torpaq sahəsinin yerquruluşu planının təsdiq edilmiş surətini iddia ərizəsinə əlavə etmişdir. Bütün bunlar məhkəmənin işə obyektiv baxmamasının göstəricisidir. Ona görə də Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-730/2019 nömrəli qərarının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)- 730/2019 nömrəli qərarının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq üçüncü şəxs X8 məhkəmə iclasına gəlməmiş, Cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Onlara Qəbələ RİH başçısının xx.xx.2000-ci il tarixli 125 nömrəli sərəncamı; X1 adına olan xx.xx.2001-ci il tarixli JN-10xx xxx 40800001 nömrəli "Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə"; Göyçay RİH başçısının xx.xx.2011-ci il tarixli 76 nömrəli sərəncamı; Göyçay RİH ilə İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli "Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə (Torpaq icarəsi müqaviləsi)"; Göyçay RİH-in komissiyası tərəfindən tərtib edilmiş xx.xx.2013-cü il tarixli akt; Göyçay RİH başçısının xx.xx.2013-cü il tarixli 53 nömrəli sərəncamı; X6 icarəyə verilən 1000 ha dövlət fondu torpağının yerquruluşu planından çıxarış; Göyçay RİH ilə X8 arasında bağlanmış xx.xx.2013-cü il tarixli "Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə (Torpaq icarəsi müqaviləsi)"; X5 icarəyə hüququ ilə bağlı RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyataı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"; X5 adına 1000 ha torpaq sahəsi ilə bağlı tərtib edilmiş xx.xx.2017-ci il tarizli A-123496 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" aiddir. Əsaslandırma hissəsi İddiaçının apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-730/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış mübahisələndirmə haqqında iddia (İPM-in 32-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı ona münasibətdə əlverişsiz (yükləyici) inzibati aktın (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2, 2.0.11 və 57-ci maddələri) ləğv olunmasını tələb edir, eləcə də hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu iddia edir (İPM-in 35-ci maddəsi). Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Hazırkı işdə iddianın mümkünlüyünə dair digər şərtlər də mövcuddur. Belə ki, iddiaçı cavabdehin qərarını aldıqdan sonra vaxtında məhkəməyə iddia vermişdir (İPM-in 38.1-ci maddəsi).Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı haqlı olaraq təmin etməmişdir. Məhkəmə kollegiyası tərəfindən iş materiallarında olan sənədlərin tədqiqi zamanı müəyyən edilmişdir ki, Qəbələ Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 125 nömrəli sərəncamına əsasən, X3 uzun müddətli istifadə etmək üçün Göyçay rayonu ərazisindəki dövlət torpaq fondundan icarəyə qış otlaq sahəsinin ayrılması barədə Qəbələ RİH başçısının xx.xx.1999-cu il tarixli sərəncamında qismən dəyişiklik edilməsi, Mirbala Xanalıyevə verilmiş qış otlaq sahəsindən X2 və onunla birlikdə 4 çoban ailəsinə 327 hektar qış otlaq sahəsinin uzun müddətli istifadə üçün ayrılması qərara alınmışdır. Həmin sərəncam əsasında Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qəbələ rayon şöbəsi tərəfindən X1 adına 314,4 hektar örüş sahəsinin 15 il müddətinə icarəyə verilməsi barədə xx.xx.2001-ci il tarixli JN10xx xxx 40800001 nömrəli "Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə" verilmişdir. Bundan sonra İddiaçı Göyçay RİH-ə ərizə ilə müraciət edərək qeyd olunan 314 ha torpaq sahəsinin onun icarəsinə verilməsini xahiş etmişdir. Göyçay RİH başçısının xx.xx.2011-ci il tarixli 76 nömrəli sərəncamına əsasən, Göyçay rayonu inzibati ərazisindəki "Törə dağ" adlanan dövlət torpaq fondunun 300 hektarının İddiaçı icarəyə verilməsi qərara alınmışdır. Göyçay RİH ilə İddiaçı arasında 300 ha torpaq sahəsinin 15 il müddətinə icarəyə verilməsi barədə xx.xx.2011-ci ildə "Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə (Torpaq icarəsi müqaviləsi)" bağlanmışdır. Bundan sonra X8 Göyçay RİH-ə xx.xx.2013-cü il tarixli ərizə ilə müraciət edərək rayonun inzibati ərazisində olan dövlət fondu torpaqlarından ona uzun müddətli icarəyə torpaq sahəsinin verilməsini xahiş etmişdir. Göyçay RİH-in komissiyası tərəfindən torpaq sahələrinə baxış keçirilmiş, rayonun keçmiş R.Rza və Bığır təsərrüfatlarının inzibati ərazisinin aralığında yerləşən dövlət fondu torpaqlarından 1000 hektar torpaq sahəsinin X6 uzun müddətli icarəyə verilməsi məsləhət bilinmiş və bu barədə xx.xx.2013-cü il tarixli akt tərtib edilmişdir. Göyçay RİH başçısının xx.xx.2013-cü il tarixli 53 nömrəli sərəncamına əsasən, rayonun inzibati ərazisində mövcud olan dövlət fondu torpağından 1000 hektarın X6 uzun müddətli icarəyə verilməsi qərara alınmışdır. X6 icarəyə verilən 1000 ha dövlət fondu torpağının yerquruluşu planı tərtib edilmişdir. Göyçay RİH ilə X8 arasında 1000 ha torpaq sahəsinin 99 il müddətinə icarəyə verilməsi barədə xx.xx.2013-cü ildə "Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə (Torpaq icarəsi müqaviləsi)" bağlanmışdır. Göyçay RİH başçısının xx.xx.2013-cü il tarixli 53 nömrəli sərəncamı ilə icarəyə verilmiş 1000 ha torpaq sahəsinə X5 icarə hüququ xx.xx.2017-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və ona bu barədə RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyataı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. Həmin 1000 ha torpaq sahəsi ilə bağlı X5 adına xx.xx.2017-ci ildə A-123496 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilmişdir. İddiaçı Şəki İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh Göyçay RİH-in xx.xx.2013-cü il tarixli 53 nömrəli sərəncamının 300 ha torpaq sahəsinə aid hissədə ləğv olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməyərək mövqeyini belə əsaslandırmışdır ki, göründüyü kimi, İddiaçı icarəyə torpaq sahəsi verilməsi ilə əlaqədar tərtib edilmiş sənədlər həmin torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını müəyyən etməyə imkan vermir. Bu səbəbdən də həmin torpaq sahəsinin X6 icarəyə verilmiş torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün deyil. Belə olan halda isə, o, X6 torpaq sahəsinin icarəyə verilməsinin qanunsuz olmasını iddia etməkdə haqlı deyil. Ona görə də iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: - 46-cı maddəsinin 1-ci hissəsinə əsasən, yay və qış otlaqlarının torpaqları da dövlət mülkiyyətində olan torpaqlara daxildir. - 56-cı maddəsinin 1-ci hissəsində deyilir ki, Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. - 67-ci maddəsində deyilir ki, torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. (1-ci hissə) Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. (3-cü hissə) Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. (4-cü hissə) Bundan başqa, "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 67.1ci maddəsində deyilir ki, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. İnzibati iş üzrə olan materiallarından görünür ki, Göyçay RİH başçısının xx.xx.2011-ci il tarixli 76 nömrəli sərəncamı ilə İddiaçı Göyçay rayonu inzibati ərazisindəki "Törə dağ" adlanan dövlət torpaq fondundan 300 hektar, Göyçay RİH başçısının xx.xx.2013-cü il tarixli 53 nömrəli sərəncamı ilə isə üçüncü şəxs X6 rayonun inzibati ərazisində mövcud olan dövlət fondu torpağından 1000 hektarın icarəyə verilməsi qərara alınmışdır. 3-cü şəxs X5 icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və ona icarəyə verilən 1000 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını əks etdirən "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı ona icarəyə verilmiş 300 ha torpaq sahəsinin yerquruluşu planının təsdiq edilməmiş kserosurətini məhkəməyə təqdim etmişdir,lakin məhkəmənin xx.xx.2019-cu il tarixli sərəncamı və xx.xx.2019-cu il tarixli məktubu ilə həmin sənədin əslinin, yaxud da notarial qaydada təsdiq edilmiş surətinin məhkəməyə təqdim olunması iddiaçıya təklif edilsə də, o, həmin sənədi təqdim etməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Göyçay RİH-ə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X10 sorğu edilərək alınmış sənədlərdə də İddiaçı icarəyə verilmiş torpaq sahəsinin yerquruluşu sxemi, yaxud onun koordinatlarını müəyyən etməyə imkan verən digər sənəd aşkar edilməmişdir.Bundan başqa məhkəmənin xx.xx.2019-cu il tarixli məktubu ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə sorğu edilərək aşağıdakı suallarla bağlı mütəxəssis rəyi verilməsi xahiş edilmişdir:
1. Göyçay RİH başçısının xx.xx.2011-ci il tarixli 76 nömrəli sərəncamı ilə İddiaçı icarəyə verilmiş 300 ha torpaq sahəsinin yerquruluşu sxemi nəzərə alınmaqla döngə nöqtələrinin koordinatları müəyyən edilsin.
2. Göyçay RİH başçısının xx.xx.2011-ci il tarixli 76 nömrəli sərəncamı ilə İddiaçı icarəyə verilmiş 300 ha torpaq sahəsi və Göyçay RİH başçısının xx.xx.2013cü il tarixli 53 nömrəli sərəncamı ilə X6 icarəyə verilmiş 1000 ha torpaq sahəsi üst-üstə düşürmü?
3. Həmin sahələr üst-üstə düşürsə, koordinatları göstərilsin və sxem tərtib edilsin. Bununla bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli məktubu ilə məhkəməyə göndərilmiş xx.xx.2019-cu il tarixli mütəxəssis rəyindən aydın oldu ki, Göyçay RİH başçısının xx.xx.2011-ci il tarixli 76 nömrəli sərəncamı ilə İddiaçı icarəyə verilmiş 300 ha torpaq sahəsinin yerquruluşu sxemində kifayət qədər istinad nöqtələri, koordinatları olmadığından ayrılmış torpaq sahəsinin harada yerləşməsini, eləcə də Göyçay RİH başçısının xx.xx.2013-cü il tarixli 53 nömrəli sərəncamı ilə X6 icarəyə verilmiş 1000 ha torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün deyildir. Üst-üstə düşməni müəyyən etmək mümkün olmadığına görə üçüncü sual üzrə tədqiqat aparılmamışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə əsasən, torpaq sahəsi üzərində müddəti on bir aydan çox olan icarə hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı icarəyə torpaq sahəsi verilməsi ilə əlaqədar tərtib edilmiş sənədlər həmin torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını müəyyən etməyə imkan vermədiyini və həmin torpaq sahəsinin X6 icarəyə verilmiş torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmadığından, iddiaçı X6 torpaq sahəsinin icarəyə verilməsinin qanunsuz olmasını iddia etməkdə haqlı olmamışdır. Yuxarıda qeyd olunan işin hallarını, iddiaçının məhkəmə kollegiyasının iclasında verdiyi izahatı, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Ona görə də apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. İPM-in 87.6-cı maddəsinə görə, аpelyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instаnsiyа məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi baxılan mübahisə üzrə düzgün nəticəyə gəlmişdir. Buna görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Apelyasiya şikayəti təmin edilməməlidir.
Nəticəvi hissə
Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı:
İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-730/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.