Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-131/2023 09.02.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin cavabdeh "xxxx" X5 Cəmiyyətinə qarşı "cavabdehin xx.xx.2021-ci il tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 13089,23 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 14000 manat məbləğində siyahıya alınmış əmlakının hərrac vasitəsi ilə satılması" tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2-1(116)-2158/2022 nömrəli qərarından cavabdeh "xxxx" X5 Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən cavabdeh "xxxx" X5 Cəmiyyətinə onun xx.xx.2020ci il tarixinə dövlət büdcəsinə ümumilikdə 13089,23 manat (9298,65 manat muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə + 3790,58 manat faizlər üzrə) məcburi dövlət sosial sığorta haqqı üzrə borcunun olduğu və yaranmış borc məbləğinin 5 gün müddətində dövlət büdcəsinə ödənilməsi barədə xx.xx.2022-ci il tarixli **********4 nömrəli bildiriş göndərilmişdir. Lakin cavabdeh vergi borcunu təyin edilmiş müddət ərzində ödəmədiyinə görə ona Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsi üçün iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixli qərar ilə cavabdeh "xxxx" X5 Cəmiyyətinə məxsus olan Mingəçevir şəhəri Gəncə şossesində yerləşən maşın təmiri zavodunda olan əmlakın siyahıya alınması qərara alınmışdır. Bundan sonra həmin qərar əsasında vergi orqanının əməkdaşları tərəfindən sözügedən maşın təmiri zavoduna baxış keçirilmiş, əmlakın siyahıya alınması haqqında xx.xx.2022-ci il tarixli **********4 nömrəli protokol tərtib edilmiş və tərəflər arasında vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında akt tərtib edilmişdir. Vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında xx.xx.2022-ci il tarixli **********4 nömrəli protokola 1 nömrəli əlavədə göstərilmişdir ki, "xxxx" X5 Cəmiyyətinə məxsus maşın təmiri zavodunda yerləşən qiyməti 14000 manat olan bir neçə əmlak, o cümlədən 1 ədədinin qiyməti 6000 manat, 1 ədədinin isə qiyməti 5000 manat olan 2 ədəd pardaqlayıcı dəzgah, qiyməti 3000 manat olan 1 ədəd deşici dəzgah siyahıya alınmışdır. Daha sonra iddiaçı tərəfindən cavabdeh "xxxx" X5 Cəmiyyətinə əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə xx.xx.2022-ci il tarixli **********046500 nömrəli xəbərdarlıq məktubu göndərilmişdir. Bundan sonra xx.xx.2021-ci il tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 13089,23 manat məbləğində borc olduğuna görə iddiaçı hazırkı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. O, iddiasını belə əsaslandırmışdır ki, cavabdeh borcunu könüllü olaraq ödəməmişdir. İddiaçı məhkəməyə göndərdiyi xx.xx.2022-ci il tarixli ərizədə işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etdiyinə görə işə onun nümayəndəsinin iştirakı olmadan baxılmışdır. Cavabdehin nümayəndəsi X4 iddianı qəbul etmədi və izahat verərək bildirdi ki, müəssisə hər ay 1000 manat olmaqla borcunu ödəyəcək. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, xx.xx.2022-ci il tarixli **********4 nömrəli bildirişdən görünür ki, cavabdeh "xxxx" X5 Cəmiyyətinin xx.xx.2020-ci il tarixinə dövlət büdcəsinə ümumilikdə 13089,23 manat (9298,65 manat muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə + 3790,58 manat faizlər üzrə) məcburi dövlət sosial sığorta haqqı üzrə borcu vardır. - İşdə olan, xx.xx.2021-ci il tarixli qərardan görünür ki, vergi öhdəliklərinin yerinə yetirilməsi üçün iddiaçı tərəfindən cavabdeh "xxxx" X5 Cəmiyyətinə məxsus olan Mingəçevir şəhəri Gəncə şossesində yerləşən maşın təmiri zavodunda olan əmlakın siyahıya alınması qərara alınmışdır. İşdə olan, xx.xx.2022-ci il tarixli **********4 nömrəli protokola 1 nömrəli əlavədən görünür ki, "xxxx" X5 Cəmiyyətinə məxsus maşın təmiri zavodunda yerləşən qiyməti 14000 manat olan bir neçə əmlak siyahıya alınmışdır. Şəki İnzibati Məhkəməsinin (hakim Vidadi Qasımov) 20 dekabr 2022-ci il tarixli, 2- 1(116)-2158/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdeh "xxxx" X5 Cəmiyyətinin xx.xx.2021-ci il tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 13089,23 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə ona məxsus olan, xx.xx.2022-ci ildə siyahıya alınmış 14000 manat dəyərində əmlakın (qiyməti 6000 manat olan 1 ədəd pardaqlayıcı dəzgah, qiyməti 5000 manat olan 1 ədəd pardaqlayıcı dəzgah, qiyməti 3000 manat olan 1 ədəd deşici dəzgah) hərrac vasitəsilə satılması öhdəliyinin iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh "xxxx" X5 Cəmiyyəti apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2-1(116)-2158/2022 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh "xxxx" X5 Cəmiyyəti apellyasiya şikayətində qeyd etmişdir ki, Şəki İnzibati Məhkəməsinin qərarı əsassız olduğundan, eləcə də obyektivliyi özündə əks etdirmədiyindən ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçı vergi orqanı öz səlahiyyətləri daxilində iddia qaldırmadan pul tələbinə dair olan qərarlarının icrasını təmin edə bilər. Vergi Məcəlləsinin 23.1.6-ci maddəsinə əsasən, müəyyən edilmiş müddətdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək vergi orqanlarının hüquqlarıdır. Vergi orqanının vergi ödəyicisindən pul tələbinə dair qərarı icra sənədidir və vergi ödəyicisindən vergi borcun dövlət büdcəsinə alınması üçün hər hansı bir məhkəmə qərarı olmadan inzibati akt sayılan vergi orqanının qərarının icra orqanlara təqdim edilməsi kifayətdir. Belə ki, İnzibati İcraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt-inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq vəyahəll etməkməqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında 28 avqust 2007-ci il tarixli, 136 saylı qərarına əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin regional bölmələri inzibati orqandır, həmin orqanın maliyyə sanksiyasının tətbiq edilməsi barədə qərarı inzibati aktdır. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikasının Qanununun 82.1 -ci maddəsinə əsasən, pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. 82.2. İnzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Göründüyü kimi, inzibati orqan olan iddiaçı - vergi orqanı məcburi qaydada icra edilməsi üçün tələb etdiyi vergi borcunun tutulması barədə qərarı vergi ödəyicisinin yerləşdiyi yerin icra məmuruna göndərmək əvəzinə, vergi borcunun tutulmasına dair təkrarən qərar qəbul edilməsi üçün məhkəməyə ərizə ilə müraciət etməklə yuxarıda şərh edilən qanunvericiliyin tələblərini pozmuşdur. Bundan əlavə, ödənilmədiyi qeyd olunan 13089,23 amant məbləğində borc düzgün hesablanmamışdır. Birinci instansiya məhkəməsi iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etməli olduğu halda, təyin etməmiş, bununla da, əsassız qərar qəbul etmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini Şəki İnzibati Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2-1(116)-2158/2022 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2-1(116)-2158/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının hazırkı iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Lakin cavabdehin apellyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-1-ci maddəsinə əsasən, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək vergi orqanlarının hüquqlarına aiddir. Həmin Məcəllənin 89.1-ci maddəsinə görə, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Siyahıya alınmış əmlakın yararlıq müddəti bu maddədə göstərilən müddət başa çatanadək bitirsə, vergi orqanı dərhal məhkəməyə müraciət edə bilər. İşdən göründüyü kimi, cavabdehin dövlət büdcəsinə xx.xx.2021-ci il tarixə ödənilməmiş 13089,23 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı üzrə borcu vardır. Cavabdeh həmin borcu ödəmədiyinə görə iddiaçı tərəfindən xx.xx.2021-ci ildə "Əmlakın siyahıya alınması haqqında qərar" qəbul edilmiş, xx.xx.2022-ci ildə cavabdehə məxsus olan bir neçə əmlak siyahıya alınmış, bu barədə "Əmlakın siyahıya alınması haqqında protokol" və "Vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında xx.xx.2022-ci il tarixli **********4 nömrəli protokola 1 nömrəli əlavə" tərtib olunmuş, həmçinin əmlakın fotoşəkilləri çəkilmişdir. Siyahıya alınmış əmlak xx.xx.2022-ci ildə cavabdehə məsul saxlamaya verilmiş və bununla əlaqədar "Vergi ödəyicisinin siyahıya alınmış əmlakının saxlanmaya verilməsi haqqında akt" tərtib edilmişdir. Lakin bundan sonra da cavabdeh öz vergi öhdəliyini yerinə yetirməmişdir. M Birinci instansiya məhkəməsi düzgün olaraq bu qənaətə gəlmişdir ki, belə olan halda, iddiaçı cavabdehə məxsus olan siyahıya alınmış əmlakın hərrac vasitəsilə satılmasını tələb etməkdə haqlıdır. Ona görə də iddia təmin edilməlidir. Məhkəmə kollegiyası inzibati mübahisə üzrə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. İPM-in 87.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh "xxxx" X5 Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2-1(116)-2158/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-131/2023
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-131/2023
09.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver