Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-132/2021 19.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Zaqatala rayon filialının nümayəndəsi X21 oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Zaqatala rayon filialına qarşı “xx.xx.1993-cü ildən xx.xx.2000-ci ilədək 90 nömrəli, xx.xx.2000-ci ildən xx.xx.2005-ci ilədək 961 nömrəli aptekdə işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-535/2020 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Zaqatala rayon filialı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Zaqatala rayon filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1993-cü il tarixdən xx.xx.2014-cü il tarixədək 90 və 961 saylı apteklərdə işlədiyi müddətin sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbin belə əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1969-cu il tarixdə anadan olmuşdur. O, cavabdeh orqana ona əlilliyə əmək pensiyasının təyin edilməsi üçün müraciət etmişdir. Lakin cavabdeh orqan iddiaçının 90 və 941 saylı apteklərdə işlədiyi müddətlərin onun sosial sığorta stajına daxil edilməsindən imtina etmişdir. Belə ki, həmin apteklərdə iddiaçının iş stajının qarşılıqlı yoxlanması tələb edilmiş, lakin apteklərin mühasibat sənədləri saxlanılmadığından və arxivə təhvil verilmədiyindən bu mümkün olmamışdır. Məhz bu səbəblə iddiaçının müraciətinin təmin edilməsindən imtina olunmuşdur. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə birinci instansiya məhkəməsinə xx.xx.2020-ci il tarixli ərizə təqdim edərək, “xx.xx.1993-cü ildən xx.xx.2000-ci ilədək 90 nömrəli, xx.xx.2000-ci ildən xx.xx.2005-ci ilədək 961 nömrəli aptekdə işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin tarixli məhkəmən iclasında protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Cavabdeh orqan etirazını belə əsaslandırmışdır ki, iddiaçının əlilliyə görə pensiya hüququ xx.xx.2019-cu il tarixdə yaranmışdır. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunun 12-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. İddiaçıya 2-ci qrup əlilliyə görə əmək pensiyası təyin olunması üçün 11 il 8 ay sosial sığorta stajı və 21000 manat sığorta kapitalı tələb olunur. Qanunun 21-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. İddiaçının əmək kitabçasının surətinə əsasən xx.xx.2006-cı il tarixədək 15 il 4 ay sosial sığorta stajı (həmin sığorta stajı 11070 manat sığorta kapitalına bərabərdir) toplanılır. İddiaçının mübahisələndirilməyən sosial sığorta stajı 3 il (həmin staj 2166 manat sığorta kapitalına bərabərdir), mübahisələndirilən sosial sığorta stajı 12 il 4 ay 25 gün (həmin staj 8905 manat sığorta kapitalına bərabərdir) təşkil edir. İddiaçının əmək kitabçasının surətində qeyd edilmiş 90 saylı aptekin məcburi dövlət sosial sığorta haqlarının toplanması və uçotuna dair 1993, 1994, 1995, 2000-ci illərdə aparılmış yoxlama aktlarında İddiaçı həmin aptekin mühasibi kimi adı qeyd edilməmişdir. Bundan başqa, "Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında" xx xxxxxx 1991-ci il Qərarına əsasən, Azərbaycan dilində latın qrafikasına keçid 1992-ci ildən başlamış, xx xxxxxxxx 2002-ci il tarixli “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının qanununun 17-ci maddəsinə əsasən isə Azərbaycan Respublikasının dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, hüquqi şəxslərin, onların nümayəndəliklərinin və filiallarının, idarələrin adları Azərbaycan dilinin normalarına uyğun olaraq yazılır. Göstərilən təsisatların adını əks etdirən lövhələr, blanklar, möhürlər və kargüzarlıqla bağlı rəsmi xarakterli bütün digər ləvazimatlar dövlət dilində tərtib olunur. Lakin iddiaçının təqdim etdiyi əmək kitabçasında 1993-2000-ci illər barədə qeydlər kiril əlifbası ilə aparılmasına baxmayaraq, möhür latın qrafikalı Azərbaycan əlifbası ilə tərtib edilmişdir. Yuxarıda qeyd olunanlardan belə bir nəticəyə gəlirlər ki, 1993-2000-ci illərdə fəaliyyət göstərən müəssisələrdə latın qrafikalı möhürlərin istifadəsi mümkünsüz idi. Buna əlavə olaraq bildirilir ki, iddiaçının əmək kitabçasının surətində qeyd edilmiş 90 saylı aptekdə mühasib işləməsinə dair qeydləri təsdiq edən möhürün əksi həmin dövrdə 90 saylı aptekdə istifadə olunan möhürün əksi ilə uyğun gəlmir. Göstərilənlərə əsasən, iddiaçının 90 saylı aptekdə 1993-2000-ci illərin onun sosial sığorta stajına daxil edilməsi qanunsuz və əsassızdır. Digər müəssisəyə gəldikdə isə Mərkəzləşdirilmiş informasiya sistemindən əldə olunan məlumata əsasən, Zaqatala rayonu 961 saylı aptek sığortaedən kimi xx.xx.2008-ci il tarixdə qeydiyyatdan keçmiş, İddiaçı isə həmin aptekdə işlədiyini təsdiq edən əmək müqaviləsinin bağlanma tarixi xx.xx.2014-cü il göstərilmişdir Odur ki, iddiaçının 961 saylı aptekdə işlədiyini iddia etdiyi xx.xx.2000-ci ildən xx.xx.2005-ci ilədək olan dövr onun sosial sığorta stajına daxil edilə bilməz. Nəhayət, iddiaçının təqdim etdiyi əmək kitabçasında müvafiq iş yerləri ilə bağlı qeydlər öz təsdiqini tapmadığından, ona əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan pensiya kapitalı ödənilmədiyindən iddiaçıya əlilliyə görə pensiya təyin edilməsi qanuna müvafiq deyil. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçı iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan cavabdehin xx.xx.2020-ci il tarixli **********5 nömrəli məktubundan görünür ki, 50 yaşı tamam olmuş əlillərə 11 il 8 ay sığorta stajı və 21000 manat sığorta kapitalı tələb olunur. İddiaçının xx.xx.2006-cı il tarixə 15 il 4 ay sığorta stajı toplanıb və həmin sığorta stajı 11070 manat sığorta kapitalına bərabərdir. İddiaçının xx.xx.2006-cı il tarixədək mübahisələndirilməyən sığorta stajı 3 il təşkil edir və həmin sığorta stajı 2166 manat sığorta kapitalına bərabərdir. İddiaçının mübahisələndirilən sığorta stajı 12 il 4 ay 25 gün təşkil edir və həmin sığorta stajı 8905 manat sığorta kapitalına bərabərdir. İddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək topladığı sığorta kapitalı 14599 manat təşkil edir. İş materiallarında olan Zaqatala rayon 90 nömrəli mərkəzi aptekin müvafiq illərdə DSMF vəsaitləri üzrə “Haqq-hesab cədvəli”nin təsdiq edilmiş surətindən müəyyən olunur ki, sənəddə istifadə edilmiş 90 nömrəli aptekə məxsus möhürün əksi ilə iddiaçının АЗЕ seriyalı ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətində sözügedən aptekə işə qəbul və azad olunma zamanı istifadə edilən möhürün əksi tamamilə fərqlidir. Həmçinin, 90 nömrəli aptekin xx.xx.1993-cü il tarixli DSMF-nin apardığı yoxlama aktında baş mühasib olaraq X3 və mühasib X9, 1994 və 1995-ci illlərdə aparılan yoxlama aktlarında isə baş mühasib İsrafil Şabanov göstərilmişdir. İş materiallarında olan iddiaçının əmək kitabçasının təsdiq edilmiş surətində nöqsanlar aşkar edilmişdir. Belə ki, müvafiq əmək kitabçasında qeyd olunur ki, iddiaçı 90 nömrəli aptekdən xx.xx.2000-ci il tarixdə işdən azad olunmuşdur. Növbəti iş yeri olaraq 961 nömrəli aptekdə əmək fəaliyyətinə isə xx.xx.2000-ci il tarixdən başlamışdır. Eləcə də, qeyd olunur ki, iddiaçı xx.xx.2000-ci il tarixdən xx.xx.2014-cü il tarixədək 961 nömrəli aptekdə baş mühasib vəzifəsində işləmiş və eyni zamanda xx.xx.2005-ci il tarixdən xx.xx.2019-cu il tarixədək “Azəri-M” firmasında baş mühasib işləmişdir. İş materiallarında olan Zaqatala Rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 40 nömrəli məktubundan müəyyən edilir ki, 90 və 961 saylı apteklərin arxiv sənədləri arxivə təhvil verilməmişdir. İş materiallarında olan 13 saylı X17 xx.xx.2020-ci il tarixli **********031600 nömrəli məktubunda qeyd edilir ki, qeyd edilən Zaqatala 90 nömrəli Mərkəzi rayon Apteki (VÖEN **********) xx.xx.2004-cü il tarixdə vergi orqanında qeydiyyata alınmış, aptekin fəaliyyət növü “X1 X13” (kod 47730) kimi qeyd edilmiş, rəhbəri X14r. Aptekin sahibkarlıq fəaliyyətinin müvəqqəti olaraq xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixə və xx.xx.2020ci il tarixdən xx.xx.2025-ci il tarixədək dayandırılması üçün vergi orqanına rəsmi müraciət edilmişdir. Zaqatala rayonu 961 nömrəli Aptek (VÖEN **********) xx.xx.2004-cü il tarixdə vergi orqanında qeydiyyata alınmış, aptekin fəaliyyət növü “X1 X13” (kod 47730) kimi qeyd edilmiş, rəhbəri X7r. Aptekin sahibkarlıq fəaliyyətinin müvəqqəti olaraq xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixədək dayandırılması üçün vergi orqanına rəsmi müraciət edilmişdir. Qeyd olunanlardan əlavə vergi orqanında olan baza məlumatlarına əsasən İddiaçı (AZE 0553746) əmək müqaviləsi əsasında xx.xx.2014cü il tarixdən xx.xx.2015-ci il tarixədək Zaqatala rayonu 961 nömrəli Aptekdə (VÖEN **********) çalışmışdır. Həmçinin bildirilir ki, vergi orqanında olan baza məlumatlarına əsasən İddiaçı barəsində hesablanmış əmək haqqı, əmək haqqından tutulan gəlir vergisi və sosial sığorta haqları üzrə ödənişlər barədə heç bir məlumat yoxdur. İş materiallarında olan X2 məxsus ******* nömrəli “Əmək kitabçası”nın təsdiq edilmiş surətindən müəyyən edilir ki, o, xx.xx.1988-ci il tarixdən xx.xx.1994-cü il tarixədək Zaqatala rayon 90 saylı aptekdə mühasib işləmişdir. İş materiallarında olan X6 məxsus ******* nömrəli “Əmək kitabçası”nın surətindən müəyyən edilir ki, o, xx.xx.1978-ci il tarixdən xx.xx.1999cu il tarixədək Zaqatala rayon 90 saylı aptekdə mühasib işləmişdir. İş materiallarında olan X4 məxsus xx.xx.1972-ci il tarixli “Əmək kitabçası”nın surətindən müəyyən edilir ki, o, 90 nömrəli aptekdə xx.xx.1972ci il tarixdən xx.xx.1982-ci il tarixədək mühasib, xx.xx.1983-cü il tarixdən xx.xx.2000-ci il tarixədək isə kassir vəzifəsində işləmişdir. İş materiallarında olan X10 məxsus olan ******* nömrəli “Əmək kitabçası”nın surətindən müəyyən edilir ki, o, xx.xx.1996-cı il tarixdən xx.xx.2011-ci il tarixədək Zaqatala rayon 90 saylı aptekdə baş mühasib işləmişdir. İddiaçının tələbinə dair sənədlər birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. Onlara AA seriyalı ******* nömrəli iddiaçının şəxsiyyət vəsiqəsinin surəti, cavabdehin xx.xx.2020-ci il tarixli **********8 nömrəli imtina məktubu, АЗЕ seriyalı ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surəti, DSMF-nin Zaqatala rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********3 nömrəli, xx.xx.2020-ci il tarixli **********5 nömrəli məktubu və ona əlavə olunmuş yoxlama aktlarının təsdiq edilmiş surətləri, Zaqatala Rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 40 nömrəli məktubu, 13 saylı X17 xx.xx.2020-ci il tarixli **********031600 nömrəli məktubu, X2 məxsus ******* nömrəli “Əmək kitabçası”nın təsdiq edilmiş surəti, X6 məxsus ******* nömrəli “Əmək kitabçası”nın surəti, X4 məxsus xx.xx.1972-ci il tarixli “Əmək kitabçası”nın surəti, X10 məxsus olan ******* nömrəli “Əmək kitabçası”nın surəti, X3, X11, X8, X16 tərəfindən yazılan ərizələr, cavabdehin xx.xx.2020-ci il tarixli etirazı aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxxxx 2020-ci il tarixli 2- 1(116)-535/2020 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Zaqatala rayon filialının üzərinə İddiaçı xx.xx.1993-cü ildən xx.xx.2000-ci ilədək 90 nömrəli, xx.xx.2000-ci ildən xx.xx.2005-ci ilədək 961 nömrəli aptekdə işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyin qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Zaqatala rayon filialı apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2- 1(116)-535/2020 nömrəli qərarının ləğv edilməsi və tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Fondunun Zaqatala rayon filialına qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, “xx.xx.1993-cü ildən 04.01,2000-ci ilədək 90 nömrəli aptekdə, 05.01,2000-ci ildən xx.xx.2005-ci ilədək 961 nömrəli aptekdə işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2019-cu ildən əlilliyə görə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-535/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçının “xx.xx.1993-cü ildən 04.01,2000-ci ilədək 90 nömrəli aptekdə, 05.01,2000-ci ildən xx.xx.2005-ci ilədək 961 nömrəli aptekdə işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı 22.11,2019-cu ildən əlilliyə görə pensiya təyin edilməsi öhdəliyinin” cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Fondunun Zaqatala rayon filialına həvalə edilmişdir. Aşağıda qeyd olunanlarla Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-535/2020 nömrəli qərarında məhkəmənin gəldiyi nəticə uçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, qərarda göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılmasının tələb olunması sübuta yetirilir, bu səbəbdən qərar ləğv edilməsinə dair yeni qərar qəbul edilməlidir. Belə ki, iddiaçının əlilliyə görə pensiya hüququ xx.xx.2019-cu il tarixdə yaranmışdır. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunun 12-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensivası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. İddiaçıya 2ci qrup əlilliyə görə əmək pensiyası təyin olunması üçün 11 il 8 ay sosial sığorta stajı və 21000 manat sığorta kapitalı tələb olunur. Qanunun 21-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(116)-535/2020 saylı sərəncamına cavab olaraq DSMF Zaqatala rayon filialı tərəfindən bildirilmişdir ki, iddiaçının əmək kitabçasının surətinə əsasən xx.xx.2006-cı il tarixədək 15 il 4 ay sosial sığorta stajı (həmin sığorta stajı 11070 manat sığorta kapitalına bərabərdir) toplanılır. İddiaçının mübahisələndirilməyən sosial sığorta stajı 3 il ( həmin staj 2166 manat sığorta kapitalına bərabərdir), mübahisələndirilən sosial sığorta stajı 12 il 4 ay 25 gün ( həmin staj 8905 manat sığorta kapitalına bərabərdir) təşkil edir. Zaqatala rayon 90 nömrəli mərkəzi aptekin müvafiq illərdə DSMF vəsaitləri üzrə “Haqq-hesab cədvəli”nin təsdiq edilmiş surətindən müəyyən olunur ki, sənəddə istifadə edilmiş 90 nömrəli aptekə məxsus möhürün əksi ilə iddiaçının AZE seriyalı ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətində sözügedən aptekin işə qəbul və işdən azad olma zamanı istifadə edilən möhürün əksi tamamilə fərqlidir. İddiaçının əmək kitabçasının surətində qeyd edilmiş 90 saylı aptekin məcburi dövlət sosial sığorta haqlarının toplanması və uçotuna dair 1993, 1994, 1995, 2000-ci illərdə aparılmış yoxlama aktlarında baş mühasib kimi X3 və mühasib X9, 1994-1995-ci illərdə aparılan yoxlama aktlarındaisə baş mühasib İsrafil Şabanov göstərilmiş, yəni İddiaçı həmin aptekin mühasibi kimi adı qeyd edilməmişdir. İş materiallarında olan Zaqatala Dövlət Arxivinin 11,08.2020-ci il tarixli 40 nömrəli məktubundan müəyyən edilir ki, 90 və 961 saylı apteklərin sənədləri arxivə təhvil verilməmişdir. Bundan başqa, 13 saylı X17 xx.xx.2020-ci il tarixli məktubunda qeyd edilir ki, qeyd edilən Zaqatala 90 nömrəli Mərkəzi rayon apteki (VÖEN **********) xx.xx.2004-cü il tarixdə vergi orqanında qeydiyyata alınmış, aptekin sahibkarlıq fəaliyyətinin müvəqqəti olaraq xx.xx.2015-ci il tarixdən 01.01,2020-ci il tarixə və xx.xx.2020-ci il tarixdən 17.02 2005-ci il tarixədək dayandırılması üçün vergi orqanına rəsmi müraciət edilmişdir. Digər müəssisəyə gəldikdə isə, Mərkəzləşdirilmiş informasiya sistemindən əidə olunan məlumata əsasən, Zaqatala rayonu 961 saylı aptek sığortaedən kimi xx.xx.2008-ci il tarixdə qeydiyyatdan keçmiş, İddiaçı isə həmin aptekdə işlədiyini təsdiq edən əmək müqaviləsinin bağlanma tarixi xx.xx.2014-cü il göstərilmişdir. Zaqatala rayon 961 nömrəli Aptek (VÖEN **********) xx.xx.2004-сi il tarixdə vergi orqanında qeydiyyata alınmış, aptek sahibkarlıq fəaliyyətinin müvəqqəti olaraq xx.xx.2015- ci il tarixdən 31,08.2020-ci il tarixədək dayandırılması üçün vergi orqanına rəsmi müraciət edilmişdir. Qeyd olunanlardan əlavə vergi orqanında olan baza məlumatlarına əsasən, İddiaçı (AZE 0553746) əmək müqaviləsi əsasında xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək Zaqatala rayon 961 nömrəli aptekdə çalışmışdır. Odur ki, iddiaçının 961 saylı aptekdə işlədiyini iddia etdiyi xx.xx.2000-ci ildən xx.xx.2005-ci ilədək olan dövr onun sosial sığorta stajına daxil edilə bilməz. Nəhayət, iddiaçının təqdim etdiyi əmək kitabçasında müvafiq is verləri ilə bağlı qeydlər öz təsdiqini tapmadığından, ona əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan pensiya kapitalı ödənilmədiyindən, iddiaçıya əlilliyə görə pensiya təyin edilməsi qanuna müvafiq deyil. DSMF Zaqatala rayon filialı tərəfindən bildirilmişdir ki, iddiaçının əmək kitabçasının surətinə əsasən 01.01,2006-cı il tarixədək 15 il 4 ay sosial sığorta stajı (həmin sığorta stajı 11070 manat sığorta kapitalına bərabərdir) toplanılır. İddiaçının mübahisələndirilməyən sosial sığorta stajı 3 il ( həmin staj 2166 manat sığorta kapitalına bərabərdir), mübahisələndirilən sosial sığorta stajı 12 il 4 ay 25 gün (həmin staj 8905 manat sığorta kapitalına bərabərdir) təşkil edir. Məhkəmənin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları bildirirəm ki, iddiaçının əmək kitabçasının surətində qeyd edilmiş 90 saylı aptekdə mühasib işləməsinə dair qeydləri təsdiq edən möhürün əksi həmin dövrdə 90 saylı aptekdə istifadə olunan möhürün əksi ilə uyğun gəlmir. İkincisi, - 90 nömrəli aptekdə 1993,1994,1995,2000-ci illərdə aparılmış qarşılıqlı yoxlama aktlarında baş mühasib, mühasib vəzifəsində başqa şəxslərin adı göstərilmişdir.Üçüncü məqam isə, 961 nömrəli aptek vergi orqanında 2004-cü ildə qeydiyyatdan keçmiş, şəxsin əmək müqaviləsi 2014-cü ildə bağlanmışdır. (İddiaçı 2000- 2005-ci illərdə işlədiyini iddia edir). Odur ki, yuxarıda qeyd edilənləri rəhbər tutaraq Şəki İnzibati Məhkəməsinin 2-1(116)-535/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul etməyinizi xahiş edirik. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Zaqatala rayon filialının nümayəndəsi X15 apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-535/2020 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-535/2020 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi Cavabdehin apellyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Həmçinin, iddia əsaslıdır. Cavabdeh orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Zaqatala rayon filialı xx.xx.2020-ci il tarixli **********3 nömrəli məktubdan göstərir ki, iddiaçının əlilliyə görə pensiya hüququ xx.xx.2019-cu il tarixdə yaranmışdır. Onun əmək kitabçasının surətinə əsasən xx.xx.2006-cı il tarixinə 15 il 4 ay sığorta stajı toplanılır. İddiaçı xx.xx.2006-cı il tarixədək mübahisələndirməyən sığorta stajı 2 il 9 ay 14 gün təşkil edir. İddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək topladığı sığorta kapitalı 14599 manat təşkil etmişdir. Birinci instansiya məhkəməsində aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, iddiaçıya əlilliyə görə pensiya təyin edilməsi üçün 11 il 8 ay sığorta stajı və 21000 manat sığorta kapitalı tələb olunur. Cavabdehin xx.xx.2020-ci il tarixli **********5 nömrəli məktubuna əsasən iddiaçının xx.xx.2006-cı il tarixə əmək kitabçasının surətinə əsasən 15 il 4 ay sığorta stajı (həmin sığorta stajı 11070 manat sığorta kapitalına bərabərdir) vardır ki, onun da 3 ili mübahisələndirilmir. İddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək topladığı sığorta kapitalı 14599 manat təşkil edir. İddiaçının tələbində qeyd etdiyi 90 və 961 saylı apteklərdəki iş müddətləri cavabdeh tərəfindən mübahisələndirilir ki, bu da 12 il 4 ay 25 gün təşkil edir (bu staj 8905 manat sığorta kapitalına bərabərdir). Əgər iddiaçının 90 və 961 saylı apteklərdəki iş illəri onun sığorta stajına əlavə edilərsə, tələb olunan 11 il 8 ay sığorta stajı və 21000 manat sığorta kapitalı tamamlanmış olacaqdır. Belə ki, iddiaçının iş stajı 15 il 4 ay, sığorta kapitalı isə 25669 manat (xx.xx.2006-cı il tarixədək 11070 manat + xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək 14599 manat = 25669 manat) təşkil edəcəkdir. Göründüyü kimi iddiaçının hazırkı tələblə birinci instansiya məhkəməsində iddia qaldırmaqda məqsədi iş illərinin sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. Cavabdeh orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Zaqatala rayon filialı apellyasiya şikayətində aşağıdakı dəlillərlə çıxır edir ki, Zaqatala rayonu 90 nömrəli mərkəzi aptek müvafiq illərdə DSMF vəsaitləri üzrə “Haqq-hesab cədvəli”nin təsdiq edilmiş surətindən müəyyən olunur ki, sənəddə istifadə edilmiş 90 nömrəli aptekə məxsus möhürün əksi ilə iddiaçının AZE seriyalı ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətində sözügedən aptekin işə qəbul və işdən azad olma zamanı istifadə edilən möhürün əksi tamamilə fərqlidir. İddiaçının əmək kitabçasının surətində qeyd edilmiş 90 saylı aptekin məcburi dövlət sosial sığorta haqlarının toplanması və uçotuna dair 1993, 1994, 1995, 2000-ci illərdə aparılmış yoxlama aktlarında iddiaçı həmin aptekin mühasibi kimi adı qeyd edilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətin dəlilləri ilə bağlı bildirir ki, iddiaçının əmək kitabçasında onun xx.xx.1993-cü ildə işə qəbul edilməsi və xx.xx.2000-ci ildə işdən çıxması dövrünə qədər vurulan kril əlifbası ilə doldurulsa da əmək kitabçasını təqdim etdiyi zaman isə latın qrafiqli möhürlə təsdiq edilmişdir. Bu isə əmək kitabçasının doğruluğunu şübhə altında olmur. Bundan əlavə ikinci dəlillə bağlı məhkəmə kollegiyası bildirir ki, iş materiallarına əlavə edilən X3, X11, X8, X16 tərəfindən yazılan ərizələrdə həmin şəxslər qeyd etmişlər ki, İddiaçı 90 nömrəli aptekdə onlarla birgə mühasib vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1-ci maddəsinə əsasən bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Birinci instansiya məhkəməsi işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq yuxarıda qeyd olunanlara əsasən düzgün hesab etmişdir ki, iş üzrə tədqiq olunan sənədlərlə iddiaçının işlədiyi illər onun adına olan əmək kitabçası ilə öz təsdiqini tapdığından, cavabdeh tərəfindən bunun əksi sübuta yetirilmədiyindən, əmək kitabçasında qeyd olunanlar mötəbər sübut hesab olunur. Müəssisənin sənədləri arxivə təhvil verilməməsi vətəndaşın iradəsindən kənar baş vermiş haldır və onun ziyanına təfsir edilməməlidir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə, cavabdehin üzərinə iddiaçının xx.xx.1993-cü ildən xx.xx.2000-ci ilədək 90 nömrəli, xx.xx.2000-ci ildən xx.xx.2005-ci ilədək 961 nömrəli aptekdə işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyini qoymaqla düzgün nəticə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərаrа аldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Zaqatala rayon filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-535/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-132/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-132/2021
19.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver