Məhkəmə qərarları › İş №2-1(107)-134/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-134/2020

12.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-134/2020 12.03.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Məlikov Vəzirxan İsgəndər oğlu, Hakimlər - Hüseynov Mübariz Rahil oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi – Quluzadə Rahul Teyyuf oğlunun katibliyi ilə, İddiaçı və onun himayəçisi X2 cavabdehlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti və Səhiyyə Nazirliyinə qarşı “İddiaçı əlillik dərəcəsinin təyin edilməsi üçün əsas olan qaraciyər sirrozu xəstəliyinin (qaraciyər çatışmamazlığının) yarandığı vaxtdan 2014-cü il tarixədək İ qrup əlillik dərəcəsi kimi hesab etməklə, İ qrup əllik dərəcəsinə uyğun pensiyanın, ödəniş ediləcəyi tarixə uyğun məhkəmə tərəfindən hesablanması, hesablanmış məbləğin və əlavə olaraq gecikdirilmiş hər gün üçün 15 faiz cərimə ilə ödənilməsi öhdəliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin və Səhiyyə Nazirliyinin üzərinə qoyulması” tələbinə dair iş üzrə iddiaçının himayəçisi X2 ona vəkil ayrılması barədə ərizəsinəŞəki Apellyasiya Məhkəməsinin inzibati binasında iş materialları ilə birlikdə baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı və onun himayəçisi X3 cavabdehlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti və Səhiyyə Nazirliyinə qarşı “İddiaçı əlillik dərəcəsinin təyin edilməsi üçün əsas olan qaraciyər sirrozu xəstəliyinin (qaraciyər çatışmamazlığının) yarandığı vaxtdan 2014-cü il tarixədək İ qrup əlillik dərəcəsi kimi hesab etməklə, İ qrup əllik dərəcəsinə uyğun pensiyanın, ödəniş ediləcəyi tarixə uyğun məhkəmə tərəfindən hesablanması, hesablanmış məbləğin və əlavə olaraq gecikdirilmiş hər gün üçün 15 faiz cərimə ilə ödənilməsi öhdəliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin və Səhiyyə Nazirliyinin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçının himayəçisi X3 ərizə təqdim edərək, ailələrinin maddi durumunun ağır olması, hüquqi savadsız olması, imkansız olduqları üçün hər dəfə Şəki şəhərinə gəlməyə maddi imkanlarının olmamasını əsas tutub ona vəkil ayrılmasını xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-528/2020 nömrəli qərardadı ilə İddiaçı himayəçisi X2 dövlət hesabına vəkillə təmin edilməsi barədə ərizəsi təmin edilməmişdir. İddiaçı himayəçisi X3 аpelyаsiyа şikаyəti verərək Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-528/2020 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı himayəçisi X3 apelyasiya şikayətində göstərmişdir ki, məhkəmə araşdırmasının aparılması üçün maddi imkansızlığını nəzərə alaraq, bütün instansiya məhkəmələrində hüquqlarının ixtisaslı vəkillər tərəfindən qorunması və bu iddia ərizəsindəki qüsurların aradan qaldırılması üçün dövlət vəsaiti hesabına vəkillə edilməsini xahiş edir. İddiaçının himayəçisi apelyasiya şikayətində Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-528/2020 nömrəli qərardadının ləğv edilməsini və dövlət hesabına vəkillə təmin etmə barədə ərizəsinin təmin edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı himayəçisi X1 İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-528/2020 nömrəli qərardadının ləğv edilməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası Konstitusiyanın 61-ci maddəsinə əsasən hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ var və qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 14.5-ci maddəsinə əsasən bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onlar maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi üçün pulsuz (dövlət hesabına) peşəkar hüquqi yardım almaq hüququna malikdirlər. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, məhkəmə aktını qəbul etmiş məhkəmə işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında vəkilin prosesdə iştirakını təmin edir. Həmin Məcəllənin 121.2-ci maddəsinə əsasən bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş əsaslarla işdə iştirak edən vəkil maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmayan şəxslərə hüquqi yardımı məhkəmənin qərarı ilə pulsuz, Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına göstərir. Qanunvericiliklə müəyyən edilən məbləğdə ödənilmiş bu vəsait iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq əleyhinə məhkəmə qərarı çıxarılmış şəxsdən tutularaq dövlət büdcəsinə ödənilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işə kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması vəkilin prosesdə məcburi iştirakının tələb olunduğu hallar kimi müəyyən edilmişdir və belə hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, məhkəmə aktını qəbul etmiş məhkəmənin işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında vəkilin prosesdə iştirakını təmin etməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, qanunvericilik işə kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması hallarından fərqli olaraq işə birinci instansiya məhkəməsində baxılması halını vəkilin prosesdə məcburi iştirakının tələb olunduğu hal kimi müəyyən etməməklə yanaşı işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında vəkilin prosesdə iştirakını təmin edən məhkəmə kimi məhkəmə aktını qəbul etmiş məhkəməni, yəni iş üzrə artıq məhkəmə aktı qəbul etmiş məhkəməni müəyyən etmişdir. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmədə vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə hər hansı bir məhdudiyyət qoyulmadan vəkil tərəfindən göstərilən hüquqi yardım dövlət hesabına həyata keçirilir. «Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 67-ci və 423-cü maddələrinin Konstitusiyaya uyğunluğunun yoxlanmasına dair» Azərbaycan Respublikası Konstutusiya Məhkəməsinin xx xxxx 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tətbiqi zamanı Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş bərabərlik hüququ, məhkəmə müdafiəsi hüququ və hüquqi yardım almaq hüququ, habelə aztəminatlı şəxslərin hüquqi yardım almaq hüququnun dövlət hesabına həyata keçirilməsi barədə «Vəkillər və vəkillik fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin tələbləri təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı himayəçisi X2 dövlət hesabına vəkillə təmin edilmə barədə ərizəsini təmin etməməkdə haqlı olmuşdur. Odur ki, İddiaçı himayəçisi X2 apelyasiya şikayəti təmin edilməməli, Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-528/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci, 80-ci, 83-cü və 85-ci maddələrini, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı himayəçisi X2 apleyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-528/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Vəzirxan Məlikov Hаkimlər: Mübariz Hüseynov Rövşən Rəfiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar